Ardını oxu...
Son zamanlar Ermənistanın silahlandırılması ilə bağlı atılan addımlar diqqətdən yayınmır. Sülh müqaviləsindən hər bir vasitə ilə boyun qaçırmağa çalışan Ermənistanın II Qarabağ müharibəsindən sonra silahlandırılması başqa məqsədlərə xidmət edir. Burada Qərb və Rusiyanın rolu daha qabarıq görünür.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

“Ermənistan sərhədlərini Rusiya qoruduğu halda bu ölkəyə Qərbdən xüsusi “missiya” adı altında müəyyən qruplar göndərilib. Bu prosesin bir qədər də genişləndirilməsi ilə bağlı çağırışlar edilir. Sözsüz ki, Ermənistan ərazisinə göndərilən bu “missiya” heç də mülki xarakterli deyil. Həmin kontingentin tərkibində xüsusi hərbçilərin olması da bunu təsdiq edir”, - deyə o qeyd edib.

Polkovnikə görə, Rusiyadan indiki halda Ermənistana göndərilən uzaq mənzilli raketlərin daha öncə imzalanmış müqaviləyə əsasən göndərildiyi açıqlansa da, burada qaranlıq məqamlar çoxdur:

“Unutmaq olmaz ki, Rusiya hər zaman Ermənistanı silahlandırıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın silahlandırılması hər zaman Moskvanın diqqətində olub”.

Şair Ramaldanov Rusiyadan Ermənistana silah tədarükünün öncədən razılaşdırılmış və ödənişi olduğu halda gecikməsi ilə bağlı məsələlərin də bir müddət gündəmdə olduğunu söyləyib:

“Qərblə Rusiya arasında manipuliyasiyalar edən Nikol Paşinyan mümkün qədər öz maraqlarını reallaşdırmağa çalışır. Faktiki olaraq Paşinyan bu tərəflərlə münasibəti alver predmetinə çevirib. Rusiya ilə Ermənistan arasında son vaxtlar üzdə görünən gərginlik fonunda isə silah tədarükü və digər məsələlərdə sıx təmaslar var”.

Ekspert Ermənistana verilən “Smerç” raketlərinin narahatlıq doğuracağı məqamlara da toxunub:

“Azərbaycan tərəfi sözsüz ki, bunu diqqətdə saxlayır. Erməni tərəfinin ölkəmizə qarşı hansısa addımlar atması istisna edilmir. Bunun nəticəsi bəlli olsa da, təhlükəyə qarşı adekvat addımlar atıla bilər. Ermənistanın davamlı silahlanması “məqsədlərinə” çatmaq niyyəti olsa da, Azərbaycan hər an ona layiq olduğu cavabı vermək qətiyyətindədir”.
Ardını oxu...
Kiyevin meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki kritik vəziyyəti ilə əlaqədar Almaniyadan yeni yardım istəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq bir neçə aydır ki, böyük sursat çatışmazlığı yaşayır:

“Fürsətdən istifadə edərək Almaniyaya mesaj göndərmək istərdim. Biz ölkəmizi müdafiə edirik, eyni zamanda bütün Avropa İttifaqını da müdafiə edirik”, – o deyib.

Siyasətçi əlavə edib ki, son vaxtlar Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə təzyiq göstərir.
 
Ardını oxu...
İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) bu dəfə Pakistanın ərazisinə raket zərbələri endirib.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, İran Pakistanın hava məkanın təhlükəli manevrlər edib.

Rəsmi İslamabad İranın Pakistan ərazisinə endirdiyi zərbələrin ölkənin hava məkanının kobub şəkildə pozulması kimi qələmə verib və bunun ciddi nəticələr doğuracağını bildirib.

Eyni zamanda rəsmi İslamabad Tehranı hərəkətlərinə diqqət etməyə çağırıb. Lakin İran tərəfi bəyan edib ki, Tehran hücumlar barədə əvvəlcədən Pakistan rəhbərliyini məlumatlandırıb.

Hətta Rusiyanın nüfuzlu KİV-ləri iddia edirlər ki, İran bir neçə gün öncə Pakistan rəhbərliyinə İslamabadın Bəluc probleminin İranın daxili işlərinə və sərhədlərinə qarışdırmağa davam edəcəyi təqdirdə İran tərəfi hərbi zərbələr endirməyə məcbur olacaq.

