Ardını oxu...

Kardiologiya İnstitutunda baş verənləri heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə acizdir…

Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətdə olması kimsəyə sirr deyil. Bataqlıqda çabalayan sistemin ürəkdağlayan sahələrindən biri də C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Yarıtmaz idarəçilik səbəbindən burada acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız, vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir.

Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən Gülnaz Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçün fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya institutunda “kadrları məhv etmə” əməliyyatı aparılmağa başlanıldı. G.Dadaşova ağına-bozuna baxmadan savadlı, illərlə təcrübə toplayaraq mütəxəssis kimi formalaşan kadrları işdən çıxarır, əvəzində isə qohum-əqrabasını, biznes maraqlarına cavab verənləri işə almağa başladı. O cümlədən vaxtilə işdən çıxardığı elm adamları qanunsuz işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmələri udurlar. G.Ddadşovaya isə «güldən ağır söz» deyən olmur. Nəticədə qocaman bir elm-səhiyyə ocağı bir neçə nəfərin özəl müəssisəsinə, biznes strukturuna çevrilib. Burada hər şey G.Dadaşova və komandasının maraqlarına tabe edilib.

Verilən məlumatlara görə, Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

G.Dadaşova Kardiologiya İnstitutunu “dərman mafiyası”nın oylağına çevirib. Məlumata görə, direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3-4 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Gülnaz Dadaşovanın tibb elmində “inqilab” edən “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiat olduğu bildirilir . Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da, sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Təsadüfi deyil ki, G.Dadaşova elmi işini necə “yazıbsa” rəhbərlik etdiyi institutu da məhz həmin tərzdə idarə edir. Bu idarəetmə isə Kardiologiya institutunu uçuruma aparıb. Nahaq deyil ki, bu cür hədsiz biabırçılıqlarla üzləşən həkimlər və xəstələr İnstitutun əvvəlki rəhbərliyinin atasına rəhmət oxuyurlar.

Qəribəsi odur ki, Səhiyyə Nazirliyində hələ də onu müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür İcbari Tibbi Sığorta Agentliyini və şəxsən Zaur Əliyevi də susduran “səbəblər”, yaxud da rənglər mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan agentliyin və onun “islahatçı” rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur. Əcaba burada daha hansı eybəcərliklər baş verməlidir ki, cənab Z.Əliyev münasibət açıqlasın. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları, həkim tibbi rəyləri saxtalaşdırılır və arayışların verilməsi üçün bazar açılıb, amma nə Səhiyyə nazirliyi, nə TƏBİB, nə də cənab Zaur Əliyev qımıldanmır.

Direktor-həkim G.Dadaşovanın bahalı «Porche» avtomobili işə gəlib-getməsi, avtomobili saxladıqda mühafizəçilərin qaçaraq qapını açması adamın elm adamından çox «kraliçalar» kimi yaşamasından xəbər verir. Yəni doğrudan da ölkə səhiyyə sisteminin cavabdehi Zaur Əliyev bu institutda baş verənlərə göz yumacaq?

Bu birbaşa Dövlət başçısının, şəxsən Birinci vitse-prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Zəfər ilində müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir? Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə bu dəfə acizdir…

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq Naxçıvan təhsilinin eybəcər üzünü əks etdirən faktları təqdim etməkdədyik. Bildirək ki, açıqlanan materiallar MR-də geniş rezonans doğursa da, nədənsə əlaqədar qurumların diqqətini cəlb etməyib. Çünki ortada nə bir tənbeh var... nə də bir cəza. Görünür, kimlərəsə Naxçıvan təhsilinin Vasif Talıbovdan qalma əndrəbadi qaydalarla idarə olunması sərf edir. Hər halda, görünəni budur...

İndi isə keçək yeni faktlara... Əslində aşağıda təqdim edəcəyim faktlar Naxçıvan camaatı üçün çoxdan bəllidir...

Bu dəfə dia.az olaraq Naxçıvan şəhər 10 saylı məktəbində - yəni bir məktəbdə cərəyan edən qanunsuzluqlardan danışacağıq. Elə bu fakt yetərlidir ki, MR-dəki təhsilin halını təsəvvür edəsən...

Beləliklə, oxucularımızdan biri DİA.AZ-a yazır:

"Sizə deyim Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdən. Yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri qanuni şəkildə Küznüt məktəbindən birbaşa məktəbə həm müəllim, həm də təlim -tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovadan(bu arada qeyd edimki ,hər ikisidə Isa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır,Vüsalə Qənbərova həmdə təhsil nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumudur).Demək hər iki şəxsin məktəbdə etdikləri qanunsuzluqlarin həddi hesabı yoxdur, nədənsə şikayət edəndə nazir bilir ,nazirin xəbəri var icazəsin almişiq cavabını verirlər.Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var, bu siniflərin sinif rəhbərlərinin demək olarki əksəriyyəti məktəbin vəzifəliləridədir.Sinif rəhbərləri 5a -kitabxana müdiri,6a təlim -tərbiyə işləri üzrə direktor müavini,6b-8a -psixoloq,8b-direktor,7c-uşaq birliyi,9a-təşkilatçı,11b-hərbi rəhbər kimi icra edirlər ,sənəd üzrə sıravi müəllimlərin adına yazılib pulları müəllimlər alıb çatdirirlar sadaladiğım şəxslərə.Bundan əlavə uşaq birliyi rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda həm 12 saat dərs yükü əlavə olaraq 12saat məktəbəhazırlıq qrupun və 7c sinifinin sinif rəhbəridir.Məktəb üzrə Naxçıvan ,Ortaq türk və Zəfər tarixi dərsdənkənar məşğələ saatlarını direktor mənimsəyib üstəgəl tədris etmir.Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Əliyeva Leylanın adina yazılir psixoloq Pərvanə Vəliyeva nəzarət edir sənədləşməsini aparır jurnalları işləyir, onunda pulu direktora çatır(bu arada qeyd edimki Pərvanə müəllimə Isa Həbibbəylinin gəlinin daycanısidir).Məktəbdə olan 4 ölü can yanvar ayından dirilib işə çıxırlar.Bu sadaladıqlarım məktəbdə baş verən qanunsuzluqların bir qismidir..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini Azər Zeynalovla bağlı Hurriyyet.az-ın redaksiyasına şok faktlar daxil olub.

Etibarlı mənbələrdən daxil olun məlumata əsasən, A.Zeynalov kürəkəninə dəyəri 10 milyon manat olan obyekti “çehiz verib”. Söhbət Naxçıvan şəhərində yerləşən “Əlincə Servis”dən gedir(FOTO).

Mənbə deyir ki, bu obyekt vaxtilə Naxçıvanın keçmiş maliyyə naziri, Culfanın Əlincə kəndindən olan Xalid İskəndərovun ailəsinə məxsus olub. O, 2016-cı ildə “Naxçıvan xanı”nın qəzəbinə tuç gəldiyindən, həmin obyekti ondan alıb, Azər Zeynalova satıblar. A.Zeyanalov isə “Əlincə Servis”i kürəkəni və əmisi oğlu olan Əsədulla Zeynalova bağışlayıb. Bundan əlavə, kürəkənə daha bir villa hədiyyə olunduğu da bildirilir(FOTO).

Qeyd edək ki, bu servisin çox böyük ərazisi var, içində hər cür avadanlıqlarla təchiz olunmu avtomobiul təmir sexləri, moykalar, anbarlar və s. var. Yanında isə ona aid olan, hazırda icarədə olan “İstedad kursu” fəaliyyət göstərir.

O ki qaldı “Əlincə Servis”in sabiq maliyyə nazirindən alınmasına, mənbə deyir ki, bu, heç də səbəbsiz olmayıb. Belə ki, 2015-ci ildə Xalid İskəndərovun bir neçə milyonluq maliyyə maxinasiyası aşkara çıxarılıb. O, “obşak”dan pul oğurlamaqda ititham edilərək, “xan”ın qəzəbinə gəlir. Nəticədə bütün sərvəti əlindən alınaraq, vəzifədən qovulur. Üstəlik, bu məsələdən sonra Gömrük Komitəsində çalışan oğlu Sadiq İskəndərovun da həbs edildiyi bildirilir.

Onu da qeyd edək ki, mənbə Azər Zeynalovun yeni obyektlərinin siyahısını da redaksiyamıza təqdim edib. Onları oxucularımızla bölüşürük:

1.“Qara Dəniz” restoranı.

2. “Dəyirmançı” restoranı.

3. Tələbə qızlar üçün böyük yataqxana.

4. Qadınlar üçün idman zalı.

5. “Karvan” restaranı.

6. “Badaşqan” restoranı.

7. “Əlincə Servis” – Kürəkəninə bağışlayıb.

8. “İstedad” kursları (FOTO).

9. Kişi və qadın gözəllik salonları.

10. Poliklinka və s.

Bütün bunlardan əlavə, Azər Zeyanlovun Şərurda, Batabatda dəyəri milyonlarla manat olan çox sayda villasının olduğu da vurğulanır.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
İctimai Televiziya “Azərlotereya” ASC-nin “Poz, qazan” mərc oyunundan 25 min manat udan vətəndaşın şikayətini işıqlandırıb. Tribunainfo.az məlumat verir ki, şikayətçi İTV-yə verdiyi müsahibəsində aldadıldığını bildirib. Onun sözlərinə görə, bu il fevralın 19-da paytaxtın Suraxanı rayonu, Günəşli ərazisində “Araz” marketdən lotereya bileti alıb. Vətəndaş qeyd edib ki, bileti pozduqda 25 min manat udduğu məlum olub. “Satıcı gördü ki, qalib gəlmişəm deyə məni təbrik elədi və ətrafdakılara elan etdi. Onun yanında daha iki nəfər varıydı. Mənə dedi ki, bileti verin, bu haqda rəhbərliyi məlumatlandıraq. Dedi, narahat olmayın, bilet məndədir. Mənim yanımda uşağım varıydı. Bileti ona verəndə, uşağa tərəf baxdım, bu vaxt satıcı sağ əli ilə bileti aşağı atıb siyirməni açdı, mənə qayıtdı ki, siz udmamısınız”.
Vətəndaş məsələ ilə bağlı haqqını tələb edib, sonra polisə şikayət verib: “Bu adam biletimi əlimdən alıb. Kadrlar da var. Biz xəbər tutduq ki, satıcı aparılıb və 32-ci polis bölməsində saxlanılıb. Sonra bir neçə saat keçib və onu sərbəst buraxıblar. Mən görüntüləri təqdim etdim, bizə verilmədi. “Azərlotereya” da öz işçisinin bu hərəkəti ilə bağlı heç bir tədbir görməyib. Ona görə mən vətəndaşlara səslənirəm ki, satıcıya aldanmayın, bileti özünüzdə saxlayın”. //Tribunainfo.az//

 
 
 
Ardını oxu...
Sahibkar: “Gömrük işçiləri mənə bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya
Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korupsiyaya ilə Mübarizə komissiyasının sədri) cənab Samir Rafiq Oğlu Nuriyevə
Surəti: Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova
Sürəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Surəti: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili xanlm Səbinə Əliyevaya
Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova
Surəti: Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının rəhbərliyinə
Surəti: Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi cənab Orxan Nuriyevə
Surəti: Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Gömrük Generalı cənab İsmayıl Hüseynova

Hörmətli cənab Prezident!

Bildirmək istəyirəm ki, bu bizim say hesabı ilə 8-ci məktubumuzdur və bizim “Güvən 2012”MMC-yə Çin Xalq Respublikasından 01231000091678 saylı bəyannamə üzrə göndərilmiş mallarımın qeyri müəyyən səbəbdən Bakı Baş Gömrük İdarəsində saxlanılması davam etməsi ilə əlaqədar müxtəlif mətbu orqanlarında həmçinin müxtəlif sosial şəbəkə siqmentlərində bu barədə geniş çıxış etmiş və Gömrük orqanları tərəfindən pozulmuş haqqımın bərpa edilməsinə çalışmışam. Lakin bütün bu səylərimin çox təəssüflər olsun ki, hələ ki, heç bir nəticə verməmişdir. Həmin çıxışlarımın linklərini Sizə təqdim edirəm.

https://youtu.be/XdXJp88GdA0, https://youtu.be/koSolTQ0dMc, https://youtu.be/_OSen3_59ZA

Qeyd edirəm ki, Bakı Baş Gömrük İdarəsində bizim “Güvən 2012” MMC-nin adına gətirilən “santexnika” mallarımızı qanunsuz hesablamalar, bürokratik əngəllər və süründürməçilik yaradaraq “İpək Yolu” terminalında saxlayıblar və geri qaytarmağıma əngəllər yaradırlar.

Bununla bağlı mən media və sosial şəbəkələrdə çıxış etmişəm. Bakı Baş Gömrük İdarəsində keçən ayın yəni 14.03.2023-cü il tarixindən bu günkü günədək bizim santexnika mallarımıza hələ də qiymət təyin edə bilməyiblər və özləri də etiraf edirlər ki, hansı üsüllarla hesablamalar aparmağlarını bilmirlər.
08.04.2023-cü il tarixində Dövlət Gömrük Komitəsində məni qəbul etdilər, dinlədilər və gömrük tarifi haqqında qanunu rəhbər tutaraq onlara bu mallar (mətbəxt üçün su kranları, duş kranları və arko kranlar) barəsində öz diskusiyamı apardım. Gömrük Komitəsinin vəzifəli şəxsləri mənim fikrimlə razı oldular, bəyan etdiyimiz hesablama qaydasının düzgünlüyünü şifahi olaraq təstiqlədilər və komissiyanı tərtib edərək bu məsələnin protokollaşdırılmasına qərara gəlib iclas təyin etdilər. Həmin iclasda Bakı Baş Gömrük İdarəsinin Aqil və Nurlan adlı əməkdaşları gec gəlməklərinə baxmayaraq yenə də iclas keçirildi. İclasda mən öz sübutlarımı və gömrük tarifi haqqında qanunun 7-ci maddəsini rəhbər tutaraq malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədə qəbul olunmuş ümümi prisiplərə əsaslanaraq (GATT) VII maddəsinə,GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanaraq hesablanmasının eyni zamanda gömrük tarifi haqqında 1.1.1 maddəsində göstərildiyi kimi gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni zamanda, 1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatlara uyğun olduğunu və gömrük tarifi haqqında qanunun 2.1.4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və həmçinin 2.1.5 maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq, bundan əlavə gömrük tarfi haqqında qanunun 12-ci maddəsində gömrük dəyərinini müəyyən edilməsi üsullarının, mənim bu işimdə tədbiq edilməsini onlardan xahiş etmişdim. Lakin Bakı Baş Gömrük İdarəsinin Nurlan adlı əməkdaşı yenədə öz qanunsuz hesablama və qanundan kənar hesablama qaydalarını tətbiq etmək istədikdə gömrük komitəsinin işçiləri ondan rəsmi olaraq yazıb bizə göstərməyini xahiş etdilər. Ancaq 01231000091678 saylı bəyannamədə 2-ci mal mövqeyi üzrə sistem üzərindən rəsmi bildirişdə mənə 94000 ABŞ dolları statistik dəyər göstərilmişdir və bu statistik dəyər ümümilikdə 40980 ədəd mala (arko kranlar və duş kranlarına) aid olduğu bildirilmişdir
Mən və Komitənin dəyər şöbəsinin işçiləriİ Nurlan adlı Bakı Baş Gömrük İdarəsinin əməkdaşından həmin 40980 ədəd mallara görə hesablama qaydasını istədik. Nurlan bəy 94000-nin 23000-ni arko kranlara hesabladı. Amma yerdə qalan 71000 ABŞ dolların su və duş kranlarına necə hesablanmasını və necə bölünməsini bu günkü günə kimi Nurlan adlı şəxs izah edə bilmir və mən əminəm ki, izah və sübut edə bilməyəcək də. Çünki, həmin məbləğdə uyğunsuzluq baş verəcək, həmin məbləği Nurlan bəy formalaşdırıb tənzimləyə bilməyəcək.

Ona görə ki, Nurlan bəy gömrük tarifi haqqında qanunu bilmir və ya bu qanuna saymamazlıqla yanaşır. Belə ki, həmin malların qanunvericiliyin 1.1.3 maddəsində xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır və onların həmin kodlar üzrə rəsmiləşdirilməsi göstərir. Bu da onu göstərir ki, bizim ixrac etdiyimiz və 01231000091678 bəyannamə üzrə bəyan etdiyimiz mallar kq-la hesablanmalıdır. Çünki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 166 kodu altında kq-la göstərilmişdir.

Bundan əlavə bildiririrəm ki, 11.04.2023-cü il tarixində mən Gömrük Komitəsində bir daha qəbulda oldum və mənə bildirdilər ki, indi Bakı Baş Gömrük Komitəsindən Elmir Ramazanov, Aqil və Nurlan adlı şəxslər yaxınlaşır, iclas keçirilib və protokol imzalanacaq. Mən çölə çıxıb gözləyirdim. Lakin geri qayıtdığda məni iclasa buraxmadılar və iclas mənsiz keçirildi. Onlar çölə çıxdığda mənə bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm. Lakin mən bir daha onlara bildirdim ki, mən bazarda yox, Dövlət İdarəsindəyəm, eyni zamanda onların qanunsuz və bürokrat əməllərindən yorulmuşam, malımı ancaq geri qaytarmaq istəyirəm. Onlarda mənə bildirdilər ki, sabah malı geri qaytarmaq üçün yükləyə bilərsən.

Hörmətli Cənab Prezident!

Ayın 14.03.2023-cü il tarixdə gömrük sisteminə bəyannaməni daxil etdikdən sonra mala baxış keçirilmişdir.Onların hesablaması nəticəsində ilk öncə 70000 ABŞ dolları qiymət deyilmişdir və bayram günü 22.03.2023-cü il tarixində mala bir daha baxış keçirdib malın İpək Yolu Terminalında bizim Bakı maşınlarına (oteko) yüklənmiş və maşınlar bloblanıb gömrüyün ərazisində qalmışdır.Burada bir sual doğurur, əgər mallar həmin vaxt hesablanıb, baxılıb, yoxlanılıb, sayılıbsa və mənə bununla əlaqədar qiymət deyilibsə onda nəyə görə indi mən malımı geriyə qaytarmaq istədiyim zaman və bu malın Azərbaycan Respublikası ərazisində, Azərbaycan bazarına dövriyyəyə buraxılmamasını nəzərə alaraq nəyə görə yenidən sayılır? Bəyannamə üzrə uyğunlaşdırılır və eyni zamanda guya hansısa nöqsan tapılır və nöqsanın adi qaz krantları adlandırılır?

Onu bildirmək istəyirəm ki, bu gün Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov və onun dəstəsi Aqil və Nurlan adlı şəxslər öz vəzifə səlahiyyətlərindən və əllərindəki dövlətin resuslarından sui istifadə edərək bizə qarşı təziq formaları həyata keçirirlər.Bundan əlavə bildirirəm ki,Təhqiqat Subyekti olmadığı halda 01231000091678 saylı bəyannamə üzrə 3-cü mal mövqeyində göstərilən borularda, ötrücü funkisiyasını yerinə yetirən vintillər hissələr kimi adlandırılan 22.03.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və maşınlara yüklənmişdir. Bu da o deməkdir ki, bizim mallarımız baxılıb, yoxlanılıb araşdırılmışdır lakin indi bizim malımız geriyə Çinə qaytarılması məsələsi ortaya çıxdığda mallar yenidən yoxlanılır, qanunsuz ekspertizaya göndərilir, qanunsuz Təhqiqat subyektinə çevirilir.

Bunlar hamsı sahibkara təziq, süründürməçilik və məmur özbaşnalığından başqa heçnə deyil. Mən buradan bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun dəstəsi olan Aqil, Nurlan və Nazim adlı şəxlər tərəfindən süni maneəçiliklər yaradılmaqla heç bir qanuni əsas olmadan ölkə qanunvericiliyinin və Beynəlxalq hüquq normalarının bütün müddəalarının pozulması ilə mənasız mübarizə aparmaqdadırlar. Bilə-bilə ki, mən haqlıyam. Sadəcə fərq ondadır ki, onlar çox mən isə təkəm. Beləliklə öz vəzifə səlahiyyətlərini aşmış, vəzifə səlahiyyətlərindən sui istifadə etmiş bir qurup məmur Dövlət resurslarının düzgün istifadə edilməsi metod və prinsiplərini pozaraq şəxsi anbisiyalarını Dövlətin mənafeyindən daha üstün tuturlar.

Hörmətli Cənab Prezident!

Yuxarıda deyilənləri nəzərə alaraq bir daha Respublikanın Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli şəxslərinə aşağıda qeyd oluan suallarla müraciət etmək istəyirəm və həmin suallara qısa müddət ərzində mənə yazılı şəkildə rəsmi məlumat verilməsini xahiş və tələb edirəm.

1. 14.03.2023-cü il tarixli 01231000091678 saylı bəyannamə üzrə Çin Xalq Respublikasında şirkətimə daxil olan mallar Bakı Baş Gömrük İdarəsində nə səbəbdən saxlanılmışdır və bu günədək buraxılmır?

2. Bu malların geri qaytarılması ilə əlaqədar ərizəmin təmin edilməsi barədə dərkənar olmasına baxmayaraq bu günədək həmin prosesin yerinə yetirilməsinə hansı səbəbdən şərait yaradılmamışdır?

3.Mənim şirkətimə göndərilən mallarla eyni təsnifatlı malların digər şirkətlər tərəfindən mən iddia etdiyim qiymətlərlə ölkə ərazisinə buraxılmasının səbəbləri, gömrük rəsmiləşdirilməsi zamanı şirkətlər arasında fərqlərin qoyulması ikitirəliyin tətbiq edilməsi və bununlada sağlam rəqabət prinsipinin pozulmasına nə səbəbdən yol verilməsi.

4. Heç bir əsas olmadan mənim gömrükdə olan mallarımla əlaqədar materialın İstintaq və Təhqiqata göndərilməsinin səbəbləri barədə mənə rəsmi məlumatın verilməməsi

5. Gömrük orqanları tərəfindən mənim şirkətimə qarşı tətbiq edilən qeyri qanuni əməllərin və heç bir qanuna isbat edilməyən absurd tələblərin nə vaxta dək davam edəcəyi və sair bu qəbldən olan məsələlər barədə.

Yuxarıda göstərilənləri nəzərə alaraq bir sahibkar kimi fəaliyyətimdə yaranan problemlərə və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov, Nazim Məmmədli, Aqil və Nurlan adlı əməkdaşlarının qeyri qanuni əməlləri, süründürməçilikləri, süni bəhanələrlə bürokratik əməllərin yaradılması, ölkə qanunvericiliyinin tələblərinə biganə yanaşmaları, öz vəzifələrindən sui istifadə etmələri, açıq şəkildə vəzifə səlahiyyətlərini aşmaları, vətəndaşlara əsasən sahibkarlara ögey münasibətin bəslənməsi və nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına əngəl törədilməsi eyni zamanda cənab Prezident Sizin bu günkü gün apardığınız iqtisadi siyasətinizə qara kölgə salmalarının qarşısının alıması və gömrük orqanlarında qanunvericiliyin bərpa edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün lazımı tapşırıqların verilməsini Sizdən xahiş edirəm.

Əminəm ki, Sizin səyləriniz nəticəsində Respublikada Gömrük orqanında süründürməçiliyə, bürokratiyaya və qanunvericiliyin tələblərinin pozulması hallarına son qoyulacaqdır.

Hörmətlə, “Güvən 2012”MMC-nin Direktoru Ramil Aslanov
/xeberxetti.com/
https://xeberxetti.com/2023/05/05/gomruk-komit%c9%99sind%c9%99-qanunsuzluqlar-davam-edir/
 

Ardını oxu...
DogruXeber.az: - Elm və Təhsil nazirinin müavini Firidun Qurbanovun 24 ballıq bu ələdüşməz kadrı Mingəçevirdə meydan sulayır desək yəqin yanılmarıq. Heç bir idarəermə qabiliyyəti olmayan,savad səviyyəsi aşağı olan Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova bağça müdirlərinin və məktəb direktorlarının (xüsusən xanım direktorların) başına olmazın oyununu açır.

Kobud,özündənrazı,yekəxana,xanım və müəllim adına yaraşamayan davaranış və danışıqları ilə diqqətçəkən Sevinc Həsənovanı icra başçısı da heç xoşlamır.

İntirqaları, qiybəti sevən xanım Həsənova özünü az qala "ledi" kimi aparır.

Maraqlıdır, Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Elçin Kərimov bu şəxsin hansı savadın,hanası bacarığın sahibi olduğunu bildiyi halda onu bu vəzifədə saxlayır.

Xatırladaq ki,Sevinc Həsənova cəmi 24 balla Mingəçevir şəhər 16 saylı tam orta məktəbinin direktoru olub, müsahibədən isə nazir müavini Firidun Qurbanovun tapşırığı ilə keçib.

Dövlət qulluğu imtahanından da keçməyib. Mərkəzi Aran RTİ tərəfindən Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb. Çünki, xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən çox razı şəkildə ondan qat-qat üstün olan müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.

Qeyd edək ki,məlumatı bizə etibarlı mənbə göndərib. Lazım olsa adını da ictimaiyyətə açıqlayacaq.

Hazırda sektor müdiri Sevinc Həsənovanın qanunsuz əməlləri ilə bağlı bizə göndərilən faktlar (foto, səsyazısı və videolar) araşdırılır.//azerbaycanrealligi.com
Ardını oxu...

DogruXeber.az: - Lənkəran rayonu, Cil kəndinin sakini Tağızadə Namiq Fərahim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 3 illik əmək haqqını Bələdiyyədən tələb edir:

“Mən, Tağızadə Namiq Fərahim oğlu, sizdən xahiş edirəm ki, mənim şikayətimi işıqlandırasınız.

3il Lənkəran rayon Bələdiyyəsində işləmişəm, hələ bu günə kimi maaşımı ala bilməmişəm.

Bələdiyyə hər il vergi yığır, hal-hazırda işləyənlərin əmək haqlarını verir, mənim əmək haqqım isə verilmir. Bələdiyyədən deyirlər ki, “İcra Hakimiyyətində Mikayıl müəllim bizə nə deyir, onu edirik. O, nə vaxt desə ki, verin, biz sənin əmək haqqını verəcəyik”.

Kənd camaatının hesabına pul qazanırlar. Yolları kənd camaatı özü təmir edir. Bələdiyyənin balansında qalan 7 hektar torpaq sahəsini sahibkardan alırlar. Bir sözlə, özbaşınalıqlarla məşğuldurlar.

Sizdən xahiş edirəm ki, əmək haqqımın alınmasında mənə köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...Ardını oxu...

Neftçala rayon sakini, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin (HSBXİ) sabiq əməkdaşı, ali və orta ixtisas təhsilli baytar həkim Tahirov Qəhrəman Baloğlan oğlu ərizə ilə redaksiyamıza müraciət edərək Neftçala DAİM-in direktoru Ramil Salmanov və HSBXİ-nin rəisi Alim Rüstəmovdan şikayətlənmişdir. Tahirov bildirir ki, adlarını çəkdiyi cütlüyün iş prinsipi mütəxəssisləri şantaj etməklə ləkələyib işdən uzaqlaşdırmaq, məqsədlərinə uyğun adamları cəlb etməklə mühiti özününküləşdirməkdir.

Ardını oxu...Ardını oxu...

Ərizə müəllifi Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovu rəislik üçün təsadüfi adam hesab edir: “Neftçala DAİM-nin müdiri R.Salmanov Alim Rüstəmovla şərikləşərək sövdələşib nazirlikdən əmrini almağa söz vermişdi və etdi də. Ramil Salmanov idarədaxili yığım söhbətlərini Alim Rüstəmovla həyata keçirir. Belə ki, süni mayalanma mütəxəssislərindən hər birindən 500 manat yığdırır (2020, dekabr). 2020-ci il subsidiyalarının inteqrasiyası zamanı idarədə bazar açmışdılar və mən çox irad bildirdim, pis oldum. Ramil Salmanov yüksək maaş alması bir yana, 3 maşın idarə edir, qeyri-peşəkar olmaqla Salyan rayonundan hər gün 140 km uzaq məsafə yol gəlib-gedir. Əmək məhsuldarlığı sıfra bərabərdir, mövqeyi biixtiyardır. Alim Rüstəmovun nöqsanları çoxdur. Bunlar “şərik qardaşlardır”. 2021-ci il oktyabrın 30-da işlərə xitam verilib baytarlığın özəlləşdirilməsi dövrünə keçdiyi müddətə qədər Alim Rüstəmova həvalə edilmiş idarə maşınının sürücüsü Ağayev Ramil Əlpaşa oğlu heç vaxt işdə olmamışdır. O, süd alveri edən və şəxsi maşını olan birisidir. İrad tutmasaydıq, şofer yenə təsdiq olunub işləyəcəkdi. Hazırda işləmir, işlədiyi dövrdə Alim Rüstəmov şoferin əmık haqqı kartı ilə 15 min manata yaxın nəğdləşdirmə edib. İdarə maşınını yalnız şəxsi çöl işlərinə sərf edir, pambıq əkərək mal-material, gübrə toxum-çiyid daşıyır. İki dəfə sərxoş vəziyyətdə yol polisi əməkdaşları ilə mübahisə edib. Hazırda Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovun işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. İdarədə DOST  xidməti ilə işə düzələn 53 nəfər işçi var. İdarədaxili tabel sistemində Alim Rüstəmovun adı olub. İşə səhər saat 10:30-da gəlib günün ikinci yarısı saat 15 – 16-da aradan çıxmasına irad tutmuşuq”.

Şikayətçi həmçinin biuldirir ki, Alim Rüstəmovun qanunsuz əməlləri KİV-də ictimailəşəndən sonra iki töhmət alıb və idarə əməkdaşlarınnın hamısı iki rüb əlavə mükafatlardan məhrum olub: “İdarədə vaksinləri anbardar əvəzinə öpzü paylayır ki, bu da yolverilməzdir. Hər iki rəhbər Kənd Təsərrüfatı Nazirliyinin kadr kontingentinə ləkədir”.

Q.Tahirov həmçinin yeni KT naziri Məcnun Məmmədovun regional qəbulunda iştirak etmək arzusunu ifadə edib və konstitusion hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş edir.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

Deryaz.az

Ardını oxu...

 

Aygün Hüseynova:  “Toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur” 

 Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı narazılıqlar, əsaslı şübhələr, müəyyən söz-söhbətlər və s. baş qaldırmaqda davam edir. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur və həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz mövcud qanunvericiliyin tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Gundemxeber.az saytının redaksiyasına Bərdə şəhər sakini Hüseynova Aygün Cəbrayıl qızı tərəfindən şikayət ərizəsi daxil olub. Aygün Hüseynova ərizəsində yazır ki, “Bərdə şəhərinin Qazıqurdalı kənd sakini, hal-hazırda Bərdə şəhərinin Təbriz küçəsində yaşayan Bayramova Aygül Niyazi qızı, 2021-ci ildə etibarımdan sui-istifadə etdi və o, məndən qızıl-zinət əşyalarımı alıb apardı ki, guya onları baha qiymətə satacaq və əldə olunan pulları mənə çatdıracaq. Bir qədər vaxt keçdikdən sonra bildim ki, o, mənə qarşı düşünülmüş şəkildə dələduzluq əməlinə qol qoyub. Yəni, Aygül Bayramova onların ailəsi ilə olan səmimi münasibətimdən sui-istifadə edərək məni aldatdı və bu yolla 11740 manat dəyərində qızıl-zinət əşyalarımı ələ keçirdi. Qeyd edim ki, dəfələrlə onların ailəsinə Aygül Bayramovanın qol qoyduğu əməllə bağlı müraciətlər etsəm də, hər dəfə onlar mənə yalan vədlər verdilər. Bir sözlə, indiyə kimi nə qızıl-zinət əşyalarımı özümə qaytardılar, nə də ki, pullarımı çatdırdılar. Belə olan halda məcbur olub Aygül Bayramovanın qol qoyduğu əməllərlə bağlı Bərdə Rayon Polis Şöbəsinə şikayət etməli oldum. Etdiyim şikayətlə bağlı araşdırma işlərinin aparılması RPŞ-in TB-nin baş təhqiqatçısı, polis mayoru Bayramov Vüsal İsmayıl oğluna həvalə olundu. Çox keçmədi ki, toplanmış iş materialları ilə bağlı cinayət işi qaldırmaq, Aygül Bayramovanın qol qoyduğu dələduzluq əməlinə hüquqi qiymət vermək əvəzinə, məhz TB-də cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul olunur. 

     Qeyd edim ki, bu gün də həmin qərardan narazıyam. Çünki şikayətçi olsam da, aparılan təhqiqat araşdırmaları zamanı heç bir izahatım alınmadı, qarşı tərəfdən obyektiv izahat alınıb-alınmaması, hələ də mənim üçün qaranlıq qalmaqdadır. Təhqiqatçı 11740 manat dəyərində qızıl-zinət əşyalarımı etibarımdan sui-istifadə edərək ələ keçirən Aygül Bayramovanın dələduzluq əməllərinə hüquqi qiymət vermək və barəsində cinayət işi başlamaq əvəzinə, yəqin ki, qarşı tərəfdən aldığı qeyri-obyektiv izahat əsasında şikayətimi ört-basdır edir. Eşitdiyim belə bir məlumat da var ki, guya Aygül Bayramova məndən aldığı qızıl-zinət əşyalarımı Qurban adlı şəxsə satıb. Bu xanımın da həmin şəxsdən alacağı “haqq-hesab” var və haqq-hesabı Qurbandan alacaq və pullarımı ödəyəcək. Bunu əsas tutan təhqiqatçı Vüsal Bayramov, Aygül Bayramova barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar qəbul edir. Düşündürücü haldır ki, işi araşdıran təhqiqatçı dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın vergi ödəyicisi olduğunu şifahi formnada qeyd edir. Amma, bu xanımın həqiqətən də vergi ödəyib-ödəməməsini araşdırmır və hansısa səbəbdən qarşı tərəfin marağına uyğun addımlarını atır. Bu gün istəyim ondan ibarətdir ki, ya mənim qızıl-zinət əşyalarım geri qaytarılsın, ya da ki, onların dəyərində pulum ödənilsin. Eyni zamanda baş təhqiqatçı, polis mayoru Vüsal Bayramovun çıxarmış olduğu əsassız qərar da ləğv edilsin. Elə ki, Bərdə RPŞ-nə şikayət etməzdən öncə Aygül Bayramovaya bildirdim ki, səndən şikayət edəcəyəm. O halda o, “Heç vecimə deyil, kimə istəyirsən şikayətini ver. Bu gün Azərbaycanda qanun yoxdur, olan-qalan qanunlar da kağız üzərində qalır” dedi”.

    Təhqiqatçı Vüsal Bayramovun baş verən dələduzluq əməlinə öz prizmasından yanaşması, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. O halda sual oluna bilər ki, görəsən təhqiqatçının dələduzluq əməlinə qol qoyan Aygül Bayramovanın marağına uyğun addımlarını atmasına səbəb nədir? Düşünürük ki, təhqiqatçı Vüsal Bayramovun bu yöndə atdığı addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən bu vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi müstəvidə soruşulacaq.

P.S. Hörmətli oxucular! Biz bir media qurumu olaraq qol qoyulan dələduzluq əməli haqda əlavə məlumatlar əldə etdikdən sonra, yaşanan olayı bir daha ictimailəşdirəcəyik. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Gundemxeber.az

Ardını oxu...
Sözün düzü, ölkənin ən böyük strateji qurumu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ( SOCAR ) olan korrupsiyanın səviyyəsi barədə danışmağa ehtiyac görmürük. Amma SOCAR-ın Nəqliyyat İdarəsində və idarəyə tabe olan Texnoloji Nəqliyyat Departamentlərində baş verən rüşvət və korrupsiya, qanunsuz əməllərdən danışmasaq olmaz.
Təsəvvür edirsiniz illərlə Nəqliyyat İdarəsinə rəhbərlik etmiş Hacı Elçin Zülfüqarov mart ayında vəzifəsindən azad edildi. 5000-dən artıq işçiyə rəhbərlik edən, balansında yüz milyonlarla dəyərində avtmobil, texniki avadanlıqlar olan bu qurumun rəisini neçə illər İŞİD-ə maliyyə dəstəyi verməkdə ittiham etdilər.
Amma bir dövlət qurumu bu məlumatı yoxlamağa cəsarət etmədi. İdarənin əməkdaşları haralara yazmadılar..? Hətta konkter olaraq ortaya sənədlər qoydular. Ki, Nəqliyyat İdarəsində 2.940.000 manatlıq müqavilədə bir milyonluq mənimsənilmə 45 faiz təşkil edir. İdarənin əməkdaşları sənədlə sübut elədilər ki, burada qiymətlər real bazardan 300, hətta 400 faiz bahadır.
Ümumiyyətlə, təkcə bir müqavilə üzrə mənimsəmə bir milyon avrodan artıqdır. Təkcə avtomobil şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir.
Deməli, idarədə bütün satınalmalar və tenderlər saxta yolla keçirilir. Təmir adı altında dövlətin milyonları mənimsənilir.
Təsəvvür edirsiniz, balans dəyəri 4-5 min manat olan nəqliyyat vasitələrinə bir il ərzində 30-40 min manat məbləğində təmir işləri yazılır. Yəni astarı üzündən 10 dəfə baha...
Bəli, nəqliyyat vasitələri təmir olunmur, sadəcə olaraq təmir adı ilə milyonlar silinib mənimsənilir. Bu hələ harasıdır..? Nəqliyyat İdarəsində bir ədəd lampa 170 manat, qapı acarı 430 manat, fara 3000 manat, alın şüşəsi 2700 manata sənədləşdirilir.
İndi özünüz korrupsiyanın miqyasını təsəvvür edin. İdarənin işçiləri dövlət qurumlarına yazır ki, Hacı Elçin Zülfüqarov dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə böyük ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Və idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir. Bu hələ harasıdır...?
Nəqliyyat İdarəsinin rəisi Hacı Elçin Zülfüqarovun iki qardaşının oğlu – Şahbaba və İbad, bacısı oğlu Xələfi İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkli pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur. Bütün bunlar ortada olsa da nə dövlət qurumları, nə hüquq-mühafizə orqanları Elçin Zülfüqarova gözün üstə qaşın var demədilər... Sadəcə, 2 ay öncə SOCAR-ın yeni prezidenti Rövşən Nəcəf Elçin Zülfüqarovu hörmətlə yola salaraq ...həmin vəzifəni Ələddin Məmmədova həvalə edib.
Təsəvvür edirsiniz, 2006-cı ildən 2023-cü ilədək, yəni 17 il dövlətin az qala 100 milyonunu mənimsəyən, İŞİD-ə yardım edən adam rahatca gedir istirahətə. Bunları yazmaqda məqsədimiz odur ki, bu idarə bu gün də faəliyyət göstərir.
Və... İdarənin işçiləri yazır ki, təzə rəis Ələddin Məmmədov bizə “ot yoldurur”. İndi gördünüzmü, heç nə dəyişməyib. Hələ bu harasıdır..?
Redaksiyamıza daxil olan məlumata görə, SOCAR-ın vitse prezidentinə məxsus, 10 AA- 346 nömrəli, dəyəri 300 min olan xidməti avtomobilin sürücüsü, Məhərləmov Cabir Şiralı oğlu ( 14.04. 1963 təvəllüdlü ) Qarabağ Qazisini təhqir edir, hətta ölümlə hədələməkdən çəkinmir. Onu da qeyd edək ki, sürücü SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin işçisidir. Və Xətaidə milyonçular məhəlləsində özü üçün ev tikib, yaşayır.
İndi gördünüzmü, Nəqliyyat İdarəsinin nəinki rəisləri, adi sürücüləri də özlərini qoçu kimi aparır, qazini ölümlə hədələyir. Amma Qarabağ Qazisi bu məsələni belə qoymayacağını bildirib və hüquqlarının müdafiəsi üçün Ölkə Başçısına müraciət edərək ondan müdafiə olunmasını xahiş edib. //gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti