Ardını oxu...
 

Antalya mərkəzli "Maydanoz Döner" restoranlar şəbəkəsinə qarşı Türkiyə üzrə genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 31 vilayətdə eyni vaxtda təşkil olunan əməliyyat nəticəsində 10-u dövlət qulluqçusu olmaqla 353 nəfər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, "Maydanoz Döner" şəbəkəsi franchise (ad hüququ) modeli ilə fəaliyyət göstərsə də, bu sistemdən FETÖ-yə bağlı şəxsləri maliyyələşdirmək üçün istifadə olunub. Şirkət, terror təşkilatı ilə əlaqəsi davam edən şəxslərə müəyyən məbləğ qarşılığında qeyri-rəsmi şəriklik təklif edib.

Təhqiqat zamanı müəyyən edilib ki, şəbəkəyə daxil olmaq üçün “təşkilat referansı” tələb olunub və bu sistemə Referans Temelli Büyüme (RTB) adı verilib. Qeyri-rəsmi sənədləşmə aparılmadan, tamamilə təşkilati etimada əsaslanan bir model tətbiq edilib. 

Ardını oxu...

Şirkətin FETÖ ilə əlaqəli şəxslərə iş imkanları yaratdığı və beləliklə təşkilata pul axını təmin etdiyi müəyyən edilib. Eyni zamanda, dönər restoranlarının himmət toplamaq üçün istifadə olunduğu və əldə edilən vəsaitlərin müxtəlif yollarla FETÖ-yə çatdırıldığı aşkarlanıb.

Saxlanılan şəxslərin ifadələrinə əsasən, restoranlar şəbəkəsinin gizli şəriklərinin səhmləri sataraq qazandıqları pulları izlənməməsi üçün əmanət üsulu ilə, yəni qızıl mağazaları və digər ticarət obyektləri vasitəsilə ötürdükləri təsdiqlənib.

Şirkətin yeni filiallar açaraq qlobal miqyasda genişləndiyi və bununla da beynəlxalq pul köçürmələrini asanlaşdırdığı müəyyən edilib.

MASAK-ın apardığı araşdırmalara görə, restoranlar şəbəkəsi həm Türkiyədə, həm də xaricdə FETÖ ilə əlaqəsi bilinməyən şəxslər vasitəsilə maliyyələşdirilib. Bu pullar isə “məhsul alınması” adı altında rəsmiləşdirilərək təşkilat üzvlərinə çatdırılıb.

FETÖ üzvləri üçün gizli görüş yerləri təşkil olunub

Bəzi Maydanoz Döner filiallarında FETÖ-çülərin gizli görüşlər keçirdiyi, təşkilatın qaçqın vəziyyətdə olan üzvlərinin burada toplaşdığı müəyyən edilib. Eyni zamanda, təşkilat tərəfindən bağlılığı artırmaq məqsədilə “qazandıqları pulları təşkilata bağlı şəxslər arasında bölüşdürmək” tapşırığının verildiyi üzə çıxıb.

Restoran şəbəkəsindən ayrılmaq istəyən şəxslərə isə “bu işin mənəvi tərəfinin olduğu, şirkətin təşkilatı dəstəkləmək üçün qurulduğu və təşkilata bağlı şəxslərə pul ötürmək, təşkilata sədaqəti artırmaq kimi vəzifələri yerinə yetirməli olduqları” barədə təzyiq göstərildiyi müəyyən edilib. 

 "Maydanoz Döner" şəbəkəsi Bakıya da ayaq açıb

Bu əməliyyatın ən diqqətçəkən məqamlarından biri də "Maydanoz Döner" restoranlarının artıq Bakı şəhərində də fəaliyyət göstərdiyinin ortaya çıxmasıdır.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.

Beləliklə, FETÖ-yə bağlı döner şəbəkəsi Azərbaycanın paytaxtına da ayaq açıb. 

Ardını oxu...

Bakıda Həsən Əliyev küçəsində yerləşən "Maydanoz Döner" restoranının fotosu

 

Ardını oxu...

Zahid Xəlilov 23 ünvanında yerləşən "Maydanoz Döner" restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən "Maydanoz Döner" restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir. Lakin istintaqın genişləndiriləcəyi və Azərbaycanın hüquq-mühafizə orqanlarının da bu məsələyə müdaxilə edə biləcəyi ehtimal edilir.

 

Musavat.com

Ardını oxu...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti soyuq hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Xidmətdən bildirilib ki, soyuq hava şəraitində su sayğaclarınızın donma və ya zədələnmə ehtimalı artır.

"Soyuq hava şəraitində su sayğaclarınızın donma və ya zədələnmə ehtimalı artır. Su sayğacının donma və ya partlama halları müşahidə edildikdə dərhal bizimlə əlaqə saxlayın!

Sayğaclarınızı qorumaq üçün onları izolyasiya edin, açıq havada qalan boruları örtün və şübhəli hallarda bizə müraciət edin. Müraciət etmək üçün Nəzarət Ölçü Cihazları İdarəsi: (012) 433 16 01, və "955" Çağrı Mərkəzi (7/24)" ilə əlaqə saxlaya bilərsiniz", - deyə müraciətdə qeyd edilib.
 
Ardını oxu...
Quba rayonunda zəlzələ qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəsinin Zəlzələlərin Tətqiqatı Bürosu məlumat yayıb.
Zəlzələ Quba stansiyasından 20 km cənubda, 3,5 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 39 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə hiss olunmayıb.
 
Ardını oxu...
"Azərbaycan dövlətinin sərhədləri içərisindəki böyük çoxluğun milli-etnik mənşəyi Türkdür. Yəni, millətin adı Türkdür, dili də 1936-cı ilə qədər Türk dili adlandırılıb. Azərbaycan Konstitusiyasını misal çəkənlər unudur ki, Azərbaycan xalqın adıdır, milli mənsubiyyəti ifadə etmir".

"Sherg.az"ın xəbərinə görə, bu sözləri "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.

Baş redaktor vurğulayıb ki, talışı, kürdü, tatı, saxuru, ləzgisi, türkü ilə birgə eyni ortaq mədəniyyətin daşıyıçısıdır. Tarixi etnoqrafik xüsusiyyətləri ilə birgə bu etnoslar Azərbaycan xalqını təşkil edir:

"Qafqaz coğrafiyasında müsəlmanların, Türklərin adının müəyyənləşməsi prosesinə Rusiyanın işğalından, 1805-ci ildən sonra başlanılıb. Cünki Osmanlı imperiyasında yaşayan türklərlə buradakı türkləri ayırmaq ücün ideya lazım idi. Çar Rusiyasının burada yaşayan türklərlə Anadoludakıların ayrı-ayrı mədəniyyətin, dilin, soy-kökün daşıyıcısı olduğu tezisini irəli sürürdülər. Hətta, anadilli mətbuatımızda Rusiyanın göstərişi ilə aydınlarımız Türk adının dəyişdirilməsinin müxtəlif variantları üzərində düşünür, məqalələr yazırdı. "Ziyayi- Qafqaziyyə" , "Kəşkül" , "Şərqi- rus" qəzetlərində, dərgilərdə bu barədə onlarla məqalə var. Bu yazıların bir coxu Rusiyanın siyasi elitası, yerlərdəki məmurlarının sifarişi əsasında yazılır, Anadoluda yaşayan türklərlə Qafqazdakı türklərin fərqli etnos olduğunu əsaslandırmağa hesablanırdı. Amma bu cəsarəti göstərmək istəsəkər də, həqiqətin üzərindən xətt çəkə bilmədilər. Ən yaxşı halda millətin adını Azərbaycan Türkü , dilini azəri türkçəsi kimi təsfir edurdilər. Müzakirələri başladan insanın yaradıcılığına diqqət yönəltmədən söyləmək olar ki, bu insanların, aydınların çoxu Rusiyanın təsir dairəsindədirlər. Məqsədləri həqiqət axtarışı deyil . Burada diqqət yönəldiləcək ən əsas məsələ rəsmi dövlət dili olan Azərbaycan dili ilə Rus dilini bu müstəqil dövlətin ərazisində rəqabətə buraxmaq, üstünlüyü Rus dilinə verməkdir. Azərbaycan dilində təhsilin səviyyəsinin aşağı olması fikrinin bilərəkdən təkrar-təkrar ortaya atılması da bu məqsəd daşıyır".

Akif Aşırlı vurğulayıb ki, ana dilimizin Türkçə olması fikrini müdafiə edənlərin guya Azərbaycanı Türkiyənin içərisində əritmək, bu fikrin daşıyışılarının milləti kiçiltmək məqsədi daşıdığını irəli sürməsi sərsəmlikdir:

"Bu iddiaların hec bir əsası yoxdur. Türk dilini Türkiyənin sərhədlərinə sığışdırmaq kimin ağlına gəlir, bilmirəm. Türk Dünyası böyükdür, müstəqil dövlətlərinin sayı, Rusiyanın içərisindəki müxtar türk cümhuriyyətləri də bəllidir. Bir də ki, Güney Azərbaycanda 35 milyon qardaşımız özlərinə Türk, dillərinə türkçə deyir. Amma o aydındır ki, Türk millətinin bir adı var və bir dili var. O da bəllidir ki, Azərbaycanda yaşayan talış, kürd, tat, ləzgi və digər etnik qruplarla birgə bu gözəl Vətənimizi Türk Dünyası içərisində firavan, gözəl bir həyat gözləyir".
Ardını oxu...
 

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik.

Musavat.com

Ardını oxu...
Naxçıvan Sukanalizasiya İdarəsi Bakıya birləşdirildikdən sonra idarənin xeyli əməkdaşı işsiz qalıb. Onlar prosedura uyğun olaraq ləğv edilən qurumdan çıxmaq üçün ərizə yazıb, yeni idarəyə qəbul edilmək üçün müraciət ediblər. Lakin bəzi əməkdaşlar yeni işlə təmin olunsa da, bir çoxlarının ərizəsinə baxılmır.

İşsiz qalanlar əsasən idarədə rəhbər vəzifələrdə çalışmış şəxslərdir. Onların iddiasına görə, yeni rəhbərlik onların yerinə rüşvət müqabilində başqa işçilər götürmək istəyir.

Mia.az-ın məlumatına görə, təhlükəsizlik səbəbilə adının çəkilməsini istəməyən şikayətçilərdən biri "Gündəlik Naxçıvan"a bildirib ki, bu məsələ ilə bağlı yerli Əmək Müfəttişliyinə müraciət etsələr də, nəticə əldə olunmayıb:

"Yeni müdir Samir Baxşəliyev bizi qəbul etmək istəmir. Tələb edir ki, işdən imtina ərizəsi yazaq. Deyir ki, hara istəyirsinizsə, şikayət edin. Əmək Müfəttişliyinə və Həmkarlar İttifaqına müraciət etmişik, amma heç bir nəticəsi yoxdur. Eşitdiyimizə görə, bizim yerimizə rüşvət qarşılığında adam axtarırlar. Biz hamımız ixtisaslı əməkdaşlarıq, illərlə burada işləmişik. İdarəni biz ayaqda saxlamışıq. İşimizə bərpa olunmasaq, nə edəcəyimizi bilmirik. Hamımızın banklara borcu var, haqqımızı tələb edirik".

İdarənin bəzi əməkdaşları isə vəzifələrinin əsassız olaraq aşağı salındığını bildirirlər: "Heç bir səbəb göstərmədən vəzifəmizi endiriblər. Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki, işdən çıxararıq. Hara müraciət ediriksə, xeyri olmur."

Əmək Müfəttişliyindən "Gündəlik Naxçıvan"a bildirilib ki, işçilərin onlara ərizə ilə müraciət etdiyi təsdiqlənir. Lakin yeni idarə müfəttişliyin bu məsələ ilə bağlı sorğusuna gec cavab verdiyi üçün müraciətlərin araşdırılması hələlik yekunlaşmayıb.

Qeyd edək ki, Naxçıvan Sukanalizasiya İdarəsi ötən ilin sonlarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bu Agentliyin rəhbəri isə iki qudasını yüksək vzəifəyə təyin edən Zaur Mikayılov rəhbərlik edir.

Z.Mikayılovun təyinatından sonra isə onun və qudalarının kadrları Bakı, Abşeron, Kürdəmir və bir çox ərazilər üzrə idarələrdə tətbiq etdikləri islahat paketi ilə böyük narazılıqlar yaradıblar.
 
 
 
Ardını oxu...
Coğrafiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Hurriyyet.Az Oxu.az-a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zakir Eminov vəzifəsindən azad edilib.

Qeyd edək ki, coğrafiya elmləri doktoru, professor Zakir Eminov 2021-ci ildən Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edirdi.
 
Ardını oxu...
Bakının Xətai rayonu 8 noyabr prospekti Orxan İsmayılov küçəsində güclü partlayış səsi eşidilib.

Bu barədə Globalinfo.az-a yerli sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, güclü külək və qar səbəbindən ərazidəki transformator partlayıb.
 
Ardını oxu...
Zaqatalada dələduzluq edən makler həbs olunub.

Lent.az-ın məlumatına görə, “Makler Saleh” ləqəbli Saleh Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə təqsirləndirilir.

Onun barəsində 10-a yaxın vətəndaş hüquq-mühafizə orqanlarına şikayət edərək, aldandıqlarını bildiriblər.

“Makler Saleh” bir əmlakı bir neçə nəfərə satmaqda və digər bu kimi cinayətlərdə ittiham olunur.

Zaqatala rayon məhkəməsinin qərarı ilə Saleh Süleymanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda prokurorluq onun digər cinayətlərinin olub-olmadığını araşdırır.
 
Ardını oxu...
Vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanunsuz ağac kəsilməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir
Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

Xəbər verildiyi kimi, daxil olmuş məlumatlar əsasında Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz olaraq ağac kəsmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin istintaq-əməliyyat tədbirləri ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolu üzərində yerləşən 1100-dən çox ağacın təhlükəsizlik məqsədi ilə budanması işləri çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qudayev Muhuma Məmmədəli oğlunun başqa şəxsin adından “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğlu ilə müqavilə bağlayaraq fevralın 15-16 fevral-da həmin ərazidə ümumilikdə 140 ədəd ağacı qanunvericiliyə zidd formada, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ekoloji tələblərinə riayət etmədən budayaraq zərər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, sözügedən işlər müvafiq təcrübəyə malik olmayan şəxslər tərəfindən, bir çox ağacların alt yarus budaqları götürülməklə və estetik görünüşü korlanmaqla həyata keçirilmiş, bu işlərdə aidiyəti nəzarət təşkilatlarının iştirakı təmin edilməmişdir.

İstintaq zamanı Muhuma Qudayevə məxsus olan 4 obyektə baxış keçirilərək budanmış ağacların hissələri aşkar olunub saxlanca verilib.

Qeyd edilənlərlə əlaqədar “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayev, 8 saylı “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Namazov, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Maqov kəndi üzrə inzibati ərazi nümayəndəsi Rəcəb Davudov tutduqları vəzifədən azad edilmiş, müvafiq nəzarət tədbirlərinin həyata keçirilmədiyinə görə 7 saylı RETSİ-nin rəisi əvəzi Anar Süleymanov və həmin idarənin məsləhətçi-müfəttişi Əfqan Şibiyev vəzifələrinin icrasından kənarlaşdırılmışdır.

Hazırda Zaqatala rayonu ərazisində baş vermiş digər qanunsuz ağac kəsmə faktlarının müəyyən edilməsi istiqamətində ibtidai istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
 

Dünyapress TV

Xəbər lenti