Əziz Əzizovun Suraxanıda "sol əli" kəsildi, bəs "sağ əli"? -
Azərbaycanda ən bisavad adam da bilir ki, bələdiyyə sədri qanunsuz torpaq satışını özbaşına edə bilməz. Onu da bilir ki, bələdiyyə sədrləri torpaq alverini yerli icra hakimləri ilə müştərək həyata keçirirlər. Hətta o da məlumdur ki, ümumiyyətlə, bələdiyyə sədrləri icra başçılarının "mafioz qrupu"na daxildir və İH rəhbərinin çirkli, qara işlərini icra edirlər. Ona görə də Bakının Yeni Suraxanı bələdiyyə sədri Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilməsi bir sıra müzakirələrə yol açdı. Bələdiyyə sədrinin həbsi ictimaiyyətdə suallar doğurdu ki, bəs, Suraxanı rayon icra başçısı Əziz Əzizov bu qanunsuz əməllərdən xəbərsiz olub? Sosial şəbəkələrdə gedən diskussiya zamanı qeyd olundu ki, F.Quliyev bu qədər müddət ərzində qanunsuz torpaq satışı və tikintiyə icazə ilə təkbaşına məşğul ola bilməzdi. Çünki bələdiyyələr az qala İH-lərin əsirinə çevriliblər. Xüsusən də Suraxanı kimi rayonda, xüsusən də hər zaman torpaq, obyekt, səki, dayanacaq satışında, qanunsuz tikintiyə sərəncam verməkdə adı hallanmış icra başçısı Əziz Əzizovun rəhbəri olduğu rayonda...
Anaxeber.info bildirir ki, dəfələrlə faktlar tirajlanıb, Suraxanı icra başçısının Yeni Suraxanı, Qaraçuxura, Hövsan, Yeni Günəşlidə torpaqları qarış-qarış satdığı xəbər verilib, sakinlərin şikayət və müraciətləri yayılıb, qanunsuz tikintilərə rəvac verildiyi açıqlanıb, o baxımdan Yeni Suraxanı bələdiyyəsinin sədri həbs ediləndə nəzərlər icra hakiminə yönəldi. Doğurdanmı Əziz Əzizovdan bixəbər, yaxud icazəsiz rüşvət alaraq torpaq sata bilərdi?! Buna az adam inanar. Ə.Əzizov və ətrafındakı adamlar rayonun hansı ərazisində neçə qarış torpaq satıldığını belə bilirlər, bu məsələyə nəzarət edirlər. Bələdiyyə sədri də onlarla razılaşdırmamış bu işlərə qol qoymazdı. Hətta iddialar var ki, həbs edilən bələdiyyə sədri icra başçısına yaxın adam olub. Amma hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər və faktlar təqdim edildiyi üçün rüşvətxor məmur saxlanıb. Görünür ki, vətəndaş torpaq almaq istəyəndə ondan pul, rüsumdan əlavə ödəniş tələb olunub. Bu hallar kütləvi xarakter alıb və Əziz Əzizov öz adamını qorumaq istəməyib.
Mətbuatda gedən məlumatlara görə, 2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.
Əziz Əzizovun hələ Cəlilabad və Yasamal rayonlarında törətdikləri bir çox özbaşınalıqlar barədə dövrü mətbutda yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduqdan sonra rayon ərazisində, boş torpaq sahələrində, istismar müddəti bitmiş neft quyularının üstündə tikinti aparılmasına verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur. Bu sükutun biri Yeni Suraxanıda pozuldu, sonrası...
Azər Talıbov
Anaxeber.info

Bölmənin digər xəbərləri

21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir

Dünyapress TV

Xəbər lenti