Ardını oxu...
 
"İNDER TEXNİKA" MMC-nin sahibi Seymur Şirinovdur, yoxsa Azad Qasımov?...

Manaf Şirinovun “Evrascon” ASC ( keçmiş  “Azərkörpü” ASC) şirkətində nələr baş verir..?  
Abid Şərifovun ailə şirkəti hesab edilən qurum dövlətə neçə milyon ziyan vurub..?  
Füzuli Hava Limanını mən tikmişəm  deyən Azad Qasımov kimdir..?  
Manaf Şirinovun uzun müddət direktor olduğu Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC  ( keçmiş  “Azərkörpü” ASC)  ilə bağlı yazıya keçməzdən öncə qısa məlumat verək. 
1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayan qurum 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb. 2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” adı ilə əvəz etdi. Manaf Şirinovun mətbuata dediyinə görə, guya adın dəyişməsinin səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə gördüyü mühüm işlərdir. Manaf Şirinova deyən yoxdur ki, təkcə Qazaxstanda gördüyünüz tikinti işlərində milyonlarla maxinasiyalar olmuşdu. 
Budur, sizin uğurunuz..? Bəli, Manaf Şirinovun şirkəti Qazaxıstanda, Özbəkistanda, Moldovada, Rusiyada, Ukraynada gördüyü bütün tikinti işlərində həmişə ciddi maxinasiyalara yol verib. Çoxları düşünə bilər ki, Manaf Şirinov bu layihələri necə əldə edib..? 
Əslində biz həmişə yazırıq ki, böyük şirkətlərin arxasında iri məmurlar olmasa, həmin şirkətlər 1 ay da ayaqda dayana bilməz. Bəli, “Azərkörpü”, hazırda adı Avro-Asiya İnşaat Korporasiyası “Evrascon”  olan şirkət birmənalı olaraq sabiq baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Bu qədər sadə və bəsit. Və həmin layihələri də Abid Şərifov öz əlaqələri vasitəsilə əldə edirdi. Bəlkə Qaradağda limanın tikintisini, yaxud Kür çayı üzərindəki körpünün tikintisini Manaf Şirinov özü əldə etmişdi..? 
Manaf Şirinova Kür çayının üzərində tikdiyi körpünün bir neçə ay sonra təmirə dayanmasını xatırlatmaq lazımdır. Manaf Şirinov təkcə dövlətə deyil, həm də Azərbaycan təbiətinə milyonlarla ziyan vurmuşdu. Manaf Şiirnov ona yaxın media qurumlarına böyük-böyük müsahibələr verir, dövlətdən və dövlətçilikdən danışır. Görəsən, Manaf Şirinov uzun illərdir ki, neçə milyon vergidən yayınmasından niyə danışmır...? 
Manaf Şirinov maşın, avadanlıq, texnika almaq adı ilə milyonlarla manipulyasiya edib. Bir sözlə, Abid Şərifovun ailə şirkəti hesab olunan "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC kifayət qədər dövlət vəsaitini mənimsəyib. Hətta Manaf Şirinovun bir müddət saxlanılması barədə də mediada xəbərlər yayılıb. Amma sonradan Abid Şərifovun hesabına buraxılıb. Manaf Şirinovun əməlləri barədə yazmaqla qurtaran deyil. Hazırda Manaf Şirinovun şirkətini, başqa adla, İNDER TEXNİKA MMC adı ilə onun oğlu Seymur Şirinov idarə edir. Seymur Şirinovun müavini isə Azad Qasımovdur. Azad Qasımov hər yerdə deyir ki, Seymur Şirinov kimdir ki, şirkətin əsl sahibi mənəm. Azad Qasımov deyir ki, Seymurun tikintidən, inşaat işlərindən başı çıxmır, amma mən... Bəli, Azad Qasımov restoranlarda pul səpir və fəxrlə dosatlarına deyir ki, Füzuli Hava Limanını mən tikmişəm, Qarabağın, Cəbrayılın bütün abadlıq və tikinti işləri mənə tapşırılıb. Azad Qasımovdan soruşan yoxdur ki, restoranlarda  səpələdiyin dollarları necə və hansı yolla qazanmısan..? 
Əlbəttə, dövlətin tikintiyə ayırdığı milyonları mənimsəməklə...

 
Ardını oxu...
 
