Ardını oxu...
BBC -nin "Hard Talk" verlişində Ruben Vardanyanın müsahibəsi birmənalı qarşılanmayıb. Tənqid və ya təqdir etmədən öncə verilişi tam izləməyi tövsiyə edirəm. Müsahibənin "DQR naziri" ilə edilməsinin bir çox təhlükəli tərəfi olsa da, müsbət məqamlar da çoxdur.
Medianın güclü vasitə olduğunu nəzərə alsaq bu informasiya axınını öz tərəfimizə çevirməyi bacarmalıyıq.
Müsahibədə kəskin səslənən suallar qarşısında dili topuq vuran Vardanyanın əsl siması üzə çıxır və seperatizmi dəstəklədiyi ifadə olunur. Belə bir məqamın daim Azərbayana qərəzli münasibəti ilə seçilən BBC-nin efirində səslənməsi əlimizə düşən əla fürsətdir. Bu və buna bənzər məqamlar fasiləsiz tirajlanmalı və informasiya axınına yön verilməlidir.
Müsahibə müddətdinə politoloq Elxan Şahinoğlu -dan sitat verilməsi isə ayrıca sevindirici məqamdır.
Müsahibədəki belə məqamlar daha çox işıqlandırılmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Media vasitəsilə diplomatik və digər addımlar üçün zəmin yaratmaq təcrübəsini daha öncə Müdafiə Nazirliyinin kommunikasiyasında görmüşdük. Ümid edək ki, bu dəfəki informasiya axını ilə yaradılan zəmindən də maksimum faydalana biləcəyik.
Alim Elbrus
Teref.az
 
 
 
Ardını oxu...
Bu gün Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tapşırılıb. Eyni zamanda, hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.

Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 “Karl-Qustav” tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildir.

Bundan öncə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.

Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.

***

Estoniya Xarici İşlər Nazirliyi də yanvarın 23-də Rusiya səfiri Vladimir Lipayevə estoniyalı diplomatın Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkədən çıxması barədə göstəriş verib.

“Rusiya ilə münasibətlərimiz paritet prinsipinə əsaslanır. Bu o deməkdir ki, Rusiya səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni vaxtda ölkəni tərk edəcək”, – deyə qurumun “Twitter” səhifəsində qeyd edilir.
 
Ardını oxu...
NATO-nun Baş katibi Yens Stoltenberq “Ukrayna xalqı qarşısında xidmətlərinə, Ukraynanın demokratik və hüquqi dövlət kimi təbliğinə və möhkəmləndirilməsinə görə” fəxri mükafat alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının nümayəndəsi məlumat verib.

Stoltenberq Ali Rada tərəfindən mükafatın təqdimat mərasimində Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, mükafatın təqdimatı NATO-nun mənzil-qərargahında baş tutub.
 
 
 
Ardını oxu...
“İsveçdəki səfirliyimiz qarşısında “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlük məsələsində bizdən yaxşılıq gözləməsin”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.

“Terror təşkilatlarının üzvlərinə küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Məgər terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb.
 
Ardını oxu...
ABŞ Maliyyə Departamenti Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinı transmilli cinayət təşkilatı elan edib.

“Report”un “CNN”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, gələn həftə Maliyyə Departamenti vaqnerçilərə və onun qlobal müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.
 
Ardını oxu...
Yunanıstan hökuməti adaları silahlandırsa, biz də sakit dayanmayacağıq.

APA “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Esenyurt Təhsil Kampusu”nun təməlqoyma mərasimində iştirakı zamanı deyib.

Ərdoğan həmçinin, Yunanıstanın Baş naziri Kiriakos Miçotakisə səslənib: “Miçotakis, bunu yaxşı bil ki, səhvə yol verməyə çalışsan, çılğın türklər irəliləyəcək, lakin ağıllı davransan bizim səninlə işimiz yoxdur”.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin cümə günü Aleksey Pavlovun Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Səbəblər fərmanda göstərilməyib.
Qalmaqalın qəhrəmanı TŞ-nin katibi Nikolay Patruşevin köməkçisi general-leytenant Pavlovdur. Yəhudi icmasını incidən sözlərinə görə isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev üzr istəməli olub.
Oktyabrın 25-də Pavlovun "Arqumentı and Factı" nəşrinin saytında dərc olunan "İfritənin qazanında nə bişirilir. Ukraynada neopqanizmlər güclənib" məqaləsində o iddia edib ki, "Vaşinqtonun hakimiyyət kürsüsünə oturtduğu ifaçılar " 2014-cü ildən sonra Ukraynanı "totalitar hipersektaya" çevirib. Pavlov Lyubaviç xasidlərini “döyüşkən fanatiklər” sektalar sırasına aid edib. “Lyubaviç xasidliyinin əsas həyat prinsipi məzhəb tərəfdarlarının bütün millət və xalqlardan üstünlüyüdür”, deyə Pavlov yazıb.
Bu ifadələr Rusiyanın baş ravvini Berl Lazarın kəskin reaksiyasına səbəb olub. O, bunları “milyonlarla mömin yəhudiyə” təhqir adlandırıb və deyib ki, Lyubaviç xasidləri və Xabad hərəkatı bir təriqət deyil, qanuni yəhudilik məktəbidir. Pavlovun sözləri “vulqar antisemit cəfəngiyyatı adlandırıla və yan keçilə bilərdi”, amma baş ravvin bunu mümkün saymayıb.
Daha sonra “Arqumentı i faktı” Pavlovun “Lyubaviç xasidləri haqqında yanlış sətirləri ehtiva edən” məqaləsinə görə Patruşevin üzrxahlığını dərc edib. Patruşev bəyan edib ki, generalın yazdıqları Rusiya Təhlükəsizlik Şurasının mövqeyi sayıla bilməz.
 
Ardını oxu...
Yeni bir araşdırmaya görə, planetimiz insanlığın çalışmaları səbəbi ilə bu sürətdə qızmağa davam edərsə, 2100-cü ilədək bütün dağ buzlaqlarının 086%-i əriyəcək. Bəs, buzlaqların əriməsi niyə önəmlidir?

Gununsesi.info xarici mətbuata istinadən dünyanın bütün buzlarının əriyəcəyi halında, ola biləcək ssenariləri sizə təqdim edir.

Ölkələrin iqlimlə bağlı götürdüyü son öhdəlikləri və verdikləri son sözlər dünyanın bu əsrin sonunadək 2.7 dərəcə qızmasına səbəb olacaq.

“Science” dərgisində yayımlanan geniş araşdırmada 200 min fərqli buzlağın çaşidli iqlim ssenarilərindən necə təsirlənəcəyi ilə bağlı detallı təhlil yer alır.

Buna görə istiləşmənin 1.5 dərəcə ilə limitlənməsini proqnozlaşdıran Paris Anlaşmasına sədatəqli qalınsa belə, bu buzlaqların yarısı itiriləcək.

Bu durum isə 2 milyarda yaxın insan üçün həyati dərəcədə önəmli su qaynaqlarının yox olması deməkdir.

Usta araşdırmaçılar Orta Şərq, Qafqaz, Amerika, Yeni Zelandiya kimi bəzi bölgələrdə buzlaq kütlələrinin ən yaxşı ehtimalla, 60 faizinin yüksək istilik ssenarisi ilə isə tamamının itiriləcəyini yazır.

Araşdırma Qrenlandiya və Antarktikadan başqa digər buzlaqlarla bağlıdır.

Planetimizdəki bütün buzlaqlar əriyərsə, nətivəsi nə olar?

Qütb buzlaqları dünyanın soyuducuları olaraq bilinir və planetimizin iqlim sisteminin düzəlməsində olduqca önəmli funksiyaları var.

Dünyanın şimal qütbündə cənubundan fərqli olaraq bir buz qitəsi yoxdur. Arktika okeanındakı buzların bir qismi hər yay əriyir, suya qarışır. Hər qış isə yenidən donur.

Ancaq iqlim böhranının təsiri ilə donan Arktika dənizinin buz kütləsi kiçilir və incəlir.

Ameirkanın Milli Kosmos Agentliyinin (NASA) açıqlamasına görə, dünyanın şimalındakı Arktika dəniz buzunun genişliyinin ən çox azaldığı sentyabr ayında 13 faiz kiçilmə yaşanır. Bu, ən azı, bir ildir ki, görülməmiş bir haldır.

Dəniz buzlaqları digər buzlaqlar kimi, dünya isindikcə əriyir və ərimələri dünyanı daha çox qızdırır.

Bu durum yer üzünün səth albedosunun dəyişməsindən qaynaqlanır.

Albedo – Yəni, əks etdirmə(ağlıq dərəcəsi) bacarığı səthin rənqi açıldıqca artır

Qütblərin ağ qarların əvəzinə, tünd rəngli sularla əhatələnməsi daha çox isti qapması ilə nəticələnir.

Hazırda görülməyə başlanan bir digər yenilik isə okean axıntılarının istilik və duzluluq tarazlığının dəyişməsi ilə dünyanın iqlimini nizamlama həcminin azalmasıdır.

Buzlaqların əriməsi ilə birlikdə Arktikadakı duzlu su qalınlığının azalması bu axıntıların yavaşlamasına qatqı verir.

Ekspertlərin fikrincə, bu durum Avropada kiçik bir buz çağının yaşanmasının önünü aça bilər.

Araşdırmalar göstərir ki, insanlıq tarixində əkinçilik ictimaiyyətinə keçidin dünya iqliminin stabil hala gəlməsi ilə eynizamanlı olaraq gerçəkləşdiyini söyləyir.

İqlimdəki naməlumlqla birlikdə əkin işlərində pozuculuqla bağlı qida təhlükəsizliyi böhranının dərinləşməsi də gözləniləndir.
Ardını oxu...
Dağ buzlaqlarının əriməsi həmin buzlaqlarda yaşayan canlıların içməli suya əlçatımlılığına da təsir edə bilər.

Bəzi cəmiyyətlərin suya əlçatımlılığı artarkən, bəzilərininkinin azalması toqquşmalara səbəb ola bilər.

Bununla yanaşı, artan istiliklər, sellər, torpaq sürüşmələri və quraqlıq kimi nəticələr doğura bilər.

Elm adamları buzlaqların əriməsinin çoxlu miqdarda bakteriya və toksik maddələrin dünyaya yaılması səbəbi ilə Yer qabığının sürüşmələrə, hətta onun fırlanmasının dəyişməsinə qədər fərqli otensial nəticələrini kəşəf etməyə davam edirlər.

Dünyadakı bütün buzlaqların əriməsinin minlərlə il davam edəcəyi düşünülür.

Elm adamları bundan çox qısa müddət içində yaşanacaq təsirlərin geri döndürülməzi olduğunu söyləyirlər.

Tərcümə: Arzu Sayadoğlu
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir.

Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir. Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altına alınır.

Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı davam etdirilir. Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədi ilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Bütün bunlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir.

Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Avropa Parlamentində təmsil olunan əsas siyasi partiyalar adı çəkilən qətnaməni dəstəkləməmiş və səsvermədə iştirak etməmişlər. Beləliklə, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmalarının təhriki ilə Avropa Parlamentinin səlahiyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı sənəd qəbul olunmuşdur. Bununla da adı tez-tez korrupsiya qalmaqallarında hallandırılan Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurulmuşdur.

Təəssüf ki, Avropalı deputatlar Azərbaycanın bölgədə yaratdığı yeni reallığı görmür və ya görmək istəmirlər, müharibədən sonrakı iki il ərzində Azərbaycanın irəliyə apardığı sülh danışıqları prosesini ardıcıl və metodik surətdə pozurlar. Qeyd edilməlidir ki, bu cür qətnamələr son dövrdə Avropada və dünyada cərəyan edən geosiyasi proseslər şəraitində Azərbaycanla Avropa İttifaqı arasında dinamik inkişaf edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinə də mənfi təsir göstərir. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin də əleyhinə çıxırdı.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, biz Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış bu destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədləri qəbul etməklə, bölgədə sülh və sabitlik yaradılması səylərinə kömək göstərməyə çağırırıq".
 
 
 
Ardını oxu...
"20 Yanvar üsyan, oyanış və diriliş məşəli, ürəklərdə yanan azadlıq və istiqlal atəşidir".
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının tviterdəki paylaşımında deyilir.
"Vətən uğrunda tökülən şəhidlərin qanı müqəddəs üçrəngli bayrağa çevrilib. Onların adları və xatirələri qəlblərdə əbədi yaşayacaqdır.
Ruhları şad olsun!", - səfir qeyd edib.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti