Ardını oxu...
Türkiyədə aralarında tanınmış yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçiləri olan bir qrup fəal beynəlxalq ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağa tətbiq etdiyi “blokada”nın aradan qaldırılması üçün hərəkətə keçməyə çağırıb.

Bu mətn yaxın müttəfiqimiz İsraildən sonra erməni lobbisinin digər müttəfiq ölkədə də bizə meydan oxuma cəhdi kimi görünə bilər. Mətnin dili, üslubu, toponimlərin Azərbaycanca yox, ermənicə adlarla verilməsi (Stepanakert, Qoris və sə) onun sırf erməni əsilli şəxslər tərəfindən hazırlanıb sonradan erməni lobbisinin təsirində olan şəxslərə imzalatdırıldığını göstərir.

Mətnə imza atanların tam siyahısı belədir: Abdullah Dəmirbaş, Abdülhakim Daş, Adnan Cangüder, Adnan Çelik, Ahmet Aykaç, Ahmet Konuk, Akın Atauz, Akın Birdal, Alev Er, Alex Köşkeryan, Ali Gökkaya, Ari Günter, Aslı Erdoğan, Attila Tuygan, Ayşe Hür, Ayşe Yıldırım, Ayşeq Devecioğlu, Baskin Oran, Bayram Kaya, Celal Initial, Cengiz Aktar, Cengiz Arin, Denis Dreisbusch, Doğan Özgüden, Emrah Cilasun, Erdal Doğan, Erdoğan Kahyaoğlu, Eren Keskin, Ergun Babahan, Erol Ercan, Eser Budak, Esra Mungan, Fatime Akalın, Fikret Başkaya, Garo Kaprielian, Gençay Gürsoy, Güngör Şenkal, Gürhan Ertür, Hacer Ansal, Hasan Burgucuoğlu, Hatice Yıldız, Hıdır Çelik, Hövsep Hayreni, Hüseyin Habip Taşkın, İbrahim Seven, İnan Gedik, İnci Tuğsavul, İra Tzourou, Kemal Bilget Hür, Kemal Yalçın, Kenan Yenice, Mahmut Konuk, Mehmet Ali Balta, Nafiz Özbek, Necati Abay, Nedim Kibar, Nesim Ovadya İzrail, Nesrin Nas, Nevzat Onaran, Nurcan Baysal, Nurten Kırmızıgül, Okan Küçükersan, Osman Okkan, Oya Baydar, Ömer Faruk Gergerlioğlu, Ömer Madra, Racho Donef, Ragıp Duran, Ragıp Zarakolu, Ramazan Gezgin, Recep Maraşlı, Sait Çetinoğlu, Sait Oral, Selahattin Koçak, Selay Ertem, Selma Koçiva, Serdar Koçman, Sibel Yiğittekin, Şaban İba, Şamil Al Bilgin, Şakir Bilgin , Şanar Yurdatapan, Şükriye Ercan, Taner Akçam, Ülkü Çevik, Viktoriya Çiprut, Yalçın Ergündoğan, Yasemin Gedik, Yaşar Küçükaslan, Yavuz Aydın, Yavuz Baydar, Yetvart Danzikyan, Yıldız Aydın, Yusuf Köse, Zərife Atik, Ziya Özder.

Aralarında erməni, yunan, serb əsilli şəxslər olsa da, Taner Akçam kimi azərbaycanlı saya biləcəyimiz (axıska əsillidir, üstəlik Ərdəhanda böyüyüb) radikal solçu keçmişli şəxslər, Yavuz Baydar kimi hazırda BƏƏ-yə sığınaraq “Ahval” qəzetini çıxaran, qalstuklu hizmətçi (gülənçilər), PKK tərəfdarları və b. da var.

Müəlliflər Türkiyə silahlı qüvvələrinin də Qarabağ savaşında iştirak etdiyini, “Bakı rejimini Ankara rejiminin dəstəyi ilə aylardır Dağlıq Qarabağ erməni xalqına qarşı blokada həyata keçirdiyini, soyqırımı ehtimalının olduğunu iddia edirlər: “Ermənistanla Qarabağ arasında keçidi təmin edən və humanitar yardım, fövqəladə hallar xidmətləri və sülhməramlı qüvvələr üçün açıq olmalı olan Stepanakert-Qoris yolu 2022 dekabrın 12-dən mühasirəyə alınıb və bağlanıb..."

Mətndə Azərbaycan rəhbərliyinin çağırışlara qulaq asmadığı vurğulanıb, “Hətta BMT, Avropa İttifaqı və Avropa Şurasına bağlı qurumlar Azərbaycanı Qarabağda 120 min insanın blokadasına son qoymağa çağırsalar da, Bakı rejimi aylardır bütün çağırışlara məhəl qoymur, blokadadan imtina edir və ya inkar edir. Lakin hamı bilir ki, heç bir ilkin tələbat malı Qarabağa girə bilməz, heç bir qarabağlı təcili tibbi ehtiyaclarını ödəmək üçün bölgədən çıxa bilməz”.

Bəyanatda daha sonra deyilir: “Biz türkiyəlilər beynəlxalq ictimaiyyətin hadisələrə kifayət qədər həssas olmadığını görür və vəziyyəti narahatlıqla izləyirik”.

BMT və Beynəlxalq Qızıl Xaç Təşkilatı da daxil olmaqla bütün dövlətləri, beynəlxalq təşkilatları və ictimaiyyəti fəal mövqe nümayiş etdirməyə çağıran mətndə “1948-49-cu illərdə Berlin blokadasının yarıldığı kimi, Qarabağın blokadasının hava yolu ilə yarılması və beləliklə, bu “bəşəri faciə”yə son qoyulması”na çağırış edilir .

Mətnin bu hissəsi Azərbaycana qarşı aparılan beynəlxalq kampaniyanı izləyənlər üçün tanış gəlməlidir. Belə ki, Lara Setrakian (jurnalist və Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun prezidenti) və Benyamin Poqosyanın (Ermənistan-Azərbaycan Birgə Ekspert Qrupunun həmməruzəçisi və Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi) politico.eu da eyni məzmunlu çağırış mətnlərinin başlığı belə idi:

“Dağlıq Qarabağı qidalandırmaq üçün hava gəmisi quraşdırın”. Yazıda iddia olunurdu ki, Azərbaycan 120 min etnik ermənini xarici aləmdən təcrid edərək Laçın dəhlizinin blokadasına başlayıb – bu, gündəlik həyat və regional sabitlik üçün dağıdıcı nəticələrə gətirib çıxarıb, eyni zamanda ölkədə uzunmüddətli sülhün qurulması üçün lazım olan etimadı itirib. İyunun ortalarından əraziyə girişinə qadağa qoyulan Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, ərzaq və dərman vasitələrinə çıxış pisləşir. Bütün bunlar 30,000 uşaq və onların ailələrinin indiki xroniki stressini artırır, yerli doğum klinikalarından biri aşağı düşmə nisbətinin üç dəfə artdığını bildirir”.

Beləliklə, erməni lobbisinin “humanitar fəlakəti və soyqırımı” önləmək üçün hava məkanımıza məkrli beynəlxalq müdaxilə planı işə salmaq və ya belə planla Azərbaycan təzyiq etmək məqsədilə sistemli, mütəşəkkil bir kampaniyadan bəhs edə bilərik. Amma bu kampaniyanın bir müsbət tərəfi də var. Erməni lobbisi bütün kartlarını ortaya qoyub, bütün qüvvələrini səfərbər edib. İndi onun hansı ölkədə hansı yuvaları, hansı gücü olduğunu müəyyən etməyimiz daha asan olacaq.
 //publika.az//
 

Ardını oxu...
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və onun köməkçilərinin üzləri ermənilərin BMT Təhlükəsizlik Şurasına müraciətinin tam iflasa uğramasının göstəricisidir. Çünki müzakirə iştirakçılarının heç biri Azərbaycanı pisləmədi, ölkəmizə qarşı tələblər irəli sürmədi, sadəcə, Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi, həm Laçın, həm də Ağdam yolunun humanitar məqsədlə maneəsiz işləməsi çağırışları ilə kifayətləndilər".

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dünən Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsiz Şurasında keçirilən müzakirəni şərh edərkən deyib.

R. Musabəyov bildirib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərindən heç biri erməni tərəfinin təbliğ etdiyi saxta “blokada” və “soyqırım” sözünü dilə gətirməyib.

R. Musabəyov əlavə edib ki, iclas iştirakılarından heç biri Azərbaycan tərəfinin Laçında qurduğu keçid məntəqəsinin legitimliyinə şübhə etmirdi: “Hətta heç bir iştirakçı Qarabağ ermənilərinin yaşadığı ərazidə hər hansı faktiki administrasiyanın adını çəkmədi, “yerli əhali” kimi onları Bakı ilə dialoqa çağırdılar. Nəticədə hər şey Ermənistanın müraciətinin ictimai müzakirəsi ilə məhdudlaşdı. Nəinki səsverməyə çıxarıldı, heç qətnamə də çıxarılmadı, hətta iclas sədrinin bəyanatı belə olmadı”.

Musabəyov sonda deyib ki, sanki baş nazir Paşinyan və onun xarici işlər naziri Mirzoyan BMT Təhlükəsizlik Şurasında çıxış edərək həmvətənlərinə nümayiş etdirmək istəyirdilər ki, onlar əllərindən gələni etdilər, amma dünya tarixdə olduğu kimi, daha ermənilərə qarşı “ədalətsiz”dir.
 
Ardını oxu...
“Azərbaycan üçün dörd həyati əhəmiyyəti bölgədən biri olan Şimali Qafqazda son zamanlar ciddi hadisələr baş verir. Elektrik enerjisinin fasilələrlə verilməsinə, suyun olmamasına və ən nəhayət bahalığa etirazlar ağır qəzalarla müşaiyyət olunur. Böyük təlafata səbəb olan qəzalar təsadüfi deyil, məntiqi hadisələrdir”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Xaqani Cəfərli Şimali Qafqazda baş verən son hadisələri şərh edərkən belə deyib.

“Dövlətin çöküşü ərəfəsində bir qayda olaraq infrastruktur dağılmağa başlayır”, - o, əlavə edib.

Ekspert hesab edir ki, proseslərin pisləşən xəttlə davam edəcəyini nəzərə almaq lazımdır.

“Əks halda, bir neçə aydan sonra sürprizlə qarşılaşa bilərik. Rusiyanın mövcudluğunu qoruyacağına inanmaq böyük səhv olar. Heç bir möcüzə olmayacaq və çökməkdə olan imperiya hökmən dağılacaq”, - politoloq vurğulayıb.

X.Cəfərli fikirlərini belə izah edir: “Çünki ətalət qanunu ilə hərəkət edən cəmiyyətlər müəyyən zamandan sonra hadisələrin xüsusiyyətlərinin pisləşməsi nəticəsində deqredasiya mərhələsinə daxil olur. Uzun zaman böyük imperiyadan miras qalan ətalətlə hərəkət edən Rusiya bir müddətdir ki, deqredasiya mərhələsinə daxil olub. Ətalət mərhələsi on illər çəksə də, deqredasiya mərhələsi bir qayda olaraq qısa, bir neçə il çəkir. Hətta kənar müdaxilələrin təsirləri ilə bir neçə aya da yekunlaşa bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə proses eyni ardıcılıqla və məntiqlə davam edir. Qurumuş ağacın çürüməsi uzun müddətli, çürümüş ağacın aşması qısa zaman işidir. Güclü külək və ya yağış çürümüş ağacı vaxtından öncə aşıracaq. Cəmiyyətlərin də cürüməsi uzun müddət çəkdiyi halda, çürümüş cəmiyyətin dağılması qısa zaman işidir. Rusiyanın Ukraynada üzləşdiyi hərbi məğlubiyyət çürümüş ağacı aşırmaq üzrədir”.
 
Ardını oxu...
Əgər, Laçın postu ilə bağlı BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın absurd və məntiqsiz iddiası istənilən halda, geri çevrilməlidir... Yox əgər, Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək və bu qurumun gələcək taleyi böyük risk altına düşəcək...
BMT-nin gələcək taleyi böyük risk altındadır. Bu nüfuzlu beynəlxalq qurumun müasir dövrün tələblərinə cavab verib-vermədiyi hazırda ciddi şübhə altındadır. Ona görə də, indi bu məsələ müxtəlif beynəlxalq platformalarda geniş şəkildə müzakirə olunmaqdadır. Və BMT-nin öz funksiyalarını, o cümlədən də tarixi-siyasi missiyasını yerinə yetirə bilmədiyi artıq qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, BMT-nin fəaliyyətinin müasir dövrün tələblərinə cavab vermədiyi barədə indiyə qədər bir çox arqumentlər gündəmə gətirilib. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də ciddi islahatlara ehtiyac olduğunu vurğulayıb. Üstəlik, “Dünya beşdən böyükdür” tezisi də məhz Türkiyə liderinə aiddir.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu tezisi məntiqlidir və mövcud situasiyanı tamamilə əks etdirir. Çünki BMT-nin əsas qərarverici qurumu olan Təhlükəsizlik Şurası cəmisi beş dövlətin nəzarəti altındadır. Həmin beş dövlət – ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasında istənilən qərara veto qoymaq hüququna sahibdirlər.

Təbii ki, bu, BMT Təhlükəsizlik Şurasının fəaliyyəti qarşısında dayanan ən böyük ədalətsizlik faktorudur. Çünki həmin beş ölkə öz milli maraqlarına uyğun gəlməyən istənilən qərara veto qoymaqla, BMT Təhlükəsizlik Şurasında ədalətli qərarlara əngəl ola bilirlər. Yəni, BMT də, bu qurumdan ədalət gözləyən dünyanın digər dövlətləri də əslində, müəyyən mənada, veto hüquqlu beş ölkənin - ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransanın milli maraqlarının girovuna çevrilmiş durumdadır.

Bu səbəbdən, BMT-nin Təhlükəsizlik Şurasında istənilən problemin müzakirəsi veto hüququ olan beş ölkə arasında nüfuz savaşına qədər inkişaf edə bilir. Ümumilikdəsə, bu beş ölkə dünyanı öz bildikləri kimi idarə etməyə çalışırlar, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqları haldasa, BMT Təhlükəsizlik Şurasında heç bir sanksiya ilə üzləşmirlər.

Buna ən ciddi örnəklərdən biri kimi, məhz Fransanın müstəmləkəçi siyasətini göstərmək olar. Belə ki, BMT-nin Nizamnaməsi müasir dünyada müstəmləkəçiliyi, xalqların başqa ölkələr tərəfindən istismarını qadağan edir. Halbuki Fransa müasir dünyada öz müstəmləkəçilik ənənələrini davam etdirən ölkələri arasında ön sıralarda yer alır.

Məsələ ondadır ki, rəsmi Paris hələ də Afrika qitəsində yerli xalqların istismarına, ölkələri üzərində isə Fransanın müstəmləkəçiliyinə davam edir. Yəni, Fransanın müasir siyasi sistemi orta əsrlər dövrünün ənənələrindən hələ də uzaqlaşmayıb. Üstəlik, Fransanın Afrikada müxtəlif yerli xalqlara qarşı soyqırımlar törətdiyi inkaredilməz reallıqdır.

Ancaq Fransa bütün bu bəşəri cinayətlərinə qarşılıq olaraq, BMT Təhlükəsizlik Şurasının heç bir sanksiyası ilə üzləşməyib. Çünki bu qurumun qərarları məhz bəşəri cinayətlər törədən Fransanın veto hüququndan birbaşa asılıdır. Eyni zamanda, ABŞ, Rusiya və Çinin də müxtəlif cinayətləri mövcuddur. Deməli, BMT-də islahatlar ilk növbədə məhz Təhlükəsizlik Şurasında bu beş ölkənin veto hüququnun ləğv edilməsi ilə başlamalıdır.

Onu da qeyd edək ki, hətta ABŞ rəsmi dairələri belə, vaxtilə BMT-nin öz dövrünü sona çatdırdığını bəyan edirdilər. Əsas səbəbsə, BMT Təhlükəsizlik Şurasının digər veto hüquqlu üzvlərinin ABŞ-ın İraqa hərbi müdaxiləsinə qarşı çıxmasıyla bağlıydı. Yəni, Ağ Ev ABŞ-ın maraqlarına cavab verən qərarın verilmədiyini səbəb göstərək, BMT-nin ləğv edilməsinin vacibliyini qabardırdı. Və belə bir qurumun dünyanın idarə olunmasında hansı səviyyədə effektiv ola biləcəyi ciddi mübahisə mövzusudur.

Xatırladaq ki, Ermənistanın beynəlxalq himayədarlarına, ilk növbədə müstəmləkəçi Fransaya güvənən rəsmi İrəvan belə, son 30 ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi barədə dörd qətnaməsini yerinə yetirməyib. İndi isə rəsmi İrəvan BMT-yə növbəti dəfə siyasi zərbə endirməyə çalışır. Ermənistanın Laçın postunun ləğv edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət göndərməsi və həmin “sənəd”in müzakirəsinə nail olması belə düşünməyə tamamilə əsas verir.

Məsələ ondadır ki, Azərbaycan öz ərazsində nəzarət-buraxılış məntəqəsi yaradıb. BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına görə, bütün ölkələrin belə bir haqqın mövcuddur. Azərbaycan da bu hüququndan istifadə edib. İndi Ermənistan BMT Təhlükəsizlik Şurasından tələb edir ki, Azərbaycanın Laçın postu qeyri-qanuni elan olunsun və ləğv edilsin. Və beynəlxalq hüquqa zidd məntiqsiz tələb yalnız “erməni siyasi düşüncəsi” tərəfindən icad edilə bilərdi.

Ona görə də, indi BMT Təhlükəsizlik Şurasının bu absurd tələblə bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur. Çünki əgər, BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun qərar veriləcəksə, deməli, Ermənistanın məntiqsiz iddiası geri çevrilməlidir. Yox əgər, BMT Təhlükəsizlik Şurası rəsmi İrəvanın tələbini dəstəkləyərsə, bu, beynəlxalq hüquq normalarının, o cümlədən də, BMT Nizamnaməsinin kobud şəkildə pozulması anlamına gələcək.

Nəticədə məlum olacaqsa, dünyada beynəlxalq hüquq normaları əhəmiyyətini itirib, BMT Nizamnaməsi isə boş və mənasız söz yığınıdır. Əgər, BMT Nizamnaməsi Ermənistan naminə öz hüquqi qüvvəsini itirərsə, deməli, bu beynəlxalq qurumun fəaliyyəti üçün də elə bir ciddi ehtiyac qalmayacaq. Və bu baxımdan, onsuz da müasir dövrün tələblərinə qətiyyən cavab verməyən BMT-nin dağılma prosesi sürətlənə bilər.

Onu da qeyd edək ki, vaxtilə keçmiş SSRİ-nin dağılmasında məhz erməni separatizmi və terrorizmi həlledici rol oynamışdı. İndisə, Ermənistan öz hüquqa zidd iddiaları ilə BMT-nin gələcək taleyini böyük risk altına salmağa başlayıb. Yəni, əgər, BMT Təhlükəsizlik Şurası Ermənistanın avantürist planlarına “alət” olarsa, onsuz da böhran keçirən bu qurumun yaxın gələcəkdə dağılma ehtimalı real görünür. Azərbaycanın isə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan hansısa qərarı icra etmək kimi məcburiyyəti qətiyyən yoxdur.\\Yeni Müsavat.Az
 
Ardını oxu...
Rusiya Müdafiə Nazirliyinin bu gün bir müddət əvvəl Qara dənizdə Türkiyə gəmisinə etdiyi müdaxilənin görüntülərini yayıb.
Ötən bazar günü Palau bayraqlı “Şükrü Okan” adını daşıyan yük gəmisinə Rusiyaya məxsus Ka-29 helikopteri hücum edib və gəminin Türkiyəli heyətini göyərtədə əlləri başlarının üstündə diz çökdürərək videosunu çəkib. Bu videonun Rusiyanın Müdafiə Nazirliyi tərəfindən paylaşılması açıq şəkildə paylaşılması başda Türkiyə olmaqla NATO-ya meydan oxumaq deməkdir və böyük ehtimalla rus tərbiyəsizliyi cavabsız qalmayacaq.
Vəziyyətin daha da gərginləşməsi Türkiyəni Montre Konvensiyasına və NATO Nizamnaməsinə istinad edərək Qara dənizin qapılarını müttəfiqlərinə açması ilə nəticələnə bilər. Rusiyanın taxıl dəhlizini bağlaması da NATO qüvvələrinin beynəlxalq humanitar böhranı əsas gətirərək Qara dənizə müdaxilə etmək qərarı verməsini münbit şərait yaradır.
Heyder Oguz
Teref.az
Ardını oxu...
Böyük Britaniyada 3 Bolqarıstan vətəndaşı Rusiya adına casusluq etdikləri üçün həbs edilib.

32gun.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumatda Böyük Yarmutdan Orlin Russev və Londondan Bizer Dzhambazov və Katrin İvanova fevral ayında Rusiya təhlükəsizlik orqanlarına işləməkdə şübhəli bilinərək saxlanıldıqları bildirilib.

Şübhəlilərin üzərindən Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya vətəndaşları olduğunu göstərən saxta şəxsiyyət vəsiqələri və sənədlər aşkar edilib.

Russevin əvvəllər Rusiyada ticarətlə məşğul olduğu və Bolqarıstanın Energetika Nazirliyində məsləhətçi işlədiyi vurğulan sosial media platforması LinkedIn-də Cambazov özünü xəstəxanada sürücü, İvanova isə laborant kimi təqdim edərkən, ikilinin qurulan seçki qutularında seçki komissiyasının əməkdaşı kimi çalışdığı görünür.

London Metropoliten Polisinin detektivləri tərəfindən tapılan üç şübhəlinin məhkəməsinin yanvar ayında başlanması gözlənilir.
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə ən ağır cəza tətbiq olunacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

O, qərarın İranın məhkəmə orqanları tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Rəsmi Bakı hücumu terror aktı kimi qiymətləndirib.
 
Ardını oxu...
Amerikalı sahibkar Brent Undervud bütün Cerro Qordo şəhərini 1,4 milyon dollara satın alaraq onun yeganə sakini olub.

Lent.az xəbər verir ki, bu barədə "Dailystar" məlumat yayıb.

O, bu şəhərin keçmişin qaranlıq sirlərini açıb. 1865-ci ildə bir mədən şəhərciyi kimi qurulan Cerro Gordo, zamanında Kaliforniyanın ən əhəmiyyətli gümüş istehsalçısı olub. Öz çiçəklənmə dövründə onun 4500 əhalisi var idi, o zaman Los-Anceles əhalisinin təxminən üçdə ikisi idi.

Burada yüzlərlə binalar, o cümlədən mədənçilərin əyləncəsi üçün univermaqlar, salonlar, fahişəxanalar və öz dövrünün Kaliforniyanın ən yaxşı otellərindən biri olan American Hotel tikilib. Bununla belə, 360 hektar ərazisi olan şəhər indi yalnız 20 binası və yalnız bir adamı olan Brent Undervud ilə xəyali şəhəridir.

Brent adlı sahibkar, 2018-ci ildə 150+ yaşlı tərk edilmiş şəhərciyi satın alıb və "YouTube"da şəhərin kurorta çevrilməsi prosesini göstərib. Lakin yolda bir vaxtlar məşhur olan bu yerin qaranlıq keçmişi ilə qarşılaşıb.

Şəhər öz mənfi reputasiyası ilə məşhur olub və atışmalar, eləcə də qətllər adi hala çevrilib. Brent qeyd edir ki, “1800-cü illərdə Cerro Qordo sərxoşluq və xəsislikdən qaynaqlanan cinayət mərkəzi idi və qətl hadisələri o vaxt qəzetlərdə müntəzəm olaraq dərc olunurdu”.

Mədənçilər şəhərdə yaşamaqdan imtina ediblər. Çin işçilərinin tarixi Cerro Gordonun tarixində başqa bir qaranlıq mövzudur.

“Bu şəhərdə Çin mahalı var idi və bir çox çinli fəhlə burada işləyir, Cerro Qordo mədənlərindən filiz çıxarırdı. Onlar şəhərin ayrı bir hissəsində yaşamalı olublar, bu, çox ədalətsizlik idi,” Brent deyir.

Brent hesab edir ki, şəhərdə ölən çinli işçilər 50-500 nəfərin dəfn olunduğu güman edilən əsas qəbiristanlıqdan uzaqda ayrıca ərazidə dəfn edilmiş ola bilər.

 
Ardını oxu...
Gürcüstan azərbaycanlıları iki ölkə arasındakı quru sərhədlərin açılması və yaxud da quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info-ya göndərilən həmin müraciəti təqdim edirik:

Cənab Prezident!

Sizə Gürcüstan azərbaycanları adından müraciət etməkdən xüsusi məmnunluq duyuruq. Sizin diqqət və dəstəyinizi həmişə hiss etmişik və ona görə də bizim problemimizi yalnız sizin uzaq görən siyasətiniz və insanlığınız baxımından həll edəcəyinizə böyük ümid edərək sizə müraciət edirik. Hazırda Azərbaycan regionda sülh və əmin amanlığın yaradılmasında, regionun iqtisadi və güc baxımından qüdrətli dövlətə çevirilməsi istiqamətində çox önəmli proseslərdən keçir. Sizin daxili və xarici siyasətinizi izləyirik və ümid edirik ki, bu məsələlər yaxın günlərdə həll olunacaq və xalqlar sizin sayənizdə yenidən dost, mehriban yaşamağa davam edəcəklər.

Bildiyiniz kimi, artıq 3 ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır. Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru var. Gürcüstan azərbaycanlılarının Azərbaycan vətəndaşları və qeyri Azərbaycan vətəndaşları ilə yaxın qohum və ailə münasibətləri olduğunundan eyni zamanda Azərbaycan vətəndaşlarının da Gürcüstan vətəndaşları ilə eyni yaxın münasibətləri var. Uzun illərdir sərhədlərin bağlı olması bu bağlara mənəvi olaraq ciddi ziyan vurur, bununla yanaşı strateji dövlət olduğumuza görə hər iki ölkə vətəndaşları biznes, iqtisadi əlaqələr quraraq sosial və iqtisadi rifahlarını qarşılayırdılar. Pandemiyadan sonra bir çox ölkələr iqtisadi krizis yaşayır və bu Gürcüstanda regionda yaşayan şəxslər üçün öz ağır təsirini qoydu və qoymaqdadır. Xüsusən Gürcüstan azərbaycanlıları üçün Azərbaycan məsəfə, dil baxımından ən yaxşı seçimdir, onlar bu üstünlüklərdən istifadə edərək öz güzəranlarını müxtəlif kiçik biznes və iş yolları ilə stabilləşdirə bilirdilər.

Biz uzun müddətdir ki, sizin sərhədlərin açılması ilə bağlı xoş sərancamınızı gözləyirik. Sərhədlərin bağlı olması insanlara olduqca mənfi təsir göstərir və onlar yaxınları ilə əlaqələr qura bilmir, gedib gəlməyə çətinlik çəkir və ya gedə bilmirlər. Hazırkı hava yollarının məlum yüksək qiyməti minlərlə sosial rifahı çətin olan şəxslər üçün əlçatmazdır və məhdudur. Xüsusən yaşlı insanlar hava yollarından istifadə edə bilmir və ya onlar üçün bu olduqca riskli və çətindir. Bir çox insanlar quru sərhədlərin bağlı olmasına görə Gürcüstan və Azərbaycanda tamamilə himayəsiz qalıb və ya yaxın qohumlarının dəstəyi ilə yaşayırlar. İnsanlar şad və yas günlərində biri-birinin yanında olub sevinc və kədərlərini bölüşə bilmirlər. Demək olar ki, xüsusən yaxın bağları olan minlərlə insanın ailəsində bu problem yaşanmaqdadır və çarəsiz qalıblar.

Yuxarıda qeyd etdiyimiz faktorlardan irəli gələrək yaxın qohum və ailə münasibətləri olan insanlar üçün sərhədlərin açılmasını tezləşdirmək və ya müəyyən kateqoriyalı insanlar üçün alternativ formada quru sərhəddən keçid imkanları yaratmağı xahiş edirik. Təbii ki, hazırkı vəziyyətdən irəli gələrək bunun ən müvafiq və uyğun yolunu və təşkil olunmasını imkanlarınız daxilində siz daha yaxşı bilirsiniz. Bundan əvvəl kod sistemi vardı və o insanlara quru sərhəddən keçməyə imkan verirdi, artıq uzun müddətdir ki, bundan məhrum olmuşuq. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandan yaşayan gürcülər və eyni zamanda Azərbaycanda yaşayan Gürcüstan azərbaycanlıları və Gürcüstanda yaşayan Azərbaycan vətəndaşı gürcülər üçün bu alternativi yaratmağı xahiş edirik, çünki digər ölkə və ölkələr vətəndaşlarından fərqli olaraq Gürcüstan və Azərbaycan yaşayan xalqları biri-birilə ailə münasibətləri və bağları birləşdirir.

Sizdən xahiş edirik ki, müvafiq orqanlara alternativ giriş-çıxış imkanları yaratmaq üçün tapşırıqlar verəsiniz və bizlərə quru sərhədi keçmək üçün güzəştlər və imkanlar yaradasınız.

Siz daima xalqın yanında olduğunuzu, onların səsini eşitdiyinizi və sosial şəbəkələrdən prosesləri izlədiyinizi vurğulayırsınız və bu bizə bu müraciəti hazırlamaqda xüsusi ilham verir. Ona görə də biz böyük ümid və sevinclə bizə bu xoş xəbəri verəcəyiniz günü gözləyəcəyik və sizin ədalət və insanlığınıza inanaraq sizdən tez zamanda xüsusi addımlar atacağınızı gözləyəcəyik

Sevgi və hörmətlə,

Gürcüstan azərbaycanlıları

Gürcüstan, 2023
 
Ardını oxu...
Avqustun 12-dən 13-ə keçən gecə Türkiyə səması nadir təbiət hadisələrindən birinə şahidlik edib.

Manset.az xəbər verir ki,ölkə sakinləri və qonaqları böyük maraqla Perseid meteor yağışını izləmək imkanı əldə ediblər.

Xalq arasında düşən ulduzlar kimi tanınan meteorlar xüsusilə Antalya, İstanbul, İzmir kimi böyük şəhərlərin səmasını işıqlandırıb.

Məlumata görə, gecə ərzində yüzədək “düşən ulduz” müşahidə edilib.

Qeyd edək ki, 1992-ci ildən müşahidə edilən Perseid meteor yağışı “Swift-Tuttle” kometinin qalıqlarından ibarətdir. Bu il səma cisimləri şousu iyulun 14-də başlayıb və sentyabrın 1-dək davam edəcək. Meteor yağışının ən intensiv olduğu vaxt isə ötən gecəyə təsadüf edib.
 

Dünyapress TV

Xəbər lenti