"Təhminəni (red. "Təhminə və Zaur" filmində əsas obraz) sevirlər, çünki, sadə bir şeydir. Mənə elə gəlir ki, sadə bir şeydir, nakam məhəbbət". 
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "ASAN radio"nun efirində səsləndirib.
"10 nəfəri götürsək, 9-nun həyatında nakam məhəbbəti olub. Çünki gənclər, yaşıdları da bir neçə cümlə söhbətdən sonra yaxınlıq hiss edib deyirlər ki, mənim də həyatımda belə şey olub". 
Qeyd edək ki, ötən gün F.Manafovun 67 yaşı tamam olub.