Ardını oxu...
Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Odnoklassniki Pocket

Azərbaycanda tikinti sahəsində hökm sürən xaos günü-gündən dərinləşir.

AzFakt.com xəbər verir ki, Bakı və Abşeron rayonunda standartlara uyğun olmayan yaşayış binalarının sayı artmaqdadır. Gecəqondu tipində tikilən apartman formalı bu binaların böyük əksəriyyətinin sənədləri yoxdur.

Maraqlıdır ki, aidiyyatı dövlət qurumları isə baş verən proseslərə seyrçi qalmaqdadırlar.

Əldə etdiyimiz məlumata görə standartlara uyğun gəlməyən, heç bir rəsmi qurumdan icazə sənədi olmayan daha bir keyfiyyətsiz bina Abşeron rayonunun Masazır qəsəbəsinin Qaçaq Nəbi keçəsində inşa edilib.

Altı mərtəbədən ibarət olan yaşayış binasının tikintiyə icazə sənədi yoxdur. Bina yerli icra hakimiyyəti orqanlarının “göz yumması” səbəbindən qısa zaman ərzində tikilib.

Ərazidə olan əməkdaşımızın əldə etdiyi məlumata görə sözügedən binanın tikintisində keyfiyyətsiz materiallardan istifadə edilib. Belə ki, binanın tikintisi zamanı tələb olunan standartlara uyğun olmayaraq 300 marka armaturlardan istifadə olunub. Bu isə 5-6 bal gücündə baş verən zəlzələ zamanı böyük faciənin baş verməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı növbəti sayımızda geniş reportajımızı təqdim edəcəyik.
 
Ardını oxu...
 
 
 
Direktor Laləndər Hasilova deyir ki, 100 şagird sinifdə qalmayıb ki, 28 şagird qalıb... 
Əgər 28 şagird sinifdə qalıbsa, şagird 7-8 fəndən 2 alıbsa, dövlət bu müəllimlərə nə üçün maaş verməlidir..?   
Əsası 1970-ci ildə qoyulmuş, Nərimanov rayonunda yerləşən şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə baş verən neqativ hallar barədə yazmaq istəyirik. 
Xeyli müddətdir ki, məktəbin direktoru Laləndər Hasilova Hafiz qızıdır. Bu məktəb ilk dəfə 28 şagirdin sinifdə qalması ilə medianın gündəminə gəlib. Bu məsələyə münasibət bildirən məktəb direktoru Laləndər Hasilova görün nə deyir: “ Mən 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm..”
Lap yaxşı xanım məktəb direktoru. Bəs niyə demirsiniz ki, şagird necə olur ki, 1-2 deyil ee, 7-8 fəndən  2 qiymət alır. Əgər 1-2 fəndən olsaydı haradasa başa düşmək olardı. Amma şagirdin 7-8 fəndən 2 qiymət alması başqa mətləbdən xəbər verir. Əgər 3-4 şagird sinifdə qalsaydı, bunu da haradasa başa düşmək olardı. Amma 28 şagirdin sinifdə qalması onu göstərir ki, burada ümumiyyətlə, təhsildən danışamağa dəyməz. Məktəb direktoru deyir ki, 100 nəfər sinifdə qalmayıb ki, 28 şagird sinifdə qalıb... 
Deməli, məktəb direktoru  fəxrlə deyir ki, sinifdə qalan şagirdlərin sayı 100 deyil... Onda ortaya sual çıxır ki, əgər  şagird 7-8 fəndən 2 qiymət alırsa, yaxud  28 şagird  sinifdə qalırsa.... Bəs dövlət hər ay, 12 ay, 1 il...bu müəllimlərə nə üçün əmək haqqı verib..? 
Görəsən hansı ƏMƏK-dən söhbət  gedə bilər..? Axı, hər bir ƏMƏK son nəticəsi, məhsulu ilə ölçülür. Əgər bu müəllimlərin əməyinin nəticəsi 2-dirsə... Bizimlə söhbət edən 8 B sinifinin rəhbəri Babaşova Gülşən Sabir qızı deyir ki, bizim nə günahımız var, şagirdlər dərsə gəlməyib... Əgər şagird dərsə gəlməyibsə, onunla bağlı  ciddi söhbətlər aparmaq, şagirdin dərsə davamiyyətinə nəzarət etmək lazım idi... Bəs siz sinif rəhbəri maaşını nə üçün alırsınız, xanım Gülşən Babaşova...? 
Bəs dövlət sizə sinif rəhbəri kimi buna görə əmək haqqı verir... Gülşən Babaşova sizin və digər sinif rəhbərlərinin işi valideynləri məktəb direktorunun yanına çağırmaq, bazarlıq etmək deyil ee... 
Müxbirimizlə telefon söhbəti edən Gülşən Babaşova “Mənim işlərim çoxdur...vaxtım yoxdur...mənim borcum deyil sizə cavab vermək...mən hesabat vermirəm..”  deyir. 
Birincisi, müəllimin, sinif rəhbərinin borcudur ki, medianın sorğusuna cavab versin. Biz sizə özəl həyatınızla bağlı  sual vermirik, Gülşən Babaşova...millətin övladlarının gələcəyi, təhsili ilə bağlı sual veririk... 
Bəli, biz də yaxşı bilirik ki, repetitor yanına gedən şagirdlərin adı məktəbdə gedir, ona görə dərsə dəvamiyyət söhbətini edirsiniz...və o şagirdlərin valideynləri  buna görə pul verirlər... 
Sözün qısası, məlumdur ki, bütün məktəblərdə kamera sistemi işləyir. Qoy Təhsil Nazirliyi, yaxud Korrupsiyaya qarşı Mübarizə İdarəsi medianın iştirakı ilə 178 saylı məktəbin kameralarını açsın və bizim dediklərimizin təsdiqini görsün. Onda bəlli olacaq ki, məktəb direktoru da, onun sinif rəhbərləri də əsl korrupsiya əməli ilə məşğul olurlar. Məktəbə gələn uşaqların sayı hər səhər sıra düzülüşündə kameralarda görünməlidir.
P.S. Təhsil də, Səhiyyə də, Qida da bizim gələcəyimizdir. 

