Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Xarici İşlər nazir Eli Kohen ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla danışıqlar aparıb. Ceyk Sallivan hazırda İsraildə rəsmi səfərdədir.

İsrail XİN rəhbəri Birləşmiş Ştatları İrana qarşı təzyiqi gücləndirməyə çağırıb.

Kohen deyib: “ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşümüz çox mühümdür. Mən ABŞ-ın İrana təzyiqinin artırılmasının zəruriliyini qeyd elədim – bu, regionda yeni irəliləyişlərə, o cümlədən, “İbrahimi razılaşmalara” (İsrail ilə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması sazişlərinə – red.) əsaslanan əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.
 
Ardını oxu...
"Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub".

Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladıb: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.
 
Ardını oxu...
“Rusiya Donbass ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək üçün hər şeyi etdi, lakin bu, müəyyən mənada mümkün deyildi”.

Bunu Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları ilə görüşündə deyib.

Putin qeyd edib ki, Rusiya Federasiyası 2014-cü ildən Ukraynada baş verən hadisələrə, o cümlədən rusdilli əhalinin məhv edilməsinə reaksiyasız qala bilməzdi.

“Uzun müddət dözdük, uzun müddət razılığa gəlməyə çalışdıq. İndi göründüyü kimi, bizi sadəcə olaraq aldadıblar. Bu, bizim başımıza ilk dəfədir gəlmir. Buna baxmayaraq,bu vəziyyəti sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik. İndi aydın oldu ki, bu, mümkün deyildi”, – deyə Putin əlavə edib.

O, həmçinin, həmin zaman Ukraynanın münaqişəni kəskin və qaynar fazaya keçirməyə hazırlaşdığını vurğulayıb. “Hazırda gördüyümüz işlərdən başqa bizə heç nə qalmadı”, – deyə prezident yekunlaşdırıb.
 
Ardını oxu...
“İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb”.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu almaniyalı tədqiqatçı Dr. Mixael Reynhard Hess “Spiegel” jurnalına ünvanladığı məktubda bildirib.
Almaniya mediasında Azərbaycana qarşı yayımlanan audioreportaja (podkast) layiqli cavab verilib. Belə ki, son illər aparılmış məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizə dost münasibəti bəsləyən və Azərbaycanla bağlı mükəmməl tarixi biliklərə sahib əcnəbi alimlərdən biri olan almaniyalı tədqiqatçı Dr. Mixael Reynhard Hess ölkəmiz əleyhinə böhtanlarla dolu reportajı əsaslandırılmış faktlarla darmadağın edib.

Qeyd edək ki, Almaniyanın “Spiegel” jurnalının beynəlxalq mövzularda yayımlanan “8 milyard” başlıqlı audioreportajları sırasında aparıcı Olaf Heuser yanvarın 14-də növbəti podkastını Azərbaycan-Ermənistan münasibətlərinə həsr edib (https://www.spiegel.de/thema/podcast-acht-milliarden/). “Dağlıq Qarabağın blokadasının Rusiya müharibəsi ilə nə əlaqəsi var?” başlıqlı audioreportajda Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişənin tarixi və hazırkı vəziyyəti, o cümlədən azərbaycanlı ekofəalların Laçın dəhlizi ətrafındakı etiraz aksiyası, Azərbaycanın siyasi rəhbərliyi tərəfindən irəli sürülən Qərbi Azərbaycan konsepsiyası məsələləri əks olunub. 33 dəqiqəlik podkast tamamilə təhrif olunmuş və yalnız erməni mövqeyindən hazırlanıb, bir İrəvan sakini və Anna Aridcanyan adlı bir erməni jurnalistdən isə “zamin qismində” müsahibə alınıb.

Almaniyalı alim, “Şuşanın irsi” kitabının müəllifi Dr. Mixael Reynhard Hess təhriflərlə dolu və qeyri-peşəkar hazırlanmış reportajla bağlı “Spiegel”in redaksiyasına geniş həcmli, etiraz məzmunlu oxucu məktubu göndərib.

Dr. Hess oxucu məktubunda Qarabağın “Spiegel” jurnalı tərəfindən səhvən “eksklav” kimi təqdim olunması ilə bağlı 44 günlük müharibə dövründən bəri dəfələrlə etiraz məktubları göndərdiyini vurğulayıb. Onun fikrincə, audioreportajın əsas məğzi ermənilərin yalnız qurban kimi, azərbaycanlıların isə əksinə - avtokrat və cinayətkar kimi təqdim edilməsi olub. Bütün veriliş ərzində Dağlıq Qarabağ dedikdə, yalnız orda yaşayan ermənilər nəzərdə tutulur, bu regionun 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmasına qədər “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə 40 000 azərbaycanlının yaşaması, ümumiyyətlə, dilə gətirilmir. Ermənistan təcavüzünün qurbanı olan azərbaycanlılar Heuser tərəfindən “əhəmiyyətsiz məsələ”, “ikinci dərəcəli qurban” kimi bir dəfə belə olsun, xatırlanmır.

M.Hess qeyd edib ki, “audioreportaj 100% Azərbaycansız Qarabağ təqdim etməklə tam olaraq Ermənistanın etnik təmizləmə siyasəti mənasında yayımlanıb”. Bununla aparıcı Heuser Ermənistanın 1990-cı illərdə həyata keçirdiyi müharibə cinayətini dolayısı ilə legitimləşdirmiş olub.

Dr. Hess Qarabağın Arsax kimi təqdim edilməsinə də məhz erməni elmi mənbələrindən sitat gətirməklə münasibət bildirərək, bu sözün son 1000 il ərzində, XI əsrdən 1990-cı illərin əvvəllərinə kimi administrativ-hüquqi termin kimi işlənmədiyini faktlarla sübut edib. Qarabağın tarixi ilə bağlı bir neçə kitabın müəllifi Hess Olaf Heuseri “Ermənistanı tarixi mifologiyasını tarixi reallıqla dəyişik salmaqda” ittiham edib.
Heuser reportaj boyu erməni əsilli jurnalist həmkarı Anna Aridcanyana etiraz etmədən tam şərait yaradıb ki, bugünkü Ermənistan dövlətinin Azərbaycan tərəfindən Qərbi Azərbaycan kimi təqdim edilməsinə istehzalı münasibət bildirsin. Dr. Hess Səfəvilər dövlətinin tarixinə (1501-1736) ekskurs etməklə, o dövrdə İrəvan bəylərbəyliyinin mövcud olduğunu və orada yaşayanların əksəriyyətinin Azərbaycan dilli müsəlmanlardan ibarət olduğunu vurğulayır, XVIII əsrdə İrəvan xanlığının mövcudluğunu və onun 1828-ci ildə

Rusiya tərəfindən ləğv olunduğunu fakt kimi təqdim edərək yazır ki, “İrəvan/Yerevan şəhərinin ermənilərin Ararat Respublikasının idarəçiliyinə keçməsi tarixdə ilk dəfə 28 may 1918-ci ildə baş verib. Hətta bu məsələnin tarixi və hüquqi legitimliyi Azərbaycan tərəfindən şübhə altına alınır. Bu mənada İrəvan xanlığının ərazisi və ətrafının Qərbi Azərbaycan kimi təqdim edilməsinin Heuser və Aridcanyan cütlüyü tərəfindən sual altına alınması absurddur. Çünki ermənilərin 1918-ci il Ararat Respublikasınadək iddia etdiyi erməni dövləti 1375-ci ildə süqut etmiş Kilikiya knyazlığıdır ki, erməni iddialarına baxmayaraq, bu dövlətin paytaxtı Türkiyədə yerləşən Sis şəhəri olub. Bütün bunlar bir daha sübut edir ki, İrəvanda heç bir erməni hökmdarlığı olmamışdır və bu ərazilərin Azərbaycanın qərb hissəsi kimi göstərilməsi daha legitimdir”.
Dr. Hess reportajda şəxslərə yönəlmiş emosionallığı qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə qarşı olan bu hücumlar Azərbaycanın öz ərazisini geri qaytarmaq hüququnun legitimliyini sual altına qoymaq niyyəti ilə edilib: “Qarabağda aktual məsələ ermənilərin qovulması yox, oranı separatçılardan və işğalçılardan təmizləməkdir”. Hess yazır ki, oxşar fəaliyyətin Zelenski tərəfindən olunması sivil dünya tərəfindən alqışlanır. Maraqlıdır ki, podkast müddətində Paşinyanın adı bir dəfə də olsun, çəkilməyib, amma Aridcanyana şərait yaradılır ki, Ukrayna müharibəsi ərəfəsində Prezident Əliyevin Prezident Putinlə xoş atmosferdə görüşməsini tənqid etsin. Dr. Hess oxucu məktubunda Almaniya kansleri Olaf Şoltsun da Moskvada Putinlə oxşar görüşünü xatırladaraq bildirir ki, dövlət başçılarının görüşü diplomatiyada adi haldır. Yəni Azərbaycan Prezidentinin əleyhinə dəqiqələrlə edilən "əsassız arqumentlərin külək dolu boş polemikadan başqa bir şey olmadığı" üzə çıxır.
“Spiegel” podkastının ziddiyyəti ondadır ki, başlıqda Azərbaycanı "Dağlıq Qarabağın blokadasında" ittiham edir, reportaj boyu isə bunu rusların barrikadalar qurmaqla etdiyini bildirir.

Dr. Hess oxucu məktubunun sonunda jurnalistin həm də seçdiyi veriliş formatı ilə öz imkanının sərhədlərini aşdığını tənqid edib, Almaniyanın fikir formalaşdıran jurnalistlərini lazımi bilgilərə malik olmadıqları mövzu barədə və danışmamağa çağırıb.

Qeyd edək ki, dr. Mixael Reynhard Hess 25 ildən çoxdur Azərbaycanı tədqiq edən almaniyalı alimdir. Dr. Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” və “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kimi kitabların müəllifidir.demokrat/
Ardını oxu...
 
Ardını oxu...
“ABŞ Azərbaycan və Ermənistanı mübahisələrini həll etmək üçün yenidən mənalı müzakirələrə qayıtmağa çağırır”.

APA xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bu gün keçirilən ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və ərazilərin qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə aparan yeganə doğru yoldur:

“Biz həmçinin Azərbaycanla Ermənistanı iddia edilən vəhşilikləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. ABŞ bu regionda bütün xalqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şimali Makedoniya və ATƏT-lə işləməyi səbirsizliklə gözləyir”.

Səfir qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanla bu məsələnin hərtərəfli və davamlı həllinə nail olmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlar və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli, çoxtərəfli şəkildə işləməyə davam edəcək.

ABŞ diplomatı çıxışında Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyətə də toxunub və yaranmış vəziyyətdən narahatlığını ifadə edib.
 
Ardını oxu...
İranda 22 yaşlı gənc Məhsa Əmininin öldürülməsindən sonra başlayan ixtişaşlar 4 aya yaxındır ki davam edir. İlk dövrlərdə aksiyaçılar daha çox sosial narazılıqlar ön planda olsa da, sonradan siyasi tələblər etirazların əsas xəttinə çevrilməyi bacardı.

Və artıq əksər siyasi şərhçilər İranda hakimiyyət dəyişikliyinin gözlənildiyini qeyd edirlər. Əsas ehtimal isə 44 illik molla hakimiyyətinin Qərbdən gələn demokratik iqtidarla əvəz olunmasından ibarətdir. O da həqiqətdir ki, 44 il əvvəl Xomeyninin özü də Qərbdən, Fransadan gəlib, İran taxtını ələ keçirməyi bacarmışdı.

Qacarların dönüşü...

Son günlərdə Tehranda hakimiyyətə Qacarların gələcəyi iddiaları səslənməyə başlayıb.
Məlumat üçün qeyd edək ki, Oğuz türklərinin Bayat boyuna mənsub olan Qacarlar, monqol işğalı zamanlarında İrəvan ətrafında yaşayıb və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olublar. Hələ Səfəvilər dönəmində bu sülalənin nümayəndələri orduda və dövlət idarəetməsində yüksək vəzifələrdə yer alıblar.

Nadir şah Əfşarın sui-qəsdindən sonra isə hakimiyyət uğrunda mübarizə aparan üç böyük tayfadan biri məhz Qacarlar idi. 50 ilə yaxın davam edən mübarizənin nəticəsi olaraq, Qacarlar iqtidar savaşında qalib gəldilər və Ağa Məhəmməd şah Qacar 1796-cı ildə taxta çıxdı. Həmin vaxtdan 1925-ci ilə qədər İranda Qacarlar sülaləsi hakimiyyətdə oldu.

Sülalənin son nümayəndəsi Əhməd şah Qacarın 1925-ci ildə devrilməsindən sonra isə İranda Pəhləvilərin hakimiyyəti başladı.

Doğrudur, şahın ailəsi İrandan İngiltərəyə sürgün edildi. Amma Pəhləvilərin dövründə də İranın 5 baş naziri məhz Qacarlardan idi. Eyni zamanda Qacarlar xaricdə yaşasalar belə, 1977-ci ildən etibarən “şahənşah” titulunu özlərinə qaytarıblar. Hal-hazırda bu titulu II Məhəmmədhəsən Mirzə daşıyır.

Fransanı Britaniya əvəzləyəcək?

Təbii ki, Qacarların İranda hakimiyyətə qayıtması ehtimallardan sadəcə biridir. Lakin bu ehtimalın reallaşması üçün əsaslı səbəblər də yox deyil:

1. Qacarların türk olması səbəbindən xalqın böyük kəsimindən dəstək almaq iqtidarında olması.

2. Sülalənin Qərbdə (əsasən Böyük Britaniyada) ciddi bağlantılara sahib olması.

İkinci nüansla bağlı qeyd edə bilərik ki, hal-hazırda Britaniya ilə molla rejimi arasında narazılıqların pik həddə çatdığı hiss olunur. Belə ki, yanvarın 14-də İran Britaniyanın Tehrandakı səfirinə ölkənin milli təhlükəsizlik məsələrinə müdaxilə ilə bağlı nota təqdim edib. Elə həmin gün səfir Londona geri çağrıldı. Eyni zamanda, İranın baş prokuroruna sanksiya tətbiq edildi və Londonun nüvə sazişinə verdiyi dəstəyi dayandıracağı xəbərləri yayıldı.

Bütün bunlar baş verərkən, İranda Qacarların hakimiyyətə qayıtması iddiasının ortaya atılması isə heç də təsadüfi görünmür.

Digər tərəfdən, İranda söz sahibliyi uğrunda Fransa-Britaniya rəqabəti ilə bağlı da fikirlər səsləndirilir. Sırf bu səbəbdən, Böyük Britaniyanın özünə yaxın olan Qacarların hakimiyyətə gəlməsi üçün gücünü səfərbər etmək ehtimalı daha da artır.

Və onu da əzərə alsaq ki, hal-hazırda İranda etirazlara liderlik edən siyasi gücün olmaması nəticə qazanmağa mane olur və Qacarlar xalq etirazlarını yönəldə biləcək nüfuza sahibdirlər, o zaman Tehran taxtında yenidən türk sülaləsinin olması ehtimalını gözardı etmək olmaz.
bizim media
 
Ardını oxu...
İsveç Prokurorluğunun PKK tərəfdarlarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəsini təhqir edən nümayişi ilə bağlı cinayət işi açmamasına dair qərarı fərqli bir vəziyyət yaradır.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O, bu qərarın yanlış olduğunu qeyd edib. Çelikin sözlərinə görə, İsveç NATO-ya üzvlük yolunda mövcud maneələrlə mübarizə aparmalıdır.

Ömər Çelik, bu qərarın hakimiyyətlə məhkəmə sisteminin terrora qarşı mübarizədə fərqli mövqe tutduqlarını göstərdiyini vurğulayıb.
 
Ardını oxu...
2022-ci ildə Türkiyədə yaşamaq icazələrinin sayına görə Azərbaycan liderdir.

"DogruXeber.az" xəbər verir ki, Türkiyədə yaşamaq icazələrinin sayına görə ruslar xarici vətəndaşlar arasında birinci yeri tutub . Bu barədə Türkiyə Miqrasiya İdarəsinin məlumatlarında qeyd olunub.

Onların sözlərinə görə, ötən il bu ölkədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1 milyon 354 min nəfərdən çox olub.

Belə ki, Türkiyə rəsmiləri Rusiya Federasiyasının 153 mindən çox vətəndaşına yaşayış icazəsi verib . Alınan yaşayış icazələrinin sayına görə ikinci yeri İraq vətəndaşları (131 min nəfər) tutub. Üçüncüsü suriyalılardır(100 mindən çox). Yaşayış icazəsi almış Ukraynadan olan mühacirlər - 47 mindən çoxdur.

Qeyd olunur ki, 132 mindən çox rusiyalı Türkiyədə bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsi ilə yaşayır.

Eyni zamanda, Azərbaycan ölkədə qohumluq əlaqələri və ya təhsil əsasında verilən yaşayış icazələrinin sayına görə liderdir.

Daha əvvəl bildirilmişdi ki, 2022-ci ildə bütün xarici vətəndaşlar arasında Türkiyədə əmlak almağa ən çox marağı ruslar göstərib.

Ardını oxu...
 
 

 

Səudiyyə Ərəbistanında tanınmış islahatçı hüquq professoru, sosial şəbəkələrdən, o cümlədən “Twitter” və “WhatsApp”dan istifadə etdiyi üçün ölüm cəzasına məhkum edilib.
 
Söhbət 2017-ci ildə aparılan təmizləmələr zamanı həbs edilən Aida əl-Qarnidən gedir. Onun oğlu cinayət işinin təfərrüatını bölüşüb.
Onun sözlərinə görə, hakimiyyət alimi öz adı ilə (@awadalqarni) “Twitter” hesabından fikirini bildirmək üçün istifadə etməkdə ittiham edib. Sənədlərdə professorun “WhatsApp” söhbətində iştirakını etiraf etdiyi də bildirilir. O, həmçinin “Telegram” hesabı yaratmaqda da ittiham olunub.
Bununla yanaşı, Səudiyyə hökuməti və dövlət tərəfindən idarə olunan investorlar son vaxtlar ABŞ sosial mediasında, o cümlədən “Twitter” və “Disney” kimi şirkətlərdə paylarını artırıblar.
Mənbə: ferra.ru

 

XalqXeber.Az
Ardını oxu...
İsraildə fəaliyyətə başlayan yeni sağçı hökumətin ədliyyə sistemində planlaşdırdığı dəyişikliklərə qarşı Təl-Əvivdə 100 minə yaxın insan küçələrə çıxmasına səbəb olub.

Gununsesi.info-nun İsrail mediasına istinadən verdiyi xəbərə görə, baş nazir Benyamin Netanyahu tərəfindən dəstəklənən qanun layihəsi Ali Məhkəmənin qərarlarının Parlament tərəfindən sadə səs çoxluğu ilə ləğv edilməsinə icazə verir.

Beləliklə, hökumətlərin Ali Məhkəmə tərəfindən ləğv olunacağından narahat olmadan qanunlar qəbul edə bilməsi hədəflənir.

İddia olunur ki, İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalara qarşı Ali Məhkəmə qərarlarını ləğv etmək üçün də istifadə oluna bilmə ehtimalı var.

Etirazçıların fikrincə, bu qanun layihəsi demokratiyaya hücumdur.

Bu qanunla məhkəmələrin müstəqilliyinin azalacağı, məhkəmələrə inamın azalacağı, azlıqların hüquqlarının aşağı düşəcəyi, korrupsiyanın artacağı qorxuludur.

Hökumət bundan bu məqsədlə istifadə edilməyəcəyini desə də, etirazçılar da qanunun Netanyahunun davam edən korrupsiya məhkəməsinə son qoymaq üçün istifadə oluna biləcəyini deyirlər.

Qanuna qarşı çıxanlar arasında Ali Məhkəmənin sədri Ester Hayat və ölkənin baş prokuroru da var.

Qanun qəbul olunarsa, hakimlərin təyinatında deputatların təsiri artacaq, təyinat komissiyalarının əksəriyyətini hökumət üzvləri təşkil edəcək.

Təl-Əvivdə keçirilən nümayişlər zamanı şəhərin əsas arteriyalarından biri olan Ayalon şossesində nəqliyyatın hərəkətini kəsməyə çalışan polislə etirazçılar arasında toqquşma baş verib.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti