Ardını oxu...
13 ildir Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı kimi çalışan Mikayılova Lalə Ayaz qızı Azinforum.az İnformasiya Portalına videomüraciət formasında şikayət edib. O, bildirib ki, may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb. Belə qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunun əsas gətirərək Mikayılova Lalə töhmətlə cəzalandırıb, işlədiyi “Travma” şöbəsinin gecə növbəsindən, “Ortopediya” şöbəsinin gündüz növbəsinə keçirilib. Şikayətçi bununla razılaşmır və bildirir ki, onlara qarşı bütün bu təzyiqlər Əkbərov Şahin Bəylər oğlunun İnstituta direktor təyinatından sonra başlayıb: “Çünki biz onun bir çox qanunsuz göstərişlərini yerinə yetirmirdik. Əgər mən oğurluq etmişəmsə, niyə bu barədə polisə məlumat verilməyib? Mən 13 ildir qüsursuz xidmət etmişəm. Pandemiya və 44 günlük müharibə zamanı var gücümlə çalışmışam. Ölkə rəhbərliyindən xahiş edirəm ki, Şahin Əkbərovun bu özbaşınalığına son qoyulmasına göstəriş versinlər”.

Qeyd edək ki, eyni aqibəti 10 ildir həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızı da yaşayıb. İnstitut rəhbərliyi onu da işlədiyi şöbədən digərinə, gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığımı deyirlər.



Azinforum.az olaraq, səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, bacılarıla bağlı görülən tədbirin əsaslı səbəbi olub: “Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb. Həmin dəriman və ləvazimatlar orada saxlana bilməzdi. Bütün bu hallar şöbənin müdiri və digər əməkdaşların iştirakı ilə sənədləşdirilib. Onlarla hətta humanizm çərçivəsində davranılaraq, eyni əmək haqqı ilə başqa şöbəyə işə keçiriliblər. Gedib hər yerə şikayət edirlər. Hamısına da cavablar vermişik. Biz heç bir qanunsuzluq etməmişik”.

Redaksiyadan: Hər iki tərəfi dinlədikən sonra ortaya maraqlı detallar çıxır. İnstitut rəhbərliyinin imzası ilə verilən rəsmi əmrdə yazılıb ki, tibb bacıları əmək fəaliyyətlərini lazımınca yerinə yetirə bilməyiblər, xəstələrlə bağlı təyinatdan kənar olan müalicələr aparıblar, öz dolablarında qadağan olunan tibbi ləvazimatlar saxlayıblar. Bu əmrin doğruluğuna inansaq, onda sual olunur: niyə Şahin həkim bu bacıların işdən azad edilməsi ilə bağlı qərar verməyib? Onları başqa şöbəyə keçirməklə, bacıların əməllərini orda da davam etdilməsini istəyir? Dolabda xəstəxanadan oğurlanan dərmanlar aşkar edilibsə, niyə bu barədə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edilməyib? Bütün bunları təhlil edəndə, maraqlı qənaət hasil olur. Görünən budur ki, tərəflər arasında duran ziddiyyətin kökləri daha dərindir və rəsmiləşdirilən müddəalar formal xarakter daşıyır. Məhz bu səbəbdən də direktor bacılarla yollarını əbədi ayırmaqdan ehtiyat edir. Məhz buna görə də, bu halın araşdırılmasını İnstutut rəhbərliyinin öhdəsinə buraxmaq olmaz. Mütləq mənada, Səhiyyə Nazirliyi və əlaqədar hüquq-mühafizə qurumları həmin İnstututda bu halın araşdırılmasına başlamalıdır. Uzun illər həmin İnstutuda çalışan iki bacının eyni vaxtda, eyni ittihamla cəzalandırılması maraqlı suallar doğurur. Direktorun bu bacılarla bölüşə bilmədiyi nədir ki, əvvələr çox yaxşı münasibətləri olduğu, hətta dəfələrlə yaxşı xidmətlərinə görə təltif etdiyi işçilərə indi verilən töhməti İnstitutun “Şətəf Löhvəsi”- ndən asmağı zəruri bildi? Niyə direktor tibb bacılarının nöqsanlarını məhz 13 ildən sonra görüb, onları cəzalandırmaq qərarına gəldi? Suallar çoxdur. Azinforum.az hər iki tərəfin mövqeyinin əks edildiyi videomaterialı təqdim edir. Mövzunu diqqətimizdə saxlayacayıq…

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Beyləqanın bəzi dövlət qurumlarında qol qoyulan haqsızlığın, məmur özbaşınalığının və s. varlığı, bu gün yerli sakinlərin həyat tərzinə o dərəcədə sirayət etmişdir ki, artıq ümumi vəziyyət dözülməz həddə çatmışdır. Bu sırada olmazın dərdə düçar olan sakinlərdən biri də, 1980-cı illərindən rayonun “Şitillik” adı ilə tanınan ərazisində ailəlikcə yaşayan 67 yaşlı Məmmədov Əli Abdulkərim oğludur. Qeyd edək ki, bu şəxs həmin illərdə “Şitillik” qəsəbəsində özləri üçün fərdi yaşayış evi tikmiş, övlad böyütmüş, oğul evləndirmiş, qız köçürmüşdür. 2022-ci ildən Əli Məmmədov və onun ailə üzvləri olmazın problemləri ilə üz-üzə qalırlar. Yəni, qonşusunun etdiyi müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərov və digərləri, 1980-ci illərdən Əli Məmmədovun və bu şəxsin ailə üzvlərinin istifadəsində olan həyətyanı torpaq sahəsində elə bir formada ölçü həyata keçirirlər ki, bu ailəyə məxsus həyətyanı torpaq sahəsi qonşunun pay torpaq sahəsi kimi qeyd olunur. Baxmayaraq ki, həmin vaxt Əli Məmmədov, Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərova və bu şəxslə birlikdə ölçü işlərini həyata keçirənlərə “Mənim əlimdə rəsmi sənədlərim var” deyir. Həmin şəxslər isə cavabında “Baxarıq” desələr də, daha sonra Əli Məmmədovu düşünülmüş şəkildə oyuna düçar edirlər. Belə olan halda Əli Məmmədov adı çəkilən bu dövlət qurumunda şöbə müdiri vəzifəsini daşıyan Əlqəməd Quliyevin qəbulunda olur və ona qol qoyulan əməllərlə bağlı kəskin narazılığını bildirir.
Ardını oxu...
O halda şöbə müdiri ona “Burada başqa nəsə ola bilməz, o dərəcədə səhvə də yol verilə bilməz” cavabını verir. Düzdür, şöbə müdiri ümidverici cavab versə də, faktdır ki, bütün bu kimi oyunlardan sonra Əli Məmmədovun qonşusu məhkəməyə müraciət edir və məhkəmə iddaçı tərəfin iddiası əsasında qərar çıxarır. Hal-hazırda 11 nəfərdən ibarət ailə üzvlərindən yaşadıqları evdən çıxmaları tələb olunur. Əli Məmmədov üzüzə qaldıqları bu problemlə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinin indiki rəisi cənab Yunis Əfəndiyevin qəbulunda olur və yeni rəhbərlik ona “iyulun 3-də qəbuluma gəl, həmin məsələ ilə bağlı yeni araşdırma apararıq” cavabını verir.
Ardını oxu...
Biz də bir media qurumu olaraq o halın varlığına ümidvarıq ki, cənab Yunis Əfəndiyev 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşı Cəfər Cəfərovun və digər əməkdaşların qol qoyduqları səhvin qaydaya salınması üçün müvafiq addımlarını atıb, 11 nəfərdən ibarət ailə üzvlərinin üz-üzə qaldıqları problemin ədalətli həllinə nail olacaq.
Mövzu diqqətimizdədir.

 
 
 
Ardını oxu...Ardını oxu...

Azərbaycan polisi 105 ildir səninlədir!

Bu gün Azərbaycan polisi yaradılmasının 105-ci ildönümünü qeyd edir.

Dövlətimizin və xalqımızın təhlükəsizliyinin keşiyində duran, öz vəzifə borcunu vicdanla yerinə yetirən bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzu edirəm!

Bur daha Polis Günü münasibətilə başda cənab nazir Vilayət Eyvazov olmaqla bütün şəxsi heyəti təbrik edirəm!


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

  

Ardını oxu...
"Azərbaycan Reallığı"na video-şikayət göndərən vətənadaş bildirir ki, Binəqədi rayon ərazisində 5 sot sənədli torpağ sahəsini hasara alıb, lakin Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları buna imkan verməyərək hasarı söküblər.

Vətandaş bildirir ki, qanunla nəzərdə tutulan 10 daş hasara alıb, amma gəlib yerlə-yeskan ediblər, əlimdə sənəd var, məhkəmə qərarı var, buna əməl etməyiblər, başqa tikinti işi aparmırdım, ərazini zibilləməsinlər deyə yalnız hasara alırdım, gələcəkdə ev tikmək planım var idi, buna da Binəqədi rayon icra hakimiyyəti imkan vermədi - deyə vətəndaş bildirib.

Sözügedən videonu sizlərə təqdim edirik:

 
Ardını oxu...
Ramiz Hümmətovun biznes şəbəkəsi...
Ramiz Hümmətov başqasına məxsus avtomobili saxta yolla necə satıb..?
Məşhurlardan biri deyir ki, mən hansı ölkəyə gedirəmsə, orada yaxşı, yaxud pis qanunla maraqlanmıram, məni qanunun işləməsi maraqlandırır.
Bəli, qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və...ən əsası HAMIYA şamil olunsun. Biz 33 ildir ki, müstəqillik əldə etmişik, BMT-nin, hətta Avropa Şurasının üzvüyük. Yəni Avropa Şurasına daxil olanda üzərimizə öhdəlik götürmüşük. O öhdəliklərdən biri də QANUNUN ALİLİYİNƏ riayət etməkdir. İndi gəlin görək, Avropa Şurası qarşısında görütdüyümüz öhdəliklərə əməl edirikmi...? Yəni bizim Ali Qanunda- Konstitusiyada məmurların biznes faəliyyəti ilə məşğul olması birmənalı olaraq QADAĞAN OLUNUB. Amma...
Əmması odur ki, bu gün ölkədəki iqtisadiyyatın, biznesin çoxu dövlət məmurlarına məxsusdur. Ən dəhşətlisi odur ki, məmurlar öz səlahiyyətlərindən istifadə edərək, vergidən yayınır, işçilərin hüquqlarını pozur və daha nələr... Amma ən dəhşətlisi odur ki, bəzi dövlət məmurları öz səlahiyyətlərindən sui-istifadə edərək CİNAYƏT ƏMƏLLƏRİNƏ yol verirlər. Belə məmurlardan biri də Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğludur.
Oxucuya aydın olması üçün qeyd edək ki, Azərbaycanda yaxşı qanunlardan biri də “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağandır. Əgər belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.
İndi görək, bu qanun ölkəmizdə işləyirmi? Əgər qanunlar işləsəydi, Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu adamın özünə məxsus “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq…. Görəsən, bütün bunlar sahibkarlıq fəaliyyəti deyil..? Nə olsun ki, Ramiz Hümmətov həmin obyektlərin çoxunu yaxın qohumlarının adına sənədləşdirib.
Bəli, Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır ? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir.
Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub.
İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir? Belə ki, Bakı şəhər sakini Mətanət Əliyevaya məxsus ağ mirvari rəngli "Lexus RX 350" markalı, 90 DX 350 nömrə nişanlı minik avtomobili oğurlanıb. Onun yaxın qohumu bildirib ki, avtomobil saxta yolla Bakı şəhərində yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlunun razılığı ilə Sumqayıt şəhər sakini Rüstəmov Rüstəm İntiqam oğluna Əliyeva Mətanətin İŞTİRAKI və RAZILIĞI OLMADAN alqı-satqı müqaviləsi imzalanaraq satılıb. Görəsən, vətəndaşa məxsus minik avtomobili onun razılığı və imzası olmadan necə satıla bilər? Əlbəttə, ortada böyük rüşvət, saxtakarlıq və CİNAYƏT ƏMƏLİ var.
İndi bütün bunlardan sonra Ramiz Hümmətov bəzi media orqanlarında nə yazdırır: “Ramiz Hümmətov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!” İndi isə keçək mətləbə.
Suliyeva Nabat Azərbaycan Respublikası Bakı şəhəri, Nazim Hikmət küçəsi ev 32, mənzil 2-də yaşayıb.
Suliyeva Nabat öz adına Muğan bankda 100 min manat vəsait qoyub. Xaricdə yaşaması ilə əlaqədar olaraq, Nabat xanım öz adından nəvəsi kimi çox istədiyi bir şəxsə etibarnamə verir. Bu şəxs Nabat xanım üçün həmişə dəyərli və istəkli olaraq qalır. Nabat xanımın həmin şəxsə verdiyi etibarnamə qüvvədə ola-ola nədənsə birdən-birə 31 saylı Notariusun rəisi Ramiz Hümmətov peyda olur. Sonradan necə ola bilər ki, Nabat xanımın başqa bir adama etibarnamə verdiyi bir halda Ramiz Hümmətovun vasitəçiliyi ilə etibarnaməsi olan şəxs axtarılır, Ramiz Hümmətov vəzifəsindən sui istifadə edərək, həmin etibarnaməsi olan şəxsin şəxsi məlumatlarını qeyri-qanuni olaraq, sistemdən əldə edir, hələ bu da azmış kimi həmin şəxslə telefon əlaqəsi yaradaraq, onun başqasına etibarnamə verməsini tələb edir. Gördükdə ki, həmin şəxs bu məsələdən imtina edir, Ramiz Hümmətov işi həmin şəxssiz həyata keçirərək, xarici ölkədə olan Suliyeva Nabatın adından başqa şəxsə etibarnamə yazır. Məsələnin ciddiliyini bax burada nəzərə almaq lazımdır.
09.06.2023-cü ildə gecə saat 23.59-da, Suliyeva Nabatın adından, Hacıyev soyadlı bir şəxsə etibarnamə verilir. Gecə saat 23.59-da, xarici ölkədə yaşayan Suliyeva Nabatın adından verilən etibarnamə, elə həmin saniyə də də sistemə daxil olur, həmin sənəd sistemə daxil olan kimi də təsdiq edilir. Budur, Dövlət Notariusunun rəhbəri Ramiz Hümmətovla Elxan Hüseynovun qanunsuz əməlləri.
Qeyd edək ki, 81 yaşlı hal-hazırda xarici ölkədə yaşayan Suliyeva Nabat heç bir Mobil Notariat Proqramından istifadə edə bilmir, onunla qanunsuz olaraq, Watsapp vasitəsilə əlaqə saxlanılıb. Etibarnaməsi olan şəxs isə etibarnamə əlində qalaraq gözləyir. Yevlax rayon notariusu işləyən Hüseynov Elxan İlyas oğlu da Ramiz Hümmətovla bu işdə birgə saxtakarlıq ediblər. İncə məqamlardan biri də odur ki, 31 saylı notariusun rəisi etibarnaməsi olan şəxsə zəng vuraraq, hətta rüşvət də təklif edib. Ramiz Hümbətovun əlimizdə olan səs yazısı bütün məsələlərə aydınlıq gətirmək üçün sübutdur. Muğan bankdan 100 min manat pulun qeyri-qanuni yolla çıxarılmasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Teref.az yazır ki, redaksiyamızın elektron pöoçtuna vətəndaş Vüsal Zeynalovun K.Fərəcov adına Elmi-tədqiqat pediatriya institutu (OMD)-dən şikayəti daxil olub. Şikayət məktubunun nöqtə vergülünə əl dəymədən oxucumalara təqdim edirik:
"Mən Vüsal 26.06.2023 cü ildə vaxtından tez olaraq dünyaya qız övladım göz açıb və mən K.Fərəcov adına Elmi-tədqiqat pediatriya institutunun-OMD müraciət etdim ki, övladım ora yerləşdirilsin. Xəstəxanada yer ola ola mənim övladımı qəbul edilmirdi. Mən Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə zəng etdikdən sonra övladım qəbul olundu. 1 həftədir övladım qəbul olunmurdu indi hal-hazırda övladımı ora yerləşdirilməsinə baxmayaraq baş həkim Aynur Poluxanova və həyat yoldaşı 90-HG-911 markalı maşınlarından düşərək mənə hədə qorxu gəlir ki, niyə bu xəstəxanaya gətirmisiz. Bizdə dəfələrlə bildirdik ki, bu xəstəxana dövlət xəstəxanasıdı və bura yerləşdirməliyik. Aynur Poluxanovaya da dəfələrlə yazmışam zəng etmişəm xahiş edib bildirmişəm ki,. övladımı qəbul edin heçnə olmasın buna baxmayaraq məni telefon xətlərinin hər birindən bloka salıb. Nə qədər düzgündür belə bir şey edilməsi bilinmir. Bir neçə yerə şikayət etdikdən sonra övladımızı yerləşdirdik bu iş barəsində öz şikayətimizi mətbuat orqanlarında paylaşacağıq. Aynur Poluxanova kimdir arxasında kim dayanır hamısını araşdırılmasının arxasındayıq!"
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
Ardını oxu...
Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsi əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, qalib "Aztikintiservis" MMC olub.

Qalib şirkətə 129 676 manat ödəniləcək.

Qeyd edək ki, elanda torpaq məcralı Dibarx kanalının L=1.9 km (işin davamı) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

DİA.AZ bildirir ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.

Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.

27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.

Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.

Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.

Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub.

Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərini həyata keçirib.

Onu da qeyd edək ki, yuxarıda sadaladıqlarımız “AzTikintiServis” MMC ilə Zaur Mikayılovun akntorunun ortaqlıqlarının tamamı deyil. Hər halda bu məqam hüquq mühafizə orqanları üçün taxşı aradşırma səbəbidir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Belə bir məsələ var ki, ölkədə dəyişikliklər olacaq. Onlardan ən böyüyü yəni sadə insanlara xeyir olacaq dəyişiklik odur ki, ölkədə İcra hakimiyyətləri ləğv ediləcək əyalətlərdə Prezidentin xüssisi nümayəndəsi olacaq. Məndə olan məlumat da oda ayın olur ki, bu qədər şikayətlərdən sonra İlham İsmayılovun vəzifədən azad edilməməsinin də səbəblərindən biri budur. Yəni yeni sturktur icra olunan kimi sovet düşüncəli və rus təhsili almış İlham İsmayılov kimi “köhnə” kadrlar yeni tərkibdə olmayacaqdır. Onun əvəzinə isə yeni kadrlar Dövlət idarəçilik alademiyasını bitirmiş gənc kadrlar olaca heç bu dəfəki deputat seçkilərində Ayadın Mirzəzadə də olmayacaq. (YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev) kimi gənclər irəli çəkiləcək. Videoda qadının da dediyi kimi “sanki Mingəçevirin sahibi yoxdu”. Elə bil şəhər avtopilotda idarə olunur.

Elə İlham İsmayılovu tərifləyənlərin də dediyi kimi İcra başçısı ölkə başçısının Mingəçevirdə olan nümayəndəsidir. Amma İlham İsmayılov özünü jek müdiri kimi aparır. Elə olmasaydı şəhərdə fəaliyyət göstərən hansısa idarəyə sözü keçərdi deyədi ki, şəhərdə elə işləyin ki, mənim başçısı olduğum şəhərin əhalisi əziyyət çšəkməsin. Burada iki məsələ var. Nə İcra başçısı öz səlahiyyətlərini bilmir, nədə kimlərinsə yanında “gözü kölgəli”-dir.

İndi isə əziz Mingəçevirlilər yazın görək şəhərin İcra başçısının fəaliyyətindən razısınız?

Sahibsiz qalan şəhər sakinləri fəryad aparır.Ətraflı VIDEODA…

 
Ardını oxu...
Xacmaz rayonu, N saylı hərbi hissənin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər hərbi hissədə xidmət göstərən hərbçilər arasında ayrı-seçkilik olduğunu bildirirlər:

“Xaçmaz rayonu, N saylı hərbi hissədə özbaşınalıq son həddədir.

Belə ki, 2022-ci ildə bizə məlumat vermədən, imtahan götürdülər. Bu il isə "2-ci məharət dərəcəsi" imtahanı vermədən, bizi kəsdilər. Səbəbini soruşduqda bildirdilər ki, 2022-ci ildəki imtahana əsasən hesablama aparılıb.

100 nəfərdən 23 nəfərə düşdük. İmtahan vaxtı məzuniyyətdə olan, turnik vura bilməyən şəxslər imtahandan keçdilər. Bu olanlar haqqında “yuxarılara” məlumat versək də, aldığımız cavab ürəkaçan olmadı. Bizə bildirdilər ki, "sizin qatarınız çoxdan gedib".

Hərbi hissədə olan iki xanım üçün isə xüsusi diqqət var. Kirayədə yaşamasalar da, onlara kirayə pulu ayrılır. Kirayədə yaşayan kişi hərbçilərə ayrılan pul isə kəsilir.

Bir həftə içərisində hər iki xanımın "2-ci məharət dərəcəsi" aldıqları bəlli oldu. Əgər bizim “qatar gedibsə”, xanımların qatarı niyə getmir bəs?! Xanımlar barəsində gələn əmrin açıq şəkildə heyətə çatdırılması qadağan edildi.

Bizim davamız bu xanımlara göstərilən xüsusi diqqət deyil, hər kəsin öz işidir. Biz istəyirik kirayə pulu alaq, imtahan doğru-düzgün keçirilsin. Əmr sənədlərini bir-birinə yaxın vəziyyətdə tutduqda, polkovnik Asif Məmmədli tərəfindən müdaxilə olunaraq, xanımların adlarının əmrə əlavə edildiyi açıq-aşkar görünür. Yəni cənab nazirin əmrinə müdaxilə olunub.

Polkovnik Asif Məmmədli hərbiçilərə zülm verir”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.S. Qeyd edək ki, Azərbaycan reallığında şikayətçilərin adlarının çəkilməsindən ehtiyat etmələri anlaşılandır. Çünki, çox təəssüf ki, bəzi dövlət adamlarının ayağına dolanan "haqqını tələb edən" insanları işləri ilə cəzalandırırlar. Bir neçə ay qabaq, Naxçıvanda yerləşən N saylı hərbi hissədə işləyən xanım da elə haqqını tələb edərkən işindən olmuşdu. Belə ki, saytımızda yazı gedəndən 2 gün sonra onun işinə son verilmişdi. Bu səbəbdən də adların gizlin qalması vətəndaşların işini qorumaq üçündür.
 
 
 
Ardını oxu...
Goranboyda yerləşən məktəbdə hamı bir birindən şikayətçidir.

Goranboy rayonun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 91 saylı orta məktəbdə müəllimlər direktordan, direktor isə müəllimlərdən narazıdır.

Belə ki, həmin məktəbdə çalışan müəllim iddia edir ki, dərs ilinin başlanmasından sonuna qədər direktorun göstərişinə əsasən şagirdlərin, bəzi fənn müəllimlərinin ayaqları təhsil ocağına dəyməyib.

Həmin şagirdlər nə məktəbi, onlara dərs deməli olan müəllimlər isə şagirdləri tanımırlar.

Məktəbində ibtidai sinif müəllimi olan Mehdi Mirzəyev direktorun “qanun”larına tabe olmayaraq üzünü görmədiyi, dərs demədiyi şagirdlərə qayıblar yazıb.
Amma onun digər müəllim yoldaşları direktorun göstərişi ilə “qiyabi” oxuyan şagirdlərə qiymətlər yazıblar.

Haqsızlıqlara dözə biməyən müəllim aidiyyatı qurumlarla yanaşı “Xəzər Xəbər”ə müraciət edib.

Daha ətraflı süjetdə:

 

Dünyapress TV

Xəbər lenti