Ardını oxu...
Ukrayna hərbi dairələrinin iddiasına görə, bu günkü döyüşlərdə daha bir rus generalı öldürülüb.
Təsdiqini gözləyən məlumata əsasən öldürülən general Rusiyanın “Dnepr” qruplaşmasının komandiri, general-polkovnik Mixail Teplinskidir.
Bildirilir ki, Ukrayna hərbçiləri "düşmənin daha bir mühüm hədəfini – Rusiya Silahlı Qüvvələrinin motoatıcı briqadalarından birinin komanda məntəqəsini yerlə yeksan edib. Rus general-polkovnik Mixail Teplinskinin də atəş zamanı həmin komanda məntəqəsində bulunduğu güman olunur.
Heydər Oğuz
TEREF
 
Ardını oxu...
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

“Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib”, – məlumatda vurğulanıb.
 
Ardını oxu...
İsrail hərbçiləri Livanın cənubunda tank əleyhinə raketlərlə silahlanmış bir qrup radikala hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şeba qəsəbəsi ərazisinə o zaman zərbə endirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları görüblər ki, silahlı dəstə İsrail ərazisini atəşə tutmağa hazırlaşır.

Bundan əlavə, səhər saatlarında İsrail hərbçiləri şiə Hizbullah təşkilatının təyyarəsinin İsrail ərazisinə düşməsini qeydə alıb. Mətbuat xidmətinin məlumatına görə, qurğu İsrail-Livan sərhədindəki Har Dov dağı ərazisinə düşüb, tələfat və dağıntılar barədə məlumat yoxdur.
 
Ardını oxu...
“NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır”.

Viral.az xəbər verir ki, bu açıqlama ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.

“NATO-nun hərbi qulluqçuları artıq Ukraynadadır. Mən bu ölkələrin nümayəndələrinə riskə getdiklərinə görə səmimi təşəkkürümü bildirirəm”, – nazir qeyd edib.

Eyni zamanda, Sikorski hansı ölkələrdən olan hərbçilərdən söhbət getdiyini açıqlamayıb.
 
Ardını oxu...
“NATO ordusunun Ukraynada olması ağılagəlməz bir şey deyil. Mən prezident Emmanuel Makronun təşəbbüsünü yüksək qiymətləndirirəm”.

Azpost.info xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

Sikorskinin sözlərinə görə, söhbət Putini qorxutmaqdan gedir, ondan qorxmaqdan deyil.

Bundan əvvəl ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış Polşa əsgərlərinin Ukraynaya göndərilməsi ehtimalını istisna etmişdi. Onun sözlərinə görə, hərbi texnika dəstəyi vermək daha yaxşıdır.
 
Ardını oxu...
Avropa İttifaqı ölkələri 2024-cü ildə Ukraynaya 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədirlər.

Bunu Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib.

Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.

Qeyd olunub ki, bu rəqəm yarımçıq məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər.
Vurğulanıb ki, Avropa Komissiyası martın sonuna qədər Kiyevə 4,5 milyard avro ayırmaq niyyətindədir.

Mənbə: TASS
 
Ardını oxu...
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Sergey Şaptala keçmiş baş komandan Valeri Zalujnının ardınca hərbi xidmətdən uzaqlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Ukrainska Pravda” nəşri yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Şaptalanı Baş Qərargah rəisi vəzifəsindən azad edib və onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Bargileviçi təyin edib:

“Zalujnı və Şaptala hərbi xidmətə yararsız olmalarına görə vəzifələrindən azad ediliblər”.
 
Ardını oxu...
ABŞ hökuməti Rusiyanın Ukrayna ərazisində nüvə silahının tətbiqi ssenarisinə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə xarici KİV Ağ Evdəki iki yüksək rütbəli şəxsə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ 2022-ci ilin sonundan bu ehtimala hazırlaşır.

Qeyd olunub ki, belə ssenarilərə hazırlaşmaq Vaşinqtonun hüququdur: “ABŞ 2022-ci ilin sonundan bəri Hindistan və Çinlə gizli əlaqə saxlayır və narahatlığını Kremlə də bildirir”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev daha əvvəl bir neçə dəfə deyiblər ki, Moskva lazım gəlsə nüvə silahının tətbiqindən çəkinməyəcək.
 
Ardını oxu...
“Hizbullah”ın silahlı qüvvələri Qərbi Qalileydə yerləşən yaşayış məntəqələrində İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, Avivim, Netuva, Şlomi və Ştula qəsəbələrində hava hücumu sirenləri işə düşüb. Atışmanın nəticələri və zərərçəkənlər barədə məlumat verilməyib.

Qeyd olunur ki, həmçinin daha əvvəl İsrail Hərbi Hava Qüvvələri və pilotsuz təyyarələri “Hizbullah”ın Aytrun, Bəraşit, Bint Cbeil və Məcdəl Zun məntəqələrində reydlər həyata keçirib. Nəticədə 3 hizbullahçı öldürülüb, bir mülki şəxs isə yaralanıb.
 

Dünyapress TV

Xəbər lenti