Prezident ölkə idmanının inkişafı üçün gecə-gündüz çalışır... 
Bəzi deputatlar, məmurlar isə idman stadionlarını tikinti şirkətlərinə satır... 
İmişli Mürşüdün “Bizim Ev” MTK-sı  Yasamaldakı  “Məhsul” stadionunu zəbt  edərək 12 mərtəbəli bina tikir... “Bizim Ev” MTK yaşıllıqları məhv edir, sakinlərin başına toz-torpaq uçurdur... 
Əsas mövzuya keçməzdən öncə  qeyd edək ki, İDMAN artıq dünyada böyük siyasətə çevrilib. Həm də nəzərə almaq lazımdır ki, idman həm də ölkənin, dövlətin tanıdılması, təbliği üçün böyük vasitədir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan gənc dövlətdir və tanınmağa, təbliğata daha ciddi ehtiyacı var. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin ( MOK ) prezidenti olarkən, sonra dövlət başçısı kimi Azərbaycan idmanının inkişafı üçün gecə-gündüz çalışır. Və son illər Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaldan gənclərimizin  sayı durmadan artır. Təəssüf ki, bəzi məmurlar isə idman stadionlarını iş adamlarlna, sahibkarlara  sataraq milyonlar qazanırlar. İki gün öncə Bakı Ağır Cinayətlər  Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib. Bu işdə zərərçəkənlər Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsini istəyiblər. Zərəçəkənlərdən  biri proses zamanı bildirib ki, Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə külli miqdarda rüşvət veriblər. 
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı  Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən stadion ərazisininin həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata satılmaq məsələsi müzakirə olunub. 
İndi gördünüzmü, cənab Prezident idmanın inkişafı üçün gecə-gündüz çalışır, bəzi məmurlar, deputatlar isə idman stadionlarını iş adamlarına, Mənzil Tikinti Kooperativlərinə ( MTK ) sataraq milyonlar qazanmağa, eyni zamanda vətəndaşların hüquqlarının pozulmasına yol verirlər. Belə tikinti şirkətlərindən biri də İmişlidən olan Mürşüdə məxsus “Bizim Ev” MTK-dır. “Bizim Ev”  MTK-nın  Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında tikdiyi bina əslində “Məhsul” stadionunun ərazisini ələ keçirməklə baş tutub, şirkət hətta stadionun  soyunub-geyinmə otağını da zəbt edib. 
Bütün bunlar azmış kimi “Bizm Ev” MTK, gecə-gündüz, həftənin bütün günləri sakinlərin başına toz-torpaq, sement tozu, palçıq ələyir. İmişli Mürşüdün tikdiyi binanın balkonlarından sakinlərin evlərinin içi, az qala hamamı görünür. Bu rüsvayçılıqdır. Tikintidəki səs-küydən sakinlər gecə-gündüz stress keçirir, nevroz vəziyyətinə düşürlər... 
Sakinlərə işgəncə verməyi bir kənara, şirkətin apardığı tikinti prosesində heç bir təhükəsizlik qaydalarına əməl olunmur... Hələ üstəlik şirkət ətrafdakı yaşıllıqları məhv edir. Biz dəfələrlə  rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Amma Mürşüd tikir. Bəs görəsən, bu Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət edən qurumu, Şəhər rəhbərliyi hara baxır..? 
Ümid edirik ki, idman stadionlarını satanlar, həmin stadionların yerində qanunsuz bina tikənlər həbs olunacaqlar. 
Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət  ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024.
P.S. Növbəti sayımızda oxuyacaqsınız. "Bizim Ev" MTK-nın əsl sahibi kimdir? Bu şirkətlə, Əsabil Qasımovun hansı yaxınlığı var? Elvin Qasımov kimdir? Şirkət nə üçün binadakı mənzilləri çıxarış olmadan satır? "Bizim Ev" MTK-nın sahibi hansı nazirin adını hallandırır?

 
Ardını oxu...
 

İcra başçısı Müstəqim Məmmədovun yaxın dostu olan Suliddin bütün günü içkili vəiyyətdə şəhərdə avtoşluq edir... 
Yazacağımız mövzu Tərtər rayonundakı bələdiyyə sədri ilə bağlı olduğu üçün media üzərindən xırda bir araşdırma aparmalı olduq. Məlum oldu ki, Tərtər rayonunda 25 bələdiyyə fəaliyyət göstərir. Həmin siyahını https://az.wikipedia.org/Tetrer belediyyeleri saytında tapa bildik. 
Təsəvvür edirsiniz, bələdiyyələrin adı var, amma bələdiyyəyə daxil olan kəndlərin, bələdiyyə sədrlərinin ad-soyadı yoxdur. 
Nəhayət  axtardığımız informasiyanı icra hakimiyətinin http://terter-ih.gov.az/az/page/23.html  saytında tapa bildik. 
Deməli, məlumat üçün qeyd edək ki, Tərtər rayonundakı bələdiyyələrdən biri Yuxarı Qapanlı bələdiyyəsi ( Yuxarı Qapanlı kəndi, sədri Ələkbərov Suliddin Surxay oğludur), digəri isə Qaradağlı bələdiyyəsidir ( Təzəkənd, Kəngərli, Qaradağlı kəndlərini əhatə edir, sədri Hikmət Təvəkkül oğlu Nəcəfovdur ). Təkcə onu qeyd edək ki, Təzəkənd kəndinin 360 hektar ərazisi, 241 hektar pay torpağı var. Hər yerdə olduğu kimi Tərtər rayonunun bələdiyyə sədrləri də kəndlilərə kəndin ərazisində həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə aid rəsmi sənədlərin verilməsi üçün xeyli miqdarda rüşvət tələb edirlər. 
Bütün bunlar azmış kimi  Tərtər rayonu, Yuxarı Qapanlı bələdiyyəsinin sədri Ələkbərov Suliddin Surxay oğlu  təkcə sədr olduğu  Yuxarı Qapanlı bələdiyyəsinin deyil, həm də Təzəkənddə   xeyli əraziləri öz əlinə keçirib. Məlumdur ki, sovet dövründə rayonlarımızın çoxunda “Kökəltmə birliyi” deyilən Heyvandarlıq kompleksləri fəaliyyət göstərirdi. Həmin birliklərin geniş əraziləri, örüş sahələri, binaları  var idi. 
Bəli, bələdiyyə sədri Suliddin Ələkbərov rayonun icra başçısı Müstəqim Məmmədovla birləşərək Tərtər rayonu ərazisindəki  bahalı, münbit  torpaqları öz adına özəlləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov təkcə yuxarıda qeyd etdiyimiz keçmiş Kökəltmə birliyinin-Heyvandarlıq kompleksinin 97 hektar ərazisini özəlləşdirib. Bundan başqa  bələdiyyə sədri başqa bir 240 hektar sahəni də öz adına sənədləşdirib. Bələdiyyə sədri Suliddin Ələkbərov icra başçısı Müstəqim Məmmədovun ən yaxın adamıdır. 
Qısa vaxtda əldə etdiyi milyonluq mülklərin, ölçüyə gəlməz vəsaitin çoxluğundan başgicəllənməsi Suliddin Ələkbərovun həyat tərzini də dəyişib. Belə ki, bələdiyyə sədri bütün gün yeyib-içərək bahalı avtomobili ilə şəhərdə o yana-bu yana avtoşluq edir. 
Deməli, məlumdur ki, neçə illərdi ki, sakinlər müqavilə əsasında torpaqları icarəyə götürüb əkib-becərirlər. Kimin müqaviləsinin vaxtı bitirsə, Suliddin Ələkbərov müqavilənin müddətini uzatmır, heç bir ciddi əsas olmadan müqaviləni ləğv edir. Və.. Suliddin Ələkbərov həmin torpaqları icarədarlardan alaraq öz adına  müqavilə bağlayır. 
Yuxarıda qeyd etdiyimiz kimi Suliddin Ələkbərov  rayondakı Kökəltmə birliyinin 97 hektar ərazisini özəlləşdirib və həmin əraziyə öz adına 3 fazalı elektrik xətti də çəkdirib. Yəni Sülhəddin Ələkbərov az qala Tərtərin yarısını öz adına sənədləşdirib. Tərtərin icra başçısı Müstəqim Məmmədov və onun bələdiyyə sədri olan dostu Suliddin Ələkbərov Ramiz Mehdiyevin dövründə rayonda sağa da, sola da at oynadırdılar. Ramiz Mehdiyev vəzifədən gedəndə bu dostların gecəsi-gündüzü qara olmuşdu. Amma  sonradan özlərinə yeni dayaq tapa bildilər. Və hazırda öz əməllərini davam etdirirlər.

Ardını oxu...
Lerik rayon sakini Babayev Güloğlan Abuzər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özünü Lüvəsər bələdiyyəsinin üzvü kimi təqdim edən Mərdan Nəsirov bir torpağı saxta sənədlərlə bir neçə nəfərə satıb:

"Mən, Babayev Güloğlan Abuzər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, 2008-ci ildə Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin sədri kimi özünü təqdim edən Mərdan Nəsirovdan 6 sot torpaq sahəsi almaq üçün 2300 man pul vermişəm. Mərdan Nəsirov mənə həmin torpağın sənədlərini də verib.

Mən həmin sahəyə çəpər çəkib, öz sahəm kimi iş gördüm. Bir müddət keçəndən sonra, payız fəslində ağac əkmək uçun həmin yerə getdim, orda başqa insanın ev inşa etdiyini gördüm. Onlara yaxınlaşıb, “siz mənim torpağımı niyə zəbt etmisiniz”, - dedim? Həmin insan mənə torpağın özününkü olduğunu bildirdi və sənədlərini göstərdi. Dedilər ki, Mərdan Nəsirov çoxlarına qarşı dələduzluq edib.

Mən bu barədə M.Nəsirova danışdım və onun barəsində şikayət edəcəyimi bildirdim. O, mənə dedi ki, “sən mənə heç nə edə bilməzsən, hara istəyirsən şikayət et, xeyri yoxdur”. Mən bu barədə Lənkəran rayonu Polis Şöbəsinə, prokurora və icra başçısına şikayət etsəm də, heç xeyri olmadı. Dəfələrlə Baş prokurorun qəbulunda olmaq istədim, mane oldular. Başçının verdiyi sərəncam birinci mərtəbədən çölə çıxmadı.

Baş Prokurorluğa və Prezident Administrasiyasına çoxsaylı şikayət məktubları göndərmişəm. İndiyədək heç kimsə şikayətimlə maraqlanmır.

Hörmətli redaksiya, bu insanın saxtakarlığını açıq etmək üçün mənə kömək edin”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Bura Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyidir. Dəniz sahili boyunca çimərlik açıq olsa da, ərazidə çəkilmiş bu dəmir hasarlara görə, insanların dənizdən istifadəsi müşkülə çevrilib.

İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. Amma mövsüm hələ başlamadan Buzovna sahilləri üçün dənizə giriş məhdudlaşdırlıb.

Əvvəllər dənizkənarı Buzovna sakinlərinin bir addımlığında idisə, indi sakinlər dincəlmək üçün 500 metr, bəlkə də daha çox məsafə qət etməlidir. Hələ 10 ay öncə prezident İlham Əliyev Buzovna qayalarında törədilən qanun pozuntularından danışmışdı.

Buzovna sakinləri aidiyyatı qurumların məsələyə laqeyd qalmalarına diqqət çəkirlər. Hasarlanmış ərazidə yerləşən “Glam Beach” istirahət mərkəzinə giriş 8 manatdan başlayır. Çəkiliş zamanı Toplum Tv əməkdaşlarına yaxınlaşan, özünü hasarlanmış ərazidəki sözügedən istirahət mərkəzinin nümayəndəsi kimi təqdim edən, əslən türkiyəli, Mehmet adlı şəxs müsahibə verməyə razı olmadı. Amma jurnalistlərlə söhbəti zamanı dedi ki, hasarlanmış ərazinin çıxarışı var.

Mehmet bəyin təsvir etdiyi kimi “ 50 metr sağa gedib, hasarın çıxışına çatmaq üçün təxminən 1000 metrə yaxın yol getdik. Hasar bitəndən sonra vardığımız ərazi isə yerli sakinlərin üzməyə deyil, balıq tutmağa gəldikləri yer idi.

Hüquqşünas Səməd Rəhimli deyir, Xəzər dənizinin Azərbaycana mənsub olan 20-50 metrlik zolaqda yerləşən torpaq sahəsi torpaq məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq su fondu torpaqları sayılır və dövlət mülkiyyətində olan torpaqlar sayılır. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün özgəninkiləşdirilə bilməz.

Toplum Tv hasarlanan çimərliklərlə bağlı Bakı şəhəri icra hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirildi ki, məsələyə Xəzər rayon icra hakimiyyəti cavabdehdir. Lakin Xəzər rayon icra hakimiyyətinə edilən zənglər cavabsız qalıb.

Toplum TV
 
Ardını oxu...
İki il əvvəl Bakıda 11 tibb mərkəzi yaradılanda çoxları bunu islahat kimi təqdim edir, səhiyyə xidmətinin keyfiyyətinin yüksələcəyini düşünürdü. Lakin bu tibb mərkəzlərindən daxil olan məlumatlar təəssüf ki, bunun əksini göstərir.
Bu yazıda onlardan birindən - Nərimanov Tibb Mərkəzindən bəhs edəcəyik.
Qeyd edək ki, Mərkəz 2021-ci ilin iyununda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası, 18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası birləşdirilərək yaradılıb. Yaradıldığı vaxtdan bura direktor vəzifəsinə Fazil Alməmmədov təyin edilib. Onu da qeyd edək ki, cənab Alməmmədov bu təyinata qədər 5 saylı şəhər xəstəxanasının direktoru idi.
Son məlumatlara görə, yeni yaradılan Şuşa Modul Tipli Xəstəxana da məhz Nərimanov Tibb Mərkəzinə tapşırılıb. Daha dəqiqi, Fazil Alməmmədovun kuratorluğuna verilib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, direktor Nərimanov Tibb Mərkəzini tam bir Alməmmədovlar qalasına çevirib. Belə ki, onun yaxın və uzaq ailə üzvləri burada müxtəlif işlərlə təmin edilib.
Beləliklə, Fazil Alməmmədovun Nərimanov Tibb Mərkəzində çalışan ailə üzvləri və qohumlarının sihahısını təqdim edirik:
1.Alməmmədova Elvira Firuz qızı - Kadrlar şöbəsində işçi - Direktorun qardaşı qızıdır
2.Alməmmədova Elviranın əri Ramal Nərimanov Tibb Mərkəzinin anbarında çalışır. Maraqlısı budur ki, Ramal pandemiya dövründə yol verdiyi yeyinti məsələsinə görə işdən azad edilib, məhkəmə işi olub.
3.Alməmmədova Rufanə Laçın qızı - laboratoriyada çalışır, əvvəllər manikür ustası kimi çalışıb. Direktorun bacısı qızıdır.
4.Alməmmədova Təranə Çoban qızı - yanıq şöbəsində tibb bacısıdır.
5.Alməmmədov Laçın - Şuşa Modul xəstəxanasında sürücü - Direktorun bacısının həyat yoldaşıdır.
6.Alməmmədova Uluzanə Davud qızı -Yanıq şöbəsində qeydiyyatçı - Direktorun əmisi nəvəsidir.
7.Alməmmədov Nurlan Fərrux oğlu - Şuşa modul xəstəxanada stamatoloq - Direktorun qardaşı oğludur.
Qeyd edək ki, siyahı bununla bitmir. Hətta tibb bacısı üzrə təhsili və diplomu olmayan qohumlar da belə ciddi qurumda işə "düzəlib".

Ən qəribəsi isə odur ki, Tibb İşçiləri Günündə Səhiyyə nazirinin təltif etdiyi bir qrup tibb işçisi arasında cəmi 1 ildir təcili tibbi yardımda çalışan Laçın Alməmmədov də var. Onun cəmi 1 il fəaliyyət göstərdikdən sonra nazir səviyyəsində mükafatlandırılması Nərimanov Tibb Mərkəzinin personalının ciddi narazılığına səbəb olub. Çünki müharibə dövründə və ondan sonra Şuşaya ezam olunan, on illərlə həkim, tibb bacısı, sürücü kimi çalışanlar var ki, onların adları mükafatladırılanların siyahısına salınmayıb.
Beləliklə, Nərimanov Tibb Mərkəzinə rəhbər təyin olunduqdan sonra Fazil Alməmmədovun səlahiyyətləri daha da artıb və o, bundan sui-istifadə edərək, özünə oliqarxsayağı, dəbdəbəli həyat şəraiti yaradıb.

Belə ki, son 1 ildə Fazil Alməmmədov avtomobilini dəyişib, son model, 180 minlik yeni xarici maşın alıb. Maşının seriyası nömrəsini isə adına uyğun (FZ) götürüb. Avtomobilin yalnız “zerkalnı” nömrəsinin (10FZ100) qiyməti 10 min manatdan bahadır.
Bundan başqa, Fazil Alməmmədovun bu yaxında anasının adına 380 minlik mənzil aldığı da deyilir. Belə ki, 15 mart 2023-cü ildə anasının adına aldığı, Tibb Universiteti yaxınlığında, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən mənzildə hazırda özü yaşayır.
Nərimanov Tibb Mərkəzinin direktorunun Xətai rayonunda anasının adına avtoyuma və avtoservis məntəsəi açdığı da bildirilir. Direktorun digər obyekti isə öz adına açdığı meyvə anbarıdır.
Qeyd olunan faktlarla bağlı Nərimanov Tibb Mərkəzinin direktoru ilə əlaqə saxlayıb, mövqeyini öyrənmək istədik.
Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Aygün Qulamqızı saytımızı məhkəmə ilə təhdid edərək bildirdi:
"Bu məlumatları haradan alırsınız? Bütün saytları məhkəməyə verəcəyik. Mərkəzin hüquqşünası araşdırır".
Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzinin mövqeyini işıqlandırmağa hazırıq.
Aygün
BakuPost
Ardını oxu...
Ortalıq 45 ildir həyat yoldaşımla birlikdə AMEA-da çalışırıq. Torpağımıza düşmən saldırısı başlayan ilk
gündən aspiranturada təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub,
Qarabağ uğrunda savaşa getmişəm, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əliliyəm, Səhiyyə
Nazirliyinin rəyi ilə respublikadan kənarda müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda
kimya doktoru həyat yoldaşım televiziya ilə verilən şəhid olmağım xəbərindən stress keçirib, 2-ci
dərəcəli əlildir. Qarabağda başım döyüşlərə qatılanda AMEA İşlər İdarəsi iki körpə uşaqlı ailəmi 1979-
cu ildən yaşadığımız Şərifzadə küçəsindəki yataqxanadan çıxzrı, yataqxananı AMEA-ya aidliyi olmayan
şəxslərə satıblar. Həmin binanın yerində tikilın evdən isə mənzil almağımıza da AMEA İşlər İdarəsi
qadağa qoyub.
Mənzil problemimizin çözülməsindən yana AMEA-nın bütün prezidentləri , görkəmli elm xadimləri ,
millət vəkilləri əllərindən gələni ediblər. Akademik- prezident- deputat Fəraməz Maqsudov,
akademik-deputat Cəlal Əliyev millət vəkili kimi bir neçə dəfə deputat sorğusu ilə BŞİH-ə, ƏƏSMN-ə
müraciət etsələr də, sonuc belə olub ki, BŞİH işlədiyim Neft Kimya Prosesləri İnstitutunun ( NKPİ )
tikdiyi evdən mənə nəzərdə tutulan ikiotaqlı mənzili öz balansına keçirib.(?) Bu barədə AMEA
prezidenti, akademik Mahmud Kərimovun müraciətinə cavab olaraq 24.10.2002 tarixli məktubla
NKPİ-nin direktoru , akademik Musa Rüstəmov məlumat verib. Özbaşınalığa baxın, hər tikilən
binadan 10-15 mənzil müharibə əlillərinə, şəhid ailələrinə ayrılmalı olduğu halda, hər hansı qurumun
tikdiyi evdən ilk növbədə həmin qurumun müharibə adamları mənzillə təmin olunmaları qanun
olduğu halda, 1-ci dərəcəli Qarabağ əlili ailəsinə ayrılan mənzili BŞİH ələ keçirib.(?) “BŞİH-də fərasətə
bax!”
Vurğuladığım elm adamlarının hamısı dünyasını dəyişib, amma sağları da var! Şair demiş, ölən ölüb,
qalan sağlar bizimdir! Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev üç dəfə AMEA
prezidenti, akademik Akif Əlizadəyə müraciət edib. Birinci iki dəfə - 2013-cü ilin fevralında vitse-
prezident, hazırkı AMEA prezidenti İsa Həbibbəyli müraciəti İşlər İdarəsinə ünvanlayıb və orada it-
bata salıblar. Yenidən müraciətimə cavab olaraq akademik Arif Paşayevin 20.05.2015 tarixli, 280
saylı məktubunun surəti özümə də verilib.
2015-ci ilin sentyabrında AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Rəyasət Heyətinin
video-çəkilişlə iclası keçirilib və prezident bildirib ki, Şərifzadə küçəsində tikilən evdən 1-ci dərəcəli
Qarabağ əlilinin alim ailəsinə mənzil ayrılacaq. 2017-ci ildə mənzil bölgüsü olub və işlər müdiri Fətəli
Abdullayevin, müavini Sərdar Əliyevin, prezidentin , vitse-prezidentlərin yataqxana sakinləri üçün
nəzərdə tutulan mənzilləri özlərinə, sürücülərinə, katibələrinə götürmələri məlum olub. Bu
sətirlərin yazarının qəbul hüququna da , məhkəmə müdafiəsi hüququna da işlər müdiri və müavini
qadağa qoyduğundan , özbaşınalıqdan müdafiə hüququ pozulub. 1-ci vitse- prezidentin məktubuna
cavab olaraq işlər müdirinin müavini AMEA-da yaradılan mənzil komissiyasının hər həftə toplaşdığını
2019-cu ilə kimi bildirib. 2019-cu prezident postuna akademik Ramiz Mehdiyevin gəlməsi ilə işlər
idarəsinin işləklərinə və işlərinə son qoyulub. Yeni rəhbərlik problemin çözülməsinə çalışsa da, bu yol
“covid-19 “asqırıb”. İsa Həbibbəyli prezident olandan Şərifzadədəki mənzil özbaşınalığını tarixə
atmaq çabaları başlayıb.
Çıxış yolu kimi hüquq yoluna üz tutanda isə hüquq müdiri Kamal Əliyevin yataqxana komendantı
Azər Qiliyevlə “şifahi bazarlığı” üzə çıxıb. Səbail məhkəməsinin hakimi İlkin Rüstəmli iddiaçı Qarabağ
əlilinin 40-a yaxın sənədini, vəsatətini, ərizəsini bir yana atıb, cavabdehin nümayəndəsinin saxta
məlumatını əsas tutub. 21.06.2023 tarixli qətnamə hələ verilməyib, amma cavabdehin işdə yeganə
“sübutu” kimi Kamal Əliyevin şifahi sorğusuna yataqxana üzrə baş mütəxəssis Azər Quliyevin
07.06.2013 tarixli əllə yazılan mənim heç vaxt yataqxanada qeydiyyatda olmamağım və
yaşamamağım haqqında saxta cavabının portalda yerləşdirilməsi hər şeyi ortaya qoyur. Özbaşınalığa
baxın, 45 ilin AMEA işçilərinin hüquqlarına dünənin AMEA yataqxana hüquq mütəxəssisləri kağız
parçası ilə qadağa qoyurlar. Lap heç yaşamamışam, savaşdan başım açılmayıb, bəyəm mənzillər yalnız
prezidentlərə, vitse-prezidentlərə , işlər idarəsinin sürücülərinə, katibələrə verilməlidir?
Belə görünür, yenə də son söz Avropa İnsan Hüquqları Məhkəməsinin olacaq...
Məğrur Bədəlsoy
Ardını oxu...
 

Ardını oxu...
“Biz daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinə götürsün və bizi işlədib pulumuzu verməyən “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs cəzalandırılsın” – redaksiyamıza müraciət edən 30 Azərbaycan vətəndaşı deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulmasını istəyiblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb. “İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, “gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm”. Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz”- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

Zərərçəkən Əmrah Hüseynov isə bildirib ki, 2012-ci ildən tikinti-beton işləri ilə məşğul olur, briqada şəklində fəaliyyət göstərirlər: “Mübariz Quluzadəni 6 ilə yaxındır tanıyıram. Tikintidə briqadir kimi onunla iş yoldaşıyam. 08.08.2022-ci il tarixdə Mübariz bizi Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən quşçuluq fabrikinə tikinti-təmir işləri görmək üçün gətirdi. Mən 15 gün həmin fabrikdə gecə-gündüz beton tökmüşəm, mayak qoymuşam və hamarlama işlərini görmüşəm. Mən günü 50 manata işləmişəm, 15 günə mənə 750 manat pul verilməli olduğu halda Seyrandan pulumuzu ala bilmirik. Seyran Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində Quşçuluq fabrikini işlədirdi. Onunla həmin quşçuluq fabrikində görüşdük. Mənə görüləcək işləri şəxsən Seyran özü göstərib, sexlərin içərisində yerin hamarlayıcı qatını betonlamaq, təmir tikinti işlərini görmək və yeni pəncərə yerlərinin açılması və suvaq işlərini görməsini bizdən tələb etdi. Onunla şərtimiz belə oldu ki, hissə-hissə onun işlərini görəcəkdik, hər həftə pulumuzu ödəyəcəkdi. Sexin yerinin betonlanmasında 17 şəxs işləyib. Ayrı-ayrı işlərin görülməsində ümumilikdə 30 işçi işləmişik. İmişli Beton Zavodundan 400 kub beton almışam, 26 min manat zavoda borclu qalmışam. Betonun içərisinə qoyulması üçün 4000 m setkanı Bakı şəhərindən almışam və mal sahibinə 8300 manat borclu qalmışam. Betonun içəriyə vurulması üçün pompa maşın gətirmişəm, 4 gün işləyib, 6500 manat borclu qalmışam. 40 min 800 manat material və texnikanın puludur, 8 min 200 manat bizə zəhmət haqqı verməli idi. İşi görüb qurtardıqdan sonra Seyran pulu vermədi.

Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub. Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm. Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib. Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır. Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”

Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.
Ardını oxu...
Yenixeber.org: Redaksiyamıza Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Müəllif müraciətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edir. Müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfləri dinləmə istəsək də, olmadı...

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.

