Gürcüstan qalmaqallı qanuna dəyişiklik edəcək?
Avropa Şurası və Gürcüstan rəhbərliyi ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” Qanuna dəyişiklik edilməsini müzakirə edəcəklər.
“Kommersant” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisiyə üçgünlük səfərindən sonra mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, sözügedən qanuna dəyişiklik edilməsinin müzakirəsi üçün İşçi Qrupun yaradılması ilə bağlı Gürcüstan rəhbərliyi ilə razılığa gəlib. Berse bildirib ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Avropa Şurası yanında yaradılan komissiya hansı dəyişikliklərin tələb olunduğunu müəyyən edərsə, həmin qanuna dəyişiklik etməyə razılaşıb: “Qütbləşmə Gürcüstanda demokratik proseslərə zərbə vurur. Bütün qüvvələr dialoqda iştirak etməli, demokratik prinsipləri qorumalı və ona hörmətlə yanaşmalıdırlar”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə öz növbəsində brifinqdə bildirib ki, ölkə rəhbərliyi istənilən formatlarda, eləcə də Avropa Şurasının iştirakı ilə müzakirələrə hazırdır: “Qanunun yenidən nəzərdən keçirilməsinə gəldikdə isə, burada vacib bir məqam var – bu qanunun hüquq prinsiplərini məhz necə pozduğunu bizə əsaslandırmalıdırlar. Bizə hüquqi nöqsanların mövcudluğunu təsdiq edən əsaslandırmalar təqdim edilərsə, əlbəttə, biz qanunu yenidən nəzərdən keçirməyə hazırıq”.

Xatırladaq ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu may ayında qəbul edib. Bu qanun xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin (KİV) xüsusi reyestrdə qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Avropa İttifaqı tərəfindən tənqid edilən qanun layihəsinin müzakirəsi və daha sonradan parlamentdə qəbulu ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu. Gürcüstan müxalifəti “xarici agentlər” haqqında bu qanunu Rusiyada mövcud olan qanunla müqayisə edirdi.

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti