Ardını oxu...
ABŞ Ədliyyə Nazirliyi Kolumbiya Dairəsinin Federal Məhkəməsinin hakiminə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kapitoliya hücumu ilə bağlı məlumatları açıq şəkildə paylaşma imkanının məhdudlaşdırılması ilə bağlı sorğu göndərib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Prokurorlar Tramp və onun vəkillərinə məhkəmə zamanı əldə edilmiş məlumatların bu materiallara çıxışına məhkəmə tərəfindən icazə verilməyən şəxslərə açıqlamasının qadağan edilməsini təklif edir.

ABŞ-ın xüsusi prokuroru Cek Smit bildirib ki, təqsirləndirilən şəxs istintaqın bir hissəsi kimi əldə etdiyi təfərrüatlardan və ya böyük andlı iclasçıların protokollarından istifadə edərək açıq bəyanatlar dərc etməyə başlayarsa, bu, şahidlərə mənfi təsir göstərə, onları susdura və bu işdə ədalət mühakiməsinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Cek Smit avqustun 1-də Trampın dörd maddə ilə ittiham ediləcəyini açıqlamışdı. Amerika administrasiyasının keçmiş rəhbəri faktiki olaraq 2020-ci il seçkilərindəki məğlubiyyətə baxmayaraq, qanunsuz hərəkətləri ilə hakimiyyəti saxlamağa cəhd etməkdə ittiham olunur.
 
Ardını oxu...
İranın hökumət qəzetinin Avstraliyada keçirilən idman turnirinə ezam etdiyi reportyor və fotoqraf bu ölkədən sığınacaq istəyiblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, “İran İdmanı” qəzetinin redaksiya heyətinin üzvü, “İran” qəzetinin idman şöbəsinin katibi Səid Zahidian və “İran” qəzetinin fotoqrafı Nəim Əhmədi İrana qayıtmaqdan imtina ediblər.
Ardını oxu...
“Azərbaycan müdrik və uzaqgörən siyasət nümayiş etdirir, Pakistanla həmrəydir və bizi dəstəkləyir”.

Bakupost.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye brifinqdə deyib.

Səfir qeyd edib ki, Cammu və Kəşmir məsələsi BMT-də uzun müddətdir gündəmdir: “Hindistan Konstitusiyasının regiona xüsusi hüquq və imtiyazlar verən 370 və 35A maddələrinin birtərəfli qaydada ləğvi region üçün mənfi nəticələrə səbəb olub”.

Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan hökuməti Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin ləğvini elan edib. Kəşmirdə gərginliyin qarşısını almaq üçün ştatın konstitusiya statusunun dəyişdirilməsi qərarından sonra Yeni Dehli hakimiyyəti şimala on minlərlə hərbçi yeridib. Komendant saatı tətbiq edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, mobil rabitə və internet kəsilib.
Ardını oxu...
Azərbaycan adının mənasını izah edən 12 fərziyyə - III hissə
Azərbaycan toponimilə bağlı oxucuya təqdim etdiyimiz onuncu fərziyyə Azərbaycan tarixçisi, akademik Mahmud İsmayılova (1920–2002) məxsusdur:
1. “Azərbaycan sözünün az–as hissəsi əski türk etnonimidir. As xalqının adı qədim Orxon–Yenisey yazılarında da təsbit olunmuşdur. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, Asiya qitəsinin də adı bu ərazinin ən qədim sakinləri olmuş asların adı ilə bağlıdır”.
Məlumat üçün qeyd edək ki, tarixdə as adlı bir neçə xalq və tayfa olmuşdur:
Azlar – Orxon-Yenisey abidələrində və digər əski mənbələrdə adı çəkilmiş türk boyudur. VIII əsrin əvvəllərində qədim alan xalqının az tayfası indiki Qazaxıstan və Altay ərazisində yaşamış, türk dilində danışmışdır. Həm qədim alanların, həm də azların türkdilli olduqlarını birmənalı şəkildə sübuta yetirən çox mötəbər bir mənbənin təqdim etdiyi məlumata nəzər salaq:
İslam alimi Əbu Reyhan ibn əl-Biruni (973–1048) “Tahidd nihayət əl-əmakin fi tashih məsafət əl-məsakinu” adlı əsərində yazırdı: “Su daşıb sola döndü, Xarəzm və Curcan arasındakı səhrada yerləşən, bugün Mazdubast adı ilə tanınan çayın mənsəbi boyunca peçeneqlərin ölkəsinədək axdı. Xeyli ərazi uzun müddət su altında qaldı, məhv oldu. Həmin yerlərin sakinləri Xəzər dənizinin sahillərinə köçdülər. Bu, alan və asların bir boyu (tayfası, soyu) idi. İndi onların dili Xarəzm və peçeneq dillərinin qarışığıdır”.
İzah. Hazırda başqırd, Altay, teleut, çeçen və osetin xalqlarının tərkibində müvafiq olaraq assı, yaxud aşa, baylak as, tört as, as və assı adlı tayfa və nəsillər mövcuddur. Həmçinin Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri Ordubadın Aza kəndidir.
Tədqiqat zamanı diqqətimizi çox maraqlı bir fakt da cəlb etdi. Belə ki, Rusiya Federasiyasının Omsk vilayətində Tevriz rayonu, Tevriz qəsəbəsi, Malıy Tevriz kəndi, Tevriz adlı çay vardır.
Xatırladaq ki, Omsk vilayəti qədim türk yurdudur. Bugün də Tevriz rayonu əhalisinin 20–25 faizini tatarlar təşkil edir. Tevriz rayonunun yaşayış məntəqələrindən biri Azı adlı tatar kəndidr. Azı adlı digər kənd Omsk vilayətinin Ust-İşim rayonundadır. Həmçinin Omsk vilayətinin Ust-İşim və Tevriz rayonlarından axan iki çayın adı Azıdır.
Ehtimala görə, Tevriz toponimi Tevriz çayının adından götürülmüşdür. İddia edilir ki, bu hidronim xantı dilindəki “tay” (qara) və “is” (su) sözlərindən yaranmışdır. Zənnimizcə, həmin fikrin ciddi əsası yoxdur. Çünki Omsk vilayətinin sözügedən hissəsində xantı xalqı yaşamır. Həmçinin Tevriz adı ilə “tayis” sözü arasında oxşarlıq tam deyil.
Lakin burada da diqqəti cəlb edən bir detal vardır. Xantı dili fin-uqor dil ailəsinin uqor qrupuna aiddir. Xantılar özlərini As-xoyat və ya As-jah (As adamları) adlandırırlar. Maraqlıdır ki, Qərbi Sibirdə axan və dünyanın ən nəhəng çaylarından biri olan Ob çayının xantı dilindəki adı Asdır.
Tanınmış sovet-rus tarixçisi İqor Dyakonov (1914–1999) və görkəmli Azərbaycan tarixçisi, professor İqrar Əliyev (1924–2004) hesab edirdilər ki, Azərbaycanın Təbriz şəhəri Assuriya hökmdarı II Sarqona (e.ə. 765–705) məxsus kitabədə adı çəkilmiş Tarmakis qalasıdır. Həmin kitabədə yazılmışdır: “(Mannanın) Tarmakis qalasının divarları ikiqat idi. Oradan Fərat çayı qədər geniş kanal axır, onun ətrafı isə qalın meşəliklərin əhatəsindədir. Şəhərdə gözəl binalar vardı. Mən Tarmakisə hücum etdikdə əhali oranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, hər biri istehkama çevrilmiş yaşayış məntəqələri arasında döyüşə başladım”.
Rusiyanın Omsk vilayətində Tevriz toponimlərinin mövcudluğu göstərir ki, İ.Dyakonov və İ.Əliyev Mannanın Tarmakis şəhərinin yerini düzgün müəyyən edə bilməmişdilər. Görünür ki, Təbriz adının həqiqi mənasını qədim assur və ya qədim pars dilində, yaxud zərdüştilikdə tapmaq mümkün deyil. Həmin toponim as–alan tayfası ilə əlaqəlidir. Bu fikri əsaslandıran çoxlu misal çəkə bilərik. Hələlik onlardan yalnız ikisi ilə kifayətlənirik.
- Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Nyazepetrovsk rayonunda Şəməxə və ya Şemaxi adlı kənd var. Onun yaxınlığından Şəməxə və ya Şemaxi adlı çay axır. Güman edilir ki, Şəməxə (Şemaxi) adını əvvəlcə çay daşımış, sonra isə həmin ad kəndə verilmişdir. Yazımızın bu yerində oxucunun diqqətini kifayət qədər maraqlı bir məlumata yönəldək:
Şəməxə (Şemaxi) kəndi 1713-cü ildə başqırdların xatay tayfasının qışlaq yerində salınmışdır. Sözügedən xatay tayfasının altı nəslindən biri yalan (alan–alban), digəri isə as və ya aşa adlanır. Amma bənzərlik bununla bitmir, gerisi daha maraqlıdır. Çelyabinsk vilayətindəki Şəməxə (Şemaxi) çayı öz mənsəbini xatayların Bardı adlandırdıqları dağ silsiləsindən götürür. Tatarlar isə Bardı toponimini Barda şəklində tələffüz edirlər. Xatırladaq ki, IV–VII əsrlərdə Qafqaz Albaniyasının (Qafqaz Alaniyasının) paytaxtı olmuş digər qədim şəhərimizin adı Bərdədir.
- Türkmənistanın Daşoğuz vilayətinin Üstyurt yaylasında Şemaxa-qala, Şirvan-qala, Diyarbekir və Hələb adlı qədim şəhərlərin xarabalıqları, eləcə də Şirvan adlı kənd vardır. Tədqiqat prosesində belə bir nəticəyə gəldik ki, bu bənzərlik də təsadüfi deyildir. Belə ki, Daşoğuz vilayətinin Üstyurt yaylasında yaşayan qaradaşlı türkmən tayfasının əski adı yazır olmuşdur. Yazır isə bildiyimiz kimi, oğuz elinin 24 əsas boyundan biri idi. Nüfuzlu sovet arxeoloqu və tarixçisi Sergey Tolstov (1907–1976) oğuz elinin yazır boyunu alan xalqının as tayfası ilə eyniləşdirmişdir. Yazımızın VIII hissəsində bu haqda daha ətraflı məlumat verəcəyik. IV–VII hissələr isə Hələb şəhərinin adına həsr ediləcək.
Roma imperiyasının indiki Şimali Makedoniya ərazisində yerləşmiş şəhərlərindən birinin adı Tauresium idi. Ostroqot kralı Theodahad (480–536) və Şərqi Roma imperatoru Yustinian (482–565) bu şəhərdə anadan olmuşdular. Şimali Makedoniya və Yunanıstanın ən böyük çaylarından birini makedoniyalılar (slavyanlar) Vardar, yunanlar Aksios, yerli albanlar isə Asi adlandırırlar. E.ə. IV əsrdə Yaxın Şərqi istila etmiş makedoniyalılar (qədim yunanlar) müasir Suriya, Livan və Türkiyə torpaqlarından axan nəhəng Oront çayının da adını Aksios qoymuşdular. Maraqlıdır ki, ərəblər də həmin çaya Asi deyirlər.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
Ardını oxu...
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun ünvanına tənqidi fikirlər səsləndirib.
DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Teleqram kanalı məlumat yayıb. Səfir deyib ki, ABŞ Rusiya Federasiyasının siyasi-iqtisadi strateji məğlubiyyətinə nail olmaq istəyindən çıxış edərək, Rusiya-Afrika sammitinin əhəmiyyətini azaltmağa çalışır.

Səfirin sözlərinə görə, “ruslara aid hər şeyə nifrət” və Rusiya Federasiyasına strateji məğlubiyyət yaşatmaq istəyi Vaşinqton rəsmilərinin gözünü kor edib.

Antonov əlavə edib ki, ABŞ Rusiyanın yaxın aylarda Afrikanın bir neçə ölkəsinə pulsuz olaraq 25-50 min ton taxıl göndərməyə hazır olduğunu elan etməsindən sonra özünə gələ bilmir.
 
Ardını oxu...
Gürcüstanın Maliyyə Nazirliyi ABŞ istehsalı olan avtomobillərin Rusiya və Belarusa ixrac və təkrar ixracının qadağanını rəsmən təsdiq edib.

“AzPolitika.info” gürcü mediasına istinadla xəbər verir ki, bu qadağan avqustun 1-dən qüvvəyə minib. Xəbər verilir ki, analoji qadağan Avropa İttifaqında istehsal olunmuş avtomobillərə sentyabrın 26-dan tətbiq ediləcək.

Nazirlik bildirir ki, bu qadağan barədə qərar Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 11-ci paketinə uyğun olaraq qəbul edilib. Məlumatda deyilir ki, 2023-ci ilin 1 yanvarından 1 iyulunadək Gürcüstandan ümumi dəyəri 930 milyon dollar olan 51 min avtomobil təkrar ixrac edilib. Bunlardan dəyəri 32 milyon olan 3786 avtomobil Rusiyaya satılıb.

Gürcüstan Maliyyə Nazirliyinin qərarı ilə habelə Ermənistandan ABŞ və Avropa istehsalı avtomobillərin Hərbi-Gürcüstan yolu və Kazbegi Yuxarı Lars sərhəd gömrük məntəqəsindən Rusiyaya ixracına qadağan qoyulub.

Bu da deyilir ki, istisna yalnız Ermənistan vətəndaşının mülkiyyətində olan avtomobillərə tətbiq edilir, beləki onlar avtodiler hesab olunmurlar.

Rusiyalılar (xüsusən də Rusiyanın cənub regionlarından olanlar) son vaxtlaradək Gürcüstana gəlir, Rustavi maşın bazarında Qərb markalı avtomobilləri alaraq Yuxarı Lars məntəqəsindən Rusiyaya aparırdılar.

Xəbərdə deyilir ki, Gürcüstan hakimiyyətinin bu qərarı Qərb partnyorları ilə uzun və mürəkkəb danışıqların nəticəsində qəbul edilib.

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Deyvid O’Sallivan, ABŞ Dövlət Departamenti sanksiyaların koordinasiyası ofisinin rəhbəri Cim O’Brayen və Britaniya Xarici İşlər Nazirliyinin iqtisadiyyat, elm və texnologiyalar şöbəsinin başçısı Kumar Ayer iyunun 26-da bu məqsədlə Tbilisiyə səfər etmişdilər.

Bu səfərin ərəfəsində sözügedən rəsmi şəxslər bildirmişdilər ki, Gürcüstan paytaxtında Rusiyaya qarşı sanksiyaların effektli tətbiqi və bu məsələ üzrə dialoq üçün daimi xəttin açılmasını müzakirə edəcəklər.

Ekspertlər bildirirlər ki, görünür elə bu “daimi dialoq” Moskva ilə yaxşı münasibətlər saxlamağa çalışan Gürcüstan hökumətini qadağanın qəbuluna vadar edib.

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü başlanandan dərhal sonra, 2022-ci ilin 25 fevralında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili demişdi ki, Tbilisi Moskvaya qarşı heç bir ikitərəfli sanksiya tətbiq etməyəcək, belə ki, bu, Gürcüstanın maraqlarına ziyan vura bilər. Gürcüstan Rusiyaya qarşı Qərb sanksiyalarının yalnız bank-maliyyə sahəsinə qoşulub.
 
Ardını oxu...
“Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni, köhnə ssenari yenə də davam edir”.

DİA.AZ bildirir ki, bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib.

Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb:

“Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir.

Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar.

Guya ki, “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”, - deyə Fransa Senatının üzvü Natali Qule əlavə edib.
Ardını oxu...
ABŞ polisinə Senatın inzibati binalarından birində silahlı şəxsin basqın etməsi barədə məlumat daxil olub.

Bu barədə Kapitoli polisi məlumat yayıb.

Bildirilir ki, polis binalarda əməliyyat tədbirləri həyata keçirib.

Məlumata görə, yerli saatla 14:30-da 911 xidmətinə Senat binasında atışma ilə bağlı zəng edilib. Polis inzibati binalarda axtarışlar təşkil edərək insanları sığınacaq tapmağa çağırıb.

“Yaralı və silahlı şəxs tapılmayıb”, - deyə məlumatda bildirilir.
 
Ardını oxu...
Moldovanın qaz ehtiyatları ən azı 2023-cü ilin sonunadək kifayət edəcək.

Trend xəbər verir ki, bu barədə Moldovanın "Energocom" dövlət şirkətinin inzibati şurasının üzvü Aleksandr Slusar özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Energocom"un qaz ehtiyatları 2023-cü ilin sonunadək kifayət edəcək. Lakin biz dayanmırıq, satınalmalar davam edir", - deyə Slusar bildirib.

Qeyd edək ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən - Rusiyadan 100 faiz asılı olub. 2022-ci ilin dekabrından isə ölkə Rusiyanın "Qazprom" şirkətinin tədarük etdiyi qazın istehlakından imtina edərək, Avropa bazarlarından təbii qaz satın almağa başlayıb.

Bu yaxınlarda isə Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan Moldovanın Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğunu bildirmişdi.
 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri daşınmaz əmlak bazarına daxil olduğu müddət ərzində bazarda qiymətlərin xeyli artdığına baxmayaraq, “sosial mənzillər”in dəyəri demək olar sabit qalıb.

Bunu “Report”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

“2016-cı ildən bəri mənzil bazarında qiymətlər xeyli artıb. O vaxt Yasamalda mənzilin bir kvadratmetri 850 manat idisə, indi iki min manat ətrafındadır. “Sosial mənzil”in ümumi dəyəri isə təqribən 4 000-5 000 manat artıb”, - N.İbrahimov qeyd edib.

Ekspert vurğulayıb ki, Bakıda köhnə tikili binalarda mənzillərin kvadratmetri hazırda 1 500 manat təşkil edir. Eyni ünvanda kiçik sahəli evlərdə isə qiymət 2 min manatdır. Yeddi ilə qiymətlər iki dəfədən də çox artıb:

“Qiymətlərin artımı ölkədə və dünyada baş verən proseslərlə bağlıdır”.

O qeyd edib ki, MİDA-nın satışa çıxardığı evlər sosial təminatlıdır və bu səbəbdən güzəştli qiymətlərlə satılır:

“Bu mənzillər aztəminatlı ailələr üçün nəzərdə tutulub. Nəzərə alaq ki, bu gün əmlak bazarında satılan evlərin təxminən 90%-dən çoxu ipoteka krediti hesabına satılır. Lakin aztəminatlı ailələrin orta aylıq gəliri bu kreditlər üzrə şərtlərə cavab vermədiyi üçün onlar MİDA-nın satışa çıxardığı mənzillərə üz tuturlar. Son nəticədə həmin kateqoriyaya aid olan ailələrin mənzil problemi həll olunur.

İkinci tərəfdən isə müəyyən müddətdən sonra “sosial evlər” təkrar bazara daxil olaraq daha baha qiymətə satılaraq təklifi qaldırırlar. Azərbaycanda xüsusən də Bakı şəhərində əhalinin artım tempi bir ilə 1% təşkil edir. Bu səbəbdən “sosial mənzillər” bazarın tələbini tamamlayır. Beləliklə bazarda zaman-zaman tələb-təklif balansının normallaşdığını müşahidə edirik”.

Ardını oxu...
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, hazırda ipoteka kreditləri hesabına satılan mənzillər ümumi daşınmaz əmlak bazarının 7%-ni təşkil edir:

“MİDA-nın təklif etdiyi mənzillərin bazar payı heç 1% belə deyil. Düşünmürəm ki, daşınmaz əmlak bazarında böyük bir kütlə oturub gözləyir ki, “sosial evlər” satışa çıxarılsın. Qiymət fərqi belə olsa da mənzil alıcılarının sırf MİDA-dan mənzil almaq üçün gözləmələrini demək olmaz. Çünki, faktiki olaraq MİDA-nın xətti ilə mənzil almaq imkanları əlçatan görünsə də, qeyd olunan kateqoriyaya uyğun olan insanların sayı azdır”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov açıqlamasında bildirib ki, MİDA-nın ildə bir və ya iki dəfə satışa çıxardığı mənzillərin bazarda payı azdır:

“Onların satışa çıxardığı mənzilləri iki yolla əldə etmək olur - nağd və ya ipoteka krediti ilə. “Sosial evlər” nisbətən ucuz olduğu üçün onları əldə etmək hüququna malik olan bəzi insanlar bu mənzilləri nağd şəkildə almağa çalışırlar ki, bir müddət keçəndən sonra onları bazarda 10-15% bahasına satsınlar. Lakin satışa çıxarılan mənzillərin sayı az olduğu üçün bazara elə də təsiri olmur. Bu, yalnız fərdi olaraq həmin yaşayış kompleksində mənzil almaq istəyən vətəndaşlara cüzi təsir edə bilər”.

Müqayisə üçün qeyd edək ki, hazırda MİDA-nın satışa çıxardığı üç otaqlı, ümumi sahəsi 87 kvadratmetr olan mənzilin bir kvadratmetri 750 manatdan başlayır. Həmin ərazidə yeni tikili binalarda mənzilin bir kvadratmetri isə 1900-2100 manat ətrafında dəyişir.

Xatırladaq ki, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:

Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri: şəhid, Vətən müharibəsi qəhrəmanının, Azərbaycan Milli Qəhrəmanının övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı üç il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs, ən azı beş il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs,

Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər: şəhid ailəsinin üzvü (əri, arvadı), Vətən müharibəsinin qəhrəmanı (özü, əri, arvadı), Azərbaycanın Milli Qəhrəmanı (özü, əri, arvadı), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı üç il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycanın hərbi qulluqçuları, ən azı üç il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, ən azı üç il elmi vəzifədə işləyən elmi işçilər, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
 
Ardını oxu...
“Qarabağa humanitar karvanın göndərilməsi Azərbaycan rəhbərliyi ilə razılaşdırılmayıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını cavablandırarkən bəyan edib.

O, qeyd edib ki, məsələ ilə bağlı Rusiya sülhməramlılarını günahlandırmaq əsassızdır.
“Rusiya sülməramlı kontingenti fəal şəkildə prosesə qoşularaq vəziyyətdən çıxış yolu tapmaq məqsədilə hər iki tərəflə təmasdadır. Bu səbəbdən, hesab edirik ki, Rusiya sülhməramlılarının ünvanına hər hansı bir ittihamın səsləndirilməsi əsassızdır və onların bölgədəki vəziyyətin sabitləşməsinə yönəlmiş real səylərini əks etdirmir”, - deyə Zaxarova qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti