Ardını oxu...
Azad İsazadə: “Vətənprvərliklə paralel, gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik”

“Vətənpərvərlik bəzən mənfi rol da oynaya bilər. Belə deyək, vətənpərvərlik varsa, bacarıq yoxdursa, insanlar sadəcə şəhid olacaqlar, nəticə əldə olunmayacaq”

Gənclərimizin milli ruhda yetişməsi dövlətimizin gələcəyi üçün mühüm amildir. Amma, əksər ekspertlər bu fikirdədir ki, bunun üçün valideynlərin özləri də maariflənməlidir. Yəni valideyn hələ məktəb yaşlarına qədər övladında vətənə məhəbbət, millətinə doğmalıq hisslərini aşımalıdır. Qeyd etdiymiz kimi, sağlam ruhlu gənclərin yetişməsi cəmiyyətin inkişafına müsbət təsir göstərir. Həmçinin, cəmiyyətdə nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına və onların vətənpərvərlik hisslərinə də böyük təsir edir. Odur ki, vətənə bağlılıq, vətən sevgisi, vətənpərvərlik ruhunun yüksəldilməsi hər bir vətəndaşın mənəvi borcudur. Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan gənclərinin vətənpərvərliyinin, milli mənlik şüuruna sahib olmasının əyani şahidi olduq. Təsadüfi deyil ki, bəzi hallarda hərbi xidmətdən yayınmağa meyilli olan gənclər belə, könüllü olaraq savaşa qatılmağa, torpaqlarımızın işğaldan azad olunması yolunda ölüb-öldürməyə hazırı idi.

O da şübhəsizdir ki, ailəsinə dəyər verməyən, valideynləri ilə münasibətləri yaxşı olmayan bir gəncin milli mənlik şüurundan, vətənə məhəbbətindən danışmaq olmaz. Ailədə düzgün tərbiyə edilmiş uşaq gözəl əxlaqa və vicdana sahib olur. Əxlaqlı və vicdanlı gəncin milli mənlik şüuru da yüksək olur.

Məsələni psixoterapevt, hərbi ekspert Azad İsazadə ilə müsahibəmizdə müzakirə etməyə çalışdıq.

- 44 günlük Vətən Müharibəsində Azərbaycan gənclərinin vətənpərvərlik səviyyəsinin inkişafı, gənclərimizin düşmənə qarşı savaşmağa hər an hazır olduğu kimsəyə sirr deyildi. Sizcə, ölkəmizdə vətənpərvərliyin inkişafı üçün bu prosesin davamı olaraq daha hansı tədbirlər görülməlidir?

- Əvvəla, biz başa düşməliyik ki, vətənpərvərliyin inkişafı üçün istər dövlət, istər də cəmiyyət arasında iş aparılmalıdır. Amma bu, kortəbii bir prosesdir, sadəcə, ona istiqamət vermək olar. Yəni onu yaradıb, ya da gücləndirmək bəzən çətin olur.

44 günlük müharibədə biz 30 il ərzində uduzmuş ölkənin vətəndaşları kimi, uzun müddət məğlubiyyət hissi yaşamışıq. Hətta bəzi hallarda heç inanmırdıq ki, bizim nəsil Qarabağ məsələsini həll edəcək, torpaqlarımızı alacaq və biz bunun şahidi olacağıq. Yadınızdadırsa, müharibədən öncə, iyul hadisələrində də gənclər küçəyə tökülmüşdü. Bunu hardasa etiraz aksiyası kimi qiymətləndirə bilərik. Onların bu vətənpərvərlik hisslərini yaxşı ki, söndürmədik, onları cəzalandırmadıq.

2 ay sonra - müharibə zamanı həmin gənclər könüllü olaraq orduya qatıldılar. Səfərbərlikdən qaçmayan gənclərin sayı o qədər çox idi ki… Hətta onları evə qaytarırdılar ki, gözləyin, lazım olsa çağıracağıq. Deməli, bu proses hardasa cəmiyyətin içində inkişaf edirdi və hansısa səbəb olmalı idi ki, onu üzə versinlər.

Sonrakı proseslər də göstərdi ki, bu oyanma və qələbə hissiyyəti tez sönmədi. Hətta sonrakı döyüşlərdə, 2023-cü ilin sentyabr hadisəsində də Qarabağ tam azad olunanda - söhbət Xankəndi və Xocalıdan gedir - bir günlük döyüşlərdə şəhid verməyimizə baxmayaraq, növbəti qələbəni yaşadıq.

- Necə düşünürsünüz, uşaqların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ailədən, yoxsa təhsil ocağından başlamaq lazımdır?

- Sözsüz ki, ailədən. Cəmiyyətdən, məktəbdən, ümumiyyətlə təhsil ocaqlarından da hardasa asılılıq var. Onlar sözsüz ki, buna təsir göstəməlidirlər. Amma sırf hərbi baxımdan biz başa düşməliyik ki, yalnız vətənpərvərlik üzərində işi qurmaq azdır. Söhbət ondan gedir ki, vətənprvərliklə paralel, bizim gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik. Çünki vətənpərvərlik uzun müddət ordunu qidalandıra bilməz. Vətənpərvərliklə yanaşı, peşəkarlıq da lazımdır. Söhbət zabitlərdən getmir, zabitlərin peşəkarlığı öz yerində. Söhbət döyüş bacarığı peşəkarlığından gedir. İnsan atəşə öyrəşməyibsə, döyüşü necə aparmağı bacarmırsa, o, sadəcə özünü qurban verəcək, amma heç nə əldə edə bilməyəcək. Deməli, hazırlıq ondan ibarətdir ki, döyüşə gedib, ordan sağ-salamat çıxmaq bacarığı olmalıdır. O zaman itki də, sarsıntı da az olacaq.

Vətənpərvərlik bəzən mənfi rol da oynaya bilər. Belə deyək, vətənpərvərlik varsa, bacarıq yoxdursa, insanlar sadəcə şəhid olacaqlar, nəticə əldə olunmayacaq.

- Siz qeyd etdiniz ki, vətənprvərliklə paralel, gənclərdə döyüşə hazırlığını, müharibə aparmaq hazırlığını da inkişaf etdirməliyik. Orta və ali məktəblərdə hərbi dəslərin ləğvi gənclərimizin döyüş hazırlığına mənfi təsir göstərirmi?

- İstər orta məktəbdə, istər ali məktəbdə sovet vaxtında da keçdiyimiz hərbi hazırlıq natamam idi. Hə, nə isə öyrədirdilər, avtomatı yığıb-sökmək və s. Amma konkret hərbi qulluğu öyrənmək hər bir gənc üçün vacibdir. Əsasən də onları öyrədən zabitlərin, ya da müharibə görən insanların məsləhəti və nə isə göstərməsi, nəyi necə etməsini öyrətməsi və s. onların inkişafında çox mühüm rol oynayır. Bu baxımdan, İsrailin təcrübəsini nümunə kimi gətirim. Orada kişi-qadın fərq etmədən, bütün gənclər hərbi qulluğu keçir, müharibədən asılı olmayaraq. İl ərzində bəzən 4-6 ay “rezervistlər” kimi hərbi hazırlıq keçirlər. O cümlədən, hərbi qulluq edirlər. Avtomatla, texnika ilə işləyir, sabah lazım olanda da hər biri nəyi necə etməli olduğunu bilir.

Hazırda Azərbaycan üçün böyük təhlükə yoxdur. Amma nəyin hesabına böyük təhlükə yoxdur? Çünki bizim hal-hazırda döyüş qabiliyyəti yüksək gücə malik ordumuz var. Amma aydındır ki, 10 ildən sonra indi qulluq edən insanlar yaşına görə yavaş-yavaş ordudan uzaqlaşacaq və onların əvəzinə yeni hərbçilərimizi, yeni əsgərlərimizi yetişdirməliyik.

- Bu gün çox təəssüflə qeyd etməliyik ki, ölkədə vətənpərvərlik ruhunun inkişafına ən çox təkan verməli olan televiziyalar, əksinə, yeni-yetmə və gənclərin əxlaqını pozan, onları zərərli vərdişlərə yönləndirən yerilişlərə üstünlük verirlər. Belə bir vəziyyətdə gənc nəslin milli mənlik şüurunu inkişaf etdirmək mümkündürmü?

- Televiziyaların vaxtilə böyük təsiri var idi, amma bu təsir yəqin ki, 20-ci əsrdə qaldı. Bu gün televiziya kanallarına baxan azdır, əsasən də gənclər arasında. Gənclər internetdədir, YouTube-dadır. Kinoya baxmaq istəyirsə, televizoru yox, telefonunu yandırır və istər YouTube-da, istər Netflix-də istədiyi filmə, ya da verilişə baxa bilər. Ona görə, televiziya bu gün vətənpərvərlik baxımından heç bir rol oynamır. Çünki praktiki vətənpərvərliklə bağlı heç bir fərdi layihə, veriliş də yoxdur, amma baxan da yoxdur. Baxan var, amma azdır və bizim 21-ci əsrin gənclərinin oturub uzun-uzun verilişlərə baxmağa səbrləri yoxdur və ona tələbat da yoxdur. Onlar daha çox TikTok-da, ya da YouTube-da qısa şortlara baxır və burada onlara kifayət edən məlumatı əldə edə bilirlər.

Deməli, biz təbliğatı da düzgün başa düşməliyik. Daha vacib olardı ki, o təbliğatı müasir kommunikasiyalarda aparaq.
“Hürriyyət”
 

Ardını oxu...
  

Ukraynanın birinci xarici işlər nazir müavini Sergey Kislıtsa “Ми — Україна” telekanalına müsahibəsində İstanbulda Rusiya ilə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi görüş zamanı "təhqir, təhdid, kinayə və mənəviyyatsız bəyanatlarla dolu" çıxışlar edib.

Kislıtsa bildirib ki, Rusiya nümayəndə heyəti danışıqlar zamanı dörd Ukrayna vilayətinin “tələb olunduğunu”, sabah isə bu sayın altı və ya səkkizə çatacağını “proqnozlaşdırıb”. O, həmçinin rus nümayəndələrinin Ukrayna tərəfini hədələdiyini və bəzi nümayəndələrin “yaxınlarını itirə biləcəkləri” ilə təhdid olunduğunu təsdiqləyib.

Ən sarsıdıcı məqamlardan biri isə Rusiyanın nümayəndə heyətinin rəhbərinin dediyi sözlər olub:

“Bu müharibədir, burada ruslar rusları öldürür”.

Kislıtsanın sözlərinə görə, bu cür ifadələrlə Rusiya tərəfi Ukrayna xalqının mövcudluğunu belə inkar edir:

“Onlar üzünə baxaraq deyirlər: ‘Sən ukraynalı deyilsən, sən – russan’. Bu, bir xalqın varlığını inkar etməkdir”.

 

 
 
 
 
 

 

Toğrul İSMAYIL,
Musavat.com

 
 
 
Ardını oxu...
Braziliyalı futbolçu Filipe Koutinyonun müsahibəsi zamanı silahlı atışma baş verib.

“Qafqazinfo” xəbər verir ki, atışma səsləri bir neçə dəfə təkrarlanıb və 33 yaşlı yarımmüdafiəçinin müsahibəsi yarıda dayandırılıb.

Qeyd edək ki, Koutinyo ötən il ölkəsinin “Vasko da Qama” komandasına transfer olunub.

 
Ardını oxu...
  

Musavat.com xəbər verir ki, Rusiyada keçirilən yeni ictimai rəy sorğusu Kreml üçün “ən böyük düşmənlər” və “ən yaxın dostlar” kimi qəbul edilən ölkələrin reytinqini ortaya çıxarıb. Nəticələr, Moskvanın beynəlxalq münasibətlərdəki prioritetlərini və ictimai baxışını aydın şəkildə nümayiş etdirir.

Ən böyük düşmənlər siyahısı:
1. Fransa – 48%
2. Böyük Britaniya – 42%
3. Almaniya – 41%
4. Ukrayna – 38%
5. ABŞ – 27%

Rusiyalıların yarısına qədəri Fransanı ən böyük təhlükə kimi görür. Avropa ölkələrinin siyahının önündə yer alması Qərblə münasibətlərdəki gərginliyi bir daha təsdiqləyir.
Burada müharibə apardıqları ölkənin -Ukraynanın düşmən siyahısında birinci olmaması da heyrət doğurur.

Ruslar üçün ən yaxın dostlar siyahısı:
1. Çin – 65%
2. Belarus – 41%
3. Hindistan – 26%
4. Şimali Koreya – 26%
5. İran – 16%

Xüsusilə Çin ilə münasibətlərdə ciddi sıçrayış qeydə alınıb – bu rəqəm 2022-ci illə müqayisədə 10 faiz bəndi artaraq 65%-ə çatıb. Şimali Koreyaya qarşı müsbət münasibətdə isə 22 faiz bəndi artım müşahidə olunub.

Analitiklər hesab edirlər ki, Rusiyanın Çini “ən yaxın tərəfdaş” kimi görməsi Qərbin sanksiyalarına qarşı alternativ güc mərkəzlərinin formalaşdırılması strategiyasına uyğun gəlir. Çin, Şimali Koreya və İranın ilk beşlikdə olması isə Qərblə açıq qarşıdurmaya girən ölkələrin Kreml üçün əsas dayaqlara çevrildiyini göstərir.
Diqqətçəkən bir detal: Azərbaycan və Cənubi Qafqaz siyahıda yoxdur

Qeyd etmək lazımdır ki, bu siyahılarda nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstanın adı çəkilmir – yəni Cənubi Qafqaz ölkələri nə “dost”, nə də “düşmən” kateqoriyasına daxil ediliblər. Bu isə, xüsusilə də Azərbaycan baxımından müsbət hal kimi qiymətləndirilə bilər. Təyyarə faciəsindən aonra Bakı və Moskva arasında son illərdə rast gəlinməyən soyuqlaşma rus xalqına sirayət etməyib. Eyni zamanda, rus ictimai rəyi Ermənistanı da ən yaxın dost siyahısında görmür...

Musavat.com

 
 
 


Sosial şəbəkələrdə "oxumasan sən də kuryer olacaqsan" sözlərini yazaraq gündəm olan gənc barədə xəbər var.

Bəs öz həyatının sükanını özü tutan bu gənc kimdir?

Musavat.com xəbər verir ki, “Xəzər Xəbər”ə danışan Ağa Aşımzadə yaşının az olmasına baxmayaraq kuryerlikdən əvvəl başqa ağır işdə işlədiyini deyir.

“Bu yazı nə kuryerliyə təhqirdi, nə peşəyə hörmətsizlik. Bu, bir xəbərdarlıqdır. Səni gözləyən yollar çoxdur. Seçim isə öz əlindədir”- deyir Ağa Aşımzadə.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik.

 

Ardını oxu...
“Hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib.

Müsahibimiz yazıçı Çingiz Abdullayevin mediaya verdiyi fikirlərini şərh edib.

Xatırladaq ki, Ç. Abdullayevin müsahibəsində Müşahidə Şurasının sədri olduğu vaxt “Neftçi” futbolçuları haqqında “klubdan kimisə əsgərliyə çağırırdılar, zəng edib saxladırdım” ifadəsindən istifadə etməsi ictimaiyyətin narazılığına səbəb olmuşdu.

X. Bəşirov Ç. Abdullayevin verdiyi müsahibə ilə tanış olduğunu diqqətə çatdırıb:

“O müsahibə ərzində və ya sanki müsahibənin təsiri altında bəzi fikirlər səsləndirib, “Neftçi” Müşahidə Şurasının sədri olarkən atdığı addımlardan bəhs edib. O, komandanın nəticələrinə, qələbələrinə töhfə vermək məqsədilə etdiyini dilə gətirir, amma təbii ki, hüquqa zidd fikirlər də səsləndirib. Hansı ki, kimisə orduya çağırıblar, zəng edib saxlatdırdığını qeyd edib. Bu, əslində, doğru fikir deyil. Bu cür ictimai nüfuzu olan və məsul vəzifədə çalışmış şəxs tərəfindən belə fikirlərin səsləndirməsi düzgün hərəkət deyil. Fərqi yoxdur, kimin harada olmasından asılı olmayaraq futbolda və ya digər idman növlərində hansısa şəxsləri ordudan saxlanılması məsələsinin bu formada primitiv şəkildə səsləndirilməsi hüquq və qanunazidd yanaşmadır”.
“Orduya çağırılan şəxsi saxlatdırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar mövcuddur. Bu hallardan başqa kiminsə ordudan saxlanılması qanunsuzdur. Düşünürəm ki, ola bilər, kimlərinsə idman sahəsinə töhfə verəcək yüksək istedada sahib olması amilini nəzərə alıb onun hərbi xidmətin təxirə salınması mümkündür, amma zəng və ya hansısa formada kimisə orduya aparmaqdan saxlatdırması doğru deyil”, – deyə o, əlavə edib.
X. Bəşirov qeyd edib ki, Ç. Abdullayevin bu fikirləri müəyyən şəxslərin orduya çağırılmasının qarşısını almağa çalışmağa təşviq etmək kimi anlaşıla bilər:

“Bu ifadələr xoşagəlməz olsa da, hərbi xidmətdən yayınmağa şərait yaratmaq kimi anlaşılır. Bəlkə də bunun təsərrüfatlarına varsaq, o zəngdən sonra müvafiq prosedurlar keçirilib, sənədlər təqdim olunub və prosedurlara riayət edilib. Bu baxımdan, mən təfərrüatlarına varmadan və qanunvericilikdə hansısa müddəaya istinad vermədən qeyd etmək istərdim ki, Azərbaycan Cinayət Qanunvericiliyində də hərbi xidmətdən yayınma birmənalı şəkildə qadağandır və bu cinayət məsuliyyəti yaradır. Bundan əlavə, hərbi xidmətdən yayınmağa şərait yaratmaq və buna xidmət göstərmək də məsuliyyət yaradan amillərdəndir”.

Ardını oxu...
  

Paşinyanın İTv-yə müsahibəsində deyə bilmədikləri...

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın mövcud konstitusiyasını dəyişmək prosesindəki tərəddüdünün əsl mahiyyətini şərh edib.

Musavat.com xəbər verir ki, sabiq diplomat bu fikirlərini İTv-də yayımlanan Ermənistan Baş naziri Nikol Paşinyanın son müsahibəsini izlədikdən sonra bildirib.

Zülfüqarovun fikrincə, Paşinyanın çıxışı göstərir ki, Ermənistan tərəfi Azərbaycanın əsas strateji hədəfini – ölkənin qərb və Naxçıvan hissəsi arasında birbaşa, təhlükəsiz və dayanıqlı əlaqənin qurulması planını hələ də ciddi təhlükə kimi görür.

“Əminəm ki, Ermənistanda çox yaxşı anlayırlar: Konstitusiya dəyişsə belə, Azərbaycan üçün hədəf dəyişmir. Biz bu məsələnin – iki hissəmizi ayıran süni sovet mirasının – tam və davamlı həllini görmədən münaqişəni bitmiş hesab etməyəcəyik”, – deyə Tofiq Zülfüqarov bildirib.

Sabiq nazirin sözlərinə görə, bu düşüncə Ermənistanda da reallıq kimi qəbul olunur və İrəvan artıq problemi danmaq yerinə, mümkün texniki həll yollarını müzakirəyə çıxarmağa meyllidir. Bu kontekstdə Zülfüqarov diqqəti əvvəllər Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfindən irəli sürülmüş bir ideyaya yönəldir:

“Ermənistan, təhlükələri və problemin gerçək ölçülərini anlayaraq, Koçaryanın vaxtilə təklif etdiyi variantı – eksteryal (əraziyə aid olmayan) tunel və ya estakada ideyasını yenidən gündəmə gətirə bilər. Hətta bu təklifi artıq veriblərmi – bilmirəm, mümkündür.”

Ardını oxu...

Tofiq Zülfüqarov

Zülfüqarov qeyd edir ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Onun fikrincə, Ermənistanın geosiyasi istiqamətində də yenidən dəyişikliklər baş verir – Paşinyanın qərbyönümlü ritorikasına baxmayaraq, rəsmi İrəvan artıq Moskvaya tərəf dönməyə başlayıb.

“Ermənistan "doğma liman" saydığı Rusiyaya geri dönür. Onların daim Rusiya ilə Qərb arasında ‘sarkaç’ kimi hərəkət etdikləri tarixdə dəfələrlə müşahidə olunub. İndi isə bu yeni mərhələdə ‘tunel’ ideyası əsas müzakirə predmeti ola bilər.”

Ardını oxu...

Zülfüqarovun bu açıqlaması Ermənistan-Azərbaycan normallaşma prosesinin yalnız hüquqi deyil, həm də geosiyasi, strateji və logistik komponentlərlə sıx bağlı olduğunu bir daha xatırladır.

Azərbaycan tərəfi uzun müddətdir ki, Zəngəzur dəhlizi məsələsini gündəmdə saxlayır və Naxçıvanla quru əlaqənin təmin edilməsinin sülhün əsas dayaqlarından biri olduğunu vurğulayır. Ermənistan isə bu məsələyə ya müqavimət göstərir, ya da yeni formalarda təqdim etməyə çalışır.

Tofiq Zülfüqarovun dilə gətirdiyi “eksteryal tunel” və ya “estakada” anlayışı texniki baxımdan alternativ keçid variantları kimi təqdim oluna bilər. Lakin burada əsas məsələ – həmin keçidin Azərbaycanın suverenliyi və təhlükəsizliyi baxımından effektiv və nəzarət altında olmasıdır.

Tofiq Zülfüqarovun bu fikirləri bir daha sübut edir ki, Paşinyanın konstitusiya dəyişiklikləri və digər kosmetik addımları hələ regionda uzunmüddətli sabitlik üçün yetərli hesab edilmir. Azərbaycan üçün ərazi bütövlüyü qədər, onun geostrateji bütövlüyü də önəmlidir. Zəngəzur məsələsi isə məhz bu bütövlüyün təməlidir.

Musavat.com

 
 
 
Ardını oxu...\
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son müsahibəsi bölgədə və Ermənistan daxilində mühüm siyasi rezonans doğurub. Açıqlamasında Köçəryan Ermənistanın yeganə xilası kimi Rusiyanı göstərərək, Moskva ilə sıx ittifaqa çağırış edib. Bu mövqe, Ermənistanın müstəqilliyi və qərbyönümlü siyasət yürütmək cəhdləri fonunda ciddi suallar doğurur. Köçəryanın bu bəyanatı Ermənistanın qarşıdan gələn parlament və ya prezident seçkiləri fonunda daha da təhlükəli görünür. Müşahidəçilər bu çıxışı seçki öncəsi ictimai rəyin formalaşdırılmasında bir vasitə kimi qiymətləndirirlər. Rusiyameyilli qüvvələrin aktivləşməsi və Moskvanın informasiya resursları üzərindən göstərdiyi təsir, Ermənistanın daxili siyasi sabitliyini zəiflətməkdədir. Köçəryanın açıqlaması Ermənistan daxilində seçki mübarizəsinin sərtləşəcəyindən xəbər verir. Onun “xilas yolu” kimi göstərdiyi Moskva modeli, əslində, Ermənistanın siyasi muxtariyyətini daha da məhdudlaşdırmağa xidmət edir.

Millət vəkili, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev Sherg.az-a bildirib ki, Koçaryanın hansı ölkənin tulası olmasından asılı olmayaraq, o bir cinayətkardır:

“Koçaryan tarix və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Onun ədalət qarşısında cavabı və məhkum olacağı gün də uzaqda deyil. Ermənistanda rusiyayönümlü revanşist qüvvələrin fəallaşması da yeni bir məsələ sayılmır. Yəni Paşinyan hakimiyyətə gələndən sonra onların fəallaşması zaman-zaman özünü göstəribdir. Burada əslində Paşinyan, Koçaryan və Serj Sarkisyan mübarizəsi gedir. Amma Ermənistan əhalisi xilasın harada olduğunu dərk edirlər. Onlar bilirlər ki, revanşistlərin yenidən hakimiyyətə qayıtması Ermənistan üçün yenidən fəlakətin başlaması deməkdir. 44 günlük müharibədən sonra ermənilər dəmir yumruğun da gücünü görüblər. Onlar hesab etməlidirlər ki, Ermənistanın xilası Azərbaycan-Türkiyə və bölgə dövlətləriylə sülh, əməkdaşlıq şəraitində yaşamaq ilə bağlıdır. Ermənistanın başqa xilas yolu yoxdur. Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, əməkdaşlıq yoluna getməlidir. Köçəryan isə son dövrlər Paşinyanın onlara qarşı ittihamlarını neytrallaşdırmaq və həbs təhlükəsindən yayınmaq üçün belə bleflər edir və Rusiyanı gündəmə gətirir. Təbii ki, Rusiyanın hazırda Cənubi Qafqazda maraqları var. Bu maraqlar naminə Rusiya tərəfi Ermənistandan zaman-zaman istifadə edib. Belə niyyətlər bundan sonra da olacaqdır. Amma reallıq onu göstərir ki, indi Rusiya Ukraynayla münasibətlərini tam aydınlaşdırmadan Ermənistanla özünə əlavə bir problem yaratmaqda maraqlı deyil. Buna görə də ən doğru yol Ermənistanın qısa müddət ərzində referendum keçirməsi, Azərbaycana qarşı ərazi iddialarını ləğv etməsi və Azərbaycanla davamlı sülh müqavirləsini imzalamaqdır”.
Ardını oxu...
Avstraliyalı alimlər Sü Yolu qalaktikasında indiyədək müşahidə edilməmiş, demək olar ki, mükəmməl kürə formasında olan supernova qalıntısını aşkar ediblər. Elm dünyası bu sirli quruluşun necə yarandığını anlamağa çalışır.

Uestern Sidney Universitetindən astrofizik Miroslav Filipoviçin rəhbərlik etdiyi tədqiqat qrupu qalaktikamızda fövqəladə dərəcədə simmetrik quruluşa malik bir supernova qalıntısı müşahidə edib. Qalıntıya qədim yunan dilində "mükəmməl" mənasını verən Teleios adı verilib.

Teleiosun özəlliyi yalnız forması ilə məhdudlaşmır. Əvvəlki supernova qalıntılarında rast gəlinən rentgen və görünən işıq yayımı bu quruluşda müşahidə olunmur. Teleios yalnız radio dalğaları yayır, bu isə onun sirrini daha da artırır.

Alimlər bu quruluşun Tip Ia supernova qalıntısı ola biləcəyini düşünürlər. Bu növ partlayışlar, ağ cırtdan ulduzların partlaması nəticəsində baş verir. Lakin məsələ tam aydın deyil.

Tədqiqatçılar Teleiosun dəqiq hansı məsafədə yerləşdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. İki fərziyyə var: ya 7 min, ya da 25 min işıq ili uzaqda yerləşə bilər.

Bu fərq, quruluşun ya 46 işıq ili diametrində gənc bir obyekt, ya da 157 işıq ili diametrində çox daha yaşlı bir obyekt olduğunu göstərir. Lakin hər iki halda belə simmetrik formanın necə qorunduğu izah edilə bilmir.

Başqa bir ehtimal isə onun Tip Iax supernova nəticəsində yaranmasıdır. Bu tip partlayışlarda ulduz tamamilə məhv olmur və "zombi ulduz" adlanan bir qalıq geridə qalır. Lakin bu ssenarinin doğru olması üçün Teleiosun daha yaxın – təxminən 3 min işıq ili məsafədə – olması lazımdır, mövcud məlumatlar isə bunu dəstəkləmir.

Əksər supernova partlayışları qeyri-sabit olduqları üçün ətrafdakı qaz və tozla qarşılıqlı təsirə girərək asimmetrik quruluşlar əmələ gətirir. Ancaq Teleios demək olar ki, tamamilə mükəmməl kürə şəklindədir. Bu isə onu astronomiya tarixində nadir görülən obyektlərdən birinə çevirir.

Tədqiqat qrupu bu maraqlı kosmik obyekt barədə daha çox məlumat əldə etmək üçün daha yüksək həssaslığa və çözünürlüklü teleskoplara ehtiyac olduğunu vurğulayır.
 
Ardını oxu...
“Hindistan hegemoniyasına əsla boyun əyməyəcəyik. Onlar bunu nə qədər tez başa düşsələr, həm regional sülh, həm də dünya üçün bir o qədər yaxşı olar”.

Bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib.


Çaudri Hindistanla yaşanan son gərginlik barədə danışaraq, Cammu Kəşmirdəki Pahalgam bölgəsindəki hücumla bağlı Pakistanı günahlandıran Hindistanın heç bir dəlil təqdim edə bilmədiyini vurğulayıb. O, Yeni Dehli rəhbərliyini “terror bəhanəsi ilə hadisələri siyasi məqsədlər üçün istifadə etməkdə” ittiham edib.

Çaudri deyib ki, terrorizm, radikalizm və nifrət Hindistanın daxili problemidir və orada müsəlmanlara və sikh icmasına qarşı təzyiqlər bu problemləri daha da alovlandırır.
 

Dünyapress TV

Xəbər lenti