Ardını oxu...
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfəri zamanı yerli televiziya kanalına müsahibəsində deyib ki, Azərbaycan Türkiyə və İsraillə üçtərəfli formatın təsis edilməsində maraqlıdır. “Biz dostlarımızın da öz aralarında dost olmasını istərdik” deyən Hikmət Hacıyev üçtərəfli formatda ölkələr arasında kommunikasiyanın daha da inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Əhəmiyyətli təklifdir. Ancaq rəsmi Bakının dəstəklədiyi üçtərəfli formatın yaradılması üçün Türkiyə-İsrail münasibətlərinin tərəfdaşlıq səviyyəsinə qalxması vacibdir.
Doğrudur, iki ölkə arasında münasibətlərdəki gərginlik arxada qalıb, ancaq əlaqələrin keçmiş illərdəki tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını söyləmək hələ mümkün deyil.
Misal üçün Fələstin lideri Mahmud Abbasın Türkiyəyə səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da Ankaraya gedəcəyi bildirilirdi. Bu səfər hələ baş tutmayıb.
Halbuki, həqiqətən Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər. İsraildə kəşf edilən qaz resurslarının da Azərbaycan və Türkiyəni birləşdirən boru xətləriylə Avropaya nəqli hər 3 ölkənin xeyrinə olardı.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
“Nikol Paşinyanın anti-Rusiya bəyanatları yeni deyil. O, hakimiyyətə Qərb strukturlarının dəstəyi, Sorosun qrantları hesabına gəlib, onun gəlişi Qərbdən maliyyələşən media tərəfindən dəstəklənib. Ermənistan rəhbərliyinin Paşinyan timsalında Rusiyadan uzaqlaşmaq və Ermənistanı Vaşinqtonun nəzarətinə daxil etmək kursu, daha çox NATO-ya və Avropa İttifaqına doğru hərəkət ilkin olaraq uzunmüddətli strategiya idi. Hazırda Paşinyan artıq açıq şəkildə respublikanın gələcəyi ilə bağlı layihəni təsvir edir”.

Teref.Az News24.az-a istinadla xəbər verir ki, bu sözləri Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı ekspert Dmitri Solonnikov deyib.

O qeyd edib ki, Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda olmayacağına ümid edir.

“Onun bütün bu illər ərzində yerinə yetirdiyi siyasi sifariş indi yeni, kritik mərhələyə qədəm qoyub. Onun üçün bu, qısamüddətli perspektiv kimi görünür. Fransa Ermənistana kömək edir. Paris açıq şəkildə geosiyasi mövqeyini itirir. Bütün dünyada Fransanın ənənəvi nüfuzuna malik olan dövlətlərdə anti-fransız əhval-ruhiyyəsi güclənir. Paris geosiyasi güc kimi mövqeyini itirir, ona görə də Makronun öz aktuallığını göstərməsi çox vacibdir. Bir nöqtədə geri çəkildiyini, digərində isə fəal irəlilədiyini göstərmək üçün”, - ekspert qeyd edib.

Solonnikovun sözlərinə görə, Rusiyanın hazırlığını və bu vəziyyətdə Moskvanın ata biləcəyi addımları qeyd etmək lazımdır: “Rusiyanın gələcək addımlarını diplomatların açıqlamalarına əsasən qiymətləndirmək mümkün deyil. Real addımlar atılandan sonra danışmaq mümkün olacaq. Diplomatlar həmişə vəziyyətin daha sakit və münaqişəsiz olması üçün çalışacaqlar. Bu onların işidir. Təbii ki, Paşinyanın Rusiya əleyhinə bəyanatları cavabsız qalmayacaq”.

O əlavə edib ki, Ermənistan və Ermənistan rəhbərliyi hələ də iki fərqli anlama gəlir. Ekspert qeyd edir ki, erməni xalqının heç də hamısı anti-Rusiya ritorikası ilə çıxış etmir:

“Paşinyan hakimiyyətə gələndə rusiyapərəst əhval-ruhiyyə yüksəlirdi. Onun vəzifəsi bir neçə ildən sonra bu əhval-ruhiyyəni dəyişdirmək idi ki, bu, əslində yerinə yetirildi. Biz bu illər ərzində hansı anti-Rusiya addımlarını gördük: Paşinyanın hakimiyyətə gəlişinin lap əvvəlində KTMT-ni gözdən salmaq cəhdi, Ermənistanda Rusiya mediasının işini məhdudlaşdırmaq, Amerika bioloji laboratoriyalarının işini rus mütəxəssislər üçün bağlamaq. Və yenə də “mövzu” təkrarlanır: biz Ermənistanın KTMT-də işləməkdən tədricən imtina etməsini strukturdan mümkün çıxma xəbərdarlığı ilə görürük. İndi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi nümayəndəsini geri çağırıb və onun yenisini təyin edib-etməyəcəyi məlum deyil. Eyni zamanda, biz təmasların, NATO ilə və hərbi komandanlıq səviyyəsində işin güclənməsini, o cümlədən Şimali Atlantika Alyansına qoşulmaq çağırışları ilə müvafiq informasiya dəstəyi, Ermənistanın NATO təlimlərində iştirakını görürük. Aİ müşahidəçilərinin Ermənistan ərazisinə dəvət edilməsi hamıya yaxşı məlumdur ki, “mülki” monitorinq missiyasına müvəqqəti istefa ərizəsi yazmış hərbçilər daxildir. Bunlar Rusiyanı Cənubi Qafqazdakı proseslərdən sıxışdırmaq üçün real addımlardır. Ermənistan kiçik addımlarla sakitcə anti-Rusiya yolu ilə irəliləyir”.

Politoloq vurğulayıb ki, Ermənistan Rusiya və KTMT ilə münasibətləri dərhal dayandıra bilməz: “NATO Ermənistanı getdikcə özünə daha da yaxınlaşdıracaq. Ermənistan NATO-ya hansısa hipotetik daxil olana qədər KTMT-dən çıxa bilməz”.
 
Ardını oxu...
“Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, “Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir.

Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.

Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.

Ermənistanın Laçın yolu ətrafında saxta təbliğatını ifşa edən və reinteqrasiyanı alqışlayan bu müraciətə qoşulmaq istəyən xarici QHT təmsilçiləri onlayn formada bu keçid vasitəsilə bəyanatı imzalamaqla dəstəyini ifadə edir:

https://form.jotform.com/232422927546459

Kampaniyanın sosial media səhifələri də yaradılıb:

X: https://x.com/wforcaucasus

Instaqram: https://www.instagram.com/worldforpeaceincaucasus/

Teleqram: https://t.me/worldforpeaceincaucasus.
 
Ardını oxu...
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqında Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatlarını “böyük fantaziyalar” adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, rusiyalı nazir müavini TASS-a NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı bəyanatnı şərh edərkən bildirib.

“Bu böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - deyə Qruşko bildirib.

Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər.

"Bu, bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Mən əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər üçün həlledici olacaq", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bazar ertəsi NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin (QHT) sədri, Günter Fehlinger Ermənistanı Alyansa qoşulmağa çağırıb.

Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkəsinin NATO ilə müxtəlif formatlarda əməkdaşlıq etdiyini və bu prosesi davam etdirməyə hazır olduğunu bildirib.
 
Ardını oxu...
Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk saatlarında Kiyevin üç günə süquta uğrayacağını iddia edən Qərb liderləri bir qədər sonra “ayılaraq” Rusiyaya qarşı sanksiyalar elan etməyə başlayanda, bu sanksiyaların tezliklə işğalçı dövləti çökdürəcəyini bildirirdilər. Lakin “üç günə Kiyev təslim olacaq” kimi, “tezliklə Rusiya iqtisadiyyatı çökəcək” proqnozu da özünü doğrultmadı...

Artıq işğaldan az sonra, ötən ilin martından başlayaraq, Qərb liderləri Rusiyaya qarşı tədricən, aramla bir neçə sanksiya paketi qəbul etdilər. Eyni zamanda, bu sanksiyaların guya dəhşətli, öldürücü nəticələrilə bağlı təbliğata başladılar. Həmin vaxt Qərbin nəzarətində olan ən nüfuzlu iqtisadi institutlar, təhlil mərkəzləri, reytinq agentlikləri, mətbuat orqanları və s. iddia edirdilər ki, tezliklə Rusiyada neft hasilatı 30 faiz, ÜDM 15 faiz, idxal isə birdən-birə 50 faiz azalacaq. Ancaq bu “proqnozlar”ın heç biri, üzərindən bir il yarım vaxt keçməsinə baxmayaraq, özünü doğrultmayıb.

Əksinə, Rusiya müharibəyə başladığı günə olan qazancını bu gün də artıqlaması ilə təmin edir.

Təkcə onu misal gətirmək kifayətdir ki, 2022-ci ildə Rusiyanın ixracatı 20 faiz(!) artıb. Həmin bu müharibə ilində Rusiyanın ixracatdan əldə etdiyi gəlir 591 milyard dollar(!) olub. Bu, Rusiya tarixində rekord göstəricidir. Bunun yeganə səbəbi isə sanksiyaları lazımi vaxtda və səviyyədə tətbiq etməyən Qərbin qorxaqlığıdır.

Belə ki, Ukraynaya qarşı içğal başlayan kimi dünya xammal bazarı əsl şok yaşadı, enerjidaşıyıcılarının qiyməti kəskin şəkildə artmağa başladı. Bu isə özü ilə birgə yüksək inflyasiya təhlükəsi yaratdı.

Rusiyanın işğala başladığı vaxt elə bir dövrə təsadüf etdi ki, dünya iqtisadiyyatı koronavirus şokundan yeni-yeni ayılmağa başlamışdı, bankların uçot-faiz dərəcələri çox aşağı idi, iqtisadiyyat canlanmağa, işə düşməyə başlayırdı və onun xammala – neftə, qaza, metala, ərzaqa və s. kəskin tələbatı yaranmışdı. Belə bir dönəmdə neftin və digər strateji məhsulların bahalaşması, nəticədə kəskin inflyasiya yaranması perspektivi Qərb elitasını qorxutdu. Bunu görən Qərb liderləri qorxularından Rusiyaya qarşı əsas, ağır sanksiyaları 6 ay- 1 il müddətinə ertələdi. Onların tətbiqi müddətini uzatdı və bilərəkdən Rusiyanın bu sanksiyalardan yayınaraq, dünya bazarına neft və digər məhsullar çıxarması üçün “boz dəhlizlər” yaranmasına göz yumdu (ancaq bu dəhlizlər sonradan Rusiyanın hərbi sənayesini Qərb texnologiyaları, avadanlıqları ilə təminatına da şərait yaratdı).


Məqsəd neftin və digər enerji daşıyıcılarının kəskin bahalaşmasının və inflyasiyanın qarşısını almaq idi. Bunun davamı olaraq da Ukraynaya lazımi silah-sursatın verilməsi yubadıldı, süründürməçilik, mənasız danışıqlar, bəhanələr və sair araya girdi. Müharibənin ilk aylarındaca uğursuzluqdan şoka düşən Rusiyaya özünə gəlmək üçün vaxt və şans verildi. Bununla da məlum oldu ki, Qərb qısa və həlledici müharibə yox, uzun, üzücü savaş yolunu seçdi...

Beləliklə, bir ildə ixracatdan 600 milyard dollara yaxın rekord gəlir əldə edən Rusiya “dollar gölündə” üzdü və müharibəni maliyyələşdirmək üçün gen-bol vəsaitə malik oldu. Doğrudur, demək olmaz ki, Rusiyaya elə bu cür də davam etməyə imkan verilir. Artıq 2023-cü ilin əvvəlindən başlayaraq, sanksiyalar böyük ölçüdə işə düşməyə başladı. Buna da səbəb Rusaiyanın bazardakı yerinin digər ixracatçılar tərəfindən doldurulması, Qərbdə inflyasiyanın nisbətən sakitləşməsi, stabilləşməsi oldu. Artıq enerji daşıyıcılarına qarşı embarqonu daha “ürəkli” şəkildə yürütməyə imkan yarandı.

Nəticədə Rusiyanın ixracatdan gələn gəliri 2023-cü ilin birinci yarısında 206 milyarda endi. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyard azdır. Böyük fərqdir. Ancaq məsələ ondadır ki, buna baxmayaraq, həmin göstərici Rusiya iqtisadiyyatının çöküşünü yox, müharibədən əvvəlki vəziyyətə gəldiyini göstərir. Çünki 2021-ci ildə də Rusiyanın ixrac göstəriciləri təxminən bugünkü kimi olub...

İdxala gəlincə, burada da bənzər situasiyadır. Belə ki, sanksiyalar səbəbindən Rusiyanın idxal göstəricilərinin azı 30-35 faiz azalacağı, nəticədə dövlət büdcəsinin böyük miqdarda vergi və gömrük daxilolmalarından məhrum ediləcəyi, ən əsası isə yerli sənayenin xarici avadanlıqlardan, texnologiyalardan və s. məhrum edilmsəi səbəbindən çökəcəyi proqnozlaşdırılırdı. Lakin statistika göstərir ki, 2022-ci il ərzində Rusiyanın idxal göstəriciləri gözlənilən 35 yox, cəmi 13 faiz azalıb. 2023-cü ildə isə stabilləşərək, 2021-ci il səviyəsinə qayıdıb. Doğrudur, idxalın tərkibində texnoloji komponentlərin xüsusi çəkisi xeyli azalıb. Qərb texnologiyalarının Çin, İran məhsulları ilə əvəzlənməsi son məhsulun keyfiyyətini xeyli aşağı salsa da, ümumilikdə vəziyyət fəlakət səviyyəsində deyil və dayanıqlıq, stabillik təmin edilir.

Eyni zamanda, “boz mexanizmlər” də var gücü ilə işləyir və Ermənistan kimi ölkələr Rusiya hərbi sənayesinin texnologiya ilə təminatında “vasitəçi” rolunu oynamaqda davam edir.

Nəticədə bütün bu dişsiz və yarımçıq sanksiyalar iqtisadiyyatın ən önəmli göstəricilərindən biri olan tədiyə balansı sarıdan Rusiyanın ciddi problem yaşamamasına gətirib çıxarır. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Rusiyanın xarici ticarət dövriyyəsi üzrə müsbət saldosu 57 milyard dollar olub. Yəni, satdığı aldığından 57 milyard dollar artıq olub. Bu, 2021-ci il göstəricisi ilə müqayisədə cəmi 15 faiz azdır və bunu qətiyyən sanksiyaların “böyük uğuru” hesab etmək olmaz.

Nəticədə Kremlin müharibə səbəbilə Qərbdəki 300 milyard dollardan artıq vəsaiti dondurulsa da, müharibə başlayandan indiyə qədər Rusiya qurumları 150 milyard dollara yaxın ehtiyat vəsait toplaya biliblər.

Doğrudur, Rusiya iqtisadiyyatında ümumilikdə ixracın azalması, idxalınsa artması tendensiyası müşahidə olunur. Bunun nəticəsidir ki, Rusiya rublu dollar qarşısında zəifləyərək, bir dollara görə 100 rubl həddini keçib. Lakin xarici ticarətdə müsbət saldo saxlanılır və ehtiyat vəsaitlərin çoxluğu Rusiya Mərkəzi Bankına istənilən vaxt ölkənin valyuta bazarına müdaxilə edərək, vəziyyəti sabitləşdirmək imkanı verir.

Bir sözlə, böyük hay-küy və reklamla təqdim olunan sanksiyalar gözlənilən effekti vermir. Bunun da səbəbi sanksiyaların tətbiqinin uzadılması, buna nəzarət mexanizminin mükəmməllikdən çox-çox uzaq olması, əksinə, Rusiya üçün bilərəkdən “nəfəslik” yerlərinin saxlanılmasıdır. Doğrudur, perspektivdə bu sanksiyalar Rusiya iqtisadiyyatına ağır nəticələr qazandıracaq. Elə hazırda da bu ölkə getdikcə sırf ucuz xammal idxalçısına çevrilir. Texnologiyalardan, sənaye məhsullarından tutmuş silah bazarına qədər bütün digər qeyri-enrji bazarlarında yerini itirməkdə davam edir. Rusiyanın iqtisadi, texnoloji, elmi və s. gələcəyi baltalanır. Lakin bunlar Putin hakimiyyətini az maraqlandırır, ona öz rejimini saxlamağa və Ukraynadakı müharibəni istədiyi kimi davam etdirməyə yetəcək qədər pul lazımdır ki, bununla da təmin olunur.

Təbii ki, Qərb də bütün bunları görür, ancaq görməzlikdən gəlir. Səbəb nədir?

Bunu bilmək üçün ilk öncə bu sala cavab tapılmalıdır ki, Qərb doğrudanmı Rusiyanı çökdürmək, məğlub etmək, ətrafına ölüm, dağıntı, qaranlıq saçan bu imperiyanı birdəfəlik “sındırmaq”, yoxsa sadəcə, Çinlə yaxınlaşmayan və özünün nisbətən nəzarət edə biləcəyi rejimə malik bir Rusiya yaratmaq istəyir?

Təəssüf ki, ikinci variant daha inandırıcı görünür və belə təsəvvür yaranır ki, Qərbin “axsaq”, simasız, ikiüzlü liderləri bu riyakar maraqları xatirinə Ukraynanın bir hissəsini və Ukrayna xalqını güdaza verməklə məşğuldur ...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Sentyabrın 1-də Ermənistan-Azərbaycan sərhədində erməni hərbiçilərin həlak olması ilə nəticələnən insident Avropa İttifaqının Ermənistandakı missiyasının səmərəsiz olduğunu bir daha sübut edir. Bu barədə çərşənbə axşamı RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Sotk kəndində erməni hərbiçilərin ölümü ilə əlaqədar başsağlığı veririk və tərəfləri gərginliyə, xüsusən də insan tələfatına gətirib çıxaran hərəkətlərdən çəkinməyə çağırırıq. Bu faciəvi hadisə bir daha Avropa İttifaqının Ermənistandakı missiyasının səmərəliliyinin az olduğunu təsdiq edib”, deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, RF Rusiyanın yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə müntəzəm işin etimadın möhkəmləndirilməsi tədbirləri ilə eyni zamanda aparılmasını vacib hesab edir.

“Həmçinin, sərhəd zonasına KTMT missiyasının yerləşdirilməsinin tərəfdarıyıq. Burada top Yerevandadır. Təşkilatın üzvü olan bütün digər ölkələr buna hazır olduqlarını bildiriblər”, deyə diplomat qeyd edib.(Turan)
 
Ardını oxu...
İran hökuməti illərdir öz agentlərini idman hakimi adı altında xarici ölkələrdə keçirilən beynəlxalq boks yarışlarına göndərib.

Teref.az bildirir ki, bu barədə “İran Vire” saytı məlumat yayıb.

Bildirilib ki, hakim qiyafəsində göndərilən şəxslərdən biri Ərak şəhər prokurorunun müavini Əbülfəzl Amiri Şəhrabi, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargahının Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə olub.

Məlumata görə, onlar ötən illər ərzində Asiya, Avropa və Amerikada keçirilən boks yarışlarında beynəlxalq hakim qismində çıxış ediblər.

Xatırladaq ki, Əbülfəzl Amiri Şəhrabi sosial şəbəkədə “İslam peyğəmbərini və dini müqəddəsləri təhqir etmək” ittihamı ilə iki nəfərin edamına səbəb olub.

Məcid Abbaszadə isə cari ilin aprel ayında Tehran Boks heyətinin sədri seçilib. Lakin İran mediası onun təhlükəsizlik orqanının əməkdaşı olması barədə məlumat verməyib./Axar.az/
Ardını oxu...
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel İrana xəbərdarlıq edib.

O, bu barədə jurnalistlərə açıqlamasında deyib.

J.Borel bildirib ki, təşkilat İran İsveçdə saxlanılan Aİ rəsmisini azad etməyənə qədər dayanmayacaq.

O xatırladıb ki, isveçli diplomat Yohan Floderus 500 gündən artıqdır ki, İranda əsirlikdədir: "Biz onun azadlığa buraxılması üçün qətiyyətlə çalışırıq. Biz İran hakimiyyətinin onu azad etməsinə səy göstəririk”.

Aİ nümayəndəsinin sözlərinə görə, bu mövzuda dəfələrlə diplomatik təmaslar olub.

Qeyd edək ki, Y.Floderus ötən ilin avqustunda İranda həbs olunub. O, casusluqda ittiham olunur.
Ardını oxu...
 

Azərbaycan BBC yayım şirkətini ermənipərəst mövqeyinə və Qarabağ hadisələrini qərəzli işıqlandırmasına görə tənqid etdikdən sonra BBC-nin sözçüsü Musavat.com-a aşağıdakı bəyanatı göndərib:

“Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır. Yaxın günlərdə biz, "BBC News" xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik.

“Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”.

Xatırladaq ki, rəsmi Bakı BBC jurnalistinin “Dağlıq Qarabağ: İnsanlar çörək növbəsində huşlarını itirirlər” reportajı, həmçinin ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı ittihamların səsləndirildiyi televiziya şousunu tənqid edib.

Bundan sonra Azərbaycan Mətbuat Şurası BBC-nin Bakı ofisini bağlamaga, Britaniya radiostansiyasını isə hadisələrin birtərəfli və qərəzli işıqlandırmasına görə üzr istəməyə çağırıb. 

 

Musavat.com


Ardını oxu...
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, İran və Türkiyə eyni gəminin sərnişinləridir və düşmənlər bu potensialı bilərək ikitərəfli əməkdaşlıq prosesini pozmağa çalışırlar.

Ali Milli Təhlükəsizlik Şurasının katibi, həm də Qafqaz regionunda baş verən prosesləri və İranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı çıxmasını xatırladıb.

Görünür, rəsmi Tehran yenə də öz mövqeyindən əl çəkmək istəmir.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, İran tarix boyu öz siyasətində ali, dini dəyərlərdən və insan haqlarından danışıb:

"Hətta İslam ənənələrini təbliğ etdiyini söyləyib, amma konkret mövqeyində və hərəkətlərində bunların əksini edib. Uzun illər Azərbaycanla olan münasibətlərdə yalnız bizim qoruyub saxladığımız mövqe, qonşuluq siyasətinə uyğun hərəkət İranla olan münasibətimizdə bütün bu işləri tənzimləyib.

Rəsmi Bakı hər zaman bütün bunları ciddi cəhdlə qoruyub. Təəssüflər olsun ki, biz İran tərəfindən bunların əksini görmüşük. 1990-cı illərdə Qarabağ müharibəsi başlayanda İranın Ermənistana ərzaq, silah və maliyyə yardımı etməsi Azərbaycan tərəfinə məlum idi. Bunu Ümummilli Liderimiz Heydər Əliyev də dəfələrlə İran liderlərinə öz iradlarını bildirib.

Cənab Prezident İlham Əliyev də bu məsələlərdə açıq şəkildə Azərbaycanın milli maraqlarını, habelə İranın yarıtmaz siyasətini həmin ölkənin ali dini rəhbərinə və prezidentinə zamanla söyləyib. Lakin hələ də rəsmi Tehran tərəfindən söylədiyimiz məsələlərdə rassional mövqe nümayiş etdirilməsini görmürük”.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, uğurlarımız, eləcə də bölgədə lider ölkə olmağımız və qlobal anlamda artan nüfuzumuz İranı da narahat etməyə başlayıb:

“O da özünü regionda vacib aktor kimi göstərmək üçün ciddi cəhdlər etdi. Hətta Vətən müharibəsi dövründə də İranın Ermənistana hansı dəstəyi verdiyini açıq-aydın gördük.

Butün bunlara baxmayaraq, Azərbaycan Prezidenti yenə də İranla qonşuluq siyasəti həyata keçirdi. Hətta Xudafərin körpüsünü dostluq və qardaşlıq körpüsü adlandırdı. Bu, bir növ İrana bir mesaj idi.

Təəssüf ki, İran bunlardan nəticə çıxarmadı və sərhəddə hərbi təlimlər keçirərək, Azərbaycana hədə-qorxu gəlməyə çalışdı. Həmçinin, səfirliyimizə terror hücumu oldu və hələ də İranın hüquq-mühafizə orqanları tərəfindən normal araşdırılmayıb. Bunlar da göstərir ki, Tehran hakimiyyəti Azərbaycanla olan siyasətinə hələlik düzəliş etmək istəmir”.

Vüqar İskəndərov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə səsləndirdiyi fikirlərə də toxunub:

“Əslində İran Türkiyənin Azərbaycanın yanında olduğunu bilir. Ona görə də rəsmi Tehran belə fikirlərlə Ankaranı sakitləşdirməyə çalışır. Bütün dünya bilir ki, Türkiyə ilə İran bir çox məsələlərdə tamamilə ayrı fikirdədirlər.

Onlar tamam ayrı blokdadırlar və yolları bir çox halda kəsişmir. Lakin bütün bunlara baxmayaraq, rəsmi Ankara da Tehrana olan münasibətlərdə hər zaman daha rassional, doğru və düzgün siyasət həyata keçirib.

Düşünürük ki, İranın bu fikirləri Türkiyənin xarici siyasətində heç nəyi dəyişə bilməz. Türkiyə hər zaman olduğu kimi bütün məsələlərdə Azərbaycanın yanındadır.

Bu görüşdə Azərbaycan-Ermənistan münasibətləri və bölgədəki bugünkü vəziyyət də müzakirə olunub. İstərdik ki, İran çox gec olmadan anlasın ki, Azərbaycan ləyaqətli qonşudur. Üstəlik, Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə konflikti mövcud deyil. Kimlərsə Azərbaycanla konflikt yaratmaq və ya hər hansısa məsələdə güc yolu ilə danışmaq istəyirsə, layiqli cavabını alacaq. Rəsmi Bakı da Türkiyə ilə İranın münasibətlərinin normal olmasında maraqlıdır. Ümumiyyətlə, hər bir qonşu dövlətdə stabil siyasətin və inkişafın tərəfdarıyıq”.

Dünyapress TV

Xəbər lenti