Ardını oxu...
Hələ iki il əvvəl “Dəryaz” qəzetində Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin öz bioloji varisinə — oğluna rahat həyat, karyera qurmaq üçün dövlət qulluçusu andına xilaf çıxması barədə tənqidi məqalə dərc olunmuşdu.

Məlumat üçün xatırladaq ki, Rəfael Quliyev 15 ilə yaxın Biləsuvar rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, həmin vəzifə ləğv olunandan sonra Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi, sonradan həmin idarənin adı dəyişdirilərək Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olanda da həmin qurumun direktoru vəzifəsində işləmiş, 2018-ci ildə sabiq nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bir il sonra isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin Aparat rəhbəri (hər iki vəzifənin maaşını alırdı) vəzifəsinə təyin edilmişdir.
Ardını oxu...
Biləsuvarın hazırda həbsdə olan, keçmiş korrupsioner icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınırdı. “Dəryaz” qəzetinin redaksiyasına məlumat verən mənbənin bildirdiyinə görə Rafael Quliyev nazirliyə vəzifəyə gələndən sonra oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri – qanuni olaraq, Dövlət Qulluğu haqqında olan qanunun 27.3 və 28.1 maddələri pozularaq nazirin əmri ilə qeyri qanuni olaraq işə qəbul etdirmişdir. 2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, lakin məmur oğlu ranqından istifadə edərək nə yollasa 2020- ci ilə qədər hərbidən yayınmağa müvəffəq olur, Vətən qarşısında borcunu yerinə yetirmir.150.000 manat dəyəri olan son model “Lexus” avtomobilində at oynadır. Onu da qeyd edilirdi ki, Rəfail Quliyev Biləsuvarda vəzifədə işləyən zaman hektarlarla torpaq sahələrini ələ keçirib, heyvandarlıq ferması yaratmışdır.

Cəbrayılzadə Sərvan Rafael oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə tənqidi yazılar artan zaman məsələnin ictimailəşməsinin vəd etdiyi təhlükələrdən ehtiyatlanan Rəfael Quliyev tezbazar Sərvanı “komissovat” etdirib Milli Banka köçürmə yolu ilə işə düzəltdi. Maraqlıdır, əgər Sərvan xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? Təəssüf ki, bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə göndərdiyimiz sorğulara cavab verilmədi. Belə çıxır ki, kasıbın övladı qeyrətinə tapınıb müharibəyə yollanmalı, Vətən uğrunda canından keçməlidir, amma Rəfael Quliyev kimi üzdəniraq məmurların oğulları isə hərbidən yayınıb rahat kreslolarda haram yeməlidirlər?

Redaksiyamıza daxil olan növbəti məlumatlara görə, R.Quliyev hələ RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə 24 kəndin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintiləri üzə çıxıb. Ən az yeyinti Əliabad kəndində (450 manat) , ən çox yeyinti isə Ağalı kəndində (9500 manat) aşkarlanıb və geri qaytarılıb. Məlum olub ki, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinləri buğda kimi göstərilirmiş. 37 min manat haram subsidiya alan şəxslər müəyyən edilsə də, sonradan ört-basdır edilib. Subsidiyalar bu gün də kimlərinsə adına yazılaraq mənimsənilir.
Ardını oxu...
R.Quliyevin nepotist (qohumbazlıq) siyasəti bu gün də davam edir. Qeyd olunur ki, Biləsuvarda ona məxsus 1000 hektar torpağı vaxtilə rayon Statistika İdarəsində işləmiş Vüsal adlı bacısı oğlu əkir. R.Quliyevin bacısı qızı da, qardaşı oğlu da nazirliyə təyinat alanda öz yerinə gətirdiyi DAİM-n müdiri Nurərrin Quliyevin yanında haqq etmədikləri mühüm vəzifələrdə işləyirlər. V ə elə onların əli ilə də külli miqdarda maliyyə maxinasiyalarını rahatlıqla həyata keçirirlər. Həmçinin bildirilir ki, R.Quliyev sabiq nazirin bacısı qızını oğluna alıb gəlin etdiyi üçün bir növ toxunulmazlıq statusu qazanıbmış.

Mövzuya qayıdacağıq.
Deryaz.az
https://deryaz.az/?p=10156
 
Ardını oxu...
Hələ 2016-cı ildə müstəqil medialardan birində yazırdı: "Əfqanıstanı xəritədə belə görməyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində “Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar".

Təbii ki, bu sözləri həmin sayt özündən yazmırdı, bu barədə ona məlumat verən şikayətçi mənbə var idi. Hansı ki, İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "fəaliyyət"indən yetəri qədər xəbərdar və narazı olan İmişli sakinidir o şəxs.

Bundan əlavə bir başqa sayta şikayətçi olan 44 günlük ikinci vətən müharibəsi qazisi Ceyhun Faiq oğlu bildirirdi ki, "İmişli rayon Hərbi komissarlığı onunla eyni ad-soyadı daşıyan fərariyə əlillik verib. Mənə də deyirlər, "sənədləriniz səhv düşüb". Maraqlıdır ki, bu səhvi də düzəltmək istəmirlər".

Səbəb nədir görəsən?

Nə yazıq ki, İmişli rayon Hərbi Komissarlığının "foks"ları bununla da bitmir.

İndi də İmişli rayonundan daha bir vətəndaş - Şəhid ailəsi Adilə Babaşova Ölkə başçısı İlham Əliyevə və "DogruXeber.az" informasiya agentliyinə ünvanladığı məktubda yazır:

"Azərbaycan Respublikası Dogruxeber.az saytının Direktoru cənab Kamal Əsgərova İmişli rayon H.Aslanov küçəsində yaşayan şəhid ailəsi, hərbi xidmət zamanı ikinci qrup əlil anası Babaşova Adilə Novruz qızı tərəfindən

Ərizə

Nəzərinizə çatdırım ki, kiçik oğlum Babaşov Habil 2004-cü ildə İmişli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. 2005-ci ildə oğlum xidməti vəzifəsin yerinə yetirərkən ağır kəllə beyin travması almış, Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararsız kimi qeydə alınaraq, evə buraxılmışdır. Dəfələrlə oğlumun sağaldaraq hərbi xidmətə yenidən göndərilməsi barədə müraciət etsəm də oğlumun psixoloji xəstə olmasını əsas gətirərək, müraciətimi qəbul etməmişlər. Oğluma 2005-ci ildən təxminən 2014-cü ilədək 3-cü qrup, 2014-cü ildən isə 2-ci qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə 2016-cı ildə Zərifə Əliyeva adına xəstəxanada oğlum təkrar komissiyadan keçmiş və növbəti komissiyanı 5 il uzadaraq, 2021-ci ildə təyin etmişlər. Oğlum 2019-cu ildən həbs olunduğuna görə 2022-ci ildə penitensiar xidmətin müalicə müəssisəsinə aparılmış orada bir neçə gün saxlandıqdan sonra geri qaytarılmışdır. Guya oğlumu müayinə ediblər oğlum sağlam olduğuna görə onun pensiyasını kəsmişlər. Aidiyyatı üzrə dəfələrlə müraciət etsəm də baxılmamışdır. Mən bilmək istəyirəm ki, əgər oğlum sağlamdırsa, nəyə görə oğlumun hərbi bileti yararsız kimi yazılır?. Mən bu dövlətə sağlam yararlı övlad verirəm, dövlətin bəzi vəzifəsindən istifadə edən məmurları nə oğlumun yararlılıq biletini bərpa etmir, nə də pensiyasını bərpa etmirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bilmək istəyirəm ki bu ölkədə hansı qanundan söhbət gedir ki, bu ölkənin bəzi məmurları niyə bu ölkənin, ölkə başçısının adını ləkələməyə çalışırlar. Oğlum xəstədirsə pensiyasını versinlər, sağlamdrsa yararlılıq biletin təmin etsinlər.
Hörmətli Kamal müəllim şəhid ailəsi kimi xahiş edirəm mənim müraciətimi işıqlandırasınız."

Qeyd edək ki, yayımladığımız məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevi göstərişi əsasında məktəblərdə fəaliyyət göstərən bufetlərin əksəriyyətinin fəaliyyəti dayandırılıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində faəliyyət göstərən 36 saylı tam orta məktəbinin bufetində çalışan Məsimova Vüsalə Bəhrəm qızı tərəfindən şikayət daxil olub.
Şikayətçi bildirir ki, onun fəaliyyət göstərdiyi məktəbin bufetinin fəaliyyəti 20 gündür ki, bağlanıb.
Səbəb olaraq göstərilir ki, 36 saylı tam orta məktəbinin direktoru ona bildirib ki, məktəbdə oxuyan hər şagirdə görə siz 35 qəpikdən regional təhsil idarəsinə pul ödəməlisiniz.
Məlumat üçün onu da qeyd edək ki,təkcə sözügedən məktəbdə 700 -dən çox şagird təhsil alır.Bu saya görə hər ay nə az nə çox bufet sahibi regional təhsil idarəsinə 245 azn pul ödəməlidir.

Bəs, ödənilməli olan bu pul vəsaiti dövlət büdcəsinə köçür, yoxsa hansısa iribuynuzlu məmurun şəxsi hesabıbına?
Şikayətçi xanım da direktora bildirib ki, 9,10, 11-ci sinifin şagirdlərinin tam əksəriyyəti repetitor yanına gedir.Nədən onlar məktəbə gəlmədiyi halda bu qədər şagird kontigentinə pul ödəməliyəm? Direktor isə bildirib ki, bu Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin göstərişidir.Xanım bufetçi isə tələb edilən “taksa” ilə razlaşmadığından direktor onun çalışdığı bufeti bağlatdırıb.
Şikayətçi Vüsalə Məsimova bildirir ki, məktəbdə əsasən bulka, un məmulatları kimi məhsulları ilə yanaşı dərs ləvazimatlarının satıldığı üstünlük təşkil edir.
Sonda şikayətçi mətbuat vasitəsi ilə Elm və Təhsil Naziri Emin Əmirullayev cənablarından Gəncə məktəblərində bufetlərin bağlanması məsələsinə aydınlıq gətirilməsini xahiş edir.
Redaksiya olaraq inaırıq ki, hər şagirdə görə 35 qəpik pul tələbinə görə bufetlərin bağlanması korrupsiya faktə olduğundan Prokurorluq bu faktı araşdırıb ictimaiətə açıqlama verəcəkdir.

Məlumat üçün onu da qeyd edək ki, Vüsalə Məsimova Qərbi Azərbaycandan olan qaçqındır.

Şikayətçi Ana Azərbaycan silahlı qüvvələri üçün 2 oğul övladı böyüdür.
Səsləndirilən ittihamla bağlı maraqlı tərəflərin mövqeyini dərc edə bilərik.

Pul yığımı ilə bağlı audio-şikayəti təqdim edirik:

Dünyanınsəsi.Az
 
Ardını oxu...
Müstəqil ekspertlər və beynəlxalq korrupsiya araşdırma təşkilatları hələ də Azərbaycanda ən korrupsiyalaşmış və ən böyük dövlət vəsaitlərinin mənimsənilməsi sahəsi kimi dövlət satınalmaları və tenderləri göstərirlər. Bir çox mütəxəssislərin fikrincə, təəssüf ki, çoxsaylı kadr dəyişiklikləri və qanunvericilikdəki yeniliklərə baxmayaraq, tenderlər yenə də əsas koprrupsiya mənbəyi olaraq qalır.

Kadr dəyişikliklərinin əhatə etdiyi sahələrdən biri də Səhiyyə Nazirliyidir. Son iki il ərzində bu nazirliyin rəhbərliyində köklü dəyişikliklər oldu. Nazir və müavinlər dəyişdi. Amma görünən odur ki, nazirliyin “tender siyasəti” bəzi digər nazirliklərdəki kimi dəyişməz olaraq qalır.

Məsələn, uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkəti “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir.

Məlumat üçün qeyd edək ki, “Arash Medical Company” heç də təsadüfən “tender kralı” hesab olunmur. Bu şirkət ləğv olunan “Araş Medikal” MMC-nin aktivləri əsasında təsis edilib. Şirkətin 2011-ci ildə yaradıldığı deyilir, amma hələ 2010-cu ilin müsabiqə reyestrlərinə əsasən, Tibb Unversiteti yeni adı ilə ondan 917 173,54 manatlıq tibbi avadanlıqlar satın alıb.

Ümumilikdə isə “Araş Medical” MMC və “Arash Medical Company” həmin il xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlardan 13 398 507,06 manat dəyərində 46 tender qazanıb. Təkcə bir ildə İnnovasiya və Təchizat Mərkəzinin xəttilə 7 399 455,98 manatlıq tender udub. Azərbaycan Tibb Universiteti də “Arash Medikal Production LTD” adlı şirkətdən 8 099 515,79 manatlıq Tədris-Terapevtik Klinikasının inventarlarını satın alıb.

Həmin illərdən başlayaraq, şirkət səhiyyə sistemilə bağlı demək olar bütün böyük tenderləri qazanıb. Özü də təkcə tibbi avadanlıqların, ləvazimatların satışı və quraşdırılması deyil, xəstəxanaların tikintisi və təmiri ilə bağlı satınalmalar da bu şirkətə verilib. Bunun nəticəsi olaraq, şirkət təkcə 2019-cu ilə qədər ümumilikdə 250 milyon(!) manatlıq tender qazanıb. Sonrakı illərdə də eyni temp saxlanılıb. Təkcə ötən il şirkət 27 tender udub. Bu, hər aya 2 tenderdən artıq deməkdir. Bu ilin əvvəlindən də tenderlər üst-üstə qazanılmaqdadır və onların dəyəri ilk 3 ayda artıq 1 milyon manata yaxınlaşıb. Ötən il bu məbləğ 4.5 milyon manata yaxın olub.

Mətbuatda gedən bəzi məlumatlarda göstərilirdi ki, şirkətin sahibi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qohumudur, Lakin əslində, Cavid Əsədov Oqtay Əsədovun yox, digər sabiq millət vəkili Hadı Rəcəblinin qohumu, daha konkret desək, bacısı oğludur. Sözsüz ki, bu amilin də “Arash Medical”-ın “uğurlarında” əhəmiyyətli payı var.

Ancaq “Arash Medical”-ın tenderləri necə “udduğuna” dair daha dolğun və faktlara əsaslanan nümunə kimi Azərbaycanda fəaliyyət göstərən “Qardaşlar Mebel” QSC-nin ölkə başçısına, Səhiyyə, İqtisadiyyat və digər nazirliklərə, eləcə də hüquq-mühafizə orqanlarına məktubunu göstərmək olar. Məktubda deyilir ki, “Qardaşlar Mebel” QSC 2021-ci ilin sonunda Səhiyyə Nazirliyinin 3 böyük tenderini udsa da, onu qalib elan etməyiblər və milyonlarla dollarlıq tenderlər şişirdilərək başqa şirkətlərə, daha doğrusu məhz “Arash Medical”a verilib: “Şirkətimiz tərəfindən dəfələrlə bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə ünvanlanan müraciətlərimiz təəssüf ki, cavabsız qalmışdır. Belə qənaətə gəlmək olar ki, həmin müsabiqələrdə nəzərdə tutulan şirkətin qalib olmaması Səhiyyə Nazirliyini çox narahat edir. Bundan irəli gələrək Səhiyyə Nazirliyi həmin müsabiqələrin nəticələrinin gələn ilə keçməsini və ayrılan vəsaitin dövlət büdcəsinə qaytarılmasına nail olaraq həmin tenderlərin ləğvini istəyir. Eyni zamanda bu müsabiqələrdə simvolik qiymət təklifi təqdim edərək kənarda qalan, amma bütün proseslərə özünün kənardan dəvət etdiyi “SEM-AZ” MMC şirkəti üzərindən həyata keçirən “ARASH” firması “ARASH MEDİCAL” MMC şirkətinin törəməsidir. “ARASH MEDİCAL” MMC-nin faktiki rəhbərinin isə Səhiyyə Nazirinin müavini və nazirliyin tender komissiyasının sədri Ağayev Elsevər Məmməd oğlu cənabları ilə yaxın qohumluq əlaqəsi vardır. Buna sübutu Səhiyyə Nazirliyinin Dövlət Satınalmalarının Vahid İnternet Portalının “Keçirilmiş müsabiqələr” bölməsinə daxil olmaqla görmək mümkündür. Həmin bölmədə nazirliyin bu tip satınalma predmeti üzrə keçirdiyi müsabiqələrin qalibinin yalnız “ARASH MEDİCAL” MMC olduğu qeyd olunub. Həmçinin həmin müsabiqələrdə ikinci şirkət olaraq hər zaman “SEM-AZ” MMC iştirak edir. Məhz buna görə də satınalan təşkilat üç müsabiqə üzrə yüksək, yəni 13736908.52 (on üç milyon yeddi yüz otuz altı min doqquz yüz səkkiz manat əlli iki qəpik) manat qiymət təklifi vermiş “SEM-AZ” MMC-ni qalib seçmək niyyətindədir. Eyni zamanda qalib olduğumuza baxmayaraq, Səhiyyə Nazirliyi müxtəlif yollarla müsabiqədə təqdim etdiyimiz qiymət təklifindən imtina etmək üçün bizə təzyiqlər göstərir. Üç müsabiqə üzrə qiymət təklifimiz 8580934.28 (səkkiz milyon beş yüz səksən min doqquz yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Göründüyü kimi, qiymət təkliflərimizin qalib seçildiyi təqdirdə 5155974.24 (beş milyon bir yüz əlli beş min doqquz yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat məbləğində vəsait dövlət büdcəsinə qaytarılacaq. Qənaət olan vəsaitin hesabına 44 günlük müharibədə düşmən tərəfindən dağıdılmış ərazilərin tezliklə bərpasına töhfə verilə bilər...”

Doğrudur, bu müraciətdən sonra sözügedən tenderlərin nəticələri ləğv olundu və həmin tenderləri “Arash Medical” uda bilmədi. Əslində, bu da gerçək rəqabət şəraitində bu şirkətin nəyə qadir olduğunun, qalib gələ bilmədiyinin bariz nümunəsidir.

Ancaq maraqlı olan həm də budur ki, həmin müraciətə əsasən “Arash Medical”-ın arxasından daha bir ad, özü də dəfələrlə korrupsiyada hallanan ad çıxır. Söhbət 1997-cü ildən Səhiyyə Nazirliyinin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru, 1999-cu ildən ötən ilin fevralına qədər, yəni 23 il(!) isə Səhiyyə nazirinin müavini vəzifəsini daşımış, nəticədə Azərbaycanın az qala ən imkanlı oliqarxlarından birinə çevrildiyi bildirilən Elsəvər Ağayevdən gedir.
Ardını oxu...
Məktubdan belə məlum olur ki, E.Ağayevin də “Arash Medical”-ın “tender qələbələri”ndə ciddi rolu var. Əldə etdiyimiz məlumata görə, məktubda qeyd olunan, ancaq adı çəkilməyən “Elsəvər Ağayevin qohumu” isə Şamo Fərzəlibəyov adlı şəxsdir. Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. Heç yerdə adı keçməyən bu şəxs həm “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının sahibidir.

Ardını oxu...
Ardını oxu...
Yeri gəlmişkən, istər “Arash Medical”-ın, istərsə də Elsəvər Ağayevin qudasının yuxarıda adı çəkilən “Caspian International Hospital” və “BADAM MEDICAL CENTER” klinikalarının qazandıqları milyonların qarşılığında vergidən yayınması ilə bağlı da bəzi iddialar var. Ancaq yəqin ki, bu və digər iddialar və açıq görünəın faktlar yalnız “Arash Medical” və buna bənzər şirkətlərin dövlət satınalmalarını, tenderləri necə “udduqları” və necə “tender kralları”na çevrildikləri üzə çıxarılan zaman araşdırılacaq. Bu isə kifayət qədər çətin görünür...
Azpolitika.
 
Ardını oxu...
"Çoxmərtəbəli binaların üzərində əlavə bir və ya iki mərtəbənin inşa olunması özbaşına həyata keçirilə bilməz".
TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bunun üçün müvafiq icra hakimiyyəti orqanları, Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı, təsdiqi zəruridir:
"Sözügedən binaya əlavə bir mərtəbənin artırılması üçün qərarın, rəylərin mövcud olub-olmadığını bilmirik. İcazə verilməyibsə, təbii ki, qanunsuz tikili sayılır. Yəqin ki, müvafiq qurumlar məsələni araşdırıb, qərar verəcəklər.

Həmin rəylər varsa və tikinti işləri qanunvericiliyin tələblərinə və standartlarına uyğun şəkildə həyata keçirilibsə, normal qəbul olunandır.

Çünki praktikada belə hallar baş verib. Burada məsələnin ən önəmli və əhəmiyyətli tərəfi binada yaşayış olduğu halda əlavə mərtəbənin tikilməsidir".

Mütəxəssisin qənaətincə, bu kimi işlər təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmaqla, eyni zamanda təbii ki, bina sakinlərinin rahatlığına ziyan vurmadan, vətəndaşların hərəkətini məhdudlaşdırmadan görülməlidir".

Qeyd edək ki, Xətai rayonu, Həsən Salmani küçəsi, 17 ünvanında “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq, 18-ci mərtəbəsi tikilib.
 
Ardını oxu...
Bakıda yerləşən tanınmış supermarketlərdən biri olan “Rahat”da vaxtı keçmiş meyvə şirələri satılır.

Axar.az xəbər verir ki, marketdə satılan “Jalə” brendinin albalı nektarının qablaşdırılmasında son istifadə tarixi olaraq 1.03.2023 qeyd edilib.

Həmçinin, bir çox insanın son istehsal tarixinə nəzər yetirməməsi düşünülərək bu köhnə məhsullar önə yığılıb.
 
 
Ardını oxu...
Dünən Zərdab Rayonu Dəkkəoba kəndində yaşayan Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən DİA.AZ-a göndərilən faktları təqdim etmişdik ki, bu faktların geniş rezonansa nədən olduğu sözlənilir.

Sözügedən yazı burada: KTN-nin sabiq baş məsləhətçisi yeni nazirə MÜRACİƏT ETDİ - Zərdabda əkilən torpaqlar...

Bununla bağlı DİA.AZ-a yenidən açıqlama verən Şəmsi Əhmədov “bircə bu yazılar yeni nazirə çatsaydı...” deyərək əlavə faktları açıqlayıb.

KTN-nin sabiq baş məsləhətçisi yazır: “Bir məmur bu qədər necə “blokirovka” edilə bilir ətafı tərəfdən? Çox təəcüblüdür... Məktublarıma belə cavab vermirlər”.

Daha sonra sabiq məmur olduqca ilfinc faktları açıqlayır: “2019 cu ildə elan verərək itirilmis sənədlərin yenisini almadan milyon manatlarla subsidiyanı öz müəssisələrinə yazıblar. Min hektarlarla pambıq üçün subsidiya alsalar da, heç bir kiloqram da olsun məhsul təhvili yoxdur...

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova buradan müraciət edirəm: Mən Əhmədov Şəmsi Fazəddin oğlu, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi olaraq ərizə ilə Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan Azəraqrar MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.

Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar , 700 hektar ,600 hektar ,400 hektar əkin üçün subsidiya ayrılb. sənədlərin surətini təqdim edirəm. Kənd Təsərrüfatı nazirliyinin tabeliyində olan Azəraqrar MMC -nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, 2020-ci ildə 550 hektar (bəyan nömrələri 1220788,884565,884534,884516) , 2021 ci ildə 700 hektar (bəyan nömrələri 2550646,2470891,2116741,,2071194,) əkin bəyan edərək subsidiya alıb.

Bu illər ərzində həmin ərazidə Azəraqrar mmc-nin pambıq əkini 550 hektar olub. Azəraqrar hər iki ildə tədarük məntəqələrinə bir kiloqram da olsun məhsul təhvili barədə məlumat yoxdur.. Amma Azəraqrar MMC- nin ərazsində müqavilə ilə icarə əsasında hər hektarı 100 manata pambıq əkən P-Aqro MMC-nin aqronomu Azər Teymurovun məhsuldarlığı hər hektardan 55 sentner olub. Azəraqrar MMC-nin 100 hektar icarə ilə yer verdiyi P-Aqro MMC-nin direktorunun qardaşı Namiz Həsənov isə 440 ton pambıq verib.

Həmin ərazidə orta məhsuldarlıq 50 sentner olduğunu nəzərə alsaq, Azəraqrar MMC-nin istehsal etdiyi xam pambıq 2700 ton olmuşdur. P-Aqro MMC-nin Ucarda emal zavodunun olduğunu bilməyən yoxdur. Əgər həmin pambıq orda emal olunub satılıbsa, bu 2700000 dollar və ya 4.6 milyon manat emaldan əldə olan lifin pulu edir.

Bu məsələyə niyə baxan yoxdur? örüş torpaqlarında əkilən pambıqlara əkin subsidiyası Kənd Təsərrüfatı Nazirliyinin vəsadəti və adlı siyahısı ilə Nazirlər Kabineti tərəfindən ayrılır..Bu örüş torpaqlarında əkilən pambıq sahələrinə KTN və AKİA bir başa Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayırıb. O cümlədən öz aqronomları Azər Teymurovada örüş sahəsinə birbaşa subsidiya ayrılıb. Çox maraqlıdır ki həmin bəyan olunmuş əkinlərə nə aqrokimyəvi analiz,nə də aqrar sığorta olmadan subsidiya verilib. Nu məsələlərə aydinliq gətirilməsini xahiş edirəm”.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Zaqatala rayonu, Göyəm kənd sakini Məmmədov Qurban Laçın oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şərifov Ramin Məmməd oğlu və onun həyat yoldaşı Məmmədova Lalə Emrullah qızı onun atasını aldadaraq, torpaq sahəsini mənimsəyiblər:

“Mən, Məmmədov Qurban Laçın oğlu, Zaqatala rayonu, Göyəm kəndində, qeydiyyatda olduğum ünvanda yaşayıram. Şikayətim Zaqatala rayon sakini Şərifov Ramin Məmməd oğlu və onun həyat yoldaşı Məmmədova Lalə Emrullah qızındandır. Bu insanlar atamın yaşından, səhhətindən istifadə edərək, onu aldadıblar. O qədər saxtakarlıq ediblər ki, hətta yaşayan insana “ölüm kağızı” alıblar.

Belə ki, onlar 82 yaşlı atamı aldadaraq və hədələyərək 23 sot pay torpağını saxta sənədlərlə əlimizdən alıblar. Bu pay torpağı atam Məmmədov Laçın Rəcəb oğlu, qardaşım Məmmədov Əli Laçın oğlu, anam Xaşalova Fatma İlyas qızına dövlət tərəfindən verilmişdir. Atamla anamın nikah kağızları olmadığı üçün, anamın soyadı fərqlidir. Şərifov Ramin rəhmətlik anamın torpağına atamı varisi etmək üçün, anamın ölümündən 3 il sonra, yəni 2017-ci ildə anamla atamı rəsmi nikah etmişdir. Qardaşım Məmmədov Əli Laçın oğlunu isə 2018-ci ildə ölüm şəhadətnaməsi çıxartmaqla, onunda torpağını atamın adına keçirdiblər. Məni, ailəmi, övladlarımı və 2 bacımı isə heç olmamış kimi arayış alaraq, atamın varisi kimi və yaxud da atamdan almış kimi sənəd hazırlayıblar. Atam və atamın yeni həyat yoldaşı isə bunlardan xəbərsiz olublar.
Ardını oxu...
Bütün bunlara atamın həyat yoldaşı Gülgəz xanım və qonşular şahiddir. Amma müraciət etdiyim orqanların heç biri bütün bu saxta sənədləşməni araşdırmır. 2019-cu ildən məhkəmələrdə sənədlərin saxta olduğunu sübüt etməklə məşğulam. 2020-ci ildə Zaqatala rayon məhkəməsinin hakimi Elbrus müəllim alqı-satqını ləğv etdi. Qarşı tərəfin vəkili etiraz edərək, hakimdən az da olsa torpaq istədi. Lakin “hakim saxtakarlıqla məşğul olduğunuz üçün bu mümkün olmayacaq”, - deyə bildirdi. Necə oldusa, həmin il hakim ortadan yoxa çıxdı və bir daha görünmədi.

Bütün bu saxtakarlıqlara yol açan prokuror Əli müəllim və məhkəmənin işçisi Arif müəllim olub. Arif müəllim hal-hazırda həbsdədir. 9 il həbs olunub. Kənd soveti, notarius da bunlarla əlbir olublar.

Mənim şikayətimi oxuyan bütün lazımi qurumlardan xahiş edirəm, mənə kömək edin.

Hurriyyet.az saytı vasitəsilə cənab Prezidentə müraciət edirəm, xahiç edirəm ki, bu işin araşdırılması üçün göstəriş versin”.

Qeyd edək ki, məsələ ilə bağlı Bələdiyyə və kənd soveti ilə əlaqə saxladıq. Məsələnin araşıdırılıb, redaksiyamıza məlumat veriləcəyi bildirildi.
Ardını oxu...
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
"Kliniki Tibbi Mərkəz” (Semaşko) publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evi ləğv edilə bilər.

Teref.az-ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, bu barədə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov qərar qəbul etsə də, doğum evinin kollektivi tərəfindən etirazla qarşılanıb.

Ardını oxu...
Narazı tibb işçiləri Könül Ələkbərovun qərarından Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinə və digər dövlət qurumlarına da müraciət ediblər.

Əvvəlcə qərar qəbul edilib ki, sözügedən doğum evi ləğv ediləcəksə, kollektiv yaxınlıqdakı xəstəxanalarda və yaxud Kliniki Tibbi Mərkəzin özündə fəaliyyət göstərsinlər. Daha sonra bu qərarın icrası müvəqqəti olaraq dayandırılıb.
Ardını oxu...
Kollektivin Könül Ələkbərovun qərarına etirazından sonra 5 saylı Doğum Evi ilkin tibbi yardım müəssisəsi kimi fəaliyyətini davam etdirir. Ağır xəstələr isə Kliniki Tibbi Mərkəzə göndərilir.
Ardını oxu...
Ötən ilin yanvar ayında 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova vəzifəsindən azad edilib və yerinə tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı təyin edilib. Bir müddət əvvəl isə Vəfa Hüseynzadə Qara Qarayevdə yerləşən 7 nömrəli Doğum Evinə baş həkim göndərilib. 5 saylı Doğum Evinə isə rəhbərliyi Könül Ələkbərov özü həyata keçirir.
 
Ardını oxu...
Əhəd Abıyevin “YAYLAQ BİZNESİ” – haqda xanim sahibkar tərəfindən saytın elektron ünvanına videomüraciət daxil olub.
Dunyaninsesi.Az həmin Videomüraciəti olduğu kimi təqdim edir:

Redaksiya olaraq sual edirik ki, hansı qanunvericilikdə yazılıb ki, icra başçısnın nümayəndəsi köç maşınlarını saatlarla saxladıb onlara olmazın işgəncə versin? Axı bu cür hallar Daşkəsəndə baş verən ilk hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin “mükəmməl idarəetmə”si sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.

Çox hörmətli cənab Prezident, Sizcə digər rayonlarda olduğu kimi Daşkəsənə də “dur” demənin vaxtı deyilmi?

Dünyapress TV

Xəbər lenti