Ardını oxu...
Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.

Teref.Az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.

Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.

Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.

Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib.
 
Ardını oxu...
Təyyarə qəzasında həlak olan “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin sahib olduğu əmlak və varidat media tərəfindən üzə çıxarılıb.

Teref.az Report-a istinadən xəbər verir ki, “Vaqner” rəhbərinin əsas rəsmi aktivi “Konkord menecment və konsaltinq” şirkətidir. Bu şirkət əsasən restoran fəaliyyəti və yemək çatdırılması ilə məşğul olur. Bundan əlavə daşınmaz əmlakın alqı-satqı və kirayəsi ilə məşğul olan “Riteyl” kompaniyası və videofilmlərin yayılması üzrə ixtisaslaşan “Aurum” korporasiyasına, eləcə də, Soçi, Moskva və Sankt-Peterburqda restoranlara malik olub.

Y.Priqojin bundan əlavə, Sankt-Peterburqda Şimali Versal və Laxta Plaza komplekslərini inşa edərək tikinti biznesində fəal iştirak edib. Suriyada karbohidrogen hasilatı ilə məşğul olan “Europolis” və Sudanda qızıl hasilatı üzrə məşğul olan M Invest şirkətləri də onun olub.

Priqojinin Mərkəzi Afrika Respublikasında, Sudanda və Suriyanın neft-qaz sektorunda avadanlıqların daşınması üzrə biznesi olmaqla yanaşı, şəxsi yaxtası, təyyarəsi, Qara dəniz sahilində malikanəsi və böyük nəqliyyat parkı onun mülkiyyətidir.

Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib.

Ardını oxu...
Ermənistan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı yeni təkliflər hazırlayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə məlumatı mətbuata açıqlamasında təsdiqləyib. O, öz çıxışında bildirib ki, İrəvan öz təkliflərini artıq Bakıya göndərib.

“İrəvan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya verib,” - deyə Paşinyan vurğulayıb.

Ümumiyyətlə, İrəvanın növbəti təkliflər paketində Azərbaycanı qaneedəcək dəyişikliklərin olması ehtimal oluna bilər?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycanın XİN rəhbəri, politoloq Tofiq Zülfüqarov “Cümhuriyət qəzetin”-ə açıqlamasında qeyd edib ki, Ermənistanın növbəti təkliflər paketinin Azərbaycan tərəfindən qəbul olunması ehtimalı çox azdır:

“İndidən bu məsələ barədə proqnoz vermək çətindir. Lakin onu görürük ki, İrəvan rəhbərliyi son bəyanatlarında Azərbaycandan Ermənistanın ərazi bütövlüyünün tanımasını tələb edir. İrəvan Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyasının 1975-ci il xəritələri əsasında aparılmasını istəyir. Bu isə Azərbaycan tərəfindən qəbul olunmur. Eyni zamanda onu da nəzərə alaq ki, Ermənistan bir dövlət olaraq hələ də Azərbaycan ərazisində özgənin hesabına öz hərbçilərini saxlayır. Bununla bərabər, İrəvan rus sülhməramlıların müvəqqəti yerləşdiyi ölkəmizin ərazisində qondarma qurumu dəstəkləyir və bu quruma maliyyələşdirməyi davam edir.

Bu təkliflərdə İrəvanın Qarabağla bağlı mövqeyi öz əksini tapacaq. Hətta bu yaxınlarda Ermənistan özünü həyasızlığa salaraq BMT-nin Təhlükəsizlik Şurasında əsası olmayan məsələlər qaldırıb. Bu da onu göstərir ki, İrəvan hələ də öz “konneksiya” siyasətini davam etdirir. Bu baxımdan Azərbaycan da buna cavab olaraq öz advekat addımlarını atacaq. Ermənistanın növbəti təkliflər paketi onun köhnə siyasətinin davamıdır”.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov da öz fikirlərini bölüşüb. O, açıqlamasında bildirib ki, Ermənistan bu kimi vasitələrlə öz manipulyasiya siyasətini davam etdirir.

“Keçən ilin mart ayında Azərbaycan Ermənistana beş təklifdən ibarət baza prinsipləri göndərib. Azərbaycan rəhbərliyi də bəyan edib ki, sülh müqaviləsi məhz bu prinsiplər üzərində imzalanmalıdır. Ermənistan hakimiyyəti də ölkəmizin təkliflərinə müsbət yanaşaraq onu qəbul etdi. Amma çox təəssüf ki, sonrakı dövrdə Ermənistanın manipulyasiya ilə məşğul olduğunu və İrəvanın sülh prosesindən yayınmaq üçün müxtəlif variantlar istifadə edərək özünün dırnaqarası təkliflər irəli sürdüyünü gördük.

Öz təklifləri adı altında guya İrəvan hansısa önəmli məsələləri qaldırmağa çalışırdı. İrəvanın irəli sürdüyü təkliflər içərisində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ də olub. Əlbəttə, bu da Ermənistanın manipulyasiyası üçün siyasi oyundur”.

O ki qaldı İrəvanın növbəti təkliflər paketində hansı dəyişikliklərin olacağına, hələlik bu barədə tam dəqiq fikir söyləmək mümkün deyil:

“Çünki Ermənistanın sülh prosesi ilə bağlı mövqeyi aydın deyil. Əsas problem bundan ibarətdir. Bu baxımdan Ermənistanın hər hansı məsələ ilə bağlı normal təklif irəli sürməsi inandırıcı görünmür. Sülh müqaviləsi yalnız Azərbaycanın irəli sürdüyü beş təklif, yəni ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarının olmaması, gücdən istifadə edilməməsi, sərhədlərin delimitasiya və demarkasiya olunması, kommunikasiyaların açılması kimi prinsiplər əsasında imzalana bilər.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə gəlincə, bu məsələ Azərbaycanın daxili işidir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Bakı bu məsələni nə Ermənistan, nə də digər ölkələr ilə müzakirə edəcək. Ermənistanın növbəti təkliflərinin əsaslı xarakter daşıyacağını düşünmürəm. Sadəcə olaraq bu, Ermənistanın manipulyasiya siyasəti və vaxtı uzatmaq cəhdindən irəli gəlir”.
 
Ardını oxu...
Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın özü, valideynləri, xanımı və uşaqları prokurorluğa dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, prokurorluqda aparılan araşdırma əmlakla bağlıdır.

Çarukyan isə vəkilinin getdiyini, sənədləri aldığını, ata-anasının isə işlədiyini, “insanlara xeyir verdiyini” bildirərək, özünün də “ciddi işlərlə” məşğul olduğu görüntüsünü yaratmağa çalışıb:

“Ölkə təhlükədədir, müharibə qaçılmazdır, Qarabağda 120 min soydaşımızın qidalanması və sağ qalması problemi var. Bu şəraitdə mən necə bütün bunları arxada qoyub başqa bir şey haqqında düşünə bilərəm?”

Qeyd edək ki, Çarukyan hətta müharibə ehtimalı olsa belə, onun qarşısını alacaq ən sonuncu adamdır. Üstəlik, rusiyayönlülüyü ilə seçilən və Rusiya ilə biznes maraqlarına görə bağlı olan partiya sədri 2021-ci ildən – parlament seçkisindəki uğursuzluqdan sonra ictimai-siyasi proseslərə də heç bir təsir imkanına malik deyil.
 
Ardını oxu...
Avqustun 23-də Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında olan “Vaqner” PMC şirkətinin təsisçisi Yevgeni Priqojin hadisədən bir neçə gün əvvəl Mərkəzi Afrika Respublikasının (MR) Prezidenti Faustin-Archange Tuadera ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, bubarədə “The Wall Street Journal” özəl mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Priqojinin təyyarəsi avqustun 18-də Banqidə görünüb. PMC-nin təsisçisi ilə görüşdə Tuadera onu hərbi təşkilatın Mərkəzi Afrika Respublikasındakı fəaliyyətinə mane olmayacağına əmin edib.

Mənbələrə görə, prezident sarayındakı görüşdə CAR kəşfiyyatının rəhbəri Vanset Linqissara da iştirak edib. Ammanə onun, nə də prezidentinin sözçüləri bu barədə “The Wall Street Journal”ın sorğusuna cavab verməyiblər.

Priqojin CAR liderləri ilə görüşdükdən sonra Sudanın Çevik Reaksiya Qüvvələrinin nümayəndələri ilə bir araya gəlib. Qeyd edək ki, aprelin ortalarında bu silahlılarla Sudan silahlı qüvvələri arasında bu günə qədər davam edən münaqişə başlayıb.

Mənbələr bildiriblər ki, Sudan nümayəndə heyəti Darfurdan Banqiyə gəlib və Priqojinə hədiyyə olaraq qızıl gətirib. Bu, “Vaqner” PMC-nin rəhbəri tərəfindən onlara yer-hava tipli raketlərin tədarükünə Sudan tərəfinin təşəkkür jesti olub. Rusiya muzdluları Çevik Reaksiya Qüvvələrinə Sudan ordusu üzərində bir sıra qələbələr qazanmağa, o cümlədən, Xartumdakı müəssisələrdən birinə nəzarəti ələ keçirməyə kömək ediblər.

Münasişə başlanarəkən, Sudan hakimiyyəti və Priqojin “Vaqner” PMC-nin Sudanda olmasını barədə xəbərləri təkzib edib.

Qəzet yazır ki, Moskvaya getməzdən əvvəl Priqojin Maliyə də səfər edib. Bir müddət Bamakoda qalıb və oradan Moskvaya uçub.
 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, ABŞ-ın silahı olan "təcrid" həmişəlik məğlub olub.
BRİKS sammitinin nəticələrini parlaqdır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə assosiasiya ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin yekun mətbuat konfransından əvvəl özünün "Telegram" kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, ABŞ-ın silahı olan "təcrid" həmişəlik məğlub olub.
Xatırladaq ki, 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində BRİKS sammiti keçirilir. Tədbirdə Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edirlər. Rusiyanı sammitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya lideri Vladimir Putin görüşə videobağlantı vasitəsilə qoşulub.
Bundan əvvəl Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiyanın BRİKS-ə rəsmi dəvət edildiyini bildirmişdi.
 
Ardını oxu...
Avqustun 22-dən 23-ə keçən gecə İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət qüvvələri ilə silahlılar arasında qarşıdurma baş verib.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası və müxalifət mətbuatı məlumat yayıb.

Bildirilib ki, atışma məmurların axtarışda olan müxaliflərin gizləndiyi evə basqını zamanı baş verib.

Atışma nəticəsində 2 nəfər öldürülüb, üç nəfər həbs edilib.

Öldürülənlərdən biri bundan əvvəl etiraz aksiyalarında fəal iştirak edən Kəmər Təhmasibidir.

Öldürülən digər şəxsin və həbs edilənlərin kimliyi açıqlanmayıb.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin dünən Tver əyalətində təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

"AzPolitika.info" TASS-a istinadən xəbər verir ki, Putin ilkin dəlillərin təyyarədə ölənlərin “Vaqner” şirkətinin nümayəndələri olduğunu göstərdiyini bildirib.

Rusiya Prezidenti Y. Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını, onun çətin taleyi olmasına rəğmən istədiyi nəticələrə nail olduğunu vurğulayıb.

O, Priqojinin ciddi səhvlərə yol verdiyini, ancaq bacarıqlı adam olduğunu bildirib.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, hadisənin səbəblərini İstintaq Komitəsi araşdırır.

"Araşdırmada sonuna qədər gediləcək" - deyə, Putin bildiib.

"Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar. Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq”, - o deyib.

Putin “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə də başsağlığı verib: “Aviaqəzaya gəlincə, ilk növbədə bütün ölənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, həmişə faciədir. Orada həqiqətən “Vaqner”çilər olubsa - ilkin məlumatlar göstərir ki, orada şirkətin əməkdaşları olub - qeyd etmək istərdim ki, onlar bizim ümumi işimizə töhfə vermiş insanlardır”

O, “Vaqner” döyüşçülərinin göstərdiyi xidmətləri də unutmayacaqlarını söyləyib.

Xatırladaq ki, Tverdə müəmmalı şəkildə yerə çırpılan təyyarədə "Vaqner"in sahibi Yevgeni Priqojin və komandiri Dmitriy Utkin də həlak olub.
Ardını oxu...
Bayden Priqojinin ölümünə təəccüblənmədi.

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Jo Bayden də "Vaqner" rəhbəri Yevgeni Priqojinin ölümü haqqında fikir söyləyib.

ABŞ Prezidenti qoca Co Priqojinin ölümü barədə bu fikirləri paylaşıb: "Mən Priqojinin başına gələnləri bilirəm və təəccüblənmirəm".
Ardını oxu...
Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnının komandası Rusiya Prezidenti Vladimir Putinin yeni lüks yaxtasının fotolarını paylaşıb.

Hurriyyet.az xəbər verir ki, 127 milyon dollar dəyərində olan yaxta Putin və onun bir müddət birlikdə olduğu iddia edilən gimnast sevgilisi Alina Kaebayevanın istifadəsində olub.
Ardını oxu...
Rəsmi adı “Graceful” olan lüks yaxtanın 81 metr uzunluğunda olduğu bildirilir.

Həmçinin qeyd olunur ki, Putinin sevgilisinin yataq otağında təxminən 35 min dollarlıq çarpayı, 15 min dollarlıq stol, 42 min dollarlıq divan və təxminən 90 min dollarlıq xalça olub.

Ayda 9 min dollar maaş alan Putinin bu gəmini necə aldığı böyük müzakirələrə səbəb olub.

Qeyd edək ki, Kreml məsələ ilə bağlı açıqlama verməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti