Ardını oxu...
Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə bağlı "Azərbaycan Reallığı"na saytına daxil olan məlumata görə tibb müəsissəsində vəziyyət heçdə ürəkaçan deyil. Belə ki, xəstəxanada baş direktor tərəfindən nizam-intizam yaradılsada, Nürəngiz Bəşirovadan narazılıq durmadan artır.

Xanım Bəşirovadan narazılığın artmasına səbəb isə baş direktorun həkimləri, tibb bacılarını və dugər işçiləri şəxsi heyyətin qarşısında təhqir etməsi, müxtəlif ağır sözlərlə tənqid etməsi və hədələməsidir.

Saytımıza daxil olan məlumatda bildirilir ki, hazırda Beyləqan xəstəxanasına işə qəbul olunmaq üçün Nürəngiz Bəşirova tərəfindən qoyulan qiymət gün-gündən artırılır. Xanım Bəşirova ilə işə girənlər arasında vasitəçilik edənlər isə bunu onunla izah edirlər ki, TƏBİB rəhbərliyi xəstəxanaya ayrılan ştatlara görə qiyməti qaldırıb.

Beyləqanda xəstəxanasına təmziləyici kimi işə girməyin qiyməti 5 min, sürücü isə 9 min manatdan başlayır. Əldə etdiyimiz digər məlumatda isə qeyd edilir ki, Nürəngiz Bəşirova ilə keçmiş baş həkim Leylan Nəsirova arsında qalmaqal yaranıb. Belə ki, baş həkim vəzifəsinə təyin olunmaq üçün xanım Bəşirovaya 45 min manat pul verən Leylan Nəsirova həmin pulunu geri istəyir.

Buna səbəb isə Leylan Nəsirovanın cəmi 2 ay baş həkim işləməsidir. Məlumata görə Leylan Nəsirova baş həkim təyina olunandan 2 ay sonra Nürəngiz Bəşirova ilə işləyə bilməyəcəyini başa düşüb və bun görədə istefa ərizəsi yazıb. Baş həkim vəzifəsindən ayrıldıqdan sonra Leylan Nəsirova verdiyi 45 min manatın bir hissəsini Nürəngiz Bəşirovadan tələb edib.

Xanım Bəşirova isə ona 30 min manat verəcəyi vədi verib və yeni baş həkim təyin olunan Bayram Hacıyevdan 10 min manat alıb Leylan Nəsirovaya olan borcun bir hissəsini ödəyib. Məlumata görə Nürəngiz Bəşirovanın əlində kifayət qədər pullar olsada Leylan Nəsirovaya olan 20 min manat borcu qaytarmaq istəmir.

Əldə etdiyimiz məlumata görə Beyləqan və Xocavənd rayonlarında Nürəngiz Bəşirovanın adına qızıllı Nürəngiz adı qoyublar. Buna səbəb isə xanım Bəşirovanın hər ay çoxlu qızıl almasıdır. Bundan başqa Nürəngiz Bəşirovanın Bakı şəhərində oğluna əlavə bir neçə mənzil aldığıda deyilir. Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://www.azerbaycanrealligi.com/manet/9107-beyleqan-xestexanasinda-nurengiz-beshirova-ruzgari-xanim-bash-direktor-ishe-girmeyin-qiymetini-qaldirib.html
AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Bir neçə gün əvvəl İmişli rayon sakini Həsənova Samirə Voroşil qızı "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, çarəsiz durumda olduğunu bildirdi.

Səbəbini isə belə izah etdi ki, "İmişli rayonunda 3 gün birinin, 5 gün birinin evində qonaq kimi yaşayıram. Evim yoxdur. Xəstə övladım var, o da açıq ürək əməliyyatı olunmalıdır ki, bunun üçün də 17.000 (on yeddi min) manat pul lazımdır. Bu məbləği toplamaq üçün Allah razı olsun, rayon sakinləri pul yığırlar. Özüm də balam üçün işləmək, balama kömək etmək istəyirəm, iş tapa bilmirəm. Məşğulluq mərkəzi də, "DOST" iş mərkəzləri də məni sanki ələ salırlar. Gah deyirlər "sizə uyğun iş yoxdur", gah da əlimə iş yeri siyahısı verib müxtəlif ünvanlara göndərirlər, gedirəm, cavab verirlər ki, "artıq, başqa adam götürmüşük". Rayonun içində mən idarədən iş yerinə gedənə qədər güya o işə artıq başqa adam götürürlər. Bələdiyyəyə müraciət edirəm, deyir - "Vallah bizlik deyil, başçı əmr versin, bu dəqiqə işə götürüm səni. Mənlik deyil, ora de". Çarəsiz qalıb yenidən İcra Hakimiyyətinə üz tuturam, məni təzədən göndərirlər məşğulluq idarəsinə. Bu qədər dərdin içində mənimlə sanki oyun oynayırlar".



Doğrusu xanımı dinlədikcə elə biz də elə düşünməyə başladıq.

Bu nə deməkdir?
Rayon rəhbərliyi və məsul şəxslər vətəndaşla zarafatmı edir?

Özü özünü maliyyələşdirməsi üçün kifayət qədər gəlir mənbələri olan İmişli rayonunun bu çarəsiz sakininin istədiyi o qədər də böyük, əlçatmaz bir şey deyil axı. O sadəcə yaşamaq üçün bir sığınacaq, balasını dolandırmaq üçün bir iş istəyir.

Hörmətli Elçin Rzayev, vətəndaş Samirə xanım kimlərsə kimi havayı pul istəmir ki, deyir, "iş verin, işləyim, bir tikə çörəkpulumu qazanım.

Xanımın özü demişkən, necə olur ki, İcra Hakimiyyətinin özündə belə maşallah yaxın qohumlarınıza, ailə üzvlərinizə, həmçinin rayonda fəaliyyət göstərən iş adamlarının yaxınlarına (rəsmi və ya qeyri-rəsmi) iş yeri tapıb, yerləşdirə bilirsiniz?!

O sahibkarlar ki, hər bayramda cibinin pulu ilə şəhid ailələrinə, qazilərə bayram sovqatı paylamaq məcburiyyətində qalır, özü də özünün yox, rayon İcra Hakimiyyətinin, yaxud YAP təşkilatının adından.

Bütün olanlardan xəbərimiz vare, sadəcə deyirik, kim verir-versin, əsas odur bu həssas təbəqənin insanları heçolmasa 1 poket makaron, 1 qutu çay və 1 kiloqram qəndlə də olsa xatırlansın. Belə baxanda baha başa gəlsə də İcra Hakimiyyətinin səfasını da sürən onlardır. Amma, heçolmasa vəzifənizin deyil, Allahın xatirinə bu binəva sakinləri də gör.

Vətəndaş qəbulunu müavinlərinə həvalə edən Elçin Rzayevin nə sakinlər nə də rayonun təmizliyi, abadlığı maraqlandırmadığı rayon camaatının narazılıqlarında əks olunur.

Yeri gəlmişkən, yuxarıda diqqət etdinizsə, xanım deyir ki, "Bələdiyyə sədri deyir, "vallah mənlik deyil, başçı əmr versin bu dəqiqə səni işə götürüm "."

Bəs deyirdilər bələdiyyə ayrıca qurumdur, İcra Hakimiyyətinə aidiyyatı yoxdur?
Əgər belədirsə bələdiyyə sədri niyə Elçin Rzayevdən əmr gözləyir?

Qeyd edək ki, Samirə xanımın "Kamalın zamanı" proqramında canlı yayımda dedikləri ilə bağlı mövqe öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini Rüfət Muradov ilə telefon əlaqəsi saxladıq.

Rüfət Muradov bildirdi ki, xanım gəlsin mənim yanıma, özüm qəbul edəcəm.
Biz də Samirə xanıma İcra Hakimiyyətinə getməsini dedik.
Elə həmin gün də Samirə xanım İcra Hakimiyyətinə gedib, Rüfət Muradovla görüşüb. Görüş zamanı Rüfət Muradov bildirib ki, "Sabah tədbir var, birigün sənə zəng edəcəyik".

Qeyd edək ki, artıq bir həftə müddət keçməsinə baxmayaraq, xanım bildirir ki, icra hakimiyyətindən onunla əlaqə saxlayan olmayıb.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Jalə Asiman
DoğruXeber.az

Ardını oxu...


İki gün öncə DİN-in Qərb bürosu Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyevin tutduqları vəzifədən azad olunmaları barədə məlumat yaymışdı.

Bildirilmişdi ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə onların hər ikisinin sərəncama göndərilib. Ancaq bunun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməmişdir.

Maraqlıdır ki, iki yüksək vəzifəli polis zabiti birdən-birə niyə sərancama göndərilsin ki? 7GÜN TV -yə bu barədə maraqlı məlumat daxil olmuşdur.

Qazax RPŞ-nin xidmət üzrə rəisi müavini Fəxri Aslanov və Daş Salahlı PB-nin rəisi Amil Hacıyevin arasında əlbəyaxa dava bir qadına görə olub. Bunu hüquq mühafizə orqanlarındakı etibarlı mənbə deyir. Hələlik həmin qadının kim olduğu dəqiq bilinmir. Məlumatda deyilir ki, daha sonra polis zabitləri bir-birinə üzərlərində olan xidməti silahla atəş açıb. Deyilənlərə görə hadisə zamanı onlardan heç biri ciddi xəsarət almayıb.

Məlumata görə Qazax rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov bu hadisəni gizlətməyə çalışıb. O, hətta buna görə hər iki polis zabitindən külli miqdarda pul alıb. Ancaq hadisəni bilən polis əməkdaşlarından biri bu hadisəni müxtəlif gizli yolla lazımi yerlərə çatdırıb. Məhz bundan sonra işin üstü açılıb.

Maraqlıdır ki, iki polis zabiti arasında düşən dava-dalaşa səbəb olmuş qadın kimdir?

Bu barədə araşdırmalardan sonra ətraflı məlumat verməyə çalışacağıq.

Ardını oxu...
Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın cinayət əməlində ittiham olunduğunu xəbər vermişdik. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib. İki il sonra isə mərhumun ölümü ilə bağlı saxta arayış verib.

Məsələ ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

DİA.AZ bildirir ki, bu barədə Bizim.Media-ya Respublika prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.

Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.

Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.

İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib.

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın saytımıza verdiyi açqlamaya görə saxta arayışın verilməsi işçisinin yalnışlığı səbəbindən olub. Ölən şəxsin təqaüdünü isə özü deyil, nəvəsi mənimsəyib.

Bundan isə mərhumun nəvəsi bələdiyyəyə arayış üçün müraciət edəndə xəbərləri olub. Aygün Mirzəyeva bu məsələdə ona böhtan atıldığını iddia edir.

Onu da bildirək ki, mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib. Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib.

Görünən qədərilə, cinayət əməlində Lənkəran şəhər bələdiyyəsi ilə yanaşı TƏBİB də məsuliyyət daşıyır. Hərçənd ki, TƏBİB təxminən 20 gün əvvəl onlara bu barədə ünvanladığımız sorğumuzu hələki cavablandırmayıb.

Belə ki, ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, ölən şəxsin adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır...

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 179.2.4.(xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsinə görə təqsirləndirilən şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 313-cü maddəsinə (vəzifə saxtakarlığı) görə tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə şəxsi 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

320. 2-ci maddədə isə (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) qeyd olunur ki, şəxs 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, gənc heykəltaraş Elxan Zeynalov XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi münasibətilə hazırladığı büstün Gədəbəy rayonunda qoyulması ilə bağlı Gədəbəy rayon icra başçısı Orxan Mürsəlova müraciət ünvanlayıb. Lakin icra başçısı büstün Gədəbəydə qoyulmasından imtina edib.

TEREF.AZ-ın məlumatına görə, bu barədə Pravda.az-a danışan Elxan Zeynalov bildirib ki, Gədəbəy RİH heykəlin postamentini hazırlatmaq üçün maddi vəsait ayırmamaqdan ötrü bəhanə gətirib.

“İcra başçısının birinci müavini Natiq Nağıyev təklif etdi ki, Mir Cəlal Paşayevin fəaliyyət göstərdiyi yeddillik məktəbdə onun üçün ayrılan otağa qoysunlar. Onun sözlərinə görə, məktəbdə büstü qoymaq üçün Təhsil Nazirliyi pul ayırmalıdır. Bu təkliflə razılaşmadım, çünki büst monimental əl işidir deyə, onu qapalı yerdə saxlamaq olmaz. Bildirdim ki, Gədəbəyin əlverişli guşəsində büstü qoyub, ətrafında kiçik bağ salmaq olar. Natiq Nağıyev isə cavabında dedi ki, “axı o zaman pulu Təhsil Nazirliyi ayırmayacaq...” Aydındır ki, RİH büstün postamenti üçün xərc çəkmək istəmir. Sonra yenə əlaqə yaratmaq istəsəm də, N.Nağıyev mesajlarımı oxuyub, cavab yazmadı. Ayıbdır, bu, Mir Cəlal Paşayevə böyük hörmətsizlikdir”, - E.Zeynallı bildirib.

Onun sözlərinə görə, Gədəbəy RİH büstə sahib çıxmadığına görə Gəncə rayon icra başçısı Niyazi Bayramova müraciət ünvanlayıb: “Lakin onlardan da müsbət cavab ala bilmədim. Başçının birinci müavini Səməd Tomuyev təklifimdən imtina edildiyini bildirdi”.

Xatırlatma: Mir Cəlal Paşayev 1928-ci ildə Gəncə Darülmüəllimi bitirdikdən sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik edib. O, 1929–1930-cu illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə və Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilib.
 
Ardını oxu...
 


 "Sizə deyim Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdən. Yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri qanuni şəkildə Küznüt məktəbindən birbaşa məktəbə həm müəllim, həm də təlim -tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovadan (bu arada qeyd edim ki, hər ikisi də Isa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır, Vüsalə Qənbərova həm də təhsil nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumudur)". Btünü bunlar DİA.AZ-a göndərilən və Naxçıvan təhsilindəki eybəcər durumu əks etdirən faktlarda əks olunub.

 

Bu barədə DİA.AZ-a göndərilən məqalədə daha sonra deyilir: "Demək, hər iki şəxsin məktəbdə etdikləri qanunsuzluqlarin həddi hesabı yoxdur, nədənsə şikayət edəndə "nazir bilir", "nazirin xəbəri var", "icazəsin almışıq" cavabını verirlər.

Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var, bu siniflərin sinif rəhbərlərinin demək olar ki əksəriyyəti məktəbin vəzifəliləridədir. Sinif rəhbərləri

5a -kitabxana müdiri,
6a təlim -tərbiyə işləri üzrə direktor müavini,
6b-8a -psixoloq,
8b-direktor,
7c-uşaq birliyi,
9a-təşkilatçı,
11b-hərbi rəhbər

kimi icra edirlər, sənəd üzrə sıravi müəllimlərin adına yazılib pulları müəllimlər alıb çatdirirlar sadaladiğım şəxslərə.

Bundan əlavə, uşaq birliyi rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda həm 12 saat dərs yükü əlavə olaraq 12saat məktəbə hazırlıq qrupunun və 7c sinifinin sinif rəhbəridir.

Məktəb üzrə Naxçıvan, Ortaq türk və Zəfər tarixi dərsdənkənar məşğələ saatlarını direktor mənimsəyib, üstəgəl tədris etmir.

Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Əliyeva Leylanın adına yazılir, psixoloq Pərvanə Vəliyeva nəzarət edir... sənədləşməsini aparır jurnalları işləyir, onun da pulu direktora çatır (bu arada qeyd edim ki Pərvanə müəllimə Isa Həbibbəylinin gəlinin daycanısidir).

Məktəbdə olan 4 ölü can yanvar ayından dirilib işə çıxırlar. Bu sadaladıqlarım məktəbdə baş verən qanunsuzluqların bir qismidir".

DAVAMI MÜTLƏQ VAR...

Bizi izləməkdə davam edin... iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Mən Məmmədov Cavid İkram oğlu Göyçay rayon sakiniyəm. Ailəliyəm və iki azyaşlı oğlum var. Kiçik övladım anadangəlmə serebral iflic xəstəsidir. Həmçinin, özüm də 10 il müddətdir ki, onkologi xəstəyəm. Öz evimiz olmadığına görə kirayədə qalırıq. Fiziki əmək qabiliyyətim yoxdur. Velosipedin üzərinə baqaj quraşdırmışam. Onunla Göyçay ərazisində gəzib-dolaşaraq corab satıram. Hər satdığım corabdan 10 və ya 20 qəpik qazanc əldə edirəm. Həmin pulun bir qismini ailəmin ehtiyaclarına, qalan hissəsini isə boğazımızdan kəsərək neçə illərdir ki, yığırdım. Çünki, bir gün öz evimizin olacağı arzuları ilə yaşayırdıq. Xəyallarımızın kerçəkləşməsi ümidilə hətta dəfələrlə gecələri ac yatardıq. Beləliklə minbir əzab-əziyyətlə artıq 4000 (dörd min) pul yığmışdıq. Göyçay Çayının ətrafında boş torpaq sahəsi satıldığına dair məlumat aldım. Mülk sahibi ilə razılaşaraq o yeri almaq qərarına gəldik. Lakin, bunun bir əmması var idi. Belə ki, həmin ərazidə yaşayan sakinlərin heç birinin torpağ haqqında çıxarışı yox idi. Buna baxmayaraq ərazidə yüzlərlə tikili evlər mövcuddur. Biz də öz növbəmizdə həyat yoldaşımla müzakirə edərək həmin torpağı alacağıq deyə qəti qərara gəldik. Bundan sonra Göyçay şəhər Bələdiyyəsindən müəyyən sənədlər aldıq. Yenə corab satmağa davam edərək pul yığırdım. Bu dəfə isə qum, sement, daş və digər lazımi şeylər aldıq. Valideynlərimiz də bizə qismən maddi dəstək oldular. Allahın iznilə evin bünövrəsini tökdük və cəmi iki mişar daşı (kubik) hörgü hörmüşdük ki, Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimizə çökdü. Təcili olaraq tikintini dayandırmağımızı və torpaq sahəsini tərk etməyimizi tələb etdilər. Təkcə bizə deyil, ətrafda yaşayan bütün sakinlərdən eyni şey tələb olunurdu. Göyçay Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə buraya xeyli polis qüvvəsi də cəlb edildi. Məmur-vətəndaş arasında böyük insident yaşandı. Hadisədən sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdik. Ancaq qeyri-qəbul vaxtı olduğuna orada görə bizi Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev qəbul etdi. Ayaz Məmmədəli oğlu Səfərəliyevə narazılığımızı bildirdik. Ona "Dövlət orqanlarına şikayət edəcəyik", - dedik. O, "Elə dövlət mənəm da, siz kimə şikayət edəcəksiniz?" - söylədi. Biz isə yuxarı instansiyaları nəzərdə tutduğumuzu deyəndə o, "Sizdən öncə bir nəfər də məndən yazıb-tökmüşdü, məhkəməyə verib 300 (üç yüz) manat təzminat kəsdirdim. Əgər məndən yazsanız, sizi də eyni aqibət gözləyir", - deyərək açıq-aşkar bizi təhdid etdi. Hansıki həmin şəxs birinci qrup hərbi əlildir. Onun ictimai fəal olması Ayaz Səfərəliyev kimi "məmur"lara sərf eləmir. Ola bilsin ki, yuxarıda qeyd etdiyim həqiqəti Ayaz Səfərəliyev inkar etsin. Sübut üçün Göyçay Rayon İcra Hakimiyyətinin müşahidə kameralarına baxmaq kifayətdir.
Cənab Prezident! Layihə planına əsasən, Göyçay Çayının üzərindəki Qırmızı Körpünün yanından sabiq deputat Elxan Süleymanovun malikanələrinin yanına qədər olan ərazidə park və əyləncə mərkəzləri salınacaqdır. Adını "istirahət zonası" qoyduqları yerlər kasıb və sahibsiz insanların sökülmüş evlərinin yerində, həyətyanı torpaq sahələrində inşa ediləcəkdirsə, bu əsl ədalətsizlik və özbaşınalıq deməkdir. Siz Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq 17 oktyabr 2022-ci il tarixdə Natiq Nuşravan oğlu Ağayevi Göyçay Rayon İcra Hakimiyyəti başçısı təyin etmisiniz. Ona ilk tapşırığınız isə, " Get xalqa doğru-dürüst xidmət eylə", - sözündən ibarətdir. Əgər Sizin göstərişinizdən sonra o, bizim kimi çulsuz, kasıb insanların mülkünü əlindən almaqla "park" salacaqdırsa, deməli göstərişinizə əməl etmir və etimadınızı doğrultmur.
Cənab Prezident! Müraciətimi bu qədər müfəssəl izah etməklə Sizə Göyçayda baş verən həqiqətləri çatdırmaq istədim. Doğrusu biraz qorxuram. Sizdən çarəsiz Azərbaycan vətəndaşı kimi çox xahiş edirəm, çətinliklərə qatlaşaraq aldığımız torpağın sənədləşdirilməsi, tikintiyə icazə verilməsi üçün köməklik göstərəsiniz və mənim təhlükəsizliyimi təmin edəsiniz. Sizə öncədən çox təşəkkürlərimizi bildiririk.
Teref.az olaraq qarşı tərəflin mövqeyini dərc edə bilərik!
Teref.az

 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm Cənab İlham Əliyevə
surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
surəti: Azərbaycan Respublikasının
Baş Naziri cənab Əli Əsədova
surəti: Azərbaycan Respublikasının
Hesablama Palatasının sədri
cənab Vüqar Gülməmmədova
surəti: Azərbaycan Respublikasının
İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova
surəti: Milli Məclisinin sədri Sahibə Qafarovaya
surəti: İnsan Hüquqları üzrə müvəkkili,
Ombudsman hörmətli Səbinə Əliyevaya
surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
Cənab Sahil Babayevə
surəti: Energetika Naziri cənab Pərviz Şahbazova
surəti: “Azərenerji” ASC-nin prezidenti
Cənab Balababa Rzayevə
surəti: Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Cənab Səttar Möhbalıyevə
surəti: “Azərişıq” ASC-nin sədri
Cənab Vüqar Əhmədova
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızı tərəfindən
Ünvan : Sumqayıt ş., 2-ci mk., ev-27/69B, m.-24
Telefon: 077 217-79-72

“Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlardan
Ş İ K A Y Ə T

Mən 16 ildir ki, energetika sistemində işləyirəm. Bakı Sənaye Pedaqoji Texnikomunu “qırmızı” diplomla bitirmişəm, Dövlət Dillər Universitetində 1 il kurs keçmişəm. Ailəliyəm, həyat yoldaşım Qubadlı r.məcburi köçkünüdür. Himayəmdə biri əlil olmaqla 2 azyaşlı övladım var.
Cənab Prezidentin Sərəncamı olmadan 2022-ci ilin noyabrında “Şimal” RETSİ-ni ləğv edib “qondarma” “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-lər yaradıldı. Mən də daxil olmaqla “Şimal” RETSİ-nin 123 işçini “Xaçmaz” RETSİ-yə keçirmək üçün qondarma iclas keçirdilər. Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşova bizdən “Xaçmaz” RETSİ-yə keçid ərizəsi yazmağı tələb etdi, əks halda bizi işsiz qoymaqla hədələdi. Halbuki Prezident Sərəncamlarında “Sumqayıt” RETSİ, və “Xaçmaz” RETSİ yoxdur. Cənab Prezidentin Sərəncamında “Azərişıq”ASC-yə daxil olan 9 regional idarənin siyahısında “Sumqayıt” RETSİ “Xaçmaz” RETSİ yoxdur. Prezident Sərəncamında “Şimal” RETSİ-nin adı keçir.
06.02.2023-də hüquqlarımızın tapdandığına görə biz-8 nəfər işçi Ölkə Prezidentinə və digər qurumlara müraciət etdikdən sonra “Azərişıq” ASC sədri cənab Vüqar Əhmədov məni də qəbul edib, dinlədi. Ailəmizin maddi durumunun ağırlığını və himayəmdəki azyaşlı övladlarımın səhhətindəki problemlərini nəzərə alaraq mənə idarədən maddi yardım göstərilməsini, vəzifəmin, əmək haqqımın qaldırılması ilə yanaşı, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyini bildirdi. Lakin 01.04.2023-cü ildən Həbib Əzizov “Sumqayıt” RETSİ-yə rəis təyin ediləndən bu günə kimi davamlı olaraq təqiblərə, təzyiqlərə məruz qalmışam. H.Əzizov “Sumqayıt” RETSİ-yə rəis təyin ediləndən sonra kollektiv iclasda haqq-ədaləti tərəfdarı olduğunu bəyan etməsinə baxmayaraq, dediklərinin tam əksi ilə qarşılaşdım. Belə ki, H.Əzizov təyinatının 10-cu günündə işçilərin gündəlik gördükləri işləri yazılı şəkildə rəhbərliyə təqdim edilməsi barədə AR ƏM-nə zidd olan qanunsuz bir əmr imzaladı və bununla bağlı komissiya yaratdı. Qanunsuz əmrə əsasən işçilər gördükləri işləri yazılı formada rəhbərliyə təqdim etməlidirlər. 14.04.2023-də komissiya üzvləri (Namiz Məhərrəmov, 65 yaşlı təqüdçü-Nürəddin Cəfərov, 74 yaşlı təqaudçü-Əyyar Qasımov, Amid Musayev, Anar Hacıyev) mənim işimi yoxlamaq adı ilə Müqəddəs Ramazan günlərində mənə psixoloji təzyiq yaşatdılar.Gün ərzində gördüyüm işləri yazılı şəkildə onlara təqdim etməyimə baxmayaraq onlar mənim işimi qeyri-qənaətbəxş hesab edib, iş vaxtı mənə stress yaşatdılar. Təzyiqlərə məruz qaldığım üçün DİN-nin 102 xidmətinə şikayətim əsasında idarəyə polis əməkdaşları gəldi. Vaxtilə onkoloji xəstəlikdən əziyyət çəkdiyim üçün mənə yaşatdıqları stress səbəbindən təzyiqim yüksəldiyindən, halım pisləşdiyindən təcili tibbi yardım maşını da çağırıldı. 25.04.2023-cü ildən indiyə kimi ambulator qaydada həkim nəzarətindəyəm. 27.04.2023-cü ildə evimdə xəstə yatarkən həmkarların sədri-Paşayev Bayram, baş mühasib-Hacıyev Anar, aparıcı hüquqşünas-Musayev Amid yaşadığım ünvana gəlib mənə öz evimdə, mənə və azyaşlı övladlarıma stress yaşatdılar. Himayəsində sağlamlıq imkanları məhdud övladı olan bir anaya, qadına təzyiq etmək kişiyə yaraşmaz ! Cəsarətli Azərbaycan kişisi gücünü qadına yox səngərdə düşmənə göstərir !
Anlamıram, bunlar Azərişıq ASC-nin yoxsa TƏBİB-in işçiləridir ? Xəstəliyimin 3-cü günündə məni “yoxlayan” komissiya üzvləri 4 ay işə çıxmayan Vüsalə Məmmədovanı yoxlamır. Çünki onun qardaşı Şamaxı RİH-nin başçısıdır. Ona görə də Məmmədova Vüsalənin maaşı hamıdan çoxdur, üstəlik mükafat da alır. İdarəyə yeni işə qəbul edilən Gülnar Mirzəyevanı birbaşa aparıcı mütəxəssis təyin ediblər. Xidmətlər şöbəsində podrat müqaviləsi ilə işə yeni qəbul edilən Aysu 750 manat maaş alır. Komissiya üzvlərindən biri də xidmətlər şöbəsinin rəisi 74 yaşlı təqaüdçüsü Qasımov Əyyar və həmkarların sədri 66 yaşlı Bayram Paşayevdir. Belə təqaüdçülərin üzündən həyat yoldaşım kimi ali təhsilli cavan kadrlar işsiz qalıb. Mənim kimilər isə “yerlərində sayır”, maaşları artırılmır. Adları Sumqayıt elektik şəbəkəsinin müştəri xidmətində gedən Səlimli Səxavətlə, Abbasova Xuraman “Sumqayıt” RETSİ-nin baş idarəsində oturub hesabatların hazırlanması bölməsinə aid işləri görürlər. Abbasova Xuraman da mənim kimi orta texniki təhsillidir, lakin vəzifəsi mütəxəssisdir. Nürəddin Cəfərovla qohum olduğu üçün öz yanında yerləşdirib. Hesabatların hazırlanması bölməsinin rəisi N.Cəfərovdan soruşan yoxdur ki,:-“ştat üzrə adları müştəri xidmətlərində gedən Abbasova Xuramanla, Səlimli Səxavətin hesabatların hazırlanması bölməsində işlətməkdə nə marağınız var ?!
Komissiya üzvlərindən biri aparıcı hüquqşünas Amid Musayevdir. A.Musayevin özündən soruşan lazımdır ki, “Azərişıq” ASC-yə qarşı Məhkəmələrə iddia ərizələrindən neçəsini “Azərişıq” ASC-nin xeyrinə həll edə bilib ? İdardə illərlə mənim kimi can qoyanların maaşı artırılmır, mükafatlar eyni işçilərə yazılır. İlham Əliyev Cənablarının göstərişi əsasında bütün idarələrdə əmək haqları artırılır. Bizim maaşlar isə “sabit”, “dəyişməz” qalıb.
İşçidən gün ərzində gördüyü işləri yazılı formada tələb edilməsi qanunaziddir. İşəgötürən işçşi ilə əmək müqaviləsi imzalayıb. İşçi də müqaviləyə uyğun olaraq vəzifə səlahiyyətlərini yerinə yetirir. Mən işlədiyim 16 ildə vəzifə səlahiyyətlərimi layiqincə yerinə yetirmişəm. Rəhbərliyin bütün tapşırıqlarını da layiqincə yerinə yetirirəm. Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşovanın qardaşı-Teymurov Seymur, qardaşının oğlu, bacısı qızı-Hüseynova Ülviyyə və bacısı qızının əri-Hüseynov Elməddin yüksək maaşla “Azərişıq” ASC-yə işə qəbul ediliblər, ayda mükafat da alıb işdə tapılmırlar. Komissiya bunları niyə araşdırmır ?!
“Sumqayıt” RETSİ-dəki bütün bu özbaşınalıqların səbəbkarı “Azərişıq” ASC-nin İnsan Resursları İdarəsinin rəisi Sakit Baxışovdur. Bu şəxs “Keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə, AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirlli bilinərək Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 1 il şərti cəza alamış təqaüdçü-Sakit Baxışovdan qayda-qanun, haqq-ədalət gözləmək məntiqsizlikdir !
Xahiş edirəm “Azərişıq” ASC-nin “Sumqayıt” RETSİ-dəki özbaşınalıqlar barəsində tədbir görülməsi ilə yanaşı, energetika sistemindəki 16 illik iş təcrübəmi və ailə vəziyyətimi nəzərə alaraq vəzifəmin artırılmasında köməklik göstərəsiniz.
Öncədən Sizə minnətdaram

Hörmətlə,
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin
Hesabatların hazırlanması bölməsinintexnik-operatoru Cavadova Jalə Əli qızı
 
Ardını oxu...
Canəhməd Əhmədovu kim və niyə baltalamaq istəyib?
Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov həbsxanada, Vilyam Hacıyevin yanında olmalı idi...

Azərişıq ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovla bağlı media üzərindən apardığımız qısa araşdırma zamanı dəhşətli faktlara rast gəldik. İlk öncə onu qeyd edək ki, Canəhməd Əhmədov əvvəllər Qaradağ rayonunun işıq idarəsində çalışıb. Və Qaradağ rayonu ərazisindəki daş karxanalarına “leviy” işıq xətti verməklə milyonlar qazanıb. Və nəticidə Azərişıq rəhbərliyi onu vəzifəsindən azad edib.
Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. İndi gördünüzmü, Canəhməd Əhmədov qazandığı milyonların hesabına çoxlarının ağzını yuma bilib. Bu hələ harasıdır..?
İmişli sakinləri Canəhməd Əhmədovun əxlaqsız hərəkətlərindən dövlət qurumlarına, hətta dövlət başçısına nələr yazmırlar. Belə ki, Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Canəhməd Əhmədov tabeliyində işləyən cavan xanımlara əxlaqsız təkliflər edir. Həmin xanımlardan biri bu təklifi rədd edir. Bu hadisədən sonra Canəhməd Əhmədovun etdiyi əxlaqsız hərəkət rayonda böyük söz-söhbətə səbəb olur ki, nəticədə əxlaqsız təklifi rədd edən xanımın ailəsi dağılır və işdən çıxmalı olur. Həmin xanımın həyat yoldaşı bu hadisədən sonra əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov qaçıb zirzəmidə gizlənib. Canəhmədi tapa bilməyən həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdıb, sındırıb. Canəhməd Əhmədov idarəni dağıdan həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır. Mətbuatda gedən yazıların hamısını pulla sildirir. Hətta bu rüsvayçılığa baxmayaraq Azərişıqda kimlərsə son vaxtlar Canəhmədə Prezident tərəfindən “Əməkdar mühəndis” adının verilməsinə də nail olublar. Bu adam əməkdar işıqçıdır, dövlətin elektrik enerjisini şirkətlərə satır, dövlətin vəsaiti hesabına alınan bahalı naqilləri sildirib metal sexlərinə verir və daha nələr.
Canəhməd yaxınlarına deyirmiş ki, “Əməkdar mühəndis” adı almaq üçün xeyli pul xərclədim, hətta yazıları sildirmək üçün mediaya da pullar verdim. Bura qədər mediada yazılanlardır. İndi isə keçək Canəhməd Əhmədovun İmişlinin hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevlə əlaqələrinə. Məlumdur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2021-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və Vilyam Hacıyevi həbs edib. Həmin vaxt Canəhməd Əhmədov da qısa müddət saxlanılıb, sonra hansı yollasa xilas olub.
Canəhməd Əhmədov istintaqa verdiyi ifadəsində yazır ki, sosial məişət şəraiti aşağı olan şəxslər üçün tikilən binadan mənzil verilməsinə görə rüşvət verib: “Mənə iki otaqlı mənzilin verilməsinə görə razılıq verildi. Sonra mənə bildirildi ki, Cəmillə (baş mühasib) əlaqə saxlayım. Beş ay ərzində Cəmilə 10 min manat ödədim”. Təsəvvür edirsiniz, Prezident məişət şəraiti aşağı olanlar üçün mənzil tikdirir, Canəhməd isə Vilyam Hacıyevə 10 min manat rüşvət verərək 2 otaqlı mənzil alır.
Yəni Canəhməd Əhmədov Vilyam Hacıyevlə eyni cinayət əməlinin iştirakçısıdır. Bəs onda Canəhməd niyə Vilyamın yanında, həbsxanada deyil..? Kimdir onu müdafiə edən..?
Mediada yayılan məlumatlardan bəlli olur ki, Canəhmədi "Azərişıq" ASC-nin sədr müavinlərindən biri himayə edir. Canəhməd Əhmədov çox yerdə deyir ki, mənim oğlum 2-ci Qarabağ müharibəsində iştirak edəndə, kimlərinsə oğulları mamasının qucağında gizlənirdi. Eyni məntiqlə Canəhməddən soruşmaq istəyirik ki, 30 il öncə sənin tay-tuşların Qarabağda vuruşanda sən kimin qucağında gizlənmişdin..? Canəhməd haqqında nəsə yazanda deyir ki, nə tez xəbər tutdunuz..?
Biz media mənsublarının əsas işi xəbərdir, Canəhməd. Nə tez, 800 manat pensiya, 3000 manatlıq maaş düzəldə bildin...? Ay Canəhməd, camaat Qarabağa topla, tankla gedəndə siz nə ilə gedirsiniz..? İstəyirsən, mənsub olduğun mülklərin, varidatın siyahısını açıqlayaq...? Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik. Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Öz üslubumuza uyğun olaraq həmişəki kimi haqqında bəhs edəcəyimiz vəzifəli şəxsin tərcümeyi-halına nəzər salmalı olduq. Söhbət Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədovdan gedir. Deməli, Tovuz RİH-nin ( http://tovuz-ih.gov.az ) saytına daxl oluruq və oxuyuruq: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur.
Biz bu mövzuda dəfələrlə yazmışıq ki, RİH-nin saytı rəsmi dövlət qurumunun saytıdır, hansısa həvəskarın fb səhifəsi-zadı deyil ee... Prezident Administrasiyası bu pərakəndəliyə son qoymalıdır. Prezidentin böyük bir rayondakı səlahiyyətli nümayəndəsinin kim və nəçi olduğu məlum olmalıdır. Necə yəni 1961-ci ildə anadan olub və 2018-ci ildə Prezident onu rayona icra başçı təyin edib. Bəs bu Məmməd deyilən məxluq 2018-1961 = 57 il harada olub..?
Görəsən, Cahangir kişinin oğlu Məmməd niyə öz tərcümeyi-halını gizlədir..? İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib...? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..?
Sözün qısası, özümüzü əziyyətə salıb araşdırma aparmalı olduq. Uzun araşdırmalardan sonra məlum oldu ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun müddət “AQRO Kimya” MMC-nin prezidenti olub və icra başçısı təyin olunan kimi vəzifəsini oğlu Rəhman Məmmədova təhvil verib. Sonra o da məlum oldu ki, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşıdır. Məlumat üçün onu da bildirək ki, Cahan Məmmədov 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.
Bəli, məlum oldu ki, icra başçısı Məmməd Məmmədov 1 gün də olsun dövlət idarəetmə sahəsində çalışmayıb, ancaq bizneslə məşğul olub. Məlumdur ki, biznesmenin cibi olur, ona görə də Məmməd Məmmədov Tovuz boyda rayona sanki öz cibi kimi baxır. Bəli, məhz öz cibi kimi. Deməli, Məmməd Məmmədov icra başçısı təyin olunan kimi vəzifələrə öz qohum-əqrəbalarını yerləşdirməyə başladı. Sonrakı etapda Məmməd Məmmədov rayondakı sahibkarların, iş adamlarının, fermerlərin torpaq sahələrini ələ keçirmək üçün onları şantaj etməyə başlayıb. (Onu biz demirik haa, Tovuz camaatı deyir) Sahibkar Rəşid Məmmədov yazır ki, 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam, Ceyrançöldə qanuni olaraq 57 hektar torpaq sahəm var, icra başçısı həmin torpağı məndən almaq istəyir. Şikayətçi deyir ki, icra başçısı heç bir əsas olmadan məni məhkəmə ilə hədələyir, təhdid edir.
Şikayətçi yazır ki, 5 dəfə icra başçısının qəbulunda olmuşam, məndən nə istədiyini soruşmuşam, mənə konkret deyib ki, torpağı mənə satmalısan, ya da istənilən yolla torpağı səndən alacam. İndi gördünüzmü, icra başçısı Məmməd Məmmədov hansı əməlin sahibidir. Cənab Prezident İlham Əliyev bu şəxsi icra başçısı təyin edəndə dedi ki, gedin sakinlərin problemlərini həll edin. Bu cənab Məmməd Məmmədov isə Prezidentin tapşırığını qulaqardına vurur. Bu Tovuzda baş verənlərin 100-də biridir ee... Bu hələ harasıdır..?
Prezidentin göstərişi ilə sahibkarların, fermerlərin, kəndlilərin əkin sahələrinin su ilə təmin edilməsi üçün xeyli dövlət vəsaiti xərclənib, artezian quyuları qazılıb. Amma Məmməd Məmmədov həmin artezian quyularını özününküləşdirib və nəticədə fermerlər, kəndlilər əkin sahələrini suvarmağa su tapmır. Camaat Məmməd Məmmədova el arasında hələ bir ayama da qoşublar... Məmməd Məmmədov bilərkdən sahibkarlara su vermir ki, bezib axırda torpaq sahələrini ona satsınlar.
İndi bildinizmi, Məmməd müəllimin məqsədi bütün Tovuz torpaqlarını ələ keçirməkdir. Vətəndaş car çəkir ki, əlimdə torpaqla bağlı Dövlət Aktı var, icra başçısı deyir ki, torpağı mənə verməlisən. Sözün qısası, Məmməd Məmmədov Tovuz camaatını bezdirib. Hətta tovuzlular son vaxtlar ona başqa bir ayama da qoşurlar. Yəqin ki, inşallah yaxın zamanda möhtərəm Prezidentimizin “Dəmir yumruğu” xalqa xidmət etməyən məmurların başına enəndə yediklərini zəhər kimi qaytaracaq.

P.S. El arasında "Zəhər Mamed" kimi tanınan şəxsin kimliyi haqqında növbəti sayımızda...
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Dünyapress TV

Xəbər lenti