Ardını oxu...
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin Oktay Şabanov küçəsi, “Yetim petrol” deyilən ərazi hər axşam zülmətə qərq olur. Tribunainfo.az-a danışan qəsəbə sakinləri bildiriblər ki, bu küçədə axşamlar dəfələrlə qəza baş verib. Çünki küçə lampaları yoxdur, işıqfor belə quraşdırılmayıb.
Sakinlər ən azından küçə fənərlərinin quraşdırılmasını xahiş edirlər. Bununla bağlı Suraxanı rayon icra başçısı Adil Əliyevdən kömək istənilir.


 

Ardını oxu...
  

Lənkəranda balıqçılar itkin düşüb.

Dünən səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur.

Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir. /APA 

Ardını oxu...

 
 
 
Ardını oxu...
  

Siyasi ekspert Elçin Alıoğlu, "TV Müsavat"ın canlı yayımında qonaq olub və AZAL təyyarəsinin vurulması məsələsi ilə bağlı fikirlərini bildirib.

Musavat.com-un məlumatına görə, ekspert hadisənin təhlilini verərək, beynəlxalq münasibətlər və təhlükəsizlik kontekstində bu insidentin əhəmiyyətini vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı məlumat üçün verilişdən həmin hissəni təqdim edirik.

 
 
 
Ardını oxu...
Bakıda fəaiyyət göstərən "Funda" klinikasının rəhbəri Sevdiyar Əliyev vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Azərbaycan Dövlət Tibb Universitetininin 1978-ci il məzunu olmuş S.Əliyevin bu gün dünyasını dəyişdiyi bildirilir.

 
Ardını oxu...
Rejissor Emin Muradova qarşı dələduzluq edilib. OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O bildirib ki, Süleyman Ağakişiyev adlı şəxs onun evinin təmirini öz öhdəsinə götürsə də, işləri yarımçıq qoyub, ümumi təmirin 30 faizini yerinə yetirib.

Muradovun iddiasına görə, S. Ağakişiyev tikinti materialları aldığı mağazaların da pulunu ödəməyib. Buna baxmayaraq, rejissor həmin şəxsə ümumulikdə 25 min manat ödəniş edib.

İşlər yarımçıq və yaxşı görülmədiyi üçün əlavə zərərə uğrayıb.

Ağakişiyevin fotosunu paylaşan rejissor polisə müraciət ünvanlayaraq bildirib ki, o, telefonlara cavab vermir və üzə çıxmır.

Həmin şəxsi öncədən tanıdığını vurğulayan E. Muradov Süleymanın həyat yoldaşının müğənnilik etdiyini, şou-biznes nümayəndəsi olduğunu desə də, xanımın adını açıqlamayıb.
 
Ardını oxu...
Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs Aydın Cəfərov tanışı Müşfiq Muradov və başqaları ilə qabaqcadan əlbir olaraq ötən ilin yanvarında "Azland Residence" MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 96F saylı sahədə çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyi ilə bağlı iş adamı Azadxan Xanməmmədova vəd verib.

O, Azadxan Allahqulu oğlu Xanməmmədova özünü Azərbaycanın dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri ilə işgüzar əlaqələrinin olduğunu, eləcə də özünü Azərbaycan Respublikasının ali kateqoriyalı orqanının yuxarı vəzifəli şəxsinin qeyri-rəsmi köməkçisi kimi təqdim edib.

"Alliance Plaza"dakı ofisində görüşləri və telefon danışıqları zamanı Azadxan Xanməmmedovdan çoxmənzilli yaşayış binasının tikintisinə müvafiq dövlət qurumlarından icazə alınmasına görə, özü və Müşfiq Muradovun vasitəsilə birbaşa yolla 500.000 (beş yüz min) manat məbləğində pul vəsaitini alıb.

Daha sonra təqsirləndirilən şəxs tikiləcək çoxmənzilli yaşayış binasının eskiz layihəsinin çəkilməsinin zəruri olduğunu və həmin eskizi çəkdirəcəyinə inandıraraq Azadxan Xanməmmədovdan 6 min manat alıb.

Beləliklə, Aydın Cəfərov etibardan sui-istifadə etmə yolu ilə Azadxan Xanməmmədova məxsus 506.000 manat məbləğində pulu mənimsəyərək ona qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, iş adamı Azadxan Xanməmmədovun adı mediaya yad deyil. O, dəfələrlə bu kimi mövzularla mətbuatın gündəmə gəlib. A.Xanməmmədov bir neçə il əvvəl "Safastore" mağazasına basqın təşkil etdiyi üçün həbsdə yatıb.
 
Ardını oxu...
Susseksin hersoqu və hersoginyası Harri və Meqan Markl Los-Ancelesdəki dağıdıcı meşə yanğınlarından zərər çəkənlər üçün qida paylama sahəsinə qəfil ziyarət ediblər və bu, sosial mediada qəzəbli reaksiyaya səbəb olub.
Bizimyol.info xəbər verir ki, "Fox11"in məlumatına görə, cütlük evakuasiya sığınacağına çevrilmiş Pasadena Konqres Mərkəzində görüntülənib. Onlar zərərçəkənlər, xilasedicilər və "World Central Kitchen" (WCK) şirkətinin yaradıcısı Xose Andres, eləcə də təşkilatın könüllüləri ilə görüşüb.

"Archewell" Fondunun uzun müddətdir tərəfdaşı olan "WCK", fəlakətli yanğından zərər çəkənlərə pulsuz yemək verir. Cütlüyün qucaqlaşdığı görülən Pasadena Bələdiyyə Başçısı Viktor Qordo Harri və Meqanı "gözəl insanlar" adlandırıb. O, "Fox 11"ə deyib ki, Harri və Meqan xilasetmə işlərində iştirak edənlərə "həqiqətən ruh yüksəkliyi" verirlər.

Bələdiyyə Başçısı cütlüyün kimliklərini maskaların arxasında gizlədərək gizli şəkildə yemək təmin etdiyini söyləyib. O, fəxlə: "Onlar mümkün qədər faydalı olmaq istəyirlər və həqiqətən də dəstək olmağa çalışırlar", - deyə qeyd edib.

Qordo daha sonra bildirib ki, onlar bura “reklam üçün” yox, “işləmək üçün gəliblər”. Pasadena meri, zərər çəkmiş bölgədəki bəzi ailələrə və ilk müdaxilə edənlərə baş çəkdiklərini, ailələrinə və qonşularına kömək etmək üçün göstərdikləri səylərə görə təşəkkür edib.

Yanğınsöndürənlər dağıdıcı meşə yanğınları ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə etsə də, hələ də 100.000-dən çox ev təxliyə əmri altındadır. Rəsmilər ən azı 11 nəfərin öldüyünü bildirib.

Bu arada, planlaşdırılmamış səfər olduğu və medianın diqqətini çəkmədən zərərçəkənlərlə görüşmək istədikləri iddialarına baxmayaraq, onların səfərinin videoları sosial mediada yayılıb. Bir mənbəyə görə, təxliyyə mərkəzində anonim şəkildə yemək təmin etsələr də, zərərçəkənlərlə danışmaq üçün vaxt tapıblar. Hər ikisi, ehtimal ki, gözə dəyməmək və üzlərini gizlətmək üçün papaq taxırdılar. Hersoq qara Cali şlyapasını seçərkən, Düşes beysbol papağı geyinirdi.

Başqa bir videoda isə bələdiyyə sədri ilə danışırlar. Hətta Meqan göz yaşları içində qadını qucaqlayarkən görüntülənib.

Harry və Meqan verdiyi açıqlamada: "Son bir neçə gün ərzində Cənubi Kaliforniyada meşə yanğınları cəmiyyətləri, ailələri, evləri, məktəbləri, sağlamlıq mərkəzlərini və daha çoxunu dağıdıb, həyatın müxtəlif təbəqələrindən on minlərlə insana təsir edib. A. fövqəladə vəziyyət elan edilib”, - deyə bildiriblər.

Onlar təsirə məruz qalan ərazilərdə müvəqqəti mənzil proqramları və yanğınsöndürmə idarəsi xeyriyyə təşkilatları kimi təşkilatların siyahısını təqdim etdilər.

Harry və Meghan insanları ev heyvanlarına sığınacaq verməyə və köməyə ehtiyac duyduqları təqdirdə yaşlı və ya əlil qonşulara kömək etməyə çağırıb. Cütlük bəzi insanların necə "həş şeyi itirdiyindən" danışıb və onlara paltar, uşaq oyuncaqları və digər zəruri əşyalar bağışlamağa çağırıb.

Qadir, Bizimyol.info
 
Ardını oxu...
"Temperaturun hətta kiçik dəyişikliyi daha tez-tez və ekstremal hava hadisələrinə səbəb ola bilər..."

Yer üzündə istilik artır. 2024-cü ildə qlobal istiləşmə 1,5°C-lik kritik həddi keçib.

Bu barədə "bbc.com" nəşri məlumat verib.

"Berkeley Earth"-dən iqlimşünas Zik Hausfater izah edir ki, dərəcənin hər onda bir hissəsinin əhəmiyyəti var: temperarurun artması ilə nəticələr daha dağıdıcı olur.

2015-ci ildə 195 ölkə tərəfindən imzalanan Paris Sazişi iqlim dəyişikliyinin ən təhlükəli təsirlərindən qaçmaq üçün istiləşməni 1,5°C səviyyəsində saxlamağı nəzərdə tutub.

Nəşr "Copernicus" iqlim xidmətinin dərc etdiyi yeni məlumatlara istinadən bildirir ki, 2024-cü il müşahidə tarixində ən isti il olub və planetin orta temperaturu sənaye inqilabından əvvəlki səviyyə ilə müqayisədə ilk dəfə 1,5°C-i keçib. Buna baxmayaraq, uzunmüddətli göstəricilər hələ də bu həddən aşağıdır, lakin temperatur artımı meyli aydın şəkildə görünür.

Təəccüblü deyil ki, son onillik tarixdə ən isti dövr olub. Qlobal istiləşmənin əsas səbəbi isə hələ də atmosferdə toplanmağa davam edən karbon qazı kimi insan mənşəli istixana qazı emissiyalarıdır.

Bundan əlavə, təbii iqlim fenomeni olan El-Ninyo da istiləşməyə öz təsirini göstərib, lakin əsas amil
insan fəaliyyətidir. "Copernicus"-un direktor müavini Samanta Berdcesin sözlərinə görə, istixana qazlarının yüksək konsentrasiyası iqlim dəyişikliklərinin əsas səbəbidir.

Alimlər xəbərdarlıq edir ki, hətta temperaturun kiçik dəyişiklikləri daha tez-tez və intensiv ekstremal hava hadisələrinə səbəb ola bilər.

2024-cü ildə dünya Qərbi Afrikada ekstremal istilik, Cənubi Amerikada uzunmüddətli quraqlıq, Mərkəzi Avropada güclü yağışlar və Şimali Amerika ilə Cənubi Asiyada dağıdıcı tropik qasırğalarla üzləşib.

Bəzi alimlər bu prosesin istiləşmə sürətini artıracağından narahatdır. Tədqiqatçılardan biri qeyd edib: "2023 və 2024-cü illərdə temperatur bizi təəccübləndirib. 1,5°C həddini bu qədər tez keçəcəyimizi gözləmirdik."

Tədqiqatlar göstərir ki, Los-Anceles uzunmüddətli quraqlıq səbəbindən böyük meşə yanğınlarından əziyyət çəkib.

Planet 1,5°C həddinə sürətlə yaxınlaşmaqda davam etsə də, alimlər vurğulayır ki, istixana qazı emissiyalarının azaldılması istiləşmə sürətini azalda bilər.
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə dələduzluğun yeni bir növü geniş müzakirə mövzusuna çevrilib.

Taksi şirkətləri tərəfindən sertifikatsız və ya 2015-ci ildən köhnə modelləri olan avtomobillər bloklansa da, bəzi şəxslər bu qaydalardan yan keçmək üçün yeni fırıldağa əl atıblar.

Belə ki, cəmi bir neçə dəqiqəyə və müəyyən bir məbləğ qarşılığında köhnə avtomobillər sertifikatlı və 2015-ci ildən yeni görünür.

Sosial şəbəkələrdəki şərtlərə nəzər salanda bu xidmətdən istifadə etmək istəyənlərin çoxluğu diqqət çəkir. Görünür, qaydaları pozaraq qeyri-qanuni yolla işini davam etdirmək istəyənlərin sayı az deyil. Bu prosesin nə dərəcədə real olduğu isə hələlik sual altındadır.

"Sürücünün hesabı qeyri-qanuni formada bloklananda mütəxəssis problemin aradan qaldırılması üçün onun adından müraciət edir. Bu zaman araşdırma aparılaraq hesab analiz edilir və qeyri-qanuni fəaliyyətin olmadığı sübut edildikdə blokdan çıxarılır. Qeyri-qanuni fəaliyyət nəticəsində bloklanma olduqda isə bəzi şəxslər xüsusi manipulyasiyalar vasitəsilə sürücünün məlumatlarını başqa formada təqdim edərək bloku aradan qaldıra bilərlər. Lakin həmin şəxslər bunu çox vaxt insanları aldatmaq, pullarını mənimsəmək məqsədilə edirlər", - deyə İT mütəxəssis Əmrah Mövsümzadə mövzu ilə bağlı açıqlamasında deyib.(oxu.az)

Daha ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti