İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu - FOTO+VİDEO
Övladları yanıb ölən ana fəryad edir.

Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunan hadisə ilə bağlı CityPost.az saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.

“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”

Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.

“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən Elvin bizə deyirdi ki,sizə köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?

Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərən dəstəyi asdı.

Qeyd edək ki, Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric olunub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1729012104_2.jpg
İcra başçısı Alı Alıyev
 
 

 


Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti