Ardını oxu...
İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək.

Bunu İranın ali dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi, bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, - o bildirib.

Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Əli Xameneinin açıqlamasında iki əsas məqam diqqəti cəlb edir:

“Birincisi İranın Ermənistanla bağlı siyasətinin davam edəcəyi vurğulanır. Bu isə Ermənistanda olan təhlükəsizlikdə bağlı narahatlıqla əlaqəlidir. İbrahim Rəisinin helikopter qəzasında vəfat etməsindən sonra Ermənistanın siyasət çevrələrində rəsmi İrəvanın təhlükəsizliyi ilə bağlı ciddi boşluqların olacağı vurğulandı. Eyni zamanda, İranın Ermənistana qarşı münasibətinin dəyişəcəyi ilə əlaqədar fikirlər deyilirdi. Çox güman ki, həmin fikirləri Xameneiyə çatdırıblar. Xamenei də Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyində qırmızı xətt siyasətinin davam edəcəyini bildirməklə həmin narahatlığı aradan qaldırdı. Digər tərəfdən isə Xamenei Ermənistan-İran əlaqələrinin genişləndirmək siyasətinin indiki vəziyyətdə də davam edəcəyini xüsusi vurğulamaqla iki ölkə münasibətlərində heç bir boşluğun olmayacağı mesajını verdi. Ona görə də İranla Azərbaycan arasında münasibətlərin ən yüksək məcraya qalxacağından danışanlar başa düşməlidir ki, rəsmi Tehranın əsil üzü budur. İran hər zaman belə olacaq. Çünki bu siyasətin arxasında türk düşmənçiliyi dayanır. İranın Azərbaycan və Türkiyəyə münasibəti tamamilə dəyişməyəcək. İran qlobal güclərin tələb etdiyi siyasəti həyata keçirir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyan Rəisinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib.
 
Ardını oxu...
Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər çatdırıb, Paşinyan hakimiyyəti isə onları icra etməyə məhkumdur... Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir, Paşinyan hakimiyyətinin yenidən regional gərginliyə sövq edilə biləcəyi qətiyyən istisna deyil...
Cənubi Qafqazda "erməni faktoru" ən sarsıntılı geopolitik mərhələ ilə üzləşib. İndi ABŞ və Qərb Ermənistan üzərindən bu regiona nüfuz etməyə cəhd göstərir. Ancaq mövcud situasiya və geopolitik proseslərin inkişaf istiqamətləri Ermənistan Qərb üçün effektiv seçim variantı olmadığını təsdiqləyir. Və bu baxımdan, Qərbin öz geopolitik planlarına düzəliş etməsi qaçılmaz xarakter daşıyır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistanın Cənubi Qafqazda geopolitik əhəmiyyətinin şişirdilmiş olduğunu əvvəl-axır qəbul etmək məcburiyyətində qalacaq. Hər halda, indiki situasiyada Ermənistanın regional faktor rolundan çox-çox uzaqlaşdığı artıq inkaredilməz reallıqdır. Və Ermənistan bütün istiqamətlər üzrə Azərbaycana məğlub olmaqda davam edir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın ötən ilin sentyabr ayında reallaşdırdığı antiterror əməliyyatı Ermənistanı "geopolitik tullantı"ya çevirmiş oldu. Məhz həmin antiterror əməliyyatı Cənubi Qafqaza əsas regiondan kənar manipulyasiya mexanizmini - "boz zona"nı sıradan çıxartdı. Beynəlxalq hüquq normaları da Azərbaycanın tərəfində olduğundan Cənubi Qafqazda həmin "boz zona"dan ənənəvi olaraq, yararlanan bəzi regiondan kənar gücləri "tərksilah" etdi. Və həmin qeyri-regional güclərin hələ də Azərbaycana qarşı qəzəbli olmasının əsas səbəbi də məhz bu önəmli məqamla bağlıdır.

Ancaq "boz zona"nın erməni terrorçulardan təmizlənməsindən dərhal sonra qeyri-regional güclərin erməni diasporu ilə ortaq şəkildə Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyası yaratmaq cəhdləri iflasa uğradı. Rəsmi Bakı Azərbaycana qarşı qərəzli və məkrli beynəlxalq ssenarilərin hamısını bir-birinin ardınca boşa çıxartdı. Nəticədə Cənubi Qafqazda geopolitik maraqları olan ermənipərəst beynəlxalq dairələr Azərbaycan qarşısında ağır məğlubiyyətlə üzləşmiş oldular. Və mövcud situasiyada Cənubi Qafqazda rəsmi Bakının geopolitik iradəsindən yayına bilməyəcəklərini anladılar.

Təbii ki, bütün bunlar Paşinyan hakimiyyətinin də ABŞ və Qərbə olan "sərhədsiz ümidlər"ini alt-üst etdi. Ona görə də, Qərbin Ermənistana yerinə yetirilməyəcək vədlərdən başqa heç nə verə bilməyəcəyinə əmin olan Paşinyan hakimiyyəti nəhayət ki, praqmatik qərarlar mərhələsinə keçdi. Və Azərbaycanla sərhədlərin delimitasiyası, rəsmi Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə geri döndü.

Artıq bu istiqamətdə kifayət qədər ciddi irəliləyişlər mövcuddur. Rəsmi İrəvan Azərbaycana aid daha dörd kəndin geri qaytarılmasını təmin edib. Baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan israrla yekun sülh sazişinin imzalanmasının vacibliyini vurğulayırlar. Üstəlik, bunun ən qısa zamanda, təxminən noyabr ayına qədər reallaşdırılmasının mümkün olduğunu qabardırlar. Və bu, rəsmi İrəvanın yekun sülh sazişinin imzalanması baxımdan, özünü seytnot vəziyyətində hiss etdiyindən tələsdiyini də göstərir.

Maraqlıdır ki, Cənubi Qafqazda yeni hərbi-siyasi gərginliyin yaranmasına yönəlik ümidlərini tam itirməmiş qeyri-regional güclər mövcud situasiya ilə barışmaq istəmirlər. Ona görə də, əllərindəki son variantı artıq hərəkətə gətiriblər. "Erməni üçlüyü"nü - diaspor, kilsə və Qarabağ klanını vahid mərkəzdə birləşdirərək, Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Əslində, bu, indiki mərhələdə Cənubi Qafqazda mövcud situasiyanı dəyişdirmək üçün istifadə oluna biləcək son "resurslar"dır. Və bu variantın da iflasa uğramaqda olduğu müşahidə edilir.

Məsələ ondadır ki, "kilsə qiyamı"nı bütün Ermənistan ərazisinə yatmaq planları artıq boşa çıxmış kimi görünür. Üstəlik, son günlər keşiş Baqratın "liderliyi" altında etiraz dalğasının artıq ciddi şəkildə zəifləməkdə olduğu açıq-aşkar nəzərə çarpır. Yəni, "kilsə qiyamı" artıq demək olar ki, öz təsirini və əhəmiyyətini itirmək üzrədir. Ona görə də, indi "kilsə qiyamı"nın məğlub olacağına şübhə etməyən bəzi müxalif dairələr tədricən kənara çəkilməyə başlayıb.

Ən önəmli məqamlardan biri odur ki, erməni müxalifətinin keşiş Baqratın siyasi qələbəsinə inanmayanlar ona konkret suallar ünvanlayırlar. Əsas tələblər də ondan ibarətdir ki, meydandan çəkilənlər keşiş Baqratın qalib gəldikdən sonra baş nazir olacağı təqdirdə, Azərbaycanla sülh prosesinə alternativ olaraq, hansı planının olduğuna aydınlıq gətirilməsi ilə birbaşa bağlıdır. Və bu, meydandan çəkilməyə hazırlaşanların Ermənistan cəmiyyətində özlərinə haqq qazandırmaq üçün konkret səbəblər yaratmaq cəhdi kimi görünür.

Maraqlıdır ki, Qərbdə Ermənistan ətrafında yaranmış vəziyyət böyük narahatlıqla müşahidə edilir. ABŞ və Qərb "kilsə qiyamı"na qalib gəlmək üzrə olan Paşinyan hakimiyyətinin Ermənistanın beynəlxalq himayədarlarının vədlərinə olan ümidlərini kəsməkdə olması çaşqınlıq yaradır. Çünki Qərbdə anlayırlar ki, baş nazir Nikol Paşinyan hakimiyyətini möhkəmləndirdikdən sonra Azərbaycan və Türkiyə ilə normal münasibətlərə daha çox üstünlük verə bilər. Və buna nail olacağı təqdirdə, Ermənistanın Qərbdən dəstək gözləməsinə də elə bir ehtiyac qalmayacaq.

Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə problemlərini həll etmiş Ermənistan daha da irəli gedib, Rusiya ilə münasibətlərinə də yenidən baxa, ciddi düzəlişlər edə bilər. Yəni, daxili müqaviməti qırmış, Qərbdən gözlədiyi dəstəyi almamış, Türk İttifaqı ilə anlaşmış Paşinyan hakimiyyətinin sonrakı mərhələdə Rusiya ilə qeyri-bərabər qarşıdurmadan imtina etməyəcəyinə qətiyyən təminat yoxdur. Və bu baxımdan, Qərbin hadisələrin belə inkişafı perspektivlərini kənardan izləməklə kifayətlənəcəyinə inanmaq sadəlövhlük olardı.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın xüsusi xidmət servislərinin yenidən hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Bundan əlavə də Paşinyan hakimiyyətinin Qərbə güvəni zəiflədikdə CİA və Mi-6 şefləri İrəvana səfər etmişdilər. Həmin səfərlərdən sonra isə Paşinyan hakimiyyəti regional sülh prosesində iştirakdan yayınmağa üstünlük vermişdi. Və bu, artıq Ermənistan üçün müəyyən mənada, ənənəyə çevrilmiş kimi görünür.

Bu dəfə isə Qərb baş nazir Nikol Paşinyanla görüşə CİA şefinin özünü deyil, onun müavinini göndərib. Hər halda, nə qədər qəribə də olsa, erməni baş nazir CİA şefinin müavini Devid Koen ilə ABŞ-Ermənistan münasibətlərini və beynəlxalq gündəmi müzakirə edib. ABŞ-da belə işlərlə adətən, mülki siyasi məmurlar məşğul olurlar. Ancaq nədənsə, Ermənistana bir qayda olaraq, CİA-nin yüksək rütbəli təmsilçiləri göndərilir. ABŞ-ın kəşfiyyatla məşğul olan nüfuzlu qurumunun rəhbəri ilə Ermənistanın siyasi hakimiyyətinin iki ölkənin münasibətlərini, eləcə də, beynəlxalq gündəmi müzakirə etdiklərinə yalnız sadəlövhlər inanar.

Böyük ehtimalla CİA şefinin müavini erməni baş nazirə ABŞ-ın strateji maraqlarına bağlı sifarişlər gətirib. Baş nazir Nikol Paşinyan həmin sifarişləri icra etməyə məhkumdur. Üstəlik, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin daha intensiv xarakter aldığı dövrə təsadüf edir. Ona görə də, Paşinyan hakimiyyətinin yenidən regional sülh prosesindən uzaqlaşmağa sövq edilə biləcəyi qətiyyən istisna deyil. Hər halda, ABŞ və Qərbə Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasının yararlı olmadığı inkaredilməz reallıqdır. Və bu baxımdan, Paşinyan hakimiyyətinin növbəti dəfə sülh prosesinə qarşı çıxaraq, Cənubi Qafqazda hərbi-siyasi situasiyanı gərginləşdirə biləcək mövqeyə keçid etmə ehtimalı kifayət qədər inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
 
Ardını oxu...
“İndi hamı üçün aydındır ki, bu ölkəyə də “siqnal” Rusiyadan gəldi”

“Demokratiyanın ən mühüm prinsiplərindən biri qanunun aliliyidir. Bəs qanun qeyri-demokratikdirsə? Bəs cəmiyyətin və dövlətin demokratik əsaslarını boğmağa yönəlibsə? Belə olan halda qeyri-demokratik hüquqi aktı dəyişdirmək, hətta onun ləğvinə nail olmaq üçün cəmiyyətin müvafiq təbəqələri birləşməlidir. Bunun üçün demokratik mübarizənin bütün üsulları, o cümlədən vətəndaş itaətsizliyi məqbuldur - insanlar heç də antidemokratik qanunun tələblərinə əməl etməyə borclu deyillər...”. Bu sözləri qonşu Gürcüstanda yaranan siyasi böhranla bağlı yazdığı məqalədə analitik Hüseynbala Səlimov qeyd edib.

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının parlamentdəki təmsilçilərinin irəli sürdüyü “Xarici agentlər” haqqında qanun layihəsinin qəbulundan sonra ölkədə genişmiqyaslı aksiyalar başlayıb. Vətəndaş cəmiyyəti, KİV və müxalifət partiyaları nümayəndələrinin başlatdığı etirazlara minlərlə vətəndaş qoşulub. Aksiyaçılar bu qanunu “rus qanunu” hesab edir və ləğvini istəyirlər. “Gürcü arzusu” isə geri çəkilmək niyyətində deyil. Hələ ki, ölkədə gərginlik siyasi böhranlı vəziyyətlə xarakterizə edilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili veto hüququndan istifadə edərək qanuna veto qoyub. H.Səlimov isə yazısında qeyd edir ki, Gürcüstan Prezidenti tərəfindən veto qoyulması qeyri-demokratik qanunun qəbulunu dayandırmaq iqtidarında deyil: “Çünki Gürcüstan qanunvericiliyinə görə, Prezidentin vetosu qanunun qəbulunu maksimum bir ay gecikdirə bilər. Amma qanunun qəbulundan əvvəl Gürcüstanın Baş naziri bildirib ki, “Xarici agentlər” haqqında qanunun bəzi müddəalarını dəyişə bilərlər və bunun üçün müxalifət, ilk növbədə, Gürcüstan Prezidenti öz təkliflərini irəli sürməlidir”.

“Bir sözlə, qonşu Gürcüstanda siyasi ab-hava həddindən artıq qaynar olaraq qalır. Bütün bu günlər ərzində Rusiya mediası, hətta siyasi xadimləri də Gürcüstanda baş verənlərlə bağlı susur. Amma bu günlərdə dedilər ki, Gürcüstan Qərb və Rusiyayönlü inkişaf ssenariləri arasında seçim edir. Bu, Gürcüstandakı “siyasi küləyin” istiqamətini göstərdi - indi hamı üçün aydın və başa düşüləndir ki, bu ölkəyə də “siqnal” şimaldan, yəni Rusiyadan gəldi”, analitik qeyd edib.

Səlimov xatırladır ki, tezliklə Gürcüstanda parlament seçkiləri olacaq: “Seçkilər bu ilin oktyabrında, daha dəqiqi, oktyabrın 26-da keçirilməlidir. Amma deyə bilərik ki, proses artıq başlayıb - bu günlərdə Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanda Qərbyönlü qüvvələrin düşərgəsinə rəhbərlik edəcəyini bəyan edib. Hakimiyyət isə “Xarici agentlər” haqqında qanunun müxalifət və hakimiyyətin digər əleyhdarları üçün sadəcə bir bəhanə olduğunu inkar etmir. “Gürcü arzusu” koalisiyası da siyasi planlarını gizlətmir - bu yaxınlarda hakim partiyanın qurucusu Bidzina İvanişvili açıq şəkildə bəyan etdi ki, o və komandası seçkilərdən sonra müxalifətə son qoymaq niyyətindədir”.

“Bəzi siyasi müşahidəçilər qarşıdan gələn parlament seçkilərində hakimiyyətin sarsıdıcı məğlubiyyətə uğrayacağını proqnozlaşdırırlar. Bunun üçün bütün lazımi daxili və xarici resurslar var. Birincisi, hakimiyyətin seçkiqabağı reytinqi hətta otuz faizi də keçmir. İkincisi, ən son sorğulara görə, respondentlərin 80 faizi ölkənin Avropa kursunu dəstəkləyir. Üçüncüsü, mövcud hakimiyyətin əleyhdarlarının mövqelərini gücləndirən zəruri beynəlxalq resurslar var. ABŞ və digər ölkələr artıq bəyan ediblər ki, “Xarici agentlər” haqqında qanun qüvvəyə minərsə, bəzi sanksiyaları nəzərə alaraq belə, Gürcüstana qarşı siyasətlərini dəyişəcəklər. İrəliyə baxan digər politoloqlar Gürcüstanın Aİ və NATO-ya yolunun artıq bağlandığını proqnozlaşdırırlar. Bəli, Gürcüstan hakimiyyəti ölkənin avroyönümlü kursunu davam etdirəcəklərini bildirir. Amma qeyd etdiyimiz kimi, “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra onların Avropaya inteqrasiya niyyətləri sual altına düşür. Çoxları hesab edir ki, hakimiyyətin “Avropa” şüarları sadəcə olaraq ritorikadır və onların arxasında heç bir ciddi niyyət yoxdur, çünki müasir Avropada siyasi qüvvələr hakimiyyətdən iki əli ilə yapışmırlar - onlar da cəmiyyətin siyasi əhval-ruhiyyəsindən və ya onun ayrı-ayrı təbəqələrindən asılı olaraq dəyişirlər. Yalnız qeyri-demokratik ölkələrdə müxalifətə birdəfəlik son qoymaq niyyətindədirlər”, - deyə analitik yazısını tamamlayıb.

Müəllif: Turan Abdulla
ayna.az
 
 
 

          
Ardını oxu...
“Qərbin Rusiyanın vurduğu ziyana cavabında ehtimal olunan gecikmə Rusiyanı yenidən işğala sövq edə bilər”

Rusiyanın Ukraynaya qarşı, qlobal miqyasda isə Qərbə qarşı müharibəsinin şərti formadan başqa, digər ölçüləri də var. Artıq Rusiya təcavüzünün informasiya komponenti haqqında çox danışılıb. İndi növbə təxribatçı-terrorçulardadır. Ukrayna cəbhəsində istənilən nəticəni əldə etməyən Rusiya ənənəvi terrorizminə üz tutur. Belə ki, bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın təxribat şəbəkəsinin bütün zəncirini, o cümlədən kəşfiyyat və döyüş qruplarını, Rusiya ərazisindən Ukraynaya partlayıcı maddələr daşıyan qaçaqmalçıları ifşa edib. Həmçinin terror aktının bilavasitə icraçılarını Kiyevin hipermarketlərindən birində partlayıcı qurğular quraşdırarkən yaxalayıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayıcılar mülki əhaliyə maksimum ziyan vurmaq üçün bir neçə hipermarketdə pik saatlarda işə salınmalı imiş. Bundan əlavə, yanğının tez söndürülməməsi üçün onun tez alışan materiallar arasında yerləşdirilməsi nəzərdə tutulubmuş. Daha bir terror aktı məşhur Kiyev kafesinin yaxınlığında baş verməli imiş - rus agentləri yaxınlıqda dayanmış avtomobilə partlayıcı qurğu yerləşdirmək istəyiblər.

“Rusiya xüsusi xidmət orqanları bu terror aktlarını planlaşdırmaqla öz cinayətkar mahiyyətini bir daha nümayiş etdirdilər. Biz düşmənin planlarını vaxtında görüb, puça çıxarmağa çalışdıq. Cinayətkarların hər addımı sənədləşdirilib - onlar layiqli cəzalarını alacaqlar. Rusiya Federasiyasının xeyrinə işləməyə çalışan hər kəs kimi”, - Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd edilib.

Bundan əvvəl, 2024-cü ilin əvvəlində də xüsusi xidmət orqanları Rusiyanəın on bir kəşfiyyat şəbəkəsini ifşa edib: “Bunlar müxtəlif şəxslərin iştirak etdiyi müxtəlif çaplı şəbəkələr idi: xalq deputatlarının fəal olduğu, ayrı-ayrı nümayəndələrin olduğu şəbəkələrə qədər. Müdafiə Qüvvələrinin əməkdaşları da bu prosesə cəlb ediliblər”.

"Son xəbərdarlıq"

Maraqlıdır ki, sonuncu epizod Rusiya Federasiyası tərəfindən Avropada genişmiqyaslı təxribat hazırlamaq imkanının müzakirəsi fonunda baş verib. Xüsusilə, “Financial Times”ın yazdığına görə, kəşfiyyatçılar öz hökumətlərinə bu cür hazırlıqlarla bağlı xəbərdarlıq edərək, rusların “mülki əhalinin ölümü ilə bağlı” narahatlıq göstərmədiyini qeyd ediblər.

Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Vitali Kulik UNİAN-a deyib ki, Avropa İttifaqı ərazisində bir neçə dəfə Rusiya tərəfindən terror aktları olub: “Söhbət həm də Çexiyada Ukraynaya verilməli olan silahların olduğu anbarlarda baş verən partlayışlardan, “vətən xaini” adlandırılanların məhv edilməsindən gedir”.

Onun sözlərinə görə, Rusiyanın fərdlərin yerindəcə məhv edilməsindən, kiçik terror aksiyalarından, pilotsuz təyyarələrin hücumlarını hədəfə almağa, infrastrukturu sarsıtmağa, fabrikləri dağıtmağa, istehsal müəssisələrini hədəfə almağa keçə biləcəyi hələlik aydın deyil: “Lakin artıq Aİ-də bu cür təhdidlərə cavab vermək üçün siyasi iradə yoxdur. Kəşfiyyat ictimaiyyətində təhdidlərin anlaşılması var, amma mən cavab vermək üçün siyasi iradə nümayiş etdirməyə hazır deyiləm" deyirlər. Lakin siyasi rəhbərlik onların gözlərini yummağa və buna əhəmiyyət verməməyə üstünlük verir”.

Kulikin fikrincə, Qərbin Rusiyanın vurduğu ziyana cavabında ehtimal olunan gecikmə Rusiyanı yenidən işğala sövq edə bilər.

Terrorçu ölkənin "rekordu"

Əslində ilk il deyil ki, Rusiya Aİ-yə üzv ölkələrin ərazisində təxribat törətməkdə şübhəli bilinir. Məsələn, 2023-cü il dekabr ayının sonunda Ukraynanı silahla təmin edən şirkətə sahib olan bolqar silah maqnatı Emilian Qebrev Rusiya Federasiyası tərəfindən sistematik təxribat elan etdi. Onun sözlərinə görə, rus diversantları onun fabriklərinə və anbarlarına, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra fəal şəkildə hücum ediblər.

Ukraynaya silah tədarükünü artıran ən böyük lobbiçilərdən biri - Çexiya da rus diversantlarının nə olduğunu yaxşı bilir. Bu il aprelin sonunda Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmanı yekunlaşdırıb və müəyyən ediblər ki, 2014-cü ildə Vrbeticsdəki sursat anbarlarında baş verən partlayışlarda Rusiya xüsusi xidmət orqanları iştirak edib. Bu anbardan sursatların Ukraynaya göndərilməsinin planlaşdırıldığı güman edilir.

Aprel ayında İsveçin nəqliyyat naziri də Rusiya Federasiyasının dəmir yollarında siqnalizasiya sistemlərini məhv etməyə çalışdığını bildirmişdi. İsveç hüquq-mühafizə orqanlarının əməkdaşları təxribat nəticəsində baş verdiyini güman etdikləri bir sıra qatar qəzalarını araşdırır.

Estoniyanın Daxili Təhlükəsizlik Xidməti bildirib ki, bu ilin fevralında rusiyalı casuslar daxili işlər nazirinin və jurnalistlərin avtomobilinə hücum ediblər.

Almaniya kansleri Olaf Şoltsun rəhbəri olduğu Sosial Demokrat Partiyasına keçən il haker hücumunda "rus izi"nin olduğu ehtimalı çoxdur.

"Qərb ölkələri Rusiya Federasiyasının təxribat törətmək cəhdinin əlamətlərini gördü. Rusiya agentlərinin ifşası halları var. Biz görürük ki, Qərb xüsusi xidmət orqanları onlarla daha əsaslı məşğul olur. Ona görə də düşünmürəm ki, silah-sursat anbarları, hərbi zavodlar, dəmir yolları və ya hava limanları fəaliyyətini dayandıracaq”, politoloq Volodimir Volya qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, Aİ-nin Rusiya Federasiyası ilə həmsərhəd ərazilərində təxribatların olmasını istisna etmək olmaz. Politoloqun fikrincə, Kreml daha güclü təxribatla məşğul olmayacaq: “Çünki bunda cinayətkarların Rusiya ilə əlaqəsini sübut etmək mümkün olacaq. Axı bu cür hərəkətlərin nəticəsi, gələcəkdə Rusiya Federasiyasının terrorçu dövlət kimi tanınması ola bilər”.

Onun sözlərinə görə, çox güman ki, ruslar müvafiq infrastruktur və logistikaya kiberhücumlar həyata keçirməklə Aİ-nin müdafiə istehsalına və Ukraynaya hərbi yardımın çatdırılmasına ziyan vurmaqda davam edəcəklər.

Öz növbəsində, Milli Strateji Tədqiqatlar İnstitutunun şöbə müdiri Aleksey Yijak xatırladıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin əvvəlində Avropada xeyli sayda casus şəbəkələri məhv edilib: “Altı yüz rus gizli casusu Aİ hüdudlarından kənara göndərilib, ona görə də onları və onların təsirini bərpa etmək çətin olacaq. Lakin buna baxmayaraq, Rusiya Federasiyası Avropanı xaosa qərq etməyə çalışacaq. Rusiyanın ənənəvi kəşfiyyat fəaliyyətindən uzaqlaşdığı və Avropaya xaos gətirəcək tədbirlər hazırladığı barədə məlumatlar və ehtimallar var”.

Onun fikrincə, ruslar müxtəlif fövqəladə vəziyyətlər yaratmaqla (terror aktları deyil), həmçinin təbliğatdan istifadə etməklə, xüsusən də insanları, məsələn, sosial itaətsizliyə sövq etməklə vəziyyəti sarsıtmağa çalışacaqlar. Və bu cür hibrid əməliyyatların Ukraynaya dəstək üçün silahlı koalisiyanı dağıtmaq ehtimalı az olsa da, Rusiya adlanan güclə bağlı Qərbi qorxudan halların davam etməsi mümkündür.

“İnanmıram ki, Rusiya silsilə terror aktları və ya dağıdıcı hadisələr vasitəsilə siyasi qərarların qəbuluna, xüsusən də müharibədə Ukraynaya yardımın göstərilməsinə təsir göstərə bilsin. Rusiya Federasiyasının indi dünyanı nüvə silahı ilə qorxutmaqla məşğuldur. Aİ-yə artan təzyiq isə Rusiyanın potensial təxribatının məqsədidir. Məqsəd Avro-Atlantik birlikdə, ayrı-ayrı ölkələrdə sabitliyi pozmaq, bu dövlətlərin hökumətlərinə təsir göstərmək, Ukraynanı gözdən salmaq və ukraynayönlü koalisiyanı zəiflətmək, bütövlükdə bütün azad demokratik dünyanı zəiflətməkdir”, - ekspert hesab edir. Kim günahkardır? Ukrayna

Nəzərə alınmalı olan digər məqam isə odur ki, terror üsulları ilə hərəkət edən, təxribat əməliyyatları həyata keçirən Rusiya buna görə Ukraynanı günahlandırmağa çalışacaq. Söhbət təkcə “Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bu raketi Polşa və ya Rumıniyanın hava məkanına düşüb” kimi ittihamlardan getmir. Söhbət həm də ondan gedir ki, Rusiya şərti olaraq Avropa ərazisində istənilən təxribata haqq qazandıra bilər ki, dinc Rusiya neftayırma zavodlarının, hətta yaşayış binalarının “dağıdılmasına məhz Avropa silahları səbəb olub”.

Belə bir nağılı Belqorodda yaşayış binasının çoxmərtəbəli hissəsini dağıdan partlayışın ətrafında artıq müşahidə etmək olar. Baxmayaraq ki, hadisə 1999-cu ildə Rusiya şəhərlərində İkinci Çeçen müharibəsini başlatmaq və Vladimir Putini hakimiyyətdə möhkəmlətmək imkanı verən bir sıra təəccüblü oxşar partlayışları xatırladır. Baxmayaraq ki, hərbi ekspertlər və hətta Rusiya Müdafiə Nazirliyi bunun Rusiya hava hücumundan müdafiə sisteminin uğursuz işinin nəticəsi ola biləcəyini qeyd edib. Belqorod vilayətində Rusiya yaşayış məntəqələrinə "qeyri-müntəzəm" basqınlarının tez-tez baş verməsinə baxmayaraq Rusiya Ukraynanı “terrorçu” kimi təqdim etməyə çalışır. Üstəlik, deyirlər ki, “Qərb Ukraynaya silah verməsəydi, bunların heç biri baş verməzdi”.

“Canlı qayıdış” fondunun analitiki Mariya Kuçerenko Rusiyanın terror əməliyyatlarına keçidinin artıq baş verdiyinə diqqəti çəkib: “Onlar təkcə terrorçu formalaşdırmaqla kifayətlənmirlər. Ukraynaya qarşı terror üsullarından istifadə etməyə çalışırlar. Təhlükəsizlik Xidmətinin terror hücumlarının qarşısını alması bunun təsdiqidir”.

Beləliklə, kəşfiyyat məlumatlarına, Rusiya agentlərinin ifşasına baxmayaraq, çətin ki, Ukrayna və Avropa Rusiyanın bu fəaliyyət növünü könüllü şəkildə məhdudlaşdırmasına ümid etsin. Axı Kreml uzunmüddətli müharibə kursu götürmüş kimi görünür...
Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Əhalinin çox olduğu paytaxt Bakıda taksi sənayesi həm şəhərin nəqliyyat şəbəkəsinin mühüm hissəsidir, həm də mühüm məşğulluq mənbəyidir. İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda şəhərdə 28 000 taksi sürücüsü çalışır.

Lakin Azərbaycanda yeni qaydaların qüvvəyə minməsilə əlaqədar taksi sənayesi mühüm dəyişikliklərə məruz qalır ki, bu da yollarda taksilərin sayının azalmasına səbəb olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, taksimotor daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bundan sonra müvafiq icazələrə malik olmalıdırlar. Buraya sürücülük məktəbini bitirməyə dair şəhadətnamə və 15 yaşdan yuxarı olmayan nəqliyyat vasitələri üçün qeydiyyat kartı daxildir. 2024-cü il 1 iyuldan sonra yalnız səkkiz yaşdan kiçik avtomobillər qeydiyyatdan keçə biləcəklər.

Avtomobillərin əksəriyyəti 8-15 ildən çox öncə konveyerdən çıxdığı üçün onların sürücülərinin gələcək rifahı təhlükə altındadır. Bu problemin həlli iş yerlərinin saxlanmasını təmin edən, nəqliyyat vasitələrindən istifadə standartlarını yüksəldən, xidmətin keyfiyyətini artıran və ekoloji davamlılığı təşviq edən kompleks yanaşma tələb edir.

Perspektivli həllərdən biri elektrik və hibrid nəqliyyat vasitələrinə keçid ola bilər. Həddindən artıq avtomobil istehsalı (ildə 17 milyona yaxın) ilə üzləşən Çin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin etibarlı mənbəyini təklif edir. Çindən elektrik və hibrid taksilər idxal etməklə Bakı öz taksimotor parkını modernləşdirə bilər, eyni zamanda iki problemi – ətraf mühitin çirklənməsi və iqtisadi gərginliyi həll edə bilər.

Bu keçidi taksi sürücüləri üçün mümkün etməkdən ötrü avtomobilləri səkkiz ilədək müddətə 5% – dən çox olmayan illik faiz dərəcəsilə lizinqə satmaq. Çinin 400 kilometrdən çox gediş ehtiyatına malik elektromobilinin Bakıya çatdırılması 35 000 manat həcmində qiymətləndirilir. Hazırda Bakıda taksi sürücüləri öz nəqliyyat vasitələrini adətən gündə 25 manata icarəyə götürürlər. İldə 7500 manat ödəmək üçün altıgünlük iş həftəsində sürücü kifayət qədər qazana bilər. Beləliklə, məqbul maliyyə planı olduğu təqdirdə sürücülər altı- səkkiz il ərzində öz nəqliyyat vasitələrinin xərcinin yerini tamamilə doldura bilərdi ki, bu da onlara maliyyə yükünün olmamasına zəmanət verərdi.

Belə yanaşmanın bir çox üstünlüyü var:

1. Məşğulluq zəmanəti: Müasir nəqliyyat vasitələrinin alınması üçün əlverişli maliyyələşdirmə variantları təqdim etməklə, taksi sürücüləri işsiz qalmaq qorxusu olmadan pul qazanmağa davam edə bilərlər.

2. Avtoparkın modernləşdirilməsi: Yeni elektrik və hibrid taksilərin tətbiqi Bakı taksomotor parkını yeniləyəcək ki, bu da sərnişinlərə xidmətin keyfiyyətinin və etibarlılığın yüksəldilməsinə gətirib çıxaracaq.

3. Ekoloji üstünlüklər: Elektromobillər sıfır tullantı səviyyəsini təmin edir ki, bu da şəhərdə havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Bu, iqlim dəyişikliyilə mübarizə və şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması üçün qlobal səylərə uyğundur.

4. İqtisadi faydalar: Dövlət nəqliyyat vasitələrinin satışından və idxalından faydalana bilər, elektromobillər üçün istismar xərclərinin azaldılması (yanacaqla müqayisədə daha ucuz elektrik enerjisi) vətəndaşlar üçün taksi tariflərinin azalmasına səbəb ola bilər.

5. İctimai rahatlıq: Sərnişinlər daha rahat və müasir taksi xidmətlərindən istifadə edə biləcəklər ki, bu da şəhər nəqliyyatından ümumi məmnuniyyəti artıracaq.

Bu həllin tətbiqi hökumətin, maliyyə institutlarının və özəl sektorun koordinasiyalı səylərini tələb edir. Elektromobillər üçün subsidiyalar və stimullar, bankların dəstəkləyici kredit strukturları və Çinin avtomobil istehsalçıları ilə əməkdaşlıq bu istiqamətdə vacib addımlardır.

Bundan əlavə, bu model Bakı ilə məhdudlaşmır. Ölkə boyunca taksi sənayesinin modernləşdirilməsi üçün miqyaslana bilən həll təqdim edərək bunu bütün Azərbaycana şamil etmək olar. Bakı bu addımları ataraq mühüm taksi problemini həll edə biləcək, sürücülərin işə cəlb olunmasına, ətraf mühitin qorunmasına zəmanət verəcək, şəhər sakinləri isə daha keyfiyyətli nəqliyyat xidmətlərindən istifadə edə biləcəklər.

Mehman Əliyev
ASTNA mərkəzinin rəhbəri
 
Ardını oxu...
Rusiya - Ukrayna müharibəsindəki son hadisələrdən, Vladimir Putinin kadr dəyişikliyindən və onun Pekinə səfərindən belə bir nəticə çıxarmaq olar ki, Rusiya müharibənin hələ uzun sürəcəyinə hazırlaşır. Görünən odur ki, Putin Rusiyanı Soyuq müharibədən daha sərt geostrateji qarşıdurmaya sürükləyir və Rusiya ilə Qərb arasındakı gərginlik getdikcə şiddətlənir.

Rusiya bu müharibədən qalib çıxmaq və istədiyinə nail olmaq üçün ölkə iqtisadiyyatını hərbi relsin üzərinə qoymaq məcburiyyətində qalır. Kremlin gələcəklə bağlı planları, onun öz məqsədinə necə və hansı üsullarla çatacağı maraq doğurur. Hakimiyyətin yuxarı eşalonundakı Sergey Şoyqunun və Nikolay Patruşevin postlarından uzaqlaşdırılmasında təəccüblü heç nə yoxdur. Rusiyada toxunulmaz yalnız bir şəxs var və o da Vladimir Putindir...

Bəs Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşmasının başlıca səbəbi nədir? Putin bilmirmi ki, müharibə uzandıqca qüvvələr nisbətindəki balans fərqi onun əleyhinə işləyəcək?

Hələ Amerikanı kənara qoyaq, məsələn, Avropa ilə müqayisədə Rusiyanın iqtisadiyyatı iyirmi dəfə kiçikdir. Avropa ölkələrinin böyük orduları olmasa da, çox möhtəşəm Hərbi Sənaye Kompleksləri var. Hələlik, Avropa öz iqtisadiyyatını hərbləşmə istiqamətinə yönəltmək qərarına gəlməyib. Ancaq buna baxmayaraq, Avropanın hərbi imkanlarını artırması ilə bağlı tez-tez çağırışlara rast gəlirik. Müşahidələr və proseslərin ümumi dinamikası göstərir ki, ”qoca qitə”nin Ukraynadakı müharibəyə baxışı tədricən dəyişir və onlar intensiv hərbləşmə prosesinə start verə bilərlər. Bu isə Rusiya iqtisadiyyatının döyüşən ordunu daim silahla təmin etmək üçün əlavə yüklənməsi ilə nəticələnəcək. Sanki Qərb də elə bunu istəyir və Rusiyanı oraya dartır. Putin deyir ki, 1980-ci illərin ortasında SSRİ-nin Ümumi Daxili Məhsulunda hərbi xərclərin payı 13 faiz olub və hazırda Rusiyada bu göstərici 8,7 %-dir(SSRİ -də hərbi xərclər Putinin dediyindən də yüksək olub). Əslində, o, demək istəyir ki, Rusiya həmin səviyyəyə qədər gedəcək. Amma Rusiya Prezidenti burada iki məqamı unudur.

Birincisi, SSRİ heç kimlə müharibə etmirdi, Əfqanıstandakı müharibə isə Ukraynadakı müharibə ilə müqayisəyə gəlməz dərəcədə kiçik idi. Lakin hətta bu müharibə Sovet İttifaqı kimi nəhəngi silkələmişdi. 280 milyon əhalisi olan SSRİ-nin Əfqanıstanda 9 il ərzində 15 min əsgəri ölmüşdüsə, 27 ay ərzində 145 milyonluq Rusiyanın 160 min əsgəri ölüb, 300 min əsgəri isə əlil olub. Məhv edilmiş texnikanın sayı və müharibəyə çəkilən xərc isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir.

İkincisi, Sovet İttifaqının iqtisadiyyatı Rusiyanın indiki iqtisadiyyatından dəfələrlə böyük idi. SSRİ dünyadakı ümumi sənaye istehsalı həcminin 16,5 faizinə sahib idi. Həm də SSRİ 1980-ci illərin ortasında hərbi xərcləri birdən-birə qaldırmamışdı, hər şey tədricən getmişdi.

Vladimir Putin artıq ölkə iqtisadiyyatının, büdcənin və sosial təminat sisteminin yüklənəcəyinin siqnalını verdi. O, Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaqla guya ki, silah təchizatındakı uğursuzluğun günahkarını tapıb. Lakin Şoyqu özbaşına nəsə etmirdi, sadəcə Putinin əmr və tapşırıqlarını yerinə yetirirdi. Putin özü bu illər ərzində “Kinjal”, ”Sirkon” raketləri, “Armata” tankı, ”Su-57” təyyarəsi kimi yeniliklərlə qürrələnməyibmi, deməyibmi ki, bu silahların anoloqu yoxdur? Axı, bütün bunlar Şoyqunun dövründə ərsəyə gətirilib. Əgər tərifli yeni silahlar gözlənilən texnoloji üstünlüyə malik deyilsə, bunun günahkarı təkcə Şoyqudurmu?

Bundan sonra Andrey Belousov hansı fövqəladə dəyişikliklər, müsbət yeniliklər həyata keçirə bilər? Belousovun təyin edilməsi Rusiyada müdafiə sənayesində xüsusi yeniliyə yol açmayacaq, hər şey əvvəlki kimi davam edəcək. Yeni və daha səmərəli heç nə yaradılmayacaq, sadəcə köhnələrin üzərində yeniləmə işləri aparılacaq. Putin müdafiəyə çəkilən xərcləri bir qədər də artıracaq və bununla da Rusiya militarizmdə özünün ən potensial zirvəsinə çatacaq. Həmin həddin aşılmasına cəhd isə iqtisadiyyatın çöküşüylə nəticələnə bilər. Putin istəyir müharibədən elə qalib çıxsın ki, cəmiyyət müharibənin ağırlığını öz həyatında kəskin şəkildə hiss etməsin. Ona görə də bunu zamana yaymaqla həyata keçirmək niyyətindədir. Ancaq müharibənin qeyri-müəyyən vaxta kimi uzanması əhalinin həyat şəraitinə təsirsiz ötüşməyəcək.

Hərbi xərcləri artırmaq üçün əlavə pulların tapılması yollarına baş vurulacaq. Rusiya hökuməti vergi məcəlləsində dəyişiklik etməyi planlayır. Kreml dəfələrlə Çindən pul istəsə də, hələlik ona müsbət cavab verilməyib. Pekin, yəqin ki, Moskvanın daha aciz hala düşməsini gözləyir...

Rusiya mütəhhərik deyil, tarix boyu bürokratiya və korrupsiya onun həyatının ayrılmaz parçası olub. Bu səbəbdən də qarşıya qoyulan planların yerinə yetirilməsi həmişə ləngiyir, sonradan günahkar ovuna çıxılır və yenidən başlanğıc nöqtəyə qayıdılır. Amma Rusiyanın böyük təbii srəvətləri onun çatışmazlıqlarını, ayıblarını örtə bilir. Müqayisələr hər zaman qüsurlu olsa da, onu demək lazımdır ki, əgər Rusiyadakı insan və təbii resursun yarısı Ukraynada olsaydı, müharibə çoxdan bitmişdi...

Yuxarıda deyildiyi kimi, Rusiya hərbi xərcləri öz potensial imkanının ən yüksək həddinə qədər qaldıracaq və bütün cəmiyyəti də bu istiqamətdə kökləyəcək. Müqavilə əsasında döyüşçü yığılması ilə bərabər “sürünən” səfərbərliyin dozasını bir qədər də artıracaqlar. Rusiya Ukrayna ordusunu yormaq və onun qüvvələrini səpələmək üçün cəbhə xəttini uzadacaq. Xarkov istiqamətindən sonra Sumı tərəfdə də aktivləşəcəklər və beləliklə, Zaporojye, Çasov Yar, Avdeyevka, Kupyansk istiqamətləri ilə yanaşı daha iki cəbhə xətti formalaşacaq. İndi Ukrayna üçün həll ediməsi ən vacib olan məsələ Xarkov istiqamətində yaranmış ağır vəziyyəti sabitləşdirməkidir.

Çox güman ki, Rusiya Xarkov istiqamətində bufer zona-platsdarmı yaratmaq istəyir. Onların hələlik ilkin planı budur. Ukraynalılar özləri etiraf edirlər ki, ruslar daha zəif, yaxşı müdafiə olunmayan yaşayış məskənlərini tuta biliblər. Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri deyib ki, rusların daimi artilleriya və dron hücumları altında sərhədə yaxın yerlərdə müdafiə qurğuları yaratmaq mümkün olmayıb. Ona görə də onlar birinci müdafiə xəttini sərhəddən 12-13 kilometr, ikinci xətti isə 20 kilometr aralıda qurublar. Lakin hər halda, hadisələrin gedişi və şahidlərin söylədikləri göstərir ki, ön cərgədə lazım olan istehkamlar tikilməyib, çoxlu sayda beton bloklar yol kənarına atılmış vəziyyətdə qalıb. Əlbəttə, bu, Ukraynanın müvafiq rəsmi strukturları tərəfindən araşdırılmalıdır. Bu, həm də müəyyən mənada hərbi-tikinti işlərinə məsuliyyət daşıyanlar üçün dərs olmalıdır.

Xarkov istiqamətində Ukrayna ordusunun problemlərindən biri də Qərbin yolladığı silahlarla Rusiya ərazisinə atəş açmağa qadağa qoyulmasıdır. Rusiya öz ərazisindən heç bir təhlükə duymadan rahatlıqla Ukraynanın sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutur. Ukrayna isə ABŞ-nin qadağaları üzündən həmin atəş nöqtələrini susdura bilmir. Müharibə uzanacağı təqdirdə Qərb Ukraynanı güclü silahlara təchiz etsə, Rusiya getdikcə çıxılmaz vəziyyətlə üzləşə bilər. ATACMS raketlərinin Krımdakı hücumları Rusiya ordusunun perspektiv imkanlarının necə dağıla biləcəyinin əyani nümunəsidir. Əlbəttə, Qərbdən yardım gəlməsə, Ukrayna duruş gətirə bilməz və cəbhə xətti çökər. ABŞ-nin yardımları həlledici olsa da, Avropanın süst davranışlarına son qoyması Ukraynanın potensialını qat-qat gücləndirə bilər. Bir çox Avropa ölkələri Ukraynaya böyük yardımlar edir. Məsələn, Danimarka kimi kiçik ölkə Ukrayna ordusuna 19 ədəd “F-16” qırıcısı verəcək. Bundan başqa, iki gün öncə Danimarka Xarici İşlər naziri Lars Lyukke Rasmusen Ukraynaya 750 milyon avro dəyərində yeni yardım yollayacaqlarını elan edib. Ümumiyyətlə, Danimarka Ukraynaya indiyədək 4 milyard avro dəyərində hərbi yardım göstərib. Amma Qərbin aparıcı böyük dövlətləri heç də Danimarka kimi davranmırlar. Açıq hiss olunur ki, onlar Rusiyanın məğlubiyyətə uğramasını arzulamırlar.

Elə Ukrayna Prezidenti Volodimir Zelenski də məhz bundan şikayətlənib. O, son müsahibəsində deyib: ”Mən hesab edirəm ki, tərəfdaşlarımız Rusiya Federasiyasının bu müharibədə məğlub olmasından qorxurlar. Onlar istəyirlər ki, Ukrayna elə qələbə qazansın ki, Rusiya uduzmasın. Ukraynanın qalib gəlməsi üçün bizə qələbəni təmin edən hər şey verilməlidir”.

Vaqif Nəsibov

“AzPolitika.info”
 
Ardını oxu...
"Artıq bir neçə gündür ki, Yeni Kaledoniyada insanların Fransa müstəmləkəçiliyinə etirazları davam etməkdədir. Buna səbəb uzun illərdi ki, Fransa hökumətinin Yeni Kaledoniyanı müstəmləkəsi kimi bundan sonra da əlində saxlamaq, habelə müstəqillik tərəfdarı olan yerli kanakları assimiliasiya etmək üçün seçki qanunvericiliyinə dəyişiklik etməsi barədə qərarı olub".

Hurriyyet.Az bildirir ki, bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, müstəmləkəçilik siyasətinə sadiq olan Makron hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır:

"Yeni Kaledoniyanın müstəqillik tərəfdarları isə uzun müddətdir ki, Fransa hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış etsə də, nəticəsi yoxdur. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq ediblər. Onlar kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyətin məhsulu adlandırırlar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa Konstitusiyaya dəyişiklik məsələsini parlamentin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Bu da öz növbəsində kaledoniyalılarda ciddi narazılıq yaratdığından küçərələ çıxıb. Bu da nəticədə iğtişaşlara səbəb olub. Kaledoniyalılar Fransanın bu zorakı hərəkətinə son qoymağı və hüquqlarının bərpasını tələb edirlər. Baş verən iğtişaları zorla yatırmaq və kaledoniyalıların haqq səsini boğmaq üçün Fransa Yeni Kaledoniyaya ordu yeridib. Ordu yeritməklə yanaşı, Yeni Kaledoniyada fövlqəladə vəziyyət elan edilib, adaya giriş-çıxışa, sosial şəbəkələrə qadağalar qoyulub. Bir sözlə, demokratiyadan, insan haqlarından dəm vuran Fransa yenə də kaledoniyalıların haqq səsini boğmaq üçün ən iyrənc və zorakı metodlardan istifadə edirlər. Lakin nə qədər çalışsa da, Fransa öz müstəmləkəçilik simasını gizlədə bilmir. İfşa olunur. Ona görə də iğtişaşlardakı məsuliyyətdən yayınmaq üçün baş verən hadisələrin törədilməsini başqa ölkələrin, o cümlədən Azərbaycanın üzərinə atmaq istəyirlər. Bu, bir daha Fransanın necə iyrənc simaya malik olan ölkə olduğunu ortaya qoyur.
Fransa Azərbaycana iftira atmağa çalışsa da, bu qeyri-ciddi qəbul olunur. Azərbaycan sadəcə olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Harada beynəlxalq hüquq, ədalət pozulubsa, Azərbaycan öz haqq səsini ucaldıb. Azərbaycan Yeni Kaledoniyada da yerli kanak xalqının tələbini haqlı və beynəlxalq hüquq norma, prinsiplərinə uyğun olduğundan onların hüquqlarını dəstəkləyir. Yeni Kaledoniya xalqının haqq səsinin beynəlxalq aləmə çatdırılmasında onlara dəstək verib və və bundan sonra da verəcək. Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə, kaledoniyalıların kobudcasına pozulan hüquqlarına, haqlı tələblərinə göz yuma və biganə yanaşa bilməz. Çünki XXI əsrdə dünyada müstəmləkəçiliyə yer ola bilməz. Buna son verilməlidir. Əgər dünyada sülhə, sabitliyə, beynəlxalq təhlükəsizliyə nail olmaq istəyiriksə, o zaman dünya ölkələri Fransa kimi ölkələrin müstəmləkəçiliyinə son verilməsinə qarşı birgə mübarizə aparmalıdır. Fransa kimi müstəmləkəçilərdən bu siyasətlərinə son verilməsi tələb edilməlidir. Əgər Fransanın müstəmləkəçiliyinə son verilməzsə, sabah dünyanın digər bölgələrində də bu siyasətini həyata keçirməyə cəhd edəcək. Necə ki biz son illərdə Cənubi Qafqazda belə bir cəhdini müşahidə etməkdəyik. Amma Fransa bilməlidir ki, o Cənubi Qafqazda çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Azərbaycan onun bu mərkli planlarını iflasa uğradacaq".

Mürtəza
Ölkə.Az
 
Ardını oxu...
Məktəblərdə rus bölməsi üzrə hazırda kifayət qədər yer və pedaqoq ehtiyatı var. Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o əlavə edib.
Rus bölməsi üzrə “kifayət qədər yer və pedaqoq var”, anlaşılandı. Amma “ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər”, heç cür anlaşılan deyil. Yəni, nə? Ölkədə rus mənşəli əhalinin, ailələrin sayımı artır? Yoxsa, rus dili sevdalılarının sayımı? Rusiyadan ölkəmizə rus mənşəli ailələrin deportasiyası, köçü, köçürülməsi olmadığından birinci mümkünsüz görünür. Məsəl var, “bayram deyil, seyran deyil” (müharibə də deyə bilərik), niyə artsın ki, rus ailələrin sayı. Qalır, ikinci ehtimal – rus dili sevdalılarının sayca artımı, bax bu, bizcə üzərində düşünülməli məsələdir; Niyə? Ölkədə qarışıq tipli ailələrin sayı da çox olmamalıdı. Ən azından 1990-cı ildən üzü bəri rus mənşəlilərlə ailə quranların sayında xeyli azalma oldu. İndi də belə hallar tək-tük yaşanır. Məsələni hansı tərəfə çəksək, yenə eyni nöqtəyə gəlirik. Deməli, rus dili sevdalıları azalmayıb. Daha doğrusu, başlarından bu sevda çıxmayıb. Valideynlər qarışıqsız azərbaycanlı olduğu halda övladın rus dili bölməsinə qoyulması üçün necə bir düşüncə tərzi, necə bir “kafa” olmalıdır, izah etmək çətindir. Bunu da deyək – rus bölməsində təhsil keyfiyyətlidir, deyənlərin arqumentlərini uzun illərdir repetitorluq fəaliyyəti ilə məşğul olan təcrübəli müəllimlər inkar edir. Bununla bağlı youtub kanalında istənilən qədər videolar yerləşdirilib. Müəllimlər izah edir mövcud durumu. Maraqlananlar baxa bilər. Azərbaycan dilli məktəblərdə yeniyetmələrin təlim-tərbiyəsi, yetişməsi baxımından hazırkı mürəkkəb dönəmdə müəllimə, böyüyə az-çox hörmət qalıb, uşaqlar nədənsə çəkinir, heç olmasa. Rus bölməsində isə... Oralara çox da müdaxilə etməyək. Bəziləri düzgün anlamayacaq, “diskriminasiya” hesab edəcəklər. Bu, ümumi yanaşmadır, sadəcə. İstisnalar, fərdiliklər həmişə olub, olacaq da. Sual budur ki, rus bölməsinin hansı özəlliyi var ki, valideyn övladını ora yönləndirir? Bir arqument də, bəzi iş yerlərində rus dili bilgisinin tələb edilməsi, vəzifələrə təyinatda rus dili bilənlərin önə çəkilməsidir. Bu arqumentin dırnaqarası durğu işarəsiylə yazılıb-yazılmayacağı da mütəxəssis rəyindən sonra məlum olacaq.

Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rus bölməsi ilə bağlı iddia olunan arqumentlərin heç biri əsaslı deyil:
- Birincisi, gəlin, bu məsələyə diqqət edək. Elm və təhsil naziri Emin Əmrullayev açıq mətnlə bəyan etmişdi ki, rus bölməsi üçün müəllim tapa bilmirlər. 100 vakansiya elan edirlər, cəmi 20 nəfər müraciət edir. İndi isə nazirliyin tabeliyində olan qurumun rəhbəri isə başqa söz deyir. Burada nəsə yerində deyil. İşlər tərs gedir, deyəsən. Ya nazir yalan danışır, ya da Eşqi Bağırov. Bunu aydınlaşdırsınlar. İkincisi, rus bölməsinin, ümumiyyətlə, siniflərinin artırılması, həcminin genişləndirilməsi Azərbaycanın strateji maraqlarına cavab vermir. Dövlət vəzifəsində olan şəxslər də bunu yaxşı bilməli və buna uyğun davranmalıdırlar. Hər bir məmur ağzından çıxan sözə diqqət etməlidir. Azərbaycan bəlli səbəblərdən rus bölmələrini qorumaq məcburiyyətindədir hələ. Amma bu o demək deyil ki, biz geriyə dönüb yenidən Rusiyanın qucağına atılmağa hazırlaşırıq. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin belə bir strategiyası yoxdur. Azərbaycan müstəqil dövlətdir. Dövlət dili Azərbaycan dilidir. Və dövlət dilində təhsil pulsuzdur, hər kəs üçün icbaridir. Dövlət dilindən qeyri, başqa dillərdə təhsil niyə pulsuz olmalıdır ki? Bəli, Azərbaycan ərazisində yaşayan, bütün digər azsaylı xalqların bütün hüquqlarını tanıyır, o cümlədən də təhsil almaq hüququnu. Bu hüquq Azərbaycan Konstitusiyası ilə təsbit edilib və təmin edilir. Amma dövlət dilindən başqa, qeyri xarici dildə təhsil almaq istəyənlər, buyursun, pulunu ödəsin, təhsil alsın. Rus dili Azərbaycanda heç bir statusa malik deyil. Azərbaycan vətəndaşının ödədiyi vergilər hesabına rus siniflərinin sayını artırmaqdan kimsə danışmasın. Mənim rusların ata-babasına borcum yoxdur ki, burada mənim ödədiyim vergi ilə ruslar üçün havayı məktəb açılsın. Rusiya Azərbaycan dilinə hansı münasibəti bəsləyirsə, biz də o münasibəti bəsləyək, artığı lazım deyil. Rusiya öz ərazisində - azərbaycanlıların da kompakt yaşadığı Dağıstanda hətta Azərbaycan əlifbasının istifadəsinə icazə vermir. Bunu dəfələrlə demişəm. Dərbənddə “Dərbənd” adlı qəzet nəşr olunur. Rusiya qəzetin latın əlifbasıyla dərcinə icazə vermir. Məcbur edir kiril əlifbasıyla nəşr olunsun. Bunun qarşılığında bizim bir məmur çıxıb deyir, rus bölməsinin sayını artıra bilərik. Sən kimə xidmət edirsən, Azərbaycana, yoxsa Rusiyaya? Bu adamlar nə dediklərinin fərqinə varmır. Azərbaycan Prezidentinin strategiyası bu deyil. Ona görə də məsələnin üzərinə yenidən gedilməlidir, nazir açıqlama verməlidir. Və Azərbaycan dövlətinin siyasi kursuna zidd ifadələrə görə cavab verməlidir. Azərbaycanın heç kimin atasına borcu yoxdu ki, onun dilində burada məktəb açsın. Azərbaycanda ümumilikdə 120 min rus yaşayır. Amma orta məktəblərin, liseylərin rus bölməsində 160 minə yaxın uşaq təhsil alır. Rusların ümumi sayından çoxdur bu rəqəm. 120 min rus ailəsinin 20 min rus balası olar. O zaman bu 140 min şagird kimdir və dövlət niyə onları pulsuz təhsillə təmin etməlidir? Rusiya Azərbaycanın dövlət dilini küncə sıxışdırdığı halda biz niyə rus dilinə bu qədər könül veririk? Məmur deyir, zərurət olsa yeni siniflər açıla bilər. Xeyr, bazar deyil bura. Heç kim bu cür yanaşa bilməz bu məsələlərə.

A.Həsrət işə qəbul zamanı rus dili bilgisi tələbinin qoyulması arqumentini də izah etdi:
- Hansı işlərdir onlar? Mən deyim, hansı işlərdir və hansı rəhbər işçilərdir. Onlar “rus baş” rəhbərlərdir. Özləri zamanında rus dilində təhsil alıb, indi də ətraflarına rusdilliləri yığmağa çalışırlar. Elə bilməyin, bu, rus dilinə hörmətdən, ya, rus dilinə tələbatdan irəli gəlir. Belə adamlar sadəcə, Azərbaycan dilini, dövlət dilini bilmədiklərini ört-basdır etməyə çalışırlar. Rus dilinə dünyada tələbat yoxdur. Ötən əsrin ortaları deyil. Bütün dünyada tələbat olan dillər ingilis, alman, ispan, çin, yapon və sair dillərdir. Xarici dil öyrənmək üçün 6 ay vaxt lazımdır. Rus dilini bilmək üçün də rus sektorunda təhsil almaq vacib deyil. Mən özüm rus dilini gözəl bilirəm. Amma Azərbaycan dilində təhsil almışam. İngilis dilini də bilirəm, almanca da öyrənmişəm. Xarici dil blmək üstünlükdürsə, məni niyə işə dəvət etmirlər? Ali təhsilim də var. Bilirsiz, bunlar hamısı bəhanədir. Əsassız arqumentlərdir. Sadəcə, qafası rusca çalışanların ortaya atdıqları əsassız iddialardır. Bununla başqalarını da yanlış istiqamətə yönləndirirlər. Ölkəmizdə hazırda ən fəal ictimai təşkilat “Rus evi”dir. Tədbir keçirirlər, orada iştirak edən, deyək ki, 50 nəfərdən 10-u rus, qalanları azərbaycanlılar olur. Bu, Rusiyanın mədəni istilasının davamıdır. Məqsədli şəkildə davam etdirilir. Və təəssüf ki, bizim bəzi məmurlar da bu siyasətə, bilərəkdən, ya bilməzdən xidmət etmiş olurlar.
Ardını oxu...
“Kızılderililer son derece sade, dürüst ve eli açık insanlar. Herhangi birinden sahip olduğu herhangi bir şey istenince hemen veriyorlar. Kötülüğün ne olduğunu hiç bilmiyorlar, çalmıyorlar, öldürmüyorlar.”
Amerika Kıtasında ekim ayının ikinci pazartesi “Kolomb Günü”dür.
Şenliklerle, şölenlerle kutlanır..
Amerika üç gündür Kolomb Günü’nü kutluyor..
Bazı ülkelerde milyonlar çılgınca eğleniyor..
(Artık Amerika'lı gençler arasında bu günü tepkiyle karşılayanlar var.)
Peki kutlanan ne?..
*. *. *
1492 yılında Cenovalı kaşif Kristof Kolomb’un Nina, Pinta ve Santa Maria gemileri Amerika kıyılarına yanaştığında onları Arawak kızılderilileri karşıladı..
Kızılderililerin inancında Tanrılar sakallıydı ve denizden gelmişlerdi..
Sakallı istilacıları görünce onları doğaüstü sandılar..
Yüzerek selamladılar..
Mısır, patates ikram ettiler..
Atları, iş hayvanları, demir silahları yoktu..
Ama kulaklarına ince altın süsler takıyorlardı..
İşte o altınlar sonları oldu..
*. *. *
Kolomb kızılderililerle ilgili ilk izlenimlerini İspanya Kraliçesine şöyle yazmıştı..
“Bu insanlar o kadar yumuşak başlı, barışsever ki, yeryüzünde bunlardan daha iyi bir ulus bulunmadığına Majestelerinizin önünde ant içebilirim. Komşularını kendileri kadar seviyorlar, konuşmaları son derece tatlı ve kibar, konuşurken hep gülümsüyorlar; gerçi çırılçıplak dolaşıyorlar ama davranışları terbiyeli ve övgüye değer.”
Seyir defterine de şunları eklemişti.
“Onlara kılıçlarımızı gösterdik. Demir silahları ilk kez gördükleri belli. Kesmenin ne demek olduğunu bilmediklerinden, bazıları kılıçların keskin tarafını tutunca ellerini kestiler.
Bu insanlar ne herhangi bir mezhebe bağlılar ne de puta tapıyorlar.
Kötülüğü tanımıyorlar, birbirlerini öldürmeyi bilmiyorlar.
Hiç silahları yok…
Kızılderililer son derece sade, dürüst ve eli açık insanlar. Herhangi birinden sahip olduğu herhangi bir şey istenince hemen veriyorlar. Kötülüğün ne olduğunu hiç bilmiyorlar, çalmıyorlar, öldürmüyorlar. Komşularını kendileri kadar çok seviyorlar. Dünyada onlar kadar tatlı dilli insanlar yoktur. Her zaman gülüyorlar.”
Bir de not düşüyordu.
“Bu insanların çalıştırılması, ekin ekmesi, gerekli her işe koşulması ve bizim (Avrupalalıların) gelenek ve göreneklerimizi benimsemesi gerektiği kanısındayım”
*. *. *
Ardından katliam başladı..
Sakallı yabancılar altın ve değerli taş aramak için köyleri yağmaladı, yakıp yıktı..
Yüzlerce kadını, erkeği, çocuğu kaçırdılar..
Direnen erkeklerin kulaklarını kestiler, kafa derilerini yüzdüler..
Gemilerine atıp köle olarak satılmak üzere Avrupa’ya götürdüler.
Kolomb’un 12 Ekim 1492’de San Salvador sahiline ayak basmasının üzerinden on yıl bile geçmeden bütün kabileler, yüzbinlerce insan yok edildi..
Ardından akın akın geldiler..
Tüm Amerika Kıtasını cehenneme çevirdiler..
Katliamlara papazlar da katıldı..
Katolik olmayı kabul etmeyen Kızılderili şamanları ayaklarından asılarak canlı canlı yakıldı..
Kolomb Amerika’ya vardığında dünya nüfusunun 5’te biri kızılerili idi..
Sayıları 70 milyonu geçiyordu..
1492’den bugüne sadece 2 milyon kaldılar..
*. *. *
Dünya tarihinin en büyük soykırımını yapan Avrupalı istilacıların bu katliamı kitaplara şöyle yansıdı;
"İspanyollar, istilacılar her geçen gün daha kibirli oluyordu.. Aceleleri varsa yerlilerin sırtına biniyorlardı.. İspanyolların canavarlığı sınır tanımıyordu..
Birgün ikisi de birer papağan taşıyan iki yerli çocuğa rastlayan iki papaz, papağanları aldılar ve sırf zevk olsun diye çocukların kafasını kestiler.”
Las Casas;
“Ben Küba’da iken üç ayda yedi bin çocuk öldü.
Acıdan çılgına dönen bazı anneler bebeklerini nehirde boğuyorlardı… Böylece erkekler madenlerde, kadınlar ağır çalışma içinde ve çocuklar da süt bulamadıkları için ölüyordu.. Bu kadar büyük, güçlü ve verimli topraklar kısa sürede boşaldı. İnsanlığa o kadar yabancı olan tüm bunları kendi gözlerimle gördüm ve şimdi bile yazarken ürperiyorum.”
Las Casas
“Tanrı’nın hususi takdiriyle savaştan kaçan kızılderililerin tamamına yakını çiçekten öldürdük. Tanrı topraklarımızı temizledi”
Massachusetts Körfezi Kolonisi’nin ilk valisi John Wintrop;
“Kızılderilileri yakıyorduk.. Onları böyle ateşte kızarırken ve bu ateşi söndüren kan gölünde görmek korkunç bir manzaraydı. Çürüyen cesetler ve bunlardan yayılan koku berbattı fakat zafer tatlı bir fedakârlık gibiydi.. Bizlere olağanüstü yardımlarda bulunarak bu kadar gururlu ve kibirli bir düşmanı elimize düşüren, bu kadar çabuk bir zafer bahşeden Tanrı’ya şükranlarımızı sunarız.”
Plymouth Kolonisi’nin Valisi William Bradford;
“Kızılderililerin hamal olarak kullanılmasını kınamıyorum. Ancak bir adamın bir domuza ihtiyacı varken 20 tane öldürüyordu. 4 Kızılderili’ye ihtiyaç duyduğunda bir düzine alıyordu. Metreslerini, omuzlarda taşınan hamaklar içinde fakir Kızılderililere taşıtan birçok İspanyol vardı. Bu uygulamalar esnasında yerlilerin maruz kaldığı kötü muameleler, zararlar, soygunlar, haksızlıklar ve büyük kötülüklerin sayılması istense bunun sonu gelmez. Çünkü onlar için Kızılderilileri öldürmek, yararsız hayvanları öldürmekle birdi.”
Cieaze de Leo;
“Kızılderililerin eğer altını yoksa çocuklarını satarlardı. eğer çocukları da kalmamışsa kendi hayatlarını verirlerdi. Bu haraçları veremediklerinden ötürü Kızılderililer işkence acıları altında ya da gaddarca zindanlarda öldürülürdü.
Zira İspanyollar onlara hayvani bir vahşilikle muamele ediyor ve onları hayvandan daha aşağı görüyorlardı..
Kızılderililerin cesetleri köpeklerin önüne yem olarak atılıyor, vücutlarından yaralara iyi gelebilecek bir yağ üretiliyordu. Kızılderili kadınlar sıra hâlinde direk ve ağaçlara, çocukları da onların ayaklarına asılıyordu.”
Papaz Motolinia;
“Sırf eğlence olsun diye, kadın erkek demeden yerli halkın ellerini, burunlarını ve kulaklarını kesip kopardıklarını ve bunun bölgenin değişik yerlerinde defalarca tekrarlandığını kendi gözlerimle gördüm.
Memeden kesilmemiş bebekleri annelerinin göğsünden alarak onları en uzağa fırlatma konusunda birbirleriyle yarıştılar.”
Bartolome de Las Casas;
“Askerler pek çok Kızılderili’yi uykularında öldürdüler. Annelerinin göğüslerinden çekilip alınan bebekler anne-babalarının gözleri önünde kılıçla parçalanıyor ve bebeklerin parçaları ateşe atılıyordu. Kundaktaki bebekler beşikleri içinde parçalanıyor, kafaları eziliyor, en taş yürekli adamın bile vicdanını sızlatacak bir vahşilikle öldürülüyorlardı.. Bazı bebekler nehre atıldı, onları kurtarmak için anne ve babaları da suya atladı. Ama askerler ne çocukların ne de anne-babaların sudan çıkmalarına izin verdiler, hepsi boğuldu.”
David de Vries;
"Kızılderili kadınları çocukları doğduğunda elleriyle onların ağzını kapatırlar..
Nefes alması için ellerini bir süre çekip, bebeğin tekrar ağlamasına fırsat vermeden aynı hareketi tekrarlarlar. .
Ağlamamak, gözlerini dünyaya açan bir Kızılderilinin aldığı ilk derstir..
Beyaz adamdan kaçarken, kucaktaki bebeğin ağlaması her şeyin sonu demektir..
Dersini iyi alamayan bir bebeğin çıkaracağı ses, kurşun yağmurundan ölmek demektir.
Soner Oğuz
TEREF
 
 
 
Ardını oxu...
Psixoanalizin atası Ziqmund Freyd ya yorğunluqdan, ya da ümidsizlikdən bir dəfə demişdi: “Otuz ildir qadın ruhu ilə bağlı araşdırmalarıma baxmayaraq, cavabını tapmamışam və hələ də cavab verə bilmədiyim böyük sual bu sualdır: Bir qadın nə istəyir?”.

Biz Freydlə hətta qiyabi olaraq da mübahisə etməyəcəyik, amma o, “nə istəyir” sualının böyüklüyünü şişirdib. Sağ olsaydı, yəqin ki, bizim arqumentlərimizlə razılaşardı. Sadəcə olaraq, onun məhşur sualındakı “qadın” sözünü “ermənilər”lə əvəz etmək lazımdır. O zaman qoca Freyd, şübhəsiz ki, “ermənilər nə istəyir?” sualının cavabının təbiətdə olmamasına heyran olardı.

Qonşularımızın bütün problemi nağılları sevmələridir. Onlar Adəmlə Həvvanın həsəd apara biləcəyi “qədimlikləri” haqqında mif və əfsanələr uydururlar. Və bundan dərhal sonra rəvayətlər yaranır ki, Yer kürəsinin qalan hissəsi qədim zamanlardan bəri, paxıllıqdan erməniləri məhv etmək vəzifəsini qarşısına qoyub. Baxmayaraq ki, dünyəvi sivilizasiyaya ermənilər məşhur lətifədəki “ələkeçməz Co” kimi lazımdırlar.

Ermənilər ATƏT-in hazırkı sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqa öz “əzabkeşliklərini” xatırlatmaq qərarına gəliblər. Borq İrəvan torpağına ayağını təzəcə qıyan kimi...

Belə ki, ona “Dağlıq Qarabağ”dan olan və “deportasiya edilənlərin” adından İrəvanda məktub çatdırılıb. “Artsax xalqının” tələb və ümidlərini əks etdirən məktub mayın 13-də keçirilən mətbuat konfransında cənab Borqa təqdim olunub. Oxşar məktub xarici işlər naziri Ararat Mirzoyana da göndərilib.

Məktubu çatdıran jurnalist vurğulayıb ki, “Artsax xalqı” öz vətəninə qayıtmaq istəyir. “ATƏT Artsax məsələsini birdəfəlik bağlayıb? Əgər belə deyilsə, ATƏT onların geri dönüşünü necə təsəvvür edir?”, - deyə jurnalist soruşub.

ATƏT-in fəaliyyətdə olan sədri cavabında qeyd edib ki, təşkilat insanlar üçündür, amma ATƏT özünün iştirak etmədiyi prosesə müdaxilə edə bilməz və qurum iki ölkənin mövqeyinə hörmətlə yanaşır. Beləliklə, indiki sədr birbaşa qurumla bağlı sualdan yayınmaqla yanaşı, ATƏT-in Minsk Qrupunu da “dəfn etdi”.

Gəlin ondan başlayaq ki, niyə yer üzündə “Arsax xalqı”nın Qarabağ bölgəsinə qayıtması ilə bağlı sual ATƏT sədrinə ünvanlanır? Məntiq haradadır?

İkincisi. Azərbaycan hakimiyyəti artıq dəfələrlə bildirib ki, Qarabağ bölgəsi ermənilərinin təhlükəsizliyinə zəmanət verilir. Və dəfələrlə qeyd olunub ki, ermənilərin heç bir xüsusi statusu olmayacaq. Onlar Azərbaycan torpağında yaşamaq istəyirlərsə, bu, o deməkdir ki, onlar Azərbaycan vətəndaşı olmalı, bütün millətlər kimi dövlətin ümumi qanunlarına tabe olmalıdırlar.

Üçüncüsü. “Soyqırımı”nın xüsusiyyətlərinə eyham vuran “deportasiya”nın saxta və hamını bezdirmiş tərifi artıq heç kimi cəlb etmir.

Dördüncüsü və bəlkə də ən vacibi. ATƏT-in Minsk Qrupunu ATƏT yox, ATƏT sədrindən daha tez Azərbaycan Prezidenti İlham Əliyev “dəfn edib”.

Və buna görə də maraqlanırıq. Kimsə izah edə bilərmi: ermənilər nə istəyir?

Müəllif: Fed Bakinski - ayna.az

Dünyapress TV

Xəbər lenti