Oğlum 2022-ci ilin avqust ayının 18-dən müfəttiş köməkçisi işlədiyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülüb. Şərəf və ləyaqətinin alçaldılmasına etiraz olaraq 29.12.2022-ci il tarixdə işdən çıxma ərizəsi yazıb və ərizəsində bunları qeyd etməklə işdən çıxmışdır. Hadisə son iki ayda sektor müdirinin oğlumu hər gün təhqir etməyə başlaması sonucunda yaranıb. Bu zaman sektor müdiri hətta oğlumun şəxsi ləyaqətinə toxunan ifadələr belə işlədib. Dəfələrlə oğlumu iş otağına buraxmayıb. Sektor müdirinin təhqirləri dözülməz olduğu üçün oğlum mənə işdən çıxmaq istədiyini bildirdi. Mən dəfələrlə oğlumun iş yerinə gedərək, rəis Zaur Fərzəliyevə, “inzibati” şöbənin sektor müdiri Elçin Rüstəmova sektor müdirinin dövlət işçisinə yaraşmayan hərəkət və təhqirlərini bildirib, bu səbəbdən oğlumun işlədiyi sektorun dəyişdirilməsini xahiş etmişəm. Lakin heç bir tədbir görülmədi. Bütün bunlar adi bir hal kimi qarşılandı. Oğlum şəxsən özü rəis Zaur Fərzəliyevin və Elçin Rüstəmovun yanına gedib, sektor müdirinin təhqirlərinin dözülməzliyini bildirib. Nəticə olmadı. Cəzasızlıqdan həvəslənən sektor müdirinin bu hərəkətlərinə son qoyulması üçün oğlum onunla danışmaq üçün həyətə çıxmasını xahiş edib. Lakin oğlumun “........... müəllim, bir dəqiqə Sizi olar?” müraciətinə sektor müdiri həmişəki kimi çox kobud surətdə, təhqiramiz ifadələr işlədib. Hər vaxt təkrar etdiyi “sən mənim üçün ölüsən” ifadəsindən sonra oğlum artıq dözə bilməyib “sən özün öl” ifadəsini işlədib.
Oğlumun səssiz qalmağına adət edən sektor müdiri bu sözlərindən çox əsəbiləşib, üzərinə hücum edib, oğlum sektor müdirinin üzərinə gəldiyini görüb, çevrilib getmək istəyib, bu zaman sektor müdiri arxadan ona çatıb gicgahından yumruq vurub. Oğlum qaçıb bayıra çıxıb, lakin ürəyinin döyüntüləri artdığı və gözləri qaranlıq gətirdiyi üçün qaça bilməyib. Oğlumun ürəyində uşaqlıqdan problem var, bu səbəbdən otağın qapısının yanında dəhlizdə divara söykənib qalıb. Bundan sonra də sektor müdiri otaqdan dəhlizə əşyalar ataraq, oğlumu təhqir etməyə davam edib. Yəqin ki, bunları təhlükəsizlik kamerasında izləyən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev tez oğlumu və digər işçiləri otağa salıb. Oğlum dəfələrlə polisə, yaxud mənə zəng etmək istəsə də, rəis mane olub. Nəhayət oğlum fürsət tapıb mənə zəng edib. Mən təcili oğlumun iş yerinə getmişəm. Lakin məni saatlarla oğlumun yanına buraxmayıblar. Mənim ağlamağımı kənardakı adamların görməməsi üçün məni başqa otağa apardılar. Orada saatlarla bizim şikayət
etməməyimiz üçün rəis və digər işçilər məni dilə tutublar. Sonra da oğlum, sektor müdiri və digər işçilərin saxlanıldığı otağa məni gətirdilər (Oğlumu bayıra çıxmağa qoymurdular). Rəis təkidlə oğlumu və sektor müdirini barışdırmaq istəyirdi. Bu hadisəni “polisə xəbər verməməyi, bunun onun rəhbərliyində olan Bölmədə rəis və sektor müdirinin karyerası üçün pis nəticələnəcəyini” bildirirdi. Oğlumun şərəf və ləyaqətinin alçaldılması isə rəisin vecinə deyildi.
Oğlum döyüldükdən sonra mənə və oğluma Z.Fərzəliyev saatlarla təkid edərək “şikayət etməməyimiz” tələb edilirdi. Belə anladıq ki, müdir işçini istər döyər, istər söyər, işçinin nə həddinə cavab qaytarsın!!! Beləliklə, mən və oğlum günahkar olduq, hətta oğlumu döyən müdirdən çox günahkar olduq. Əlaqədar orqanlar oğlumun “sən özün öl” cavabının nalayiq söz olduğunu, müdirin nüfuzuna xələl gətirdiyini, bu sözlərin müdiri təşviq etdiyi qənaətinə gəldilər. Lakin bu sözün – “sən mənim üçün ölmüsən” ifadəsinin məhz birinci müdirin ağzından çıxdığını oğlumun özünü müdafiə vəziyyətində son zərurət halında “sən özün öl” cavabını qaytardığını nəzərə almadılar. Mən möhtərəm hüquqşünaslarımızdan bu barədə mülahizələrini, hüquqi yanaşmalarını bildirmələrini xahiş edirəm. “Sən özün öl” cavabı doğrudanmı müdirin nüfuzunu aşağı salır? Bu
cavaba görə müdir tərəfindən döyülmüş işçi qanun qarşısında günahkardır? “Sən mənim üçün ölmüsən” ifadəsi necə olur ki, müdirin ağzından çıxanda adi söz olur?
“Sən özün öl” cavabı isə oğlumun ağzından çıxanda nalayiq sözə çevrilir?!Bu hadisədə AQTA-nın rəhbərliyi tərəfindən rəis Zaur Fərzəliyevin laqeydliyinə və vəzifə səhlənkarlığına hüquqi qiymət verilməyib. Məhz onların vəzifə səhlənkarlığı və sektor müdirinə himayədarlıq etmələri səbəbindən bu hadisə baş verib. Onlar hadisə baş verdikdən sonra belə, hüquq mühafizə orqanlarına və yuxarı icra orqanına xəbər verməyiblər. Bu hal AQTA-nın rəhbərliyinin tamamilə nəzərindən “yayınıb”. Halbuki, hadisə baş verən zaman rəis Z.Fərzəliyev inzibati binada, iş yerində olub.
Mən oğlum günahkarın qanuni yollarla cəzalandırılması üçün əlaqədar orqanlara müraciət etdik. Bax ondan sonra 2-ci ağır zərbəni – mənəvi zərbəni aldıq: Müraciətlərimizin qarşılığında oğlumu günahlandırdılar ki, niyə müdirinə “sən özün öl” qarşılığını – cavabını vermisən?! Hüquq müstəvisində etdiyimiz bütün müraciətlərin nəticəsi bu oldu: müdirin “sən mənim üçün ölmüsən” ifadəsi adi sözdür, oğlumun “özün öl” cavab qaytarması isə nalayiq sözdür?!!

AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəhbərliyi bu hadisə barəsində həm hüquq orqanlarını, həm də öz rəhbərliyini məlumatlandırmayıb. Məhz biz – oğlum və mən əlaqədar təşkilatlara müraciət etmişik. Rəis Zaur Fərzəliyev isə bu hadisəni ört-basdır etməkdən əlavə, həmin hadisəni kollektiv müzakirə etməyib, hətta oğlumu döyən müdiri hüquq orqanlarında rəsmi surətdə müdafiə edib. Bu qeyd etdiyimiz hadisəni təsdiq edən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin inzibati binasında mövcud olan videomüşahidə kameralarının görüntülərini biz heç cür əldə edə bilmədik.
Dəfələrlə etdiyimiz yazılı müraciətlərə baxmayaraq həmin hadisənin baş verdiyi gün Bölmənin inzibati binasına koridorunda və həyətində quraşdırılmış videomüşahidə kameralarına həmin günə aid görüntülərini əldə etmək istəsək də həmin görüntələr bizim üçün əlçatmaz oldu. Buna səbəb həmin görüntülərdə mənim
qeyd etdiyim hadisəni tam təsdiq olunmasıdır. Lakin etdiyimiz bütün rəsmi müraciətlərə baxmayaraq AQTA-nın rəhbərliyi və əlaqədar orqanlar bizə həmin görüntüləri vermədi.
Hadisənin bu sonluqla bitməsinin səbəbkarı AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyevdir. Məhz onun vəzifə səhlənkarlığı və işçilər arasında nizam-intizam olmaması və Fərzəliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək müdirə qarşı tərəf tutması sonunda oğlum iş yerində təhqir olunub, döyülüb. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hətta Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına hüquqi qiymət verilib. Lakin mən AQTA-nın rəhbərliyinə dəfələrlə müraciət edib, günahkarların – Z.Fərzəliyevin və müdirin cəzalandırılmasını tələb etsəm də heç bir tədbir görülməyib, heç bir cəza tədbiri görülməyib! Bu hadisələrdən gəldiyim nəticə bu oldu: bəzi idarə rəhbərləri və vəzifəli şəxslər aşağı vəzifədə çalışan tbeliyindəki işçiləri təhqir etməkdən zövq alır, ləyaqətini qorumaq məqsədi ilə cavab qaytaran işçini isə “dikbaşlığına” görə hər vasitə ilə cəzalandırmaqdan çəkinmirlər!!!
 
Ardını oxu...
Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən aidiyyəti qurumlara və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevə ünvanlanan müraciətdə deyilir:

"Mən Göyçay rayon sakini Axundov Araz Azər oğlu Vətən müharibəsi qazisiyəm. Müharibədə yaralansam da, əlillik dərəcəsi ala bilməmişəm.Təxris olunandan bəri heç yerdə işləmirəm. Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etsəm də, məni işlə təmin etmirlər. Bundan öncə verdiyim şikayətdə Hikmət Süleymanov tərəfindən incidildiyimi qeyd etmişdim, lakin onun haqqında heç bir tədbir görülmədi. Doğrusu H. Süleymanovun qəbulundan düşən zaman Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin kabinetinə girmişdim. Təəssüflər olsun ki, o da heç bir köməklik göstərməmişdi. Mühafizə polisindən 5 (beş) manat pul yollayaraq, "Mənim buna gücüm çatır" , - demişdi. Mən heç ondan belə edəcəyini gözləmirdim. Sanki o, ağadır, mən isə onun qapısında dilənən dilənçi. Xeyir, imkan verməyin ki, Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxs düşmənin önündə əyilmədiyi halda, bəzi məmurlar qarşısında mənən sınsın, pərişan olsun.

Onu da vurğulayım ki, Göyçay Rayon İcra Hakimiyyəti başçının birinci müavini həmin gün mənə xeyli ərzaq yardımı göstərmişdi. Sonuncu video müraciətimdə isə müalicələrim üçün yardım istədim. Şübhəsiz ki, rayon rəhbərliyi dəstək olmadı. Bankdan 1000 (min) manat faizli kredit götürərək müalicələrimə xərclədim. Əvvəlkinə nisbətən səhhətimdə ağrılar azalıb. Gəl ki, müalicələrimi mütləq şəkildə davam etdirməliyəm.

Hazırda o qədər çarəsiz durumdayam ki, nə edəcəyimi özüm də bilmirəm. Anam ağır xəstədir. Adam nə qədər məmur qapısında dilənər?! Artıq insanlara ağız açmaqdan üzüm utanır. Göyçay "Şəhər Təsərrüfatı Birliyi"ndə kommunal işlər mövcuddur.

Mətbuat vasitəsilə aidiyyəti qurumlardan və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən xahiş edirəm, məni sözü gedən idarədə işlə təmin olunmağıma köməklik göstərəsiniz."

 
 


 

Dünyapress TV

Xəbər lenti