Ardını oxu...
Ağsu Rayon İcra Hakimiyyəti cari ilin sonunda Ağsu şəhərindəki daxili avtomobil yollarının və bəzi kənd yollarını təmir etməyi qərar alıb. Bununla bağlı tender elan edilib.

Qaynarinfo-nun məlumatına görə, satınalma müsabiqəsinin qalibi "tender kralı" kimi tanınan ATF şirkəti seçilib.

Şirkəti qiymət təklifi 707 182,14 manat olub. Yəni, icra hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə qeyd edilən məbləğdə pul ödəyəcək.

Ağsu Rayon İcra Hakimiyyəti 2023 və 2022-ci illərdə yolların əsaslı təmiri ilə bağlı tender elan edib. Hər iki tenderin qalibi ATF şirkəti seçilib. 2023-cü ildə şirkətin qiymət təklifi 493 221,97 manat, 2022-ci ildə isə 495 059,23 manat olub.

Ağsu Rayon İcra Hakmiyyətinin yol təmiri ilə bağlı keçirdiyi tenderlərdə hər dəfə eyni şirkətin qalib gəlməsi bir yana qurumun hər il yol təmir etdirməsi anlaşılan deyil.

Hər il yolların təmirinə ehtiyac yaranması görülən işlərin keyfiyyətsiz olmasından, yaxud da ayrılan vəsaitin qaranlıq taleyindən xəbər verir.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir. Rövşən Bağırov Ağsudan əvvəl Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib və qalmaqallarla gündəmə gəlib. Media resursları onun haqqında neqativ materiallarla zəngindir.

Bir qədər də ATF şirkəti haqqında. Bu şirkət haqqında mediada çox yazılıb. Özü də neqativ fonda.

Şirkət 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

Şrikətin adı onun sahiblərinin adlarının baş hərflərinin birləşməsidir. ATF - Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur.
Şirkət daha çox yol təmirləri ilə bağlı tenderlərin qalibi olur. Bu səbəbdən şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyinə yaxın olması barədə iddia edilir.

Şirkət cari ilin oktyabrında Qəbələ Rayon İcra Hakimiyyətinin, sentyabr ayında isə Balakən və Oğuz rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi olub.

Tenderlər küçə və yol təmirləri ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 848 853, 88 manat təşkil edir.
ATF-in demək olar ki, eyni vaxtda 4 rayonda yolların təmirini həyata keçirmək üçün maddi-texniki imkanları yetərlidirmi? Bu suala cavab vermək mümkün deyil. Çünki şirkətin maddi-texniki bazası haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. ATF-in adicə internet səhifəsi də yoxdur.
Ardını oxu...
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
2024-11-22 19:07:05
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Samux Rayon İcra Hakimiyyətinin strukturunda olan Samux Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi oktyabr ayında 600min manatdan çox tender “alış-veriş”i edib.

Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi –
“UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti –
Abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ: 153.575,47AZN
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bağlanan müqaviləyə əsasən sözügedən müəssisə avtomaşın yağı, Yağ filtiri, yanacaq filtiri, Təkər bobcat, Akumlyator və.s ilə təmin edilməlidir.

Samux Mənzil-kommunal Təsərrüfatı İstehsalat Birliyi – “UPSİLON” Məhdud Məsuliyyətli Cəmiyyəti
İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması – Məbləğ:69.396,51 AZN
Ardını oxu...
Bu tenderə əsasən şirkət icra orqanının tərkibindəki müəssisəni lampa, Kabel, Skop , Elektrik vilkası, İşıq plafonu işıq dirəyi üçün, Kəlbətin, izalent və.s ilə təmin etməlidir.

Bildirək ki, eyni ay və cəmi 1 həftə fərqlə icra hakimiyyətinin tərkibindəki müəssisədən 220 min manat alan şirkətin qanuni təmsilçi Fikrət Qafarov Eyvaz Oğlu, nizamnamə kapitalı 29640 AZN-dir.

Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi –
“Elman” MMC –
“ Samux şəhər Heydər Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri “ – Məbləğ: 387.786,78 AZN.
Ardını oxu...
 
 

 


      

Ardını oxu...
Hesablama Palatası hələ 2022-ci ildə “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı Publik Hüquqi Şəxsin fəaliyyətinə dair nöqsanlar aşkarlamışdı. Həmin dövrdə qurumun yaydığı məlumatda bildirilirdi ki, Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3 milyon 342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 milyon manat məbləğində dərman vasitəsinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb.
“Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməyib, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunub, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilib, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınıb. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib”, – məlumatda deyilir.
Üstündən iki il keçməsinə baxmayaraq “İnnovasiya və Təchizat Mərkəzi”ndə eyni qanun pozuntuları davam edir, eyni hallar yaşanır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən “Ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması üzrə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.169.120,08 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 25.10.2024-cü il tarixdə dərc edilib.

Qeyd edək ki, “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 31.669.508,65 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “Referans Pharmaceuticals” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “REFERANS PHARMACEUTICALS” (VÖEN: 1502717001) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2014-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.MİRƏLİ QAŞQAY, ev 76, qanuni təmsilçisi kimi isə Əliyev Abbas Famil oğlu qeyd olunub.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib. Bəs Heydərov İqbal Qəhrəman oğlu kimdir?

Elektron media tərəfindən 13 yanvar 2016-ci il tarıxində Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.
Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.
“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Düzdür “Referans Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğlu olsa da kim zəmanət verə bilər ki, İqbal Heydərov təsisçilik hüququnu özündə saxlamır və qanunsuz əməllərini indi də satınalmalarda davam etdirmir?

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “İnnovasiya və Təchizat Mərkəzi”nin Satınalma Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı. İnternet axtarış sistmləri üzərində “İnnovasiya və Təchizat Mərkəzi”nə kimin rəhbərlik etdiyini öyrənməyə çalışdıq. Bu səylərimiz də boşa çıxdı. Görsənən odur ki, Mərkəzdə əməlli-başlı özbaşınalıqdı. Bəs görəsən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov bu haqda nə fikirləşir…

Aktualinfo.org
 
 
 

Ardını oxu...

Kürdəmir Rayon Şüşün kənd sakini İbrahimli Pərviz Tahir oğlu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənova gundemxeber.az vasitəsi ilə müraciət edərək bildirir ki, "Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri yeni budaq cümlə növü ixtira edib. 

 

Xahiş edirəm bu «məntiqli» arayışı işıqlandırın. Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin fitri istedadını bütün hamı görsün. Belə bir fitri istedadın batıb məhv olmasını kölnüm qəbul etmir.

Ardını oxu...

Hörmətli Elmin müəllim!

Kürdəmir Rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayev Kürdəmir Rayon Məhkəməsinə maraqlı arayış təqdim edib.

Arayışda olan cümələləri təhlil etmək lazımdır. Azər Ağayevin istifadə etdiyi cümlərdə cümlə üzvülərini ayrıd etmək mümkün deyil. Hərif səhvərini isə saymaqla bitmir.

 Hörmətli Elmin müəllim!

Sizdən xahiş edirəm cənab Azər Ağayevi təlimlərə cəlb edəsiniz. Şəxsə kargüzarklıq qaydalarını öyrənmək üçün təlim verəsiniz.

İnanıram ki, bələdiyyə sədri sayənizdə arayış və digər rəsmi sənədləri tərtib edə biləcəkdir."

 

GundemXeber.Az

 
 
 
Ardını oxu...
"...Kəndimizdə Qoca Gözəlov ad- soyadlı böyük bir Kişi var idi... Qarabağ bölgəsində, hətta qan- nəsil düşmənçiliyini belə bir kəlməsi ilə dayandırardı! İndi dünyanın ağsaqqalı yoxdur deyə, iki əmioğlunun- rusların və ukraynalıların qan- ərazi davasını dayandıran yoxdur!" "DİA-AZ" bildirir ki, bu sözlər tanınmış jurnalist, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir: "Sözümün canı var: İsmayıllının bir başçısı var- Nahid Bağırov! Başçı gedəndən 1 ay sonra Prezident Sərəncamı ilə töhmət alan ikinci bir adam tanımıram! 4 ildir ilişib, bəli, məhz ilişib bir əliqabarlı fermerə ki, 25 illiyə icarəyə götürdüyü dəmyə torpaq, sən demə, indi bəlli olur ki, örüş yeridir! Fermer T.Abdullayevdən isə 21 ildir həmin torpağa görə Vergilər Nazirliyi məhz əkinə görə vergi alıb, icarə müqaviləsində də "Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ayrılır" yazılıb! Taxıl əkənə bu iradı tutub demək olardı ki, gözüm və ağlım əməlli görmür, gəl bundan sonra o torpaqda qoyun otar! Belə demək olardı? Olardı! Amma Nahid Bağırov bu Ağdam sakini olan fermerdən şəhid ailələri adından (fermer isə deyib ki, siyahını verin, özüm yardım edim, onsuz da indiyədək edirəm, bu da gənc başçının xoşuna gəlməyib) pul istədiyinə və ala bilmədiyinə görə 4 ildir əliqabarlı fermerlə məhkəmə müharibəsindədir!
Putin də 4 ildir Zelenski ilə torpaq uğrunda müharibədədir! Nə qazanıb? Bilənlər bilir ki, dünyəvi rüsvayçılıq ortadadır!
Bütün bunların səbəbi birdir: ortada sözü keçən ağsaqqalın olmaması!!!

XXX
...Nahid Bağırov ağsaqqallığın əziyyətini çəkir! Sonda bu intriqada uduzacağını yaxşı bilir! Onu da bilir ki, onsuz da uduzub! Məhkəmələrə zəng etdirib, filan- fulan etdirib qətnamə əldə etməklə deyil. İndiyədək bu əliqabarlı fermerə 4 dəfə uduzub!!! AYIB OLAN NƏTİCƏ!
SONDA: neçə il əvvəl bir MTK vətəndaşa mənzilin divarını satmışdı. Çünki PA- da işləyən bir Həsənağanın qohumu idi! Vətəndaş mənə etibarnamə verdi... Rayon məhkəməsi iddiamızı təmin etdi və 8 min manatın qaytarılmasını qət etdi. MTK sədri PA- dakı "cəddi"nə arxayın idi deyə, apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd etdi... Həsənağanın qohumu bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verdi. Hakim Vafəddin İbayev yeni qərar qəbul etdi. Bu o demək idi ki, MTK "Mənzil Məcəlləsi"nə tüpürərək sakinlərə divarı da sata bilər.
Qısası, vəkillər bilir, bu hüquqi mübarizəmizə nöqtə demək idi. Zərərçəkən sakinlə birlikdə hakimin Lənkərandakı kəndinə getdik. Məlum oldu ki, atası və anası dünyasını dəyişib. Bir molla götürüb qəbirstanlığa getdik... Məzarın sinə daşına bir məktub qoyub Bakıya qayıtdıq.
Bura qədər bəsdir: səhəri gün həmin MTK sədri məni ofisinə dəvət etdi... Bu gün də onunla dostluğumuz davam edir. Ona görə ki, o mübarizəmizdə haqlı olduğumuzu gördü və ziyanın yarısından da qayıtmağı səmərəli bildi! Onun ağsaqqalı, yəni PA- dakı qohumu başa salmışdı ki, daha bəsdir!!!

XXX
Nahid Bağırovun ağsaqqalı, ona bəsdir deyin! Sonra kompromis yol axtarmamaq üçün... Axı, şəxsən mən sizi tanıyıram. Siz Bəxtiyar Cavadovun sizinlə bağlı 29 ildir çapa verilməmiş müsahibəsinin qəhrəmanısız! Şəxsinizə böyük hörmətimiz var. Ağsaqqallığınızı işə salın... Allah haqqı, fermerlə mübarizə aparıb qalib olmanı heç kim qəbul eləmir. Və hələki elə bir qalibi də tanımırıq...
Nə isə..."
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edir. Dövlətimiz beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir.

COP29-un Azərbaycanda keçirildiyinin əhəmiyyəti çox böyükdür, bunu başa düşməyib pisləyənlər ya cahil, ya da ki..., amma baxaq görək regionlarımızda hazırlıq işləri necə gedib, yerlərə prezidentin təyin etdiyi rayon rəhbərləri, məmurlar və yerli sakinlər arasında hansı səviyyədə maarifləndirici tədbirlər keçirib. Ümumiyyətlə, yerlərdə olan vətəndaşlarımız COP29-un məsuliyyətini, eləcə də nə dərəcədə əhəmiyyətli olduğunu dərk ediblərmi?

COP29 tədbirləri paytaxta geniş vüsət aldığı günlərdə, bu günə və gələcəyə sağlam ekologiya naminə birlik olduğumuz vaxtda regionlarımızda məişət və istehsalat tullantılarının düzgün idarə olunmaması səbəbindən ətraf mühütə və ekologiyaya dəyən zərər kimin ayağına yazılacaq?

Kainat.tv-nin əməkdaşları COP29-la bağlı Hacıqabul və Beyləqan rayonlarında olub. Hər iki rayonda yerli sakinlərlə söhbətləşən əməkdaşlarımız xoşagəlməz mənzərə ilə rastlaşıblar. Bir qisim insan COP29-un yeni xəstəlik, bir qismi isə ümumiyyətlə bu boyda həngamənin nə olduğunu hələ də anlamadıqlarını deyib. Rayonda ekoloji vəziyyətdən danışmağa belə dəyməz - deyən bəzi vətəndaşlar hətta rayon rəhbərlərinin mövcud vəziyyətdən sui-istifadə edib, idarə və müəssisə rəhbərlərindən COP29-la bağlı vəsait topladığı da iddia edilib. Deyirlər, od olmayan yerdən tüstü çıxmaz.

Əcabə, görəsən ölkə başçısının daha da səmərəli iş görmələri üçün, adıçəkilən hər iki rayona təyin etdiyi yeni icra başçılarını buna vadar edən səbəb nədir!? Yerli sakinlərin belə bir iddiası ictimayi yerlərdə nədən müzakirə olunmalıdır. Vəziyyət belə olan halda ortaya çıxan sualların bir neçə cavabı var. Ya, bunlar COP29-un ölkəmizdə keçirilməsinə sevinmək istəmirlər və ya bu dünyəvi Tərəflər Konfransına mənfəət kimi baxırlar, bəlkə də, bəziləri kimi COP29-a müxalif olduqları üçün hazırlıqsızdırlar. Bunu da bildirək ki, biz media olaraq deyilənləri həqiqət olaraq qəbul etməyə borclu deyilik. Amma, necə deyərlər yaşayarıq, görərik...

Əsil məsələ isə bu gündən, yəni noyabrın 14-dən sonra bilinəcək. Davamı Qarabağda keçiriləcək COP29 tədbirlərinə qatılacaq qonaqlar əlbəttə ki, məlum bölgələrdən kecəcək. Hər icra başçısının gördüyü işlərin və hazırlıqların, eləcə də tədarüklərin hansı səviyyədə olduğu onda bilinəcək...!

Xatırladaq ki, Hacıqabul RİH-nin başçısı Sevindik Hətəmov, Beyləqan RİH-nin başçısı isə Əziz Əzizovdur.

Asiman Zeynalqızı
Kainat.tv
 
 
 
Ardını oxu...
"Naxçıvanda gəzən söz-söhbətə görə, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (Naxçıvanın "TƏBİB"i) direktoru Vüsal Məmmədov, İcbari Tibbi Sığortanın direktoru Elnur İbrahimov və çox sayda səhiyyə işçisi həbs olunub". "DİA-AZ" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası səhiyyə sistemində həbslərin keçirilməsi xəbərinə verdiyi reaksiyasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra bildirir: "Qeyd olunur ki, Vüsal Məmmədovu öz kabinetindən götürüblər. Bu həmin Vüsal Məmmədovdur ki, başqasının yazdığı məlumata görə məni məhkəmə ilə hədələyirdi. Görünür, ya lorla şoru ayıra bilmir, ya da mən binəvanı olduğumdan daha biçarə, Azərbaycanın Məhkəmə Hüquq Şurasını özünün dəftərxanası olaraq görürmüş. Bu zehniyyətə sahib olmasına baxmayaraq, Naxçıvanın bütün xəstəxanalarına nəzarəti bu adama tapşırmışdılar.
Yadıma Vaqifin dostu Vidadiyə xitabən yazdığı məşhur bir qəzəlindən bu beyt düşdü:
"Qurtaran əndişən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri təbdil olan mismarə bax!".
Yəni loru dillə desək, "Ey mıxı mismara döndərən Allah” məsələsi..."

"DİA-AZ" qeyd edir ki, dünən bu həbslərin xəbərini vermişdik...

YAZISI BURADA: Naxçıvan səhiyyəsində ŞOK HƏBSLƏR: Nazirin qolları da qandallanıb... - TƏFƏRRÜAT

"DİA-AZ" bildirir ki, əslində Vüsal Məmmədov keçmiş Naxçıvan rəhbəri Vasif Talıbovun yaxın adamlarından hesab olunur. Ümumiyyətlə, səhiyyə sistemində Talıbovun kadrları çoxluq təşkil edir və Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəfli məhz Naxçıvan Səhiyyə Nazirliyində hansısa islahat həyata keçirə bilməyib və hətta nazir təyinatının belə onun iradəsindən kənar baş verdiyi iddia olunur.
Ardını oxu...
Əlavə edək ki, "DİA-AZ"a Vüsal Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı məlumatlar daxil olub. Bu barədə növbəti yazıda xəbər verməyə çalışacağıq...
 
Ardını oxu...
Bir müddət bundan öncə ölkə mətbuatında “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovun qanunsuz əməllərindən bəhs olunmuşdu". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Qeyd edilmişdi ki, Nəsimi Əsədov tutduğu postdan istifadə edərək ali təhsili olmayan, Sumqayıtda bərbər işləyən qardaşı Rauf Əsədovu Laçında işıq idarəsinin müdiri vəzifəsinə yerləşdirib. Bundan başa, Nəsimi Əsədov bir sıra yaxın qohumlarını da Laçın rayonundakı dövlət qurumlarında yüksək maaşlı aparıcı işlərə qoyub, hətta sinif mediada çoxsaylı faktların yer almasına baxmayaraq, bugünə qədər Xidmət rəisinə gözün üstə qaşın var deyən yoxdur.

Yəqin elə buna görədir ki, əlaqədar qurumların susqunluğundan cəsarətlənən Nəsimi Əsədov heç bir ali təhsili olmadığı halda Laçın işıq idarəsinə müdir təyin etdirdiyi qardaşına 70 minlik bahalı avtomobil hədiyyə edib. Nəsimi Əsədov sahibi olduğu “Lexus” avtomobili haqqında mətbuatda yer alan yazılardan sonra özünə əlavə “Ford” markalı avtomobil alıb və Laçına bu avtomobillə gedib-gəlir. Xidmət rəisi bununla özü haqqında “daha kasıb rəis” görüntüsü yaradacağına ümid edir".

DAVAMI MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi başqa bir tenderdə “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC ilə 6.459.910 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 11.10.2024-cü il tarixdə yerləşdirilib.
Qeyd edək ki, 12.08.2024-cü ildə başlanılmış 91704 nömrəli tender müsabiqəsi 04.10.2024-cü il tarixdə yekunlaşıb.
Qeyd edək ki, bu müsabiqə üzrə müqavilə bağlanılmamışdan bir həftə əvvəl, 04.10.2024-cü ildə “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda “Azərenerji” ASC tərəfindən 13.09.2024-cü il tarixində Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirilmiş tenderdə (müsabiqə 91704), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən, “LUBRİSTAR LLC” MMC “Müvafiq sahədə təcrübə tələbi (oxşar işlər) üzrə təqdim olunan müqavilələrin icrasının 80 faizdən çoxunun tamamlanmış olması (təhvil-təslim və ya yekun təhvil-təslim aktları)”, maliyyə imkanları üzrə “EOQ-in 30% həcmində maddi vəsaitə çıxışının olması və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış” tələbləri ödənilmədiyi üçün, həmçinin sənədlər üzrə tələb olunan natamamlıqlar “Dövlət satınalmaları haqqında” Qanunun 23.11. maddəsinə əsasən 3 iş günü ərzində aradan qaldırılmadığı üçün təchizatçı Qanunun 35.1.1. və 35.1.3. maddələrinə uyğun olaraq satınalmadan kənarlaşdırıldığı bildirilir.
Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, “Azərenerji” ASC 04.10.2024-cü ildə 91704 nömrəli tender müsabiqəsindən kənarlaşdırdığı “LUBRİSTAR LLC” MMC ilə iki ay əvvəl işbirliyində olub. Belə ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi tenderdə “LUBRİSTAR LLC” MMC ilə 4.555.934,69 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 29.07.2024-cü il tarixdə yerləşdirilib. Qeyd edək ki, 10.05.2024-cü ildə başlanılmış 84073 nömrəli bu açıq tender müsabiqəsi 18.07.2024-cü il tarixdə yekunlaşıb.
Buradan suallar yaranır. Necə olur ki, “Azərenerji” ASC -nin rəsmiləri 2-3 ay əvvəl 4 milyon manat dəyərində müqavilə bağladığı “LUBRİSTAR LLC” MMC-nin uyğunluq göstəricilərində olan nöqsanları 3 ay sonra görə biliblər? Buradan görsənən odur ki, “Aərenerji” ASC -nin Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirildiyi zaman bu çatışmazlıqlara sadəcə göz yumub.
MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUBRİSTAR LLC” (VÖEN: 1302458571) Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.04.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 213 B, qanuni təmsilçisi kimi isə Şamilov Nəsib Paşa oğlu qeyd olunub.
Şirkətin rəsmi veb saytında qeyd edilmiş məlumatlara görə “Lubristar LLC” MMC şirkəti 2011-ci ildə Nordex Group bazasında yaradılmışdır. 2008-ci ildən Nordex Group Almaniyanın “Rheinol” motor yağlarının rəsmi distribyutorudur. 2014-cü ildə Lubristar LLC MMC “Shell Lubricants” şirkətinin Azərbaycanda makrodistribyutoru statusuna layıq görüldü və bu günə kimi “Shell” mühərrik yağlarının ölkəmizdə rəsmi təmsilçisidir. Şirkətimizin idxal etdiyi bütün “Shell” sürtgü məhsulları birbaşa “Shell Lubricants”-dan alınır, buna görə də biz məhsulların orijinallığına və keyfiyyətinə zəmanət veririk.
Maraqlıdır, “Azərenerji” ASC məhsullarının orijinallığına və keyfiyyətinə zəmanət verən “Lubristar LLC” MMC ilə 4 milyon manatdan çox dəyəri olan satınalma müqaviləsi bağladıqdan sonra eyni lot üzrə keçirdiyi tenderdən niyə kənarlaşdırıb?
Qeyd edək ki, son vaxtlar elektron mediada yayılan məlumatlara görə “Azərenerji” ASC nin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin Cəmiyyətin sədri Baba Rzayevə bağlı olduğu bildirilir. Elə noyabrın 11-də 6 milyonluq müqavilə bağladığı “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC-nin də Baba Rzayevlə bağlı olması barədə məlumatlar var. Görünür Baba Rzayev ya həmişə olduğu kimi ikili standartlar yolunu seçib, ya da “Lubristar LLC” ilə şəxsi maraqları toqquşub.

Aktualinfo.org
 
Ardını oxu...
araz.az-ın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti adından daha bir Müraciət daxil olub. Həmin Müraciəti də, olduğu kimi təqdim edirik. Etirazçılar deyirlər:
“Azərbaycan Dövlət Aqrar Universitetinə Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıqlar geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti ilə ADAU-nu artıq çökdürmüşdür. Aqrar təhsil ocağının tarixi inkişafı məhz sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişdir.
Amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov universiteti Bakıdan və müxtəlif xarici ölkələrdən idarə edir. Həftələrlə universitetdə tapılmır. Hamı ona artıq qiyabiçi rektor deyir. Bakıdan nə vaxt qayıtsa da iclasları çox sevdiyindən, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi, maşın-traktor parkını dağıtdı, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
Rektor “Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının müəllimi Taleh Vəliyevi gənc və qabilyyətli kadr olmasına baxmayaraq işdən azad etdi. Səbəb onun kafedra müdiri seçkisində Aydın İsayevə səs verməməsi idi. Ona görə də onu şərlədilər, tələbə qızları və bəzi laborant xanımları öyrədərək üzünə durdurdular və əmr verib işdən azad etdilər. Bu o Aydın İsayevdir ki, yarmarkada ayaqqabı satışı ilə məşğuldur. Bu adam kafedra müdiri işləməyinə baxmayaraq elektron resurslardan istifadə etməyi bacarmır, elekton kitabxanaya girə bilmir, adi bir məktubu emaillə göndərə bilmir. Aydın İsayev bunları və tədris etdiyi fənləri bilməsə də rüşvət alıb verməyi yaxşı bilir. Aydın İsayev bu gün 324 saylı otaqda 3-cü kurs tələbələrə aşıq-aşkar kurs işi satmaqla məşğuldur.
Tələbə qıza sataşmağına və haqqında kütləvi şikayət olunmasına baxmayaraq Zəfər Qurbanov Aydın İsayevi vəzifədən çıxartmır. Çünki prorektor Əhməd Məlikov, eləcə də fakültənin dekanı Təvəkgül İslamov rüşvət müqabilində Aydın İsayevi himayə edir. Halbuki, Aydın İsayevin tələbə qıza sataşmağını fakültənin dekanı Təvəkgül İslamov, eləcə də prorektor Əhməd Məlikov bilir, hətta qızın, eləcə də kafedra müdiri Aydın İsayevin izahatını alıblar, lakin hər ikisi ondan 5000 manat pul alıb, məsələni ört-basdır edirlər.
Bu gün ADAU təhsil sistemində görünməmiş, tamamilə qanunsuz olan daha bir ilkə imza atıb. Qanunvericiliyə görə, buraxılış kurs tələbələri hər bir tələbə üçün əvvəlcədən verilmiş bir-birindən tam fərqli olan müxtəlif mövzuda buraxılış işi yazmalıdır. Zəfər Qurbanov isə beş tələbəyə bir mövzu verir, beşinin də eyni mövzunu yazmasını tələb edir, bu tam plagiatdır, həm də təhsil qanunlarına tamamilə ziddir.
Hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyində sivil elmli, tədrisi və elmi bilən qabiliyyətli mütəxəssislər vəzifələrdən kənarlaşdırılır. Burada idarəçilik zorakılıq və müəyyən maraqlar çərçivəsində, üzdə Vətən, arxada şəxsi maraq siyasəti çərçivəsində aparılır.
“Baytarlıq təbabəti” fakültəsində isə, biabırçılıqların sonu, ümumiyyətlə, görünmür. Bu fakültədə dekan işləyən Şəlalə Zeynalova artıq müəllimlərlə, valideynlərlə davaya çıxır, onlarla əlbəyaxa olmaqdan belə çəkinmir. Bu xanımın, eləcə də rektor Zəfər Qurbnovun fəaliyyətini axırıncı parlament seçkilərində deputatlığa namizəd olmuş musiqi müəllimi Günay Məmmədova sosial şəbəkələrdə tamamilə ifşa etmişdir. Həmin videolar bütün sosial şəbəkələr üzərindən canlı olaraq yayımlanmışdır.
Həmin videoları da, Sizə göndəririk. Bu məsələlərin ictimailəşdirilməsində bizə köməklik etməyinizi Sizdən xahiş edirik!”.
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

 

Dünyapress TV

Xəbər lenti