Aziz_Azizov.jpg
https://www.tiktok.com/@apatvxeber/video/7223032714990062855?_r=1&_t=8baWsHiR0FO

Bir neçə gün öncə Bakının Suraxanı rayonunda yaşayan sakinlər KİV-ə, o cümlədən «Dəryaz» qəzetinin redaksiyasına müraciət edərək bildiriblər ki, aldıqları torpaqda ev tikmək istəyirlər, amma icra hakimiyyəti tərəfindən süründürməçiliklə üzləşirlər. İddia edirlər ki, daşı daş üstünə qoymaq istəyəndə sözügedən rayonun icra nümayəndəsinin əməkdaşları ərazidə  peyda olaraq onlara, “ev tikməyə icazəniz yoxdur” deyiblər. Müxtəlif “arqumentlərlə” onların ev tikmək haqqını əllərindən alırlar. Həmin ərazidə tikilən evlərin ara məsafəsi o qədər azdır ki, az qala bir-birinin içindədir. Amma bu vətəndaşlara isə heç bir arqument gətirilmədən “yox” cavabı verilir.

Bakı Memarlıq Layihələri Bürosunun baş memarı Rəşad Qasımlı isə təqdim etdikləri sənədlərin normativlərə tam cavab verdiyini, Suraxanı rayon İcra Hakimiyyətinin arqumentlərinin əsassız olduğunu deyir.

Suraxanı rayon İcra Hakimiyyətindən isə şifahi olaraq bildirilib ki, vətəndaş Ruslan Bağırovun elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.1., 69.4., 69.5.2-1. maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 saylı Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4-cü maddəsinin 4.13-cü bəndinin tələblərinə zidd hazırlanıb. Elə buna görə də RİH tərəfindən məhkəmədə iddia qaldırılıb. İşə məhkəmə müstəvisində baxıldığını nəzərə alaraq, sözügedən ərazidə hazırda tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmirik. O ki qaldı Rövşən Hüseynova, deyə bilərik ki, onun da elektron müraciətlərlə təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi qanunvericiliyin yuxarıda sadaladığımız tələblərinə zidd hazırlanıb”.

Hüquqşünas Vüsal Səfərov isə icra qurumunun qərarının qanuna zidd olduğunu söyləyir. Hüquqşünas bildirir ki, vətəndaşın əlində daşınmaz əmlakın dövlət reystr xidmətindən çıxarış varsa, müvafiq icra orqanı bunu mübahisələndirə bilməz. Yəni mövcud halda mübahisələndirmək hüququ yalnız vətəndaşa məxsusdur.

Ev tikmək hüquqları əlindən alınan şikayətçilərin icra hakimiyyətinə ünvanladığı əsas suallardan biri isə açıq qalır. Qadağa qanuna uyğun təyin olunubsa, ərazidə digər ev tikənlərə niyə şamil edilməyib? Bu şəxslərə hansı qanunla və ya qanunun hansı üzü ilə icazə verilib?

İnternet istifadəçiləri baş verənləri korrupsiya ilə əlaqələndirirlər. Bildirilir ki, Suraxanı İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov rayon ərazisində bütün növ tikinti işlərinə rüşvət tarifləri müəyyənləşdirib və bu məsələdə hətta şəhid ailələrinə belə güzəşt edilmir. Bu və digər məsələlər ilə əlaqədar Mehman Hüseynova zəng vurub münasibətini öyrənməyə çalışdıq. Sorğumuzun məğzini anlayar-anlamaz dərhal telefonu qapadı.

Yeri gəlmişkən, Mehman Hüseynovu Suraxanı RİH-nin başçısı Əziz Əzizovun “qara kassası” adlandırırlar. Ümid edirik ki, heç olmasa cənab başçı özü məsələyə münasibət bildirib Mehman Hüseynovun əsas vəzifəsindən əlavə öhdəliklərinin olub-olmadığına aydınlıq gətirəcək.

Deryaz.az

Bölmənin digər xəbərləri

17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti