Ardını oxu...
COVID-19 pandemiyası təhsili azı 2 il geri salıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, biz indi 2-3 il əvvəl müşahidə etməli olduğumuz nəticəni müşahidə edirik:

“Bildiyiniz kimi, buraxılış imtahanlarının formatı 2018–2019-cu illərdən başlayaraq dəyişdi, açıq suallara keçdik. O dövrdə bu dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı, geniş müzakirələr oldu. İstənilən dəyişiklik belə olur. Amma bu gün biz görürük ki, dəyişikliklər cəmiyyət tərəfindən yaxşı mənada həzm olunub. Bu haqda statistik məlumatlar həmkarımız Dövlət İmtahan Mərkəzi tərəfindən daha geniş formada ictimaiyyətə açıqlanacaq.

Amma istər açıq, istər analitik düşüncəni üzə çıxaran suallarda, istərsə də yazı tapşırıqlarına verilən düzgün cavabların faiz göstəricisi baxımından biz 2017–2018-ci illərlə müqayisədə əsaslı şəkildə irəli getmişik, yəni daha çox uşaq hazırda açıq suallara doğru cavab verir. Təhsil sistemindəki dəyişikliklər 1 ilə özünü göstərmir, buna zaman lazımdır. Biz 5-6 ildən sonra daha müsbət nəticələr görəcəyik".

Qeyd edək ki, ölkədə ali məktəblərə qəbul imtahanı uzun illərdir ki, test üsulu ilə həyata keçirilir. Qəbul prosesində testin tətbiqi bir sıra neqativ halların aradan qaldırılmasında mühüm rol oynayıb. Ancaq tədricən açıq sualların tətbiqinə keçilməsi fikri ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.

Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədov “Cebhe.info”-ya bildirib ki, dünya təhsil praktikasında test sistemi öz zəmanəsini çoxdan tamamlayıb:

“Bir çox ölkələrdə təhsil sistemində testdən epizodik istifadə edilir. Testdən sistematik, kütləvi şəkildə istifadə artıq 20-ci əsrdə qalmışdır. 2009-cu ildə Barak Obama ABŞ prezidenti olanda 1 milyard dollar vəsait ayırdı ki, Amerika təhsil sistemindən test sistemi tamamilə çıxartsınlar. Bizim təhsildə 90-cı illərin əvvəllərində testin tətbiqi başadüşülən idi, çünki onda ali məktəblərə qəbul imtahanlarında kütləvi rüşvətxorluq vardı.

O vaxt bunun qarşısını az vaxtda başqa yolla almaq mümkün deyildi. Həmən illərdə, mən bu addımı müdafiə edirdim, testin tətbiqinin fəal təbliğatçılarından biri idim. Hələ 80-ci illərdə mənim riyaziyyat tədrisində testlərdən istifadəyə dair 2 kitabım dərc edilmişdi. Düzdür, o vaxt test terminindən istifadə edilmirdi, amma eyni mənalı “proqramlaşdırılmış təlim” terminindən istifadə edirdilər. 60-80-cı illərdə SSRİ-də proqramlaşdırılmış təlimə dair xeyli tədqiqatlar aparılmış, maraqlı əsərlər yazılmışdı.

Proqramlaşdırılmış təlimdə əsas məqsəd biliklərə nəzarət etmək deyildi. Burda əsas məqsəd şagirdlərin müstəqil təliminin təşkili idi, bilik yoxlanması isə bu prosesdə bir element idi. Proqramlaşdırılmış təlimi tənqid edənlər də vardı, deyirdilər ki, bu təlim kreativliyi inkiaf etdirmir, standart məsələlərin həllində uğurlu ola bilər.

Proqramlaşdırılmış təlimdə tədris materialları düzgün tərtib edildikdə, problemli təlim elementlərindən düzgün istifadə edildikdə, şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək mümkün idi. 80-cı illərin əvvəllərində yazdığım və 1986-cı ildə müdafiə etdiyim dissertasiya işim bu məsələlərə həsr edilmişdi. Bu səbəblərdən 90-cı illərdə testlərin tətbiqi məsələsi gündəmə gələndə, mən həm psixoloji, həm də elmi-metodik cəhətdən testlərin təhsil sistemimizdə tətbiqinə tam hazır idim.

1992-ci ildə ölkədə, az vaxt ərzində biz təhsil tariximizdə ilk dəfə olaraq elektron-test sınaq imtahanlarını təşkil etdik (ADPU-da). Az vaxtda minlərlə məktəbli, abituriyent gəlib ADPU-da test nümunələri ilə tanış olur, öz bilik səviyyələrini bu sistemlə qiymətləndirə bilirdilər. Lakin bir neçə ildən sonra (3-5 il) biz bu problemi, yəni təhsildə testlərin kütləvi tətbiqi problemini hansısa formada həll edə bilərdik. Bunun üçün ali təhsil müəssisələrində ciddi qayda-qanun yaratmaq, qəbul imtahanlarında obyektivliyi və qanunun aliliyini təmin etmək, rəhbər vəzifələrdəki təhsil məmurlarını və rektor korpusunu doğru-düzgün təyin etməklə prosesləri optimal həll edə bilərdik.

Bu addımları ata bilsəydik, qəbul imtahanlarında test sistemini ləğv etmək mümkün olardı. Təbii ki, alternativ səmərəli model təklif etməklə. Təəssüf ki, bunlar olmadı. Əksinə, testlərin təhsilimizə gəlməsi və geniş tətbiqi repetitorluğa təkan verdi, sonralar isə bu proses kütləviləşdi. Məktəbi iflic hala saldı. Nəticədə test sistemi bizim təhsilimizi tamamilə dağıtdı”.

Dosentin sözlərinə görə, bu gün yuxarı sinif şagirdləri məktəbdən didərgin düşüblər:

“Beş yaşdan 25 yaşa qədər, sonra magistratura, dövlət qulluğuna qəbula, MİQ-ə (Müəllimlərin işə qəbulu) qədər təhsildə bütün sınaq və monitorinqlərin test üzərində köklənməsi savadsız, kreativ düşüncəsi, dünyagörüşü məhdud olan yeni bir nəsil formalaşdırdı.

Zamanla TV-lər, internet, sosial şəbəkələr də bu prosesi sürətləndirdi. 30-40 il bundan əvvəlki və indiki gəncliyi müqayisə etdikdə, o vaxtki gənclik xeyli savadlı görünür. İndi 11-ci sinfin əksər məzunları sovet məktəbinin 6-cı sinif şagirdlərindən zəifdirlər. Bu tək mənim qənaətim deyil.

Düzdür, bizdə bu məsələlərə dair ciddi tədqiqatkar heç vaxt aparılmayıb, amma Rusiya Federasiyasında (RF) aparılan tədqiqatlar göstərir ki, EQE (test sistemi ilə aparılan vahid dövlət buraxılış imtahanları) rus təhsilini bərbad hala salıb. 30 il ərzində orda təhsilin keyfiyyəti 6 dəfədən çox aşağı düşüb.

Cüzi nailiyyətlər varsa da, o da valideynlərin uşaqlarına daha yaxşı repetitor tutması hesabınadır. RF təhsil sistemini təhlil edən çinli alimlər test imtahan sistemini (EQE) Rusiyanın inkişafı üçün əsas təhlükə adlandırıblar.

Belə ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən Mao Tszedun adına Xalq Universitetinin professoru, Çin Xalq Respublikası Elmlər Akademiyasının müxbir üzvü Jin Syzhan Bauman adına Moskva Dövlət Texniki Universitetində keçirilən "Elm və təhsilin müasir problemləri" adlı konfransında çıxışı zamanı deyib ki, “vahid dövlət imtahanını RF-da texnologiyanın inkişafı üçün əsas təhlükədir. Bu RF-na qarşı Qərbin ən böyük təxribatıdır”.

Soyuq birləşmə reaktorunun yaradılmasına rəhbərlik edən bu alim son 30 ildə 43 ölkənin təhsil səviyyəsində olan dəyişikliklərlə bağlı məlumatları təhlil edib. Akademikin təqdim etdiyi hesabatdan görünür ki, orta məktəb imtahanlarını ənənəvi qaydada aparan ölkələrdə məzunların hazırlıq səviyyəsində hər il orta hesabla 3 % davamlı artım müşahidə olunur.

Bu ölkələrdə 30 ildə orada təhsilin keyfiyyəti demək olar ki, iki dəfə artıb. Eyni zamanda, vahid dövlət imtahanını (EQE) formatında tələbələrin biliyinin sınaq qiymətləndirilməsini tətbiq edən ölkələrdə məzunların səviyyəsində əvvəlcə az, sonralar isə sürətli çöküş baş verir.

Hesabata görə, Rusiyada son 10 ildə təhsilin keyfiyyətinin aşağı düşməsi 61 %-dən çox olub. Eyni dövrdə EQE tətbiq olunmayan Çin məktəblərində bu göstəricidə 39 % artım olmuşdur. Akademik qeyd edir:

“Bu, artıq fəlakət deyil, bu, təhsili və ölkəni məhvə aparan yoldur”.

Sovet vaxtı RF-da dünyanın ən yaxşı təhsil sistemi, eləcə də tələbə qəbulu imtahan sistemi vardı. İndi Qərb ölkələri Rusiyada biliyi məhv edən, qul və biorobotlar hazırlayan fəlakətli EQE sistemini tətbiq etməklə, RF-na qarşı ən böyük təxribatı həyata keçirdilər (ruslar bunu 30 il sonra dərk etdilər). Şübhəsiz ki, bu imtahan Rusiyada texnologiyanın inkişafı üçün əsas təhlükədir. Çinli alim qeyd edir ki, “dünya bütünlükdə irəliləyərkən, sizin təhsiliniz və bunun nəticəsi olaraq tələbələriniz deqradasiya və əbədi geriliyə məhkumdurlar”.

Akademikin dediklərinə əlavə olaraq demək istəyirəm ki, bu təxribat elə planlanıb ki, vahid dövlət imtahanı özü ilə paralel kütləvi repetitorluğa da rəvac verir. Bu halda təhsilin keyfiyyəti məhv edilməklə yanaşı dövlətin rəsmi təhsil sistemi də dağılır. Bu faciəli vəziyyət təkcə Rusiya təhsilində deyil, bəzi qonşu ölkələrdə də müşahidə edilir.

Qeyd edək ki, RF-da EQE imtahanları A.Fursov və D.Livanov təhsil naziri olduqları illərdə geniş tətbiq edilməyə başlandı, bu gün də davam edir. Maraqlısı budur ki, hər iki nazir əvvəllər bir neçə il ABŞ-da professor olaraq işləmişdilər. Bəzi rus siyasiləri hesab edir ki, təhsil nazirləri bu addımı ABŞ-ın təsiri ilə atıblar”.

Açıq suallarla bağlı nazirin fikirlərinə gəldikdə isə, ekspert deyir ki, bəli, açıq suallar hökmən olmalıdır:

“Ona görə ki, test heç bir kreativlin inkişafına, mürəkkəb tapşırıqların həllinin yoxlanılmasına imkan vermir, uşaqlarda düşünmə qabiliyyəti yaratmır. Beləliklə də, uşaq əzbərçiliyə meyil edir və bu yolla da imtahana hazırlaşıb suallara cavab verir.

Məktəbdə şagirdlərə açıq test suallarını cavablandırmaq yolları öyrədilməlidir. Əgər uşaqlar bu gün açıq suallara yaxşı cavablar veribsə, burada məktəbin və ETN-nin elə bir xidməti olmayıb, bu valideyn və repetitorların xidmətidir.

Əgər ETN təhsili inkişaf etdirmək istəyirsə, ilk növbədə ölkədə repetitorluğun qarşısı alınmalıdır. Bunun yolları var və mən bunu dəfələrlə təklif eləmişəm. Ancaq nazir hər dəfə deyir ki, biz repetitorluğu ləğv etmək istəmirik, ya da başqa ölkələri nümunə gətirir.

Deyir ki, repetitorluq xarıci ölkələrdə də var. Bəli, başqa ölkələrdə də var, ancaq heç yerdə bu bizdəki kimi kütləvi deyil. Digər tərəfdən o ölkələrin dərslikləri, proqramları normaldır, müəllimləri mütəmadi olaraq keyfiyyətli təkmilləşdirmə kursları keçirlər, onların məktəblərində tədris prosesi dağılmayıb, kölgə təhsili rəsmi təhsili kölgədə saxlamır”.

Nigar Abdullayeva
“Cebhe.info”
Ardını oxu...
Erməni yalanı və saxtakarlıqlarından biri də Movses Xorenatsi və onun mövcudluğudur.

TEREF Kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

Z.Əliyev bildirib ki, M.Xorenatsi adlı tərcüməçini ermənilər öz tarixşünaslıqlarının atası sayırlar:

“Çünki bu şəxs “Patmutyun hayots” adlı bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə heç də birbaşa “Hayastanın tarixi” yox, əslində daha çox “Hayların tarixi” deməkdir. Əvvəla, Xorenatsinin “erməni tarixinin atası” olduğuna şahidlik edən nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı yazılı mötəbər bir mənbə yoxdur. İlk dəfə ermənilər bu ifadəni 1794-cü ildə Hindistanda çap olunan “Azdarar”da adlı qəzetdə nəşr ediblər. Bugünədək ermənilərin bizə iddia etdikləri qədim erməni tarixçilərinə dair əfsanələr boş şeydir. Onların erməni kimi qələmə verdikləri müəlliflər isə qədim Alban tarixçiləridir. Erməni tarixçisi olan M.Xorenatsi və digərləri uydurma adlar və alimlərdir. Görkəmli alimlər Q.Şmid, T.Vetter və milliyyətcə erməni olan Q.Xalatyants yazırlar ki, “Erməni tarixi”nin müəllifi onunla eyniadlı məşhur V əsr tərcüməçisi deyil, sonuncunun adı altında gizlənən bir neçə keşişdir. Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi əsərində tarixi faktlara söykənərək yazırdı ki, M.Xorenatsi V əsrdə yaşamayıb və belə bir adam olmayıb. Dünyanın ən nüfuzlu Britannika Ensiklopediyasının verdiyi məlumata görə, Xorenatsi haqqında məlumatı “Ermənistan tarixi”ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbədən tapmaq mümkün olmayıb.

London Universitetində Qafqaz tədqiqatları professoru, Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis Devid Marşal Lenqin fikrinə görə, artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda “Ermənistan tarixi”nin V əsrə aid olduğuna inanan alim yox idi. Müəllifin “Armenia: Cradle of Civilization”, “Peoples of the Hills: Ancient Ararat and Caucasus” və “The Armenians: A People in Exile” kitablarını oxuyan bunun şahidi ola bilər”.

Tarixçi alim bildirib ki, bütün bu uydurma kitablar Yakop Şahamiryan adlı erməninin xidmətləridir:

“1772-ci ildə Yakop Şahamiryan adlı erməni Çenay şəhərində mətbəə yaratmışdı. Dünyada ilk erməni dilində qəzet olan “Azdarar” 1794-cü ildə Hindistanda çap olunub. Qəzetin nəşr olunmasında Aratun Şumovyanın rolu böyük olub. “Azdarar” qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri gündəlik xəbərlər haqda məlumatlandırmaq məqsədi daşıyırdı. Şumovyan 1750-ci ildə Şirazda anadan olub. 1789-cu ildə o, Mədrəsdə öz mətbəəsini yaradıb, orada erməni dilində səkkiz kitab nəşr etdirib. Həmin vaxt Mədrəsdə Şahamiryanın mətbəəsi fəaliyyət göstərirdi. Lakin Şumovyan öz fikirlərində onunla razılaşmadığından onun köməyindən istifadə etməyib. Şumovyan Baqramyan, Şahamiryan, Hovsep Eminin ictimai-siyasi baxışlarına bələd olsa da, katolikos Simeonun xəttinə sadiq idi. O, ermənilər üçün xilası erməni kilsəsinin tarixi ənənələri ilə bağlı mədəni inkişafda görürdü.

Bu mətbəədə ermənilərə “qədim tarix” yaradılmış və kitablar nəşr olunaraq bütün dünya kitabxanalarına göndərilmişdi. Qaynaqlar yazır ki, Rusiya ilə əlaqələri olan Aratun Hindistanın ingilislərin yox, onların idarə etməsi tərəfdarı idi. Rusiyanı erməni xalqının xilası kimi görürdü. O, saxta tarixi yazan zaman onu rus dilində də nəşr etmək istəyirdi. Rusiya rəsmiləri Şumovyanın erməni-rus layihələrini bilib ona dəstək vermək istəyirdi və bunun üçün Xocamal Səfərian adlı şəxsin Avropadan Mədrəsə gəlməyinə maddi yardım edir. Xocamal Səfərian özü ilə öz “tarixi əsərlərini” və müxtəlif tərcümələrini, o cümlədən, Papanın məktubunu gətirir. Papanın məktubunda ermənilərə tarix yazılmasının zərurətini qeyd edilirdi.

Məhz bu məktubdan sonra 1863-cü il martın 29-da Osmanlı dövlətində qəbul edilən “Nizamnamə-i Millət-i Erməniyan” adlı sənəddə yazılır:

“Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən can verilən ruhun yenidən dünyaya gəlməsi üçün yaşadığı vücuddur. Əslində erməni millətindən, dövlətindən, tarixindən deyil, erməni kilsəsi dövlətindən bəhs etmək doğru olardı. Erməni kilsəsinin mövcudluğunu qoruya bilməsi üçün bir qüvvəyə, bir dövlətə ehtiyacı vardı. Erməni dövləti fikrini doğuran erməni milləti deyil, erməni kilsəsidir”.

Məhz M.Xorenatsi adından istifadə edən XVIII əsrdə yaşayan bir neçə keşişdir ki, kilsədə oturub uydurma bir tarix yazıb. Bunu yazan keşişlər çoxlu saxtakarlıqlarını belə gizlədə bilməyiblər. Bu gün ermənilər yazırlar ki, Xorenatsi Ermənistanın Xoren vilayətində anadan olub. Lakin “kitabda” onun Duroperan əyalətində anadan olduğu qeyd edilir. Bu ərazi isə müasir Suriyada Fərat çayı tərəflərdə bir yerdir, ora isə Qafqaz yox, Suriyadır.

Nelson Dibvoiz (ABŞ) və Robert Uilyam Tomson (Böyük Britaniya) kimi nüfuzlu tarixçilər M.Xorenatsin adından təqdim olunan məlumatların səhihliyini şübhə altına alıb. Tarixçi Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu göstərib.

Bu gün də təəssüf ki, dünya alimləri ilə yanaşı, bizim bəzi alimlər də bu nəzəriyyəyə inanıb Azərbaycan və Türkiyə ərazisində qədim ermənilərin mövcud olmasını yazırlar”.
Ardını oxu...
Onları əsas narahat edən budur: “Aktivlərimiz təhlükəsizdirmi?”

Rusiyanın Qərbdə dondurulmuş ehtiyatları ilə bağlı hansı qərarın verilməsi barədə mübahisələr iki ildən çoxdur ki, davam edir. ABŞ Konqresi apreldə Prezident Co Baydenə dondurulmuş aktivləri müsadirə etməyə icazə verən qanun qəbul etsə də, aktivlərinin çoxunun bloklandığı Avropa Birliyi belə bir fikrə qarşıdır. İki əsas səbəb var: Avropa dövlət borc bazarına və ehtiyat valyuta kimi avroya inamın mümkün aşınması, habelə dövlət mülkiyyətinin toxunulmazlığını təmin edən beynəlxalq hüquq prinsiplərinin toxunulmazlığı.

Nəticədə, Kiyev hələ də ehtiyatların müsadirəsinin əsaslı olduğunu israr etsə də, bu variant artıq “Böyük yeddilik” (G7) ölkələri tərəfindən nəzərdən keçirilmir. Bu barədə “Financial Times” G7 rəsmilərinin sözlərinə istinadən yazır. Üstəlik, inkişaf etməkdə olan böyük ölkələr də buna qarşıdır.

“Beynəlxalq hüquq sistemində polis qüvvəsi yoxdur. O sadəcə olaraq, beynəlxalq hüquqa əsaslı hörmətə əsaslanır”, deyə London Kral Kollecindən, Avropa Parlamentinin Rusiya ehtiyatlarının müsadirəsinin qanuniliyinə dair araşdırmanın müəllifi Filipp Uebb deyib: “Risk ondan ibarətdir ki, əgər biz sadəcə olaraq bu prinsiplərə məhəl qoymamağa başlasaq, onlardan başqa dövlətlər tərəfindən bizə qarşı istifadə oluna bilər və biz gələcəkdə gözlənilməz nəticələr verəcək presedent yarada bilərik”.

Bu mövqeyin təsdiqi digər ölkələrin Rusiyanın ehtiyatlarının müsadirə olunmasının mümkünlüyü ilə bağlı narahatlığıdır. “Financial Times” yazır ki, bu məsələ hətta “Böyük iyirmilik” (G20) maliyyə nazirlərinin fevralda Braziliyada keçirilən görüşündə də müzakirə olunub. Səudiyyə Ərəbistanı və İndoneziya nazirləri xüsusi narahatlıqlarını ifadə ediblər: “G7 ölkələri həqiqətənmi belə bir addım atmaq istəyirlər? Onun mümkün nəticələrini nəzərə aldılarmı?”, sualları səslənib

İndoneziya və Səudiyyə Ərəbistanı, Avropada yerləşən öz aktivlərinin gələcəyindən qorxaraq, Avropa İttifaqını Rusiyanın ehtiyatlarını müsadirə etməməyə çağırır.

"Onlar çox narahatdırlar", deyə bir Avropa rəsmisi nəşrə bildirib. Onun sözlərinə görə, onları əsas narahat edən budur: “Aktivlərimiz təhlükəsizdirmi?”.

190 milyard avro dəyərində olan Rusiya ehtiyatlarının əsas hissəsi “Euroclear” depozitarında bloklanıb. Aİ hesab edir ki, ABŞ-da cəmi 5 milyard dolların dondurulduğunu nəzərə alsaq, amerikalılar üçün sərt mövqe tutmaq daha asandır. Avropalı bir diplomat deyir: "Onların risk etmək üçün çox şeyləri yoxdur".

Bu arada, İtaliyanın iqtisadiyyat və maliyyə naziri Giancarlo Giorqetti G20 iclasında müsadirə üçün hüquqi əsasların tapılmasının “çətin” olacağını söyləyib. Onun fransalı həmkarı Bruno Le Maire daha aydın şəkildə danışıb – “Belə əsaslar mövcud deyil”.

Avropalıları müsadirə addımından saxlayan bir sıra başqa amillər də var. Məsələn, Almaniyada qorxular var ki, (hərçənd hüquqşünaslar bunun üçün heç bir səbəb görmürlər) Rusiyanın ehtiyatlarının ələ keçirilməsi İkinci Dünya müharibəsi zamanı onun hərəkətlərindən dəymiş ziyanı tələb edənlərə qapı açacaq.

Bundan əlavə, Moskva ehtiyatların müsadirəsinə oxşar tədbirlərlə cavab verəcəyini vəd edib. Nəşr yazır ki, Aİ rəsmilərinin sözlərinə görə, avropalı investorların Rusiya Milli Hesablaşma Depozitarında dondurulmuş 33 milyard avro var. “Aygenis” İnvestisiya Şirkətinin investisiya portfeli meneceri Vladimir Yazev deyir ki, dövlət “C” tipli hesablarda bloklanmış aktivlər üzrə ödənişləri toplamağa başlaya bilər. O, həmçinin vergilər, qrantlar və özəl ianələr də daxil olmaqla, qeyri-dost ölkələrə məxsus qeyri-mübadilə aktivlərinin bloklanmasını istisna etmir.

Lakin Rusiya hakimiyyəti heç bir beynəlxalq hüququn normalarını nəzərə almadan Qərb şirkətlərinin aktivlərini müsadirə etməkdən artıq çəkinmir. Ən son nümunə, bir həftə əvvəl “Ariston” və “Bosch” məişət texnikası istehsalçılarının Rusiya bölmələrinin böyük itkilərə məruz qalan “Qazprom”a köçürülməsi idi.

Ağ Ev Konqresin qərarına baxmayaraq, vahid yanaşmanı inkişaf etdirmək istəyir. Ağ Evin beynəlxalq iqtisadiyyat üzrə milli təhlükəsizlik müşavirinin müavini Dalip Sinq “biz bu aktivləri birlikdə hərəkətsizləşdirmək və birlikdə onlara hərəkət etmək istərdik”, deyib.

Belçika əvvəllər istiqrazların buraxılması və ya aktivlə təminatlı kredit təklif etmişdi, lakin bu fikir tez bir zamanda ləğv edildi. Çünki bu, yenidən ehtiyatların istifadəsini nəzərdə tutur. İndi Aİ onlardan əldə edilən gəlirləri istifadə etməyə doğru irəliləyir. Dondurulduqdan sonra “Euroclear” kupon ödənişlərini və istiqrazların geri qaytarılmasını almaq və yenidən investisiya etmək yolu ilə 5 milyard avrodan çox (vergidən sonra) qazanıb. Aİ bu yolla əldə etdiyi gəlirin 90%-ni Ukrayna üçün birgə silah alınmasına sərf etmək, qalan vəsaiti isə onun iqtisadiyyatını bərpa etmək üçün istifadə etmək istəyir.

Hələ fevral ayında təsdiq edilmiş bu plan tezliklə rəsmi olaraq qəbul edilməlidir. Onun mənfi cəhəti ondan ibarətdir ki, o Ukraynaya ildə cəmi 3-4 milyard avro göndərməyə imkan verir.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
May aının 10-u xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 101-ci doğum günüdür. Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır”.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bunu 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və müdrük xalqın qazandığı parlaq gələbə bir daha təsdiq edir. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
Ardını oxu...
ABŞ prezidenti Cozef Baydenin son çıxışı aləmi bir-birinə qatıb. Ağ Ev sahibi bir sıra ölkələri tənqid edərkən, ABŞ-ın müttəfiqlərini də hədəf seçib. Bayden Yaponiya və Hindistanın mühacirlərə qarşı “ksenofobiya” siyasətinin onların iqtisadiyyatlarının durğunlaşmasına səbəb olduğunu iddia edib.
Vaşinqtonda çıxış edən Ağ Ev sahibi iqtisadiyyatları miqrant siyasəti ilə bu şəkildə əlaqələndirib: “İqtisadiyyatımızın böyüməsinin səbəblərindən biri sizin və başqalarının sayəsindədir. Niyə? Çünki biz immiqrantları salamlayırıq. Niyə Çin iqtisadi cəhətdən belə pis durğunluq içindədir, Yaponiya niyə problem yaşayır, Rusiya və Hindistan niyə problem yaşayır? Çünki onlar ksenofobikdirlər. Onlar immiqrantları istəmirlər. Bizi güclü edən immiqrantlardır”.
Baydenin bu çıxışı ABŞ-nı xarici və təhlükəsizlik siaysətinə zidd kimi qiymətləndirilib. Çünki, Bayden bugünlərdə Vaşinqtonda Yaponiyanın baş naziri Fumiyo Kişida ilə hərbi əlaqələrin inkişafını, Rusiya və Çinə qarşı birgə mübarizə mövzularını müzakirə etmişdi. Bu görüş hər iki tərəfdə müsbət qiymətləndirilmişdi. Ancaq Baydenin qəfil Yaponiyanın ünvanına aşağılayıcı fikirlər söyləməsi Tokioda narahatlıq doğurub. Eyni sözləri Hindistana da aid etmək olar.
Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Baydenə cavab olaraq, “ilk növbədə deməliyəm ki, Hindistan iqtisadiyyatı zəifləmir, daha da güclənir və bunu beynəlxalq təşkilatlar da qeyd edir” cümləsini işlədib. Hindli diplomat ölkəsinin açıq cəmiyyət olduğunu vurğulayıb. Subrahmanyam Jaishankar “Economic Times” qəzetinin təşkil etdiyi dəyirmi masada deyib ki, Baydenin Hindistanın ünvanına dediklərini qətiyyətlə rədd edirlər. Hindistanın xarici işlər naziri ABŞ-ın özündə dözümsüzlüyün var olduğunu bildirib və misal kimi ABŞ universitetlərində anti-İsrail etirazların polis gücünə yatırıldığını vurğulayıb.
Ağ Ev sahibinin ölkəsinə zərər vurduğu çıxışdan Rusiya istifadə etməyə çalışacaq. Kreml deyəcək ki, Vaşqinton heş müttəfiqlərinə sadiq deyil. Bunu Baydenin müşavirləri də anlayırlar. Bu səbəbdən Ağ Evin mətbuat katibi Karin Jan-Pyer patronun sözlərini düzəltməyə çalışıb. O deyib ki, ABŞ prezidenti Hindistan və Yaponiyada yaşayan xalqlarla diplomatik münasibətləri gücləndirməyə davam edəcəyini və bunun son üç ildəki hərəkətlərində aydın özünü göstərdiyini bildirib. “Bizim Hindistanla Yaponiya ilə güclü əlaqələrimiz var” deyən mətbuat katibi prezident Cozef Baydenin son üç ildə Tokio və Dehli ilə əlaqələrə xüsusi əhəmiyyətin verdiyini bir daha təkrarlayıb. Bayden Amerikanı immiqrantlar ölkəsi adlandırıb. Ancaq o prezident seçkisində Donald Trampa məğlub olsa Amerika qapılarını immqrantlara bağlayacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
Yazdıqları "yazı"ya imza atmağa utanan biriləri var. Təbi ki, tezislər sifarişdir, şərhləri həyasızlıqdır... ona görə utanırlar.
Bəs utandıqları işi niyə tuturlar? Əgər bir jurnalist yazdığı yazıda adını gizlədib qəzetin (saytın) adını imza olaraq qoyursa, demək, həm də nə etdiyini dərk edir, gördüyü işdən sıxılır, utanır.
Onlara nə deyək, nə ad verək?
Söz Azadlığını itirmişlərmi, deyək?
Hər halda durumları xoş deyil...
Əlbəttə, etdiyindən utanmayan, adlarını gizləməyən, qızıl-qırmızı yazanlar da var.
Deyir, kənddə iki yalançı varmış. Bir gün kəndin lotuları yalançının birini sorğu-suala çəkirlər. Deyirlər, de, görək, sən daha yalançısan, yoxsa o? Deyir, o. Deyirlər, nədən bilirsən? Deyir, mən yalanı deyib qaçıram, dirəşmirəm. Amma o, deyir, dibində dim-dik durur. O, məndən daha yalançıdı.
İndi.. yalanı yazıb adını gizlədənlər həmin o "yalanı deyib qaçan"lardır, tutduğu işdən dediyi yalandan utananlardır. Vicdanında vicdan qırıntısı, üzündə azcıq su qalanlardır.
Qızıl-qırmızı yazanlar isə... o kəslərdir ki... qırıntısı belə qalmayıb vicdanda... su heç qalmayıb üzdə...
Onlar yalanı deyir və dim-dik dibində durur, yəni "ad" yazır.
Onlar "söz azadlığı"dan muaf olanlardır. Muaf, yəni vergidən azad, vicdan vergisi verməyənlər, Allahdan qorxmayanlar, bəndədən utanmayanlardır.
Nə isə... bu gün Söz Azadlığı Günüdür...
Mehriban Vezir
TEREF
Ardını oxu...
Kendimi bildim bileli, özellikle sağcı, dinci ve kendini bilmezlerin her fırsatta solculara ve Alevilere yakıştırdığı bir sıfattır bu ''Allahsız'' kelimesi. Yakıştırırlar yakıştırmasına ama, son zamanlarda yaşanan olaylardan sonra bu kelimenin solculara değil, gerçek anlamını bilmeyip, solculara yakıştıranlara daha çok yakıştığından adım gibi eminim artık..
.
Önce Allahsızlığın gerçek anlamı ne demektir onu görelim;
Allahsızlık; Dini siyasete alet etmektir. Devletin bütün dini organlarını bir partinin seçim organı haline getirmektir.
Allahsızlık; Alevileri Fatiha bilmemekle suçlamaktır.
Allahsızlık; Kendini Allah sanıp insanların inancından dolayı yargılamaktır.
Allahsızlık; Oruç tutmayana, namaz kılmayana saldırmaktır.
Allahsızlık; İnsani ve ahlaki tüm değerleri hiçe sayanı alkışlayıp, seccadeye basanı yuhlamaktır.
Allahsızlık; hiçbir kutsiyeti olmayan seccadeyi kutsamaktır.
Allahsızlık; Dinde zorlama yoktur deyip, AİHM Kararına rağmen okullarda zorunlu din dersi koydurmaktır.
Allahsızlık; Maraş'tır, Çorum'dur, Sivas'tır/Madımak'tır.
Allahsızlık; Madımak'ın faillerini savunmaktır. Aklamaktır. Dosyalarını rafa kaldırmaktır.
Allahsızlık; Allah'ın verdiği canı alanları korumak, delilleri saklamaktır.
Allahsızlık; Bağımsız yargıya müdahale etmek, hukukun işlemesine engel olmak, kendini kanunların üstünde görmektir.
Allahsızlık; TC'yi ve andımızı kaldırmaktır.
Allahsızlık; Akp mitinglerinde güvenliği sağlayabilmişken, 29 Ekim kutlamalarını güvenlik bahanesiyle iptal ettirmektir.
Allahsızlık; Kılıçdaroğlu'na saldıran inek hırszını serbest bırakıp ona kahraman muamelesi yapmaktır.
Allahsızlık; Adalet yürüyüşüne katılanların yoluna tezek döktürmektir.
Allahsızlık; Bir yandan şehitliği kutsayıp yüceltirken, diğer yandan çocuğunu askere göndermemektir.
Allahsızlık; Demokrasiyi kullanarak Cumhuriyet'i, laikliği yıkmaya çalışmaktır.
Allahsızlık; Kadın erkek eşitliğini fıtrata ters görmektir.
Allahsızlık; Kadını birey sayıp seçme seçilme hakkı verene düşmanlık yapmaktır.
Allahszılık; Binlerce yıl öncesinin ilkelliklerini bugünkü modern çağa dayatmaktır.
Allahsızlık; Yılbaşını başka dinin kutlaması diye kınamak, kurban kesmenin, oruç tutmanın başka dinden geldiğini bilmemektir.
Allahsızlık; Haramdır, elde Kur'an, dilde yalandır.
Allahsızlık; Benzini 5 liraya alıp halkına 20 küsur liraya satmaktır.
Allahsızlık; Yıllar yılı emekliyi asgari ücretliyi süründürüp seçim yaklaşınca maaşlarına zam yapmaktır.
Allahsızlık; Devletin İNSAN için olduğunu anlamayıp, devletin gücünü kullanarak, demokratik haklarını arayan İNSAN'lara şiddet kullanmak İNSAN HAKLARINI çiğnemektir.
Allahsızlık; Eşyayı İNSANIN canından daha değerli görmektir.
Allahsızlık; Dokunulmazlıktır, dokunulmazlığı kaldıracağım deyip kaldırmamaktır.
Allahsızlık; Çifte standarttır, vatandaşlarını ''Bize oy veren-
vermeyen''diye ayırmak, oy vereni kayırmaktır.
Allahsızlık; Liyakati mülakata indirgemektir.
Allahsızlık; İftiradır, suçsuza suç uydurmaktır.
Allahsızlık; Medyayı satın almak, muhalif yazarları işinden kovdurmaktır.
Allahsızlık; Arsızlıktır, hırsızlıktır, devleti soymaktır. ihaleye fesattır, fırsatçılıktır.
Allahsızlık; Milyonların vicdanına sığmayan milyonlarca kul hakkını ayakkabı kutusuna sığdırmaktır.
Allahsızlık; Hırsızlık zanlılarını yakalayanları görevden almaktır.
Allahsızlık; Kapitalizmdir, sömürüdür, emek hırsızlığıdır.
Allahsızlık; Amerika'dır, tüm dünyaya silah satmaktır.
Allahsızlık; Amerika'ya üs açmak, Amerika'yla müttefik olmaktır.
Allahsızlık; Emperyalizmle imam nikahı kıymak, 12 yıl boyunca
Fetöcü kumalarla aynı kucakta oturup paşalara kumpas kurmak, canı yanınca emperyalizmi sapık, Fetöcü kumaları fahişe, kendini ise bakire göstermeye çalışmaktır.
Allahsızlık; Fetö'yü bahanesiyle olağanüstü hal ilan edip solcu öğretmenleri, solcu memurları hiçbir mahkeme kararı olmadan işinden atmaktır.
Allahsızlık; Açılım sürecinde Pkk'ya göz yummaktır. Oy için Apo'nun ayağına gitmek, Osman Öcalan'ı devletin televizyonunda konuşturmaktır.
Allahsızlık ; Fetö'nün siyasi ayağını görmeyip, Kaftancıoğlu'nun 7 yıl önceki tvitlerini görmektir.
Allahsızlık; İBB Başkanı Ekrem İmamoğlu'na suç uydurup CB adaylığını engellemektir.
Allahsızlık; Görünüşte ''Allahlı'', gerçekte ''Allahsız'' olmaktır.
Allahsızlık; Pusmaktır, Allahsızlığa susmaktır.
Allahsızlık; Dünyadaki bütün savaşların, katliamların, Allahsızlıkların temelinde ırkçılık, dincilik, yayılmacılık, başkasının toprağında gözü olmak gibi özellikleri içinde barındıran sağcı ideolojilerin olduğunu anlamayıp, solcuları Allahsızlıkla suçlamaktır.
Allahsızlık; Uğur Mumcu'yu, Bahriye Üçok'u düşüncelerinden dolayı katletmektir.
Allahsızlık; Tarihi bilerek tahrif etmektir.
Allahsızlık; Şu anda bulunduğu mevkide kimin sayesinde bulunduğunu unutup BÜYÜK ATATÜRK'e lanet okumaktır..
Allahsızlık; Bunca Allahsızlığın, bunca insafsızlığın, bunca haksızlğın, bunca hukuksuzluğun, bunca yağmanın, bunca talanın, bunca manzarasızlığın kıyısından geçip ''Allahsızı'' görmemektir.
İki gözünüz, iki kulağınız ve akli dengeniz yerindeyse ve siz hala anlamadıysanız Allahsızlığın ne demek olduğunu; siz de de bir ''Allahsızlık'' var demektir.
Siz namaz kılmayın, oruç falan tutmayın, zekat mekat da vermeyin.Günahlarınızı affettirmek için binlerce dolar verip Hacca gidin...
Beyninizde baş edemediğiniz şeytanı Mina'da taşlayın...Aman taşları iyi seçin ki boşa gitmesin onca dolar verdiğiniz taşlar.
Merih Tan
TEREF
 
Ardını oxu...
Vladislav İnozemtsev: “Hadisələrin belə dönüşü yeni ikiqütblü dünyanın yaranmasına işarə ola bilər”

Dünyada ötən həftənin diqqətçəkən hadisələrindən biri ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri olub. Çin lideri Si Cinpin və çinli həmkarı ilə danışıqlar zamanı Blinken dəfələrlə Pekinin Rusiya-Ukrayna müharibəsinə cəlb olunduğunu vurğulayıb.

Birləşmiş Ştatlar Çini təkcə Rusiyadan artan həcmdə enerji almaqda və yarımkeçiricilər, mühüm sənaye avadanlıqları tədarük etməkdə deyil, həm də raket və dron texnologiyalarını ötürməkdə, Rusiya qoşunlarını Ukrayna ərazisinin peyk görüntüləri ilə təmin etməkdə ittiham edir.

Rusiyalı iqtisadi analitik Vladislav İnozemtsev analitik məqaləsində qeyd edib ki, Blinkenin səfəri ümumilikdə uğursuz olub. Onun fikrincə, Amerika emissarına bildirilib ki, ABŞ özü Kiyevə silah və sursat göndərdiyi halda, Çinin Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmamaq və Moskvaya milyardlarla dollar dəyərində ikili təyinatlı məhsullar satmaq hüququ var: “Tərəflər amerikalıların xeyli sayda Çin bankı və şirkətinə qarşı “ikinci dərəcəli” sanksiyalar tətbiq etmək vədlərini eşitdikdən sonra ayrılıblar”.

“Vaşinqtonun təhdidləri nəticə verəcəkmi? Onların formal təsir göstərməsi mümkündür. Son aylarda Rusiya biznesmenləri Çin banklarının sanksiyaya məruz qalmış yerli maliyyə qurumları ilə işini praktiki olaraq dayandırdığından və Çindən “həssas” məhsulların tədarükü yavaşlamağa başladığından şikayətlənirlər. Martda Rusiya-Çin ticarət dövriyyəsi 2 faiz azalıb, 2023-cü ildə isə 26,3 faiz artıb. Ancaq Çinin Amerika məhdudiyyətlərindən qorxacağına və Rusiya ilə əməkdaşlığı dayandıracağına inanmaq mənim üçün çətindir. Ən əlverişli müttəfiq olmasa da, Pekinin başqa bir vassalı yoxdur və yaxın gələcəkdə görünməyəcək. Bu gün hər iki revizionist güc bir-birinin mövqelərini gücləndirir və aralarında daim anlaşılmazlıqlar alovlansa da, əlavə sanksiyalar onları uzaqlaşdırmaqdan daha çox yaxınlaşdıracaq”, - deyə analitik hesab edir.

İnozemtsevin sözlərinə görə, Çin “The Economist” jurnalı vasitəsilə Rusiyaya Ukraynadakı mövqeyinin o qədər də güclü olmadığına dair siqnallar göndərsə belə, hələlik Kremli birbaşa və açıq şəkildə “batdırmaq” fikrində deyil: “Çin indi bir vaxtlar Rusiya Prezidenti Dmitri Medvedevin “Rusiyanı sülhə məcbur etmək” sözlərini ifadə etmək iqtidarında olan yeganə qüvvə kimi görünür. Bu, Pekin üçün son dərəcə faydalı olardı, çünki müasir Çinin beynəlxalq diplomatiya sahəsində öyünməyə demək olar ki, heç nəyi yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin formal şəkildə bərpası üçün platforma təmin etmələri istisna olmaqla - orada əsas işi Qətər və İraq görüb. Amma görünür, Vanq Yinin planı Kremli belə heyrətləndirmədi və bir ildən artıqdır ki, bu layihəni təbliğ edən çinli nümayəndələr bir çox ölkəni boşa çıxarmış paytaxtları gəziblər”.

“Çini Kremlə qarşı mövqeyini dəyişməyə nə vadar edə bilər” sualına gəlincə, İnozemtsev düşünür ki, motiv sanksiyalar deyil, daha çox Qərblə əməkdaşlığın bərpası perspektivinin yaranması vadar edə bilər: “1970-ci illərin əvvəllərində ABŞ və Çin arasında münasibətlərin bərpası o zaman Den Syaopinin düzgün seçim etməsinə kömək etdi və Çin islahatlarının Qərb tərəfindən daha da dəstəklənməsi, 1970-ci illərin əvvəllərində ABŞ-la “tandem”in formalaşmasına səbəb oldu. Çinin ən aktiv iqtisadi rifahı baş verdi. Bu gün də Pekinin açıq-aşkar “anti-Qərb” mövqeyinə baxmayaraq, Çinin Aİ və ABŞ ilə ticarət dövriyyəsi Rusiya ilə ticarət dövriyyəsini təxminən 6 dəfə üstələyir. Müharibədən əvvəlki illərdə avropalı və amerikalı politoloqlar təkid edirdilər ki, Çin və Rusiya arasında ittifaqın qarşısını almaq lazımdır, çünki bu, Pekini gücləndirəcək və biz Kremllə "işləməyə" davam etməli olacağıq. İndi dəorada-burda Rusiyanı necə “geri qaytarmaq” barədə mübahisələr eşidəcəyik. Bununla belə, mən sualı başqa cür qoyardım və Qərbə Rusiyaya deyil, Çinə “doğru yola qayıtmağa” cəhd etməyi tövsiyə edərdim. Aİ və ABŞ-ın ona təsir alətləri var - iqtisadi və ticarət siyasəti”.

“Çin artıq iqtisadi əlaqələrin kəsilməsindən çox şey itirib. Pekin başa düşür ki, Rusiyadan fərqli olaraq, onun 3,2 trilyon dollarlıq valyuta ehtiyatlarını diversifikasiya etmək üçün heç bir yeri yoxdur. Çin hazırda böyük bir kredit köpüyü olan iqtisadiyyatının vəziyyəti haqqında realistdir. Qərblə münasibətləri bərpa etmək, qaçaq investisiyaları geri qaytarmaq, proteksionist tarifləri azaltmaq, ticarət əməliyyatlarını genişləndirmək və Sakit okean regionunda gərginliyi azaltmaq Aİ və ABŞ-ın Çinə təklif edə biləcəyiklərindən yalnız bəziləridir. Təbii ki, Kremlin zorakı dəlisini birgə sakitləşdirmək müqabilində. Qeyd edirəm ki, Rusiya neft ixracının yarısını və texnoloji idxalın demək olar ki, dörddə üçünü indi Çindən və ya Çin vasitəsilə itirərsə, onun çox az variantı qalacaq. Hadisələrin belə bir dönüşü yeni ikiqütblü dünyanın yaranmasına işarə ola bilər: iki güc mərkəzi, mükəmməlliyə çatdırılan iki “regional qloballaşma” modeli”, - deyə analitik fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Fələstinin azadlığı uğrunda yanaşma və mübarizə metodologiyasında fərqli dünyagörüşünə sahib olan HƏMAS-la FƏTH təmsilçiləri Pekində görüşüblər.
Qəzza zolağına nəzarət edən HƏMAS-la Fələstin Muxtariyyətinin təmsilçisi olan FƏTH arasındakı gərginliyin aradan qaldırılmasında Çinin vasitəçiliyi iki məqamla diqqət çəkir.
Birincisi, Pekin Yaxın Şərqdə ABŞ-nin əhəmiyyətli sıxışdırılmasının aktiv tərəfdarıdır. Vaşinqtonun isə Qəzza zolağındakı müharibəni idarəedilə bilən səviyyədə dayandırmaq cəhdləri boşa çıxır.
Çünki onun İsraillə qırılmış ipləri yenidən bərpa etmək istəklərinə Təl-Əvivdən müsbət cavab verilmir.
İkincisi, Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi ilə Yaxın Şərqdə geosiyasi ambisiya qoyduğunu göstərəndən sonra münaqişələrin həllinə olan həvəsini artırıb.
İndi aydın görünür ki, Çin HƏMAS-ın Fələstin Muxtariyyətinə daxil edilməsini asanlaşdırmaq üçün danışıqlar masası qurur və prosesdə etibarlı broker olmaq niyyətini göstərir.
Pekinin “Fələstindaxili barışıq” modeli, güman ki, daha geniş mənada İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün atılan qarmaqların tərkib hissəsidir.
Çinin belə dinamikası Rusiyanın da mövqeyi ilə səsləşir və ümumilikdə Fələstində konsensus hökuməti yaratmaq planını əks etdirir.
Ancaq Yaxın Şərq arenasında Çinin münaqişə arteriyalarına müdaxilə cəhdləri ABŞ-ni adekvat cavab tədbirlərinə vadar edir.
Buna görə də, ABŞ hər necə olursa-olsun İsraili Çinin vasitəçilik vədlərinə inanmamağa dəvət edə bilər. Bir məqam da var ki, İsraillə ABŞ arasında İran mövzusundan tutmuş, Rəfahda quru əməliyyatına qədər məsələlərdə fikir ayrılıqları mövcuddur.
Pekinin isə bu ziddiyyətlərdən doğan boşluqlara sızmaq üçün fürsəti yaranır. Böyük bir ehtimalla Çin maneələri aşmaq üçün Rusiya ilə mövqelərini tutuşduracaq. Hələlik ABŞ-nin Çinin genişlənən maraqları qarşısında həlledici addımları görünmür.
Vaşinqton nəticə əldə etmək üçün münaqişələrin alovunun bir qədər yüksəlməsini seçim kimi nəzərdən keçirə bilər. Misal üçün İranla İsrail arasında tənzimlənən qarşıdurma ABŞ-nin Yaxın Şərqdə potensial imkanlarını artıran vasitə kimi diqqətdə saxlanıla bilər.
Aqşin Kərimov
TEREF
Ardını oxu...
Azərbaycanda müstəqillikdən üzü bəri həmişə siyasi motivli həbslər olub – bu həbslərin öz “məntiqi” də olub, iqtidar bu yolla özünə olan müəyyən təhdidləri neytrallaşdırıb, iqtidarı qorumaq üçün məmləkətdə həbslər dalğası yaşanıb. Amma indiki siyasi motivli həbslərin nə məntiqi var axı?! İqtidara təhlükə sıfır, reytinq yüksək, böyük və möhtəşəm hərbi qələbə, pararlel olaraq ciddi diplomatik uğurlar – yaxşı, bunların fonunda son sərtləşmənin, mənasız həbslərin anlamı nədir axı?! Vallah-billah ha düşünürəm, məntiq tapa bilmirəm...
Məmləkət siyasi məhbus ayıbından qurtulmalıdır, iqtidarın bu addımlara ehtiyacı yoxdur, əlavə problemlər yaranır, Dövlət olaraq haqlı olduğumuz məsələlərdə belə hamıya üzərimizə gəlməyə bəhanələr verirlər...
Natig Cəfərli
TEREF
 

Dünyapress TV

Xəbər lenti