Ardını oxu...
DİA.AZ: - Bir neçə ay əvvəl Bakıda bir iaşə obyektinin dövlətə vergi ödəməkdən yayındığı haqda məlumatı paylaşmışdıq. Həmin məlumat aşağıdakı kimi idi:

***

Ardını oxu...

"Şikayətim Bakıxanov qəsəbəsində olan "Tatlı" un məmulatlari maqazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həbib Əzimli adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş bildirir: "Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Bəzən "ödənişi kartla edəcəm" deyə təkid edəndə guya posterminalı qurdalayırlar... deyirlər "düzəldi, indi ödəniş etmək olar". Bəzən də qurdalayırlar sonra deyirlər, "ödəniş etmək alınmır... posterminal işləmir..."

Bu hal necə illərdir belə davam edir. Eşitdiyimə gorə, bunların digər maqazalarında da eyni hal təkrarlanır.

Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır..."

***

İndi isə aydın olur ki, sözügedən mağazalar şəbəkəsi hələ də dövlətdən oğurluq etməyə davam edirlər. Hər halda, bunun başqa adı yoxdur.

Bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda paylaşım edən Aydan Əzizova adlı istifadəçi yazır:

Ardını oxu...

"Şikayətim "Tatlı" şirniyyat mağazasındandır.

2 ilə yaxındlr, post terminal işləmir... Nə vaxt soruçsaq, deyirlər, bizdə nağd ödənişdir. Bunları hara şikayət etmək olar? Hüquqlarımız nədir?"

***

yenə də eyni problemin mövcudluğu belə deməyə əsas yaradır ki, sözügedən şəbəkə ilə yanaşı, onlarla əlbir olması şübhə doğurmayan əlaqədar vergi xidməti əməkdaşlarının da fəaliyyəti yaxçşıca araşdırılmalıdır...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DogruXeber.az: - Bir neçə il öncə, Ölkə Başçısının tapşırığı ilə Azərbaycanın bütün rayonlarında və şəhərlərində böyük İdman Kompleksləri tikilməyə başlandı. Olimpiya oyunlarının keçiriləcəyi bütün ölkələrdə, bütün idman növləri ilə məşğul olmaq üçün, bu sistem qurulmağa başlandı. Nəzərdə tutulan dövr ərzində Olimpiya İdman Komplekslərini tikərək başa çatdıranlar da oldu, həmin komplekslərə ayrılmış pulları yeyərək, cəzaçəkmə müəssisələrinə gedənlər də...

Bu Olimpiya İdman Kompleksləri bütün maneələrə baxmayaraq, tikilərək təhvil verildi. Olimpiya Komplekslərindən fəaliyyətə başlayan ilklərdən biri də İmişli rayonunda tikilmiş, Olimpiya İdman Kompleksi oldu. Əvvəllər bu Olimpiya Kompleksinə Psixatriyanın baş həkiminin oğlunu rəhbər təyin etdilər. Sonradan isə, işlər yaxşı getmədiyi üçün həmin şəxsi işdən uzaqlaşdırdılar.

Bir neçə ay öncə, İmişli İdman Olimpiya Kompleksinə, Gənclər İdman İdarəsində aparıcı məsləhətçi olan Mehrəliyev İsmayılı rəis təyin etdilər. Bu arada xatırladaq ki, İmişli Gənclər və İdman İdarəsinin rəisi Abdulov Ceyhundur.

Redaksiyamıza bu məlumatı verən şəxs onu da bildirdi ki, "dəfələrlə sözügedən məsələ haqqında mediada çıxışım olsa da, nədənsə bəzi qüvvələr məsələnin araşdırılmasına mane olurlar. Sonuncu dəfə sizin redaksiyanıza inanaraq, bu faktları sizə çatdırıram".

Bəli, İmişli Olimpiya İdman Kompleksində çox biyabırçı halların baş verməsi, hamılıqla bizə utanc gətirir. Yazının yükünün ağırlığını nəzərə alaraq, Olimpiya İdman Kompleksində baş verənləri olduğu kimi təqdim edirik. Bu arada Olimpiya İdman Kompleksində yığılan pulların göstəriciləri aşağıdakı kimidir.

1. Üzgüçülüklə məşğul olan uşaqların və böyüklərin ayrıca qiymətləri 30 manat və 50 manat arası
(Su hovuzları gigiyenik qaydalara cavab vermir, dəri-zöhrəvi xəstəliklərə qarşı heç bir tədbir görülmür).
2. Futbolla məşğul olan şəxslərdən adambaşına 4-10 manat arası pul yığırlar.
3. Olimpiya İdman növü olan Güləşdən 20-35 manat arası pul yığılır.
4. Cüdodan
5. Kinq boksdan

Bütün idman növləri ilə məşğul olan şəxslərdən pul yığılır. Ona görə də yerlərdə idmançılarımızın zəif nəticə göstərməsi başa düşüləndir. Camaat rayonlarda dolanışıq üçün, min bir əziyyətlə pul qazanırlar. Amma idmanla məşğul olmaq üçün yenə ciblərindən pullar ödəməlidirlər.
Axı, cənab Prezidentimiz bu Olimpiya İdman Komplekslərini tikintisi üçün dövlət büdcəsindən pullar ayıranda, əziyyət çəkib qızıldan qiymətli vaxtını sərf edərək, bu komplekslərin açılışını edəndə xalqımıza, idmançılarımıza bu kompleksləri hədiyyə edərək göstərirdi ki, heç kim sizin haqqınızı yeyə bilməz. Amma işbazlar bu idman Komplekslərindən atalarının tikdirdiyi obyekt kimi istifadə edirlər. Ora sauna kimi baxırlar.

Biz bir media qurumu olaraq, bütün ətrafımızda olan insanlara bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən bütün Olimpiya İdman Komplekslərindən reportajlar hazırlayaraq, həm cəmiyyətimizə, həm də cənab Prezidentimizə təqdim edəcəyik. Heç kim özünü yoraraq, bizim haqq işimizə mane olmağa hazırlaşmasınlar. Xalqın təmannasız olaraq istifadə edə biləcəyi əmlaklardan biz qoymarıq ki, kimsə özününki kimi istifadə etsin.
Ardı var... //gundelik-baku.com//
Ardını oxu...
7 sentyabr 2021 ci il tarixdə Fərid Qayıbov Gənclər və İdman Naziri vəzifəsinə təyin olundu. Bundan əvvəl 15 il bu vəzifədə işləmiş Azad Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Yeni gənc nazirin təyinatı gənclər və idman ictimaiyyəti üçün bir gözləntilər yaratdı. Gənc olması, idman sahəsindən transfer olunması, bu təyinata qədər hakim ailənin birbaşa nəzarətində olan Gimnastika Federasiyasından gətirilməsi bir çox ümidlər yaratdı. AMMMA NAFİLƏ......

Yeni nazirin fəaliyyəti dövrü nəinki ölkəmiz üçün, dünyamız üçün çətin bir ictimai-siyasi dövrə təsadüf edirdi. Vətən müharibəsi və pandemiya dövründən sonra durğunluq, tənəzzül dövrü yaşayan gənclər və idman siyasətini dirçəltmək əvəzinə başladı keçmiş, dünyasını dəyişmiş nazirin kadrları ilə ədavət aparmağa, Azad Rəhimovu hər vəclə, hər hərəkəti ilə korrupsioner elan etmək istiqamətində bütün gücünü səfərbər etməyə.
Teref.az yazır ki, redaksiyamızın poçtuna göndərilən məqalənin müəllifi Gənclər və İdman Naziri barədə bunları yazır. Müəllif daha sonra yazdıq2larını şərh edərək, başqa faktlara müraciət edərək yazır:
Qısa müddətdə nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayevi işdən azad etdirdi, əvəzlərində isə gənclərlə iş sahəsinə 63 yaşlı İndira Hacıyevanı ( Eldar Əzizovun baldızını) və bolqar əsilli, bəlkə də heç azərbaycan vətəndaşı olmayan Mariana Vasielyevanı təyin etdirdi. Bununla da nazirlik daxilində güclü siyasi qalmaqal yaşanmağa başladı. Cənab nazirin qarşısında duran ən ciddi siyasi rəqiblərdən biri idman şöbəsinin müdiri, olimpiya mükafatçısı Fərid Mansurovu işdən azad etmək idi. Fərid Mansurovu işdən azad etdikdən sonra qismən maneələr aradan götürülmüşdür. Lakin hələ qarşıda Aparat rəhbəri Rüfət Həsənovu, kadrlar və regionların şöbəsinin müdiri Asif Quliyevi işdən azad etmək var idi. Beləliklə nazir 1 ili tamam olmamış adları çəkilən, gənclər və idman sahəsini dərindən bilən, ölkədə kadr siyasətini bilən kadrları uzaqlaşdırdı. Bütün bu işləri ardıcıl görməkdə məqsəd öz ətrafına nazirin sözünü yerə salmayacaq adamları toplamaq və özünü CƏNAB NAZİR etmək idi. Aparat rəhbəri vəzifəsinə özünü təyin etdiyi, cəmi 3 ay işləmiş Fidan Rüstəmovanı nazir müavini Mariana Vasilyevanın dirənişi nəticəsində işdən azad etdi.

Fərid Qayıbovun 2 ilə yaxın ötən fəaliyyəti dövrü ancaq sosial şəbəkələrdə səliqəli şəkillər çəkdirmək, ancaq şəxsi reklamını həyata keçirməkdən ibarət olmuşdur. Təsəvvür edin nazirliyin 10 na yaxın əməkdaşı ancaq reklam-marketinq, sosial şəbəkələrlə işə təhkim olunmuşdur.

Fərid Qayıbov ölkə rəhbərinin şəxsən nəzarətində olan, adını qürur hissi qeyd etdiyi EKOLOJİ AKSİYA barədə bir dəfə də olsun paylaşım etmədi, bir dəfə olsun ziyarət edib diqqətini bildirmədi. Görəsən başa düşmür, yoxsa bu işin təşkilatçısı RİİB olduğu üçün xətrinə dəyib ?!

Nazirlik daxilindı “iri çaplı” məmurları bir-bir sıradan çıxardıqdan sonra, əsas problem qalırdı yerlərdə idarələri öz tabeliyinə keçirmək. Çünki yerli icra başçılarının tabeliyində qalan yeganə idarələr gənclər və idman idarələri idi. Yerlərdə icra başçılarına öz mütləqi-varlığı sübut etmək üçün məqam yetişirdi. Bunun əsas səbəbi isə, yerlərdə gənclər və idman siyasətinə ayrılıran vəsaitlər nazirliyin nəzarəti ilə deyil, yerli icra başçılarının xeyir-duaları ilə xərclənməsi idi. Lakin Fərid Qayıbovun siyasi savadı imkan vermirdi ki, təhlil etsin ki, həbs olunmuş 8 rayon icra başçısının heç biri ilə həmin rayonun gənclər və idman idarəsinin müdirinin adı hallanmamışdı.

Belə məqamda Fərid Qayıbovun əlinə çox böyük siyasi səhv etmiş Göyçayın icra başçısı, Fəxriyyə Xələfovanın qudası Mehdi Səlimzadə keçdi.

Göyçayın gənclər və idman idarəsinin rəisi Elşən Şirinovla ciddi konflikti olan icra başçısı olimpiya kompleksinə və gənclər mərkəzinə məxsus inventarları yığıb aparmışdı evinə. Öz növbəsində Elşən Şirinov bunu nazirə məruzə edəndən sonra nazir başqa da bəhanələr edərək bunu prezidentə məruzə etdi

Beləliklə prezident Fəxriyyə Xələfovanın qudasını işdən azad etdirməklə digər icra başçılarına göz dağı etdi. Artıq Fərid Qayıbov ölkə rəhbərinin qismən etimadı doğrultmuş sayıla bilirdi.

Növbəti addım daha dağıdıcı və sarsıdıcı olmalı idi. Nazir bütün respublika gənclər və idman idarələrinə, Olimpiya komplekslərinə və Gənclər Mərkəzlərinə yoxlamalar göndərdi.

Beləliklə, Gəncə, Qazax, Goranboy, Yevlax, Neftçala və digər idarə rəislərinin fəaliyyətini sənədləşdirin rəsmi məktubla birlikdə hüquq-mühafizə orqanlarına təqdim etməklə, hər birini məcburi qaydada işdən azad etdilər.

Artan temp üzrə islahat adı altında Fərid Qayıbov son zərbəsini endirdi. Prezident İlham Əliyevin 7 iyul 2021 ci il tarixli , iqtisadi zonaların yaradılması və tətbiq edilməsi ilə bağlı fərmanını əsas tutaraq, 14 iqtisadi rayon üzrə 10 dekabr 2022 ci il tarixdə regional gənclər və idman idarələrinin yaradılması ilə bağlı prezident fərman verdi.

Təbii ki, fərmanın verilməsindən sonra əsas problem qalırdı regional idarələrə kadr işlərini həll etmək. Fərid Qayıbovun 2 ilə yaxın müddətdə nazir olmasına baxmayaraq, Asif Quliyevi işdən azad etdikdən sonra kadrlar şöbəsinə 3 aydır təyin etdikləri Rauf Məcidli Mariana Vasilyeva ilə yola getmədiyi üçün böyük söz söhbətdən sonra işdən uzaqlaşdırıldı.

Onun yerinə 1994 cü ildən həmin şöbədə kadrlar sahəsi üzrə işləyən Gülgəz Tağıyevə təyin olundu.Gülgəz Tağıyevə gənclər və idman nazirliyində bir zamanlar aparat rəhbəri işləmiş sonradan prezident aparatına gedən Tağı Tağıyevin çox yaxın adamı idi. Əslən Qazax rayonundan olan Gülgəz Tağıyevə üçün 30 ildən sonra əsl fürsət düşmüşdü ələ. Fərmandan 7 ay keçməsinə baxmayaraq, gənclər və idman nazirliyi hələ də öz strukturunu, iş fəaliyyətini qura bilmir. Prezident İlham Əliyevin 25 iyun 2023 cü il tarixli strukturun təsdiq edilməsi ilə bağlı fərmanından sonra, qeyri-iş günlərində Gülgəz Tağıyevə nazir müavini Mariana Vasilyevanın mütləq dəstəyi ilə özünə yaxın olan, hətta yaxın qohumlarını rəhbər vəzifələrə yerləşdirməklə məşğul olur. Növbəti yazımızda Regional Gənclər və İdman İdarələrinə təyin olunmaq üçün Gülgəz Tağıyevə tərəfindən seçilmiş, əvvəllər dəfələrlə adları rüşvət, korrupsiya, işlədikləri rayonda heç bir ictimai nüfuzu olmayan, yaşları 50 ni keçmiş, 60 ı haqlamış şəxsləri necə rəis etdirmək istədiyi barədə geniş yazılar yazacağıq. Ümid edirik Fərid Qayıbov bu yazıları oxuyandan sonra bir daha siyahıya nəzər yetirəcək, Gülgəz Tağıyevə tərəfindən seçilmiş və ya kənardan tapşırılmış şəxslərin siyahısına yenidən baxış keçirəcək.....

QEYD EDƏK Kİ, 3 cü avropa oyunlarında Azərbaycan idmançıları 30 ölkə arasında ən yaxşı halda 28 29 cu yerdə qərarlaşıblar. Bu barədə növbəti yazılarımızda, bizi izləməyə davam edin...
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfində mövqeyini drc etməyə hazırıq!
Teref.azGənclər və İdman Naziri
 
Ardını oxu...
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb. Digər meroqailərələ müqayisədə burada qiymətlər kəllə-çarxa çıxıb.Buna görə bura gələn rayonların sakinləri soyulurlar çox əziyyət çəkirik.
Bu vəziyyət isə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə Cavanşir Vəliyev rəis təyin olunandan sonra baş verdi.Adam deyir ki, burada mən Bağdadda kor xəlifə.
Sürücülük vəsiqəsi almaq üçün 1400 manat rüşvət verilməlidir, avtomobilin qeydiyyatı 600 manat, texniki baxış kiçik avtomobillər 100, yük maşınları 200 manat edilir.Nömrə, sürücülük vəsiqəsinin dəyişdirlməsi 200-300 arası.
Texniki baxışdan avtomobil gətirilmədən keçirmək üçün kişik avtomobillər 200 böyüklər isə 400 manat təşkil edir.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin milyonlarla manat dəyərində olan malikanələri, ticarət obyektləri, yanacaq doldurma məntəqəsi, şadlıq evi və bahalı avtomobilləri var.Təkcə Bakı şəhərində 14 yerdə mənzili, Qəbələdə, Qaxda, Qubada və Göyçayda villası var.Cavanşir Vəliyev əslən Göyçayın Qarabaqqal kəndindəndir.İki böyük mal-qoyun ferması var ki, hər birində 3000 baş qoyun və inəklər saxlanılır.

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə gedən şəxsləri ilk olaraq Cavanşir Vəliyevin özü ilə Göyçaydan gətirdiyi dəllallar qarşılayır.Qiyməti onlar oxuyub pulu alıb korrupsiya əməliyyatını həyata keçirirlər.
Rüsumların həddən artıq şişirdilməsinə etiraz edənlərin isə avtomobilllərinə qanunsuz əngəllər yaradırlar.Gah deyilr ki, mühərrik nömrəsi düz deyil, avtomobilin ban nömrəsi dəyişdirilib, rəngi düz gəlmir maşında şübhə var.Bu yolla avam insanları aldadıb istədikləri pulu ala bilirlər.Cavanşir Vəliyev sanki dövlət idarəsini özəlləşdirib bazar edibdir.
Vətəndaşlar çox əziyyət çəkirlər və açıqca şəkildə soyulurlar.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək nizam-intiza olduğu halda Cavanşir Vəliyevin dövlət idarəsini bazara döndərməsi yolverilməz bir haldır.
Hörmətli Nazir cənab Vilayət Eyvazovdan xahiş edirik bu problemə diqqət edib Cavanşir Vəliyev barədə tədbirlər görsün.


İmza; Əliyev Zaur Qorxmaz oğlu
Cəbrayılov Tural Malik oğlu
Seyidov Sadiq Əhməd oğlu
Babayev Akif Gülağa oğlu
Məmmədov Rasim Kamil oğlu
Əhmədov Cavid Nazim oğlu
Qasımov Qabil Mobil oğlu
 
 
 
Ardını oxu...
Bir iki gün öncə, iyunun 29-da gecə saat 21-22 radələrində Muğanlı İsmayıllı yolunda qəfil çökmə baş vermiş, dərin yarğan əmələ gəlmişdir. Nəticədə regionlardan Bakı istiqamətinə gələn bütün avtomobillərin hərəkəti dayandırılmış və onlara alternativ yoldan istifadə etmələri tövsiyə olunmuşdur. Hadisə yerindən paylaşılan video və fotolardan da aydın görünür ki, dağ hissədə olan yolun çəkilişi zamanı ən adı bir inşaat normalarına belə əməl edilməmiş və nəticədə insanların həyatı təhlükə altına düşmüşdür. Fotlordan da göründüyü kimi iki hissəyə bölünən yolun alt qatında demək olar ki, yol yatağı yox dərəcəsindədir. Sürüşmə zonası olmasına baxmayaraq yol kənarlarında heç bir dəmir-beton konstruksiya işləri görülməmişdir. Asfaltın üst hissələri yamaq yamaqdır. Yaxşı ki, 2022-ci ilin avqust ayında dövlət başçısı cənab president şəxsən idarə etdiyi avtomobillə İsmayıllı rayonun Basqal kəndində istifadəyə verilmiş yeni otel binasının açılışına getdiyi zaman bu hadisə baş verməmişdir. Deməli, o anlama gəlirik ki, hətta prezidentin getdiyi bu yolun keyfiyyət göstəricisi o qədər aşağıdır ki, burden tam əminliklə istifadə etmək hər bir Azərbaycan vətəndaşı üşün real təhlükə törədə bilər. Bütün bunlara baxmayaraq ATF- rəhbərliyinin bu günə qədər istifadəyə verdiyi yolların hər bir hissəsi təhlükə mənbəyi hesab oluna bilər. Məlumatlı mənbələrin verdiyi məlumatlarda bildirilir ki, ATF 17 saylı Yol İstismar İdarəsi MMC-nin dövlətə məxsus texnikalarından istifadə etməklə dövlət sifarişlərini normativlərə uyğun olmadan yerinə yetirir. Elə iki gün əvvəl Göyçay rayonunda sel suları yenə bir körpünün ciddi zədələnməsinə səbəb olmuşdur. Məlumat dərhal ATF əməkdaşları tərəfindən aradan qaldırılmışdır.
Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə yolların çəkilişi ATF MMC tərəfindən həyata keçirilmişdir. Son illərdə ATF şirkətinin zonada sənədli və sənədsiz ( yəni, tender keçirilmədən) yol çəkilişləri zamanı gördüyü işlərin nə dərəcə keyfiyyətsiz olması barədə yerli mətbuatda kifayət qədər məlumatlar getsə də, sifarişçi təşkilat hesab edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyi qeyd edilənləri qulaqardına vurararq Muradov qardaşlarına tendersiz –filansız bütün şəraiti yaradır ki, bunlar da qanunsuz yollarla əldə etdikləri gəlirlərini astornomik rəqəmlərlə artıra bilsinlər.
Xatırladaq ki, 2018-ci ilin İyun ayının 2-də Göyçayda baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəymişdir.
Ardını oxu...
Göyçayda sel körpünü uçurur

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılmışdır.

Aşkarlanan qanunsuzluqlarla bağlı toplanılıb materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılıb, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Hələ 5 il öncə göstərilən hüquqazidd əməllərə yol verdiklərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar.

Lakin o vaxt “ATF” MMC –nin təsisçisi Fəxrəddin Muradovun cəzalanmasına baxmayaraq bu MMC indi də öz keyfiyyətsiz işlərinin nəticəsini ictimaiyyətimiz gündəlik həyatlarında seyr etmək məcburiyyətində qalmaqdadır. 17 saylı Yİİ-nin rəhbərliyinə gətirililən Təbriz Muradovun 27 yaşlı oğlu Tehran Muradov isə yol işçisi olmasa da formal olaraq idarəni əmilərinin köməkliyilə idarə etməkdə və dövlətin hesabına yaxşıca pul qazanmaqdadırlar. Verilən məlumata görə “ATF” MMC-nin rəhbərliyi AAYDA şefinə o qədər arxayındırlar ki, tikdikləri körpülər, çəkdikləri yolların hamısı istər təbiət hadisələri, istərsə də durduğu yerdə dağılsalar da veclərinə deyil. Çünki, arxalandıqları rəhbərlər onlara cəzasızkıq mühitində yaşadıqlarına və dövlətin yolların çəkilməsi üçün ayırdığı milyonlar hesabına pul qazanmaqlarına tam zəmanət vermişdir.
İfadetv.com-un araşdırma qrupu
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
 
 
 

 
Ardını oxu...
     

Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.
Yenixeber.org: Bu barədə İnstitutdan bildiriblər.
Qeyd olunub ki, institutun işçiləri Dina Zotova, Elnarə Həmidova və himayəsində əlil-iflic övladı olan Mina Cavadova heç bir xəbərdarlıq və ciddi səbəb olmadan işdən çıxarılıblar.
Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.
Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.
İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:
“Mayın 2-də səhər saatlarında keçirilən iclasa direktor Gülnaz Dadaşova yarım saat gecikdi. Bu azmış kimi direktor onu akt zalında gözləyən elmi işçi heyətinə özünə yaxın şöbə müdirləri vasitəsilə ultimatum göndərmişdi. Bildirmişdi ki, hüquq-mühafizə orqanlarına müraciət edib, institutda baş verənlər barədə danışan şəxsləri cəzalandıracaq”.
O da qeyd olunub ki, şəhərdə əsas kardioloji mərkəz sayılan institutun qapısında hər səhər tragikomediya yaşanır:
“Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edir. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.
Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradır və narazılığa səbəb olur”.
İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri “Kəpəz” klinikasına, “Ege” hospitalına və Mərkəzi Klinikaya “otkat” sistemi ilə yönəltdiyini bildiriblər:
“Həmin xəstələrin 90 faizi elə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatlarına salınır. Onlara mütləq və təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdarda vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutuna “xüsusi hörmət” və təşəkkür edilir”.
Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.
Yoxlamalar zamanı komissiyanın direktorun lüks palataları imkanlı xəstələrə pulla verdiyinə dair mətbuatda yer alan iddiaları araşdırdığı da qeyd olunur.
Səhiyyə Nazirliyindən C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğuya göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:
“Nazirliyin tabeliyində olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış daxili monitorinqlər keçirilir. Adıçəkilən müəssisədə aparılan monitorinqlər bu tədbirlər çərçivəsində həyata keçirilib”. (Bakupost.az)


Ardını oxu...
     

Xarici İşlər nazirinin sabiq müavini, diplomat (?) Nadir Hüseynov həqiqətən də “nadir tapıntı”dır. Bu adamın uzun illər ərzində spesifik və nadir üsullarla həyata keçirdiyi qanunsuzluqlar, antimilli fəaliyyət bu gün də çoxvektorlu şəkildə Azərbaycan dövlətinə zərər vurmaqdadır. 10 il xarici işlər nazirinin müavini vəzifəsini tutan N.Hüseynov 2020-ci ilin sentyabr ayında bu vəzifədən azad edildi. Əslində həmin ilin iyul ayında XİN-də həyata keçirilən əməliyyat dalğası ilk növbədə bu adamı da həbsə aparmalı idi, amma aparmadı. Vəzifədən çıxarılan, potensial məhkum N.Hüseynov xüsusi tapşırıqlar üzrə səfir təyin edildi. Nadir saxtakarlıqlara imza atan bu adam Nadir adının ona boş yerə verilmədiyini çoxdan sübuta yetirib. İndi isə əsl mətləbə gələk…
Nadir Hüseynov mentalitet, mənəviyyat və əxlaq qatilidir! Nə üçün?
Xalqımız bilmir ki, uzun illərdir Azərbaycana gəlib paytaxtımızda əxlaqsızlığı təbliğ edən, otellərdə, kirayə mənzillərdə, küçələrdə iyrənc həyat tərzi keçirən ərəbləri ölkəmizə gətirən “turist marşrut”un ideya müəllifi və əsl sahibi məhz Nadir Hüseynovdur!
Bəli, Azərbaycan xalqının qəzəb və söyüş subyektlərindən birinə çevrilən bu əxlaqsız təşəbbüsün müəllifi Nadir Hüseynovdur, xalqın mənəviyyatının alçadılması hesabına özünə xaniman – hökmdar səltənəti quran sabiq müavin! Ərəblər üçün hazırlanan tur paketə hava limanında viza, yüngül həyat tərzi keçirən müştərilərlə dolu otel otaqları daxil idi. Turist Bakıya gəlir, hava limanında ona viza verilir, sonra verilmiş viza qeydiyyata alınmır və alınan pul N.Hüseynovun başçılıq etdiyi dəstəyə çatır. O, viza blankları XİN-də çap olunduğundan və qeydiyyatı aparılmadığından ürəyi istədiyi qədər blank çap edə bilirdi. Bəs, ərəb turistlər üçün təşkil edilən bu şəraitdən əldə olunan çamadanlarla dollar hara daşınırdı? Təbii ki, Nərimanov rayonunda yerləşən və Nadir Hüseynova məxsus “Cənnət Gəncə” restoranına…
Nadir Hüseynovun daha bir nadir saxtakarlığına və rüşvət piramidasına diqqət edək.
Onun XİN-dəki kabinetinin çöldən tutacağı olmayıb, qapının açılması həmişə içəridən özü tərəfdən idarə olunub.
Nazir müavini vəzifəsindən əvvəl Konsulluq idarəsinin rəisi işləyən (12 il) N.Hüseynovun otağına girmək hər adama, eləcə də pul daşıyan kuryerlərin hamısına nəsib olmurdu. Həmin dövrdə bir arayışın appostil edilməsi, leqallaşdırılmasının dövlət rüsumu 5 manat olsa da, 400 manat ödəməli olurdun. 1 manat əksik ola bilməzdi. Nə üçün? Çünki Konsulluq İdarəsinin içində bütün otaqlar səsli kameralarla təchiz edilmişdi, N.Hüseynov da öz otağında oturub bütün prosesi izləyirdi. Adamın hər saatı, hər dəqiqəsi pul idi. Konsulluq idarəsindəki dəllallar da bilirdilər ki, otaqlar səsli kameralarla təchiz edilib, ona görə də “katyol”dan bir manat da olsun çəkə bilmirdilər. Əks təqdirdə, N.Hüseynov tərəfindən sərt şəkildə cəzalandırıla bilərdilər. Gündəlik 50 min dollardan artıq vizadan gələn pul diplomatik və xidməti pasportlardan əldə edilən qazancla rəqabət apara bilmirdi. Sizcə, N.Hüseynovun ölkədə pulla satdığı xidməti pasportların sayı nə qədər olardı? Dövlət qulluqçularının ümumi sayından daha artıq! Xidməti pasportları ayağını ölkədən kənara qoyan çox adamın cibində tapmaq olardı. 15 min manat pulunu verirdin, Avropa ölkələrində vizasız gəzirdin…
Bu cür saxtakarlıq, rüşvət və korrupsiya mexanizmi ilə milyonarla pul kütləsi əldə edən N.Hüseynov özünə sərhədsiz biznes ipmeriyası da qurub. Məsələn,
-Nəsimi bazarının yerində inşa edilən “Olympus Nəsimi Kompleksi” Nadir Hüseynova məxsusdur. Bu kompleksdə mənzillərin 1 kvadratı 2300 manatdan satışa çıxarılmışdı. Mənzillərin əksəriyyəti satılıb. Hazırda isə orada 3 otaqlı mənzil 250 min dollara satışa çıxarılıb. N.Hüseynov inşaat sektorunda təxminən 30-a yaxın şirkət və qurumla tender işləri də həyata keçirir.
-Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən “Cənnət Gəncə” restoranı da N.Hüseynovun biznes kataloquna daxildir. Restoranda N.Hüseynova məxsus otaq var və bütün pullar məhz bu məkana daşınır.
Eləcə də, o, ərəb ölkələrində və Türkiyədə böyük biznesə sahibdir. Onun xaricdəki biznesini isə 37 yaşlı oğlu Məhəmməd Hüseynov idarə edir.
N.Hüseynov digər oğlu Hüseyn Hüseynovu XİN-ə yerləşdirib. H.Hüseynov Cenevrədə Birinci Katib və Londonda müşavir vəzifələrində işləyib, hazırda nazirlikdə şöbə müdiridir. O, hələ də qanunsuz işlərin hazırlanmasının və digər qanunazidd sənədləşmələrin aparılmasının əsas icraçısı kimi tanınır. N.Hüseynov onun korrupsiya piramidasına daş qoyan qohumlarının hər birini müxtəlif vəzifələrə təyin etdirməyə nail olub. Belə ki, qardaşı oğlu hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsində işləyir.
Dəhşətlisi budur ki, bu qədər qanunsuzluqlara imza atan N.Hüseynov döşündə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni gəzdirir.
O, yenidən revanş götürməyə ciddi-cəhdlə çalışır, öz zamanını gözləyir. Rüşvətxor olduğu qədər də təkəbbürlü, kinli və qisascıl olan N.Hüseynov XİN-i rüşvət müqabilində savadsız kadrlarla doldurub. Vaxtilə işçilərinin zənglərinə, salamına cavab verməyi özünə sığışdırmayan bu adamın XİN-ə və səfirliklərə yerləşdirdiyi xeyli sayda adamlar var. N.Hüseynova yaxın olan, rüşvət müqabilində ən “yağlı” səfirliklərə işə düzələn bu adamların hər biri müəyyən edilərək xarici siaysət idarəsindən uzaqlaşdırılmalıdırlar. O, fürsət gözləyir, inanır ki, nə vaxtsa yenidən milyonlara sahibləndiyi nazirlikdə yüksək vəzifə ala bilər. Amma Qatar çoxdan gedib. Bircə məsələ qalıb. Heç olmasa, ədalət bircə dəfə sona qədər zəfər çalsın. Bu adamın xalqın talanması, əxlaqının korlanması hesabına əldə etdiyi mülklər, şirkətlər, pullar əlindən alınsın, özü də müttəhim kürsüsündə əyləsin. Bizdən demək, gerisi hüquq mühafizə orqanlarının işidir.Turantv.az


 
Ardını oxu...
 
Belə bir misal var, bir əlin verdiyini digər əl bilməməldir, insan istənilən sahənin adamı ola bilər, istənilən sahədə çalışa bilər, amma nəzərə almaq lazımdır ki, hər bir sahənin və yaxudda hər bir insanın kasıb da varlı da ola bilər. 

10 millyondan artıq ölkədə keç kim heç də ideal ola bilməz, hansıs sosial durumu normal olmayan şəxs səndən hansısa köməkliyi istəyirsə, bu o demək deyil ki, sən bunu çıxıb reklam etməlisən, bunu etmək ən azından tərbiyəsizlik və ailə tərbiyyəsi görməyib qırmızı xəttləri keçmək deməkdir. 

Təxminən bir neçə gün bundan öncə iş adamı, “Kristal CF” MMC direktoru, Nizami rayon NZS adlanan ərazidə millyonlarla dəyəri olan dəbdəbəli villası ilə dəfələrlə gündəmə gələn kolbasa və sosiska sexinin rəhbəri yerli Kütləvi İnformasıya Vastələrinin iddiasına görə “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. kimi obyektlərin sahibi Fəxrəddin Fərhadovun "TikToker" oğlu Əlizamin Fərhadovun TikTok hesabında jurnalistlərlə bağlı belə bir çıxışına rast gəldik.

Atasının millyonlarına güvənən "papanın gül balası" onun atasına zəng edən bəzi qəzet jurnalistlərindən gileylənərək onları aşağlamağa başlayır. 

Papanın gül balası bildirir ki, ölkədə kifayət qədər tanınmış jurnalistlərlə dostluq edir, onların heç biri ona zəng edib ondan 50-100 manat pul istəməyiblər, nə də ona gəlib atasının zavodundan kolbasa götürək kimi ifadə işlətmirlər, amma dediyinə görə qəzet jurnalistləri onu boğaza yığıb, onu yığıb atasının nömrəsin istəyirlər, səbəbin soruşanda deyirlər gələk bizə kolbasa ver, deyirəm xanım siz nə danışırsız, o zman gərək zavod oturub sizin kimi qələmini satanlara işləsin, verməyəndə isə şantaja keçirlər. 

Daha sonra iş adamının TikToker oğlu sözü gedən jurnalistin nömrəsinin bir qismində paylaşaraq jurnalisti aşağlayıb.

Hörmətli millyonlara sahib olan iş adamı Fəxrəddin Fərhadov, biz sizin iş faliyyətniz və necə bir insan olduğnuz haqqda hələ ki, bir söz deyə bilmərik, amma sizin oğlunuzun etikadan kənar danışığından hiss olnur ki, ona kifayət qədər vaxt ayrıb insanlara danışıq və davranış istqamətində nələrisə başa sala bilməmisiz, hiss olunur bahalı villada oturub taxta qapıda yaşayanları acız və kasıb görür, ola bilər bahalı maşındada oturub ucuz maşınları dumanlı görə bilər, peşəsindən kimliyindən aslı olmayaraq sosial durumu ağır olan şəxs sizi imkanlı bilib kiçik bir köməklik istəyirsə bu nəvaxtdan anormal və oğlunuzun dediyi kimi qələmin satmaq olub? 

Sizin oğlunuz Tiktok hesabında jurnalistlər haqqında paylaşdığı 3 dəqiqəyə yaxın videoda görün nə qədər qeyri etik ifadələr işlədib? Hələ bu azmış kimi ondan kömək istəyən şəxsin xanım olmasına da əhmiyyət verməyib, ən aşağlayıcı terminlərdən istfadə edir, bu istiqamətdə yazimızı çox uzun etmirik, inanırıq ki, bu yazıdan sonra müsbətə doğru hər hansısa nəticə əldə olunacaq.

"Gundelik-baku.com" sözü gedən video təqdim edir:

 

Dünyapress TV

Xəbər lenti