Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova müavin təyin edilib. TEREF "Unikal”a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin olunub.
Qeyd edək ki, Fərid Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.
Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.
“Bakının ictimai nəqliyyatı bütün parametrlər üzrə qarlı hava şəraiti sınağından üzü qara çıxdı. Ağ qar ictimai nəqliyyatın ömrünü qara etdi”
Pravda.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “103 FM”də yayımlanan “Düzgün hərəkət” verilişində deyib.
Ərşad Hüseynov: “BNA-nın dayanma-durmaya görə məsuliyyətə cəlbetmə səlahiyyəti ləğv olunmalıdır” Pravda.az
“Quruma sual verirlər ki, qış təkərləriniz var idi? Düz əməlli cavab vermirlər. Deyin görək, qış təkərləriniz var idi, ya yox idi? Mən onların əvəzinə deyə bilərəm ki, yox idi. Məlumat veriblər ki, 40 avtobusumuz qəzaya düşüb. Deyirlər ki, sınaq şərtinə uyğun təkərlərdən istifadə edirik. Hə, belə təkər var, amma nə təkərdir? Hər halda nəsə fikirləşmək olardı. İnsanlar küçələrdə qaldılar. Üstə gəl, bu gün də dayanacaqların hamısı su, palçıqdır...”, - o bildirib.
Qeyd: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.
Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.
Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir imüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Bakının Sabunçu rayonunda məclis quran dörd dostun zəhərlənmə səbəbindən həyatını itirməsi ötən il paytaxtdakı otellərdən birində bənzər formada ölən dostlarla bağlı məsələni gündəmə gətirib. Belə ki, Sabunçudakı hadisədə şəxslərin spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, dostlar bir yerdə texniki spirt qəbul ediblər.
Xatırladaq ki, ötən il mayın 6-da Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” otelində dörd nəfərin viskidən zəhərləndiyi iddia edilmişdi. Sözügedən faciəvi faktlar spirtli içkilərdən zəhərlənmə halları ilə bağlı müzakirələrə səbəb olub.
Alkoqollu içkilər hansı hallarda ölümə yol açır?
Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, bəzən qida üçün nəzərdə tutulmayan spirtli içkilərdən zəhərlənmə halları baş verir:
“Bura metil spirti də daxildir. İşbazlar daha çox gəlir əldə etmək üçün bundan istifadə edirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bunların qarşısını almağa çalışsa da, bəzilərində vicdan hissi yoxdur. Metil spirtindən hazırlanan içkilərdən qida zəhərlənmələri olur. Bu cür içkiləri seçmək mümkündür. Belə ki, etiketləri düzgün vurulmur və ya iki butulkanı yan-yana qoyanda əyrilik hiss edilir. Bundan əlavə, qapaqların bağlanmasında da deformasiyalara rast gəlirik. Ümumiyyətlə sağlamlıq üçün spirtli içkilər qəbul etməmək daha yaxşıdır. Lakin edirlərsə, heç olmasa sözünü demiş markalara, arxayın olduqları zavod məhsullarına müraciət etsinlər. İnsanlar araşdırmırlar, nə gəldi alıb yeyirlər, içirlər. Ona görə də zəhərlənmə halları baş verir. Ümid edirəm, istehlakçılar bundan sonra daha ayıq olacaq və məhsulların hazırlanma şərtlərini öyrənəcəklər”.
Şərabçı, professor Vüqar Mikayılov isə deyib ki, insanın içkidən zəhərlənməsi qeyri-mümkündür:
“Bir adam zəhərlənmək üçün minimum 1 litrdən çox içki içməlidir. Viskidən zəhərlənmə digər məhsullardan zəhərlənmə ehtimalıdan çox azdır. Ümumiyyətlə Azərbaycanda hansı hadisə olur-olsun hamısını spirtli içkinin üzərinə atırlar. Elə bil kimsə şərabçılığın, alkoqollu içkilər sahəsinin əleyhinədir, inkişafdan qalmasının tərəfdarıdır. Halbuki öz məhsullarımız istər Rusiya, istər Belarus və digər yerlərin içkilərindən keyfiyyətlidir. Zəhərlənmə içkidən olubsa, bunun analizləri göstərilməlidir. “Texniki spirt” yazıblar, amma nə olduğunu bilmirlər”.
12 il bələdiyyə sədri olmuş 64 yaşlı Şakir Atavanovun cinayət əməlləri üzə çıxıb. Məlum olub ki, bələdiyyə sədri qardaşı oğlunu və arvadını işə götürərək onların adına ayrılan maaşları ələ keçirib.
Musavat.com xəbər verir ki, Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri işləmiş Şakir Atavanov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunub.
İstintaqla müəyyən edilib ki, bələdiyyənin 5 üzvündən ikisi onun qardaşı oğlu və arvadı olub. O, arvadını mühasib, qardaşı oğlunu isə sədr müavini təyin edib. Bu illər ərzində qardaşı oğlunun adına 10 min manatdan çox, arvadının adına isə 15 min manatdan çox maaş ayıraraq ələ keçirib. Qardaşı oğlu başqa bir özəl şirkətdə operator vəzifəsində işləyirmiş. İşə gəlmir, bələdiyyə iclaslarında iştirak etmirmiş.
İstintaqla müəyyən edilib ki, 2019-2023-cü illər ərzində ümumilikdə bələdiyyə ayrılan 38 min manat büdcənin 16 min manatı sədr olaraq Şakir Atavanovun özünə çatıb.
Çovdar bələdiyyəsinin adından olan iclas protokollarına bələdiyyə üzvlərinin iştirakı olmadan adlarını əlavə edib, onların adından imzalar çəkib.
Şakir Atavanov ifadəsində əməllərini səmimi şəkildə etiraf edib. İzahı isə maraqlı olub. O, deyib ki, ittihamda göstərilən pozuntulara yol verib. Bu pozuntulara yol verməsinin səbəbi isə qanunları yaxşı bilməməsi olub.
"Ədliyyə Nazirliyi tərəfindən yoxlama aparılanda qanunsuzluqlar aşkar edildi. Qanunsuzluqları bildikdən sonra onları aradan qaldırdım. Etdiyim əməllərin əvvəlcədən hüquqi nəticələrini bilmədiyimdən işin bu yerə gəlib çıxacağını düşünməmişdim. Göstərilən vəsaitləri tamah məqsədi ilə mənimsəməmişəm. Əməllərimdən peşmanam”- deyən Şakir Atavanov səhhətində ciddi problemlər olduğunu bildiri. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə dəymiş zərərin ödənilməsini, şikayətçinin olmamasını və təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona yüngül cəza təyin edib. Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, bələdiyyə sədri daha əvvəl Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsilə təqsirli bilinərək 160 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
Gəlinini əldə etmək üçün oğlunun həyatına son qoydu.
Vahid oğlu Nicat və gəlini Gülnarla səhər yeməyi yeyirdi. Lakin bu xoşbəxt ailə tablosunun arxasında gizli bir məqam var idi ki, o da Vahidlə gəlini arasında olan münasibət idi.
Vahid öz dükanında ət kəsir, satışa hazırlayır və vitrinə yığırdı. Oğlu Nicat isə əsasən heyvanların təmizlənməsi və yemlənməsi ilə məşğul olurdu.
Vahid günorta oğluna şəhərə gedəcəyini deyir və tapşırır ki, o, xəbər edənədək dükanda qalsın.
Beləliklə, Vahid vaxtının az olduğunu anlayır və bu fürsətdən istifadə edir. Əvvəlcə mağazaya gəlir, çips alır və dərhal yaşadığı mənzilə yollanır.
Gülnar gülümsəyərək qapını açır. O, qayınatası ilə qonaq otağına keçir. Vahid Gülnarla birlikdə keçirdiyi vaxtdan bacardığı qədər istifadə edir.
Nicat işdən sonra həyat yoldaşı Gülnarla divanda əyləşərək telefonda əyləncəli verilişə baxır, söhbət edirlər. Onların mehribanlığına şahid olan Vahid Gülnarı düşünür və qısqanclıq hiss etməyə başlayır.
Vahid axşam yuxudan oyanır, əl-üzünü yuyur, güzgüdə özünə baxaraq nə etdiyini düşünür. Bu vaxt o, Gülnarı görür. Nicatın yatmağından istifadə edərək onunla intim münasibətə başlayır.
Növbəti gün Vahidlə Nicat evdən çıxıb işə gedəndə qonşuları ilə qarşılaşırlar. Vahid qonşusu ilə söhbət etməyə başlayır, Nicat isə işə gedir.
O, qonşularına deyirdi ki, oğlu tezliklə başqa ölkəyə gedəcək. Halbuki Nicatın belə bir planı yox idi.
Həmin gün müştərilər qəssab dükanına gəlirdilər. Nicat öz işi ilə məşğul olur, atasının hərəkətlərini diqqətlə müşahidə edərək düşünürdü. Vahid oğlu ilə bir az sərt davranır və həmişəkindən daha əsəbi görünürdü.
Nahar vaxtı o, Nicatla kafelərin birində oturaraq xaricə getmək haqqında söhbət açır. Vahid oğluna "Sən burada pul qazanıb ailəni dolandıra bilməyəcəksən, sənin üçün hər şeyi təşkil edəcəyəm. Get, xarici ölkədə pul qazan, biznesə başla, sonra qayıt. Heç nəyə görə də narahat olma" deyir.
Nicat isə heç bir halda xaricə getməyəcəyini və tezliklə Gülnarla kirayə evə köçəcəklərini söyləyir. Bu sözlər Vahidi dəli edir.
Beləliklə, o, yolda gedərkən nə edəcəyini düşünür. Vahid birbaşa Gülnarla danışmaq qərarına gəlir. Onlar mənzilin mətbəxində gizli söhbət edirlər. Gülnar qayınatasının planına etiraz etsə də, Vahid onu sakitləşdirməyə çalışır, qucaqlayır və Gülnara yataq otağına keçməsini tapşırır.
Vahid əlində kəsici alətlə yataq otağına daxil olur və oğlunun başına ard-arda zərbələr endirərək onu qətlə yetirir. Daha sonra gəlini Gülnarla birlikdə Nicatın meyitini evin həyətinə çıxarırlar.
Onlar hər kəsə Nicatın xaricə getdiyini deyirlər. Beləliklə, bu cinayətin üstü 10 il açılmır.
Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.
TEREF bildirir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.
Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.
Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisə baş verən zaman general-mayor evdə tək olub.
Mərhum sabah – fevralın 23-də “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub.
O, Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.
Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.