Ardını oxu...
Biz bir media olaraq insan azadlıqlarına, insan hüquqlarına hörmət və ehtiramla yanaşırıq. Amma azadlığın da bir MƏSULİYYƏT deyilən sərhəddi var. Çox üzr istəyirik, hansısa məmur dövlət qurumunun binasını, dövlətin verdiyi xidməti kabineti az qala şəxsi kabinet kimi istifadə edir, istədiyi oyundan, əməldən çıxır... Bunun adı azadlıq və insan haqqı ola bilməz. Yəqin ki, diqqətli oxucular söhbətin bir müddət əvvəl FHN-nin binasında baş verən intim oyunlardan getdiyini bildi.
Yeri gəlmişkən, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Və rüsvay olan qadınlar FHN-nin vəzifəli şəxsindən dəymiş mənəvi ziyana görə təzminat tələb edirlər. Bütün bunlar azmış kimi, son günlər FHN-lə bağlı daha bir olay mediada yayılıb.
Birincisi, Fövqaladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın xidməti kabinetindən yayılan şəkildən görünür ki, xanım general başınınn üstündən Çar Rusiyasının imperatoru Nikolayın şəkilini asıb. İlk öncə, xanım general-mayordan soruşmaq istəyirik ki, sənə general rütbəsini Nikolay verib..?
Ardını oxu...
İkincisi, sən hansı dövlətin generalısan, xanım Şirinova.. Üçüncüsü, Nikolayın şəkilini evində, bağında başının üstündən assan, bizim sənə zərrə qədər iradımız olmaz. Sən Azərbaycan dövlətinin rəsmi qurumu olan FHN-də, xidməti kabinetində Nikolayın şəkilini asmısan. Bu dövlətin qurucusu Ulu Öndər, hazırda prezidenti isə cənab İlham Əliyevdir. Bütün dünyada rəsmi qurumlarda dövlətin başçısının şəkili asılır. Sənin Nikolay sevdalısı olmağını anlamaq olmur.
Bir daha deyirik ki, istəyirsən evində, yataq otağında Nikolayın şəkilini as, amma dövlət qurumunda olmaz. Qısa məlumat üçün qeyd edək ki, bu general xanım uzun illər Dövlət Gömrük Komitəsində kadr məsələlərinə baxıb və 17 ildir FHN-də kadr məsələlərini həll edir.
Təsəvvür edirsiniz az qala 30 ildir ki, bu xanım mühüm dövlət qurumlarında kadr məsələsinə rəhbərlik edir. Görəsən bu xanımın hansı igidliyinə, qəhrəmanlığına, şücaətinə görə, ona general-mayor rütbəsi verilib..?
Buyurun və əmin olun ki, Fövqəladə Hallar Nazirliyində Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor olan Şirinova Sevda Azər qızının tərcümeyi-halı barəsində ölkə mediasında bir cümlə, bir söz tapa bilmədik. Bu hələ harasıdır..?
Sevda Şirinova FHN-də kadr məsələsini öz bildiyi kimi həll edirmiş. Bəli, son günlər yayılan məlumata görə, FNN-nin 20 əməkdaşını toya getmək səbəbi ilə Sevda Şirinova işdən qovub. Onların arasında yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləri də var.
Doğrudan da maraqlıdır ki, məgər toya getməyə görə, 20 əməkdaşı birdən vəzifədən çıxartmaq, işdən qovmaq hansı qanuna uyğundur. Yəni töhmətlə, yaxud başqa bir cəza ilə də məsələni həll etmək olardı. Mediada yayılan məlumatdan bəlli olur ki, əslində toy neçə ay əvvəl olub, yəni toy məsələsi Sevda Şirinova üçün bir bəhanə imiş.
Belə ki, FHN-də 20 nəfərin vəzifəyə düzəlməsi 1 milyona yaxın edir. İndi bildinizmi, general xanım FHN-də kadr məsələlərini necə həll edir..? Hələ sosial şəbəkədə yazırlar ki, (biz yazmırıq haa, sosial şəbəkədə yazırlar), yaxın zamanda bir maraqlı video da yayılacaq. Bizi izləyin. //gundelik-baku.com//
 
Ardını oxu...
Ölkədə hotellərin, restoranların və digər əyləncə mərkəzlərinin çox olması heç də pis hal deyil, əksinə bu tipli məkanların çox olması dövlət bücəsinə təkan verir, iqdisadi cəhətdən ölkəmiz üçün, dövlətmiz üçün yaxşı haldır. Həmçinin ölkəmizə gələn turistlərin də ölkəmizə marağının artması baxımından müsbət dəyərləndirmək olar.

Amma çox təsüflər olsun ki, bəzi işbazlar bundan su-istfadə edir, süni qiymət artımı, dövlət bücəsinə vergi ödəməmək üçün özlərinə şəhərin insan ağlına gəlməyən yerlərində bu tip restoran açırlar, hələ bu azmış kimi restoranın ərazisində bir neçə 25-30 kvadratlıq yerlər düzəldib üstünə "12 saatı 30-40 manat" qiymət də yazırlar, bununla da bu işbazlar öz şəxsi bücələrini rahat şəkildə artıra bilirlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunlardan biri də Abşeron rayon Masazır ərazisində "Qurtuluş-93" deyilən yerin yaxınlığında duzlu göl ilə üzbəüz olan Tiri-Palma restoranıdır.

Məlumatın nə qədər doğru olub olmamasına əmin deyilik, sözü gedən məkanla bağlı araşdırma aparərkən məkanın Abşeron rayon Masazır bələdiyyəsinin keçmiş sədri Siyanfər Əliyevə məxsus olduğu iddia kimi səsləndirildi.

Məkana daxil olduqda kənardan diqqətmizi çəksə də içərdə olan xidmət demək olar Afrika restoranlarından heçdə fərqlənmir. Restoranın menyusu yox, hansısa sifarişi verdikdən sonra istənilən hesab deyilir, çek verilmir, hələ üstəlik xidmətçilərin müştəriyə münasibəti sanki müştəri xidmətçinin bankdan götürdüyü kiridet borcunu ödəməlidir kimi yanaşılır.

Restoranın ərazisində gecələməyə və yaxudda bir neçə saat istrahət etməyə xüsusi yerlər də hazırlanıb, 12 saatı 30 manata, daha az saatı daha ucuz qiymətə qalmaq mümkündür, kotejə isə daxil olduqda isti su tamami ilə gəlmir, soyuq su isə elə bir formada gəlir ki, o suda nəyinki duş almaq, heç əlini yumaq belə mümkün deyil, yatacaq yerinin yataq dəstləri bərbad halda, narazılığını bildirmək istəyəndə otaqda olan xususi telfonla nəzarətçiyə zəng etmək istəyəndə telfonun işləmədiyini görürsən və yaxudda telfonla sən danışırsan, nəzarətçi eşitmir, çölə çıxıb narazılığını bildirəndə isə müştəriyə "sən bir bura gələnlərin maşınlarının qiymətinə bax? Bura bilirsən kimlər gəlir? Bura bilirsən kimindir?" - kimi cavablar da eşitməmək mümkün deyil.

Sözü gedən məkanla bağlı biz kiçin araşdırmamızı edib problemi ictimailəşdirmək qərarına gəldik, bundan sonra isə söz adiyyatı üzrə qurumlarındır. İnanırıq ki, duz gölü ətrafında gizlənən sözü gedən məkanla bağlı hansısa tədbirlər görüləcək, necə deyərlər yazmaq bizdən cəza sizdən.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
https://www.tiktok.com/@apatvxeber/video/7223032714990062855?_r=1&_t=8baWsHiR0FO

Bir neçə gün öncə Bakının Suraxanı rayonunda yaşayan sakinlər KİV-ə, o cümlədən «Dəryaz» qəzetinin redaksiyasına müraciət edərək bildiriblər ki, aldıqları torpaqda ev tikmək istəyirlər, amma icra hakimiyyəti tərəfindən süründürməçiliklə üzləşirlər. İddia edirlər ki, daşı daş üstünə qoymaq istəyəndə sözügedən rayonun icra nümayəndəsinin əməkdaşları ərazidə  peyda olaraq onlara, “ev tikməyə icazəniz yoxdur” deyiblər. Müxtəlif “arqumentlərlə” onların ev tikmək haqqını əllərindən alırlar. Həmin ərazidə tikilən evlərin ara məsafəsi o qədər azdır ki, az qala bir-birinin içindədir. Amma bu vətəndaşlara isə heç bir arqument gətirilmədən “yox” cavabı verilir.

Bakı Memarlıq Layihələri Bürosunun baş memarı Rəşad Qasımlı isə təqdim etdikləri sənədlərin normativlərə tam cavab verdiyini, Suraxanı rayon İcra Hakimiyyətinin arqumentlərinin əsassız olduğunu deyir.

Suraxanı rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirilib ki, vətəndaş Ruslan Bağırovun elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.1., 69.4., 69.5.2-1. maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinin tələblərinə zidd hazırlanıb. Elə buna görə də RİH tərəfindən məhkəmədə iddia qaldırılıb. İşə məhkəmə müstəvisində baxıldığını nəzərə alaraq, sözügedən ərazidə hazırda tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmirik. O ki qaldı Rövşən Hüseynova, deyə bilərik ki, onun da elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi qanunvericiliyin yuxarıda sadaladığımız tələblərinə zidd hazırlanıb”.

Hüquqşünas Vüsal Səfərov isə icra qurumunun qərarının qanuna zidd olduğunu söyləyir. Hüquqşünas bildirir ki, vətəndaşın əlində daşınmaz əmlakın dövlət reystr xidmətindən çıxarış varsa, müvafiq icra orqanı bunu mübahisələndirə bilməz. Yəni mövcud halda mübahisələndirmək hüququ yalnız vətəndaşa məxsusdur.

Ev tikmək hüquqları əlindən alınan şikayətçilərin icra hakimiyyətinə ünvanladığı əsas suallardan biri isə açıq qalır. Qadağa qanuna uyğun təyin olunubsa, ərazidə digər ev tikənlərə niyə şamil edilməyib? Bu şəxslərə hansı qanunla və ya qanunun hansı üzü ilə icazə verilib?

İnternet istifadəçiləri baş verənləri korrupsiya ilə əlaqələndirirlər. Bildirilir ki, Suraxanı İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov rayon ərazisində bütün növ tikinti işlərinə rüşvət tarifləri müəyyənləşdirib və bu məsələdə hətta şəhid ailələrinə belə güzəşt edilmir. Bu və digər məsələlər ilə əlaqədar Mehman Hüseynova zəng vurub münasibətini öyrənməyə çalışdıq. Sorğumuzun məğzini anlayar-anlamaz dərhal telefonu qapadı.

Yeri gəlmişkən, Mehman Hüseynovu Suraxanı RİH-nin başçısı Əziz Əzizovun “qara kassası” adlandırırlar. Ümid edirik ki, heç olmasa cənab başçı özü məsələyə münasibət bildirib Mehman Hüseynovun əsas vəzifəsindən əlavə öhdəliklərinin olub-olmadığına aydınlıq gətirəcək.

Deryaz.az

Ardını oxu...
Cəmiyyətimizin həm Birinci, həm də İkinci Qarabağ müharibəsində dastan yazmış zümrələrinin sırasında təbii ki, həkimlərimiz, təcili yardım işçiləri də vardır. Onlar yaralı döyüşçülərimizə ilkin tibbi yardım göstərir, döyüş meydanından çıxararaq hospitallara, tibb müəssisələrinə çatdırırdılar. Həyatrlarını itirənlər də az olmamışdı. Vətən müharibəsi zamanı iki ay yaralı daşıyan, Təcili Tibbi Yardım Stansiyasında 15 il sürücü işləmiş, 2022-ci il noyabrın 22-də itkin düşmüş, sonradan şəhid oilduğu müəyyənləşmiş Fəxrəddin Yaqubovun şərəfli xidmət yolu buna əyani misaldır.
Adətən, işçilər 10 günlük ezam olunurdular və qayıdırdılar. Təəssüf hissi ilə qeyd edirik ki, ezamiyyətdə olan ekipaj üzvlərinin məvaciblərinin gecikdirilməsi ilə bağlı məlumatlar vardır. Ən acınacaqlı hal budur ki, həmin işçilərin həyat yoldaşları o dönəmdə tətbiq olunan karantin və komendant rejimində mesajla 2-3 saatlıq evdən çıxma icazəsi alıb ərlərinin maaşları üçün Bakı şəhər Təcili Tibbi Yardım avtobazasının direktoru Yaqub Məmmədovun qəbuluna düşəndə Yaqub onlarla məzələnir, get-gələ salırmış. Təsəvvür edin, müharibə vəziyyətində, ərləri ölüm təhlükəsi ilə üz-üzə qalan qadınlara bu cür münasibət göstərmək nə deməkdir!?
Əxlaq normaları və etik dəyərlərə münasibəti bir yana, Yaqub Məmmədov zatən öz vəzifəsinin də öhdəsindən gəlmir, daha doğrusu, səlahiyyətlərindən öz şəxsi maraqları naminə sui-istifadə edir. Dəfələrlə olub ki, Avtobaza tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mövcud qanunvericilik aktlarının və qaydaların bir sıra tələbləri gözlənilməyib, avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Bəzi hallarda müvafiq normativ aktların tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, artıq vakant ştatlar saxlanılaraq əmək haqqı proqnozlaşdırılıb və xərc smetalarında nəzərdə tutulmadığı halda vakant vəzifələr hesabına işçilərin əmək haqlarına əlavələr ödənilib. Direktorun yerlibazlığı, qohumbazlığı, işçiləri arasında ayrı-seçkilik etməsi də gəzən söhbətlər sırasındadır. Avtobazanın fəaliyyətində yer alan neqativ hallar cərgəsində ən ciddi araşdırma tələb edəni, hüquq müstəvisində qiymət verilməli olanı dövlət satınalmaları haqqında qanunun pozulması ilə müşayiət olunan tender sövdələşmələri, idarənin mühabirləşdiyi firmalara ödənilməli olan xidmət haqlarının, mal-material qiymətlilərinin, ehtiyat hissələrinin (müştük, elektrobenzonasos, dayaq lövhəsi, arxa amortizator, benzo-filtr, peçin radiatoru, şarovoy, vıjimnoy, termostat, stupitsa podşipniki, qabaq kalotka, qranat, yanacaq nasosu, su radiatoru, dartma yığımı, şüşə silgəci, su baçoku, vilka stepleni, hava filtri, şüşəsilən mexanizm, generator, qabaq və arxa işlək silindrlər, səsboğucunun araqatı, starter və s.) qiymətinin “şişirdilməsidir”. Qarajda Avtobazanın balansında olmayan maşınlara da pullu texniki xidmət göstərilir, ehtiyat hissələri, yanacaq və sürtgü materialları təcili yardıma aid olmayan avtomobillərə işlədilir, hətta idarənin özünün sürücüləri bu vəziyyətdən gileylənirlər.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Raufla yola getməyən avtobaza direktoru onun “ayağının altını qazaraq” Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinin gözündən salmaq, bu yolla təzyiq göstərməyə çalışır.
Yaqub Məmmədovun korruptiv əməllərinin sübutu kimi xidmət edəcək daha bir misal avtobazanın hazırda təqaüddə olan Elxan adlı işçisinin 20 nəfərdən qarajda işə düzəltmək adı altında xeyli miqdarda pul yığaraq aradan çıxmasıdır. Hazırda prokurorluğun icraatında olan həmin məsələ Yaquba başağrısı verməkdədir. Çünki şikayətçilər Elxanın onlardan pulu rüşvət kimi məhz qaraj direktoruna vermək üçün aldığını yazıblar. Lakin Yaqub Məmmədov özünü TƏBİB-in icraçı direktoruna sədrinə necə şirin satıbsa, görünən odur ki, Vüqar Qurbanov onu cinayət təqibi orqanından da qoruyacaq.

Nyus.Az
Ardını oxu...
Saatlının bir sıra kəndlərində əhali həyətyanı təsərrüfatı ilə yanaşı, sahələrdəki təsərrüfatını da suvarmağa su tapmır.

Kəndlilər deyirlər ki, torpaq kanallar da suyun gəlib çatmasına əngəl yaradır, çünki beton üzlüklü kanallardan fərqli olaraq, torpaq kanallara verilən suyun 38 faizi itkiyə gedir.

Saatlının suvarma sistemləri idarəsinin əməkdaşı Vüsal Allahverdiyev deyir ki, əhaliyə verilən su normadan az olduğu üçün artıq bir aydır kəndlərdə növbəli suvarma sisteminə keçilib.
 //BBC-Azərbaycanca//

Daha ətraflı aşağöıdakı videoreportajda:

 
Ardını oxu...
Füzuli rayonu, Qayıdış qəsəbəsi, ev 132 ünvanında yaşayan Hüseynov Elmir Rəşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qəsəbədə iş yerləri pulnan satılır, pulu olmayan işlə təmin olunmur:

“Mən, Hüseynov Elmir Rəşid oğlu, yazaraq sizə bildirirəm ki, 2018-ci ildən bu günə kimi dəfələrlə Fizuli Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Qəbulda şikayətimi bildirərək, iş tapa bilmədiyimi demişəm. İş yerlərinə girmək üçün fərqli məbləğlərdə pul istənilir.

Məşğulluq İdarəsində də qeydiyyata düşmüşəm. Mənə məşğulluq heyvan vermir. İcra Hakimiyyətinə bu şikayətlərimi dedikdən sonra Fizuli rayonunun prokuroru Elnur müəllim məni həmin gündən hədələməyə başladı.

Cənab prezidentə və Mehriban xanıma ünvanladığım məktublardan sonra məni İcra Hakimiyyətinə çağırıb bildirdilər ki, Məşğulluq Mərkəzi heyvan verənə kimi sənə hər ay 250 manat pul veriləcək və ərzaqla təmin ediləcəksən. Amma onu da vermədilər. Heç düşünmədilər ki, himayəmdə 2 azyaşlı körpə uşağım ac qalacaq.

Su idarəsində işləmək üçün 4 min, baxçada bağban işləmək üçün 3 min, Məşğulluq Mərkəzinin heyvan verməsi üçün isə 500 manat verməliyəm. İmkanım olmadığından pul verə bilmirəm, onlar da məni işlə təmin etmirlər”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Füzuli Şəhər Şöbəsi ilə əlaqə saxladıq. Aydınlaşdırıb, şikayətçi ilə əlaqə saxlanılacağı deyildi.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədovla bağlı şok faktlar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Vüsal Məmmədovla bağlı Hurriyyet.az saytının redaksiyasına şok faktlar daxil olub.

Belə ki, Gəncədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun “tələbə yoldaşı” kimi tanınan V.Məmmədovun diplomunun saxta olduğu iddia edilir.

Öncə onu bildirək ki, Vüsal Məmmədov əvvəllər Gəncədə və ətraf rayonlarda “Nuts”, “Snickers”, “Baunti” və s. növ şokoladların topdan satışı ilə məşğul olub. Yəni bu məhsulların istehsalı ilə məşğul olan şirkətlərin rəsmi distributoru və ekspeditoru olub. Sonradan isə Gəncədə “Hyundau” maşınlarının satışı ilə məşğul olub.

Məlumata görə, Mikayıl Cabbarov təhsil naziri olan zaman V.Məmmədov Gəncədə peşə liseyinə direktor təyin edilib. Bununla belə, onun Azərbaycanın heç bir ali məktəbində təhsil almadığı, saxta yollarla Dağıstan universitetinin diplomunu əldə etdiyi bilidirilir. Yəni guya orada təhsil alıb.

Mənbə deyir ki, Gəncədə hamıya Mikayıl Cabbarovun “sinif yoldaşı”, “tələbə yoldaşı” kimi təqdim olunan Vüsal Məmmədovun "krışası", əslində, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir.

“Əgər Vüsal Məmmədov Mikayıl Cabbarovla sinif yoldaşıdırsa, o zaman necə olub ki, biri Bakıda, digəri Gəncədə oxuyub? Onlar həqiqətən də tələbə yoldaşıdırsa, demək, Mikayıl Cabbarov da Dağıstan universitetlərindən birinin diplomunu alıb”, - deyə mənbə haqlı olara sual edir.

O da qeyd olunur ki, V.Məmmədov Gəncədə peşə liseyinin direktoru vəzifəsindən sonra Təhsil İdarəsinin 8 saylı Regional Hesablaşma Mərkəzinin rəhbərliyində çalışıb. Halbuki, onun mühasibatlıqdan anlayışı olmayıb. Bu baxımdan, hələ də çoxları bu suala cavab tapa bilmir ki, Mikayıl Cabbarov təhsil naziri olduğu zaman Dağıstan diplomlarının tanınmaması ilə bağlı göstəriş verdiyi halda, öz əmrini necə pozaraq Vüsal Məmmədovu vəzifəyə təyin edib?!

Mənbə qeyd edir ki, V.Məmmədov sonradan guya Gəncə Dövlət Univetsitetində “ikinci təhsil” alıb və hansısa yollarla bu təhsil ocağının diplomunu əldə etdikdən sonra Vergilər İdarəsinə rəhbər vəzifəyə keçib. Bu sahədə heç bir savadı olmasa da, o, hazırda da 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi işləyir./Hurriyyet.az/

Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Əlil qadın Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nəzdindədiki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən şikayətçidir.

Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, döngə 3 ev 18-də yaşayan I qrup əlil Aynur Heydərovadan gedir.

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-ya gileylənən əlil qadın illərdir ki, yüksək texnalogiyalı aşağı ətraf protezi ilə təmin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdiyini bildirib.

Onun sözlərinə görə nazirlikdən ona cavab verilib ki, yüksək texnologiyalı protez yalnız qazilərə verilir:

“Sol ayağım dizdən yuxarı hissəyə qədər kəsilib. Sağ ayaq barmaqlarımda da problem var. Evdə taxtalarla hərəkət edirəm. Ayaq üstə qala bilmirəm, yıxılıram. Mənim üçün çox çətindir. Övladım yox, yoldaşım isə həbsdədir. Elektron protezə ehtiyacım var.

Dəfələrlə nazirliyin müvafiq şöbəsinə yazılı müraciətlər etmişəm. Hətta nazir Sahil Babayevə də rəsmi ərizə ilə müraciətim olub. Amma ərizəmə cavab olaraq bildirilib ki, ikinci ayaqda da gərək problem ola ki, yüksək texnologiyalı protezlə təmin olunum.

Həmçinin bildirilir ki, həmin protez yalnız qazilərə verilir. Dövlətdən ehtiyaclarımı qarşılamaq üçün xanım verilib. Saat yarımlıq səyyar köməkçi xanım isə heç bir işi düzgün və tam olaraq yerinə yetirmir. Yemək bişirmək üçün əlavə köməyə ehtiyacım var.

Mənə lazımdır ki, həftədə iki dəfə ev yığışdırmaq, bazarlıq və bir dəfə yemək bişirilməsi üçün əlavə xanım verilsin. Amma bu, şikayətlərimə də baxılmır. Nazirliyə isə bu durumda gedə bilmirəm”, - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov Bizim.Media-ya bildirib ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan Heydərova Aynur Saleh qızı 2021-2022-ci illərdə sadə kreslo araba və mühərrikli təkərli oturacaqla, aşağı ətraf protezi, bu ilin fevral ayında sanitar təchizatlı araba ilə təmin edilib:

“Aynur Heydərova hazırda yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Bununla bağlı bildiririk ki, hazırda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı həyata keçirilir”.
Ardını oxu...
Daha bir təhsil müəssisəsi rüşvət qalmaqalı ilə gündəmə gəlib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllimin tələbədən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

TEREF.AZ bildirir ki, Yenisabah.az-a daxil olan audiofaylda imtahan zamanı müəllimlərin tələbədən rüşvət istəməyindən bəhs olunur.

Audiofaylı redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, hadisə Pərvin adlı müəllimin imtahan götürdüyü auditoriyada baş verib. Söhbətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qiyabi şöbəsinin müdiri Güllübəyim adlı müəllim də iştirak edib.

Səs yazısından aydın olur ki, tələbələrdən biri 2 ay dərs buraxıb. Qaiblərının silinməsinin və qiymətlərin yazılması müqabilində ondan 700 manat rüşvət tələb olunub. Tələbə isə atasının xəstə olduğunu, bu vəsaiti ödəməyə gücünün çatmadığını deyərək, 300-400 manatla problemi həll etməyə çalışıb.

Bu vaxt söhbətə kollecin qiyabi şöbəsinin müdiri Güllübəyim müəllim qarışıb. O, Şahinin (Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi – red.) bu məbləğlə razılaşıb-razılaşmayacağına əmin olmadığını deyir. Nəhayət, müəllimlər tələbəyə atası ilə danışıb gücü çatan məbləği gətirməyi məsləhət görürlər.

Sözügedən səs yazısını təqdim edirik:

 
Ardını oxu...
Yenə Xətai rayonu, yenə gizli aparılan tikintilər, yenə "gözüyumulu" Şəhərsalma və Arxitektura komitəsi...

Bu üçlüyün bir üzvü (tikinti aparan sahibkar) tez-tez dəyişir, digər ikili isə "karam, koram, lalam" prinsipini nələrinsə, hansısa maraqlarınsa xatirinə səbrlə davam etdirir.

Xətai rayonunun istər yaşıllıq sarıdan, istərsə təmizlik sarıdan elə də "bəxtəvər" bir rayon olmadığı barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar yayımlamışıq.

Lakin, davam edən eyni proseslər bizi bu mövzuya təkrar-təkrar qayıtmağa məcbur edir.

Xatırlayırsınızsa biz əvvəllər də "8 noyabr" prospekti boyunca bir neçə kanalizasiya quyularının qapaqsız olduğundan, Həzi Aslanov qəsəbəsində, həmçinin "Kənd Əhmədli" qəsəbəsində küçələrin natəmizliyindən, yüksək gərginlikli elektrik xətlərinin evlərin üzərindən, heyətlərin içindən keçdiyindən və gecədən-gecəyə aparılan ev, obyekt tikintilərindən bəhs etmişdik.

Özü də qeyd edək ki, o zamanlar həmin tikintilər barəsində sorğular, müraciətlər göndərdiyimiz istər Şəhərsalma və Arxitektura Komitəsi olsun, istərsə də Xətai rayon İcra Hakimiyyətinin bəzi məsul şəxsləri sözügedən qanunsuzluqları aradan qaldırmaq yerinə, bizim yazıları silməmiz üçün hərəkətə keçdilər. Amma, təsirimiz o oldu ki, tələm-tələsik barəsində yazdığımız hər iki tikintinin üstləri gecəylə örtüldü və bununla da məsələni qapatmış olduqlarını sandılar.

İndi də bir neçə ay əvvəl barəsində məlumat verdiyimiz - həmin, o gecələr tikilən, üstü tələm-tələsik örtülən ikimərtəbəli obyektin düz qarşısında (Xətai rayon Həzi Aslanov qəsəbəs, Kazımağa Kərimov küçəsində) daha böyük bir tikinti aparılır. Nə hikmətsə, bu tikinti də yalnız gecələr aparılır.

Ardını oxu...
Humanist xalqımızın bir saf kəlməsi var, deyirlər, "başçının bundan xəbəri yoxdur".

Tamam, bəlkə başlayanda xəbəri olmur, amma başladıqdan sonra aidiyyatı olan-olmayan hər kəsin xəbəri olduğunu hamımız bilirik. Bundan əlavə, ötən yazımızda "DogruXeber.az" olaraq biz özümüz rəsmi şəkildə bildirdiksə də dəyişən bir şey olmadı. Hətta, yuxarıda da qeyd etdiyimiz kimi Kazımağa Kərimov küçəsində eyni ünvanda ikinci tikinti başlayıb və artıq ikinci mərtəbədə iş gedir.

Yalnız gecələr!!!

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq. Hələliksə, gözləyək görək Xətai rayon İcra Hakimiyyəti ilə Şəhərsalma və Arxitektura Komitəsi buna nə münasibət bildirəcək.

P.S: Yeri gəlmişkən, əslində biz münasibət öyrənmək üçün Şəhərsalma və Arxitektura Komitəsinə zəng etdik, avtomatik operatorun dediyi qaydada - "0"a toxunub operatorun cavabını gözlədik. Lakin, bizi biraz gözlətdikdən sonra dəstəyi qaldırıb, dərhal asdılar. Burdan da belə görünür ki, komitənin bunun üçün əmək haqqı alan işçiləri də komitəyə zəng edənləri belə yola verir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Dünyapress TV

Xəbər lenti