Ardını oxu...
"Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun 10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz yumub". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub. Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA
həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina qərarı?
Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət verilə bilsin?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə, TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan, sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək? Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in, Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu məsələyə baxmaq isə prokurorluğun boynundadır".
 
 
 
Ardını oxu...
"57 yaşımda kimsəsiz tənha qadınam, səhhətimdə ciddi problemlərim var. Yaşadığım ev də çox şəraitsiz, bərbad vəziyyətdədir. Yağan yağış evimin içinə yağır. Heç yerdən də bir gəlirim yoxdur ki, heçolmasa evimin damını təmir edim, üstəlik dolanışıq və dərmanlarımı da çox böyük çətinliklərlə əldə edirəm. Bununla bağlı icra başçısı Adil Əliyevin də qəbulunda oldum. Adil müəllim yanımda icra nümayəndəsinə və bələdiyyə sədrinə mənə kömək etmələrini tapşırdı. İcra nümayəndəsi cəmi bir dəfə bir dərmanımı almağa kömək etdi, bələdiyyə sədri isə ümumiyyətlə heç nə etmədi. Nömrəsini tapıb zəng etdim, telefonda üstümə qışqırdı, bir də onu narahat etsəm başqa cür olacağı ilə təhdid etdi və bildirdi ki, "mənim pulum yoxdur, get, Adil müəllim öz cibindən sənə kömək etsin"."

"DogruXeber.az" xəbər verir ki, bu sözləri bir müddət əvvəl Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən 4 ünvanında yaşayan İsmayılova Səlminaz Allahverdi qızı redaksiyamıza müraciətində bildirib.

Doğrusu, xanımın müraciəti ilə tanış olduğumuzda ilk reaksiyamız yeni təyin edilmiş icra başçısının fəaliyyətinə kölgə salmağa çalışdıqlarını düşünməyə başladığımız icra nümayəndəsi ilə bələdiyyə sədrini qınamaq oldu. Çünki, dəfələrlə sosial şəbəkələrdə və iştirak etdiyimiz tədbirlərdə gənc idmançılarla, şəhid ailələri və qazilərlə mehriban görüşüb, qol-boyun şəkillər çəkdirdiyinin şahidi olduğumiz Adil Əliyevin barəsində həm vətəndaş, həm də media nümayəndəsi olaraq, özümüz də müsbət fikirdə olmuşuq. Həmçinin, keçmiş millət vəkili, hazırkı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan Adil Əliyevin çox məmurlardan fərqli olaraq, ən azından heçolmasa qayğıya ehtiyacı olan şəxslərə mehriban münasibəti, xoş davranışları ilə mənəvi dəstək olduğunu düşünərək, onu təqdir etmişik. Hətta, imtiyazlı şəxslərin dövlət qurumları ilə bağlı olan problemlərinin həlli istiqamətində Adil müəllimin əlində hər hansı bir səlahiyyəti olarsa, o, səlahiyyətin verdiyi imkanlar daxilində əlindən gələni edəcəyindən əmin olduğumuz üçün ölkə başçısı ona etimad göstərib, icra başçısı təyin etdiyində Suraxanı sakinləri adına sevinib, onu təbrik edənlərdən biri də biz olmuşuq.

Lakin, qısa müddət sonra Səlminaz İsmayılovanın redaksiyamıza ünvanladığı müraciəti bizi biraz təəccübləndirdi. Barəsində yerli mediada və sosial şəbəkələrdə kifayət qədər mənfi məlumatlar yer almasına baxmayaraq, biz yenə də onun qazilərlə olan səmimi şəkillərini, çıxışlarında və söhbətlərində dilindən düşməyən Allah kəlməsini dəyərləndirib, əgər xəbəri olarsa Səlminaz xanıma dərhal köməklik göstərəcəyinə ümid etdik. Odur ki, oktyabr ayının 22-də Suraxanı Rayon İcra Hakimiyyətinə xanımın müraciəti əsasında rəsmi sorğu göndərdik.

Bu gün noyabr ayının 15-dir və hələ də göndərdiyimiz sorğunun cavabı yoxdur.

Biz dəfələrlə icra hakimiyyəti ilə telefon əlaqəsi saxlayıb, sorğumuza cavab verilməməsinin səbəbini öyrənməyə cəhd etdik, amma bu cəhdlərimiz də nəticəsiz qaldı. Ümumi şöbədə telefonumuza cavab verəcək olan bir Allah bəndəsi tapılmadı ki, tapılmadı.
Bəlkə onlar əlaqə yaratmağımızda kömək edə bilər deyə növbətçi hissəyə zəng etdik, onların da əlaqələndirmək cəhdləri bizimki kimi puça çıxdı.

Biz Adil müəllimdən böyük ümidlə sorğumuza cavab, Səlminaz İsmayılovaya isə kömək gözləyirdik ki, digər tərəfdən onun barəsində daha bir narazılıq gəldi.

Suraxanı Rayon Hövsan qəsəbəsi, Elman Qasımov döngə 2 ünvanında yaşayan şəhid ailəsi Şahmurov İlqar Əlihəsən oğlu iddia edir ki, 2016-cı ildə Suraxanı rayon icra nümayəndəsindən 18.000 (on səkkiz min) manat ödəməklə 6 sot torpaq sahəsi alıb, 2023-cü ilin sonuna qədər həmin torpağın vergisini ödəyib və bu müddət ərzində orada meyvə bağı salıb, tikinti aparmaq üçün 7.000 min ədəd tikinti daşı tökdürüb. Amma, Adil Əliyev bu rayona icra başçısı təyin olunduqdan sonra durumlar dəyişib.

Birdən-birə həmin torpaq sahəsi ağır texnikalar vasitəsilə dağıdılıb, tikinti daşları isə icra başçısının tapşırığı əsasında aparılacaq olan abadlıq işləri üçün qəbristanlıq ərazisinə daşınıb.

İlqar Şahmurov bildirir ki, ağzını açıb haqqını tələb etdiyində onu dövlətə xəyanətdə və narkotik ticarətlə məşğul olmaqda ittiham edərək, həbs etməklə təhdid ediblər.

Adil Əliyevin Suraxanı rayonuna gələr-gəlməz Hövsan sakininin onun barəsindəki bu iddiaları bir zamanlar onun barəsindəki əvvəllər deputatı olduğu Nərmanov rayon sakininin iddialarını xatırlatdı. Hansı ki, Nərimanov sakini də Adil Əliyevin onun mənzilini sökdürərək, yerində dəbdəbəli restoran-şadlıq evi tikdirdiyini və bu restoranı da qaynanasının adına rəsmiləşdirdiyini iddia edirdi.
Düzdür, bu və digər bu kimi məlumatlar çox saytlardan sildirilsə də bəzi saytlarda hələ də qalmaqdadır.

Əlqərəz...

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bizim niyyətimiz qətiyyən bir zamanlar təqdir etdiyimiz məmur Adil Əliyevi tənqid etmək deyildi. Çünki, ən azından könüllərini oxşadığı qazilərin, şəhid ailələrinin xətri və dilindən düşməyən Allah adı onu bizə fərqli biri kimi təqdim edib. Amma, ya çalışanların məsuliyyətsizliyindən, ya da başqa bir səbəbdən cavabsız qalan sorğumuz, çarəsiz tənha qadın - Səlminaz İsmayılovanın bu gün də davam edən göz yaşları, şəhid ailəsi olduğunu deyən İlqar Şahmurovun əlindən zorla alınmış haqqı bizi bu barədə yazmağa vadar etdi.

Mövzuya qayıdacağıq və ümid edirik ki, növbəti yazımızda Adil müəllimin qeyd etdiyimiz problemləri şəxsən nəzarətinə götürdüyü və məsələlərin müsbət həllini tapdığından bəhs edəcəyik.

Amma, sonda təəssüflə onu da qeyd etməliyik ki, Suraxanı rayon icra hakimiyyəti barəsində narazılıq dolu məlumatlar redaksiyamıza gəlməkdə davam edir. Odur ki, növbəti günlərdə həmin məlumatları da aidiyyatı üzrə aydınlaşdıraraq, diqqətinizə çatdırmağa çalışacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
 
 

     

Ardını oxu...
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun
10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson
xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki
olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə
Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının
(HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə
baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını
ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya
Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə
“sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz
yumub. Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər
yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub.
Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab
verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna
görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi
xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in
müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın
qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası
ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA
həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi
halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan
təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB
hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək
çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya,
diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik
stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini
qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina
qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı
vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur
ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət
verilə bilsin?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə,
TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş
şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi
yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan ,
sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə
atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın
xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız
öldürmək mümkündür. Onda kim cavab verəcək?
Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA-
ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi
təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in,
Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu
məsələyə baxmaq isə prokurorluğun boynundadır.
Pir Həsənli
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda məmurların əndazəni aşması haqda qulaq hər gün bir xəbər eşitməsə, yəqin ki, kar olar. Deyəsən, cəmiyyət olaraq məmur təbəqəsinin "qırmızı xətt"i keçməsinə öyrəşməyə başlamışıq. Çünki əvvəllər bu informasiyalar gələndə adamın qanı donardı, ictimaiyyət qəzəblənərdi. İndisə heç bir səs-səmir eşidilmir. Sanki belə də olmalı imiş...
Söhbət artıq şəhid ailələrinə və yaxınlarına qarşı hüquq pozuntuna yol verilməsindən gedir. Vətəndaşların haqlarını pozmaq azmış kimi, xalqın həssas hissəsi olan şəhidlərin yaxınlarının əmlakına əl qoyulması, mülkiyyətinin qəsb edilməsi halları müşahidə edilir. Sözsüz ki, bu qorxulu tendensiyadır, dövlət üçün həyəcan təbili çalır və təxirəsalınmaz addımlar atılmasını zəruri edir. Ona görə ki, bu ölkədə kimsənin hüquqlarını pozmaq olmaz, amma şəhid ailələrinin və yaxınlarının haqqını isə heç pozmaq olmaz, toxunulmazlıq səlahiyyəti qazanıblar. Ancaq bəzi hallarda görmək olar ki, hansısa məmurlar vicdanı qarşısında zərrə qədər xəcalət çəkmir. Götürək elə Suraxanı rayon İcra Hakimiyyətinin bəzi nümayəndələrini, yerli bələdiyyəsini. Məlum olub ki, hamısı əlbir olub şəhidin ailəsinə məxsus torpaq sahəsini yağmalayıblar. Anaxeber.info bildirir ki, bu barədə şəhid ailəsinin üzvü olan Şahmurov İlqar Əlihəsən oğlu özü başına gələnləri danışıb. Dərdini sosial mediada açıqlayan vətəndaşın sözlərinə görə, rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, döngə 2 ünvanında ona aid 6 sot torpaq sahəsi var.
Bildirir ki, hələ 2016-cı ildə həmin 6 sot torpağa görə 18 min manat verib. Şahmurov danışır ki, geridə qalan bu 8 il ərzində torpaq sahəsinin hasarını çəkdirib, su xətti qoyulub, müəyyən işlər görülüb, amma tikinti aparılmayıb. Dediyinə görə, 7 min daş istifadə olunub. Lakin günün birində Suraxanı rayon icra nümayəndəsi Qurbanəli İslamov və
bələdiyyə sədri Elbrus Xəlilov əraziyə gələrək torpağın ona aid olmadığını iddia edərək daşı daş üstə qoymayıblar. Belə ki, ərazi traktora verilərək şumlanıb, daşı daş üstə qalmayıb, bu da azmış kimi, həmin 7 min daş aparılıb ki, guya qəbiristanlığın əmlakıdır. Şəhid ailəsi olan şikayətçi bildirir ki, öz cibindən xərc çəkib, 7 min daş alıb, torpaq sahəsini hasarlayıb, indisə məmurlar onun torpağını əlindən alıblar, əmlakını darmadağın ediblər. Şahmurov baş verənlərdən sonra Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna gedib. Ancaq görüş keçirilən gün saatlarla gözləsələr də, qəbula düşə bilməyiblər. Bunun ardınca icra nümayəndəsi Qurbanəli İslamov yenidən şəhid ailəsinin üzərinə gəlib və onu təhdid edib. Şahmurovun sözlərinə görə, İslamov onu hədələyərək deyib ki, Ermənistana casusluq və İran narkotacirləri ilə əlaqə ittihamları ilə səni tutduraram. Bütün bu hədə-qorxu, təzyiq və əmlakın dağıdılmasından sonra vətəndaş Suraxanı rayonu, 30-cu polis bölməsinə gedərək ərizə yazıb. Vətəndaş bildirir ki, ona məxsus torpaq sahəsinin icra başçısı Adil Əliyevin dayısına verildiyi haqda iddialar var. Göründüyü kimi, icra başçısı Adil Əliyevin adından istifadə olunmaqla məmurlar şəhid ailəsinin torpağını əlindən alıblar, əmlakını şumlayıblar, başçının dayısının adına çıxarıblar. Bunun nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin həqiqət deyilsə, o zaman Suraxanı İH və başçısı Adil Əliyev ittihamlara münasibət bildirməlidir. Çünki faktiki olaraq, icra başçısının adı şəhid ailəsinin torpağını dağıtmaqda hallanır və ərazini dayısına peşkəş etməkdə keçir. Halbuki mətbuatda hər zaman Adil Əliyevin şəhid ailələri, qazilərə qayğı göstərməsi, onlarla görüşməsi, problemlərinə dəstək olması barədə xəbərlərə rast gəlirik. Eləcə də parlament üzvü olduğu dövrdə hər zaman şəhid ailələri və qazilərə qayğı göstərməsi ilə diqqət mərkəzində olub. İndi Suraxanı İH məmurları onun adını xoşagəlməz bir hadisəyə qarışdırırlar. Qarşı tərəfi dinləməyə hazırıq.

AnaXeber.info
 
Ardını oxu...
15 il qabaq Nərimanov rayonu, Əhməd Rəcəbli, 46 ünvanında Qarabağ savaşı əlilləri və şəhid ailələrinə tikilən evi PA-nın, NK-nın, Nərimanov RİH-in məmurları hələ tikilməmişdən necə zəbt ediblərsə, 35 sotluq kompleksin ərazisindən yalnız üçbloklu, dörqatlı bina savaş adamlarına qalıb. Binanın özünün normativə uyğun olmadığını, hətta kanalizasiyasının , pandüsünün belə “unudulduğunu” bir yana qoyaq, nəzərdə tutulan istirahət guşəsinin, uşaq əyləncə yerlərinin, ağaclığın, yaşıllığın da zəbt edilməsi, evin açılışının Prezidentin ölkədən qıraqda işgüzar səfərdə olmasına salınması zəbtetmənin, işğalın “yüksək” səviyyəsinin göstəricisidir. Maraqlıdır, 4 bir yandan məmur villalarının hündürlüyü 3 metrə çatan hasarları , obyektləri ilə hasarlanan evi Fövqəladə Hallar Nazirliyi necə və neçəyə qəbul edib? Təsəvvür edin, fövqəladə hallarda, təcili və təxirəsalınmaz tədbirlər görülməsi gərəkəndə təcili yardım, yanğından mühafizə maşınları həyətə , daha düzü, olmayan həyətə ( həyəti məmur obyektləri, villaları zəbt edib) girə bilmir. Bu azmış kimi, məmur obyektlərinin maşınları da olmayan həyətin giriş yolunu avtodayanacağa çeviriblər. Kanalizasoya olmadığında , özəlliklə yayda üfunətdən, qoxudan binada yaşamaq müşkülə dönüb. 21-ci yüzillikdə şəhərin mərkəzində kanalizasiyası, pandüsü, istirahət guşəsi, ağacı, həyəti olmayan “əlil evi”ni göz önünə gətirin. Buranı zəbt edənlərin məmur “fantom vicdanları”nın ( fantom- yəni geçəkdə olmayan, görünüş yaradan) yatmasını bir yana qoyaq, bəs ƏƏSMN-in özü? Niyə dövlət sifarişilə tikilən evi “dövlət məmurlarının” ( burda dırnaq işarəsi məcburidir) işğal etməsinə qiymət verilmir, hüquq mühafizə orqanlarına müraciət edilmir? Necə olur, qazi, əlil, şəhid ailəsinin, məsələn pensiyasının çox hesablanmasına görə anında tutulmasına, şəxsin məhkəməyə , prokurorluğa verilməsinə başlanılır, amma 15 ildir kanalizasiyasız, pandüssüz, həyətsiz, yaşıllıqsız evin zəbt edilməsinə görə susqunluq sərgilənir? ƏƏSMN bu evin zəbt edilməsinə necə və neçəyə göz yumub? Dövlət hakimiyyəti orqanları niyə dövlətin Qarabağ əlillərinə, şəhid ailələrinə tikilən evin “dövlət məmurlarının” ( Həsən Həsənovun uşaqlarının 2 villası, Əhəd Rzayevin uşaqlarının villası və obyektinin işğalda öndə getdiyi bildirlir)
Bugünlərdə Nizami rayonundakı “8-ci kilometr” kimi tanınan bazarın yanında illərdir sahibkarların hesabına, daha düzü, rüşvətinə salınan və işləyən ticarət köşkləri, piştaxtalar sökülüb. Söküntüyə COP 29-un “bais olduğu” söylənilir. Sən demə, COP 29 şəhərin çirklənməsinə, ağacların kəsilməsinə qarşıdır. Görəsən, bazarın yanının təmizlənməsi Nərimanov rayonundakı “ Əlillər evi”nin məmur işğalından azad edilməsinə gətirməyəcək ki? Çətin, bura 15 ildən çoxdur Prezidentdən necə gizlədilirsə, COP 29-dan da elə gizlədiləcək. COP 29 iştirakçılarının nəyinə gərəkdir Qarabağ əlillərinin, şəhid ailələrinin ekoloji soyqırıma uğramasını , harada yaşamasını görmək, tanımaq, yoxlamaq? Heç 15 ildə buraya təyin olunan deputatlar ( Əli Əhmədov, Adil Əliyev, Samir Vəliyev ) əlil, qazi, şəhid ailələri seçicilərinin yerini belə bilmirlər; nəylərinə gərək? Onda qala COP 29 iştirakçıları olsun...

Gundemxeber.az
Ardını oxu...
Naxçıvan şəhəri, Əliabad Qəsəbəsinin sakini Nəsirov Vaqif İbrahim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onun oğlunu rüşvət almaq adı ilə ordudan tərxis ediblər:

“Mən, Nəsirov Vaqif İbrahim oğlu, yazaraq bildirirəm ki, övladım Nəsirov Tufan Vaqif oğlu 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olub. 2012-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbidən sonra Sərhəd Qoşunlarında işə qəbul olundu və birbaşa Lənkəran ərzaq anbarına göndərildi. Beləliklə, 5 il Sərhəd Qoşunlarında xidmət etdi. Rütbəsi baş gizir olub. Rütbə tələb edəndə 3 ay kursa göndəriblər.

Daha sonra Astara SNM məntəqəsinə təyin edildi. 6 il də Sərhəd SNM-də xidmət etdi. Rütbənin qiyməti 10 min manat olduğu üçün gücü çatmayıb almağa. Bu səbəbdən də Sədərək gömrük məntəqəsinə göndəriblər. Göndərilən uşaqlara qanunla 15 gün təlim keçməli idilər. 2 iş günü xidmət edib, sonra növbə rəisi, leytenant Elmar Əlizadə ilə sözü düz gəlməyib, aradalarında söz-söhbət yaranıb, bu səbəbdən də oğluma problem yaradılblar. Deyilənlərə görə, Elmar Əlizadə polkovnik Rəsul Əliyevin adamıdır.

Bildirim ki, TIR sürücüləri sərhəddən keçərkən oğluma 2 ədəd su, 2 ədəd də siqarət veriblər. Bu məsələni Əlizadə Elmar Rəsul Əliyevə deyib. Dərhal uşağı Bakı şəhərinə çağırıblar. Birbaşa kadrlar idarəsinin rəisinin otağına dəvət edərək, “niyə o suyu və siqareti almısan”, deyiblər. Özləri dünyanı yeyirlər, amma ört-basdır olunur. Bu vaxt oğlumdan gücümüz çatmayacaq qədər pul istəyiblər ki, ver, işinə davam et. Oğlum da deyib ki, mənim o qədər pulum yoxdur. Bu səbəbdən də onu tərxis ediblər.

Məsələni biləndən sonra dərhal cənab Prezidentə, Birinci vitse-prezidentə və Sərhəd Qoşunlarının rəisi Elçin Quliyevə məktub göndərdim. General-leytenant Elşən Verdiyevin müavinləri Cavid Məməmmdzadə və Azad Qasımov məktubuma cavab verdilər. Onlar mənə dedilər ki, heç yerə şikayət etmə, problem həll olunacaq.

Lakin heç bir reaksiya olmadığı üçün yenidən general-mayor Elçin Quliyevə məktub ünvanladım. Yenə cavabı Elşən Verdiyevin müavini verdi. Hara məktub yazıram, Elşən Verdiyev cavab verir. Sərhəd Qoşunlarında ondan başqa adam yoxdur?

Bildiyimə görə, hətta Prezident Aparatında da onlara yaxın adam var. Yəni Abbas Xəliovun kürəkənidir. Ona görə, şikayətimə baxılmır.

Oğlumun 37 yaşı və 2 övladı var. 41.6-cı maddə ilə tərxis ediblər. Məhkəmə də onların cavabına baxır. Avropa Məhkəməsinə üz tutmaq üçün də külli miqdarda pul lazımdır.

2 dəfə Elçin Quliyevin qəbuluna getmişəm, hər dəfə məsələni biləndə məni görüşə salmayıblar.

Polkovnik Rəsul Əliyev oğlumu tərxis edəndən sonra Əlizadə Elmarı Lənkəran Hava Limanına köçürüb.

Bildirim ki, özüm 1990-cı ildə Qarabağ müharibəsində döyüşmüşəm. Müstəqillik bayarağı Nazirlər Sovetinin pəncərəsindən özüm asmışam. Bu günə kimi veteranlığımı da ala bilməmişəm.

Oğlum Tufan Aprel döyüşlərinin iştirakçısı olub. Amma təəssüf ki, bəzi məmurlar vətəndaşı dövlətdən narazı salırlar”.
Ardını oxu...
Son aylarda Azərbaycanda kərə yağının qiymətində artım müşahidə edilir. Məsələnin diqqətçəkən məqamı ondan ibarətdir ki, ölkədə yağın qiymətində artım artıq il ərzində üçüncü dəfədir ki, baş verir. Alıcıların sözlərinə görə, elə marka kərə yağı var ki, ötən ilin sonunda kiloqramı 19 manat idisə, hazırda 24 manata satılır. Bu, artıq 30 faizə yaxın artım deməkdir.

"22-24 manatlıq yağ ala bilmirəm"
Bakıda yaşayan Məsimə Mehdiyeva da deyir ki, artıq kərə yağını almağa gücü çatmır: "Kərə yağını 14-15 manat olanda birtəhər alıb yeyirdik. Amma indi bu qiymətə ancaq marqarin var. Elə məcbur olub onu yeyəcəyik, çünki 22-24 manatlıq yağ ala bilmirəm".

Azərbaycan kərə yağında idxaldan asılıdır. Ölkəyə kərə yağının gətirilməsi güzəştli gömrük rüsumları ilə həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, kərə yağının idxalında gömrük rüsumunun 15 faizdən 5 faizə endirilmə müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdarda 84.2, dəyərdə isə 84.5 faiz çoxdur.

Qazanan kimlərdir?
Amma maraqlıdır ki, bu ilin ilk doqquz ayında Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta gömrük dəyəri 5.6 dollar (9.5 manat) olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hesabat dövründə gətirilən kərə yağlarının kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20.9 manat olub.

Beləliklə, bəlli olur ki, ölkəyə idxal edilən yağ piştaxtaya çıxana qədər azı iki dəfə artır. Buna ölkənin iri ticarət şəbəkələrindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Digər maraqlı məqam odur ki, rəsmi məlumatlara görə, ölkədə kərə yağının istehsalı idxal həcmini, az da olsa, üstələyir. DSK-nın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu da o deməkdir ki, göstərilən dövrdə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.

Azərbaycandan Rusiyaya kərə yağı ixracı artıb
İdxalla yanaşı, Azərbaycan kərə yağını ixrac da edir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 7 min 392 ton kərə yağı ixrac olunub. Onun böyük hissəsi hazırda kərə yağı böhranı yaşadığı bildirilən Rusiyaya ixrac olunub - 7 min 386 ton. Ötən ilin eyni dövründə ixrac cəmi 800 ton təşkil etmişdi. İxrac olunan kərə yağının kiloqramının orta gömrük qiyməti 6.19 ABŞ dolları və ya 10.5 manat olub.

Deputat: "İşbazlar bundan istifadə edir"
Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev "Turan"a bildirib ki, ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb, amma onunla yanaşı, insanların tələbatı da artır: "Bahalaşmada müəyyən səbəblər var. İlk səbəb kərə yağının idxalı ilə bağlı məsələlərdir ki, müəyyən işbazlar bundan istifadə edir. Cüzi bir artım olan kimi onlar digər məhsullarda da artıma imkan yaradırlar. Özü də az yox, xeyli dərəcədə belə artımlar olur".

Komitə sədrinin vurğuladığına görə, digər tərəfdən, bir çox fermerlər hələ də müasir tələblərə qarşı lazımi münasibətdə deyillər: "Müasir texnologiyalar var, amma hələ də heyvanların kökəldilməsində, südün, yağın istehsalında müəyyən problemlər var. Bu, həm istehsalın səviyyəsinə, həm də qiymət artımına təsir göstərir".

T.Rzayevin sözlərinə görə, əgər məhsulun keyfiyyəti yuxarı deyilsə, sözsüz ki, idxal olunan məhsulların alınmasına daha çox üstünlük veriləcək: "Digər tərəfdən, bütün dünyada da heyvandarlıq məhsullarının, demək olar, hamısında qiymət artımı müşahidə olunur. Əgər bir məhsulu idxal ediriksə, onun gətirilməsi, istehlakçıya çatdırılması xərcləri də nəzərə alınır. Ona görə də qiymət artımı olur".

"Azərbaycanda idxal monopoliyada olduğu üçün..."
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə yağın bahalaşmasını başqa səbəblərlə də izah edir. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda idxal monopoliyada olduğu üçün idxalçılar dünyada baş verən qiymət dəyişikliklərini izləyirlər: "Dünya bazarında qiymət düşürsə, onlar qiyməti aşağı salmırlar, çünki gətirilməsi və malın saxlanma xərclərini hesablayırlar. Amma qiymətlər artan kimi həmin inhisarçılar dərhal ölkədə yağın qiymətini qaldırırlar".

Ekspert hesab edir ki, Rusiyada kərə yağının qiymətində 24 faizlik artım və istehsalın azalması Azərbaycan inhisarçıları üçün ciddi siqnal oldu: "Rusiya artıq başqa ölkələrdən kərə yağını idxal etməyə başlayıb. Bu o deməkdir ki, tələbat artdı. Bu da o deməkdir ki, bölgədə kərə yağının çatışmazlığı var. Bundan da bizim monopolistlər sui-istifadə edir".

V.Məhərrəmovun sözlərinə görə, 1 kiloqram kərə yağı əldə etmək üçün 3.6 faiz yağlığında 23 litr süd tələb olunur: "Azərbaycanda fermerlərin istehsal etdiyi südün litrinin qiyməti 1.5 manatdan yüksəkdir və son bir həftədə südün qiymətində də artım var. Bu da kərə yağının qiymətinə təsir edir".

İqtisadçı vurğulayır ki, Azərbaycanda adambaşı kərə yağına illik tələbat 7 kiloqramdır: "Bu rəqəmi Nazirlər Kabineti minimum istehlak səbətində qeyd edib. Yəni, illik istehsalımız 70 min ton olmalıdır. Amma ölkədə adambaşı 3.5-4 kilo yağ istehlak olunur. Azərbaycanda kərə yağını daxili istehsal kimi göstərirlər, amma o, daxili istehsal deyil. Həmin yağı böyük həcmdə xaricdən gətirir və burada qablaşdırırlar".
 
Ardını oxu...
Şikayətçi Ələsgər Kərimov: “Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər...”

“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı, Yunus Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər məskunlaşma dövrü yüz ildən çox tarixə dayanan, onlara babalarından miras qalan evlərinin sökülməsi ilə bağlı əllərində heç bir hüquqi sənəd olmadan 64 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları və “Kristal Abşeron” MTK-nın nümayəndələri tərəfindən ərazidə yaşayış evlərinin satın alınması və dağıdılaraq xarabazara çevrilməsi səbəbindən uzun müddətdir həyatlarının cəhənnəmə çevrildiyini bildirirlər. Sakinlərin üz tutmadığı qurum, idarə, döymədikləri qapı qalmayıb: məsələ artıq dalana dirənib və 2 ildir əksəriyyətinin yaşlı insanlar olduğu sakinlər çarəsiz durumdadırlar. Əlləri hər yerdən üzülən sakinlər dərdlərini mətbuat vasitəsilə əlaqədar qurumlara, aidiyyəti şəxslərə və ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Elə biz də onların səsini lazımi ünvanlara çatdırmaqdan ötrü sözügedən ərazidə olduq, şikayətçi sakinlərin bir qrupu ilə görüşdük, onları dinlədik, eyni zamanda videoçəkiliş apardıq (oxucular KONTRAST TV internet kanalımız vasitəsilə izləyə bilər).

QEYD: Oxucuların diqqətinə çatdıraq ki, ərazi Bakının mərkəzində - DTX-nın, paytaxtımızın bəzəyi olan Alov Qüllələrinin, eləcə də Mərkəzi Klinikanın bir neçə yüz addımlığında yerləşir.
Ardını oxu...
...Əraziyə daxil olduqda doğrudan da dəhşətə gəlirsən: inanmaq olmur ki, şəhərin tərtəmiz və möhtəşəm mənzərəsinin bir addımlığında belə xarabazara çevrilmiş küçələr, məhəllələr mövcuddur... Foto və videogörüntülərdən də bəllidir ki, qeyd edilən ərazi, sanki müharibə meydançasını xatırladır: uzaqdan atılmış raket zərbələri nəticəsində yarısı yıxılmış, yarısı uçmaq üzrə olan, zədə almış və bu hücumdan sağ çıxmış yaşayış evləri... İlk baxışdan təəssürat bu şəkildədir.

***

...Şikayətçi sakinlər bildirdilər ki, burada yaşayan bir çox evin sahibi 64 saylı Mənzil İstismar Sahəsinin və “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri tərəfindən olan təzyiq və təsir əsasında məcburən təklif edilən məbləğlə razılaşmalı olublar və evlərini satıblar. Bir çoxu isə dağıntıya - bu şəraitə dözməyərək məcburiyyətdən ev- eşiyini satası olublar (Hətta köçüb gedən sakinlərdən Əli adlı şəxs evinin hərtərəfi söküldüyü və dağıntının ortasında qaldığı üçün məcburiyyətdən evini satdığını etiraf etdi - RED.). İnsanların bir qismi isə verilən məbləğlə, yəni hər kvadratmetr üçün təklif edilən 2200 manatla razılaşmayaraq, dəhşətli şəraitsizlik, bir gün divarları uçaraq altında qalacağı qorxusu ilə yaşayaraq, haqları olanı tələb edir və mücadilə aparmaqdadır...
Beləliklə, qeyd etdiyimiz şirkət və mənzil istismar idarəsi satın aldıqları evləri uçuraraq dağıdıb, ərazini siçan- siçovul yuvasına çeviriblər. Yəni, ərazidə yaşamağa davam edən sakinlərin xahişlərinə baxmayaraq, uçurub dağıtdıqları daş-kəsəyi, zir-zibili daşıyıb aparmayıblar! Söküntünü həyata keçirənlər aldıqları evləri sökdükcə yaşayış olan evlərin divarlarını çatladıblar, zədə yetiriblər. Köçüb gedən insanların bir çoxu isə evdə işlətdiyi köhnə məişət əşyalarını, yataqları belə atıb gediblər. Onlar da uçurulmuş daşa, torpağa qarışaraq təpəciklər yaradıb. Sakinlər vəziyyətin bu həddə çatdırılmasını, onlara əzab - əziyyət verilməsinin səbəbini evlərini ucuz qiymətə satmağa razılaşmamaqda görürlər. Onlar bu şəraiti, yaxud şəraitsizliyi bezdirilərək evlərini satmağa məcbur edilmək üçün şirkət və mənzil istismar sahəsinin əməkdaşları tərəfindən planlaşdırıldığını iddia edirlər.
Əslində, bu böyük bir ərazidə hansısa tikinti işi apamaq üçün bütün ev sahibləri ilə eyni zamanda razılığa gəlinməli idi. Çünki ərazidə sökülən evlərlə sökülməyən evlərin qonşuluqda, hətta divar-divara yerləşməsi hər hansı bir tikinti aparmağa imkan vermir. Şikayətçilər isə yaşadıqları əraziyə uyğun kompensasiya verilməyənədək evlərini tərk etməyəcəklərini bildirirlər:

"...Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?!"

Şikayətçilərin səlahiyyətli nümayəndəsi, vəkil Fuad Kərimov: “2022-ci ilin sentyabr ayından etibarən bu ərazidə yaşayan sakinləri bir-bir 64 saylı Mənzil İstismar Sahəsinə dəvət etməyə başladılar. Və şifahi formada bildirildi ki, guya bizim evlərin yerləşdiyi ərazidə hansısa park salınacaq. Təklif olundu ki, mənzilin hər kvadratmetrinə 2200 manat pulunuzu alın, köçüb gedin! Mən özüm vəkil-hüquqşünas olduğuma görə, həm də burada bir sakin kimi onların komissiya üzvlərindən olan Bakı şəhəri İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovdan xahiş etdim ki, əgər belə bir qərar, sərəncam varsa, surətini mənə təqdim etsin, yəni şifahi verdikləri məlumatın sənədi ilə tanış olaq. Həm də bilək ki, biz kiminlə müqavilə bağlayırıq... Ondan sonra digər məsələləri danışarıq. Zülfəli müəllim bildirdi ki, narahat olmayın, nə sənəd istəsəniz bu yaxınlarda verəcəyik. Dedim, nə vaxt verərsiniz, onda da danışarıq... O vaxtdan 2 il keçib, amma bizə heç bir sənəd verilməyib. Sərəncamsız evləri alıb dağıtmağa başladılar. Ola bilsin ki, bəzi insanların pula artıq dərəcədə ehtiyacı olduğu üçün, yaxud hansı şəkildə isə təzyiq olunduğunu da deyə bilmərəm -bir çoxu onların təklifi ilə razılaşdılar və evlərindən çıxdılar. Hazırda bu ərazidə təxminən 50-60 ailə yaşayır. Lakin buna baxmayaraq, ətrafı söküb-dağıdıb belə bir xarabazara çeviriblər. Mən bunu terror adlandırardım. İstəyirlər ki, camaatı bezdirib çıxaralar. Ən dəhşətlisi budur ki, bu yaxınlarda Bakıda beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və paytaxtın mərkəzində isə belə bir vəhşilik həyata keçirilir. İnsanlar incidilir. Fikrimcə, bu, dövlətimizə, prezidentin apardığı siyasətə qarşı bir zərbədir, xəyanətdir. Deyilənə görə, bu tədbirə dünyanın bir çox liderləri, deputatlar, parlament sədrləri, QHT rəhbərləri, bir sözlə, 70 mindən çox xarici qonaq gələcək. Kim zəmanət verə bilər ki, onlardan kimsə bu mənzərəni görməyəcək? Bura düz şəhərin mərkəzidir. Buradan 40 pilləkənlə düşəndə Bakı şəhər İH-ə, İçərişəhər metrostansiyasına 10 dəqiqəyə piyada getmək olur. Burada iki yol vardı: ya sakinlər hamısı köçməli idi, sonra söküntü aparılmalıydı, ya da sökmüsənsə, zir-zibili də daşıyıb apar: abadlaşdır, ağac ək, yaşıllıq sal! Mən şəxsən bu ərazidə yerləşən evlərin torpaq sahələrinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarını, sərəncamını -əgər varsa, təqdim etməsi ilə bağlı Bakı şəhər İH-nə vəkil sorğusu verdim. Zülfəli İsmayılovdan cavab gəldi ki, “...Bakı şəhərinin ayrı-ayrı hissələrində qanunvericiliyin tələbləri gözlənilməklə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri həyata keçirilməkdədir”.

Belə çıxır ki, Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?! Həmçinin, ərazi Yasamal rayonunda yerləşdiyi üçün Yasamal RİH-ə də sorğu göndərmişəm. Başçının müavini Hüseyn Əfəndiyev cavab məktubunda yazır ki, “....Bakı şəhərinin Baş planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında qeyd edilən ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması məqsədilə mövcud tikililərin ölçülməsi, qiymətləndirilməsi və sakinlərin köçürülməsi işləri aparılır”. Bunlar qiymətləndirmədən danışır: Hazırda bu ərazidə yaşayanlara təklif etdikəri qiymət, yəni 2200 manat sakinləri ələ salmaqdır. Niyə? Çünki qonşuluqda yeni tikilən hündürmərtəbəli binalarda əvvəllər təmirsiz mənzili kvadratmetri 3000 manata tapa bilərdiniz, amma indi 3500 manata belə tapa bilməzsiniz. Camaatın təmirli mənzilini 2200 manatdan alıb, deyirlər ki, gedin özünüzə mənzil alın! Düşünürlər ki, dedikləri pul ilə ev almaq olar. Elə isə bu ərazinin 400-500 metr radiusunda normal təmirli mənzillər təklif etsinlər. Bunu da etmirlər. Deyirlər ki, bu, nə veririk, almalısan və burdan köçüb getməlisən. Beləliklə, insanların mülkiyyət, onların öz əmlaklarından istifadə və sahiblik etmək, təhlükəsiz şəraitdə yaşamaq hüquqları pozulur. Və onlara belə qanunsuz vasitələrlə təsir göstərirlər”.
“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!”
Ardını oxu...
Şikayətçi Ələsgər Kərimov: “Mən İsmayıl bəy Qutqaşınlı küçəsindəki 14 nömrəli həyətdə yaşayıram. Özüm müəlliməm. Bu məhəllədə anadan olmuşam - 62 ildir ki, burada yaşayıram. Atam, babam da vaxtilə burada yaşayıb, burada dünyalarını dəyişiblər. Kupçam var və şəxsi həyətimdir. Məhəlləmizdən baxdıqda şəhərin bütün mənzərəsi görünür. Bura paytaxtın ən yaxşı ərazilərindən biridir. İndi evlərimizin hər kvadratına 2200 manat ödəməklə bizi buradan köçürmək istəyirlər. Ərazinin “JEK”-i araçılıq edir: camaatı aldadır, güclə ev-eşiklərindən çıxmağa təhrik edirlər. Sökəndə isə digər qonşunun evinə ziyan vururlar. Mənim də qonşumun evinə ziyan dəyib. Bir neçə gün öncə qonşumun evini sökürdülər, gördüm ki, evimin arxasını dağıdıb tökəcəklər, tez 102-yə zəng vurdum. Polis gələnə qədər söküntü aparanlar qaçıb getdilər. Yəni, polis çağırmasaydım, yəqin ki, evimə ziyan dəyəcəkdi. Şəxsən mənə pul lazım deyil: ailəli iki oğlum var və bir də öz ailəm. 3 ev düşür mənə, hətta 2 dənə üçotaqlı mənzil versələr, razılaşaram.

Evlərimizin yerində bina tiksələr burada, tikməsələr qonşuluqda tikilən binalarda boş mənzillər var, versinlər. Şəxsən mən ölsəm də, evimdən çıxan deyiləm! Tələb edirəm ki, bu ərazidə mənə ev versinlər. Bunu “JEK”-in rəisinə də demişəm. Bunlar ortaya düşüb dəllallıq edirlər. “Kristal Abşeron” tikinti şirkəti isə bunların arxasında gizlənir. Məhəlləyə nəzarətçi də qoyublar ki, birdən kimsə daş-qum gətirər, nəsə tikər, zədə almış evini təmir edər... Hətta nəzarət üçün kamera da quraşdırılıb. Həmin nəzarətçidən soruşanda ki, hansı şirkətdən gəlmisən, bildirir ki, mən “Kristal Abşeron”dan gəlmişəm. Əgər bura nəzarəti “Kristal Abşeron” tikinti şirkəti edirsə, özləri də gəlsinlər camaatla razılaşsınlar, halallaşsınlar. Ev tikirsənsə, camaatla halallıq olmalıdı, olmasa, xeyir də görməyəcəklər. O gün gəlmişdilər “katlavan” qazmağa, deyirdilər ki, 14 metr olacaq. Dedim, onda böyük bir bina tikiləcək, amma camaatı aldatdılar və 2200 manatdan pul verib çoxunu evindən qaçırdılar. Özlərinə də bildirmişəm ki, burada park salınacaqsa, mənə sənəd göstərin. Bəzən də “JEK” rəhbəri və digərləri yüksək səviyyəli insanların adlarını çəkirlər ki, buranı onlar götürüb... Deyirəm ki, adını çəkdiyiniz şəxslər buranı alıbsa, mənim canım da onlara qurbandı. Pul da istəmirəm. Amma bilirəm ki, həmin şəxslərin bu məsələdən heç xəbərləri də yoxdur. Sadəcə olaraq bu şəxslər onların adın verərək sakinləri susdurub, öz maraqlarını asanlıqla həyata keçirmək istəyirlər. Onlar, hətta vergidən də yayınırlar. Evini satın aldıqları vətəndaşları aparırlar notariusa və alqı-satqını təsdiqlədirlər. Sonra gəlirlər MİS-də pulu nağd şəkildə verirlər həmin şəxsə. Bu isə qanunaziddir, cinayətdir... Dövlət bunu alırsa, ödəniş də bank vasitəsilə həyata keçirilməlidir (Qeyd edək ki, Azərbaycanda çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada rəsmilləşdirilir. Bu növ alqı-satqı zamanı daşınmaz əmlakı alan şəxs notarial qaydada sənədlər yoxlanıldıqdan sonra ödənişi ona verilən hesab nömrəsinə edir və əmlakı satan da həmin hesab nömrəsi üzərindən öz vəsaitini nağdlaşdırır - RED.). Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər. Burdan da özlərinə pul mənimsəyirlər. Bəzi ev sahiblərinə 5-10 manat artıq pul verirlər, əslində isə 20% əlavə pul ödənilməlidir. Qanunla bu belədir. 10% də çətinliyə görə verilməlidir. Bu da ondan ötrüdür ki, evim söküldükdən sonra bir müddət kirayədə yaşayıramsa onun ödənişi üçün nəzərdə tutulub. Özlərinə də demişəm ki, mən burdan 2200 manat ilə köçən deyiləm”.

"Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik."

Şikayətçi Ələkbər Abdullayev: “Ailəmlə Yunus Dağlı küçəsi 15-də yaşayıram. Bizdə də vəziyyət çox pisdi. Evimin hər tərəfində söküntü aparılıb, ev yerindən tərpədilib. Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik. Acıqca belə şəraitsizlik yaradırlar, dağıtdıqlarını da daşımırlar ki, bezək, qarşıdurma yaratmağa çalışırlar, amma mən köçən deyiləm. Kubinkada hər kvadrata 4 min, başqa yerdə 5-6 min pul verilir, bizdə 2200 manat. Bura Sabunçudur məgər? Şəhərin ən gözəl yeri: Sabunçuda da 2000 manat, burda da?!”.
"Bizi iki ildir ki, sanki Eldar Əzizovun bu şəxsləri girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər...”

Şikayətçi Firdovsi Həsənzadə: “Konstitusiyamızın 29-cu maddəsində göstərilib ki, vətəndaşın şəxsi əmlakını almaq üçün ilk növbədə rəsmi şəkildə bildiriş, varsa - qərar təqdim edilməlidir. Daha sonra mülk sahibinə orada görüləcək işlərin təyinatı, sonda isə məbləği bildirilməlidir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü bəndində qeyd edilib ki, vətəndaşla öncədən qiyməti razılaşdırmaq lazımdır. Hətta yazılır ki, dövlət ehtiyacları üçün satın alınsa belə, ev sahibi ilə razılaşdırılmalıdır. Razılaşma olduqdan sonra mülk sahibi evindən çıxa bilər. Nazirlər Kabinetinin mövcud qərarında da qeyd edilir ki, vətəndaşlar ya 500 metr radiusda hazır mənzillə təmin edilməlidir, ya da yaşadığı ərazinin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Bunlarda isə bir metod var - sökəndə də elə edirlər ki, hardasa su kranını zədələsinlər, su axaraq ərazidə şəraitsizlik yaransın. Qaz boruları da zədələnir. Bilirsiniz ki, bu evlərin əksəriyyəti çoxdan tikilib, köhnə tikinti materiallarıdı, həm də bir-birinə bitişikdi. Ehtiyatsızlıqdan bir kibrit çəkilsə, hamısı alışıb yana bilər. Ona görə də FHN-ə müraciət etdim. Onlar da sağ olsunlar, gəlib baxdılar və icra hakimiyyətinə məktub yazdılar. Sizi əmin edirəm ki, burada evini satanlardan bəlkə tək-tək ailə öz xoşuna bunu edib. Əksəriyyəti buna məcbur edilib. Hamının iradəsi eyni deyil axı - dözə bilmirlər. Razılıq alınan kimi dərhal gəlib tavanı, döşəməni sökürlər, dağıdırlar. Evin satmayanların ətrafındakı evləri qəsdən söküb ortada buraxırlar ki, dağıntı siçovul yuvasına çevrilsin, yaşayan sakinlərə qıcıq verilsin.

Alqı-satqı müqaviləsini isə yaxınlıqdakı 19 saylı Notarial Kontoru vasitəsilə həyata keçirirlər. Həmin notarial kontoru bunlarla əlbir olaraq normalda arxivə göndərilməli olan alqı-satqı müqaviləsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə göndərirlər. Bakı şəhəri 1 saylı Ərazi İdarəsi isə həmin sökülmüş mənzilə yeni çıxarış verir. Yeni çıxarışda öz ad və soyadları ilə - “Kristal Abşeron”un nümayəndələrinin və bizə məlum olmayan şəxslərin adları qeyd edilir. Ola bilsin ki, həmin şəxslər də onların ya ailə üzvləridir, ya da digər iş yoldaşlarıdır. Bu, o niyyətlə edilir ki, sabah buranın əsl sahibi kimdir maliyyəçisi kimdirsə həmin şəxsdən öz adlarına pul alsınlar. Bu yolla həm vergidən yayınırlar, həm evlər ikinci dəfə satılır, həm də çirkli pulların yuyulmasını həyata keçirirlər. Əlimizdə həmin sənədlər də var. ASAN Xidmətin işçisi bildirir ki, çıxarışda yeni ünvan qeyd edilib. Baxırıq ki, Yunus Dağlı küçəsi artıq giriş 31 kimi qeyd edilib. Bu ərazini sökməyə başlayanda camaata deyirdilər ki, guya Çəmbərəkənd parkının davamı salınacaq. Amma bizim heç birimizin ağlına batmadı, inanmadıq. Məsələn, bir neçə il öncə keçmiş “Sovetski”də gəldilər camaata Nazirlər Kabinetinin qərarını göstərdilər, hətta divarlara vurdular həmin qərarı. Camaat da əmin oldu ki, doğrudan da burada park salınacaq. Bizi iki ildir ki, sanki bu şəxslər girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər. Ətraf da ki, göz önündə - bizi belə bir şəraitdə yaşamağa məcbur edirlər. Onu da deyim ki, evləri sökəndə damdan-dama ölçməlidir. Bunlar isə otaqların içərisindən ölçürlər. Axı onlar bizim mənzilimizi almırlar, evimizin altındakı torpağı da, həyətimizi, yolumuzu da alırlar. Camaatı bu yolla da aldadırlar və “xaltura” edirlər. Tikinti sahəsi barədə anlayışı olmayan belə anlayır ki, həmin divarlar da ölçüyə salınmalıdır, təxminən 80 sm divarların enidir. İnsanları bu duruma salanların əməlləri Prezident İlham Əliyevə çatdırılsa, mən bilirəm ki, onlar cəzalandırılacaqlar, həm də ciddi şəkildə. Şəxsən uzun illər bundan əvvəl özümlə bağlı bir problemi Prezidentimiz öz nəzarətinə götürdü və həmin məsələ öz müsbət həllini tapdı”.

“Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq.”

Şikayətçi Anaxanım Quliyeva: “Mənim hazırda evimin divarına bitişik olan qonşunun evi sökülüb dağıdılıb. Biz də bu daş-torpağın yanında yaşamaq məcburiyyətində qalmışıq. Qonşunun evi söküləndə mənim də evimin divarı zədələnib. Yağış, qar yağanda bütün sular evimə axıb gələcək. Vəziyyətimiz çox ağırdır. İnsanların çoxu məcburiyyətdən razılaşıb köçdü. Çünki köçmək istəməyənlərin evinin dörd bir tərəfindəki evləri satın alıb söküb dağıtdırlar, onlar da evində yaşamağın mümkünsüz olduğunu görüb verdikləri məbləğə qane oldular. Mən razı deyiləm bu məbləğlə. Hələ bizə “qara maskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq. Belə olmaz axı. Nəvələrim var, onları da düşünməliyəm... Uşaqlar bu zibillikdə çıxıb oynaya da bilmirlər. Hər tərəf daş, qum, məftil, mismar...”.

"Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "

Şikayətçi Fəridə Məmmədova: “Biz uzun illərdir bu məhəllədə yaşayırıq. Mənim də evimin sağı-solu sökülüb. İki-üç adam qalıb orada. Hər tərəf siçan-siçovulla doludu, antisanitariya baş alıb gedir. Yayın istisində toz qalxır, nəfəs almaq olmur. Tez-tez suyumuzu kəsirlər, işığı zəif verirlər... Mənə deyirlər ki, gedənlər gedib, gəl, danışaq. Deyirəm, necə razılaşım 2200 manat məbləğlə?! Buranın yaxınlığında camaata 4000-4500 manatdan pulunu verib köçürdülər. Binanı da tikiblər. Xeyirli olsun! “Xozeyin” kimdirsə gəlib özü çıxsın ortaya. Göstər sərəncamı, qərarı! Məhkəməyə də vermişik. İştirak da etmişəm. Əllərində heç bir sənəd yoxdur: göstərə bilmirlər. O gün “Baksovet”dən gələn vardı. Deyir ki, abadlıq işləri aparılır. Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? Mənim 35 kvadratlıq evim var. Köklü bakılıyam. Özüm də 74 yaşındayam. Sağlamlıq problemim var - yeriyə bilmirəm. Bu yaşımda harada gedib yaşamalıyam? Şəhərin mərkəzində yaşayıram. Lazım olan məbləği verin ki, camaat da yaxınlıqda evini alıb yaşaya bilsin. Bildiyimə görə, bizə təklif edilən məbləğdən artıq pul alıb köçənlər də var. Axırıncı dəfə “pasportistkamız” var, mənə dedi ki, Fəridə xanım, köçmək fikrin yoxdu? Dedim, var! Dedi, gəl ora, danışaq. Deyirəm, ev alan sənsən, sən gəl danışaq: Yasamalda 1 otaqlı ev 130 mindir. Heç olmasa 100 min verin, mən gedim ev alıb yaşayım. Evlər bahalaşıb. “Kristal Abşeron”un nümayəndəsi gəlsin. Bizi yola versin, biz də çıxıb gedək. Bəs evi verib, gedib küçədə qalaq? Camaatı bilərəkdən narazı salmağa çalışanlar var”.

Şikayətçi Safura Eyvazova: “Bizim evimizin də hər tərəfi sökülüb. Evdə siçanlar gəzişir. Hara gedim? Bir övladım var. Hamımız eyni dərddəyik. Yaşadığım ərazidəki qiymətlərə uyğun kompensasiyam verilməyənə kimi evimdən çıxan deyiləm”.

***

Qeyd edək ki, şikayətçilər arasında Qədirli küçəsi 11 ünvanında qeydiyyatda olan Avdalimova (Məhərrəmova) Nailə Fərrux qızı Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - “Fred Asif”in qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmovun həyat yoldaşıdır. Onların bildirdiyinə görə, 28 kv.metr ərazisi olan mənzillərinə cəmi 34 min manat pul təklif ediblər, hansı ki, bu məbləğə həmin ərazidə 1 otaqlı ev almaq belə qeyri-mümkündür.

***

...Artıq qarşıdan soyuq aylar gəlir. Payız qapını döyüb. Bir müddət sonra dağıdılaraq yerlə-yeksan edilmiş evlərin qonşuluğunda yaşayan bu sakinlər səkiyə, qapı-bacaya, yola axacaq palçıqlı qar, yağış suyu ilə üz-üzə qalacaqlar. Onların bəziləri evlərinin divarı çatlamış, uçmuş yerlərindən qar və yağış sularının evə dolacağından, damlarının başlarına uçacağından narahatdırlar. Bu insanlar bir qrup məmur, sahibkar tərəfindən, sanki bilərəkdən incik salınır, dövlətin gördüyü işlərə, apardığı siyasətə kölgə salmağa çalışılır. İnsanlar narazılıq edir və ən pisi isə dövlət qurumlarında onları eşidən, bu özbaşınalığın, qanunsuzluğun qarşısını alan yoxdur.

Düşünürük ki, bu biabırçılığa son veriləcək və bu sakinlər, hansı ki, ata-babaları 100 ildən çox bu ərazilərdə məskən salıblar, yaşayıblar, onların pozulmuş hüquqları bərpa olunacaq. Yoxsa...

“Təzadlar”ın Araşdırma Qrupu

P.S.Dəfələrlə qarşı tərəflə əlaqə yaratmağa cəhd etsək də, alınmadı...
 

Dünən, 11:02           
Ardını oxu...
Prezident yanında Ali Attestasiya Komissiyası səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina etməsinin səbəbini açıqlayıb. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Komissiya tərəfindən elmi dərəcələrin verilməsindən imtina barədə qəbul edilən qərarlar müvafiq elm sahələri üzrə ekspert şuralarının tövsiyələri əsasında və aşağıdakı səbəblərlə bağlı olur:
dissertasiyalarda müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə edilməsi (plagiat);
dissertasiya müdafiələri zamanı prosedur pozuntularına yol verilməsi;
dissertasiyalarda müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həllinin təklif olunmaması;
böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhinin verilməməsi;
hər hansı bir elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşunun verilməməsi;
dissertasiyaların iddiaçıların müstəqil elmi işi olmaması və s.
Qurumdan o da bildirilib ki, Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutur.
Qeyd edək ki, Prezident yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, bu ilin birinci yarısı 98 nəfərə fəlsəfə doktoru, 8 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilib.
Elmi mühit korlanıb
"Səkkiz nəfərə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi xəbəri elmi mühitin korlanmasından xəbər verir. Amma bu həm də onu göstərir ki, artıq Prezident yanında Ali Attestasiya Komissiyası elmi əxlaqa yad olan işlərlə mübarizəyə start verib. Bu çox müsbət addımdır. Çünki, elmi mühitin sağlamlaşması vacib məsələdir".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik söyləyib.

İ.Orucov təəssüflə bildirib ki, çhələ də elmi dərəcə almaq iddiasında olan saxtakar insanlar var:
"Komissiya bu istəkdə olanlara qarşı barışmaz mövqe tutmalıdır. Min bir yolla alim adı almaq istəyən adamlar başa düşməlidir ki, ya əsl alim olmalıdır, yaxud da alim olmaq iddiasından əl çəkməlidir".
Lakin ekspert həmçinin deyib ki, elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsait ödənilməsi elmin inkişafına töhvə verəcək.
"Alimlərin əməyinin stimullaşdırılması çox yaxşı təşəbbüsdür. Bu elmi mühitin yaranmasına, saxta alimlərin sayının azalmasına gətirib çıxardacaq. Əvvəl bu sahədə çox bərbad vəziyyət formalaşmışdı. İnsanlar asanlıqla alim adı ala bilirdilər. Alimlərin işinə yekunda qiymətin verilməsi, onların qarşısına məsuliyyətin qoyulması alqışlanandır".

İmtinaların səbəbləri nədir?
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, 8 nəfərə imtina verilməsi elmi dərəcə və vəzifə sahiblərinin keyfiyyətinin artırılması üçün atılmış əhəmiyyətli addım hesab edilir. Onun sözlərinə görə, imtinaların səbəbləri arasında təqdim olunan elmi işlərin yenilik və tədqiqat dəyərindən uzaq olması, bəzi işlərin təkrarlanması və beynəlxalq standartlara cavab verməməsi əsas yer tutur.

"Azərbaycanda elmin mövcud vəziyyəti və dərəcə sahiblərinin keyfiyyət standartlarına cavab verə bilməməsi elmi mühitdə saxta alimlərin azalması üçün mükafatlandırma proqramları kimi yeni tədbirlərin tətbiqinə səbəb olub. Bu tədbirlər elmi işlərin keyfiyyətini artırmağa yönəlib və alimlərin dərəcə qazanmaq üçün daha ciddi elmi tələblərə uyğun olmalarını təmin edir. Bəzi beynəlxalq təcrübələrə baxdıqda görürük ki, Qərb universitetlərində ciddi "peer-review" (rəy verilməsi - red.) prosesi tətbiq olunur, bu da orijinal və keyfiyyətli tədqiqatların meydana çıxmasını təmin edir. ABŞ, Avropa və Avstraliya kimi ölkələrdə elmi işlər ciddi nəzarət mexanizmlərindən keçir ki, bu da saxta alimlərin sayını əhəmiyyətli dərəcədə azaldır", - deyə K.Əsədov bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycanda elm sahəsində çalışan alimlərin vəziyyəti və bu sahədə atılan addımlar elm üçün mühüm perspektivlər açır:
"Beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, gənc alimlər üçün təqaüd proqramlarının artırılması və elmi tədqiqatların tətbiq sahələrinə inteqrasiya olunması yerli elmin inkişafına böyük təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycanda elmi araşdırmaların tətbiqi əhəmiyyətini artırmaq, beynəlxalq elmi jurnallarda dərc olunan işlərin sayını çoxaltmaq və bu istiqamətdə daha fəal addımlar atmaq lazımdır. Elmi fəaliyyətin düzgün qiymətləndirilməsi, alimlər üçün yaradılan yeni imkanlar və beynəlxalq aləmlə əməkdaşlıq yerli alimlərin rəqabətə davamlı olmasını təmin edərək, Azərbaycanın elmi sahədə güclənməsinə töhfə verəcək. Ümumilikdə, bu dəyişikliklər və yeni tədbirlər elmi işlərə daha böyük şəffaflıq gətirir, Azərbaycanın elm sahəsində inkişafı üçün zəruri olan təməli qurur".
Hansı alimlərə ayda min manat verilir?
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, son vaxtlar alimlərin əməyinin stimullaşdırılmasına başlanılıb.
"Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır", - deyə Agentlikdən bildirilib.

Qurumdan verilən məlumata görə, cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb. Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.
O, da əlavə edilib ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, "Scopus" elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan ("Scopus"da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.
Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları ("Quacquarelli Symonds (QS)", "Times Higher Education (THE)", "Shanghai Ranking (ARWU)"), ali təhsil müəssisələri (Stanford Universiteti ("Stanfordun TOP 2% tədqiqatçıları")) və tədqiqatçılar tərəfindən istifadə olunur.
Ardını oxu...
Dünən elektron mediada Gəncədə, şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində avtomobil yollunun çökməsi barədə məlumat yayılmışdı. Sözügedən videoda yolun bir hissəsinin tamamilə çökdüyü görünür. Sakinlərin verdiyi məlumata görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.Bu məlumat ətrafında araşdırma aparmaq qərarına gəldik.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən satınalmalar yolu ilə layihələrinin həyata keçirilməsinə xərclənir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bəs dövlətin ayırdığı bu qədər vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olmasına nə ad vermək olar?

İndi gəlin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhərində yalnız yolların əsaslı təmiri işlərinin satınalınması üzrə bağladığı müqavilələrə diqqət yetirək.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.970.850,36 manat məbləğinə satınalma müqaviləsi 04.05.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində abadlıq işlərinin satınalınmsı 3.174.710,26 manat məbləğinə satınalma müqaviləsi 10.07.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.971.349,16 manat məbləğinə satınalma müqaviləsi 27.05.2021-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.972.180,49 manat məbləğinə satınalma müqaviləsi 24.09.2022-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 9.915.755,65 manat məbləğinə satınalma müqaviləsi 24.08.2023-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.

Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən açıq tender 05.11.2024 -cü ildə yekunlaşıb və “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 9.847.742,45 manat məbləğinə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Ardını oxu...
Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.
Qayıdaq Gəncədə yolun çökməsinə. Göründüyü kimi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi təkcə yolların təmirinə son dörd ildə 25 004 844 manat məbləğində beç satınalma müqaviləsinin bağlanılıb.
Qeyd edək ki, “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. ASC-nin ilk qanuni təmsilçisi Qurbanəliyev Çingiz Midhət oğlu olub. Çingiz Qurbanəliyevin adı hələ 2010 cu ildə Gəncədə “İmamzadə” kompleksinin yenidənqurulması və təmir-bərpa işlərini həyata keçirilməsində yaranmış problemlərdə hallanırdı. Məlumatlara görə sözügedən təmir -bərpa işlərinin aparılması üçün büdcədən ayrılmış milyonlarla manat dövlət vəsaitini mənimsənilməsində iştirakçılardan biri də məhz Çingiz Qurbanəliyev olub.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, nizamnamə kapitalı 143 104 manat olan “Gəncə Körpü Tikinti-2” ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-yə müəyyən müddət Rzayev Süleyman Qəmbər oğlu rəhbərlik edib. Hazırda qanuni təmsilçi kimi Zeynallı Məhərrəm Aslan oğludur.
Amma açıq mənbələrədə açıqlanmasa da “Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri, yəni əsas pay sahibi Aqibət Məmmədovdur. Aqibət Məmmədov Gədəbəy rayonunda anadan olub. Qərb bölgəsində oliqarx kimi tanınır. Hələ 2017-ci ildə Aqibət Məmmədovun Belarusun paytaxtı Minskin mərkəzində, keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirməsi barədə məlumatlar yayılmışdı.O, ötən illərdə oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.
Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi son dörd ildə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin aparılmasına 25 milyon manatdan çox vəsait xərcləyib. Qeyd edək ki, bunlar Niyazi Bayramovun 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsindən sonra ayrılan vəsaitlərdir. 25 milyon vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olması, tez-tez çökməsi isə İcra başçısı Niyazi Bayramovla iş adamı Aqibət Məmmədovun işbirliyinin bariz nəticəsidir.
Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti