Ardını oxu...
Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin klinikada çəkilmiş videogörüntülərini dərc edib. Bəzi kadrlarda keçmiş prezident özünü həddindən artıq əsəbi aparır.

Qurumdan bildirilir ki, Saakaşvili simulyasiya ilə məşğul olur və ictimaiyyəti çaşdırır.

Kadrlarda keçmiş dövlət başçısının xeyli arıqladığı müşahidə olunur.

Qeyd edək ki, Saakaşvilinin səhhətində ciddi problemlərin olduğu vurğulanır. Onun orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar edilib.

Siyasətçi çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ona səhhətində yaranan problemlərə görə azadlığa buraxılması ilə bağlı Tbilisi şəhər məhkəməsinin iclasında videobağlantı vasitəsilə iştirak etmək imkanı vermədiyi üçün aclıq aksiyasına başlayıb. Lakin Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat sonra aksiyasını dayandırıb.
 
 
 
Ardını oxu...
Bu gün Kəlbəcərdə Ermənistan tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində 4 mülki işçi ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.

“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsinin sonundan bəri mina qurbanlarının sayı 278 nəfərə çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır!”,- deyə paylaşımda qeyd olunub.
 
Ardını oxu...
Xankəndi-Gorus yolunda azərbaycanlı fəalların keçirdiyi məlum aksiya xarici mətbuatda da əks-səda doğurub.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın tanınmış “Unian.net” saytı azərbaycanlı fəallardan birinin Rusiya sülhməramlısı ilə danışığını əks etdirən video yayıb.

Məlumatda qeyd olunur ki, aksiya iştirakçıları rus hərbçilərindən qətiyyən çəkinmirlər, hətta onları ələ salırlar: “Aksiya iştirakçılarının narazılığı regiondakı ekoloji durumla bağlıdır. Etirazçılardan biri qorxmadan özlərini sülhməramlı adlandıran rusiyalı hərbçilərə müraciət edir. Əvvəlcə onları ələ salır ki, rus hərbçilərin populyar musiqi serverlərinə çıxışı yoxdur və deyir: “Heyf ki, “Shazam”-ı qoşa bilmirsiniz. Sonra yükləyərsiniz, biz də bizim mahnıları sizə göndərərik”. Bu zaman Azərbaycan kompozisiyaları səsləndirilir. Ən maraqlısı isə daha sonra baş verir. Rus hərbçisinin qolundakı Rusiyanın işğalçılıq simvolu olan “Z” işarəsini göstərən azərbaycanlı fəal deyir: “Bəs, bu nədir belə? “Z”, yəni ki, azmısan, ya boğulursan?(Rus dilindəki “Zabludilsa” və “Zapıxalsa” sözləri nəzərdə tutulur-red.). Rus “sülhməramlıları isə sadəcə, susurlar”.
 
Ardını oxu...
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya hücumu başlayandan Rusiyada yaşayan ermənilər bu ölkədən qaçmağa başlayıblar.
Bu barədə Ermənistan Polisinin Pasport və Viza Departamentinin məlumatları əsasında bəlli olub.
Belə ki, müharibə başlayandan 17 498 Rusiya vətəndaşı (əksəriyyəti Rusiya vətəndaşlığı olan ermənilər) Ermənistan vətəndaşlığı üçün müraciət edib.
Onlardan neçəsinin müraciətinin təmin edildiyi barədə məlumat verilmir.
 
Ardını oxu...
Böyük Britaniya hökuməti sanksiyalara məruz qalan rusiyalı iş adamlarının üzərinə həbs qoyulmuş hesablarından Ukraynanı bərpa etmək üçün istifadə etməyə imkan verəcək mexanizm hazırlayır.

Bu barədə çərşənbə axşamı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

“Mən söz vermişəm ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərəkətlərini dəstəkləyən şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsini araşdıracağam. Bundan əlavə, biz bərpa və yenidənqurma üçün kompensasiyaların bir hissəsi kimi onların aktivlərindən istifadəni hüquqi cəhətdən əsaslandırılmalı olan mexanizmləri öyrənirik”, - nazir Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı deyib.

Mənbə: TASS
 
Ardını oxu...
“Açıq Cəmiyyət Fondları” təşkilatı və ya "Corc Soros" Fondunun İrəvan ofisi Ermənistanda fəaliyyətini dayandırır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Past” erməni qəzeti yazıb.
“İlkin məhdud məlumatlara görə, əslində "Soros" Fondunda format dəyişiklikləri baş verir və bu seqment daha çox regional inteqrasiyanın yeni taktikaları ilə hərəkət etməyə çalışacaq, həmçinin maliyyənin azalmasına baxmayaraq regionlarda daha çox işləyəcək. Əldə etdiyimiz məlumata görə, Ermənistanda fəaliyyət göstərən Qərbdən maliyyələşən ictimai təşkilatlar və qərbyönlü siyasi qüvvələrin nümayəndələri bütün bunlardan ciddi narahatdır, çünki bir çoxları maliyyədən məhrum ola bilər. Necə deyərlər, pul daha "hamıya çatmayacaq". "Mənbəmiz bildirib ki, ötən gün İrəvandan ABŞ-a “məsələnin həlli” ümidi ilə mini-nümayəndə heyəti gedib", - deyə nəşr qeyd edib.

Qəzetin yazdığına görə, onlar Ermənistanda hökm sürən əhval-ruhiyyəni təqdim etməyə çalışacaqlar: “Qeyd edəcəklər ki, indiyədək cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsinin kök salması üçün xeyli çalışıblar və Qərbin təbliğat tezislərini yayıblar, 2018-ci ildə hakimiyyət dəyişikliyinə töhfə veriblər və indi faktiki olaraq "oyundan kənarda" qala bilərlər. Onlar Ermənistanın ABŞ-dakı səfirindən Dövlət Departamentinin hər hansı bir nümayəndəsi ilə heç olmasa bir görüş təşkil etməyi xahiş ediblər".

Bəllidir ki, rəhbəri amerikalı yəhudi milyarder Corc Soros olan "Soros" Fondunun postsovet məkanında əsas hədəflərindən biri “rəngli inqilablar”la bağlı olub. Doğrudanmı Qərb, özəlliklə ABŞ hələ də Rusiyanın qucağından düşə bilməyən və riskli “iki stul” siyasəti aparan “sorosçu” Paşinyan komandasından və onun tərəfdarlarında artıq əlini üzüb? Bu qərar Ermənistana, bölgəyə, Rusiya ilə münasibətlərə nə vəd edir?

Çingiz Qənizadə: “Qərbdə əminlik yaranıb ki, bu ölkə Rusiyanın forpostu olaraq qalacaq”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, "Soros" Fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutu fondlarının İrəvanda ofislərinin bağlanması dünyadakı böhranlı vəziyyət, maliyyə sıxıntısı, eyni zamanda Ermənistanın hazırkı mövqeyi ilə bağlıdır: “Məhz "Soros" Fondunun maliyyə yardımı vasitəsilə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəlib. Ümumiyyətlə, bu fondun əsas fəaliyyəti keçmiş postsovet məkanında "rəngli" inqilabların həyata keçirilməsi, hakimiyyət dəyişikliyinə nail olmaqdır. Necə ki, bunu Ermənistandan öncə Gürcüstanda, Ukraynada həyata keçirə bilmişdi. Fondun Ermənistanda fəaliyyətinin dayandırılması və Ermənistanın qeyri-hökumət təşkilatlarına maliyyə yardımlarının azaldılması və ya dayandırılması Ermənistanın QHT-ləri ilə yanaşı, Nikol Paşinyan hökumətini də narahat edir. Sual yaranır ki, Ermənistanda "Soros" Fondunun ofisinin bağlanması Soros xətti ilə hakimiyyətə gəlib Rusiyanın qucağından düşə bilməyən Ermənistan hakimiyyətini cəzalandırmaq mahiyyəti daşıyırmı? Mənə belə gəlir ki, biz siyasi baxımdan daha çox bu məsələnin üzərində durmalıyıq. Çünki Nikol Paşinyan hakimiyyətə gələrkən ABŞ-a Ermənistanı Rusiyadan qoparacağına söz verib. İlk vaxtlarda o, bu sözünü yerinə yetirmək istiqamətində ard-arda addımlar atırdı. Rusiyaya bağlı olan Qarabağ klanının sıxışdırılması, rəhbərlərinə cinayət işi açılması, Robert Köçəryanın həbs edilməsi məhz ABŞ qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin tərkib hissəsi idi.

Lakin sonradan, xüsüsilə 2020-ci ildəki 44 günlük müharibədən sonra Nikol Paşinyan bu vədini yerinə yetirə bilmədi. Paşinyan Ermənistanı Rusiyadan qopara bilmədi və ikili oyunlar oynamağa başladı. Artıq ABŞ-da, o cümlədən "Soros" Fondunda əminlik yaranıb ki, Nikol Paşinyan onlarla oyun oynayır. Ona görə də Paşinyana dəstəyin bir hissəsini kəsməklə onu cəzalandırmağa başlayıblar. İndi Ermənistan hökumətinin rəsmiləri ABŞ Dövlət Departamentinə yalvarırlar ki, "Soros" Fondunun və digər ABŞ fondlarının Ermənistanda fəaliyyətinin davam etdirilməsinə nail olsunlar. Ancaq məncə, Qərb üçün Nikol Paşinyanın onları aldatdığı aydınlaşıb. Qərbdə əminlik yaranır ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bu ölkə Rusiyanın forpostu olaraq qalacaq. Ona görə də Ermənistana ayrılan maliyyə get-gedə azaldılacaq. Artıq bu istiqamətdə addımlar atılmağa başlanıb. Bu isə iqtisadi vəziyyəti onsuz da ağır olan Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Bu vəziyyətdən isə udan Rusiya olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
 
Ardını oxu...
Putinin Əliyevə zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir:
- Sülhməramlılar modul tipli yataqxanalar quraşdırır;
- Xankəndindəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir;
Teref.az yazır ki, bunu politoloq Asif Nərimanlı deyiur.Daha sonran fikirlərini şərh nedən politoloq deyir:
Mümkündür ki, Əliyev Putinə haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Və indi kartlarını daha açıq oynayacaqlar. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır:
a) Prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndiriləcəklər: rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır;
b) “Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar;
c) Yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar;
Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil.
Teref.az
 
 
 
Ardını oxu...
Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir. O Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir.
General Volkov əmr quludur. O bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra fikirlərini şərh edən politoloq deyir:
Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir.
Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar.
Bizi gərgin illər gözləyir.
Teref.az
 
Ardını oxu...
Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı bəyanatı kollektiv Qərbin Rusiyaya qarşı ikiüzlü münasibətini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu barədə “Qlobal Tayms” nəşrinin məqaləsində bildirilib.

"Qərb heç vaxt Rusiyanı həqiqətən dialoq tərəfdaşı hesab etməyib. Merkelin Minsk razılaşmaları ilə bağlı etirafı da göstərdi ki, bəzi Qərb ölkələri, xüsusən də ABŞ müqavilə öhdəliklərinə ümumiyyətlə əməl etmir. Onlar çox asanlıqla imtina edə bilərlər”, - məqalədə qeyd edilib.

Nəşr bildirib ki, ABŞ və müttəfiqləri Moskvanı Kiyevlə münaqişəyə cəlb etmək istəyirdilər və böhranın həlli heç vaxt onların maraqlarına cavab vermirdi.

Vaşinqtonun bir çox tərəfdaşı üçün Rusiya Sovet İttifaqının dağılmasından bəri nəhəng hərbi gücü və siyasi sisteminə görə həmişə potensial düşmən olaraq qalıb.
 
Ardını oxu...
Almaniyanın radikal “Rexsbürgerlər” təşkilatının üzvləri xaricdən silah əldə etməyə cəh göstəriblər.

APA xəbər verir ki, bu barədə Xorvatiyanın Jutamji Jij nəşri məlumat yayıb.

Lakin Xorvatiya polsinin əməliyyatı nəticəsində cəhdin qarşısı alınıb.
 

Dünyapress TV

Xəbər lenti