Birləşmiş Ştatlar bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin Qırmızı dənizdə Yəmən husilərinin konteyner gəmisini ələ keçirmək üçün uğursuz cəhddə istifadə etdiyi gəmi əleyhinə raketləri və qayıqları məhv etdiyini bildirib.
Maersk gəmiçilik şirkəti gəmisinin hücuma məruz qalmasından sonra Qırmızı dəniz boğazı ilə daşınmaları 48 saat müddətinə dayandırıb.
Bu hadisə husi militantlarının son altı həftə ərzində mülki gəmilərə etdiyi 20-yə yaxın hücumdan sonuncusu idi.
Hücumlar qlobal ticarətin 12 faizə qədərinin keçdiyi tranzit marşrutunu təhdid edir. ABŞ bu ay Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün beynəlxalq hərbi-dəniz operativ qrupu yaradıb.
Pentaqon rəhbəri Lloyd Astin tərəfindən yaradılması elan edilən “Prosperity Guardian” əməliyyatı adlanan koalisiyaya ABŞ, həmçinin Böyük Britaniya, İtaliya, Kanada, Niderland, Norveç, Fransa və digər ölkələrin hərbi gəmiləri daxil olacaq.
ABŞ Hərbi Dəniz Qüvvələri Danimarkaya məxsus olan Sinqapur bayraqlı Maersk Hangzhou konteyner gəmisinin təcili çağırışına cavab verib.
Gəmi heyəti Qırmızı dənizdən keçərkən 24 saat ərzində ikinci dəfə hücuma məruz qaldıqlarını bildirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir.
Bəyanatda Husilərin Amerika helikopterlərini atəşə tutmağa başladığı, onların “özünümüdafiə məqsədi ilə atəşə cavab verdiyi” və gəmiyə 20 metr yaxın olan dörd qayıqdan üçünü batırdığı bildirilir.
Sənədə əsasən, üç qayığın ekipajı məhv edilib. Dördüncü qayıq bu akvatoriyanı tərk edib.
Sinqapurdan Misirin Süveyş limanına gedən Maersk gəmisi husilərin raketi ilə vurulduqdan sonra qəza siqnalı verib.
ABŞ-ın Mərkəzi Komandanlığı bildirib ki, bu, noyabrın 19-dan bəri Husilərin xarici gəmiyə 23-cü qanunsuz hücumu olub.
Maersk açıqlamasında gəminin nəhayət “şimala doğru istiqamətini davam etdirə bildiyi” bildirilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Belqorodda törədilən terror aktını Ukrayna Silahlı Qüvvələrinin cəbhədə nəyisə dəyişməkdə acizliyi ilə əlaqələndirib.
32gun.az xəbər verir ki, o qeyd edib ki, Rusiya tərəfi eyni üsullarla cavab verməyəcək.
“Aydındır ki, Belqorodda törədilən terror aktı və vətəndaşlarımızın ölümü Bandera əclaflarının cəbhədə nəyisə dəyişdirməkdə acizliyindən törətdikləri qanlı cinayətdir". - deyə Medvedev VKontakte səhifəsində yazıb.
"Biz onlar deyilik" deyib.
Eyni zamanda, Medvedev hesab edir ki, Ukrayna rəhbərliyindəki pisliklər yuxudadır:
"Rusiya Silahlı Qüvvələrinin "Kiyevin mərkəzini Qəzza zolağına bənzər bir şeyə çevirdiyini" görür, çünki "onda yenisini istəmək daha asan olacaq" ağalarından silahlar”.
Medvedev əmin edib ki, cinayətkarlara Belqoroda hücum əmrini verən “məxluqların” ayaqları altında torpaq yanacaq:
“Cümə günü Rusiya ordusu neonasist rejiminin hərbi və digər infrastrukturuna ciddi ziyan vurdu. Döyüş işləri davam etdiriləcək. Cinayət əmri verən məxluqlar üçün isə onların ayaqları altında torpaq yanacaq. Hələ də nəzarət etdikləri Kiçik Rusiya ərazisinin qərbindən şərqinə qədər"
Çexiya Silahlı Qüvvələrinin polkovniki Zdenek Petraş Ukraynanın Amerikadan aldığı F-16 döyüş təyyarələrinin müharibədə heç bir üstünlük qazandırmayacağını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, Çexiya mətbuatına açıqlamasında deyib.
"Təəssüf ki, F-16 döyüş təyyarələri bəyan edilən miqdarda göndərilmir. Təyyarələr bu qarşıdurmada vəziyyəti əsaslı şəkildə dəyişməyə qadir deyil", - o qeyd edib.
Çexiya zabiti onu da vurğulayıb ki, Niderlandın Ukraynaya bir neçə F-16 göndərib-göndərməməsi ilə bağlı mediada yayılan xəbərlərdən məlumatsızdır.
Rusiya Prezidenti Vladimir Putinə Belqorodun yaşayış məntəqələrinə endirdiyi zərbələr barədə məlumat verilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, dekabrın 30-da Belqorod şəhərinin mərkəzi atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu açıqlayıb. Hücum nəticəsində 10 nəfərin öldüyü, 45 nəfərin xəsarət aldığı bildirilir.
Ukrayna Rusiyanın sonuncu genişmiqyaslı hava hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı təşkilata müraciət edib.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə hesabında bildirib.
"Rusiyanın Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatı hücumu ilə bağlı Ukrayna və BMT-nin 30 üzvü BMT Təhülkəsizlik Şurasına sədrlik edən Ekvadordan BMT TŞ-nin təcili iclasını çağırmağı xahiş edib", ukraynalı nazir qeyd edib.
Türkiyə hərb sənayesində daha bir möhtəşəm uğura imza atıb. Belə ki, Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizi sahillərində “TCG Preveza” sualtı qayığı tərəfindən “Akya”nın sınaq atışı həyata keçirilib.
Məlumata görə, yerli istehsal olan torpeda 12 min yardlıq məsafədən hədəf gəmini tam dəqiqliklə vuraraq batırıb.
Hədəfin vurulduğu anlar ölkənin Müdafiə Sənayesi Nazirliyinin sosial media hesabından paylaşılıb.
“TCG Preveza” sualtı qayığının həyata keçirdiyi döyüş atəşində mavi vətənin iti qılıncı olan milli torpedamız “AKYA” hədəfi tam dəqiqliklə vurub məhv etdi. Bu qürurverici məqamda əməyi olan bütün şəxslərə təşəkkür edirik. Ölkəmizə və millətimizə xeyirli olsun”, – deyə paylaşımda deyilir.
Qeyd edək ki, hazırda Yaxın və Orta Şərqin əsas aktorlarından olan Türkiyə Cümhuriyyəti müasir orduya və hərbi texnikaya malikdir. Onun istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatları Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğaldan azad edilməsində əhəmiyyətli rol oynayıb.
Bundan əvvəl xəbər vermişdik ki, Türkiyə “F-16”lar üçün öz mühərriklərini istehsal etməyə başlayacaq.
İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti cümə gecəsi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Sfera.az-ın məlumatına görə, İran hərbçiləri “Dəməşq hava limanında yüksək rütbəli nümayəndə heyətini qəbul ediblər”. Bildirilir ki, hücum nəticəsində SEPAH qüvvələrinin Suriyanın şərqindəki komandiri Nurat Rəşid yaralanıb.
Xatırladaq ki, dekabrın 25-də SEPAH generalı Razi Musəvi İsrailin hava hücumu nəticəsində öldürülüb. Onun Dəməşqin cənubundakı Seyyidə Zeynəb rayonunda yerləşən evinə üç raket atılıb. İranlı general Suriya hökumət ordusunun tərəfində vuruşan şiə qüvvələrinin fəaliyyətini koordinasiya edib.
Türkiyə öz ərazisində ABŞ-nin “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərinin istehsalına başlayacaq. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilir ki, Ankara “Turkish Aerospace Industries” şirkətinin beşinci nəsil “Kaan” döyüş təyyarələrini aqreqatlarla təchiz etməyi planlaşdırır. Agentliyin məlumatına görə, Ankara artıq bu mühərriklərin istehsalında birgə iştirak üçün amerikalı tərəfdaşlarına müraciət edib. Türkiyə öz mühərrik modellərini hazırlayana qədər hər bir “Kaan” qırıcısını iki “F110” ilə təchiz etmək niyyətindədir.
“Ukrayna artıq Qərb tərəfdaşlarından “F-16” qırıcılarının ilk partiyasını qəbul edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Niderland artıq beş ədəd “F-16” qırıcısını Ukraynaya təslim edib. Ukrayna isə hələlik onlardan yalnız ikisindən hərbi əməliyyatlardən istifadə edib.
Xatırladaq ki, Ukrayna aviasiyası bu həftənin əvvəlində Krımın Feodosiya limanında Rusiyanın Qara Dəniz Donanmasının "Novorossiysk" böyük desant gəmisini vurub. Bu, ötən il "Moskva" flaqman gəmisinin məhvindən sonra Rusiya donanmasının üzləşdiyi ən böyük itkidir. Ekspertlərə görə, 250 kilometr məsafədən dəqiq zərbə ilə desant gəmisinin məhv edilməsi Ukraynanın yeni silahlar əldə etməsi ilə bağlı ola bilər. Bu sırada “F-16” qırıcılarının artıq Ukraynada olduğu, gəminin məhv edilməsində istifadə edilən “Storum Shadov” raketlərinin məhz təyyarələrdən atıldığı inandırıcı görünür.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Novorossiysk" desnat gəmisinin Britaniya istehsalı olan sözgedən raketlə vurulduğunu təsdiq edib. Nəticədə gəmi heyətindən 33 nəfər itkin düşüb, 17 nəfər isə yaralanıb.
Artıq həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparacaq.
Cəmiyyətdə isə sual yaranır: Əvvəllər hərbi komissarlıqda “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaqmı? Ola bilər ki, yenidən yoxlama aparılsın və şəxsin “neqodnı” olmadığı üzə çıxsın? Bu halda şəxs əsgərliyə aparıla bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev məsələnin detallarını açıqlayıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi çağırışa cəlb olunacaq vətəndaşlarımızın xidmətə yararlılıq səviyyəsini gələn ilin iyul ayından təyin etməyə başlayacaq. Əvvəlki illərdə bu və ya digər yollarla saxta “xidmətə yararsız” adı ilə hərbi bilet alan və çağırış yaşı 36 yaş yarıma qədər olan vətəndaşlarımızın hər biri təkrar yoxlamalardan keçiriləcək. Bu yoxlamalar nəticəsində onların hərbi xidmətə yararlı olub-olmaması barədə təkrar qərar veriləcək. Təbii ki, “xidmətə yararsız” olanlara təkrar möhlət hüquq veriləcək, amma hərbi xidmətə yararlı olanlar təbii ki, ordu sıralarına göndəriləcək”.
Ekspert qeyd edib ki, bundan sonra saxta yollarla hərbi “xidmətə yararsız” statusu almış şəxslər müəyyən edilərək ordu sıralarına göndəriləcək, onlara bu sənədi verənlər isə cinayət məsuliyyətinə cəlb olunacaq:
“Əgər şəxsin xidmətə yararlı olduğu halda, saxta “xidmətə yararsız” statusu aldığı ortaya çıxarsa, şəxsin ordu sıralarına göndərilməsi və ona “yararsız” statusu verən həkimlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırma obyektinə çevrilməsi ilə nəticələnəcək. Artıq belə hallar və araşdırmalar var. Bu həm mülkidə, həm də hərbi çağırışla bağlı əlilliyə imkan yaradan, yaxud ordudan yayınmağa imkan yaradan saxta rəylər verən həkimlərdən cinayət məsuliyyətinə cəlb olunanlar var, onların bəziləri müəyyən müddətə həbs olunub, bəziləri haqda isə araşdırmalar davam edir. Məsləhətim budur ki, kimsə saxta yollarla əlillik əldə etməyə, yaxud ordu sıralarından yayınmaq üçün çirkli yollara əl atmağa çalışmasın. Bu heç bir nəticə verməyəcək, əksinə, bəzilərinin həbsinə, vəsait ödəyənlərin isə hərbi xidmətə getməsi ilə nəticələnəcək”.