Bakı Hindistan silahları almaq istəyir? – Hind nəşrinin qəribə iddiası və reallıq
“Ermənistanla davam edən münaqişə fonunda Azərbaycan üçüncü bir ölkə vasitəsilə Hindistana silah almaq istəyini çatdırıb”.

Belə bir qəribə iddia ilə Hindistanın “The Print” nəşri çıxış edib. Lakin həmin dost ölkə vasitəsilə (adı çəkilmir) daxil olan bu müraciəti Hindistanın nəzərə almadığı deyilir. İddiaya əsasən, Yeni Dehli dost ölkəyə açıq şəkildə bildirib ki, Hindistan öz ikitərəfli əlaqələrini və prioritetlərini özü müəyyənləşdirir və heç bir ölkənin vasitəçi olmasını istəmir.

Vəziyyətlə tanış olan mənbələrə görə, rəsmi Bakı bu məsələni heç vaxt birbaşa Yeni Dehli ilə müzakirə etməyib. Əvəzində Hindistana üçüncü bir ölkə müraciət edərək bildirib ki, əgər Yeni Dehli öz silahlarını ixrac etmək və uzunmüddətli tərəfdaş axtarmaq istəyirsə, diqqətini Azərbaycana yönəldə bilər. Həmin mənbələr guya Bakının hərbi sazişlər bağlamağa hazır olduğunu deyib...

Sirr deyil ki, Fransa ilə sıx əlaqələrə malik Ermənistan Hindistandan ötrü yalnız silah alıcısı yox, eyni zamanda regionda yeni siyasi tərəfdaş qismində qiymətləndirilir. Öz növbəsində İrəvan Hindistanın Cammu və Kəşmir məsələsindəki mövqeyini qəti şəkildə dəstəkləyir. Hindistan, Fransa və Yunanıstan “üçlüyü” Ermənistanın təhlükəsizlik imkanlarını artırmağa çalışır.

Amma kimə qarşı? Bakı və Ankara dəfələrlə bıyan edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində gözü yoxdur. Əksinə, Ermənistan Konstitusiyasında qonşu Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları (üst-üstə 191 min kv km!) əks olunub və İrəvan onu dəyişməyə tələsmir...

O da məlumdur ki, 2017-ci ildən Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirir. Bu ilin iyul ayında üç ölkənin liderləri Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində üçtərəfli zirvə görüşü keçirib.

Rəsmi Bakı habelə İslamabadın Cammu və Kəşmir məsələsindəki mövqeyini dəstəkləyir. Ancaq Ermənistandan fərqli olaraq, Azərbaycan bu məsələdə beynəlxalq hüquqdan və BMT qətnamələrindən kənara çıxmır...

Yeri gəlmişkən, başqa bir Hindistan qəzeti “The Economic Times” qəzeti yazıb ki, Kəşmir məsələsində Yeni Dehlini dəstəkləyən Suriya diktatoru Bəşər Əsədin istefası İslam dünyasında Hindistana da zərbə olacaq.

“Suriyada Əsəd rejiminin süqutu və müxalif qüvvələrin güclənməsi İslam dünyasında Hindistana zərbədir. Əsədin dövründə Suriya Hindistanın Kəşmirlə bağlı mövqeyini, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında ardıcıl şəkildə dəstəkləyib. Bu dəyişiklik Hindistanın təhlükəsizliyinə təhdid yaradır”, - nəşr qeyd edib.

Ardınca bildirilir ki, “Suriya Pakistanla məhdud əlaqələri qoruyub və Hindistanla çoxtərəfli platformalar da daxil olmaqla daha sıx siyasi əlaqələrə malik olub”. Məqalədə həmçinin deyilir ki, İslamabad Kəşmir məsələsində Əsəd dövründə Suriyadan kifayət qədər dəstək almayıb.

Əsəd rejiminin Azərbaycana düşmən münasibəti də ki, məlum...

Amma Suriyada, bütövlükdə islam dünyasında indi məhz Türkiyənin, deməli ki, həm də Azərbaycanın mövqeyi güclənib. Odur ki, əslində rəsmi Dehli Bakı ilə əlaqələri normal saxlamaqda ən çox maraqlı olmalıdır. Daha bir səbəbə: Ermənistan regionun dənizə çıxışı olmayan bir dalan ölkəsi, “kor bağırsağı”dır. Hindistanın böyüyən iqtisadiyyatı həm də tranzit ölkə, ən uğurlu logistika kimi Azərbaycana üstünlük vermək zorunda – xüsusən də Suriyada hakimiyyət dəyişikliyindən sonra.

Başqa yandan, Bakı-Ankara-İslamabad hərbi-siyasi ittifaqı (üçlüyü) hər hansı 4-cü ölkəyə, o cümlədən Hindistana qarşı yönəlməyib. Yəni Azərbaycan-Hindistan əlaqələrinin inkişafına faktiki ciddi əngəl yoxdur...

O ki qaldı Bakının Hindistan silahları üçün 3-cü ölkəyə minnətçi düşməsi iddiasına, hərbi ekspertlər daha yaxşı bilər, ancaq bu daha çox həmin silahlarıın piar (PR) kampaniyasına oxşayır. Əvvəla, Yeni Dehlinin minnəti olsun ki, Azərbaycan ondan silah almaq istəyir. Çünki Azərbaycanın öz hərbi arsenalımızı daha müasir və döyüş sınaqlarından uğurla çıxmış (5-ci nəsil) silah-sistemlərlə zənginləşdirmək, silah tədarükünü şaxələndirmək imkanı həmişə olub, indi də var.

Hindistan silahları İsrail, Türkiyə, Pakistan silahlarından keyfiyyətcə üstün deyil. Əksinə, onların bir çoxunun – Ermənistana tədarük edilənlərin döyüş sınaqlarından uğurla çıxmadığı deyilir. Bakı üstəlik, bir sıra silahları və PUA-ları özü istehsal edir. Qənimətlər Parkını zənginləşdirəcək silahlar Azərbaycanın nəyinə gərək ki?

Nəhayət, Hindistan yaxşı olar Ermənistanın Qərbdəki bəzi himayədarlarının səhvlərini təkrarlamaq yolu tutmasın və yadda saxlasın ki, İkinci Qarabağ savaşından sonra (2020) Güney Qafqazda Azərbaycanın yaratdığı və dəyişməyəcək təzə reallıq, yeni status-kvo var. Bölgədə Azərbaycanla hesablaşmayan, onunla tərəfdaş-dost ola bilməyənlərin bölgədə “dib tutması” mümkünsüzdür, o ki ola bizə rəqib olanların...

Musavat.com
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti