Ardını oxu...
“Təəssüflər olsun ki, Ermənistanın Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında keçən logistika marşrutuna (Zəngəzur dəhlizi-red.) Rusiyanın nəzarət etməsinə o qədər də həvəsi yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru, tanınmış mütəxəssis Dmitri Trenin deyib.

Treninin sözlərinə görə, Zəngzəur dəhlizinin açılması Rusiyadan daha çox Türkiyəyə lazımdır və ABŞ da bu ideyanı dəstəkləyir: “Burada ilk növbədə Türkiyənin marağı var. Bu marşrutun böyük iqtisadi əhəmiyyət kəsb edəcəyini düşünmürəm. Amma geosiyasi əhəmiyyəti, strateji əhəmiyyəti olacaq. Əlbəttə ki, bu, Türkiyənin maraqlarına uyğundur. Bu gün dinamika Türkiyənin xeyrinədir. İndiki mərhələdə bu dəhliz böyük ehtimalla faktiki olaraq Türkiyənin təsiri altında olacaq, baxmayaraq ki, Birləşmiş Ştatlar guya hər iki tərəfə dost, müstəqil aktor kimi çıxış edəcək. Lakin əslində, ABŞ Türkiyəyə Ankaranın prioritet maraqları zonasında hərəkət sərbəstliyi verir. Türkiyə üçün ABŞ-nin yolunu kəsmək qətiyyən sərfəli deyil. Amerika üçün Türkiyə başqa istiqamətlərdə önəmlidir”.

Trenin Azərbaycan - Rusiya münasibətləri barədə də maraqlı fikirlər səsləndirib: “Azərbaycan bir neçə onilliklər ərzində Rusiyaya qarşı çox uğurlu siyasət nümayiş etdirir. Rusiyaya minimum güzəşt edərək, əvəzində bacardığı maksimumu aldı. Azərbaycan istənilən inteqrasiya birliklərinə qarşı çox təmkinlidir. O, nə KTMT-yə, nə də Avrasiya İqtisadi Birliyinə daxil olmağa can atmır. Azərbaycan - Rusiya münasibətlərinin özü də hər iki tərəfdən sırf praqmatik xarakter daşıyır. Mən dövlətlərarası münasibətləri nəzərdə tuturam”.
 
Ardını oxu...
İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya qısamüddətli işgüzar səfəri nəinki iki qardaş ölkə arasındakı münasibətlər baxımdan, eyni zamanda regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu səfər həm də iki qardaş ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərdi. Beynəlxalq praktikaya və protokol qaydalarına uyğun olaraq, adətən, işgüzar səfərlər zamanı səfər edən ölkə liderini səfər edilən ölkənin yüksəkranqlı rəsmiləri qarşılayır. Lakin Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfərində Ankarada Esenboğa hava limanında qarşılama mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan özü də iştirak edib və burada qısa protokol görüşü keçirilib. Hava limanındakı görüşdən sonra Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidentini Beştəpədəki iqamətgahında yenidən rəsmi protokol qaydasına uyğun qəbul edib. Bu, bir daha Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hər hansı protokol qaydalarından daha üstün olduğunu nümayiş etdirir.

Bu, eyni zamanda, son zamanlarda Azərbaycanla Türkiyə arasında münasibətləri pozmağa cəhd edən qüvvələrə bir mesaj idi. Mesajın mahiyyəti ondan ibarət idi ki, heç bir qüvvə nə bu iki qardaş dövlət, nə də xalqlar arasındakı münasibətləri poza bilər. Belə cəhdlər isə hər zaman olduğu kimi, bundan sonra da iflasa uğrayacaq. Bu birlik sarsılmazdır. Hər iki dövlət "Bir millət, iki dövlət" şüarına sadiqdir və sadiq olaraq da qalacaq. Məhz bu fəaliyyətin nəticəsidir ki, Ankara və Bakı müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi və geoiqtisadi dəyişikliklərdə yeni reallıqlar yaradıb, dünyanın yenidən şəkillənməsi prosesində ciddi aktor rolunda iştirak edirlər. Bunun nəticəsi olaraq Türk dünyası Türk Dövlətləri Təşkilatı (TDT) simasında beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi ortaya çıxmaqdadır. Hazırda isə TDT-nin qlobal güc kimi formalaşması, təşkilatlanması, coğrafiyasının genişlənməsi və beynəlxalq aləmda güc mərkəzi kimi qəbul edilib hesablaşılması istiqamətində davamlı addımlar atılmaqdadır. Bu da təbii olaraq dünya güclərini, o cümlədən antitürk qüvvələri ciddi narahat etməkdədir. Ona görə də həmin güclər davamlı olaraq nəinki TDT-nin güc mərkəzi kimi, həmçinin Ankara və Bakı arasındakı müansibətlərə xələl gətirməyə, bunu pozmağa cəhd edirlər. Bir neçə gün öncə SOCAR-ın Türkiydəki ofisinə basqın bu oyunların tərkib hissəsi idi. Lakin heç kimi bu cür təxribatçı hərəkətlərə uymadı. Əksinə, bu təxribatı törədənlər qınaq obyektinə çevrildi.

İki qardaş ölkənin liderlərinin "Beş təpə"dəki görüşünə gəldikdə isə burada təbii olaraq ikitərəfli münasibətlərin mövcud durumu, strateji müttəqfilik münasibətlərinin daha da dərinləşdirilməsi və qarşıda duran məsələlərlə yanaşı, regional və beynəlxalq aləmdəki vəziyyət müzakirə olunub.

- İkitərəfli münasibətlərdə əsasən hərbi əməkdaşlıq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, iki ölkənin reallaşdırdığı layihələr, ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdilməsi, COP29 sammitinə hazırlıq və Türkiyənin toplantının yüksək səviyyədə keçməsinə verəcəyi töhfə müzakirə edilib.
- Regional əməkdaşlıq münasibətlərində isə ilk olaraq iyulda Şuşada nəzərdə tutulan TDT-nin sammiti, TDT-nin daha ciddi güc kimi formalaşdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Digər regional məsələlər kimi, İrəvanla Bakı arasında sülh danışıqları, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh prosesinə hazırlıq işləri;
- Regionda reallaşdırılan nəqliyyat və logistik layihələrin icra vəziyyəti;
- Gürcüstanda və Ermənistandakı son hadisələr;
- İrandakı prezident seçkiləri;
- Orta Dəhliz layihəsinin reallaşdırılması;
- Yaxın Şərqdəki vəziyyət, xüsusən də Fələstin və Suriyada Türkiyə ilə sərhəddə başda ABŞ olmaqla bəzi ölkələrin dəstəyi ilə YPG/PYD terror təşkilatının "seçki" oyunu məsələlərinə toxunulub.
Azərbaycan Prezidenti Fələstinlə bağlı rəsmi Bakının mövqeyini aydın şəkildə ifadə edərək paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını bir daha bəyan edib.
- Görüşdə eyni zamanda Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda yaranan geosiyasi reallıqlar və buna uyğun olaraq birgə addımların atılması, beynəlxalq platformalarda iki ölkənin fəaliyyətinin koordinasiya olunması kimi məsələlərə toxunulub.

Təbii ki, bütün bu məsələlər fonunda hər iki ölkənin milli maraqlarına, təhlükəsizliyinə təhdid və təhlükə yaradan məsələlər ətrafında da fikir mübadiləsi aparılaraq, tərəflərin mövqeləri ortaya qoyulub. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ankara səfərinin yekunları regional əməkdaşlıq münasibətlərinin inkişafı və sabitliyi baxımdan ciddi əhəmiyyət kəsb edir.

Mürtəza
Ölkə.Az
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası" adlı veriliş efirə gedib.

Verilişdə tarixçi alim Ramin Əlizadə Alban və Zəngəzur hökmdarlarının mənşəyindən söz açıb.

O, Zəngəzurun əsl adı və hökmdarlarının mənşəyindən, Mehranilərin Albaniyada hakimiyyətə gəlməsindən danışıb:

"Sünik sözü Sakan adının haylaşdırılmış, təhrif edilmiş formasıdır. Ermənilər Zəngəzur tarixini bu məqsədlə saxtalaşdırdılar. Heç bir mənbədə Zəngəzur adı Sunik kimi göstərilməyib. Hayların Urartu, Alban, Ağvan, Arsak və Sünik tarixi iddiasına dünyada heç bir ciddi alim inanmır. Babəkin dönəmində adı çəkilən Sakan hakimliyi, Şəki qalası Zəngəzurun gerçək tarixidir. Qədim Roma mənbələrində qarqarların, Utilərin İskit tayfasından olduğu qeyd olunub".

R.Əlizadə bildirib ki, II əsrdə Roma coğrafiyaçısı Xəzərdən Qərb istiqamətdə türklərin yaşaması barədə yazıb. Həmçinin VII əsrdə xəlifənin nümayəndəsi "əzəldən türklərin ölkəsi Azərbaycana getmişdim" sözlərini yazıb. Albaniyanı formalaşdıran, idarə edənlər məhz türklər olublar.

Onun sözlərinə görə, eradan əvvəl VII əsrdə Urartu hökmdarının Qarakilsədə tapılan kitabəsində Qərbi Azərbaycan kəndlərinin adı türkcə qeyd olunub.

Tarixçi sonda vurğulayıb ki, Mesopotamiyanın şimalında mağarada yaşayan hay tayfaları Urartu tarixinə, Qafqaza və türk sivilizasiyasına iddia ediblər:

"Hay və erməni anlayışları tam ayrıdır və heç birinin Urartu, Albaniyaya, Qafqaza aidiyyəti yoxdur. Qərbi Azərbaycan boyunca Albaniyanın böyük tarixi izini ermənilər işğal ediblər. Ona görə də Qərbi Azərbaycanın tarixi erməni işğalından azad olunmalıdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında görüşdən əlavə bu gün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, üstəgəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla fikir mübadiləsi aparıb.
Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Bölgəyə və bölgədən keçən layihələrə maraq göstərən böyük oyunçular var və bu oyunçuların maraqları heç də hər zaman üst-üstə düşmür.
Belə vəziyyətdə Şuşa bəyannaməsi ilə strateji müttəfiqlikləri sənəddə əks olunan Azərbaycanla Türkiyənin saatlarının əqrəblərini tutuşdurmalarına ehtiyac var.
Elxan Şahinoğlu
 
 
 
Ardını oxu...
“İran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir”.

“Cebhe.info” xəbər verir ki, İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani “CNN Türk” müsahibəsində belə deyib.

O, Ermənistan-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verir. Lakin Tehran regionun demoqrafiyasını və bölgənin sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüslərin əleyhinədir”, - deyə Əli Bağeri vurğulayıb.

Əli Bağerinin açıqlaması Zəngəzur dəhlizinin açılması məsələsinə münasibətdə İran hakimiyyətinin mövqeyinin dəyişmədiyini göstərir.

Son zamanlar rəsmi Tehran Azərbaycanla münasibətlərin normallaşmasından danışsa da, yaranmış ziddiyyətlərin əsas səbəblərindən birini təşkil edən Zəngəzur dəhlizi məsələsində konsensusa gəlmək istəmir.

Mayın 19-da İranın mərhum prezidenti İbrahim Rəisinin qəzaya uğramazdan bir neçə saat əvvəl Araz çayı üzərində Azərbaycanla birgə tikilmiş su anbarının açılışında iştirak etməsi iki ölkə arasındakı gərginliyin aradan qalxması kimi şərh olundu.

Hətta siyasi ekspertlər bu əməkdaşlıq çərçivəsində aparılan müzakirələri Zəngəzur dəhlizi məsələsi ilə bağlı fikir ayrılığının aradan qalxması istiqamətində müsbət addım kimi dəyərləndirdilər. Ancaq İranın müvəqqəti xarici işlər nazirinin açıqlaması Zəngəzur dəhlizinin rəsmi Tehran üçün hələ də keçilməz “qırmızı xətt” olduğunu göstərir. İranın ali dini rəhbəri Ayətulla Seyid Əli Xameneyinin qohumu Əli Bağeri Kani məhz bu məsələdə çox güman ki, ölkənin birinci şəxsini mövqeyini üstün tutub.

Görünür, İran rejimi işğal dövründə “boz zona” kimi istifadə etdiyi Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının həmsərhəd ərazilərində Azərbaycanın suverenliyini tanımalı olub. Bu, İranın bölgədə qəbul etmək istəmədiyi və 2021-ci ildə sərhəddə güc nümayişi ilə qarşıladığı yeni geosiyasi reallıqla barışması deməkdir. Yəni Azərbaycan-İran sərhədinin qeyd edilən hissəsinə aiddir.

Amma Ermənistan-İran sərhədində nəqliyyat-kommunikasiya dəhlizinin, hətta yollarının açılmasını belə, rəsmi Tehran özü üçün geosiyasi və geoiqtisdi təhdid hesab edir. İlk növbədə, İran Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələndirən “Orta dəhliz”dən kənarda qalacağından narahatdır.

İkincisi, İran Zəngəzur dəhlizinin açılacağı təqdirdə, Azərbaycanla birbaşa quru əlaqəsinin yaranacaq Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi güc mərkəzinə çevrilməsini istəmir. Bu səbəbdən, son günlər Azərbaycan-Ermənistan sərhədində aparılmış delimitasiya prosesinin növbəti mərhələsi kimi Zəngəzur dəhlizinin açılacağına dair siyasi çağırışların gündəmə gəlməsi çox güman ki, İranda müsbət qarşılanmayıb.

Əli Bağeri Kaninin fikirlərindən rəsmi Tehranın Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının əleyhinə olduğunu göstərir. Çünki sərhədlərin müəyyənləşməsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması üçün əlverişli konyukturun yaranması deməkdir.

İran isə yalnız Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən “Araz dəhlizi”nin öz ərazisindən keçməsində maraqlıdır.

Bununla da İran regional nəqliyyat-tranzit marşrutlarına nəzarəti əldə saxlamaq niyyətindədir.

Müşfiq Abdulla
“Cebhe.info”
Ardını oxu...
Azərbaycan Türklərinin Ana Vətəni Babilandır.
Oradan bizim dildə gil lövhələrə, daşlara, metal qablar üzərinə qazılmış hələlik bir milyon yarım yazılı artefakt çıxarılıb. Dünya kolleskionerlərinə, muzeylərinə yayılıb. Və Yaxın Şərqdə, Ön Asiyada bu gün də yaşayan Azərbaycan türklərinin 20-dən çox azlıqları mövcuddur.
Onları özümüzə və dünyaya tanıtmaq üçün, hələ 1997-də "Azərbaycan Türk Azlıqlarının Tədqiqi Amerika-Azərbaycan Assosiasiyası" yaratmışdım. Onu ABŞ hökumət orqanlarında təsdiq elətdirib laysınzın da almışıdm - onun Prezidenti kimi. Məqsədim həmin azlıqların yaşadıqları ölkələrə, yerlərə ekspedisiyalar təşkil etmək idi. Bəzi lazımi avadanlıq - video, kino kameraları da almışıdm.
Aşağıda Assosiasiyanın loqosun da göstərirəm:
Böyük dairədəki hər kiçik yumrucuqlarda hər bir tayfanın adı verilir.
Onlar tədqiqatımın obyektləri olmalıydı. Əksəriyyəti İran sərhədləri daxilindədir. Onlar
QAŞQAYLAR
QARAGÖZLÜLƏR
TEYMURİLƏR
QACARLAR
AFŞARLAR
AYNULLULAR
AZERİLER
BAHARLULAR
BIÇAQÇILAR
XƏZƏRLİLƏR
XALACLAR
MOQADDAMİLER
MOĞOLLAR
NEFERLER
ŞAHSEVENLER
SELCUQİLER
TÜRKMENLER
KERKÜK TÜRKMENLERİ
BAYIRBUCAQ TÜRKMANLARI və sairələridir.
Bütün bunların coğrafi məkanları, sayları, ləhcələri, bəzi adət -ənənələri barədə var olan ədəbiyatdan öyrənib, ilk səfərimi də onlara ünvanlamışdım və ən əvvəl Şiraza - Qaşqaylara doğru gedəcəkdim ki, pasport və viza almaq üçün ABŞ rəsmiyyətinə müraciət edəndə də, Azərbaycan Səfirliyinə bu barədə zəng açanda da rəsmi dairələr xəbərdarlıq etdilər:
- Nəbadə ABŞ pasportu ilə İrana ayaq basasan ! Elə sərhəddəcə səni tutub zindana atacaqlar ! Min bir işgəncə verəcəklər ! Görmürsən gecə-gündüz "Əmrikaya ölüm !" şüarı səsləndirir məktəblərdə, hətta uşaq bağçalarında belə, molla rejimi?
Odur ki, Gil yazılı mətnlər vasitəsilə təzə aşkar etdiyim və dünyaya fəxrlə "Bizim Azlıqlar - Our Minority" kimi tanıtmaq istədiyim qardaşlarımıza doğru ekspedisiyam baş tutmadı.
Onu deyim ki, İrakdakı Türkmənlər də, Suriyadakı Bayırbucaq Türkmanları də, Qaraqoyunlu, Ağqoyunlu Türkmənləri də,
u biriləri də - heç biri u yerlərə Azərbaycandan getməyiblər.
Və Türkmənistanın, yalnız özünə işləyən darçərçivəli düşüncə sahibləri olan rəhbərləri bizim Qara -, Ağ Qoyunlulara abidə ucaldıb, özününküləşdirsələr də. Və bundan istifadə edən haylar bu sərsəm ideyanı bizə qarşı silah kimi istifadə etsələr də... Onların, hörmətli MİLLƏT, Xəzərin u tayındakı Türkmənistanla heç bir fiziki əlaqəsi olmayıb.
Mən məktəbdə oxuduğum 50-ci illərdə dərsliklər yazırdı ki, bəs Məhəmməd Füzuli guya Füzulidə doğulub, uşaq ikən dəvə fırında Bağdada aparılıb. Ona görə Qaryagin irayon mərkəzinin adını Füzuli elədilər ki, dediklərini təsdiq etsinlər. Təsdiq olumadı. Amma yenə də sağ olsunlar, Qaragün adını götürüb, BÖYÜK BAYAT NƏSLİNİN BABİL TÖRƏMƏSİ BÖYÜK ŞAİRİMİZİN adını əbədiləşdirdilər Respublikanın o zamankı bakılı rəhbələri. Abşeronun ziyalısı da, müğənnisi də, meyxana ustası da, sadə insanı da Füzuli ilə nəfəs alır. Hansın dindirsən Füzulinin qəzəlilə ağlayacaq səninçin. Bəzən biz alimlərin belə anlaya bilmədikləri qəzəllərin dilini quş dili biliciləri kimi açıb tökəcəklər düşüncələriizin qabağına. Bunları siz məndən də yaxşı bilirsiniz. Ona görə hələ 60-cı illərdə Şəhərin lap mərkəzində Sovetin bizə verdiyi "tulapayı" büdcəsi ilə Ona u boyda dəqqətəşəyan abidə də ucaltdılar bakılı rəhbərləri o zaman.
Amma sonralar aşkar oldu ki, FÜZULİ elə "ŞUMER" Türklərinin vətəni sayılan BABİLDƏ - KƏRƏLADA doğulmuş və adına 3 min il öncə Mixi yazılı mətndə rast gəldiyimiz BAYAT TÜRK babası Hökmdar, Şair, Bəstəkar olmuş
ULU XAN BAYAT ÇAPAN-ın babilanlı törəməsidir.
U cümlədən, yuxarıdakı siyahıda adlarını bir-bir sadaladığım və sadalaya bilmədiyim bütün qalan Türk azlıqları da, vaxtilə,
"TÜRKÜN BATIDAN DOĞUYA İLKİN AZMAN MIQRASİYASINDA"
(ideya və termin mənimdir-T.A.) BABİLDƏN ŞƏRQƏ KÖÇ EDƏN (3-4 min il bundan qabaq - Türk çarxı icad edən kimi) İtibucaqlı TÜRK DURNA QATARINDAN qırılıb yolda qalmış tək-tük qərib "yaralı" durnalardır (Şəklə bax).
Nükəbbərizə şükür Türk tayfaları, özgə mühitdə - oralara sonradan gəlib sizləri əhatələmiş ərəb, fars mühitində - özünüzü itirmədiniz, mixi yazılı Azərbaycan ləhcələrinizi qoruyub saxlaya bildiniz.
QARŞINIZDA BAŞ ƏYİLMƏLİDİR !.. Hətta Persiyada min illik Türk şahlığı dövründə də dərdizə yanan bir civan tapılmadı.
Başınıza oğul kimi sığal çəkən olmadı. Yetim qaldınız. İndi də sizlərlə maraqlanan yoxdur. Ancaq buxarlanıb göyə sovrulmadınız. Sıralarız seyrəlsə də, Türlüyüzü qoruyub saxlaya bildiniz.
Biz öz yazılı kökümüzü unutduğumuz kimi, bizdən atom şəklində parçalanmış azsaylı qardaşlarımızı (bizim kimyəvi izotoplarımızı*) da çoxdan unutmuşuq. Ona görə hamiya təəccüblü gəlir:
-YARƏBB !.. Nə təhər olur ki, İrakda KƏRKÜKLÜ TÜRKÜNÜN, Suriyada BAYIRBUCAQ TÜRKMANININ, İranda QAŞQAYIN, BIÇAQÇININ, QARAĞÖZÜN, TEYMURİNİN, ŞAHSEVƏNİN, QACARIN və s. ləhcələri bizim ləhcə ilə üst-üstə düşür?!.
ONA GÖRƏ Kİ, ONLAR BİZİM DURNA QATARINDAN AYRILANDAN SONRA BU "ADALARI" ALMIŞ QƏDİM AZƏRBAYCAN LƏHCƏSİNDƏ DANIŞMIŞ BABİLAN TÜRKLƏRİDİR. ADƏM İLƏ HƏVVANIN İKİÇAY ARASINDA QALADIQLARI İLKİN OCAQDAN OD GÖTÜRMÜŞ VAHİD NƏSLİN AYRI-AYRI AD DAŞIYAN DURNALARIDIR.
Biz də rəhmətlik görkəmli ədəbiyyatşünas Professor RÜSTƏM ƏLİYEVİN 1970-ci illərdə İRAKDA türkdilli xalq kəşf etdiyini TV-dən şirin serial nağıllarını eşidəndə, sinəmiz qabarırdı. Sovet sisteminin qalın beton divarını yarıb hazırki Vətəndən qədim Vətənə gedə bilmiş və orada restoranda təsadüfən bizim ləhcədə danışan Kərküklü ilə tanış olub, onun vasitəsilə qardaşlarımızdan bizə ilkin məlumat gətirən cəsarətli Professor Bütün Azərbaycanı şoka salmışıdı.
Onun bu kəşfi bizim üçün avropalı üçün Kolumbun Amerikanın kəşfinə bərabər idi o zaman. İndi nə var ki... İstəyirsən lap TAİS (mixi sözüdür - vəfalı) ATINA minib də get Kərkükə. Dünən Bakıda Milli Konservatoriyada konsert verirdilər... Sovet dövrü bu iş bizi zırın-zırın ağladardı.
İndi mən deyəndə ki, biz Babildənik və "Şumer" adında zat olmayıb, Gil yazını kəşf edən TÜRK olub BABİLDƏ, Azərbaycanda çoxu şoka düşür. Özünüzü ələ alın. Dünya dinamika dünyasıdır.
Tariyel Azerturk
TEREF
 
Ardını oxu...
Rəsmi İrəvan Paşinyanın COP29 tədbirində Bakıya səfər edə biləcəyi haqda xəbərləri təkzib etsə də, bu mümkünsüz deyil. Belə gözləntilər var.

Bakı və İrəvanın noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişinə (niyyət protokolu, yaxud çərçivə sazişi ola bilər) irəliləyiş əldə etməsi gözlənilən ssenarilərdəndir. Hər iki tərəf – Bakı və İrəvan da məsələyə “soyuq” yanaşmır. Noyabra qədər sülh sazişi ilə bağlı irəliləyiş olarsa, Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır. Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər.

Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Belə bir dəvətdən imtina onun sülhə qarşı olduğu imicini yarada bilər, çünki noyabra qədər sülh sazişi ilə bağlı irəliləyişin əldə edilməsi və COP29-da Ermənstan liderinin iştirakını beynəlxalq oyunçular istəyir. Bunu anlayan Paşinyan Bakıya səfəri üçün yeni şərt irəli sürür.

- Bakıda həbsdə olan ermənilər noyabra qədər azad edilsə, Ermənistanın COP29 tədbirində baş nazir səviyyəsində iştirakı müzakirə edilə bilər.

Bu şərt rəsmi İrəvan tərəfindən yox, hakimiyyətə yaxın media tərəfindən ortaya atılıb. Və istisna deyil ki, rəsmi İrəvanın tezisləri əsasında hazırlanıb. Ermənistan hakimiyyətinin bu “şərti”nin bir neçə hədəfi var.

Birincisi, COP29-da iştirakdan imtinasını beynəlxalq ictimai rəydə əsaslandırmağa və bununla “sülhə qarşı” olmadığını göstərməyə çalışır;

İkincisi, beynəlxalq diqqəti Bakıda həbsdə olan cinayətkar ermənilərə yönəltmək istəyir və COP29-u onların buraxılması üçün fürsət olaraq görür;

Üçüncüsü, həbsdə olan ermənilərin azad edilməsinə nail olarsa, daxili ictimai rəydə xal qazana bilər;

Mümkündür ki, noyabra - COP29 tədbirinə qədər Ermənistanın bu “şərti” rəsmi səviyyədə irəli sürülə bilər. Azərbaycanın separatçılar istisna olmaqla, digər ermənilərin Ermənistana təhvil verməsi də mümkün variantlardandır. Separatçılar Paşinyana özünə də lazım deyil.

Asif Nərimanlı
 
Ardını oxu...
Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə edirmi?

Ermənistan hakimiyyəti daxili siyasi mübarizəyə Azərbaycanı da qarışdırıb və öz vəziyyətini bir az da qəlizləşdirib. Bir neçə gün əvvəl xarici işlər naziri Ararat Mirzoyan müxalifət deputatlarının suallarını cavablandırarkən Ermənistanda konstitusiya islahatlarının Bakının tələblərinə heç bir aidiyyatı olmadığını bildirib. Mirzoyan bəyan edib ki, hər iki ölkənin konstitusiyası hüquqi müstəvidə uzunmüddətli sülhün bərqərar olması üçün problem ola bilməz.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dərhal bu açıqlamaya etiraz etdi. Nazir bildirdi ki, Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdi reallıqdan uzaqdır və qəbuledilməzdir.

İki gün əvvəl isə prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşündə bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.

Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir:

"2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik".

Azərbaycan prezidentinin bəyanatına Ermənistan XİN-dən reaksiya gəlib. Bəyanatda deyilir ki, Ermənistan Respublikasının heç bir qonşusuna, o cümlədən Azərbaycana qarşı ərazi iddiası yoxdur.

"Ermənistan Konstitusiyası və ona edilən dəyişikliklər Ermənistan Respublikasının daxili işidir və biz rəsmi Bakının Ermənistanın daxilindəki müzakirələrə müdaxilə etmək cəhdlərini ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür danışıqlar sülh prosesini ləngidir və Azərbaycan rəhbərliyinin sülh əldə edilməsi ilə bağlı səmimiliyini şübhə altına qoyur.

Ermənistan və Azərbaycan arasında bağlanan sülh sazişi aydın şəkildə müəyyən edir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar və bir-birinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişinin mətnində həmçinin heç bir tərəfin sülh sazişinə uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyi haqqında razılaşdırılmış müddəa var.

Sazişin imzalanması və milli prosedurlara uyğun olaraq ratifikasiyası bu prinsipləri qəti şəkildə müəyyən edəcək. Buna uyğun olaraq, hesab edirik ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın və birbaşa yolu məhz Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişi imzalamaqdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çoxdan çatıb və Ermənistan tərəfi növbəti ay ərzində onun yekunlaşdırılması və imzalanması üzərində konstruktiv və intensiv işə hazır olduğunu ifadə edir", - deyə Ermənistan XİN-in bəyanatında bildirilir.

Əvvəlcə, Ermənistan rəhbərliyinin hər iki ölkənin konstitusiyaları arasında paralellik aparması barədə. Nazir A.Mirzoyan bu açıqlamanı konkretləşdirməyib, amma güman ki, Azərbaycan Konstitusiyasının preambulasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında yer alan maddələri nəzərdə tutur.

Həmin maddələr bunlardır:

Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.

Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.

Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.

Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.

Beləliklə, Azərbaycan varisi olduğu Xalq Cümhuriyyətinin sərhəd hüdudlarını özünün qanuni ərazisi sayır, sovet işğalı dövründə ərazilərin Ermənistana verilməsi ilə bağlı bütün qərarların qanunsuz olduğunu bəyan edir. Ermənistanı bu barədə gur səslə danışa bilmir, çünki Konstitusiya Aktının müddəaları konkret tarixi faktlara əsaslanır və onlar inkarolunmazdır.

Azərbaycan da məsələni bu şəkildə gündəmə gətirmir, 70 il ərzində baş vermiş reallıqları, o cümlədən SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyəti, o cümlədən, dünyada mövcud olan geosiyasi durumu nəzərə alır. Bu mərhələdə Bakının əsas prioriteti Ermənistanla perspektivdə imzalanacaq sülh müqaviləsinin mübahisəli məqamlardan, boşluqlardan tamamilə azad olmasını, möhkəm dayaqlar üzərində bərqərar olmasıdır. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı konkret ərazi iddiaları var. Hazırda Ermənistanda hakimiyyəti devirməyə çalışan qüvvələrin əsas şüarı Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi, ümumiyyətlə sülh prosesini əngəlləmək, “itirilmiş” əraziləri geri qaytarmaqdır. Bu prosesə kifayət qədər ciddi qüvvələr – kilsə, diasporun bir hissəsi və Rusiyadan dəstəklənən müxalif siyasi qüvvələr dəstək verir. Beləliklə, cəmiyyət iki qütbə bölünüb və bu gün onların nisbəti Ermənistanda siyasi vəziyyəti dəyişmək üçün yetərli olmasa da, perspektivdə vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Azərbaycan İrəvandakı prosesləri diqqətlə izləyir və sülh prosesinə həddindən artıq ehtiyatla və diqqətlə yanaşır, onu daxildən qaynaqlanan zəhərli amillərdən sığortalamağa çalışır. Bu istiqamətdə əsas tədbirlərdən biri revanşistlər üçün komfort hüquqi düzənin dəyişdirilməsidir.

Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, hazırda müzakirə olunan sülh sazişinin mətnində “heç bir tərəfin sülh sazişinə uyğun olaraq götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməyəcəyi haqqında razılaşdırılmış müddəa var”. Yəni konstitusiyada nə yazılmasından asılı olmayaraq, sülh sazişinin müddəaları əsasdır və o gələcəkdə hansısa mübahisələrə yol açmağa imkan vermir.

Amma bu, heç də tutarlı arqument deyil. Məlumdur ki, bütün ölkələrin konstitusiyaları beynəlxalq konvensiyalardan, müqavilələrdən üstün sənəd sayılır. Bu barədə elə Ermənistan Konstitusiyasında da açıq yazılıb. Sabah revanşistlər hakimiyyətə qayıtsa, bu müddəanı tətbiq edərək, Azərbaycanla imzalanmış sülh sazişini etibarsız elan edə bilərlər. O zaman vəziyyət necə olacaq? Əlbəttə, yenidən müharibə şəraiti, bölgəyə xarici oyunçuların müdaxiləsi, insan itkilər qaçılmazdır. Bu, Azərbaycana lazım deyil, Ermənistan da bu durumdan çox böyük zərər çəkəcək. Rəsmi Bakı əslində qarşı tərəfi də pis perspektivdən xilas etməyə çalışır. İrəvan rəsmiləri isə bunu Azərbaycanın onların daxili işlərinə müdaxilə kimi qiymətləndirirlər. Bu məsələni də aydınlaşdırmağa ehtiyac var.

Hazırda Baqrat Qalstanyan və ona dəstək verən siyasi qüvvələr Paşinyan hakimiyyətini Bakının tələblərinə boyun əyməkdə, təslimçilikdə ittiham edirlər. Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın gündəmə gətirdiyi konstitusiya dəyişikliyi də Azərbaycan hakimiyyətinin sifarişidir. Müxalifət iddia edir ki, Bakı bununla kifayətlənməyəcək, Ermənistanın kapitulyasiyası təmin olunana qədər şərtlərini diktə etməkdə davam edəcək.

Paşinyan komandası isə bəyan edir ki, ümumiyyətlə xəyali Ermənistandan real Ermənistana keçmək, onun milli təhlükəsizliyini təmin etmək üçün əsas işlərdən biri yeni konstitusiyanın qəbul olunmasıdır. Yeni qanunda potensial təhdid mənbəyi olan Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları çıxarılacaq, dövlət atributları dəyişdiriləcək, kilsənin imtiyazları məhdudlaşdırılacaq, Rusiyanın imperiya maraqlarına xidmət edən maddələr silinəcək, ölkənin Avro-Atlantik məkana inteqrasiya kursu dövlətin strateji hədəfi elan olunacaq.

Ermənistan hökumətinin bu niyyəti Azərbaycanın maraqlarına uyğundur. Artıq Paşinyan hökuməti daxili siyasi mübarizədə növbəti dəfə qalib gəlib, cəmiyyətin verdiyi kart-balanşdan istifadə edərək konstitusiya islahatlarına gedə bilər. Amma görünən odur ki, Ermənistan XİN yanlış olaraq Azərbaycanı qıcıqlandıran bəyanatlar verir, onu öz daxili siyasi böhranına çəkməyə, müxalifətin arqumentlərini vurmağa çalışır. Bu, səhv yanaşmadır, Paşiynanın yanvarın 19-da dediyi kimi yeni konstitusiya Ermənistana hava-su kimi lazımdır. Çünki bunu etmədən ölkənin milli təhlükəsizliyini qorumaq, sərhədlərini çəkmək mümkün olmayacaq. Erməni rəsmiləri bu aralar Azərbaycanın Müstəqillik Haqqında Konstitusiya Aktını, hansı ki, ölkə Konstitusiyası bilavasitə ona istinad edir, yaxşı-yaxşı oxuyub, vəziyyəti yenidən dəyərləndirsinlər.
Turqut
pressklub
 
 
 
Ardını oxu...
1220 yıllarında Moğol ordularının istilası Kayı boyunu, Süleyman Şah ve halkını Türkmen topraklarından göç etmek zorunda bırakmıştı .
Osmanlı devletini kuracak olan Osman Bey, tiftik keçisini Anadolu’ya getiren Süleyman Şah’ın torunuydu. Süleyman Şah "hani bildiğimiz türbesi taşınan Süleyman Şah var ya işte o Süleyman Şah " 1229’da ölünce oğulları Kayseri’den Ankara’ya kadar uzanan bölgede tiftik keçisi sürüleriyle yayılıp yerleşmişler ve bölgeyi yurt edinmişlerdi.
Yüzyıllarca bu keçiler et süt yün ihtiyaçlarını sağladı zaman içerisinde tiftik keçisinin yünleride dünya çapında nam saldı.
Ankara ve çevresinde halk tiftikten ipek gibi kumaşlar dokuyordu. Tiftik kumaşlarının ünü Ankara’dan tüm dünyaya yayıldı ve tiftik keçisi Avrupa’da ’Ankara keçisi’ (Angora goat) adıyla anılmaya başladı.
O tarihlerde başta Ankara olmak üzere; Zir, Çankırı, Beypazarı Nallıhan ve Kalecik’te 1355 tiftik tezgahı bulunmakta ve her yıl 20.000 top kumaş yurt dışına satılmaktaydı .
Keçileri Nasıl Kaçırdık ...
Yıllar sonra Kendisini padişaha Müslüman olmaya çok yakın bir Hıristiyan din adamı olarak tanıtan İngiliz Albay Henderson Anadolu’yu dolaşma ve dilediği her şeyi satın alıp yurt dışına çıkartma izni almıştır .
Gerçek amacı, bir çift damızlık tiftik keçisi alıp Güney Afrika’da önceden hazırlanmış İngiliz çiftliğine götürmektir.
İngiliz misyonerin elinde padişah fermanı vardır. Osmanlı zabitleriyle birlikte zorla almaya kalkar damızlıkları. Türkmenler padişah fermanına ve zabitlere karşı çıkıp damızlık tiftik keçisi vermemek için silaha sarılırlar. Haber duyulur ve damızlık keçileri İngilizlere vermemek için direnen silahlanan Türkmenlerin sayısı onbinlere varır.
Osmanlı, İngiliz’e damızlık vermeyen Türkmenler üzerine ordu gönderir. Üç yıl süren direniş bastırılır ve İngiliz’e istediği damızlık Ankara keçileri verilir.1838 yılında İngiliz, isyancıların dinmeyen öfkesinden korunmak için 13 tiftik keçisini her ihtimale karşılık siyaha boyayarak sessizce bu topraklardan Güney Afrika’ya doğru yola çıkarır ...
Keçileri Kaçırdıktan Sonra ....
Güney Afrika dünya tiftik üretiminin % 50 sini gerçekleştirmektedir. Güney Afrikanın Port Elisabeth şehri dünya tiftik endüstrisinin başkenti sayılmakta dünya tiftik fiyatları burada belirlenmektedir.
Serdar Özbosnalıoglu
TEREF
Ardını oxu...
Analitik: “Paşinyanla erməni kilsəsi arasında qarşıdurma hələ qabaqdadır”

“Ötən həftənin sonunda Baqrat Qalstanyan İrəvana daha “əsaslı” qayıtmaq və paytaxtda “yekun” etiraz aksiyası keçirmək üçün Gümrüyə getdi. Həftəsonu Baqrat İrəvanda yenidən peyda oldu, lakin “super effekt” ala bilmədi. Bu məsələdə iki cür siyasi mühakimə var: səthi və məntiqi. Səthi mühakimə tərəfdarları hesab edirlər ki, keşiş Baqrat Gümrüdən gəldiyi üçün bu, Ermənistanın “ikinci paytaxtı”nın siyasi əhval-ruhiyyəsinə təsir edə bilər”. Bu sözləri siyasi şərhçi Hüseynbala Səlimov Ermənistanda baş verən siyasi gərginliklə bağlı analitik yazısında qeyd edib.

Analitik hesab edir ki, problemin daha ətraflı nəzərdən keçirilməsinin tərəfdarları fərqli müstəvidə səbəblər axtarırlar: “Əvvəlcə keşiş Baqrat İrəvandakı siyasi prosesləri uduzduğunu anladı. Bəli, Qalstanyan İrəvana qayıdacağını bildirsə də, fərqinə varmadan orada yekun etiraz aksiyası keçirmək niyyətində olduğunu söylədi. İkincisi, Baqrat yəqin ki, Gümrüdəki Rusiya hərbi bazasına yaxın olmaq istəyir. Beləliklə, Ermənistan ərazisində də siyasi gərginlik ocaqları yarana bilər. Yəni mərkəzi hakimiyyət orqanlarına tabe olmayan bir növ əyalət “anklavı”. Qeyd edək ki, bu yolla ölkənin şərq bölgələri, hətta bundan əvvəl Gürcüstanda Abxaziya və Cənubi Osetiya bir vaxtlar Tiflisin nəzarətindən çıxıb. Niyə Ermənistanda buna bənzər bir şey yaradılmasın?! Bundan əlavə, Rusiya hərbi bazasına daha yaxın olmaq, silah əldə etmək deməkdir. Bu, Ermənistandakı hərbi paradlarda silahlı keşişlərin sütununu xatırladır. Bir faktı da unutmaq olmaz ki, keşişlərin arxasında “revanşist müxalifət” və “beşinci kolon” ​​dayanır...”.

“Bir sözlə, vəziyyət çox mürəkkəb, hətta son dərəcə mürəkkəbdir. Ötən həftə nəinki Rusiya Prezidenti Vladimir Putin, hətta Baş nazir Mixail Mişustin də Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib. Belarus Prezidenti Aleksandr Lukaşenko da kənarda qalmadı, qəribə də olsa. Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) möhkəmlənməsi və qorunub saxlanmasının qatı tərəfdarıdır, onun bütün fəaliyyətinə isə Ermənistan sistematik olaraq məhəl qoymur. Bütün bunlar Ermənistanın bəzi dairələrində erməni müxalifətinin səylərinə güclü zərbə kimi qəbul edilib. Amma yəqin ki, Kreml də anladı ki, erməni müxalifətinin növbəti cəhdi yenə uğursuzluğa düçar oldu. Bununla yanaşı, hər şeyin geridə qaldığını deyə bilərikmi? Mən belə düşünmürəm”, - deyə Səlimov məqaləsinə belə davam edir: “Birincisi, qeyd etmək lazımdır ki, Baş nazir Paşinyan Baqrata qarşı münasibətini sərgilədi - ötən həftənin sonunda o, nəhayət, “rəqibi” haqqında danışdı. Burada Rusiya elitasının nümayəndələrinin təbriklərinin də rol oynadığı güman edilir. Nikol artıq hesab edir ki, hətta Kremldə də “Baqrat kampaniyası” nın faydasız bir iş olduğunu başa düşürlər. Amma Baş nazir Paşinyanla erməni kilsəsi arasında qarşıdurma hələ qabaqdadır. Birincisi, Ermənistan dövləti hələ də Kreml, kilsə və diaspora tərəfindən idarə olunur. Nikol buna son qoymaq istəyir. İkincisi, Paşinyan çox çətin bir vəzifəni üzərinə götürüb - o, ümumiyyətlə, erməni kilsəsinin rolunu azaltmaq istəyir”.

“Əlavə edilməli olan daha bir detal ondan ibarətdir ki, yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Ermənistandakı siyasi aksiyalar fonunda Paşinyan deyib ki, gələcək sazişin demək olar ki, bütün detalları razılaşdırılıb, qalan məsələ onun müqavilənin mətninə köçürülməsidir. Lakin gələcək müqaviləyə yekun və davamlı xarakter vermək üçün ən vacibi gələcək müqavilə və eyni zamanda, ölkəsinin yeni regional siyasəti üçün daha cəlbedici və firavan hüquqi baza yaratmaqdır. Yəni ki, mövcud Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Qeyd edək ki, hazırkı Konstitusiya və “Ermənistanın Milli Müstəqillik Aktı” milli avantüristlərin ideoloji dayağıdır. Paşinyan onları bu dəstəkdən məhrum etməyə çalışır. Bundan əlavə, o, Türkiyə və Azərbaycanla münasibətlərə real sosial-iqtisadi məzmun vermək istəyir. Çünki yalnız bu halda onun siyasətinin real bəhrəsini və bəhrəsini görə bilər”, - deyə analitik məqaləsini bitirir.

Müəllif: Turan Abdulla
 

Dünyapress TV

Xəbər lenti