Müəllimlər evlərindən məktəbə hər gün odun daşıyır... -
16 müəllimin 1 yararsız qarmonu var...

Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllimləri - Abbasov Şahbaz Vəliyəddin oğlu, Rüstəmov Vüsal Qardaşxan oğlu, Əmrahov Orxan Xosrov oğlu, Bayramov Sadiq Kamil oğlu, Vəliyev Zamin Kərəm oğlu,Ələsgərova Əsmər Mahir qızı , Bayramov Rafiq Kamil oğlu və Əliyeva Sevinc Ənvər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş nazir Əli Əsədova, Baş porokuror Kamran Əliyəvə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıblar. Həmin məktubu olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirik ki, Qaradağlı kənd Uşaq Musiqi Məktəbində bəzi müəllimlərin haqqı tapdalanır. Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov məktəbimizdə müəllim və kənd camaatının etirazına baxmayaraq, Qarayev Fəqani Elbrus oğlunu direktor əvəzi kimi təyin edib.

Qeyd edək ki, məktəbimizdə dərs keçməyə yararlı musiqi aləti yoxdur. 16 qarmon müəlliminin bir yararsız qarmonu var. Oturmağa isə yararlı stol, stul yoxdur. İstilik sistemi bərbad haldadır.

20 sinifə qarşılıq direktorun otağında, bir də onu dəstəkləyən müəllimlərin sinifində salyarka peçi, qalan siniflərdə isə odun peçi yanır. Müəllimlər evlərindən odun gətirib yandırır. Yarı sinifin müəllimləri isə isidici gətirib, sinif otaqlarını qızdırırlar. Demək olar ki, hər an yanğın hadisəsi baş verə bilər. Bir sözlə, dözülməz halda çalışırıq.

Direktor dərs saatlarını isə özünün yaxın adamlarına, onu dəstəkləyən müəllimlərə verir. Hərəsinə 20-24, hətta 30 saat dərs verir. Qalan müəllimlərə isə 7-10 saat dərs yazılır. Deyirik ki, bu nə ədalətsiz bölgüdür, biz cənab Prezidentə, Mədəniyyət Nazirliyinə şikayət edəcəyik. Deyir ki, hara şikayət edirsiniz edin, məni bura Qalib müəllim təyin edib, o, kimə deyirsə, dərsi də ona verirəm, onun dediyini edirəm.

Biz artıq direktorun əlindən cana doymuşuq. Hər gün direktor tərəfindən hədə-qorxulara məruz qalırıq. Dərdimizi kimə deyək, bilmirik. Şikayət etmədiyimiz orqan və təşkilatlar qalmayıb”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Araşdırıb, məlumat verəcəklərini bildirdilər.

Aynurə İSMAYIL

Hurriyyet.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1728665959_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1728665959_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1728665959_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1728665959_4.jpg

 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti