Elmi sübutlarla təsdiqləndi: Beyin gücünü artıran 10 qida
Yaddaşın gücləndirilməsində və beyin fəaliyyətinin yaxşılaşdırılmasında düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, sağlam və balanslı qidalanma sayəsində güclü yaddaşa sahib olmaq mümkündür. Yaş artdıqca beyin funksiyalarında zəifləmələr baş verə bilər və bu zaman qida seçimi daha da əhəmiyyət kəsb edir.

"DogruXeber.az" elmi tədqiqatlarla təsdiqlənmiş, beyin gücünü artırmağa kömək edən 10 qidanı təqdim edir:

1. Yağlı balıqlar - Omeqa-3 yağ turşuları ilə zəngin olan bu balıqlar beyin hüceyrələrinin quruluşunu dəstəkləyir.
2. Avokado - Tərkibindəki faydalı yağlar və E vitamini sayəsində sinir sisteminə və qan dövranına müsbət təsir göstərir.
3. Tünd şokolad - Flavonoidlər və antioksidantlarla zəngindir, yaddaşı və diqqət qabiliyyətini gücləndirir.
4. Püstə - E vitamini və Omeqa-3 mənbəyi olaraq sinir hüceyrələrinin qorunmasına kömək edir.
5. Qaragilə - Antioksidantlar sayəsində beyin hüceyrələrini qocalmadan qoruyur.
6. İspanaq - Fol turşusu və dəmir ilə zəngindir, sinir sistemi fəaliyyətini dəstəkləyir.
7. Balqabaq toxumu - Sink, maqnezium və antioksidantlar sayəsində beyin funksiyalarına müsbət təsir edir.
8. Lobya - Enerji üçün lazım olan qlükozanı tədricən sərbəst buraxır və beyin üçün uzunmüddətli yanacaq mənbəyidir.
9. Yumurta - Xolin maddəsi ilə zəngindir, bu isə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayır.
10. Yaşıl çay - Kofein və L-teanin birləşməsi ilə həm diqqəti artırır, həm də sakitləşdirici təsir göstərir.

Dünyapress TV

Xəbər lenti