Ardını oxu...
Aparıcı-aktrisa Mədinə Abdullayeva tətil sezonunu açıb.

Publika.az xəbər verir ki, o, bununla bağlı "Instagram"da fotolar paylaşıb.

Mədinə hovuz başından fotoları izləyiciləri ilə bölüşüb.

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
  

Bakının Suraxanı rayonunda 18 yaşlı gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, aeroport yolunda avtomobil hərəkətdə olarkən, sərnişin 2006-cı il təvəllüdlü Qasımova Cəmilə Tofiq qızı ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.//Report

 
 
 
Ardını oxu...
 

Qocalar evində tanış olduğu 80 yaşlı kişi ilə ailə quran 23 yaşlı gənc qadının hekayəsi bütün dünyada səs-küy yaradıb.

Məlumata görə, Çində eşidənləri heyrətləndirən bir hadisə baş verib. 23 yaşlı gənc qız 80 yaşlı qoca ilə evlənib.

Yerli mətbuatın "inanılmaz sevgi hekayəsi" olaraq verdiyi xəbərlərdə cütlüyün adı açıqlanmayıb. Ortaq hobbilərinə görə qocalar evində qısa müddətdə dostlaşan cütlük daha sonra sevgiliyə çevrilib. 57 yaş fərqinə baxmayaraq heç bir problem yaşamadıqlarını deyən gənc qadın ərinin mehribanlığından və alicənablığından çox razı olduğunu bildirir.

Ardını oxu...

Ərinin yalnız pensiyası olduğunu, sərvətinin olmadığını iddia edən gənc qadın bu prosesdə ailəsinə belə qarşı çıxdığını, lakin sevgisindən əl çəkmədiyini deyir. Məqsədinin sevginin gücünü bütün dünyaya duyurmaq olduğunu bildirən qadın, Çin mediasında tez-tez manşetlərə çıxmaqdan narahat olmadığını da deyib.

Ərinin işləmədiyi və dolanmaqda çətinlik çəkdiyi üçün bəzən iki işdə belə işlədiyini xatırladan 23 yaşlı gənc qadın yeganə arzusunun ölənə qədər ərinin yanında olması olduğunu bildirib.//Lent.az

Ardını oxu...
Jurnalist Samirə Əşrəfi avtomobil vurub.

TEREF Lent.az-a istinadla xəbər verir ki, hadisə jurnalist evdən çıxıb işə gedərkən baş verib.

Hadisə zamanı o, dizlərindən və qaşından yaralanıb, hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.

Samirə Əşrəfova yaralarının ciddi olmadığını və müayinədən sonra evə buraxılacağını bildirib.
 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb.

Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsi həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.
 
Ardını oxu...
Xaric ölkələrin birində qadın həyat yoldaşına doğum günü tortu bişirdib.

Qəribəsi isə həmin tortun üzərində həyat yoldaşının başqa bir xanımla yazışması əks olunmasıdır.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, hadisə tez zamanda sosial şəbəkədə də viral olub.

Mesajlar ətraflı söhbəti ifşa edib.
Mesajda kişinin sevgilisi onun üçün darıxdığını və görüşmək planlarını ifadə edib, ər isə öz arvadına alçaldıcı ifadələr işlədib, onu "axmaq" adlandırıb və ondan ayrılmaq niyyətini ifadə edib.

Mesajlar ətraflı söhbəti ortaya qoydu, burada yan qəşəng əri üçün həsrətini və görüşmək planlarını ifadə etdi, ər isə arvadına alçaldıcı ifadələr işlədib, onu "axmaq" adlandırdı və ondan ayrılmaq niyyətini ifadə etdi.

Söhbət belə olub :

Sevgilisi: "Sənin üçün çox darıxıram, nə vaxt gələcəksən?"

Ər: “Mən də sənin üçün darıxıram sevgilim, bəlkə gələn şənbə? Axmaq arvadımın bu həftə mənə ev əşyaları üçün ehtiyacı var”.

Sevgilisi: Mən ona nifrət edirəm. Sən ondan ayrılacağına söz vermişdin”.

Ər: “Bilirəm, tezliklə edəcəm. Mən ondan çox yoruldum, təsəvvür edə bilməzsən. Bu şənbə sizi görmək üçün səbirsizlənirəm”.
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan görüntülər marağa səbəb olub.

Tribunainfo.az verir ki, dilənçilik fəaliyyəti ilə məşğul olan gənc qızın insanlara narahatlıq veridiyi görülür.

İstəyinə çatmaq üçün şəhər sakinlərinin ardınca qaçan qız onların cibinə də əl atmağa cəhd edib.

Sosial şəbəkə istifadəçiləri videonun qəhrəmanının ona pul verilmədiyi üçün insanlara tüpürdüyünü də qeyd ediblər.

Sözügedən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir. Belə ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.

"Qafqazinfo” "The Standard” nəşrinə istinadən xəbər verir ki, C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.

Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.

Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar: "Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim”.

O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb: "Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lyuk vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik”.

Hacıyeva bildirib ki, onun əsarətinə Azərbaycan Milli Təhlüksizlik Nazirliyinin həyata keçirdiyi silahlı əməliyyatdan sonra son qoyulub. Qeyd olunub ki, sözügedən əməliyyat zamanı onu qaçıran şəxslərdən biri zərərsizləşdirilib.

"Düşünürəm ki, mənim qaçırılmağımda məsuliyyət daşıyan şəxslərin bəziləri Azərbaycanda yüksək vəzifədə qalırlar”, - deyə o əlavə edib.

Hacıyeva iddia edib ki, onun qaçırılmağı yoldaşı Cahangir Hacıyevə qarşı iddiaların başlanğıcı olub. Onun sözlərinə görə, bu prosesin kuliminasiya nöqtəsi yoldaşının Azərbaycan Beynəlxalq Bankında fırıldaqçılığa görə "yanlış mühakimə” edilməsi olub.

Xatırladaq ki, Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsi tərəfindən qaçırılmışdı. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bildirilirdi.

Hacı Məmmədov məhkəməsində demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb: "Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi”.

Digər ifadəsində H.Məmmədov Zamirə oğurlandıqdan 6 saat sonra Cahangir Hacıyevdən 1-2 milyon avro pul almalı olduqlarını da vurğulamışdı.
 
Ardını oxu...
Aktrisa Mehriban Xanlarovaya hücum olub.

ATV kanalında yayımlanan "Bzimləsən" verilişindən çıxan zaman aktrisa ilə verilişdə şikayətçi qismində iştirak edən ailə arasında dava olub.

Mehriban Xanlarova avtomobili ilə televiziyanı tərk etmək istəyən zaman mübahisə etdiyi şəxslər onun avtomobilinin qarşısını kəsib və onu maşından enməyə məcbur ediblər.İş o həddə çatıb ki,əraziyə polis əməkdaşları cəlb edilib.

 
Ardını oxu...
İndoneziyada piton qadını udub.

Qeyd olunub ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib.

Belə ki, 45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan beş metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.

Xatırladaq ki, İndoneziyada pitonunun insanı udması ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb. Pitonun qurbanı plantasiyada işləyən 54 yaşlı qadın olub.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Detik
 

Dünyapress TV

Xəbər lenti