Ardını oxu...
“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bildirib.

“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.

Mənbə: Haber Türk
 
Ardını oxu...
Polşanın Sərhəd Xidməti Rusiya ilə sərhədə elektron hasar çəkilməsi üçün podratçı şirkətlə müqavilə bağlayıb.

AYNA-nın Polşanın Sərhəd Xidmətinə istinadla xəbərinə görə, 199 km uzunluqda hasarın inşası 82 milyon avroya başa gələcək.

Bildirilib ki, elektron hasar Rusiyanın Kalininqrad vilayəti ilə olan bütün quru sərhədini əhatə edəcək. Sərhədin kiçik bir hissəsində artıq bir neçə ildir elektron hasar tətbiq edilir.
 
 
 
Ardını oxu...
Qırğızıstanda keçirilən və Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan rəhbərlərinin qatıldığı Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya istehsalı olan məşhur “Mersedes” avtomobillərindən şikayətlənib.

“AzPolitika.info” xəbər verir ki, qarlı, şaxtalı havanın hökm sürdüyü Bişkekin yaxınlığındakı iqamətgahda Qırğızıstan Prezidenti Sadır Japarovun qarşıladığı Aleksandr Lukaşenko həmkarına onu gətirən “Mersedes”in işə düşmədiyini deyib: “Mən gecikmişəm? Yox? “Mersedes”lər zəifdir, işə düşmürlər. Piyada gəlmişəm”.

Yeri gəlmişkən, qeyd edək ki, nə Lukaşenkonun rəhbərlik etdiyi Belarus, nə Rusiya, nə də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan digər ölkələr “Mersedes”lə “uzaqdan-yaxından” rəqabət apara biləcək avtomobil istehsal edə bilmir, əvəzində bu ölkələrin rəhbərləri nədənsə, Lukaşenkonun bəyənmədiyi alman avtomobillərindən istifadə edirlər...

Belarus Prezidenti sammitdəki çıxışında təşkilata daxil olan dövlətlərin öz aralarındakı əməliyyatlarda ABŞ dollarından tam imtina etməli olduqlarını və Amerika valyutasının az qala “işinin bitdiyini” deyib: “Artıq hamıya məlumdur ki, dolların dominantlığı dövrü sona çatır. Gələcək ticarət bloklarındadır, hansılarda ki, hesablaşmalar milli valyutalarda həyata keçiriləcək”.

Qeyd edək ki, bir çox dünya dövlətlərinin səylərinə baxmayaraq, doğrudan da güclü maliyyə silahına çevrilmiş ABŞ dollarının bütün dünya ölkələri arasında istifadə olunan əsas hesablaşma valyutası statusunu zəiflətmək cəhdləri heç bir ciddi nəticə vermir. Maraqlıdır ki, Lukaşenko “dolların sonunun çatdığını” bildirsə də, Rusiya və Belarus kimi dünya iqtisadiyyatından getdikcə daha çox təcrid olunan ölkələrdə belə ABŞ dollarının yerli valyutalara nisbətdə real məzənnəsi yüksək olaraq qalır...
 
Ardını oxu...
“Bütün bu illər ərzində Putin Rusiyanın Donbasdakı münaqişənin tərəfi olmadığını deyirdi. Lakin o, Donbasa ikili təyinatlı məhsullar tədarük edir".

“Qafqazinfo” xəbər verir ki, bunu “Ədalətli Rusiya” partiyasının rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin yaxın adamı olan Sergey Mironov etiraf edib.

O bildirib ki, Rusiya 2014-cü ildən Donbasa silah tədarük edir:

"2014-cü ildən Rusiya Donbasa təkcə humanitar yardım deyil, həm də ikili təyinatlı məhsullar, yəni silah və hərbi texnikanın yaradılması üçün komponentlər verir”.
 
Ardını oxu...
İran liderləri ölkədən qaçmağa hazırlaşırlar.

Cebhe.info xəbər verir ki, bu haqda Qərb mediası məlumat yayıb.

Qərbin diplomatik mənbələrinin xarici mediaya verdiyi məlumata görə, İslam Respublikası daxildə etirazçıların qanlı şəkildə yatırılması ilə eyni vaxtda ölkədə vəziyyətin pisləşəcəyi və rejimin devrilməsi ehtimalının artacağını nəzərə alaraq artıq danışıqlara başlayıblar.

Belə ki, ölkə rəhbərləri Tehran rəsmilərinə və onların ailələrinə sığınacaq vermək üçün xarici müttəfiqləri, o cümlədən Venesuela ilə danışıqlar aparırlar.
 
Ardını oxu...
Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarı dəstəkləməkdən imtina edib.
Bu barədə BTV telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ ölkələrinin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Niderland nümayəndələri isə əleyhinə səs verib.

Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını rəsmən təsdiqləyib.

Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev Şuranın qərarını şərh edərkən onu “siyasi” adlandırıb, ölkənin Şengen zonasına daxil olmaqla bağlı işi davam etdirməyə hazır olduğunu bildirib.

“Təqdim olunan hesabatlar açıq şəkildə göstərdi ki, Bolqarıstan və Rumıniya bütün Şengen meyarlarına cavab verir. Amma məsələ siyasi çalar aldı, 25 dövlət bizi dəstəklədi, lakin iki güc (Avstriya və Niderland – red.) öz xüsusi qərarını verdi”, - o deyib.

İ.Demerciyevin sözlərinə görə, hökumət bu məsələdə nikbindir, danışıqları davam etdirməyə və konstruktiv həll yollarına hazırdır.

Bolqarıstan və Rumıniyanın müraciətlərinə rədd cavabı verilməsini şərh edən Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Shinas tviter hesabında “problemin həlli üçün bir yol tapılmalıdır” deyə yazıb.
TASS
 
Ardını oxu...
"Orta Dəhliz"in imkanlarından istifadə Azərbaycan üçün qızıl fürsətdir.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun ADA Universitetində müzakirəsi zamanı Dünya Bankının Baş qərargahda Makroiqtisadiyyat, ticarət və investisiyalar praktikasının meneceri Antonio Nusifora deyib.

O bildirib ki, Ukraynadakı müharibə, baş verən geosiyasi hadisələr "Orta Dəhliz"lə bağlı böyük imkanlar yaradıb.

"Çinlə Avropa arasında əsas ticarət marşrutu Rusiya üzərindən keçirdi, hazırda isə bu mümkün deyil. Çox güman ki, yaxın gələcəkdə də mümkün olmayacaq. Bu baxımdan alternativ maşrutların araşdırılması istiqamətində ciddi səylər görünür. Dəhlizlər üzrə yönləndirilən yük həcmlərinin mənimsənilməsi çox ciddi bir fürsətdir".

O bildirib ki, Azərbaycan Gürcüstan və Qazaxıstanla əməkdaşlıq gücləndirilməlidir ki, infrastruktura investisiyalar qoyulsun, dəhliz iqtisadi cəhətdən səmərli olsun.

"Eyni zamanda sərhədlərarası yüklərin daşınması, tranzit daşımaları üçün ticarət qaydalarının asanlaşdırılması və sadələşdirilməsi də tələb olunacaq. Bu da əslində Azərbaycan üçün qızıl fürsətdir"- deyə A.Nusifora əlavə edib.
Ardını oxu...
Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.

Rusiya vətəndaşı artıq ölkəsinə dönüb.

Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır. Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın “İnqilabçı Silahlı Qüvvələrinə – Xalq Ordusuna” (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.

Qərb mediası Butu “silah baronu” və “ölüm taciri” adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.

Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.

2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə “Phoenix Mercury” komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.

ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.

2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
TASS
 
Ardını oxu...
“Ukraynada müharibənin uzanması qlobal miqyasda böhranların dərinləşməsinə səbəb olur”.

“Report” TRT-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı bildirib.

İ.Kalının sözlərinə görə, Türkiyə Ukrayna böhranının tezliklə danışıqlar masası arxasında nizamlanmasının tərəfdarıdır: “Türkiyə atəşkəsə nail olmaq üçün diplomatik səylərini qətiyyətlə davam etdirir”.
 

Dünyapress TV

Xəbər lenti