Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.

Terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.

“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.

“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.

Mənbə: Haber Global
 
Ardını oxu...
Əliyev İranla bağlı mesajlar verdi və Tehran rejiminin Bakıya qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı.
Birincisi, Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi;
TEREF.AZ yazır ki, bunu politoloq Asif Nərimanlı deyir. Fikirlərini şərh edərək politoloq davamında deyir:
İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi: Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür;
Üçüncüsü, soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajını verdi: Bakı cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək;
Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək.
Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək; əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ən azı ana dilində təhsil alması hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər.
Teref.az
 
Ardını oxu...
İranda mövcud rejimə qarşı artıq üçüncü aydır davam edən xalq etirazları səngimək bilmir.

Hakimiyyətin getdikcə artan zorakılığına, repressiv qüvvələrin bütün qəddarlığına baxmayaraq, etirazçılar nəinki geri çəkilir, əksinə, rejimin basqılarına müqaviməti artırır.

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən toqquşmalarda təhlükəsizlik qüvvələrinin yüksək rütbəli məmurlarının öldürülməsi və ya ağır yaralanması hakimiyyətin öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin səmərə vermədiyini, etirazçıları geri oturtmaq əvəzinə, daha da radikallaşdırdığını göstərməkdədir.

Noyabrın 19-da İsfahan əhalisinin bir qrupu ilə görüşündə İranın ali rəhbəri Ayətullah Əli Xameneyi artıq ikinci dəfə: “Şübhəsiz, etirazlar yığışdırılacaq” deyə, bəyan edib.

Lakin sonrakı günlər bunun əlamətlərinin ortada olmadığını nümayiş etdirib. Belə bir şəraitdə İran hakimiyyəti öz əvvəlki ritorikasını dəyişməyə məcbur olub.

Noyabrın 23-də İran prezidenti İbrahim Rəisi hökumətin iclasında çıxış edərkən deyib:

“Hökumət etirazı və müxalif sözü eşitməyə hazırdır. İğtişaşlar həm dialoqa mane olur, həm də hər cür inkişafa əngəl törədir”.

Hakimiyyət mediasında geniş şəkildə tirajlanan bu sözlər bir çoxları tərəfindən rejim rəhbərlərinin xalq etirazlarının öhdəsindən gələ bilməməsinin etirafı, eləcə də etirazçılarla danışıqlara girmək istəyinin ifadəsi kimi şərh olunub.

Daha ətraflı “Azad İran”ın süjetində:

 
Ardını oxu...
Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərar heçbir reallığa sığmır və heçbir əsasa söykənmir. Fransa senatı özü mahiyyət etibari ilə bu qərəzli​ fikirləri ehtiva edən absurd qərarı ilə beynəlxalq qanunları pozmuşdur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın məhz bu beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrin əksinə qərar qəbul etməsi və əsası olmayan müzakirələr aparması‚ dünya​ birliyinin qərar qəbul etdiyi məsələyə münasibət bildirib BMT qərarlarının əksinə olaraq mübahisələndirməsi BMT nizamnaməsini kobud şəkildə pozmaqdır. Bu qətiyyən yolverilməz haldır. Çünki BMT qərarlarının qüvvədən düşməsinə zəmin yaradacaq. BMT Təhlükəsizlik Şurasında baxılıb qərar çıxarılan məsələyə heçbir dövlət yenidən baxa və hər hansı müzakirəyə çıxarıb mübahisələndirə və müstəqil qərar qəbul edə bilməz. BMT TŞ-nın qərarları məcburidir və bu qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi təsdiqlənir və Ermənistan hərbi qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılmalı olduğu bildirilir. Fransa bu da bu qərarı verən qurumun daimi üzvüdür və belə olan halda Fransa senatı nəyi müzakirə edir və niyə edir?? Səbəb nədir?? Eyni zamanda BMT TŞ-nın qəbul etdiyi qərarın əksinə olan bir qərar qəbul etmək özü​ BMT- nin nüfuzuna kölgə salır və​ beynəlxalq hüququn pozulmasıdır. Bu o deməkdir ki‚ yuxarı instansiya bir məhkəmə orqanının qərarını kiçik instansiya məhkəmə orqanı yenidən müzakirəyə çıxarıb qərarı pozaraq yenidən qərar çıxarır. Belə hala qətiyyən yol verilə bilməz. Fransa senatının qəbul etdiyi qərar sadəcə Azərbaycana qarşı qərəz xarakteri daşıyır və erməni lobbi təşkilatlarının sifarişidir. Belə görünür ki‚ Fransa senatı qanunlarla və hüquq anlayışı ilə yox‚ şəxsi hisslərlər və sifarişlərlə işləyir. Azərbaycana qarşı qəbul edilən qərəzli anti-qərarın mahiyyəti bundan ibarətdir. Ümumiyyətlə Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərarda Azərbaycanın ünvanına səsləndirdiyi ifadələr‚ etdiyi çağırışlar böhtan və qarayaxma motivlidir. Bu qərar birmənalı olaraq yalan və böhtan məzmunludur və şəxsi qərəzlilikdən qaynaqlanır. Ermənilərin sifariş və diktəsilə senat bu layihəni müzakirəyə çıxararaq qəbul etmişdir. Belə bir qeyri-qanuni və qeyri-obyektiv qərarın heçbir hüquqi əsası yoxdur. Fransa BMT TŞ-nın daimi üzvü olmasından əlavə eyni zamanda Azərbaycan və Ermənistan sülh danışıqları prosesində vasitəçiliyi öz üzərinə götürmüş və bunun üçün beynəlxalq mandata sahib olan ATƏT-in Minsq qurupunun 3 həmsədrindən biri olub və məsələnin nizamlanmasında Fransa obyektiv vasitəçilik missiyasını illərlə öz üzərində daşıyıb. Minsq qurupunun həmsədr ölkəsi olaraq Fransa senatının qəbul etdiyi qərar yolverilməzdir. Senatın qərarı Fransanın Minsq qurupunun tərkibindəki vasitəçilik mövqeyində də nə qədər qeyri-səmimi olduğunu gəstərmiş olur.​ Senatının Azərbaycana qarşı qəbul etdiyi anti-qərar birmənalı olaraq erməni təəssübkeşliyindən qaynaqlanır və heçbir reallığa söykənmir.

Belə ki‚ Qarabağı "Artsak" adı ilə erməni ərazisi kimi tanıyaraq separatizmi dəstəkləmək terrorizmi və işğalı dəstəkləməkdir. Bu beynəlxalq hüququn və BMT nizamnamələrinin kobud və qəddarcasına pozulmasıdır. Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən və Ermənistanı işğalçı ölkə kimi tanıyan BMT qətnamələri olduğu halda Fransa senatının Ermənistanın vaxtilə işğal etdiyi torpaqları erməni ərazisi kimi tanıması heçbir hüquq tendensiyasına sığa bilməz. Fransa hökuməti işğalçı və separatçı bir rejimi dəstəkləməklə bölgədə sülhü pozur. Çünki‚ ermənilər Fransanın bu addımından cəsarətlənib Azərbaycana qarşı hərbi təxribatlara başlaya və provokativ addımlar ata bilər. Bu isə bölgədə növbəti hərbi cinayətlərin və terrorların yarana biləcəyini ehtimal etməyə əsas yaradır.
Fransa senatının qondarma sepratçı rejimin legitimliyini‚ varlığını və Qarabağı erməni ərazisi kimi tanınası beynəlxalq hüququ kobud şəkildə ayaqlamaqdır. Belə görünür ki‚ Fransa Cənubi Qafqaz regionunda sülhü və sabitliyi pozmağa və yeni münaqişə ocaqları yaratmağa çalışır. Qarabağ tarixən və hələ qədimdən Azərbaycan torpağıdır və ermənilər yeni dövrlərdə bura qonaq qismində gəliblər. BMT T. Ş.-nın qətnamələri də bunu sübut edir. Belə olan halda Qarabağı erməni torpağı kimi tanımaq elə ermənilərin özünə zərər verməkdir. Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan torpağıdır və BMT-də belə tanınıb.​ Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamənin heçbir hüquqi əsası yoxdur və ümumiyyətlə hüquqi əsası ola da bilməz. Çünki‚ artıq beynəlxalq birlik‚ dünya ictimaiyyəti Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan torpağıdır. Bu isə o deməkdir ki‚ beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Belə olan halda Fransa Senatının qəbul etdiyi qətnamə sadəcə kağız parçasıdır və heçbir rəsmi və hüquqi əsası yoxdur. Hətta işğalçı Ermənistan belə Qarabağın müstəqilliyini bu zamana qədər tanımayıb və tanıya bilməyib. Çünki​ beynəlxalq hüquq mane olub. Ermənistan işğalçı olsa da yaxşı dərk edir ki‚ Qarabağ Azərbaycan torpağıdır və beynəlxalq hüquq da məhz birmənalı olaraq Azərbaycanın tərəfindədir.​

1992-ci ildə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq‚ beynəlxalq ictimaiyyət tərəfindən sərhədləri və ərazisi beynəlxalq hüquqla tanınan Azərbaycanın ərazisinə qarşı hərbi təcavüz edərək Qarabağı işğal etmişdir. 1992-ci ildə BMT Təhlükəsizlik Şurası da Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünü və Qarabağı işğal etməsi faktını təsdiq edərək Ermənistanı işğala son qoymağa və Azərbaycan torpağını tərk etməyə çağırıb. Ermənistan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi üçün‚ məhz​ 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun igidliyi sayəsində Qarabağ işğaldan azad edilmiş və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa məcbur olmuşdur. 30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə 1.000.000 Azərbaycanlı öz doğma evindən‚ torpağından qaçqın və köçkün düşmüş‚ didərgin salınmışdır.​ ​ Çox sayda Azərbaycanlı itgin düşmüş‚ yaralanmış‚ həlak olmuş‚ soyqırımına məruz qalmış və ermənistanın etnik təmizləmə siyasətinin günahsız qurbanı olmuşdur. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı faktı bəşəriyyətin ən qanlı insan qətliamlarındandır. Ermənistan silahlı qüvvələrinin Xocalıda Azərbaycanlılara qarşı törətdiyi bu qanlı faciə‚ soyqırım aktı isan haqqlarının dəhşətli pozuntusu və ən ağır hərbi cinayət‚ terror aktıdır. Vaxtilə 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı döyüşlərdə ermənilər tərəfindən Yəhudi gəncləri də həlak edilmişdir. Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən 30 il öncə işğal edilməsi ilə bu ərazilər dağıdılmış və 30 il keçməsinə baxmayaraq bərpa edilməmiş və hətta dağıdılaraq vandalizm aktları törədilmişdir. Eyni zamanda işğal edilmiş Azərbaycan torpaqlarının təbii sərvətləri talanmış‚ oğurlanmış və xaricə aparılmışdır. Bütün bu faktlar nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan İqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir. Hazırda Azərbaycana dəymiş maddi və mənəvi ziyanlıq 100 milyardlarla dollar həcmində ölçülür. Əlbəttə ki‚ Ermənistan hökuməti bu zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir.
30 il öncə Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə tarixi ədalət və​ beynəlxalq hüquq kobud şəkildə pozulmuşdur. Ermənistanın işğalçı olması beynəlxalq ictimaiyyət və BMT TŞ tərəfindən tanınıb və təsdiqlənib. Beynəlxalq hüquqa əsasən ermənistan işğalçıdır və hərbi cinayətlər törədib. Belə olan halda Fransa hökuməti beynəlxalq ictimaiyyətin və BMT TŞ-nın əksinə addım ata bilməz. Fransa özü BMT TŞ-nın qərarlarına hörmət etməyə beynəlxalq qanunlarla və qurumun nizamnaməsinə əsasən borcludur.

Odur ki‚ Fransa hökuməti‚ xüsusən Senat ermənilərlə bağlı heçbir sübuta və reallığa söykənməyən fikir və mövqelərinə yenidən baxmalıdır və heçbir reallığa söykənməyən‚ beynəlxalq qanunların əksinə olan şər və böhtan xarakterli qərəzli qərarına yenidən baxmalı və obyektiv münasibət sərgiləməlidir.
Azərbaycan öz mövqeyində hər zaman haqqlıdır və Azərbaycan dövləti heçbir zaman beynəlxalq hüquqa zidd addım atmayıb. 2020-ci ildə 44 günlük müharibə də məhz beynəlxalq hüquq çərçivəsində və beynəlxalq qanunlarla aparılmış‚ bütün müharibə mədəniyyətinə‚ hümanizm prinsiplərinə əməl edilmiş‚ müharibənin gedişində də beynəlxalq hüquq normaları yüksək səviyyədə qorunmuş və həqiqi bir nümunə göstərilmişdir. Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir
Fransa senatı bu qərəzli qərarı ilə Azərbaycan xalqına və dövlətinə qarşı böyük haqqsızlıq etmiş və beynəlxalq qanunlara qarşı isə böyük kobudluq sərgiləmişdir.

Biz‚ Fransa senatının erməni təəssübkeşliyindən qaynaqlanan və heçbir reallıqla bağlılığı olmayan şər və böhtan xarakterli qərarını qətiyyətlə pisləyir və Azərbaycanın haqqlı mövqeyini və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bir daha dəstəkləyir‚ Azərbaycanın suveren sərhədlərinə qarşı olan hər bir hücuma‚ təhdidə və hərbi‚ siyasi təxribatlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycan haqqlıdır və​ hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi​ ​
Teref.az
 

Ardını oxu...
Noyabrın 23-də İrəvanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti Ermənistan üçün tam fiasko ilə nəticələndi. Baş nazir Nikol Paşinyan qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. KTMT üzvləri aydın şəkildə göstərdilər ki, öz mövqelərində qalırlar və bu mövqedən geri çəkilməyəcəklər. Əslində çox nadir bir haldır ki, hər hansısa ölkə zirvə görüşü təşkil edir, həmin tədbirdə onun özünü tənqid edirlər.

Görünməyən hallardan biri də zirvə görüşünə ev sahibliyi edən ölkənin sammitin yekun sənədini imzalamaqdan imtina etməsidir. Paşinyan sənəddə Ermənistana yardımı yetərli görmədiyi üçün sənədi imzalamaqdan imtina etdiyini açıqlayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, KTMT regionu tərk edir və İrəvan bundan narahatdır: "Bizim partnyorlardan soruşmaq lazımdır ki, KTMT-nin Cənubi Qafqazı tərk etməsi qərarını veriblərmi? Əgər cavab “hə”dirsə, onda bunu ucadan deməlidirlər. Həyat sübut edir ki, KTMT-nin postsovet məkanındakı hərbi rolu özünü doğrultmur. Biz KTMT-yə Türkiyə-Azərbaycan tandemindən qorunmaq üçün qoşulmuşduq. Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib ki, KTMT-nin İrəvan sammiti Nikol Paşinyan üçün ən yaxşı halda belə xarakterizə oluna bilər:

“Böyük pərişanlıq. Bunu heç bir ironiya-filan olmadan, necə var, eləcə deyirəm. Bizim hamımıza Cənubi Qafqazda sülh lazımdır. Bundan ötrü Ermənistandan olan həmkarlarımız üçtərəfli bəyanatı açmalı və bənd-bənd yerinə yetirməlidir, fasiləsiz demoqogiya və təxribatları yığışdırmalıdır. Hamı bütün bunlardan bezib. Heç kəs Nikol Paşinyanın komandası üçün əlini odun içinə soxmayacaq”. Belarus lideri Aleksandr Lukaşenko da bildirib ki, KTMT tərəf deyil: "Nikol Vovayeviç (Paşinyan) deyir ki, KTMT Azərbaycanı aqressiyadan çəkindirə bilmədi, biz belə deyilik. Kimisə saxlamaq bizim işimiz deyil. Gəlin, bu istiqamətdə irəliləyək. Gəlin razılaşaq, hər şey edək ki, orda adamlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qarşılanacaq".

Göründüyü kimi KTMT-yə üzv ölkələrin liderləri fərqindədir ki, Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən də KTMT-ni öz ambisiyalarını reallaşdırmaq üçün bir vasitə kimi qiymətləndirir.

Bu halda digər üzvlərin maraq və mənafelərini nəinki nəzərə almır, Ermənistan özünü elə aparır ki, sanki hamı ona borcludur, onun üçün nə isə etməlidir, öz maraqlarına zidd olsa belə yardım göstərməlidir. Müasir dövrdə ikitərəfli və çoxtərəfli əlaqələrdə bu, mümkün olmayan bir məsələdir və Paşinyan bu gerçəkliyi anlamır. Buna görə də onun ABŞ, Avropa İttifaqı, KTMT və digər ölkələr, təşkilatlara müraciətlərinin heç bir səmərəsi olmur və olmayacaq da. Bütün dünya, o cümlədən də KTMT-yə üzv dövlətlər işğalçı, digər bir ölkənin ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistanın əsl mahiyyətini aydın bilirlər və buna görə də Paşinyanın Azərbaycanla məsələlərin həlli kontekstində təkliflərinin, təşəbbüslərinin və tələblərinin səmimiliyinə inanmırlar. KTMT-yə üzv ölkələr Azərbaycanın böyük potensialını, onun ardıcıl, aydın, bərabərhüquqlu əməkdaşlığa yönəlmiş siyasətini görürlər və ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edirlər. Ermənistan baş naziri iddialarla çıxış edəndə və təşkilata üzv ölkələrə qarşı tələblər irəli sürəndə ya bu reallığı nəzərdən qaçırır, ya da ona əhəmiyyət verməməyə çalışır. Bu yanaşma Ermənistanın bütün cəbhələrdə fiaskosunu şərtləndirən başlıca amildir.

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında deyib ki, Paşinyan KTMT-də Bakıya qarşı son şansını da itirdi. Analitikə görə, Ermənistan KTMT-dən istədiyini növbəti dəfə də ala bilmədi:

"Təşkilatın müzakirə etdiyi məsələlərin ikisi Azərbaycanla bağlı olub. Sərhəd məsələsində Ermənistana hərbi dəstəyin verilməsi və Azərbaycanın “hücumuna” siyasi qiymətin verilməsi. İrəvanın gündəliyə daxil edildiyi bu iki məsələdən savayı digərləri qəbul olunub. KTMT “Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı kompleks tədbirlərin hazırlanmasını razılaşdırmaqla” İrəvana Bakı ilə bağlı tələblərinin qəbul edilməyəcəyinə dair açıq mesaj verdi. Paşinyan narazıdır və bunu açıq mətnlə ifadə etdi, həm də bu, İrəvan üçün itirilmiş fürsətdir. Ermənistan KTMT-yə sədrliyi dövründə Azərbaycana qarşı cəbhəni qurmaq şansının olduğunu düşünür, buna çalışırdı, lakin sədrlik etdiyi son iclasda da nəticə əldə edə bilmədi. Belarusun KTMT-yə sədrlik edəcəyi müddətdə Azərbaycanla bağlı məsələlərin gündəmə daxil edilməsi, yaxud qəbul edilməsi imkanları olduqca zəifdir. Lukaşenkonun mövqeyi də bunu deməyə əsas verir.

Paşinyanın KTMT-də Azərbaycana qarşı əlindəki son şansdan istifadə edə bilməməsini Bakının İrəvanı öz evində məğlub etməsi kimi də qiymətləndirmək olar. Ermənistan bundan sonra KTMT və Rusiyaya qarşı sərgilədiyi mövqeyi gücləndirəcək. Lakin bunun rəsmi İrəvan səviyyəsindən daha çox, ictimai rəy müstəvisində kampaniya şəklində olacağı ehtimalı daha böyükdür".
Ardını oxu...
Aleksandr Lukaşenko noyabrın 23-də bildirib ki, KTMT-nin taleyi Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsindən asılıdır. Müəyyən mənada haqlıdır. Ancaq əlavə etmək üçün daha bir şey var. KTMT əvvəlcə effektiv və nüfuzlu təşkilat deyildi. Rusiya onu postsovet məkanında “NATO-nun analoqu” edə bilmədi, çünki:

müvafiq və adekvat resurslar yoxdur;

bütün iştirakçı ölkələr üçün ümumi olacaq heç bir fikir formalaşdırılmadı;

Rusiya əslində başqalarının maraqlarını düşünməyərək, layihəni özü üçün yaratdı;

regional oyunçuların güclənməsi Rusiya Federasiyasının təsirini zəiflətdi və KTMT ölkələrinin xarici siyasətinin şaxələndirilməsini sürətləndirdi.

Ona görə də Ukraynada müharibə başlayana qədər KTMT xüsusi bir mahiyyət daşımırdı və Qazaxıstanda yanvar “PR kampaniyası” olmasaydı, daha tez ləğv olacaqdı.

Rusiya Federasiyası təşkilatın fəaliyyətini yalnız öz üzərinə bağladığından (onlar üçün ənənəvi üslubda), bu strukturun taleyi indi həqiqətən Rusiya Federasiyasının taleyindən və onun bölgədəki mövqelərindən asılıdır. Deməli, Lukaşenko cəsarətlə eyham vurdu ki, KTMT=Rusiya Federasiyası, Rusiya Federasiyası isə=KTMT və bütün digər iştirakçılar təşkilatın aqibətinin necə olacağı ilə maraqlanmırlar. Buradakı ölkələrin əksəriyyətinin başqa tərəfdaşlıqlara və digər layihələrə qoşulmaqda maraqlı olduğunu nəzərə alsaq, Belarus Prezidentinin dediklərində məntiq var.

Ermənistanın KTMT iclasında dünənki demarşı (orada Putinin şəxsən iştirak etdiyi, baxmayaraq ki, o, həmişə bunu etmir) təəccüblü olmamalıdır. Rusiya Federasiyasının Ukraynaya görə zəifləməsi, 2020-ci ildən sonra onun nüfuzdan düşməsi və Azərbaycanla Ermənistana qarşı situasiya oyunu kontekstində İrəvanın mövqeyi sərtləşir və Rusiyaya və onun işləməyən təhlükəsizlik zəmanətlərinə qarşı daha praqmatik olur.

Eyni zamanda, Qazaxıstan nümayəndəsinin KTMT-nin yeni baş katibi seçilməsi Rusiyanın digər iştirakçılara belə güzəştlər yolu ilə təşkilat üzərində nəzarəti saxlamaq cəhdidir ki, bu, Rusiyadan sonrakı dövrdə Rusiyanın təsirinin zəiflədiyini bir daha təsdiqləyir.

Müəllif: İliya Kusa - Yaxın Şərq üzrə ekspert
Mənbə: UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur
Ardını oxu...
Dövlətin və bizim vəzifəmiz işğal altında olan və Rusiya ilə əməkdaşlıq etməyənlərə dəstək olmaqdır

2022-ci il martın 4-də Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən Zaporojye Atom Elektrik Stansiyası (AES) rus qoşunları tərəfindən tutuldu. Sonradan məlum oldu ki, obyekt Rusiyanın “Rosatom” şirkəti tərəfindən idarə olunur, baxmayaraq ki, ukraynalı personal stansiyada işləməyə davam edir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və buna görə də onun ələ keçirilməsi ilə bağlı təhlükələr bütün dünyanın diqqətini cəlb edib.

Ukrayna hakimiyyətinin AES ətrafında demilitarizasiya zonası yaratmaq çağırışlarına işğalçı ölkə məhəl qoymur və MAQATE-nin beynəlxalq missiyaları Rusiya Federasiyasına hər hansı real təsir alətləri olmadığı halda kifayət qədər formal xarakter daşıyır.

Eyni zamanda, işğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə stansiya işçilərinin və yerli sakinlərin pasportlaşdırılması yolu ilə təhlükəsizlik və vəziyyətə nəzarət illüziyası yaratmaq üçün bütün mümkün vasitələrə əl atırlar.

Başa düşmək lazımdır ki, Ukrayna vətəndaşlarının işğal olunmuş ərazilərdə pasportlaşdırılması manipulyasiyadır və Rusiya Federasiyası tərəfindən növbəti təcavüzkar hərəkətlərə haqq qazandırmaq, işğal olunmuş əraziləri və obyektləri süni şəkildə leqallaşdırmaq və qanunilik illüziyası yaratmaq üçün dünya ictimaiyyətinə təsir etmək üsuludur.

Üstəlik, ehtiyacdan asılı olaraq, ya 2014-cü ilin fevral-mart aylarında Krımda baş verdiyi kimi Rusiya Federasiyasının vətəndaşlığının verilməsi yolu ilə məcburi universal pasportlaşdırma, ya da Rusiya Federasiyasının “könüllü” vətəndaşlığına meyl etmək yolları seçilir.

Əgər birinci hal beynəlxalq hüquq nöqteyi-nəzərindən qiymətləndirmə üçün daha açıqdırsa və əslində əhəmiyyətsizdirsə, heç bir hüquqi nəticəsi yoxdursa, ikinci hal artıq hüquqi tənzimləmə ehtiyacına malikdir və Ukrayna qanunvericiliyi üçün mənfi nəticələrə səbəb ola bilər.

Aydındır ki, buna görə də işğal edilmiş Zaporojye vilayəti və Enerqodar şəhəri ərazisində işğalçılar orada olmalarının qondarma qanuniliyini və AES-in maraqları naminə işləməsini təsdiqləmək üçün ikinci yola əl atdılar.

Öz növbəsində, 17 noyabr 2022-ci il tarixində “CASE Ukraine” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Hücum altında olan enerji: ukraynalılar nəyi bilməlidirlər?” müzakirəsi zamanı bu tədbirdə ekspert kimi çıxış edən İvan Plaçkov deyib ki, Rusiyanın müvəqqəti işğalı altında olan AES-in işçiləri “stansiyanı qorumaq” üçün “Rosatom”un simasında işğalçılarla əməkdaşlığa razılıq verməlidirlər - “... nəyisə imzalasınlar, hətta pasportları da qəbul etsinlər, amma stansiyada qalsınlar, çünki onları ancaq bu xilas edə bilər”.

Ukrayna personalının zavodda proseslərə nəzarət etmədiyini nəzərə alsaq, belə mövqe kifayət qədər qəribədir. Aydındır ki, mütəxəssislərimiz avadanlıqların istismarı və AES-in xüsusiyyətləri ilə hərtərəfli tanışdırlar, lakin onlar qərarlara təsir edə və ya işğalçıların sifarişlərinin yerinə yetirilməsinə mane ola bilərmi? Məncə, yox.

Rusiya pasportunun alınması və “Rosatom”la müqavilənin bağlanması işçilərin üzərinə yalnız Rusiya Federasiyasının qanunlarına əməl etmək, onun maraqlarına uyğun işləmək kimi əlavə vəzifələr qoyacaq və heç bir halda bu, AES-in təhlükəsizliyinə zəmanət vermir.

Əksinə, praktikada Ukrayna üçün neqativ informasiya fonu yaradılacaq və işğalçılar bundan istifadə edəcəklər: məsələn, AES-in və Enerqodar şəhərinin ələ keçirilməsinin qanuniləşdirilməsi kimi. Çünki Rusiya vətəndaşları və AES-in işçiləri orada işləyəcək və yaşayacaqlar.

İşğal olunmuş ərazinin ruslaşdırılmasının sürətləndirilməsi, orada rus təbliğatının xeyli artması Enerqodar əhalisinin və stansiya işçilərinin Ukraynaya qarşı düşmən münasibətinin yaranmasına gətirib çıxaracaq. Rublla əmək haqqı və digər sosial müavinətlərin ödənilməsinə keçid olacaq, Rusiya qanunvericiliyinin icrası başlayacaq, stansiya işçilərinin və Enerqodar sakinlərinin Rusiya ordusu və digər hərbi birləşmələrin sıralarına mümkün səfərbər edilməsi həyata keçiriləcək.

Rusiya və dünya informasiya məkanı üçün güclü təbliğat mifi yaratmaq, bu vəziyyətdən ukraynalıların digər müvəqqəti işğal olunmuş ərazilərə münasibətdə davranışının nümunəsi kimi istifadə etmək asandır.

Mütəxəssislər həqiqətən belə düşünürlər ki, stansiyanın kişi heyətini işğal olunmuş ərazilərin müdafiəsini qorumağa gələndə saxlayacaqlar, yoxsa Rusiya Federasiyasının vətəndaşlığını qəbul etdikdən sonra işçilər qanunsuz repressiya təhlükəsindən və ya zərurətdən qaçacaqlar? Bu, cinayət əmrlərinə əməl etmək deyil?

Bu cür müraciətlər işğalçıların gələcək əməllərinə görə məsuliyyətin onsuz da ən ağır vəziyyətdə olan stansiya işçilərinin üzərinə atılması ilə eynidir.

Başa düşmək lazımdır ki, istənilən “təcavüzkarı sakitləşdirmək” və ya mübarizəni dayandırmaq siyasəti həmişə insanların məhvinə və ölümünə səbəb olub. Dövlətin və bizim vəzifəmiz işğal altında olan və Rusiya ilə əməkdaşlıq etməyənlərə dəstək olmaqdır.

Müəllif: Maksim Malaşkin - Ukrayna Enerji Assosiasiyasının İdarə Heyətinin üzvü

Mənbə: UNİAN
Ardını oxu...
"Ukrayna tammiqyaslı müharibə zamanı ən böyük təhlükələrdən biri ilə üzləşib..."

"Rusiyanın raket terroru energetika infrastrukturumuzun yarısını dağıdıb..."

"Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır..."

"Biz bilirik ki, Kreml bundan sonra da qarşısına bizim enerji obyektlərimizə zərbələr vurmaq vəzifəsini qoyub ku, qışın soyuğunu kütləvi qırğın silahına çevirsin..."

Rusiya tərəfindən Ukraynanın energetika, tibbi və təhsil infrastrukturunun minalanması və məhv edilməsi Moskvanın şüurlu siyasətidir və buna minlərlə sübutlar var.

TEREF.AZ "Moderator.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Fransa merləri və bələdiyyə rəhbərlərinin 104-cü Konqresinin iştirakçılarına müraciətində bəyan edib.

"İşğalçılar ukraynalıların bu torpaqda, sadəcə, yaşaya bilməməsinə cəhd edir", - Zelenski vurğulayıb.

O, deyib ki, işğaldan azad edilən şəhər və kəndlərə ukraynalıların vərdiş etdiyi adi həyat qayıdır.

"Məhz buna görə də Ukrayna bizə, müdafiəmizə, maliyyəmizə, bərpa işlərinə bütün dəstək verənlərə minnətdardır. Bu, sözün birbaşa mənasında insanların həyatının xilas edilməsinə yardımdır", - o, əlavə edib.

"Bu gün, qış ərəfəsində, biz tammiqyaslı müharibə zamanı ən böyük təhlükələrdən biri ilə üzləşmişik. Rusiyanın raket terroru energetika infrastrukturumuzun, demək olar ki, yarısını dağıdıb. Və biz bilirik ki, Kreml qarşısına bundan sonra da enerji obyektlərinə zərbələr endirmək vəzifəsini qoyub. Bununla Rusiya Ukraynanın bütün ərazisində işğal etdiyi şəhər və kəndlərində etdiklərini etmək istəyir. O, həyatı məhv etmək istəyir".

Ukrayna işğalçıların bu niyyətlərinə qarşı müqavimət göstərir.

O, deyib ki, noyabrın 21-də Fransa prezidenti Makronla söhbəti zamanı "Rusiyanın bu taktikasından birgə müdafiə olunmağımız üçün nələri edə biləcəyimiz" barəsində danışıb.

"Bizin dəqiq razılaşmalarımız var. O cümlədən dekabrın əvvəlində Ukraynanın tez bir zamanda artıq indidən müvafiq Plana uyğun olaraq bərpası üçün konfransın keçirilməsi barəsində razılığa gəlmişik. Mən hamınızı konfansa və gələcək səylərə qoşulmağınıza çağırıram", - Ukrayna prezidenti davam edib.

Zelenski konfrans iştirakçılarına danışıb ki, Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır.

"Bizim üçün bunlar, sadəcə, texnika məsələsi düeyil. Ukrayna üçün bu, terrordan müdafiə olunmaqdir, -prezident vurğulayıb. - Elə fransız şəhərləri və bələdiyyələri səviyyəsində minalardan təmizləmədə və ya yanğınsöndürənlər və xilasedicilər, bizim tibb işçilərimiz üçün edilən yardımlarda- generatorlar və konkret rabitə sistemlərinin verilməsində olduğu kimi. Bunlar tamamilə insanların müdafiəsi üçündür".

O, merlərə və bələdiyyə nümayəndələrinə Ukraynaya yardımda "konkret olmağa" və şəhər və icmalarımızın terrordan qorunmasında dəstək verməyə çağırış edib. Zelenski əmindir ki, birgə səylərlə buna nail olmaq mümkün olacaq.
Ardını oxu...
“İran region üçün davamlı təhlükə yaradır”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranla bağlı bütün variantlarını nəzərdən keçirəcək:

“Vaşinqton çoxdan müşahidə edir ki, İran nüvə silahı yaratmaq üçün zənginləşdirilmiş uranın istehsalına sərf olunan vaxtı qısaltmağa çalışır. Bu baxımdan, Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası əvvəldən İranla nüvə sazişini bərpa etməyə çalışırdı”- deyə, o bildirib.

Onun sözlərinə görə, İran region üçün davamlı təhlükə yaradır:

“Yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını necə təkmilləşdirməyə davam etdiyinə görə. Deməli, bu, İranın regiona yaratdığı davamlı təhlükənin tərkib hissəsidir. Və beləliklə, biz Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün bütün imkanlara malik olduğumuzu təmin etmək niyyətindəyik və edirik. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”.
 

Dünyapress TV

Xəbər lenti