Orda nə günə oturub ki... - HƏQİQƏTƏN DƏ...
Eyvaz Mövsüm oğlu Hüseynov
15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd rayonunun Muğanlı kəndində anadan olub.
1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, gündən bu günə qədər də, nə az-nə çox, düz 31 ildir ki, bu Xocavənd rayonuna sözün əsl mənasında "yiyəlik" edir.

Xatırlatmaq üçün qeyd edirik ki, 2021-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndinin sakinləri olan olan 82 şəhid ailəsi "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, təsərrüfatla məşğul olmaq üçün pay torpaqlarının olmadığından şikayətlənmişdi.

"DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərovun təşkilatçılığı ilə həmin şəhid ailələri mətbuat konfransı keçirərək, icra başçısı Eyvaz Hüseynov barəsindəki gileylərini açıq şəkildə bəyan etmişdilər. Hətta, konfrans zamanı onlar daha bir məlumatı da medianın diqqətinə çatdırdılar ki, şəhid ailələrinin vəsaiti hesabına şəhidlərin xatirəsi üçün abidə inşa edilib, lakin, icra hakimiyyəti həmin abidəni özü inşa etdiribmiş kimi öz balansına keçirib. Yəqin ki, bu tikinti üçün büdcədən "babat" məbləğ də silinib.

Əlqərəz...

Çox keçmədi ki, ardından Xocavənd rayonunun Muğanlı kənd sakini, əvvəllər orta məktəbdə dil-ədəbiyyat müəllimi olaraq çalışan Vəzifə Bayramova redaksiyamıza müraciət edərək, Eyvaz Hüseynovun onu işindən azad etdirməsindən şikayətləndi.

Xanım bildirdi ki, o, eyni zamanda seçki komissiyasının üzvü olduğu üçün, sonuncu prezident seçkiləri zamanı Ağcabədi rayonunda, prezident seçkilərində iştirak edib və işinə qayıdanda görüb ki, işinə xitam verilib. Hətta onun yerinə həmin məktəbə Eyvaz Hüseynovun dostunun qızı işə götürülüb. Dediyinə görə, artıq illərdir ki, Vəzifə xanım işinə bərpa olunması üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Hətta, ölkə başçısına belə yazılı şəkildə müraciət edib, özü də dəfələrlə. Amma, nə hikmətsə, nə 31 ildir Xocavənd rayonunda "özünəməxsus hakimiyyət" quran Eyvaz Hüseynova "gözün üstə qaşın var" deyən olub, nə də xanım buvaxta qədər işinə qaytarılıb.

Sözügedən Vəzifə xanım Bayramova bir neçə gün əvvəl yenidən redaksiyamıza müraciət edərək, hələ də işsiz olduğunu bildirdi.

Qeyd edək ki, xanımın iddiası ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxladığımız zaman, Vəzifə xanıma dəfələrlə iş təklifi etdiklərini və xanımın imtina etdiyini bildirmişdilər. Vəzifə xanım isə ona xadimə işinin təklif edildiyini deyir.

Biz bu dəfə isə bu barədə Xocavənd rayonunu Milli məclisdə güya təmsil edən Elman Məmmədov ilə telefon əlaqəsi saxladıq. Elman Məmmədov agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında xanımı "yalan danışmaq"da ittiham etdi. Agentliyin rəhbəri və proqramın aparıcısı Kamal Əsgərov öz adından da xahiş etdi ki, Vəzifə xanımın ali təhsilli olduğu nəzərə alınmaqla onun hər hansı bir dövlət işi ilə təmin olunmasında köməklik göstərsin. O, da bu barədə Eyvaz Hüseynova müraciət edəcəyini bildirdi və...

"Və"dən sonrası təəssüf ki, yoxdur... Ya Elman Məmmədov "hansısa vətəndaşdan ötəri kiməsə ağız açmağı şəninə sığdırmadı", ya da Eyvaz Hüseynov "işinə qarışmasın deyə onu tənbehlədi".
Uzun sözün qısası, Vəzifə xanım 14 ildir işsizdir, səbəbi isə Eyvaz Hüseynovun "dost sevgisi"dir. Dostunun yenicə məzun olmuş qızını, illərin pedaqoqu ilə əvəzləyib.

Qeyd edək ki, Vəzifə xanımın iddiasına görə Eyvaz Hüseynovun dostunun qızı olan Əfsanə xanım ikinci iş olaraq, məktəbə işə götürülüb və ardından Eyvaz Hüseynovun özünün müavini vəzifəsi ilə təmin olunub. Hazırda İcra başçısının müavini vəzifəsində çalışır.

Sizcə, Eyvaz Hüseynov "hakimiyyəti"nin "özünəxidmət"I bununla bitərmi?!
Əsla.

Xocavənd rayonunda başqa-başqa şəxslərin adına iaşə obyektlərinin olduğu bildirilən, şəhid ailələrinə təsərrüfat üçün verməyə "torpaq tapmayan" icra başçısının daha bir "əliaçıqlığı"ndan bəhs edən daha geniş məlumat aldıq. Daha doğrusu, Xocavənd rayon Kuropatkin kənd sakini, "Respublika şəhid ailələrinə qayğı" cəmiyyətinin Xocavənd rayonu üzrə sədri, üçüncü qrup müharibə əlili Hamlet Gülməmmədov "Kanal14" YouTube kanalında hər gün 19:00-da canlı yayımlanan "Kamalın zamanı" proqramına zəng edərək, Eyvaz Hüseynovun özünün və qardaşı İbad Hüseynovun sahibləndiyi, eləcə də ayrı-ayrı vəzifəli şəxslərə "peşkəş" verdiyi hektarlarla torpaq sahələrinin siyahısını sadaladı.

Təkcə qardaşı İbad Hüseynovun 100-500 arası, Eyvaz Hüseynovun isə 500-1000 arası hektar torpaq sahəsinə sahib olduğunu deyən Hamlet Gülməmmədovun təqdim etdiyi siyahıdakı digər adları aşağıda təqdim etdiyimiz videoda 1 saat, 34-cü dəqiqədə izləyə bilərsiniz.

Diqqət etdinizsə Hamlet Gülməmmədov təqdim etdiyi siyahının hələ tam olmadığını vurğuladı.

33 yaşından bəri Xocavənd rayonuna rəhbərlik edən 64 yaşlı Eyvaz Hüseynov sanki, bu rayonu 31 ildir "icarəyə götürüb", ona görə də rayonun bütün gəlirli sahələrinin gəlirlərindən yalnız özü yararlanır.

Allah rəhmət eləsin böyük şair M.Ə.Sabirə. Məhz onların dilindən deyib:

- "Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
Biz məgər aclara vəqf eyləmişik malımızı,
Та ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyərik naz ilə ətfalımızı.
Atasız tiflləri basdı boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!"


P.S: Vətəndaşların iddiaları ilə bağlı qarşı tərəf olaraq, Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun mobil nömrəsinə dəfələrlə zəng etsək də telefona cavab vermədi. İcra başçısının birinci müavini Azər müəllim və millət vəkili Elman Məmmədov ilə isə canlı yayımda telefon əlaqəsi saxlanılıb, fikirləri dinlənilib.
Yazıda adıçəkilən bütün şəxslərin mövzuya dair fikirlərini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Bölmənin digər xəbərləri

22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Dünyapress TV

Xəbər lenti