Ardını oxu...
Son günlər bəzi estetik həkimlərin diplomsuz çalışdığı iddia olunur. Onlardan biri də “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovadır. Belə ki, diplomu olmadığı deyilən Ü.İlyasovanın 14 noyabr tarixində qanunsuz apardığı cərrahi əməliyyat zamanı bir qadın ölüb.

Hər kəsi iki sual düşündürür:

1. Səhiyyə Nazirliyi bununla bağlı tədbir görəcəkmi?

2. Diplomsuz həkimlərə bu icazəni kim, hansı rəsmi qurum verir?

Məsələ ilə bağlı Globalinfo.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ cinayət tərkibli olduğundan bu hadisəni hüquq-mühafizə orqanları araşdırır.

Səhiyyə Nazirliyindən aksiya keçirən jurnalistin iddiasına cavab - 20.05.2019, Sputnik Azərbaycan

Bundan başqa, araşdırmaların nəticəsi barədə məlumatları istintaq orqanının açıqlaya biləcəyi qeyd edilib:

“Əlavə olaraq qeyd etmək istərdik ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb”.

Qurumdan verilən məlumata görə, vətəndaşlar istənilən həkimlə bağlı nazirliyə sorğu ünvanlaya bilərlər:

“Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Belə olan halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama keçirilməsi barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinə ünvanladığımız “Diplomsuz həkimlər işlə necə təmin olunur?” sualı cavabsız qalıb.

Xatırladaq ki, sentyabr ayında estetik həkim Ülviyyə İlyasova polis nəzarətinə götürülmüşdü.

Xatırladaq ki, Ülviyyə İlyasovanın pasiyentinin ölümü ilə bağlı məsələni ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova ictimailəşdirib. O, özünün sosial şəbəkə hesabında bununla bağlı video müraciət edib. Q.Ataşova bildirib ki, Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Jurnalistin iddiasına görə, noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib:

“1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib”.

Q.Ataşova bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyib.

Jurnalistin sözlərinə görə, bu faciənin ən düşündürücü tərəfi Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir:

“Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə “həkim” deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan “həkimlər” də qanun qarşısında cavab verməlidir.

Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?”.
 
Ardını oxu...
Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub.
TEREF Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub.
İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir.
"Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb.
"Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür.
Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.
Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır
 
Ardını oxu...
Azərbaycanda sürücüləri cərimələyən qurumların tayı-bərabəri yoxdur. Onlar dünya üçün analoqu olmayan nümunədirlər. Eyni zamanda, ilbəil ya cərimə yazan strukturların sayı artır, ya da dəyişir. Əvəzində isə keyfiyyət dəyişmir, xidmət yoxdur və sadəcə, narazılıq yaradırlar. Elə narazılıq çoxaldığına görə də struktur dəyişiklikləri edilir ki, bəlkə əvvəlki qanunsuzluqlar unudula. Məsələn, indi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var. Hazırda bu qurumun əməkdaşları zəli olub sürücülərin canına yapışıb. Bu qurumun əməkdaşlarının əksəriyyəti axşam saatlarında, "dərə xəlvət, tülkü bəy" vaxtı gəlib cərimə yazıb qaçırlar. Üstəlik, bir çoxu həddən artiq qorxaqdırlar. Sözlərini sürücülərə deməyə cəsarətləri yoxdur. Ona görə də gizli gəlib cərimə yazıb aradan çıxırlar. Sürücü də bilmir ki, hansı ərazidə çəkilib. Sadəcə, cərimə olunması haqda ümumi mesaj alır. Əvvəllər bu işi Bakı Nəqliyyat Agentliyi adından edərdilər. Sonra BNA AYNA-nın tabeliyinə verildi. Pah, çox böyük islahat olubmuş... Camaat heç bilmir ki, BNA nə işlə məşğuldur, AYNA hansı fəaliyyəti yerinə yetirir. Sadəcə, büdcəyə yük olan strukturların sayı artırılıb, ofislərdə işləyənlər dövlətdən maaş alır, yollarda olan müffətişlər də keçmiş nazir Ziya Məmmədovun "qoçu"ları kimi düşüblər küçələrin canına, sürücüləri cərimələyirlər. Bu mesajlar gah, AYNA, gah BNA adından göndərilir. Onsuz da bir-birinə bağlı olduğuna görə kimin cərimələməsi də əhəmiyyətsizdir. İntəhası, AYNA İdarə Heyətinin sədri Anar Rzayev özünü islahatçı kimi piar edir. Amma fakt budur ki, xalqa qarşı açılan AYNA-lı böyük narazılıq doğurur. Axı cərimələmək çıxış yolu deyil. Heç bir inkişaf etmiş ölkə siyasətini cərimə üzərində qurmayıb, çünki bunun effektiv olmadığını qəbul ediblər. Yalnız bizim kimi büdcəni talayıb, xalqı isə soyanların təfəkküründə bu yanaşma var ki, bacardıqca çox cərimə yazaq. İkincisi, bu cərimələr bir çox hallarda əsassız yazılır, dayanma - durma qadağası olmayan yerlərdə belə gizli şəkildə gəlib sürücüyə cərimə yazıb qaçırlar. Halbuki həmin əməkdaş avtomobilin yanında dayanmalı, sürücüyə xəbərdarlıq və izah etməlidir ki, nəyə görə burada saxlamaq olmaz. Heç bir izahat yox, maariflənmə yox, ucdantutma cərimələmək var. Bu, sadəcə, ayıbdır və biabırçılıqdır. Necə ki BNA və onun sədri Vüsal Kərimli dövlətin, xalqın, prezidentin gözündən düşdüsə, bu gedişlə AYNA və onun rəhbərliyinin də oxşar aqibəti yaşaması istisna deyil. Biz Ziya Məmmədovların, Vüsal Kərimlilərin taleyini də görmüşük. Prezident yeni qurumlar yaradılarkən demir ki, gedib xalqı soyun, harda tutduz cərimələyin. Əksinə, problemlərin həllini tapşırır, strategiya, konsepsiya tələb edir. Amma bizdə hər yeni yaranan qurumun ağlı ancaq onu kəsir ki, cərimələyək, vəssalam. AYNA əməkdaşları da ağac dalında gizlənib cərimə yazmaqla çox qabağa gedə bilməyəcəklər.
Fakt budur - Azparkinq əməkdaşları geyinib bir uniforma, düşüblər şəhərin canına. Şəhər nədir, məhəllələrdə, tinlərdə cərimə yazırlar. Təsəvvür edirsinizmi, bir sürücünü cərimələmək istəyən neçə qurum var? Gərək partizan olasan ki, bu situasiyadan çıxasan. Bir tərəfdən avtobus xəttinə girmək olmaz, o tərəfdən dayanma-durma qaydası pozulmamalıdır, başqa yandan parklanmaya riayət edilməlidir... Sürücülər ancaq və ancaq cərimə edilməmək haqda fikirləşirlər. Belə avtomobil idarə etmək mümkün deyil.
O da deyilməlidir ki, Bakı Nəqliyyat Agentliyi ləğv edilsə də protokolun əvvəlinə BNA yazılması doğru deyil və BNA da ləğv edildiyi üçün AYNA düzgün iş görmür. Bir sözlə, daha bir qurumdan qurtuluş lazımdır və dövlət bu məsələyə baxmalıdır...

Azər Talıbov
Anaxeber.info
 
Ardını oxu...
" “Qulaq” informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Dillər Universitetinin ezoterik rektoru Kamal Abdullayev ürək funksiyasını yerinə yetirən, hər cür pisliklər toxuyan cəhrəsini təmir etdirmək üçün azarxanada yatarkən onun kabinetində təmir işləri aparılırmış. Təmir zamanı birdən döşəmənin bir hissəsi çöküb. Təmir işi aparan fəhlələr həmin hissədə Böyük Rüşvət Yolu aşkar edib. Hadisə yerinə gəlmiş mütəxəssislər bu yola bütün kafedra və şöbələrdən cığırların uzanıb qoşulduğunu müəyyənləşdiriblər. Yolun kənarında kökü hər tərəfə şaxələnmiş iki kol – sarmaşıq və qanqal da aşkar edilib..." "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Azərbaycanca vikpediyada verilmiş məlumatda göstərilir ki, sarmaşıq (lat. Convolvulus) sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsidir. Onun 250-dək növü məlumdur. Azərbaycanda 8 sarmaşıq növü müəyyən edilmişdir. Həmin növlərdən biri də çöl sarmaşığıdır (lat. (Convolvulus arvensis). Yaşıl yem kimi zəhərlidir. Dünyada sarmaşıq fəsiləsinin sarı sarmaşıq (Cuscuta campestris Cuncker) cinsi 128 növlə təmsil olunur, onlardan 10 növü kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Azərbaycanda onların bir neçə növü vardır.
Sarmaşıq tipli insanların neçə növünün olduğunu və ətraflarına nə qədər ziyan vura bildiklərini isə demək çətindir. Sarmaşığın Cuscuta campestris Cuncker adlanan növlərindən biri də Azərbaycan Dillər Universitetində kök atıb (Foto 1). Onu buraya özü mürəkkəbçiçəklilər fəsiləsinin qanqal sinfinə aid olan adi qanqalın (lat. Cirsium vulgare) (Foto 2) təmsilçisi kimi fəaliyyət göstərən rektor Kamal Abdullayev gətirmişdir. Rektorun Maliyyə məsələləri üzrə müşaviri vəsifəsini tutan, lakin baş mühasibin də səlahiyyətlərini əlindən almış, bütün qaranlıq maliyyə işlərinin icracısı kimi tanınan və özünü şətslə Universitetin sahibi adlandıran Nüşabə Tanrıverdiyeva Universitetdə sarı sarmaşıq növünü təmsil edir. Çöküntü zamanı tapılmış qanqal və sarmaşıq bu rektor–müşavir cütlüyünün yeraltı təmsilçiləri imiş. “Qulaq” informasiya agentliyinin müxbiri rektorun sayı-hesabı bilinməyən yeraltı köklərinin araşdırılmasını hələ davam etdirir, lakin onun müşaviri N.Tanrıverdiyevanın köklərinin bir qismini artıq müəyyənləşdirib. Hələ tamamlanmamış siyahıya görə, həmin köklərin yayıldığı istiqamətlər bunlardır:
1. Hüsniyyə Tanrıverdiyeva, müəllim (0,5 ştat) – Nüşabə Tanrıverdiyevanın qızı. O, boş qalmış kafedralardan birinin yeni müdiri olmaq üçün heç kim rüşvət vermək istəmədiyindən, necə deyərlər, malın batmaması üçün həmin kafedraya müdir kimi hazırlanır.
2. Nigar Tanriverdili, Universitetin magistri, həm də laborantı – Nüşabə Tanrıverdiyevanın qardaşı qızı.
3. Nüşabə Tanrıverdiyevanın qardaşı – Universitetin sürücüsü.
4. Nüşabə Tanrıverdiyevanın baldızı – xadimələrin nəzarətçisi,
5. Günel Şıxəliyeva – Rusiyaşünaslıq Elmi tədqiqat laboratoriyasının işə gəlməyən, lakin hər ay maaşını alan əməkdaşı, Nüşabə Tanrıverdiyevanın yaxın adamı.
6. Münirə İbrahimova – İsrail mərkəzinin, Kamal Abdullayevin kadrı olsa da, bir köklə də Nüşabə Tanrıverdiyevaya bağlı olan, yəni onun himayəsinə sığınmış, işə gəlməsə də, maaşını almaqda davam edən əməkdaşı.
Müxbirin məlumatına görə, araşdırmalar göstərir ki, rektor–müşavir cütlüyü çox geniş insan və rüşvət şəbəkəsinə malikdir. Məlumatda bu şəbəkənin zərərsizləşdirilməsi üçün Hollandiyadan məhvedici gücə malik yeni preparatların gətiriləcəyi də bildirilir.
Gözləyək..."
 
Ardını oxu...
"Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsində yerləşən (Tarqovu ərazisində) "Fontana" kafesinə 02.11.2024-cü il tarixində biz Valideynlər, sinif rəhbəri və uşaqlarla birlikdə nahar etmək üçün yaxınlaşdıq və menyudan baxıb sifarişlərimizi etdik..." "DİA-AZ" xəbər verir ki, bu barədə 2müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra yazır: "Sifarişlərimiz gec (1 saatdan sonra) və natamam gəlib. Xidmət sıfır səviyyəsində olub. Bəzi sifarişlər menyuda olan qiymətlərdən artıq hesablanıb. Çekdə də bu özünün təsdiqini tapır. 3 dəfə çek gətirilib və fərqli qiymətlər göstərilərək hesablanıb. Menyunun şəkli də var bizdə. Sifarişlərin sayını da çekdə artıq göstəriblər. Məsələn, 12 porsiya sifariş etmişik, çekdə 14 hesablanıb. Sokların miqdarı 350 ml olsa da daha az miqdarda gətiriblər və sokun qiymətini də menyuda olandan daha çox yazıblar. Sok qabının pulunu da hesablayıblar. Çeklərə nəzər salsanız görərsiz ki, qiymətlər arasında nə qədər fərq var. Misal, tərəvəz kabab 1ci çekdə 9 manatdan hesablanıb, ən sonuncu çekdə isə 6 manatdan hesablandı. Biz səs küy salandan sonra yenidən hesablanaraq sonuncu çeki verdilə. Sonuncu çek də onu təsdiq edir ki, bizi aldadaraq daha çox pul almaq istəyiblər.
"Antiihsar"a şikayət yazmışıq. Daha da əmin olmaq üçün soruşuram. Biz əlavə hansı quruma şikayət yaza bilərik?! Şikayət olunsun və araşdırılsən ki, bir daha belə kimisə aldatmasınlar..."
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Mürsəl İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin ediləndən sonra bu qurumda ciddi dəyişikliklərin baş verdiyi həqiqətdir. Mürsəl İbrahimovun SHXÇDX-nin rəisi təyin edilməsindən sonra bu qurumda ciddi qanun pozuntuları aşkarlanıb, xeyli sayda Xidmət əməkdaşı məsuliyyətə cəlb edilib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hərbi xidmətdən yayınan bir çox şəxsin aşkarlanması, onların xidmətə cəlb edilməsi təmin olunub. Rüşvət və korrupsiyaya yol verən şəxslərin Xidmətdən uzaqlaşdırılması və məhkəmə qarşısına çıxarılması da Mürsəl İbrahimovun adına yazılan müsbət yeniliklərdir. Lakin zaman ötdükcə məlum olur ki, Mürsəl İbrahimov sadəcə arxasız komissarların qənimidir. Belə olmasaydı, ucqar rayonlarda qanun pozunusuna yol verən komissarlarln bəd əməllərindən anındaca xəbər tutan Mürsəl İbrahimov, “qulağının dibində” – Bakının Nərimanov rayonunda baş verənlərlə bağlı da hansısa tədbir görər, öznü korluğa, karlığa qoymazdı.

Bilməyənlər üçün deyək ki, SHXÇDX-nin Nərimanov rayon idarəsi yol verdiyi qanunsuzluqların miqyasına görə liderdir. Bu idarənin rəisi olan və “X5 Kənan” adlı ilə tanınan şəxs, səfərbərlik xidmətində işlədiyi müddət ərzində milyonlarla manat məbləğində qanunsuz vəsait qazanıb. SHXÇDX-nin Nərimanov rayon idarəsinin rəisinin özünə və ailə üzvlərinə məxsus avtomobillərin ümumi dəyəri yarım milyon manatdan çoxdur. Elit həyat tərzinə malik olan “X5 Kənan” paytaxtın ən bahalı restoranların və brend mağazaların daimi müştərisidir.

Mürsəl İbrahimovdan soruşuruq: Tabeçiliyindəki şəxsin sahib olduğu bu qədər böyük var-dövlətin mənbəyini niyə araşdırmır? Axı uşaq da bilir ki, ayda 800-1000 manatlıq əmək haqqı ilə dəyəri 150 min dollar olan avtomobul sürmək, mühafizəçilər saxlamaq, xaricə tez-tez səyahət etmək, qiymtələri dodaq uçurdan restoranlarda yeyib-içmək mümkün deyil. 5-10 min manata görə 5-10 il həbs alan şəxslərlə müqayisədə 100 min manatlarla vəsaiti noğul kimi udan “X5 Kənan”ın məsuliyyətdən kənarda qalması hansı məntiqə, hansı qanuna sığır? Belə yarımçıq ədalət kimə lazımdır?"
Ardını oxu...
Bakıdakı apteklərdən birində murdar bir insident baş verib.
TEREF-in əldə etdiyi məlumata görə, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı iş vaxtı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür.
Əldə etdiyimiz məlumata görə Cabbarov Elnur Elman oğlunun Bakı şəhərində 6-7 apteki var. Bu apteklərin yerləri bizə məlum olsada araşdırmamız qurtarandan sonra onlarında siyahısını nəzəriniə çatdırcağıq!
Bizi izləyin.
Ardı var!




 
Ardını oxu...
Ucar rayon, Alpı kənd sakini 3-cü qrup Vətən müharibəsi əlili
Rüstəmov Səfər Mikayıl oğlu tərəfindən


ŞİKAYƏT

Mən Vətən müharibəsində iştirak edib Şuşa uğurunda gedən döyüşlərdə ağır yaralanıb əlil olmuşam. Buna görə mənə 3-cü dərəcəli əlillik təyin olunub. Prezidentin sərəncamı ilə medallarla təltif edilmişəm. Vətən torpaqlarımızın azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram.
Şikayətim Ucar Rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayevanın qanunsuz əməlləri barədədir.

Belə ki, 11 noyabr 2024-cü il tarixdə xəstələndiyi üçün anam Məmmədova Yaqut Hüseynalı qızını Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirdim. Müalicə həkim anamım ulturasəs müayindən keçirilməsini məsləhət gördü.Buna görə növbə alamq üçün sənədi USM həkimi İlahə Ağayevaya təqdim etdikdə çox kobud cavab verib “mənim vaxtım yoxdur, mən baxa bilmərəm” dedi. Mən ona bildirdikdə ki, anam xəstədir özümdə qaziyəm dahada uca səslə kobudluq etməyə başladı. İlahə Ağayeva çox kobudluq etdi və anamı ulturasəs müayinəsi etmədi.Mən buna görə çox əsəb sarsıntısı keçirdim.Sonradan mənə dedilər ki, həkim İlahə Ağayeva hamı ilə belə kobud rəftar edir, qanunlara riayət etmək istəmir.

Həmçinin dedilər ki, onun ülturasəs müayinə aparatı köhnəldiyi üçün düzgün diaqnoz qoyulmur.Buna görə mən məcbur olub qonşu Göyçay rayon Mərkəzi Xəstəxanasına gedib anamı orada ulturasəs müayinədən keçirtdirdim.Göyçay MRX-nin əməkdaşları vətəndaşlarla çox mehriban münasibət göstərirlər.
İlahə Ağayevanın insanları saya salmaması, kobud rəftar etməsi və qanunlara riayət etməməsi yolverilməz bir haldır, həkimlik adına bir ləkədir. İlahə Ağayevanın qanunsuz əməlləri barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Vüqar Qurbanova şikayət ərizəsi ilə müraciət etmişəm. TƏBİB-in 1542 qaynar xəttinə zəng edib şikayətimin niyə araşdırılmamasını soruşanda bildirildi ki, guya mən İlahə Ağayevadan şikayətçi olmadığımı xəstəxananın direktoruna demişəm, guya anamı İlahə Ağayeva ülturasəs müayinə edib, Ancaq bunlar hamısı yalandır mənim anamı Göyçay mərkəzi xəstəxanasında ulturasəs müayinə ediblər ki, sənədi təqdim edirəm.
Həttda İlahə Ağayeva müayinəyə gələnlərə özünün yazdığı tərif ərizələrinə aldadıb imza etdirib TƏBİB-ə göndərib. Həmin İlahə Ağayeva qazi İbrahimov Taleh Şamil oğlunun anasına aldadıb özünün yazdığı tərif ərizəsinə imza etdirib.
Bu yaramaz həkimdən Ucar rayonunda heç kəs razı deyil, çünki insanlarla kobud rəftar etdiyi üçün demək olar ki, hamı ona nifrət edir. Subut kimi sosial şəbəkədə İlahə Ağayeva barədə edilən paylaşmın altından ucarlıların yazdığı rəyləri oxuyanda bilmək olur.
İlahə Ağayevanın barəsində çox şikayətlər olsada xəstəxananın direktoru onu müdafiə etdiyi üçüb barəsində indiyə qədər tədbir görülməyib. Çünki gün ərzində müayinədən yığdığı pulların bir hissəsini xəstəxananın direktoruna verir.
Qeyd edim ki, ulturasəs müayinələri İlahə Ağayeva pulla aparır, imkanı olmayanları isə acılayıb təhqqir edir, müayinə etmir. Belə faktlar çoxlusaydadır ki, hamı bunu təsdiqləyə bilər.
Zeynal Bayramlı bir neçə ay əvvəl Ucar xəstəxanasının direktoru vəzifəsindən çıxarılanda rayon sakinləri çox sevindi. Ancaq İlahə Ağayeva kimi yaramazın bu xəstəxanada işləməsi Ucar sakinlərinə qarşı hörmətsizlikdir.
Ucarlı vətən müharibəsi qaziləri mən, Taleh İbrahimov, Mirtusi Abbasov, Murad Məmmədov və Laçın Kərimov bizi qəbul etməsi üçün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova ərizə ilə müraciət etmişik.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Vüqar Qurbanova müraciət ünvanlayıb xahiş edirik insanlarla kobud rəftar edən, korrupsiya əməlləri ilə məşğul olan həkim adına ləkə gətirən İlahə Ağayevanın barəsində ciddi tədbirlər görəsiniz.
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Məmurların bizneslə məşğul olması ayrı-ayrı sahələri iflic edir. Kənd təsərrüfatında vəziyyət məlumdur. Məmurlar nə qədər aqroparklar yaradıb, bölgələrdə susuzluq mühiti formalaşdırılıb. Örüş yerləri ələ keçirilib. Başqa sahələrdə də bənzər vəziyyətdir. İnhisar orta və kiçik sahibkarlığın canını alır. İnsanlar məmurların əlindən ən bəsit təsərrüfatı da inkişaf etdirə bilmir. Kiçik obyektin işləməsi belə, ciddi problemdir.

Bizimyol.info xəbər verir ki, son vaxtlar cərimələrin məbləği xeyli artırılıb. Məsələn, kartdan karta əməliyyatlarına ciddi nəzarət edilir. Buna görə dövləti qınamaq olmaz. Vergidən yayınma halları çox artıb. Amma dövlət şirkətlərinə güldən ağır söz demədən orta və kiçik sahibkarlara hücum etmək doğru deyil. Məmur biznesinin iqtisadiyyata təsiri çox böyükdür. İri sahibkarlar, adətən, ya oliqarxlardır, ya da dövlət qurumlarının rəhbərlərinə arxalanan şəxslər. Sıravi adamların obyektləri hamıdan əvvəl hədəfə çevrilir.

Pul qıtlığı da orta və kiçik sahibkarlıq üçün ciddi əngəldir. İri sahibkarlar onsuz da imtiyazlar sayəsində biznesini irəli apara bilir. Orta və kiçik sahibkarlıqla məşğul olanların belə imkanı yoxdur. Ölkədə sosial-iqtisadi vəziyyət pisləşdikcə onlar da dalana dirənir.

Əslində, necə olmalıdır? Ölkədə inhisara heç bir halda imkan verilməməlidir. Həm ayrı-ayrı sahibkarlar bunun zərərini görür, həm də qiymət artımı baş verir. İnhisar iqtisadiyyata çox ağır zərbə endirir. Rəqabət mühitinin olması çox vacib şərtdir. Azərbaycanda məhz bu mühiti yaratmaq mümkün olmayıb. Orta və kiçik sahibkarlar bu istiqamətdə çox ümidsiz görünürlər. Məmur biznesi bütün qanunları tapdayıb keçməyi bacarır. Hər hansı işin inkişaf etdirilməsinə də ümid qalmır.

Bütün hallarda real mexanizmlər işə düşməlidir. İnsanar söz yığınından yorulub. Cəmiyyət gündəlik həyatda ədalət prinsiplərinin ciddi şəkildə gözlənilməsini istəyir. Sahibkarlığın inkişafı nağılına daha heç kim qulaq asmağı arzulamır.
 
Ardını oxu...
Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?”

Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli 13 gün psixiatriya xəstəxanasında saxlandıqdan sonra noyabrın 20-də evinə buraxılıb. İki həftə ərzində Qazaxdakı Rayonlararası Psixiatriya Xəstəxanasında saxlanılan Arzuman Xasməmmədli hesab edir ki, başına gələnlər konkret sifariş əsasında həyata keçirilib.

“Whatsapp” statusunda arayışın şəklini paylaşıb, dəli olduğumu yazıb”.

Qarapapaq kənd sakini, 1957-ci il təvəllüdlü Arzuman Xasməmmədli Meydan TV-yə danışır ki, hələ bu hadisədən əvvəl bələdiyyə sədri Nəzakət Mansurova psixiatriya xəstəxanasına onunla bağlı müraciət edərək, şəxsi məlumatlarını istəyib. Baş həkim əvəzi Nahidə Osmanova da yazılı şəkildə arayış verib:

“Arayış alınıb ki, bu xəstəxanada stasionar müalicə alıb, diaqnozu budur. Birincisi, harada qaldı “həkim sirri” anlayışı? Nə ixtiyarla başqası haqqında məlumatlar kiməsə verilir? Bunların Hippokrat andına sadiqlik anlayışı budur? İkincisi, niyə mənim haqqımda məlumat toplanırdı? Sonra da bələdiyyə sədrinin qızı “Whatsapp” statusunda həmin arayışın şəklini paylaşıb, bələdiyyə sədrinin müavininin dəli olduğunu yazıb. Bu da sübut edir ki, mənim psixiatriya xəstəxanasına salınmağım əvvəldən planlaşdırılıb”.

Arzuman Xasməmmədli deyir ki, daha sonra Nahidə Osmanova onun məcburi müalicəyə ehtiyacı olması barədə yeni bir arayış tərtib edib. Həmin arayışı kənd icra nümayəndəsi noyabrın 6-da gətirib ona verib:
“Mən heç vaxt psixi xəstə olmamışam. Yeniyetmə vaxtlarımdan epilepsiyadan əziyyət çəkmişəm. Mən xəstəxanada pensiya ilə əlaqədar yatmışam. İyirmi birinci əsrdir, həkimdirlər, amma bunlara söz başa salmaq olmur. Əslində, başa düşürlər, sadəcə, sərf eləmir, ona görə başqa cür danışırlar. Psixi xəstə futbol komandasının təşkilatçı rəhbəri, məşqçisi, müharibədə könüllü özünümüdafiə dəstəsinin rəhbəri olar?! Psixi xəstə bir il icra nümayəndəsi, 4 il Heydər Əliyev Mərkəzində inzibatçı işləyər? Psixi xəstə bələdiyyə sədrinin müavini vəzifəsində necə işləyə bilərdi?”.

İcra nümayəndəsi arayışı verəndə deyib ki, bir gün ərzində könüllü şəkildə psixiatriya xəstəxanasına getməsə, məcburi qaydada aparılacaq. Ertəsi gün – noyabrın 7-də Qazax Rayon Polis Şöbəsindən ona zəng gəlib.

“Kənd sakinləri deyib ki, ayıb deyil, utanmırsınız?!”

Arzuman Xasməmmədli deyir ki, öncə polis şöbəsinə, oradan da polis əməkdaşı ilə birlikdə xəstəxanaya gedib. Xəstəxanada olanda polis bildirib ki, deyilən şəxsi gətiriblər.

Bir qədər sonra isə onu xəstəxanadan Qazax Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə hakim Nemət Musayevin sədrliyilə Arzuman Xasməmmədlinin məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda baş həkimin ərizəsinə baxılıb.

Xəstəxanada Nahidə Osmanova iddia edib ki, Arzuman Xasməmmədli ətrafındakdakılar üçün ciddi təhlükə və böyük problemlər yarada bilər. Ona görə məcburi xəstəxanaya yerləşdirilməlidir.

Məhkəmədə o da məlum olub ki, bir gün əvvəl – noyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətindən psixiatriya xəstəxanasına məktub göndərilib. Orada iddia edilib ki, Ağköynək kəndinin sakinləri icra hakimiyyətinə şikayət edib, özlərinin, uşaqlarının Arzuman Xasməmmədlinin hərəkətlərindən qorxduqlarını bildirib və onun haqqında tədbir görülməsini istəyib:

“Əvvəl bizim öz kəndimizin sakinlərindən ərizələr almaq istəyiblər, mümkün olmayıb. Hamı deyib ki, ayıb deyil, utanmırsınız? Başqa kənd sakinləri adından ərizələr yazıblar. Hakim bütün məhkəmə prosesi boyu baş həkimə suallar verdi, özü də gördü ki, bütün bunlar quramadır, mənə qarşı sifarişin nəticəsidir. Amma gedib gəldi, əleyhimə qərarı oxudu. Oradan da məni xəstəxanaya qaytardılar”.

Məhkəmə qərarında göstərilib ki, Arzuman Xasməmmədli uzun müddətdir “Epilepsiya, tez-tez tutmalar, şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə stasionar müalicədə olub.

Amma bələdiyyə sədrinin müavini hesab edir ki, onu Qazax rayonunda baş verənləri açıq şəkildə dilə gətirdiyinə, çatışmazlıqları icra başçısı Rəcəb Babaşovun birbaşa özünə dediyinə və onun haqsızlıqlarına susmadığına görə cəzalandırılıb:

“Bir gün icra başçısına dedim ki, 14 aydır maaş almırıq. Dedi ki, səbəb? Bildirdim ki, camaat vergi vermir. Strateji əhəmiyyətli yerdir – Ağstafa-Qazax yolunun kənarı. Gəlir mənbələri var, amma heç biri vergi vermir. Nəyə güvənirlər?”

İcra başçısını tənqid etmişdi
Ardını oxu...
Bundan başqa, Arzuman Xasməmmədli psixiatriya xəstəxanasına yerləşdirilməmişdən bir neçə gün əvvəl internet kanallarından birinə müsahibə verib. “Youtube”dakı “Qərb Region TV” adlı kanalda Qarapapaq kəndində qəbiristanlığın ətrafında təxminən bir hektar ərazidə zibillərin yayılması, torpaqların zəbt olunmasından bəhs olunub. Kənd sakinləri bununla əlaqədar narazılıqlarını bildiriblər. Deyiblər ki, kənddə qəbiristanlıq ətrafında, örüş torpaqlarında zibil poliqonu yaranıb. O torpaqlarda otarılan mal-qara zəhərlənib tələf olur, küləkdə zibillər qəbiristanlığa yayılır.
“Xanlıqlarla Ağköynək arasında torpaq zəbt olunub. Bələdiyyə də, kənd soveti də bilir ki, kimlər tərəfindən zəbt olunub. O yol bələdiyyənindir, amma gücü çatmır ki, öz torpağını alsın”, – sakinlər narazılıq edib.

Kənd sakinlərinin şikayətlərinə münasibət bildirən bələdiyyənin sədr müavini Arzuman Xasməmmədli onların haqlı olduğunu vurğulayıb. O müsahibəsində əlavə edib ki, kənd sakinlərini narahat edən problemləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun nəzərinə çatdırmağa çalışıb. Əvəzində icra başçısı onun özünü hədələyib:

“Deyilənlər haqlıdır. Çox təəssüf ki, heç vaxt əhaliyə hesabat verilmir, yığıncaq keçirilmir. Mən özüm də burada səslənən problemlərlə bağlı şikayətlər eləmişəm. İki həftə əvvəl icra başçısının qəbulunda olanda mənə deyir ki, “sən kimsən?””.

Arzuman Xasməmmədli 13 gün ərzində psixiatriya xəstəxanasında yaşananlar barədə də danışıb. O bildirib ki, xəstəxanada ağır dərmanlar verirdilər, lakin qəbul etmirdi:

“Dedim, bu yaşımda, mənə lazım olmayan dərmanları niyə içməliyəm? Bu, mənə təhqirdir. Bunları yaşamaq çox ağır idi. Deyirdim ki, ay ana, ay bacı, əgər dəliyəmsə, göndərin məni Maştağaya, gedim komissiyadan keçim, niyə eləmirsiniz?”

“Qardaşınız müxalifətçi olduğu halda, siz hələ də həkim işləyirsiniz?”

Arzuman Xasməmmədlinin həyat yoldaşı Zahidə Xasməmmədova onun başına gələnlərlə bağlı Meydan TV-yə müsahibə vermişdi. Zahidə Xasməmmmədova deyir ki, həyat yoldaşının psixiatriya xəstəxanasına salınması məsələsini ictimailəşdirəndən sonra icra başçısı onu və Arzuman Xasməmmədlinin bacısını çağırtdırıb:

“Mənim bir baldızım həkim-ginekoloqdur. Məni və həmin baldızımı icra hakimiyyətinə çağırtdırmışdı. Baldızımı da xəstəxananın baş həkimi vasitəsilə gətiriblər. Elə biliblər ki, qızım da Mədəniyyət İdarəsində işləyir, ora da adam göndəriblər. Görüblər ki, yox, orada işləmir. Rəcəb Babaşov bizi əvvəl mədəni şəkildə qəbul elədi. Sonra baldızımı qaldırdı, qayıtdı ki, “həkim, siz bilirsinizmi, qardaşınız müxalifətçidir?” O da dedi ki, xeyr. Ardınca dedi ki, “qardaşınız müxalifətçi olduğu halda, siz hələ də xəstəxanada işləyirsiniz, halbuki, mən istəsəm, çox şey eləyə bilərdim”. Baldızım da cavab verdi ki, “çox sağ olun, çox sağ olun, siz heç nə eləməmisiniz”. Mən güldüm. Qayıtdı ki, yoldaşın da belə güldüyünə görə dəlixanadadır. Birincisi, qardaşa görə bacını hədələmək nə deməkdir? İkincisi, bizi buna görə çağırmışdı? Bu davranışın özü rayondakı vəziyyətdən xəbər verir”.

Zahidə Xasməmmədova deyir ki, onu mediaya orqanlarına müsahibə verdiyinə görə qınayıblar. O isə cavabında baş verənləri ictimailəşdirməkdə haqlı olduğunu deyib.

Daha sonra ona həyat yoldaşı ilə bağlı ərizə yazdırıblar:

“Əvvəl yazılan ərizə ilə razılaşmadım. Guya mən Arzumana cavabdeh olacam, onu müalicə elətdirəcəm. Dedim, Arzumanda nə var ki, onu müalicə eləyim? Onun özü camaatı müalicə eləyir. Əvvəl söz verdilər ki, beşinci gün (noyabrın 15-də) çıxacaq. Getdim, çıxmadı. Başçının müavini Məmməd Alıyev dedi ki, birinci gün dəqiq çıxacaq. Birinci gün getdim xəstəxanaya, yenə də çıxmadı. Baş həkim dedi ki, mənlik bir şey yoxdur, mən razılıq vermişəm. Zəng elədim müavinə, bu dəfə telefonlara ümumiyyətlə, cavab vermədi. Nə isə, axır ki, ayın 20-də buraxdılar”.

Arzuman Xasməmmədli başına gələnlərlə bağlı məhkəməyə şikayət etmək niyyətindədir.

Qazax Rayon İcra Hakimiyyəti Meydan TV-nin iddialarla bağlı suallarını cavablandırmır.
 

Dünyapress TV

Xəbər lenti