Ardını oxu...
Milli Məclisin komitə sədri Musa Quliyev bu günlərdə Zəngəzur mövzusunda çox maraqlı araşdırma materialları ilə çıxış etdi, tarixi torpaqlarımızla bağlı silsilə yazılar sosial mediada və mətbuatda maraqla qarşılandı. Əslən Zəngəzurdan olan millət vəkili, yazıçı-publisistin xüsusi əmək sərf etdiyi materialları məhz indiki dönəmdə, Qərbi Zəngəzur, Göyçə, İrəvan müzakirələrinin aparıldığı məqamda ortaya qoyması, şübhəsiz ki, təsadüfi deyildi, həm də zərurətdən doğurdu. Musa müəllimlə budəfəki söhbətimiz isə Azərbaycanın növbəti zəfərlərə doğru atdığı inamlı addımlardan bəhs edir. Öncə M.Quliyevin dedikləri:

- Azərbaycan gündən-günə, addım-addım Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz hökumətini, öz hakimiyyətini möhkəmlətmək üzrə fəaliyyətini aparır. İki ilə qədər olan müddətdə artıq yenidənqurma, dağıntıların aradan qaldırılması, yeni məskunlaşma, şəhərlərin və kəndlərin layihələrinin hazırlanması və icrası böyük infrastruktur layihələrinə başlanılması, xüsusilə, yol, elektrik enerjisi, qaz, su və digər xətlərin çəkilişi sahəsində kifayət qədər işlər görülübdür. İndi Azərbaycan vacib məsələlərdən biri olan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında irəli sürülən müddəaların həyata keçirilməsi ilə bağlı çox ciddi addımlar atmaqdadır. Üçtərəfli bəyanatdakı əsas müddəalardan biri qısa müddət ərzində Azərbaycan ərazisindən qeyri-qanuni erməni silahlılarının çıxarılması və Azərbaycanın tam hakimiyyətinin bərpa olunması məsələsi idi. Digər bir məsələ sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi idi. 2 ilə yaxındır ki, bu məsələ üzərində müxtəlif platformalarda danışıqların getməsinə baxmayaraq, ermənilər müxtəlif bəhanələrlə öhdəsinə düşən bu vəzifələrin icrasından yayınırlar.

- Sizcə, rəsmi İrəvanın geridönüşünü stimullaşdıran faktorlar hansılardır və ümumiyyətlə, kapitulyasiya sənədini imzalayan ölkənin revanş cəhdi sərgiləməsində məqsəd nədir?

- Burada da məqsəd aydındır: bir tərəfdən Paşinyan hakimiyyətinin Ermənistanda güclü dayaqları, siyasi nüfuzu və iradəsi o səviyyədə deyil ki, öhdəsinə götürdüyü vəzifələri yerinə yetirsin. Digər tərəfdən Paşinyan hakimiyyətinin özü də bu münasibətlərdə səmimi deyil. Eyni zamanda Ermənistandakı revanşist qüvvələr və müxtəlif ölkələrdəki erməni diasporu və ermənipərəst qüvvələr bölgədə daimi sülhün və sabitliyin olmasının əleyhinədirlər və istənilən bəhanələrlə bu üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsinə qarşıdırlar. Amma Azərbaycan özü müstəqil qaydada təkbaşına bəyanatda irəli gələn müddəaların icrası ilə məşğuldur. Necə ki, BMT-nin 4 qətnaməsinin 30 ilə yaxın müddətdə icra olunmadığını görən Azərbaycan 2020-ci ilin sentyabrında 44 günlük müharibəyə başladı və BMT-nin də öhdəliyini yerinə yetirmiş oldu və qətnamələrdəki irəli sürülən məsələləri özü həll etdi. İndi də görünür Azərbaycan ordusu, siyasəti, xalqı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsi ilə özü və təkbaşına şəkildə məşğul olacaqdır.

- Amma erməniçiliyin iflasa uğradığı göz qabağındadır və biz, bəlkə də, bir neçə saat, yaxud gün sonra Laçının azadlığını rəsmən qeyd edəcəyik. Qarşıda isə digər hədəflərimiz var...

- Əlbəttə, ermənilər artıq Şərqi Zəngəzuru tamamilə tərk etmək üzrədirlər. Yəqin ki, bu həftə artıq Şərqi Zəngəzurun ermənilərdən qeyri-qanuni məskunlaşmış bu toplumdan tamamilə təmizlənməsi həftəsi kimi tariximizə düşəcəkdir. Laçın, Sus və Zabux kəndləri məlumdur ki, Suriyadan və Livandan gələn ermənilər tərəfindən məskunlaşması nəticəsində 2-ci dəfə işğala məruz qalıb və cənab Prezidentin bu günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində verdiyi müsahibədə də söylədiyi kimi, bu bir hərbi cinayətdir və beynəlxalq konvensiyalara, o cümlədən, Helsinki Protokollarına ziddir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma aparmaq hərbi cinayət sayılır. Şübhəsiz ki, oradakı məskunlaşan insanlar oranı tərk edib getməlidirlər və əks təqdirdə Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında da cavab verəcəklər və bizdə olan başqa məlumatlara görə də artıq Sus, Laçın, Zabux yaşayış məntəqələrində ermənilər yığışıb getməkdədirlər. Hal-hazırda Laçının, Zabuxun və Susun boşalması ilə əlaqədar olaraq əvvəllər “Laçın koridoru” deyilən yol tamamilə Azərbaycanın nəzarəti altına keçəcəkdir. Yeni yolda isə artıq yəqin ki, yeni qaydalar tətbiq olunmağa başlayacaqdır. Mən hesab edirəm ki, bu qaydalar Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizi ilə eyni statusda qaydalar müəyyən edilməlidir.

- Əks halda necə davranmalıyıq? Yəni Zəngəzur dəhlizinin açılmasına qarşı olan Ermənistana öz ərazimizdən yol verməliyikmi? Üstəlik də ermənilər yenə də onlara vaxt verilməsinin qarşılığında vandal hərəkətlər törətməkdə davam edirlər...

- Əgər Zəngəzur dəhlizi olmayacaqsa, düşünürəm ki, Ermənistanla bizim aramızda hər hansı bir yolun olmasına da zərurət qalmayacaq. Əgər Zəngəzur koridorunda hər hansı bir gömrük nəzarət buraxılış məntəqələri qurulacaqsa, Ermənistanla Azərbaycan arasındakı yeni yolda da həmin şərait, həmin rejim tətbiq olunacaq. Digər tərəfdən, Azərbaycanın gücünün və iradəsinin göstəricisi artıq Fövqəladə Hallar Nazirliyinin bölmələrinin Laçında fəaliyyətə başlaması ilə bağlıdır. Mən bu xəbəri eşitdim və çox sevindim. Bu da Azərbaycanın gücünün və iradəsinin ifadəsidir. 2020-ci ilin danışıqlarına görə ermənilər Kəlbəcərdən və Laçından çıxmaq üçün onlara vaxt verilərkən onlar meşələri, evləri yandırdılar, tar-mar edib getdilər, minaladılar və hesab edirəm ki, artıq acı təcrübədən biz lazımi nəticə çıxardarıq, ermənilərin də oradan köçüb getməsini də öz nəzarətimiz altında həyata keçirməliyik və yəqin ki, belə də olacaqdır. Cənab Prezidentin son müsahibəsində çox ciddi məqamlardan biri də Qarabağdakı ermənilərin hər hansı bir statusa iddia etmələrinin mənasız olduğunu göstərməsi idi. Cənab Prezident onu təkcə erməni ictimaiyyətinə və erməni hökumətinə demədi. Bütün beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi ki, ermənilərə hər hansı bir özünüidarəetmə forması, hər hansı mədəni muxtariyyət, hər hansı bir idarəetmə muxtariyyəti verilməyəcək. Əgər Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən keçmiş Azərbaycan vətəndaşı olan ermənilər Qarabağ ərazisində qalıb yaşamağa davam edəcəklərsə, digər Azərbaycan vətəndaşları kimi onlar da hüquq və imtiyazlara malik olacaqlar. Odur ki, artıq onlar heç nəyə ümid etməsinlər. Əslində də belə olmalıdır, bütün Azərbaycan vətəndaşlarının hüquq bərabərliyi bizim konstitusiyamızla təmin olunur və ermənilər üçün ayrıca konstitusiya yazmaq fikrimiz də yoxdur. Digər bir məsələ radikal müxalifətin xüsusilə xaricdə olan bloggerlərin bu məsələyə münasibətilə bağlıdır. Mən üzümü onlara tutub söyləmək istəyirəm ki, hələ onlarda 1 damcı da olsa azərbaycanlı, türk, müsəlman qanı varsa, heç olmasa bu ərəfələrdə Azərbaycan əleyhinə uydurma təbliğatlarını, böhtanlarını, şərlərini dayandırsınlar. Əgər onların çörəyi təkcə ermənilərdən gəlmirsə, onlar da bu məsələdə heç olmasa sussunlar. Demirəm ki, Azərbaycanın təbliğində bir iş görsünlər və biz onlardan bunu gözləmirik. Amma heç olmasa, burada da yenə də erməni dəyirmanına su tökməyi dayandırsınlar və ən azı Azərbaycana bu haqq işini qısa müddət ərzində yerinə yetirməyə mane olmasınlar. Digər bir məsələ, şübhəsiz ki, ermənilərin Qarabağda ondan sonrakı həyatı ilə bağlıdır. Artıq onlar öz talelərini özləri müəyyən etdilər və dəfələrlə də “Biz azərbaycanlılarla birgə yaşaya bilmərik” dedilər. Amma biz heç də bu fikirdə və antihumanist mövqedə dayanmırıq ki, biz hər hansı bir toplumla, irqlə, millətlə bir yerdə yaşaya bilmərik. Azərbaycan öz tarixi və ənənələrinə sadiq qalan tolerant həyat tərzinə üstünlük verən bir dövlətdir. Azərbaycanda müxtəlif dövlətlərin nümayəndələri yaşayır və bundan sonra da biz hamımız bir vətənin övladları olaraq yaşamağa da davam edəcəyik. Amma onlara hesab edirəm ki, xüsusi münasibət göstərməkdə xalqımız haqlıdır. Çünki 30 il ərzində onlar bütün körpüləri yandırmış oldular, Xocalı soyqırımını, digər qətliamları törətdilər və hətta 44 günlük müharibədə də Bərdəni, Tərtəri, Gəncəni raketlə vuraraq, dinc sakinləri qətlə yetirərək, bir daha bizimlə birlikdə yaşamağa haqlarının olmadıqlarını ortaya qoydular. Amma ermənilər bir toplum, bir dövlət olaraq da dərk etməlidirlər ki, onların Qafqazda mövcudluğu Türkiyə və Azərbaycanla inteqrasiyadan keçir. Başqa cür onların mövcudluğu mümkün deyil. Bir tərəfdən onlar onsuz da köçüb gedirlər, Ermənistan boşalır, onların heç bir nə faydalı qazıntıları, nə təbii sərvətləri, nə digər resursları yoxdur ki, bundan sonra bir dövlət kimi öz fəaliyyətlətini davam etdirsinlər. Əgər onlar bundan sonra da Cənubi Qafqazda qalıb yaşamaq istəyirlərsə, azad bölgənin titul xalqları olan türk xalqları ilə inteqrasiyaya getməlidirlər. Bəlkə də, onların xilas yolu yalnız bundan ibarət olacaq.

- Bəs, Qarabağda birgəyaşayış mümkün olacaqmı? Sizin də bu günlərdə müraciət etdiyiniz Qərbi Zəngəzur faktoru və Ermənistanın yaradıldığı digər tarixi Azərbaycan əraziləri var ki, oradan yüz minlərlə insanımız qovulub. Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaması halında ermənilərin Qarabağda birtəfəli qaydada rahat yaşaması nə dərəcədə ədalətli ola bilər?

- Bölgədə, xüsusən, Qarabağdakı müəyyən yaşayış məntəqələrində qalan ermənilərin inteqrasiyası müəyyən zaman kəsb edəcək. Çünki qərarlar hələ təzədir, şəhidlərimiz və qazilərimizin ruhları, onların xatirələri hələlik bizə bu imkanı verməyəcək ki, ermənilərlə qısa müddət ərzində inteqrasiyada olaq. Amma bunların hamısı zamana bağlı məsələlərdir. Böyük siyasətlərdən müəyyən güzəştlər də olur. Bütövlükdə götürəndə isə bölgədəki bütün proseslər Azərbaycanın nəzarəti altındadır, Azərbaycanın diktəsi altında həyata keçirilir və artıq bölgənin bütün siyasətini Azərbaycan müəyyən edir. Hesab edirəm ki, cənab Prezident özünün söylədiyi kimi nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilir. Başqa bir məsələ şübhəsiz ki, əgər ermənilərin azərbaycanlılarla birlikdə inteqrasiyasından, birgəyaşayışından söhbət gedirsə, bizim Zəngəzur və Göyçə bölgələrində də eyni şəraitin yaradılması və oradan zamanında 1988-1989-cu illərdə deportasiya olunmuş və etnik təmizliyə məruz qalmış 300 minə yaxın soydaşımızın ora qayıtmalarını və orada eyni şəraitdə yaşamalarını təmin etməyi də Ermənistan göz önünə gətirməlidir. Şübhəsiz ki, digər vacib məsələ təzminat məsələsi olmalıdır və təzminat məsələsi də böyük sülh danışığının əsas predmetlərindən biri olmalıdır. Yəni 30 il ərzində Azərbaycana yüz milyard dollardan çox zərər vurmuş bir dövlətlə bizim inteqrasiyamız şübhəsiz ki, bizə vurulan zərər ödəndikdən sonra gündəmə gələ bilər. Dünya praktikasında təzminatın müxtəlif formaları var, o cümlədən də ərazi ilə təzminat formaları da var, düşünürəm ki, Ermənistanda da bu məsələləri kifayət qədər bilirlər.
“Yeni Müsavat”
 
Ardını oxu...
Mehman Əliyev: “Artıq Rusiya dövlət səviyyəsində Duqinin ideologiyasının formalaşmasında və inkişafında maraqlı deyil”

“Rusiya Ukraynanın öz nəzarətindən çıxması və Qərb orientasiyasına keçməsi prosesini sürətləndirmək üçün müharibəyə getdi”


Məlum olduğu kimi, Ukraynada davam etdirdiyi işğalçılıq müharibəsi qətiyyən əvvəldən hazırlanmış plan üzrə getməyən Rusiyanın daxilində də vəziyyət getdikcə gərginləşməyə başlayır. Moskvada “rus dünyası” ideyasının müəlliflərindən olan, Ukraynaya qarşı qəddar müharibənin tərəfdarı və təbliğatçısı Aleksandr Duqinin qızı Darya Duqinanın qətli bunun bariz nümunəsi sayıla bilər. Bəzi ekspertlər ümumiyyətlə, zaman keçdikcə Rusiyada gərginliyin daha da artacağını proqnoz edirlər.

“AzPolitika.info” bu mövzunu “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyevlə müzakirə edib:

- Mehman bəy, Ukrayna müharibəsinin yeddinci aya keçməsi fonunda Rusiyada nə baş verir?

- Rusiya keçid mərhələsini yaşayır. Rusiyada daxili və xarici yenidənqurma prosesi gedir və bunlar bir-birilə bağlıdır. Birincisi, Putin SSRİ dağılandan sonra formalaşan yarı bürokrat, yarı oliqarx sistemini təkmilləşdirir. Daha dəqiq desək oliqarxları sıradan çıxarır və daha çox dövlət kapitalizmini nəzərdə tutan Çin modelinə keçməyi fikirləşir. Strateji olaraq oliqarxlarla Qərb arasında qurulan əlaqələri dövlətlə xarici qüvvələr münasibətinə keçirir. Çünki Rusiyadakı bürokratik oliqarx sistemi getdikcə bu ölkənin çökməsi və dağılmasına gətirib çıxarır. Putin 1999-cu ildə hakimiyyətə gəldikdən sonra çalışdı ki, bu prosesə başlasın. Lakin müəyyən işlər görsə də, son nəticəyə çata bilmədi. Ona görə Ukrayna müharibəsinin əsaslarından biri də odur ki, dövlətin idarəetməsi və münasibətlərin qurulması yenilənir. Bu, Rusiyadaxili məsələdir və hazırda Rusiyada bu proses baş verir.

- Xarici yenidənqurma dedikdə nəyi nəzərdə tutursunuz?

- Bu, daha çox müharibə ilə bağlıdır. Hesab edirəm ki, Rusiya Ukraynanın öz nəzarətindən çıxması və Qərb orientasiyasına keçməsi prosesini sürətləndirmək üçün müharibəyə getdi. Ukrayna sürətli formada Rusiyanın təsiri altından çıxaraq Qərbin təsir dairəsinə düşür. Bunun da başqa yolu yoxdur. Uzun illər dinc yolla buna çalışılırdı, amma nəticə olmurdu. Əksinə, geriləmə baş verirdi. Ona görə də müharibə qaçılmaz oldu. Çünki Ukraynanın Rusiyadan ayrılması digər postsovet ölkələrinin də Rusiya təsirindən çıxmasına səbəb olacaq. Ehtimal edirəm ki, bu, Rusiya-ABŞ münasibətlərində çox konseptual məsələdir. Ona görə də müharibədən sonra Rusiya dövlət olaraq ABŞ və Qərb ölkələri ilə münasibətlərini aktiv şəkildə quracaq. Bu proses gedəcək. Əslində, Rusiyanın Qərbin bir hissəsinə çevrilməsi qaçılmazdır.

- Sizcə, “avrasiyaçılıq nəzəriyyəsi”nin əsas simalarından biri, “rus dünyası” ideyasının təbliğatçısı Aleksandr Duqinin qızının öldürülməsi Kremlə, Kiyevə, yoxsa Qərb dünyasına sərfəlidir?

- Açığı, indi bu məsələ ilə bağlı fərqli mülahizələr irəli sürülür. Rusiyada bəziləri deyirlər ki, bunu Ukrayna tərəfi təşkil edib, Ukrayna ekspertləri isə bildirirlər ki, bu, Putinin əməlidir, bununla Duqini çərçivəyə götürmək məqsədi güdür. Mən deyərdim ki, Duqin son illər millətçi, bir az da şovinist nasisit ideologiyasını aktiv formada qabardırdı. Özü də indiki müharibə və Rusiyaya qarşı sərt sanksiyalar şəraitində fikirlərini yayırdı. Əslində isə Rusiyada dövlət özü bu tipli ideyanın formalaşması və inkişaf etməsində maraqlı deyil. Nəzərə almaq lazımdır ki, belə ideologiya Rusiyada vətəndaş müharibəsinə gətirib çıxara bilər. Ona görə də bu sui-qəsdin arxasında Duqinin ideologiyasının yayılması və rusların əsas ideologiyasına çevrilməsinin qarşısını almaq məsələsi ola bilər. Bunu kimlərin etməsi başqa məsələdir. Rusiya hökumətində yüksək səviyyədə bu ideologiyanın inkişafında maraqlı olmayıblar. Bu, hakimiyyətin özü, elə dövlət üçün də kifayət qədər təhlükəli ideologiyadır.

- Demək istəyirsiniz ki, onu Rusiya dövləti aradan götürmək istətyib?

- Məsələn, deyirlər ki, onu FTX aradan götürüb. Sual ortaya çıxır ki, niyə? Mən onu deyə bilərəm ki, müharibə və senzura şəraitində bu ideologiya kifayət qədər təhlükəli görünür. Ona görə də dövlət bu ideologiyanın güclənməsində maraqlı olmayıb. Amma sui-qəsdə gəlincə, burada müxtəlif motivlər ola bilər. Yaxın adamları ilə Duqinin problemi ola bilər, pulun düzgün bölüşdürülməməsi və s. məsələlər də ola bilər. Deyilənlərdən belə anlaşılır ki, avtomobilə Duqin özü minməli imiş, son anda başqa avtomobilə minib.

- Amma Rusiya hüquq-mühafizə orqanları bu terrorun sifarişlə həyata keçirildiyini deyir və Ukraynanın adını çəkir...
Ətraflı

- Rusiya hüquq-mühafizə orqanları ilk olaraq bu hadisəni araşdırsın, ortaya sübutlar gətirsin və sonra elan etsin ki, bütün bunlar kimin sifarişi əsasında olub.

- Aleksandr Duqin Rusiya üçün nə dərəcədə əhəmiyyətli fiqurdur ki, onunla bağlı belə sərt addımlara gedilir?

- Ayrı-ayrı zamanlarda Duqin gah fəallaşır, gah geri çəkilir. Adətən o, böhran dövrlərində aktivləşir. Mən əvvəllər onu oxuyur, konsepsiyası ilə tanış olurdum. Amma son dövrlər Rusiya mediasını və televiziyalarını izləmirəm. Çünki mənim üçün aydındır ki, bu, təbliğatdır və orada başqa əhəmiyyətli bir şey yoxdur. Amma müharibəyə və oradakı iştirakçılara baxsaq görərik ki, onların arasında çoxlu qəddar rəftara yol verən adamlar var. Buna da səbəb odur ki, belə insanların beyni doldurulub, Ukraynanın düşmən obrazı yaradılıb, o, Rusiyaya təhdid kimi göstərilib. Bu aparıcı ideoloji vasitə müharibədə iştirak edən bir çox rusları özlərini qəddar aparmağa vadar edib. Bunun da arxasında qeyd etdiyimiz ideologiya dayanır. Biz rus əhalisinə baxsaq, görərik ki, rusların böyük hissəsi müharibəni alqışlayır, Ukraynanın dağıdılmasına dəstək verir. Yəni, anormal vəziyyətdir. Bu, onu göstərir ki, bəhs edilən ideologiya işləyib. Bütün bunlar ideologiyanın əks-sədasıdır. Əslində, dövlət belə şeylərlə oynayır, lazım olanda istifadə edir, milləti harasa istiqamətləndirir, lazım olmayanda isə bunun qarşısını alır. Duqin isə bu ideologiyanın əsas təmsilçilərindən biridir. Əslində, Duqinin cürbəcür konsepsiyaları var. Amma son vaxtlar daha çox ifrat millətçi səviyyəsində çıxış edirdi.

- Darya Duqinanın həm də Ukrayna müharibəsinin qurbanı olduğunu nəzərə alsaq, hazırda müharibənin gedişini necə qiymətləndirirsiniz?

- Rəcəb Tayyib Ərdoğan Lvova səfəri zamanı bildirdi ki, danışıqlar olmalıdır. Əslində, Ərdoğan Putinin mesajını çatdırırdı. Yəni, Putin danışıqlar istəyir, çalışır ki, hansısa yolla müharibəni dayandırsın və yekunlaşdırsın. Ona görə də radikal ideologiya və çıxışlarda maraqlı deyil. Məsələn, Sergey Strelkov var, bu şəxs 2014-cü ildə Donbasın işğalında aparıcı fiqur olub. O, son zamanlar Putini və onun Ukrayna siyasətini aktiv tənqid etməyə başladı. Getdikcə də radikallaşırdı. Onu faktiki neytrallaşdırdılar. İndi nə çıxış edir, nə də görünür. Söhbət nədən gedir? Bu gün Rusiya radikal çıxışlarda maraqlı deyil. Rus hökuməti danışıqlar, dialoq üçün yollar axtarır. Ona görə də, insanları daha çox radikallaşdırmaq, ukraynalılara qarşı aqressiv yöndə saxlamaq sərfəli deyil. Odur ki, belə xətti aparanlar prosesdən kənarlaşdırılır.

- Kreml təşəbbüsün daha radikal mövqedə duranların əlinə keçməsindən ehtiyat edir?

- Bəli. İş ondadır ki, rus millətinə uzun illər belə zərərli ideyalar yedizdirilib. İndisə dövlət bunda maraqlı deyil. Odur ki, bu kampaniyanın aparıcıları tədricən neytrallaşdırılacaq və yeni simalar ortaya çıxacaq. Bunlar daha çox yaxınlaşma, dialoq tərəfdarı kimi çıxış edəcəklər.

- Bundan sonrakı mərhələdə Rusiyanın radikallaşmadan imtina etməsini proqnozlaşdırırsınız?

- Əslində, məsələn, Qarabağ müharibəsinə baxsaq görərik ki, müharibənin baş verməsi və indiki nəticə Rusiya birbaşa prosesə müdaxilə etmədən baş tutub. Bu, onu göstərir ki, indiki mərhələdə Rusiya öz qonşuları ilə praqmatik, öz xeyrinə olan münasibətlərdə maraqlıdır. Burada Rusiya tək deyil, ABŞ da var. Biz görürük ki, Rusiya öz qonşuları ilə münasibətləri dəyişməyə başlayıb. Bu dəyişikliklər nəticəsində dövlətlər daha çox müstəqil olacaqlar, Rusiyadan əvvəlki asılılıq aradan qalxacaq.

- Bu halda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, sabiq prezident Dmitri Medvedevin, eləcə də Müdafiə naziri Sergey Şoyqunun sosial şəbəkələrdə SSRİ-nin bərpası haqqında yazdıqlarıının, dediklərinin arxasında hansı məqsədlər dayanır?

- Bu, maraqlı məsələdir. Özləri bilirlər ki, SSRİ-nin bərpası mümkün deyil, çünki resurs yoxdur. Bununla göstərirlər ki, bizim aramızda ortaq tarix, münasibətlər, mədəniyyət var. Rusiya yeni qurulan münasibətləri dəstəkləyir. Mən görmürəm ki, SSRİ-ni bərpa etmək istəyirlər. Kremlin SSRİ-ni bərpa etmək planı yoxdur, çünki bunun üçün onun imkanları və şərait yoxdur. Moskvanın SSRİ-ni bərpa etmək niyyəti vardısa, əslində müharibəyə başlamamalı, gözləməli idi ki, reytinqi düşən Zelenski zəifləsin. Bununla paralel olaraq Ukraynada Rusiyanı dəstəkləyən, SSRİ-nin bərpasını istəyənlər gücləndirilməli idi. Amma biz gördük ki, Rusiya qərbi Ukrayna ərazilərini vurmaq əvəzinə Donbasa zərbələr endirdi. Halbuki, burada yaşayan əhalinin çoxu rusdur. Rusiya onları özündən incik salır, yurd-yuvasından edir. Qərbi Ukraynaya isə 3-5 raket ataraq dayanıb. Nəzərə alınmalıdır ki, Donbasda rus çoxluğu var. Ukraynanın mərkəzi ərazilərində az qala nisbət yarının-yarıyadır. Amma ruslar bu əraziləri vurur, dağıdır, sanki əhaliyə deyir ki, Qərbə gedin, birləşin, həmrəy olun. Normalda bunlar olmamalı idi.

Rasim Əliyev

“AzPolitika.info”
 
 

Ardını oxu...
“Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü, ürəyi dözmədi”.

Teref.az xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində aktyor, rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin oğlu Fərhad Bədəlbəyli deyib.

Həmin müsahibəni təqdim edirik:

– Şəmsi Bədəlbəyli necə ata idi?

– Məni çox sevirdi. Tərbiyə məsələsində çox ciddi idi. Məsələn, Moskvaya gedirdik bir dəfə, yeməyimiz bol idi. Çörəyimiz isə az idi. Gördüm ki, axırıncı bir dilim çörək qalıb, onu götürüb yedim. Atam dedi ki, “eybi yox, mən sənə heç nə deməyəcəm, amma bir də belə şey etmə. İndi sən “krısalıq” etmisən. Çörəyin son dilimini iki yerə bölmək lazımdır”. Mən ağladım, anam dedi ki, uşağı pərt elədin. Atam isə dedi, “yox, sabah mən olmayacam, onun psixologiyası bu cür olmalıdır. Son tikəni bölüşməlidir”. Bu mənim üçün dərs oldu. İndi dostlarla yemək yeyəndə çörəyi bölürəm, deyirlər, əl çək, istəmirik. (gülür)

– Evdə sərt idi?

– Mənim yadıma gəlmir ki, nə vaxtsa atam mənim üstümə qışqırsın. Ailədə çox mehriban insan idi. Çox xeyirxah idi. Bəlkə də, ailəmizin illər uzunu qarşılaşdığı çətinliklər atamı insanlara qarşı mehriban eləmişdi. O, insanlığa çox dəyər verirdi. Bəzən də sərt olurdu. O ailənin çox böyük faciələri var. İki qardaş repressiyaya məruz qaldı. Atam da yarım il repressiyaya məruz qalıb. Sonra onu buraxdılar. Atam məmurlarla da toqquşurdu. Elə mən də toqquşuram. Onlar elə bilirlər ki, həmişə var olacaqlar. Atam həmişə deyirdi ki, heç vaxt başını aşağı salma. Bulqakovun “Master və Marqarita”sında da deyilir ki, heç vaxt xahiş etmə, əgər lazımdırsa, sənə verəcəklər. Mən də heç kimdən heç nə xahiş etməmişəm. Bütün bu fəxri adlar, titullar özləri gəlib. Biz 50 illik yubileyi burada qeyd edirdik, dedilər ki, sənə heç bir ad verməyəcəyik, dedim, canınız sağ olsun.

– Rahat olmusunuz.

– Tamamilə rahat olmuşam. SSRİ Xalq artisti adı o vaxt marşala bərabər idi. Ona görə də tam xoşbəxt idim, dostlarım var idi, tələbələrim məni sevirdilər. Atam həmişə deyirdi ki, belə şeylərə fikir vermə. Ona Xalq artisti adı verirdilər, qardaşı Əfrasiyaba vermədilər. Gedib Mərkəzi Komitədə Süleyman Vəzirova dedi ki, “o mənim böyük qardaşımdır, “Qız qalası” baletinin müəllifidir. Fəxri adı mənə yox, ona verin”. Hansı qardaş bunu edər? Heç kim. Sonra özü də ad aldı. Hamıya ədalətlə yanaşırdı. Hazırcavab idi, Mərkəzi Komitənin katibləri bir şey desə də, onlara cavab verirdi.

– Fərhad bəy, Şəmsi Bədəlbəylinin ailəsində doğulmaq sizə üstünlüklərlə bərabər, hansı çətinlikləri gətirib?

– Çətinlik odur ki, yaxşı musiqiçi olduğunu sübut etməlisən. Şəmsi bəy mənim əvəzimə səhnədə ifa etməyəcək axı. O vaxt Moskva Konservatoriyasında XX əsrin ən yaxşı pianoçuları çalışırdılar. Onların qarşısında çıxış etmək, Portuqaliyaya getmək, müsabiqələrə çıxmaq çox çətin idi. Əlbəttə, uşaqlıqda çox xoşbəxt idim. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Evimizə Fikrət Əmirov, Səid Rüstəmov gəlir, atamla birlikdə operetta üzərində işləyirdilər. Bu mənim üçün böyük bir üstünlük idi. Amma sonra nəyə qadir olduğunu özün sübut etməlisən. Gündə 8-9 saat çalışırdım piano arxasında. Əgər siz bu soyadın altında çıxış edirsinizsə, məsuliyyətiniz daha böyükdür. Başqaları nəsə səhv etsələr, üstündən keçəcəkdilər. Amma mən səhv edəndə deyəcəkdilər ki, “elə atanın belə oğlu, heyf”.

– Üzeyir Hacıbəyovla yaxın qohum olublar...

– Babam Bədəl bəylə Üzeyir bəy doğmaca xalaoğlu idilər. Ona görə də bir-biri ilə sıx təmasda olublar. Atamla Əfrasiyab əmimin yetişmələrində Üzeyir bəyin rolu çox olub. Xüsusilə Şəmsi Bədəlbəylinin yetişməsində. Atamın bütün ömrü, demək olar ki, Üzeyir bəylə bağlı idi. Azərbaycan Musiqili Komediya Teatrını da atam məhz Üzeyir bəyin təklifindən sonra yaradıb. İlk dəfə həmin teatrda Üzeyir bəyin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları tamaşaya qoyulub. Onun direktor olduğu illərdə “Muzkomediya”, doğrudan da, qüvvətli teatrlardan idi. O teatrdan əvvəl isə atam Opera Teatrında rejissor idi. Atam orta təhsilini Bədəl bəyin öz məktəbində başa vurandan sonra Üzeyir bəy onu konservatoriyaya dəvət eləyir - tar sinfinə. Çünki atam uşaqlıqdan tar çalırmış. Ancaq sonradan Şəmsi müəllim öz fəaliyyətini rejissor kimi davam etdirdi. Bu işdə mərhum Cəfər Cabbarlının ona böyük təsiri olub. Çünki Əfrasiyab Bədəlbəyli ilə Cəfər Cabbarlı arasında böyük dostluq əlaqələri mövcud idi və bu dostluq Şəmsinin rejissor kimi fəaliyyət göstərməsinə də təsir edib.

– Az əvvəl repressiyalardan söz açdınız. Üzeyir bəy vaxtilə çox adama repressiyadan qurtulmaqda kömək edib. Bəs sizin ailəyə niyə dəstək ola bilmədi?

– O yazıq özü qılıncın altında idi. Gündə bir məqalə yazıb təhqir edirdilər onu. Ancaq və ancaq “Arşın mal alan” və “Koroğlu”ya görə Stalin ona dəymirdi. Bulqakova da toxunmadı, Üzeyir bəyə də. Stalin başa düşürdü ki, onlar, həqiqətən, dahi insanlardır. Amma Hüseyn Cavid də, Müşfiq də getdilər. Bədəl bəy Bədəlbəyli 1932-ci ildə vəfat etməsəydi, 1937-də o da gedəcəkdi.

– Atanızla əminiz sirləri əski əlifba ilə yazırmışlar...

– Bəli, əski əlifba ilə yazırdılar. O, ərəb əlifbasını bilirdi və bəzən Əfrasiyab əmimlə məktublaşanda bu əlifbadan istifadə edirdi.

– Şəmsi bəy teatr rəhbəri olub. Teatrdakı intriqalar ona necə təsir edirdi?

– Onun evdə ürəyi də sancırdı. Ona çox təzyiq göstərirdilər. Məqalə yazırdılar ki, o bizi rejissor kimi qane etmir. Çox incidi onlardan. Çünki hamısının üstündə əməyi var idi. Teatr daim intriqaların içində olub. Təkcə Azərbaycanda yox, bütün dünyada. İntriqasız teatr yoxdur. Guya siyasət intriqasız olur? Bəs jurnalistika?

– Məclis qurmağı xoşlayırdımı?

– Biz həmişə maestro Niyazinin evində kef çəkirdik. 15 yaşımda süfrə arxasında onlarla birlikdə çörək yeyirdim. O mənim təkcə atam yox, həm də dostum idi. Mənə azadlıq vermişdi. Zarafatlarımız var idi, birlikdə gözəl qızlara baxırdıq.

– Qadınlara münasibəti necə idi?

– Çox yaxşı. Bütün Moskva ulduzları, gözəl qadınlar Bakıya gəlirdilər. Təbii ki, atam da yaraşıqlı kişi idi. Heyf ki, mən ona oxşamadım. O tamam başqa, lüks bir insan idi. Saçını darayırdı, bütün qızlar da baxırdılar. Atam isə bundan sadəcə feyzyab olurdu. (gülür)

– Buna görə ananızla problem yaşamırdı?

– Anam heç vaxt qısqanmayıb. Bilirdi ki, hamı ona baxır. Deyirdi, “gözəl kişidir, baxsınlar”. Özündən çox razı idi.

– Dostları kimlər idi?

– Lütfəli Abdullayev, maestro Niyazi, Süleyman Rüstəm, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Səid Rüstəmov, Fikrət Əmirov, Nəsibə Zeynalova. Nəsibə xanım bizə gəlirdi, birlikdə qastrollara gedirdik. Onun qucağında fotom da var. Şövkət xanımla da dost idi. Onlara çox hörmətlə yanaşırdı. Bizim evimizdə heç bir problem olmayıb. Atam rəhmətə gedəndə Süleyman Rüstəm çox təsirli bir şeir yazdı ki, “Şəmsisiz qalmışıq”. Atamın SSRİ-nin başqa respublikalarında da yaxşı dostları vardı. Tanınmış gürcü rejissoru Dodo Aleksidze ilə yaxın əlaqələri vardı. Yəni o vaxt SSRİ-də yaşayan bütün tanınmış musiqiçilər, rejissorlar və digər mədəniyyət xadimləri onunla yaxın təmasda idilər.

– Şəmsi müəllimin hansı xasiyyəti sizinki ilə oxşardır?

– İnsanlara qarşı xeyirxah olmaq hissi onda güclü idi və bu keyfiyyət ondan mənə keçib. Şəmsi müəllim heç vaxt vəzifəcə özündən aşağı olanları incitməyib. Bu xüsusiyyət məndə də var.

– Bəs fərqli cəhətləriniz nələrdi?

– O, məndən xeyli savadlı idi. Şəmsi müəllim həm milli psixologiyamızı, həm rus mədəniyyətini, həm də Avropa mədəniyyətini gözəl bilirdi. Biz isə rusdilli uşaqlar idik, məktəbdə rus bölməsində təhsil almışdıq. İndi-indi biz öz milli mədəniyyətimizi öyrənməyə başlamışıq. Şəmsi müəllim isə milli musiqimizi, muğamatımızı, klassik ədəbiyyatımızı çox gözəl bilirdi. Əylənməyi də xoşlayırdı. Futbolu çox sevirdi. “Neftçi” uduzanda ona çox təsir eləyirdi, ürəyi ağrıyırdı.

– Hansı yeməkləri xoşlayırdı?

- Əlbəttə, milli xörəkləri çox sevirdi. Ən çox xoşladığı isə şüyüdlü plov idi. Mənim nənəmin bir tərəfi Qacarlar nəslindəndi. Ona görə nənəm tez-tez “İran plovu” bişirirdi.

– Sənət adamları, yaradıcı insanlar siqaretdən və içkidən istifadə etməyi sevirlər…

- Atam içirdi, özü də möhkəm. Atam, mən və bir də maestro Niyazi bir yerdə “bir vaqon” araq içmişik. 13 yaşımdan məclislərdə atama badə yoldaşı olmuşam. Siqaret də çox çəkirdi. Həmişə siqaret çəkdiyinə görə onunla mübahisə edirdim. Çünki ürəyi xəstə idi. Atam ürəyi xəstə ola-ola siqaret çəkdiyi üçün mən siqaretə nifrət elədim və çəkmədim. Çəkəndə də bahalı siqaretlər çəkirdi.

– Ömrünün son illərində həmkarları tərəfindən atanıza xəyanət də olub...

– Mən dəqiq bilmirəm, amma niyəsə yaralı getdi. Heç nə başa düşmədim. Yəqin, intriqalar... Özü heç nə demirdi. Çox qapalı insan idi. Mərd idi, heç nədən şikayət etməzdi. Nədənsə narazılıq etdiyini, təəssüfləndiyini görməmişəm. Heyf, gözəl aktyor idi.

– Şəmsi bəyin son günlərini necə xatırlayırsınız?

– Ağır günlər idi. Ona görə də mən o günləri həmişə unutmağa çalışmışam. Teatr Xadimləri İttifaqının qurultayı idi. Onu seçməliydilər, Şəmsi bəy ən sanballı namizəd idi. Mərkəzi Komitədən zəng gəldi ki, ayrı bir adam seçilsin. Özü də son dəqiqədə. Birdən-birə ağappaq oldu, çox sıxıldı. Onu götürüb getdik evə. Maraqlı bir hadisə baş verdi, konyak götürüb açmaq istədim, şüşə partladı. Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi, xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm.

­­­– Sənətkar ailəsində dünyaya gəlmisiniz. İncəsənət mühitinin içərisində böyümüsünüz. Fərhad Bədəlbəyli kimi sənətdə və həyatda ən böyük çətinliyiniz nə olub?

– Mən sübut etməliydim ki, həqiqətən də, yaxşı musiqiçiyəm! Çətinliyim bu idi. Şəmsi müəllim mənim əvəzimə səhnəyə çıxıb piano çalmayacaqdı. Moskva Dövlət Konservatoriyasında oxuyanda orada 20-ci əsrin ən böyük musiqiçiləri çalışırdılar. Onların qarşısında çıxış etmək, müsabiqələrdə iştirak etmək çox çətin idi. Əlbəttə, mən uşaqlıqda çox xoşbəxt olmuşam. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Onun, demək olar, övladı kimi idim. Bundan başqa, o dövrün görkəmli insanları Fikrət Əmirov, Səid Rüstəmov və başqaları gəlirdilər. Mühit mənə mütləq təsir edirdi. Onları dinləyirdim. Yaşadığım mühit mənim üçün böyük dəstək olub. Bundan sonrasını – nələrə qadir olduğumu artıq mən özüm sübut etməliydim. Hər gün səkkiz, doqquz saat çalışırdım. Asan məsələ deyildi. Ona görə indi belimdəki ağrılar məni incidir. Bilirsiniz, əgər bir insan məşhur soyadın altında çıxış edirsə, onun məsuliyyəti daha böyük olur. Mənim qüsurlarım olsaydı, deyəcəkdilər, eh, heyf ki, elə atanın belə oğlu oldu. Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Şəmsinin qarşısında mən cavab verməyə borcluydum.
 
Ardını oxu...
Teref.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Publika.az saytına müsahibəsini təqdim edir:
– Tofiq müəllim, tanınmış rusiyalı filosof, politoloq və ictimai xadim, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin qızı Darya Duqinanın terror aktı nəticəsində həlak olması ilə bağlı sizin fikirlərinizi bilmək istərdik...
– Bu onu göstərir ki, Ukrayna müharibəsi Rusiyanın əsas mövzusu olarkən artıq konflikt formasının inkişafına gətirib çıxarır. Çünki teraktın məsuliyyətini öz üzərinə götürən Rusiya Milli Respublika Ordusu siyasi bəyanat yaydı. Bəziləri deyir ki, bu saxtadır, bəziləri həqiqi olduğunu iddia edir. Ancaq bəyanata fikir versək görərik ki, orada iddialı bir mövqe mövcuddur və bu mövqenin tərəfdarları Rusiyada potensial olaraq çoxdur. Onlar məhz Putinin siyasətinə qarşı çıxış edirlər. Onun dost və qardaş slavyan xalqları arasında nifaq saldığını deyirlər. Yəni, bu elə bir hadisədir ki, o artıq Rusiya daxilində yeni proseslərə gətirib çıxaracaq.
– Aleksandr Duqinin baxışlarını və fəaliyyətini Azərbaycanın maraqları baxımından necə qiymətləndirmək olar?
– O, ilk növbədə rus millətçisidir. Ancaq onun avrasiyaçılıq konsepsiyasının prinsiplərindən biri ondan ibarətdir ki, slavyan etnosunun türk etnosu ilə hansısa formalarda əməkdaşlığı olmalıdır. Duqin məhz o adamlardandır ki, Rusiyanın siyasətini ilk növbədə Türkiyəyə, bəlkə qismən də Azərbaycana münasibətdə dəyişdirib. Onun baxışları göstərir ki, Rusiya öz gələcəyi üçün Türkiyə ilə əməkdaşlıq etməlidir. Biz bilirik ki, o, 2015-ci ilin noyabrında rus hərbi təyyarəsinin vurulması ilə başlayan Türkiyə-Rusiya böhranı vaxtı çox fəal idi. Duqinin Türkiyə siyasi elitası ilə əlaqələri bu böhranın həllinə xidmət edirdi. Hər halda mən belə düşünürəm. Təbii ki, real oyunçular fərqli idi. Duqin bildirmişdi ki, biz Türkiyə ilə əməkdaşlığı davam etdirməliyik. Bu fikir istər-istəməz ictimiyyət tərəfindən qəbul olunmuşdu. Yaddan çıxarmayaq ki, Duqinin əsli də deyəsən Azərbaycandandır. Səhv etmirəmsə, onun babaları burada yaşayıblar. Yəni, bizə münasibəti mən hesab edirəm ki, müsbətdir. Təbii ki, onun rus millətçisi kimi bəzi baxışları bizim maraqlarımıza ziddir. Ancaq dünya təkcə o adamlardan ibarət deyil ki, onların dedikləri bizə xoş gəlsin. Biz çevik və real siyasətdə hər bir imkandan istifadə etməliyik. Harada nə xeyir qazana bilsək, ondan istifadə etməliyik. Bu, o cümlədən Duqinə də aiddir. Hesab edirəm ki, onun qızının faciəli şəkildə həlak olması məsələsində mövqeyimiz bizə dost mövqe göstərən Duqinə ən azı başsağlığı vermək şəklində olmalıdır. Kim istəyir versin, kim istəyir verməsin. Verməyənlər özləri bilərlər. Amma mən hesab edirəm ki, onun Rusiya ilə Türkiyə arasında münasibətlərin yumşaldılması istiqamətindəki fəaliyyəti, bunun fəlsəfi-sosioloji baxımdan əsaslandırılması bizim üçün müsbətdir.
Burada bir fikri də qeyd etmək lazımdır. Rusiyada müxtəlif siyasi dairələr var. Yadınızdadırsa, bir neçə il əvvələdək Ermənistan Rusiyada forpost adlandırılırdı. Duqin və digər ictimai xadimlərin fəaliyyəti nəticəsində artıq bu məfhumdan istifadə olunmur. Əksinə hər yerdə vurğulanır ki, Rusiya ilə Türkiyə arasında olan münasibət bu bölgə üçün ən əhəmiyyətli əməkdaşlıq platformalarından biridir.
– Duqinin Azərbaycan əsilli olması barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?
– Bu barədə məndə ətraflı məlumat yoxdur. Deyəsən onun kökləri molokanlara aiddir. Hardasa oxumuşam. İndi dəqiq demək çətindir. Buna görə də Azərbaycana yaxınlığı var.
– Müsahibənin əvvəlində adını çəkdiyiniz Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatını ciddiyə almaq olarmı, yoxsa bu bəyanatla hansısa qüvvələr tərəfindən iz azdırılır?
– Nəsə demək çətindir. Bilirsiniz, əslində Rusiyanın yaxın tarixinə baxsaq, terror aktlarının həddən artıq çox olduğunu görmək mümkündür. Bu, həm Şimali Qafqazdakı separatçı qüvvələrə, həm də digərlərinə aiddir. Yəni, terror aktları müasir Rusiyanda siyasi üslublardan biridir. Nadir hallarda baş verən bir hadisə deyil.Bunu açıq demək lazımdır.
Bəzən bu məsələni Ukrayna ilə bağlayırlar. Biz bir şeyi başa düşməliyik: Ukraynada gedən hərbi əməliyyatlar nəticəsində Rusiyanın hərbi baxımdan məğlub olacağına ümid yoxdur. Bu ehtimallar azdır. Hər halda mən bu fikirdəyəm. Çünki bəzi mütəxəssislərin dediklərinə görə, Rusiyanın hərbi potensialı müharibədən öncə Ukraynanınkını 10-15 dəfə üstələyirdi. Yaxşı, indi bu nisbət azalıb, deyək ki, 15 deyil, 5-dir. Qərbin hərbi baxımdan nisbi şəkildə kömək etməsinin hərbi nöqteyi-nəzərdən nəticəyə gətirib çıxaracağına inanmıram. Ukraynanın və dostlarının əsas ümidi ilk növbədə Rusiyada gedən proseslərlə bağlıdır. Orada daxili proseslər istər-istəməz həm siyasi, həm iqtisadi böhrana gətirib çıxaracaq. Məhz bunların nəticəsində bu işğala son qoyula bilər. İndi dediyim bu hadisə onu göstərir ki, Rusiyada qarşıdurma üçün müxtəlif konsepsiyalar mövcuddur və hətta açıq şəkildə bəyan olunur. Bu terror aktı da siyasi situasiyanın inkişafında vacib hadisələrdən biridir.
– Ukraynanın bu hadisənin baş verməsində marağı varmı?
– Mən bunu deyə bilmərəm. Çünki məndə nə bu fikri dəstəkləmək, nə də inkar etmək üçün məlumat yoxdur. Sadəcə olaraq “mənə elə gəlir ki, bu belədir” demək ciddi olmaz. Hələ ki, məlumatlar yoxdur (qeyd edək ki, müsahibə Rusiya Federal Təhlükəsizlik Xidmətinin baş vermiş hadisənin Ukrayna xüsusi xidmət orqanlarının planlaşdırıb həyata keçirməsinə dair məlumat yaymasından əvvəl götürülüb). Olan məlumat Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatıdır və bu, terror aktıdır. İstisna etmirəm ki, bu təşkilatın arxasında yetərincə qüvvələr dayanır. Ən əsası odur ki, ictimai rəydə bu cür baxışlar mövcuddur. Onlar qeyd edirlər ki, Putinin siyasəti ilə razı deyillər. Bu siyasət Rusiyanın öz qonşuları ilə münasibətinin köklü şəkildə pisləşməsinə gətirib çıxarıb. Ukrayna kimi qardaş ölkə və xalqla müharibə aparılır və sair. Demək, bu fikirlər ictimaiyyətdə mövcuddur ki, bu cür terror aktı baş verib.
Bəziləri deyirlər ki, bu ideologiyanın əsasında Duqin dayanır. Yəni, o formalaşdırıb. Bunu inkar etmək çətindir, çünki mən onun fəaliyyəti ilə o qədər də tanış deyiləm. Amma əvvəldə qeyd etdiyim kimi Rusiya siyasi elitasının, qismən ictimaiyyətin Türkiyəyə münasibəti Duqin və onun kimi düşünən insanların baxışları nəticəsində köklü şəkildə dəyişib. Bu bir faktdır.
– Əslində avrasiyaçılıq ideyası öz-özlüyündə Avrasiya materikindəki böyük ölkələrin əməkdaşlığını nəzərdə tutur ki, burada da açar ölkələr Rusiya, Çin, Hindistan və Türkiyədir. Bu baxımdan Duqinin mövqeyini başa düşmək olar...
– Bilirsiniz, avrasiyaçılıq yeni ideya deyil. Demək olmaz ki, onun müəllifi təkcə Duqindir. Avrasiyaçılıq baxışları hələ ondan qabaq var idi. Məsələn, Lev Qumilyovun məşhur nəzəriyyəsi mövcuddur. Qumilyov qeyd edir ki, slavyanlarla türklər bir yerdə olanda Avrasiyanın sahibi olur və sair. Yəni, bu cür baxışlar mövcuddur. Bəli, bunların içində qatı rus millətçiliyi də var, amma hesab edirəm ki, bəzi elementləri bizim üçün müsbətdir. Ən azı müsbət məqam ondan ibarətdir ki, slavyanlar türklərə düşmən kimi yox, tərəfdaş kimi baxırlar. Slavyanların türklərə tərəfdaş kimi baxmasının təbliği hesab edirəm ki, faydalıdır.
– Duqinin qızının öldürülməsinin izlərinin Fransaya gedib çıxdığı, prezident seçkilərində ikinci turda ikinci yeri tutmuş Marin Le Penin seçki kampaniyasının maliyyələşdirilməsi işinin kurasiyasının Darya Duqina tərəfindən həyata keçirildiyi, onun məhz bu səbəbdən qətlə yetirildiyi kimi versiyalar səslənir. Bu barədə nə deyə bilərsiniz?
– Ehtimallar çox ola bilər, amma gəlin əsaslara baxaq. Nəyə görə mən vaxtın böyük hissəsini Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatına həsr etdim? Çünki orda göstərilən fikirlər və onların əsaslı olması, hər halda reallığa çox yaxın olması məndə elə təəssürat yaradır ki, orada doğrudan da hansısa ideologiyanın təsiri altında insanlar var. Nəyə görə Rusiya Ukrayna ilə müharibə aparır? O müharibə ki, onun nəticəsində nə Rusiya qalib gəlir, nə Ukrayna. Bu baxımdan belə baxışlar çoxluq təşkil edir. Sizə açıq deyim ki, mən də o mövqedəyəm. Orada Rusiyanın faydasının nə olduğunu kimsə mənə izah etsin. Bu faydanı heç kim deyə bilməz. NATO-nun yaxınlaşması ciddi söhbət deyil. Rusiya indiyədək NATO-nun dörd ölkəsi ilə həmsərhəd idi, artıq bu ölkələrin sayı beşə çatır. Yəni, Ukraynaya müdaxilə üçün hansısa əsaslı səbəb göstərilmir.
– Belə fikirlər var ki, hədəfdə əslində Duqinin özü olub. Belə ki, o son anda fikrini dəyişib və başqa avtomobillə getməyə qərar verib...
– Mən də bunu oxumuşam, təbii ki, əsas məqsəd, əsas hədəf Duqin olub. Çünki onun qızının önəmi özü qədər deyildi. Düzdür, Duqina da fəal idi.
Duqin və Duqina 2018-ci ildə Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransa qatılaraq Azərbaycana dəstək ifadə ediblər. Həmin konfransda Rusiyadan Dövlət Dumasının deputatlarıı Dmitri Savelyev və Aleksey Yezubov, jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko və digər şəxslər iştirak edib. Konfransdan sonra qonaqlar işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində olmuş, orada Azərbaycan əsgərləri ilə foto çəkdirmişdilər ki, bu da Ermənistanda böyük etiraza səbəb olmuşdu.
Görürük ki, bu insanlar həm Azərbaycan, həm Türkiyə ilə əməkdaşlığı təbliğ edirlər. İkincisi, biz başa düşməliyik ki, Rusiyanın siyasi elitası arasında ermənipərəstlər də çoxdur. Və bu cəbhədə vuruşan məhz Duqin, Şevçenko kimi insanlardır. Bu baxımdan biz onlara istər-istəməz bu məsələdə dəstək veririk. Onlar da bizə dəstək verirlər. Ermənilərin Rusiya mediasında monopoliyası məhz bu insanların vasitəsilə qırılmalıdır. Yəni, onlar taktiki və strateji baxımdan bizim üçün çox vacib tərəfdaşdırlar. Onların bəyanatları müharibə vaxtı ermənilərin təbliğatını bir növ neytrallaşdırırdı, indi də neytrallaşdırır.
– Bundan sonra Rusiyada proseslər necə inkişaf edəcək?
– Hiss olunur ki, siyasi böhran güclənəcək. Çünki Rusiyanın Ukrayna ilə müharibə aparmaqda əsl marağının nə olması sualına cavab tapa bilmirik. Rusiyanın özündə o qədər boş torpaqlar, o qədər yerlər var ki, onları inkişaf etdirmək üçün böyük pullar lazımdır. Bu pullar isə müharibəyə xərclənir. Bir-birinə qardaş olan insanlar, xalqlar bir-birini vurub öldürürlər. Bu məsələləri əsas götürsək, görəcəyik ki, doğrudan da Rusiyanın özünün ziyanına olan bir addım atılıb. Təbii ki, bu fikirdə olan insanların sayı çoxalacaq. İndi onlar üçün bir növ çox təsiredici hadisə baş verib. Yəni, bu fikirdə olan insanlar tək deyillər. Bu terror aktı Duqinin avrasiyaçılıq baxışlarına görə deyil, onun Ukraynaya qarşı olan mövqeyinə görədir. Həmin mövqe nəticəsində bu baş verib. Biz təbii ki, onun Ukrayna ilə bağlı baxışlarını qəbul etmirik, amma qeyd etdiyim məsələlərdə biz onunla əməkdaşlıq edirdik və edəcəyik. Bilirsiniz, hər şey Azərbaycanın milli maraqları baxımından ölçülməldir. Mənə xeyri varsa, mən onunla əməkdaşlıq etməyə hazıram. Bu çox sadə bir mövqedir.
 
 
 

Ardını oxu...

"Həyat, insanlar, duyğular – bütün bunlar mənə ilham verir. Mənə elə gəlir ki, şeirlər mənə Allahdan gəlir, sətirləri eşidirəm. Bir neçə dəqiqəyə şeir yaza bilərəm, bəzən hətta yuxuda da, sonra yeni qafiyələr gəlir...".

Bunu “Nargis Magazine” jurnalına müsahibəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Prezidentinin böyük qızı Leyla Əliyeva yaradıcılığından danışarkən deyib.

“Yaradıcılıq bacarığı – Uca Yaradanın bizə, övladlarımıza verdiyi böyük bir töhfədir, bizə bəxş edilmişdir. Yəqin ki, yüksək texnologiyalar sayəsində insanların yaradıcılığa daha çox vaxt ayıracağı xoşbəxt zamanları görəcəyik və gözəl rəsmlər çəkmək, möhtəşəm şeirlər, zərif musiqi yaratmaq insanın ən əhəmiyyətli bacarığına çevriləcək. Ümumiyyətlə, uşaq böyütmək və dadlı yemək bişirmək, ürəkdən işləmək, yaşamaq və gözəlliyi qiymətləndirmək – bunların hamısı yaradıcılıqdır. Belə deyərdim: yaradıcılıq ürəkdən gələn və bizə sevinc verən bir şeydir!”, - L.Əliyeva bildirib


İctimai fəaliyyəti barədə sualı cavablandıran Leyla xanımın sözlərinə görə, hər bir kəs üçün həyatda əsas insanlar onun valideynləridir:

“Mən də istisna deyiləm. Çalışqanlığı və müdrikliyi sevimli babam Heydərdən öyrənmişəm. O, əbədi olaraq mənim əsas məsləhətçim və etibarlı yol göstərənim olaraq qalacaq. Elə indinin özündə də, mən xəyalən onunla məsləhətləşirəm və mənə nə deyəcəyini, məni necə dəstəklədiyini, nədən qoruyacağını anlamağa çalışıram... Əlbəttə ki, atam və anam mənə çox böyük təsir ediblər. Sənətə, yaradıcılığa sevgi – anamdan mənə keçib”.


L.Əliyeva gələcək planlar barədə sualı belə cavablandırıb:

“Çox vaxt elə olur ki, nəyisə planlaşdırmağa vaxtın yoxdur, amma planlar özü səni tapır. Buna görə hələ ki ən vacib planım səhər oyanmaq və yeni gündən zövq almaqdır. Bir də biz sağlam həyat tərzi üçün bir kampaniya başlatmaq istəyirik. Sağlamlıq paylaşılmayan yeganə şeydir, ona qayğı göstərmək və onu qorumaq lazımdır. Sağlam olduğumuz zaman ilham və iş özü bizə gəlir!”.

Prezidentin qızı təbiətə qayğıdan da danışıb:

“Dünyanı dəyişə bilməsək də, özümüzü dəyişə bilərik. İnsan təbiətin bir hissəsidir, təbiəti qorumaq – özümüzü, uşaqlarımızı, gələcəyimizi qorumaq deməkdir. Yaxşıya doğru dəyişərək biz dünyanı yaxşılığa doğru dəyişmiş oluruq”.


“Yaradıcılığa nə qədər vaxt sərf edirsiniz” sualını cavablandıran L.Əliyeva deyib:

“Mən yaradıcılığa daha çox vaxt ayırmaq istərdim. Ancaq bir o qədər də vacib olan digər işlərə də vaxt ayırmalıyam. Xeyirxah işlərimizdə, başqalarına kömək etməyimizdən, dualarda, təbiətlə vəhdətdə ilham tapıram. Həyatın hər saniyəsi yaradıcılıqdır. Buna görə deyə bilərəm ki, bir tərəfdən yaradıcılıq üçün vaxt çox azdır, digər tərəfdən isə bütün həyat yaradıcılıqdır!”


Ardını oxu...
Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Ermənistanın nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir real istək nümayiş etdirməməsi ilə bağlı danışarkən bildirib ki, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.

DİA.AZ xəbər verir ki, bu barədə o, Oxu.Az-a müsahibəsində deyib:

“Bu, Bakını narahat etməməlidir. Qoy Azərbaycan, Rusiya və digər maraqlı dövlətlər öz iqtisadiyyatlarını inkişaf etdirsinlər, əsas vəzifə budur. Əgər, məsələn, İrəvan birgə və sərfəli layihələrdə iştirak etmək istəmirsə, onda nə etməli? Hər şey məğlub Ermənistandan yan keçməklə baş tutacaq. Ona görə də, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.

Əgər Ermənistanda irəliyə doğru hərəkəti revanşizm əngəlləyirsə, qoy istədiklərini etsinlər. Ancaq onun yanında nəinki inkişafa davam edəcək, həm də dünyanın digər ölkələri, o cümlədən Rusiya ilə sıx əlaqədə olacaq Azərbaycan və Türkiyə var.

Ermənistan Rusiyanın müttəfiqidir, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində də. Amma İrəvan əməkdaşlığa yox, Moskvadan yardım almağa köklənib. Rusiya isə həmişə kömək etməyəcək. İndi bütün beynəlxalq münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin institusional dizaynı dəyişir. Amma Ermənistanda nədənsə buna əhəmiyyət vermirlər.

Amma Azərbaycan və Türkiyə başa düşürlər ki, Qərbin olmadığı yeni iqtisadi birliklərdə və modellərdə qarşılıqlı faydalı əsaslarla iştirak etmək lazımdır. Ermənistanda isə iqtisadi yardıma (Rusiya Federasiyasından - red.) öyrəşiblər, qisas almaqdan danışırlar, amma bunlar boş şeylərdir.
Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Gundem.az-a müsahibə verib.

Materialı təqdim edirik:

– Arif bəy, Laçının Azərbaycana qaytarılmasına sayılı günlər qalıb. Laçın dedikdə ilk yada düşən şəxslərdən biri sizsiniz. İstərdim ki, 30 il öncəyə qayıdaq. Laçının müdafiəsinə cavabdeh olan şəxs kimi sizin işğala münasibətinizi bilmək maraqlı olardı…

– Mən Laçın şəhərində doğulmuşam, laçınlıyam. Hələ sovet dövründə rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini olmuşam. 1988-ci ilin iyununda Laçın rayon Xalq Cəbhəsini yaratmışam və ona başçılıq etmişəm. Cəbhənin İdarə Heyyətinin üzvü seçilmişəm. Sonrakı fəaliyyətim barədə isə yəqin ki, məlumatınız var. Bəli, mən Laçının müdafiəsinə cavabdeh şəxs olmuşam. Laçın işğal olunandan sonra 1993-cü ilin avqust ayında ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunmuşam. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmışam. Daha sonra özüm məhkəməyə müraciət etmişəm ki, barəmdə istintaq aparılsın, hökm verilsin. 1995-ci ilin mayında bəraət almışam.

– Qayıdaq Laçının işğalına…

– Bəli, mən hələ o zaman da bildirmişəm ki, Laçını ermənilərə Rusiyaya bağlı qüvvələr verdi. O vaxt həm siyasi, həm də hərbi rəhbərlikdə Rusiyaya bağlı olan qüvvələr vardı.

– Bəlkə konkret ad çəkəsiniz?
– 4-cü istiqamət üzrə ərazinin məsul komandiri Elbrus Orucov, onun təsiri altında olmuş, hazırda Rusiyada yaşayan Şahin Musayev. Bunlar Laçının verilməsində bilavasitə günahkar olan şəxslərdir. Rusiya imkan vermədi ki, o adamlar həbs edilsinlər.

– Bəs, sizi niyə həbs etdilər?

– Mən Laçın alayının komandiri idim. Amma Laçının işğalından 18 gün qabaq vəzifəmdən kənarlaşdırılmışdım. Qərargah rəisi Şahin Musayev milli adamları sevmirdi, ona görə də onları ordudan uzaqlaşdırırdı. Milli məfkurəli adamlar ya işdən çıxarılırdı, ya həbs edilirdi, ya da öldürülürdü. Rusiya KQB-si Azərbaycanda at oynadırdı. Mənə qarşı gülünc ittihamlar irəli sürülmüşdü. Üst-üstə 5 il həbsdə qaldım. Milli Məclisin amnistiyası ilə azadlığa çıxmışam. Bizə qarşı repressiya aparanlar 2017-ci ildə Tərtər hadisələrini törədən şəbəkə idi. Milli motivli düşmənçilik, qisasçılıq aparırdılar bizə qarşı. Şükürlər olsun ki, bunlar keçmişdə qaldı. Və biz bu gün doğma Laçınımıza qayıtmaq ərəfəsindəyik.

– Siz Qarabağın işğalını Rusiyanın üzərinə atırsınız. Nə dəyişdi ki, 2020-ci ildə Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinə mane ola bilmədi?

– Burada bir neçə səbəb var. Ermənistandakı siyasi vəziyyət, Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətlər və Rusiyanın əvvəlki imkanlarının olmaması. Bu gün Rusiyanın başı öz problemlərinə qarışıb. Rusiyanın türk nəfəsliyi qalıb. Putin ağılsız deyil ki, o nəfəsliyi bağlasın. Bizim qələbəmizin 3 əsas səbəbkarı var. Ali baş komandan ordu və xalq.

– Vaxtilə Xətai rayonunun prokuroru olmuş, hazırda mühacirətdə yaşayan həmyerliniz Mahir Cavadov da sizi Laçını ermənilərə verməkdə ittiham edirdi. Buna münasibətiniz necədir?

– Mənim həbsimin səbəbkarlarından biri də elə Mahir Cavadovdur. Cavadovlar mənim mərhum prezident Heydər Əliyevə qarşı guya terror planımın olması barədə yuxarılara məlumat verdilər və həbsimə bais oldular. Amma sonradan günahsızlığım təsdiq olundu. Ümumiyyətlə, Mahir Cavadovun ağılı yerində deyil. Ağzına gələni danışır. Mən Mahirə təklif etmişdim ki, gəl təkbətək görüşək. Qorxdu, gəlmədi.

– Hazırda ermənilər Laçın şəhəri və ətraf kəndlərdəki evləri yandırırlar. Azərbaycan ordusu bu prosesin qarşısını ala bilərmi?

– Ermənilər eyni vandallğı 2021-ci ildə Kəlbəcərdə də törətmişdilər. Biz imkan verməməliydik ki, ermənilər oranı yenidən odlasınlar. Özümüzü hədsiz humanist kimi göstəririk. Amma unutmamalıyıq ki, özümüzü nə qədər humanist aparsaq belə, Qərbin, Rusiyanın bizə münasibəti dəyişməyəcək. Biz milli iradəyə, daxili gücə güvənməliyik. Biz mütləq yeni Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi qurmalıyıq. Bunu etməsək ermənilər Qarabağda min hoqqadan çıxacaqlar. Yandırmaq, qırmaq, məhv etmək erməni xislətinin göstəriciləridir.

– Əhalinin Laçına qayıdışını necə görürsünüz? Sizcə, qısa müddət ərzində əhali yurd-yuvalarına qayıda biləcəkmi?

– Mən də istərdim ki, əhali Laçına tez qayıtsın. Amma bu proses bizdən asılı olmayan səbəblərə görə çətindir. Ərazilər minalanıb, ev yox, təsərrüfat yox. Yəqin ki, dövlətin qayıdışla bağlı müəyyən proqramları var. Bir neçə gün öndə “Qaçqınkom”da Laçın, Zabux və Sus kəndlərinin sakinlərilə görüş oldu. Görünür, hökumət Laçın sakinlərini daha tez yerləşdirmək istəyir. Əhalinin Qarabağa köçürülməsi dövlətimizin mövqelərinin orada daha da güclənməsinə səbəb olacaq.

– Sizin Laçındakı eviniz qalırmı?

– Ermənilər Laçına girəndə, bəlkə də ilk yandırdıqları ev mənim evim olub. Onlar məni yaxşı tanıyırdılar. Laçın Alayının komandiri olmuşam. Ermənilərə qarşı bir sıra uğurlu əməliyyatlarımız olub. Onlar məndən qisas almaq istəyirdilər. Həm o vaxtı Dağlıq Qarabağ muxtar vilayətinin erməni rəhbərliyi, həm də Ermənistanın xüsusi xidmət orqanları məni axtarırdılar. 1988-dən mən Qarabağın müdafiəsinə qalxmışam. 88-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat yaratdım. 88-də AXC-nin Laçın rayonu üzrə müdafiə komitəsini yaratmışam. Komitənin sədri olmuşam. İlk milli əsgər marşımız mənin komandiri olduğum alayda səsləndirilib. Azərbaycan DTX-sı, milisi, siyasi rəhbərliyi bizim əleyhimizə idi. Bir tərəfdən də ermənilər ayağa qalxmışdılar. Yəni ermənilər üçün mən sıradan biri olmamışam. Laçına qayıdaq, daha gözəl evlər tikərik.

– Hazırda Dağlıq Qarabağda erməni separatçılarına rəhbərlik edənlərdən kimləri tanıyırsız? Onlarla təmaslarınız olubmu?

– Mənim şəxsən tanıdığım separatçı ermənilərdən çoxu bu gün dünyada yoxdur. Sərkisyanı, Köçəryanı biz adam yerinə qoymurduq. Bizim heç vaxt ağlımıza gəlməyib ki, 60 minlik bir toplum Azərbaycanı məğlub edə bilərdi. Təbii ki, onları Rusiya idarə edirdi. Onda Araik-zad tanınmırdı. Kim idi ki, o? İnşallah, onun da cəzası veriləcək. Mən Xankəndidəki ermənilərin gələcəyini Qarabağda görmürəm. Heç ermənilər də bizimlə bir yerdə qalmaq istəmirlər. Mən həmişəm qeyd etmişəm ki, Qarabağ erməniləri üçün xilas yolu Azərbaycan vətəndaşlığıdır.

 
Ardını oxu...
“TikTok” proqrama mətn əsasında şəkil yarada bilən süni intellekt aləti əlavə edib.

Yeni effekt “AI greenscreen” adlanır.

Ondan istifadə üçün istədiyiniz şəklin təsvirini mətn formasında yazmalı və proqramın onu yaratmasını gözləməlisiniz.

“TikTok” tərəfindən yaradılan şəkillər video fon kimi istifadə edilə bilər.

Proqram abstrakt təsvirlər təqdim etsə də, açıq şəkildə erotik və ya zorakı görüntülər yaratmır.
Ardını oxu...

Mənbə: ferra.ru
 
 
 

Ardını oxu...
“İran regionda coğrafi sərhədlərin dəyişdirilməsi ilə qəti şəkildə razılaşmayacaq”. Xatırladaq ki, bunu keçən həftə İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

Rəisi iki ölkəni bir-biri ilə tarixi və dərin əlaqələr bağladığını qeyd edərək, Tehranla İrəvan arasında daimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra İslam Respublikasının prezidenti son günlər Qafqaz regionunda müşahidə olunan gərginliyə toxunub.

“Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu atəşin dayandırılması barədə üçtərəfli bəyannamə imzalayan ölkələrin sazişin müddəalarına hörmətlə yanaşması və qalan problemləri dialoq və diplomatik vasitələrlə həll etməsidir. İran heç bir halda regionda coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir”, – deyə İbrahim Rəisi bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı “son günlər Azərbaycanla gərginləşən vəziyyətlə bağlı” ətraflı məlumat verib.

Paşinyan Tehran-İrəvan münasibətlərinin inkişafından da məmnunluğunu bildirib.

Onun sözlərinə görə, İrəvan iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yollar və energetika sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

Burada ən maraqlı məqam İran prezidentinin konkret nə demək istədiyi ilə bağlıdır? O, hansı sərhəd dəyişikliyindən danışır? Sərhəd dəyişikliyini kim istəyir? Tehran doğrudanmı hesab edir ki, Azərbaycan Ermənistanın Sünik bölgəsini, Zəngəzuru ələ keçirməyi planlaşdırır? Yoxsa bu, başqasına xəbərdarlıqdır? Amma kimə?

Bəlkə Rəisinin bu çıxışı “Azadlıq” radiosunun erməni xidmətinin Meğri şəhərinin hakimiyyət orqanlarına istinadla verdiyi son xəbərlə bağlıdır? Orada deyilir ki, Rusiya sərhədçiləri bir müddət əvvəl Sünik bölgəsinin yollarında, Meğridən Aqarağ, Şvanidzor, Alvank, Nrnadzor istiqamətinə gedən yollarda beş modul keçid-buraxılış məntəqəsi quraşdırıblar.

Bu mənbələrə görə, Rusiya FTX-nin sərhədçiləri bütün vətəndaşları və nəqliyyat vasitələrini saxlayıb yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verirlər. Bundan əvvəl Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdilər.

Ermənistandakı bir sıra siyasi qüvvələr rus sərhədçilərinin bu yola nəzarət etməsi xəbərini yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər. Dia.az xəbər verir ki, politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:

– Burada çoxlu suallar ortaya çıxır. İran prezidenti bunun mətbuata çıxacağını bilə-bilə niyə belə bir bəyanat verib? Düşünürəm ki, bu, əvvəlcədən razılaşdırılıb, əks halda Rəisinin bu sözləri ictimaiyyətə açıqlanmazdı. Və çox güman ki, bu, Azərbaycana ünvanlanmayıb. Düşünürəm ki, bu mesaj ilk növbədə Ərdoğanın Putinlə Soçi görüşündən sonra Rusiya və ya Türkiyəyə ünvanlanıb. Soçi görüşündən sonra Rusiyanın liberal dairələrində belə şərhlər yayılmağa başlayıb ki, guya Türkiyə lideri Rusiyanı üstələyib, Putin Türkiyədən dəstək müqabilində Cənubi Qafqaz və Suriyada mövqelərini təhvil verir.

Biz Türkiyə rəsmilərinin Rusiyaya qarşı bir sıra yumşaq bəyanatlar səsləndirdiyinin şahidi olduq və mümkündür ki, bunu rəhbər tutan iranlılar indi Rusiyanın Türkiyəyə müəyyən güzəştlərə gedəcəyini düşünürlər. Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması qorxusu ilə bağlıdır. Və ola bilsin ki, Rusiya sərhədçilərinin Meğridəki sərhəd məntəqələrini nəzarətə götürməsi İranda narazılığa səbəb olub. Axı İranın Rusiya ilə əməkdaşlığı və tərəfdaşlığı çox şərtlidir. Mən həmişə bunu demişəm. Hətta Suriyada onların öz aralarında o qədər dərin ziddiyyətləri var ki, Rusiya İsrail təyyarələrinə orada yerləşən İran hərbi obyektlərini və İranpərəst qüvvələrə məxsus bazaları bombalamağa icazə verir. Yəni, bəlkə də ilk növbədə regionda gedən prosesləri bu cür qavraması Tehranın Moskvaya inamsızlığını artırır. İkincisi isə Tehran hesab edir ki, Ankara ilə Moskva arasında Türkiyənin bölgəyə buraxılması ilə bağlı hansısa gizli razılaşması var.

Məncə bütün bunlar bir qədər şişirdilib. İlk növbədə, Rusiya bir çox sahələrdə kifayət qədər mürəkkəb geosiyasi oyun oynayır və mən Rusiyanın istər Suriyada, istərsə də Cənubi Qafqazda Türkiyəyə hər hansı güzəştə gedəcəyini düşünmək fikrindən uzağam. Çünki Cənubi Qafqazın itirilməsi Moskva üçün Stavropola qədər bütün torpaqların, yəni eyni zamanda Şimali Qafqazın itirilməsi demək olacaq.

İran anlayır ki, bu gün Rusiya Federasiyası üçün Tehranla razılıqdansa, Ankara ilə razılığa gəlmək daha vacibdir. Çünki Ankara da Moskva ilə ikili-üçlü oyun oynayır. Yəni demək istəyirəm ki, bu, Türkiyədən çox Rusiyaya mesajıdır. Rusiya FTX qoşunlarının Ermənistanda hərəkəti, yeni sərhəd məntəqələrini nəzarətə götürməsi Tehranın sonda Rusiya Federasiyasının Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyindən ehtiyatlanmasına səbəb olur. İran bunu istəmir – Xamneyi Putin və Ərdoğanın Tehrana səfəri zamanı açıq şəkildə bildirmişdi. Rəisi isə daha da irəli gedərək bunu daha sərt formada təkrarlayır.

Amma tutaq ki, İran bunu istəmir. Deyək ki, həqiqətən də regionda sərhədlərə bəzi dəyişikliklər edilməsi güman edilir (baxmayaraq ki, mən bunu tamamilə qəbuledilməz və qeyri-mümkün hesab edirəm, çünki Ermənistan müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi qəbul edilir) – amma bu halda belə, Tehranın fikri sonuncu olaraq soruşulacaq. Belə bir şey olarsa, çətin ki, kimsə İranla hesablaşsın. Baxmayaraq ki, bunun baş verəcəyini düşünmürəm.
 
Ardını oxu...
DİA.AZ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Hafta.az-a müsahibəsini təqdim edir:

- Musa müəllim, məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Belə ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addımın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, hökumət tərəfindən müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün daha hansı dəstək proqramları nəzərdə tutulur?

- Qarabağ müharibəsi şəhidləri, qaziləri, müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləridir. Onlara həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən yüksək səviyyədə qayğı və diqqət göstərilir. Azərbaycan qanunvericiliyi ilə bu kateqoriyadan olan insanlara bir sıra güzəşt və imtiyazlar müəyyən edilib. Eyni zamanda, cənab Prezidentin Fərman və Sərəncamları ilə onların pensiya təminatı, müavinət və təqaüd təminatı yüksək səviyyədə həyata keçirilir. Qarabağ qaziləri və şəhid ailələri üzvləri ən yüksək Prezident təqaüdü və pensiya ilə təmin olunmuşlar. Bu qəbildən olan insanlara bir sıra aktiv və passiv sosial müdafiə tədbirləri nəzərdə tutulub və ardıcıl olaraq həyata keçirilir. Həmin tədbirlərdən də biri bu yaxınlarda cənab Prezidentin Sərəncamı ilə artıq həyata keçirilməyə başlayan Birinci Qarabağ müharibəsi qazilərinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır. Məlumdur ki, Birinci Qarabağ müharibəsi bitəndən sonra həmin dövrdə şəhid olanlar üçün 11 min manat sığorta haqları ödənilmişdi. O proses bitənə yaxın artıq Vətən Müharibəsi başladı. Vətən Müharibəsi şəhidlərinin və qazilərinin də problemlərinin həlli istiqamətində dövlətin xeyli büdcə yükü yaranmışdı. Lakin buna baxmayaraq Birinci Qarabağ müharibəsində qazi olan, sağlamlığını itirən və əlillik dərəcəsi alan insanlara da dövlətin qayğısı olaraq I dərəcə əlilliyə görə - 8 800, II dərəcə əlilliyə görə - 6 600, III dərəcə əlilliyə görə - 4 400 manat olmaqla sığorta ödənişi həyata keçirilməyə başlanmışdır. Bu da cənab Prezidentin sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Demək olar ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi qazilərinin və şəhidlərinin mənzil təminatı da yüksək səviyyədə həyata keçirilir. Artıq 2014-cü ilə qədər növbəyə duran şəhid ailələri və qazilərin hamısı mənzillə təmin olunub. Eyni zamanda, İkinci Qarabağ müharibəsi şəhid ailələrinin hamısına artıq mənzillər verilib. Birinci Qarabağ müharibəsi qazilərinin isə 2024-cü ilə qədər hamısının mənzillə təmin olunması barədə cənab Prezident göstəriş verib və hal-hazırda bu proses davam edir. İndiyə qədər ehtiyacı və tibbi göstərişi olan 7500-dən çox Qarabağ müharibəsi qazisinə minik avtomobilləri verilib ki, bunların da böyük əksəriyyəti Birinci Qarabağ müharibəsinin qaziləridir. Matorlu araba və ən yüksək səviyyədə, yəni, dördüncü nəsil rəqəmsal texnologiyalar əsasında işləyən protezlərlə təminatda da həm Vətən Müharibəsi, həm də Birinci Qarabağ müharibəsi qaziləri bu qayğı ilə əhatə olunmuşdur. Onların övladlarının təhsil haqlarının özəl ya dövlət universitetlərində oxumaqlarından asılı olmayaraq dövlət tərəfindən ödənilməsi, güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə torpaq sahələrinin ayrılması, kiçik biznes qurmaq məqsədilə istər Sahibkarlığa Kömək Fondundan güzəştli şərtlərlə biznes kreditləri verilməsi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramına növbədənkənar cəlb olunması və ilk növbədə təmin olunması, sanatoriya, kurort müalicəsi, ölkə daxilində müalicəsi olmayanların xaricə göndərilməsi və dövlət büdcəsi hesabına müalicəsinin təmin edilməsi və digər sosial müdafiə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Və bu cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara qayğısının, diqqətinin nünunəsi olaraq bütün Azərbaycan cəmiyyətinə bir mesajdır ki, həmin insanlar bizim torpaqlarımızın işğaldan azad olunmasında, Vətənimizin qorunmasında, ərazi bütövlüyünün təmin olunmasında həyatlarını, sağlamlıqlarını itiriblər, xəsarət alıblar. Və cəmiyyətin hər bir üzvü də bu insanlara yüksək qayğı göstərməlidir. Yəqin ki, bu proses davam edəcək və bundan sonrakı dönəmlərdə də həmin insanların istər pensiyalarının, müavinət, təqaüdlərinin artırılması, istər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də iş yerləri ilə təmin olunması istiqamətində dövlətin siyasəti davam edəcəkdir.

- Hazırda digər ölkələr kimi Azərbaycanda da sürətli inflyasiya prosesi gedir. Hökumətin antiinflyasiya tədbirlərini nə dərəcədə effektli hesab etmək olar? Sizcə, bu istiqamətdə əlavə olaraq daha hansı addımların atılmasına ehtiyac var?

- Hesab edirəm ki, hökumətin antiinflyasiya tədbirləri öz nəticələrini verməkdədir. Artıq proqnozlaşdırılan kimi inflyasiyanın artım sürəti aşağı düşüb və ilin ikinci yarısında və ilin sonuna qədər inflyasiyanın daha aşağı tempdə olacağı gözlənilir. Buna görə də ərzaq məhsullarının, xidmətlərin qiymətinin artımı ilə əlaqədar hökumətin gördüyü tədbirlər, atdığı addımlar o cümlədən əmək haqlarının, təqaüdlərin artırılması, pensiyaların məbləğinin artırılması istiqamətində görülən işlər bundan sonra da davam edəcək. Əgər ehtiyac yaranarsa belə bir dövlət proqramı da qəbul oluna bilər. Və yaxud da cənab Prezidentin Sərəncamı ilə müvafiq qurumlara tapşırıqlar da verilə bilər. Xatırlayırsınızsa, ötən ilin oktyabrın 16-da ölkə Prezidentinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi və inflyasiya şəraitində vətəndaşların sosial rifahının qorunması” ilə bağlı Sərəncamı olmuşdu. Həmin Sərəncama müvafiq olaraq bu ilin əvvəlindən əmək haqlarının artırılması, pensiya, təqaüd və digər sosial ödənişlərin artırılması baş vermişdir. Amma hələlik proseslər hökumətin nəzarəti altındadır və hökumətin ilin sonuna qədər verdiyi proqnozlar özünü doğruldur. Və inflyasiyanın orta məbləği təxminən 12-13 faiz olacağı gözlənilir.

- İnflyasiya fonunda minimum əməkhaqqı və pensiyaların yenidən artırılması gündəmdədirmi?

- Azərbaycan qanunvericiliyinə görə, minimum əməkhaqqı ildə bir dəfə dövlət büdcəsi müzakirə olunarkən yaşayış minimumuna uyğun olaraq nəzərdə tutulur. Eyni zamanda, ehtiyac meyarı da həmin dövrdə qanunla müzakirə olunur. Hələlik bu məsələ gündəlikdə deyil. İstər yaşayış minimumunun, istər ehtiyac meyarının artırılması məsələsi yəqin ki, payızda dövlət büdcəsi müzakirə olunarkən gündəmə gələ biləcək.

- Son günlər ölkədə koronavirusa yoluxanların sayı yenidən artır. Belə fikirlər var ki, payızda təkrar karantin rejimi tətbiq oluna bilər. Sizcə, yoluxma tendensiyası bu şəkildə davam edərsə yenidən sərt karantin barədə qərar qəbul oluna bilərmi?

- Təəssüf ki, bütün dünyada koronavirus pandemiyası hələ də davam edir. Azərbaycanda da son ay ərzində yoluxma hallarının artması müşahidə olunur. Düzdür, indi yoluxmaya səbəb olan geniş yayılmış omikron ştammı nisbətən yüngül keçir, fəsadları azdır, ölümə nadir hallarda rast gəlinir. Amma bu heç birimizi arxayın salmalı deyil. Hesab edirəm ki, vaksinasiya prosesi bundan sonra da davam etməlidir. Payızda soyuqların düşməsi ilə əlaqədar olaraq hansı tədbirlərin görülməsini də yəqin ki, Operativ Qərargah özü müəyyən edəcəkdir.

Dünyapress TV

Xəbər lenti