Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO
Xətai rayonunda yerləşən və fəaliyyət göstərən 3 saylı xüsusi internat məktəbində qalmaqallı olaylar nəinki bitmək bilmir, hətta bəlkə də "məşhurluğun zövqünü yaşamaq həvəsi"lə artmaqda davam edir.

"DogruXeber.az" xəbər verir ki, bir neçə ay əvvəl sakini olan yeniyetmələrdən birinin qalmaqallı açıqlaması ilə gündəmi silkələyən Xətai rayon 3 saylı internat məktəbi barəsində daha bir videogörüntü sosial şəbəkələrdə yayılıb. Hansı ki, həmin görüntülərdə bir xanım sözügedən məktəbin şəraitsizliyindən, müəllim çatışmazlığından, onkoloji xəstəliyi olan müəllimlərin dərs saatlarının satılmasından, rüşvət və yeyintidən bəhs edir.

Qeyd edək ki, bu məktəb birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2016-cı ildə əsaslı təmir olunub və artıq oradakı atraksionların belə sınmış, istifadəyə yararsız olduğu deyilir. Xanım iddia edir ki, bir neçə ay əvvəl Xətai rayon icra hakimiyyətinin başçısı məktəbdəki nöqsanların iki ay müddətində aradan qaldırılacağına şəxsən söz verib və...

Bəli, "və"dən sonrası yoxdur, Rafiq Quliyev sözünü tutmayıb.
İnternat məktəblərinin tabe olduğu qurum Bakı şəhər İcra Hakimiyyətidir, amma onun da bəhs edilən görüntülərə qarşı hər hansı bir reaksiyasına rast gəlinmir.

3 saylı internat məktəbindən şikayətçi olan xanım iddia edir ki, məktəbdə müəllim çatışmazlığı var, lakin icra hakimiyyətində həmin məktəbin adına bir neçə maaş kartları mövcuddur. Yəni, kağız üzərində olan "işçilər"in maaş kartları.

Bəli, "kağız üzərindəki işçilər" anlayışı artıq uzun illərdir ki, bir çox dövlət qurumlarında "dəbdə" olan "gəlir yeri"dir, daha doğrusu dövlət büdcəsindən oğurluq üsulu desək tam dəqiq ifadə etmiş olarıq. Bu da bir reallıqdır ki, bir çox dövlət məmurları öz yaradıcılıq qabiliyyətlərini dövlətin və cəmiyyətin inkişafına deyil, dövlətdən pul oğurlamağın yollarını tapmağa sərf edirlər.

Necə ki, aylar öncə İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun buna bənzər taktikasının şahidi olmuşduq. Yeri gəlmişkən, elə bələdiyyə sədri Mehman İsmayılov da redaksiyamıza Əsmər Əkbərovanın adına əmək haqqı yazılması prosesini məhz İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin tapşırığı ilə həyata keçirdiyini etiraf etmişdi.
Amma, nədənsə aidiyyatı qurumlar hələ də susur...

Əlqərəz...

Bu dəfə mövzumuz Xətai rayonu və Bakı şəhər icra hakimiyyətlərinin nəzarətində olan 3 saylı internat məktəbindəki yeyinti və baxımsızlıqdır.

Yeri gəlmişkən, son illər tez-tez yayımlanan və səs-küy doğuran mövzulardan biri də məktəblərdə, uşaq bağçalarında və uşaq evlərində uşaqların müəllim tərəfindən şiddətə məruz qalması barəsində olan xəbərlər və şikayətlərdir. Zaman-zaman güclü ictimai qınaq qarşısında şiddət uyğulayan tərəfin işindən azad edildiyi, yaxud töhmət verildiyi və sair kimi cəza növləri barəsində mətbuatda yer alan xəbərləri də çox görmüşük. Lakin, görünən odur ki, bundan "dərs götürən" bəzi müəllimlər şiddətə son qoymaq yerinə, şiddət göstərməyin daha fərqli, özü üçün təhlükəsiz versiyalarını kəşf ediblər.

Xətai rayon 3 saylı internat məktəbindən yayımlanan daha bir görüntülərdə azyaşlı uşaq müəllimənin cəza olaraq, onu soyuq su ilə çimizdirdiyini deyir və bunun şahidi olan digər uşaqlar da bunun həqiqət olduğunu təsdiq edirlər.

Videonu izləmək üçün bu mavi yazıya toxun !!!

Bu isə o, deməkdir ki, nə bir neçə il əvvəl bu məktəbdə etiraz edən müəllimlər, nə aylar əvvəl yemək verilmədiyindən danışan, dövlət tərəfindən onlara göndərilən qida məhsullarının mənimsənilməsini açıqlayan yeniyetmə və sair kimi olaylar, nə sözügedən məktəbin direktoruna, nə də icra hakimiyyətlərinə zərrə qədər təsir etməyib. Çünki, onlar üçün hər hansı bir problem yaranarsa, o məktəbdə yaşadıqlarını dilə gətirən yeniyetmənin xəstə olduğunu iddia edərək, onu, el arasında "dəlixana" deyilən psixoterapiya xəstəxanasına yerləşdirmək kimi müxtəlif vasitələrlə digər problemləri də rahatlıqla dəf edəcəklərindən əmindirlər.

Hər halda mətbuatın və cəmiyyətin gözünün önündə baş verən hadisələr belə düşünməyə əsas verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO

Dünyapress TV

Xəbər lenti