İran rəsmiləri raket zərbələrin əsasən Pakistanın cənub-şərq ərazilərində yerləşən “Ceyş əl-Ədl” qruplaşmasının mövqelərinə endirildiyini bildirib.

Xatırladaq ki, bundan bir gün əvvəl SEPAH İraq və Suriyanın şimal ərazilərində ABŞ hərbi bazalarına və hava limanlarına raket hücumları edib.

Bəzi ekspertlər hesab edirlər ki, SEPAH bu hərəkətləri ilə İran İslam Respublikasının həm Yaxın Şərqdə, həm də Asiyanın cənub-şərqində yeganə güc mərkəzi olduğunu göstərir. Onlar SEPAH-ın həm region ölkələri, həm də Qərb üçün ciddi təhlükə mənbəyi hesab edirlər.

Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti İraq və Pakistan ərazisinə raket zərbələri endirməklə özünü regionda aparıcı güc mərkəzi kimi göstərməyə çalışır:

“Tehran bu cür davranış nümayiş etdirməklə göstərmək istəyir ki, o, istənilən ölkənin ərazisinə təcavüz etməyə və onun suveren hüquqlarını pozmağa qadirdir. Başqa sözlə desək, İran hakimiyyəti özünü regionun aparıcı gücləri ilə eyni səviyyədə olduğunu mesajını verməyə çalışır.

Düzdür, dünyanın müəyyən güc mərkəzləri başqa ölkənin ərazisində hərbi əməliyyatlar keçirəndə beynəlxalq hüququn normalarına əməl edirlər. Bu barədə əvvəlcədən həmin ölkənin rəbərliyini məlumatlandırırlar. Lakin İran hakimiyyətinin davranışları beynəlxalq hüquqi cəhətdən əsassızdır.

Bununla belə, həm İraq, həm də Pakistan Qərbin tətəfdaşlarıdır. İran hakimiyyəti həmin ölkələrin ərazisinə raket zərbələri endirməklə həm də Qərbin regiondakı maraqlarına zərbə vurur. Tehran Yaxın Şərqdə özünü hegemon ölkə sayır”.

Politoloq SEPAH-ın bütöv bir regionda təhlükə mənbəyinə çevrildiyini istisna etməyib:

“İsrail ilə ABŞ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib. Bu yaxınlarda Böyük Britaniya hökumətinə SEPAH-ı terrorçu qruplaşma kimi tanımaq barədə mürüciət olunub. Həmçinin Avropa İttifaqının bir sıra ölkələrinin parlamentlərində SEPAH-ın terrorçu təşkilat kimi tanınması ilə bağlı qərarlar qəbul edilib.

Amma həmin ölkələrin rəhbərləri bu qərarı hələ icra etməyiblər. İraq və Pakistanın ərazisinə endirən raket zərbələrdən sonra SEPAH region ölkələri üçün təhlükə mənbəyinə çevrilməklə yanaşı terrorçu hərbi təşkilat kimi tanınması da gündəmə gələ bilər”.

Sədrəddin Soltan İranın ali rəhbəri Seyid Əli Xameneyinin SEPAH-ın regiondakı son addımlarında mühüm rolu olduğunu bildirib:

“İran İnqilab Keşikçiləri Qvardiyası Xameneyiə tabedir. Bildirim ki, SEPAH-ın İraq, Suriya və Pakistan ərazisinə raket zərbələri, husilərin Qırmızı dənizdə fəaliyyətini koordinasiya etməsi, o cümlədən “Hizbullah” və HƏMAS-a hərbi yardım göstərməsi ilə bağlı məsələlərdə Xameneyidən əmrlər alır”.
 

Ardını oxu...
Orduda kadr islahatı gözlənilən idi. Ancaq bu, son da deyil. Hesab edirəm ki, kadr islahatları davam edəcək. Kadr islahatı yekunlaşdıqdan sonra rotasiyalara start veriləcək. Artıq uzun illərdir eyni yerdə xidmət edən hərbçilər var. Onların yerdəyişməsi həyata keçirilməlidir. Bunun üçün hazırlıqların görüldüyü deyilir.

Ənvər Əfəndiyevin vəzifəsində çox qalmayacağı gözlənilən idi. Çünki onun idarəçilik üsulunda qüsurlar var idi. Bezdiricilik onun karyerasında ən önəmli şey sayıla bilər. Onun tabeçiliyində xidmət edənlərdən kimi dindirsən, eyni şeyi deyirdi: “Bezdirir”. Ənvər Əfəndiyev çox ciddi avtoriteti olan zabit kimi də yadda qalmayıb. Bu da onun Quru Qoşunları komandanı kimi etmək istədiklərini edə bilməməsinə gətirib çıxardı. Onun işinə çoxlu sayda generalın müdaxilə etdiyini desək, yalan olmaz. Hazırda xidmətdə olmayan bəzi generalların etdiyi qeyri-qanuni əməllərə göz yuma bilirdi, onların qarşısında dirəniş göstərə bilmirdi. Bu isə komandan üçün arzuolunmaz hal sayıla bilər.

Hikmət Mirzəyev son dərəcə tələbkar zabitdir. Bundan əlavə, işinə müdaxilə edilməsini sevmir. Avtoritetinin olması isə onun istənilən generala qarşı dirəniş göstərəcəyini deyir. Hətta iddia edərdim ki, vəzifə ilə bağlı təklif gələndə ilk istədiyi şey işinə kimlərinsə müdaxilə etməyəcəyi ilə bağlı qaranti alması olub. Yəni özü öz qaydaları ilə idarə edəcək.

Hikmət Mirzəyevin qarşısına qoyulan, bəlkə də, əsas tapşırıq ordunun döyüş hazırlığını maksimum həddə çatdırmaqdır. Hikmət Mirzəyevin Quru Qoşunlarına gəlməsilə ehtimal olunur ki, motoatıcı bölmələrin sayı azaldılacaq, onu komando və dağatıcı bölmələr əvəz edəcək.

Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, ordu daim hazır vəziyyətdə olmalıdır. Azərbaycan həm çox ciddi silahlar almaqda davam edir, həm də ən çox güvənilən Xüsusi Təyinatlı Qüvvələr komandanını Quru Qoşunlarına transfer edir. Dolayısı ilə rəsmi Bakı həm də göstərir ki, çox ciddidir və hər cür hazırlaşır. Cənubi Qafqazda yeni müharibə ehtimalları proqnozlaşdırılır. Müharibə ssenarisi həmişə aktualdır. Hesab edirəm ki, Hikmət Mirzəyevin Quru Qoşunlarına komandan təyin edilməsi gələcəkdə ola biləcəklərə hesablanıb.

Hikmət Mirzəyev üçün asan olmayacağını bundan əvvəlki yazıda qeyd etmişdim. Hikmət Mirzəyevin komandanlıq etdiyi XTQ-də qüsurlar yox idi desək, yalan olardı. Hətta bunlarla bağlı yazılar da yazmışdım. Misal üçün, iki taborun veteranlıq məsələsi, ezam pulları və.s.

Xüsusi Təyinatlı Qüvvələrə kimin komandan təyin edilməsi də maraqlı mövzuya çevrilib. Bu yöndə müxtəlif iddialar da var. Hazırda korpus komandiri olan Mais Bərxudarovun, Kənan Seyidovun və Zaur Məmmədovun adları daha çox hallanır. General-mayor Mais Bərxudarovun XTQ komandanı olma ehtimalı yüksək deyil. Hər nə qədər Mais Bərxudarovun XTQ keçmişi olsa da, onun elə bir posta gətiriləcəyi inandırıcı görünmür. Düzdür, o, zamanında çoxlu sayda qüsursuz keçidlər həyata keçirib, düşmən arxasında fəaliyyət göstərib, ancaq icraçılıqla komandanlıq fərqli anlayışlardır. Müharibə vaxtı Mais Bərxudarovun general kimi bəzən irəli getməsi barədə informasiyalar yayılırdı. Hətta yaralanmışdı da. Bütün bunlar igidlik, qorxmazlıq kimi görünür. Nəzərə alanda ki, korpus komandirinin işi fərqlidir və o döyüşməli yox, döyüş idarə etməlidir, o zaman baxışlar da dəyişir. Onun, bəlkə də, ən zəif yeri hissi davranmağıdır. Zaur Məmmədova gəldikdə o, XTQ sıralarından xaric edilib. Onun haqqında fikirlər birmənalı deyil. Ona görə də bu variantın da aşağı olduğunu düşünürəm. Kənan Seyidovun isə 44 günlük müharibə zamanı xidməti heç kimə sirr deyil. Müharibədən sonra korpus komandiri təyin edilməsi və korpusda gördüyü işlər müsbət xarakterizə edilə bilər. Düşünürəm ki, adları hallananlar arasında ən realı Kənan Seyidovdur. Ancaq hazırda XTQ-də xidmət edən zabitlərdən birinin də komandan təyin edilməsi sürpriz olmayacaq.

Səxavət Məmməd

www.yenicag.az
Ardını oxu...
İran Pakistandakı "Ceyş əl-Zalum" qruplaşmasına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, qruplaşmanın iki mühüm qərargahı məhv edilib.
Qeyd edək ki, bu gün İran Suriya və İraqda da hücumlar həyata keçirib.
 
Ardını oxu...
İranın Ali Rəhbəri Seyid Əli Xamenei husiləri hücumlarını davam etdirməyə çağırıb.

TEREF Modern.az-a istinadən xəbər verir ki, o, bu gün imamlarla görüşü zamanı bildirib ki, “Yəmən xalqı və Ansar Allah hökuməti çox böyük işlər görüblər.

“Ümid edirik ki, bu səylər qələbəyə qədər davam edəcək", - Xamenei qeyd edib.
 
Ardını oxu...
Husilər Yəmən sahillərində ABŞ-a məxsus, Marşal adalarının bayrağı altında üzən yük gəmisini vurub.

APA “Al-Jazeera”ya istinadən xəbər verir ki, raket zərbəsi gəminin anbarında yanğına səbəb olsa da, yük gəmisinin yararlı olaraq qaldığı qeyd olunub.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Husilərə yaxın hərbi mənbə “Al-Jazeera”ya bildirib ki, gəmi ona yönəlmiş xəbərdarlıqları rədd etdikdən sonra hədəf alınıb.

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisinin (UKMTO) saytında verilən məlumata görə, gəmiyə zərbə havadan endirilib.

"Hələlik hadisə ilə bağlı digər təfərrüatları yoxdur, araşdırma aparılır. UKMTO gəmilərə ərazidə hərəkət edərkən diqqətli olmağı və şübhəli hal olarsa, UKMTO-ya bildirməyi tövsiyə edir", - məlumatda qeyd olunub.
 
Ardını oxu...
“2020-ci ildə 44 günlük müharibədən sonra 17 min “Kalaşnikov” avtomatı yoxa çıxıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan məlumat verib.

O, silahların nə vaxt, harada və hansı şəraitdə yoxa çıxması barədə dəqiq açıqlama verməyib.

Kazaryan silahların könüllü təhvil verilməsi ilə bağlı işlərin aparılmasının zəruriliyini ifadə edib.
 
Ardını oxu...
Kiyev Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra müttəfiqlərinin diqqətini saxlamaq üçün daha bir cəbhədə mübarizə aparmağa məcburdur.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

Nəşr qeyd edir ki, HƏMAS İsrailə hücum etdikdən sonra Qərb Fələstin-İsrail münaqişəsinə qarışıb, sonra isə Ənsarullah hərəkatına qarşı mübarizəyə keçib:

"Eyni zamanda, Kiyevə verilən dəstəyə Ukrayna əks-hücumunun uğursuzluğu da mənfi təsir göstərib. ABŞ-ın 60 milyard dollarlıq yardımı Konqresdə ilişib qalıb və AB hələ də növbəti dörd il ərzində Ukraynaya 50 milyard dollar maliyyə yardımı göndərilməsini təsdiqləməyə çalışır".
 
Ardını oxu...
Maldiv Respublikası Hindistandan öz ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.

Bu barədə Maldiv adaları prezidentinin administrasiyasının ictimai siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim məlumat verib.

“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, - İbrahim deyib.

İbrahim xatırladıb ki, qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradılıb. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.

Qeyd edək ki, Maldiv adalarında 88 hindistanlı hərbçi var. (Mənbə: TASS)
 

Dünyapress TV

Xəbər lenti