Sabirabad rayonunun Əsgərbəyli kəndində yaşayan Pənah Teymur oğlu Hüseynov icra məmurunun hərəkətindən, Baş Prokurorluğun isə bu barədə şikayəti araşdırmamasından narazıdır. Söhbət Sabirabad rayon İcra Şöbəsinin icraçısına qarşı rüşvət iddialarıyla bağlı şikayətdən gedir.
“Sübutlarımı – səs yazılarını da təqdim eləmişəm”
Pənah Hüseynov Meydan TV-yə bildirib ki, şikayət məktubunu da, orada göstərdiklərini təsdiqləyən səs yazılarını xeyli vaxtdır ki, Baş Prokuror Kamran Əliyev və onun birinci müavininə göndərib. Amma bu qurumdan heç bir reaksiya yoxdur.
Onun sözlərinə görə, şikayət məktubunun surətini paralel olaraq, prezident, birinci vitse-prezident, ədliyyə naziri, daxili işlər naziri və başqa qurumlara da ünvanlayıb. Bu qurumlardan da hələlik səs-soraq gəlməyib:
“Təkcə məktublarla kifayətlənməmişəm. Orada yazdıqlarımın sübutu var – səs yazıları. Onları da hamısına göndərmişəm. Görsünlər ki, deyilənlər sadəcə, söz deyil…”.
Sabirabad rayon İcra Şöbəsində Pənah Hüseynov haqqında icra olunmalı məhkəmə qətnaməsi var. Şikayətçinin sözlərinə görə, həmin qətnamədən sui-istifadə edib, onu hədələyərək, ondan dəfələrlə rüşvət tələb olunub. Əsgərbəyli kənd sakini iddia edir ki, bir neçə dəfə də icra məmurunun hədələrinə baş əymək məcburiyyətində qalıb.
“Qorxudan məcbur qalıb razılaşdım”
“Çünki məni qərarı icra etməmək barədə protokol yazıb, həbs elətdirməklə məni hədələyirdi. Bir dəfə dediyini elədi – ona pul vermədim, o da protokol yazdı, həbs olundum. Mən də qorxudan məcbur olub, deyilənlərlə razılaşırdım”, – Pənah Hüseynov belə deyir.
Bir müddət öncə məhkəmə qərarının icrasından yayınmaya görə rayon məhkəməsinin qərarıyla onun haqqında 8 günlük inzibati həbs qərarı çıxarılıb.
Onun sözlərinə görə, maddi durumu ağır olduğundan qərarı icra edə bilmir:
“Qərarı birdəfəlik icra eləməyə maddi imkan yoxdur. Əlimdə olanda da icraçı tutub məndən alır. Borcdan da çıxılmır. Qalmışam çıxılmaz vəziyyətdə…”.
Pənah Hüseynov Meydan TV-yə Sabirabad rayon İcra Şöbəsində çalışan həmin əməkdaşın kimliyini də açıqlayıb. Həmçinin aralarında olan danışıqların səs yazılarını da təqdim edib. Lakin sözügedən icra məmuru ilə danışıb, səslənən ittihamlarla bağlı onun cavabını öyrənə bilmədiyimizə görə kimiyini açıqlamadıq.
Prokurorluqdan isə Meydan TV-yə bildirilib ki, daxil olan bütün şikayətlərə qanuna uyğun şəkildə baxılır, araşdırılır və cavablandırılır. //Meydan TV//
Uzun müddətdir ki, mediada "Veysəloğlu" şirkətlər qrupundan və onun fəaliyyətində daim nöqsanlar olan rəhbəri, Vasif Talıbovla Ramiz Mehdiyevin ən yaxın adamı və şəriki olan Aydın Talıbov haqqında tənqidi materiallar dərc olunur. Aydın Talıbov, Ramiz Mehdiyev, Vasif Talıbov üçlüyünə aid olan "Veysəloğlu" şirkətlər qrupuna daxil olan mağazalarda qurdlu şokoladlar, iylənmiş sosislər, vaxtı keçmiş smetanlar, qatıqlar, bir sözlə qida məhsullarının satışı bu şəxslərə zərrə qədər də olsun mənfi təsir etmir. AQTA-nın dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində olan firmaları, mağazaları cərimə etməsinə baxmayaraq, "Veysəloğlu", "OBA", "ARAZ" öz bildiklərini edirlər. Hətta dəfələrlə "Veysəloğlu" şirkətinin tərkibində fəaliyyət göstərən mağazaların qarşısında camaatın narazılıqlarının şahidi olmuşuq. Alıcılar mənfi fikirlər səsləndirməkdən belə çəkinmirlər. "Bizə vaxtı keçmiş məhsullar satanın ölüsünə, dirisinə lənət, bizi aldadıb artıq qiymətlərə mal satanların qızları, gəlinləri, həyat yoldaşları çöldə qalsın". Bu fikirləri eşitmək heç kimə xoş deyildir. Amma buna baxmayaraq, "Veysəloğlu" şirkətlər qrupu özünü mediada reklam etməkdən belə çəkinmir. Muzdlu mirzələrinin etdiyi REKLAM, əslində ANTİ-REKLAMdır... Şəhid və qazi ailələrinə sənin Qurban payın lazım deyil, dövlətin vergisini ödə, istehlakçıların hüququnu pozma... “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti cənab Aydın Talıbova dəfələrlə müraciətimizdə onun personası ilə heç bir problemimiz olmadığını bəyan etmişik. Və üstəlik qeyd etmişik ki, şirkət özünü muzdlu mirzələrin vasitəsilə ucuz reklam etməkdənsə, işində müsbət dönüş yaratsa, vergidən yayınmasa, işçilərin, eyni zamanda istehlakçıların, müştərilərin hüquqlarını pozmasa, biz bir media olaraq bu müsbət halları da qeyd etməyə hazırıq. Yəni bizim şirkətə qarşı heç bir şəxsi qərəzimiz yoxdur. Çox təəssüf ki, “Veysəloğlu” şirkətlər qrupu işində müsbət dəyişiklik etmək əvəzinə özünü ucuz reklam etməklə məşğuldur. Biz, bir media olaraq REKLAM-ın əleyinə deyilik və hər hansı bir qurumun, şirkətin özünü reklam etməsini təbii qəbul edirik. Amma... Əmması odur ki, sənin reklamın əməlinə, fəaliyyətinə uyğun gəlməyəndə, bu reklam ANTİ-REKLAMA çevrilir. Bunu anladınmı, cənab Aydın Talıbov. Cənab Talıbov, müdriklər deyir: “Sözdə və əməldə birlik”. Sizin fəaliyyətiniz isə ƏMƏLDƏ deyil, ancaq sözdə, yəni ucuz reklamdadır, bu da effekt vermir. Siz hər dəfə müqəddəs Qurban bayramında 5-10 şəhid, qazi ailəsinə etdiyiniz yardımı muzdlu mirzələrin vasitəsilə az qala cəmiyyətin gözünə soxursunuz. Bir dəfəlik başa düşmək lazımdır ki, şirkətin vaxtlı-vaxtında dövlətin vergi borcunu ödəməsi hər əməldən üstündür. Çünki həmin vergilərin hesabına dövlət öz şəhidinə, qazisinə SAHİB çıxır. Sizin kimi şirkətlər vergidən yayınır və sonra bəyan edir ki, işğaldan azad edilmiş rayonlara İANƏ edirik. Belə İANƏ kimə lazımdır..? Axı, sizin şirkətin satdığı kiflənmiş pendiri, yaxud vaxtı keçmiş, köhnə ərzaq məhsulu adi vətəndaşla bərabər, şəhid, qazi ailəsi də alır... Yaxud başqa bir misal. Əmək Müfəttişliyi dəfələrlə “Veysəloğlu” şirkətinin, onun marketlərinin işçilərlə əmək müqaviləsi bağlamadan işlətdiyini, onların hüquqlarını pozduğunu və s. açıqlayıb. Bu yaxınlarda ölkənin tanınmış ziyalılarından biri öz oğlunun “Araz” marketlər şəbəkəsində qarşılaşdığı qanunsuzluqlara bağlı mediada geniş açıqlama vermişdi. Onun açıqlamasından bəlli olurdu ki, “Veysəloğlu” şirkəti, ümumiyyətlə, işçi ilə əmək müqaviləsi bağlamır, “ora qol çək, bura qol çək” deyib əməkdaşı aldadır. İşçiləri dözülməz dərəcədə artıq işlədir, əmək haqqlarının yarısı nağd verilir, yəni vergidən yayınır və s. “Veysəloğlu” şirkətlər qrupunun ölkədə süni qiymət artımı yaratması ilə bağlı İqtisadiyyat Nazirliyinin rəsmi açıqlamasına nə deyirsiniz, cənab Aydın Talıbov..? Bir müddət öncə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilmişdi. Məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxmışdı. Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib. Bunu biz demirik ee... Belə olan halda özünü necə reklam edə bilərsən, cənab Talıbov..? Cənab Talıbov, bu 2 milyon, bircə anbarda yoxlamanın nəticəsidir ee... İndi fikirləş ki, 100-lərlə “Araz” və “Oba” supermarketləri yoxlanılsa, ortaya hansı rəqəm, hansı sanksiyalar çıxıacaq..? Onda səni başqa yerə aparacaqlar. Və bu gün səni müdafiə edən muzdlu mirzələrin köməyinə çata bilməyəcək. Cənab Talıbov, sən millətimizin arasına sanki ayrıseçkilik toxumu səpirsən, millətimizi ağ və qaraya bölürsən, 1-ci və 2-ci sort insanalara ayırırsan və... Belə ki, Şirkətlər Qrupunun tabeçiliyində olan “Araz” marketləri imkanlı, varlı şəxslər üçün, “Oba” marketləri isə 2-ci sort adamlar üçün nəzərdə tutulub. Və ən dəhşətlisi odur ki, “Araz” marketlərində vaxtı keçmiş, köhnəlmiş, keyfiyyətini itirmiş məhsulları “Oba” marketlərində kasıb, imkansız təbəqəyə satır. Biz hələ Əmək Müfəttişliyini demirik ee... Veysəl müəllimin oğlu, özün öz dilinlə deyirsən ki, 17 min nəfər işçin var. Əgər Əmək Müfəttişliyi xırda bir yoxlama aparsa, bəlli olacaq ki, sənin “qara mühasibat”lığın dövlətə milyonlarla ziyan vurub. Kağızda yazdığın əmək haqqı ilə real əmək haqqı arasında fərq ən azı 3 rəqəmlidir. İndi onu da vur 17 min nəfərə. Gör hansı rəqəm alınacaq ? Biz hələ 30-35 min avroluq maaşlardan danışımırıq. Bəli, xaricdən dəvət etdiyin əcnəbi “revizora” ayda 35 min avro maaş verirsən. Bir ay öncə vitrindəki və kassadakı qiymət fərqinə görə şirkətiniz cərimələndi. Satıcılar deyir ki, qiymətlər tez-tez dəyişir imkan edib qiymətləri yeniləyə bilmirik… Və daha nələr... Biz hələ içindən bolt, qayka çıxan “Ulduz” şokoladlarından, saxta “Sirab” mineral sularından danışmırıq. Aydın Talıbov, Peyğəmbər əfəndimiz buyururdu ki, BİZ YEDİKLƏRİMİZİN CƏMİYİK. Cənab Talıbov, bir gün bu xalqa yedirdiklərini sənin özünə yedirdəcəklər. Bunu qulağında sırğa elə, unutma. //gundelik-baku.com//
DİA.AZ: - Sumqayıt Kimya Sənaye Parkında açılışı həyata keçirilən “Azmonbat” MMC-nin bu törəninə Prezident İlham Əliyev də qatılmışdı. Təbii ki, dövlət başçısı sözügedən müəssisənin ölkkə vətəndaşı üçün normal iş yeri olacağına ümid etmişdi. DİA.AZ bildirir ki, amma görünəni odur, "Azmonbat" MMC-ni çalışdıranların niyyəti tamam fərqlidir. Bu barədə redaksiyamıza daxil olan şikayətdən anlaşılır.
100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə vəziyyət hem də ürəkaçab deyil və artıq rəhbərliklə işçilər arasında ÇAT YARANIB və iş hətta məhkəməyə qədər gedib çıxıb.
“Dünyanı, yeri, göyü, o biri ölkələri su aparır, burada su yoxdur. Çətindir, bax bir belə yer üçün insan bir qaşıq su tapmır”. Xaçmazın kəndlərində suvarma üçün qazılan arxlar tez-tez quruyur. Çörəyi bağ-bostandan çıxan camaat yağışın ümidinə qalıb. Qadaşoba kəndinin sakinləri deyir, bağlarını sulamaq üçün su növbəsinə dayanmalı olurlar. İçməli su tapmaq da ayrı dərddir. Sakinlər suyu yerdən motorla çıxarırlar. “Su gəlir, növbə ilə sulayırıq bağları. Bundan qabaq bir az çətin idi, yağış yağandan sonra sular yaxşıdı. Məsələn, bir cərgə ilə camaat sulayır, 1-2 gündən bir, baxır da, camaatın sahəsinə. Tez qutarsa, qonşu sulayır, sonra o biri qonşu sulayır. Əsas sudur da, su həyatdır, su olan yerdə hər şey olur. Su olmayanda həyat da olmur. Bax, adi motorla su çıxartmışam, bu olmasa həyat yoxdur”. “Su gec-gec gəlir, camaat bağlarını sulaya bilmir. Bir ara gəlir, bir ara gəlmir. Biri sulaya bilir bağını, biri sulaya bilmir. Yarısına çatır, yarısına çatmır. Suda problemlər yaşayırıq. Camaat da ümidini dikib bağlara, gilas bağlarıdı hamısı, camaatın ruzisidir. Su olmadı, yanıb gedir hamısı. Ona görə, biz də istəyirik ki, vaxtlı-vaxtında sular gəlsin”. Xaçmazın Əhmədoba kəndinin camaatı isə deyir, çaylardan gələn su yuxarı kəndlərdən onlara çatana qədər quruyur. Sakinlər bağlarını sulaya bilməməsindən giley-güzar edir. Ağacların quruması kənd əhlini ziyana salır. Əhmədoba kəndində bircə içməli su kranı var, o da kəndin girişindədir. “Çayın qabağını kəsirlər yuxarıdan. O sulayır, bu sulayır, mən sulaya bilmirəm. Kənddən gətizdirirəm də. Sənə, ona, buna, hansına desəm, etiraz eləmirlər, gətirirlər. Mən gedə bilmirəm axı. Budur, quruyur ağaclar. Orada iki dənə Bəhrə ağacı var idi. Onlar ikisi də qurudular. Su yoxdur”. “Su növbəsinə yazılırıq. Amma onda da su tapmırıq. Bağlar hələ sulanmayıb. Su yoxdur, baxırıq, qayıdıb gəlirik. Deyəndə deyirlər ki, heç yerdə su yoxdur. İldə bir dəfə də olsa, bağları sulamışıq. Amma artıq may ayı çıxır, bu il hələ bağa bir qaşıq su dəyməyib. Allahdan yağan yağışın, təbiətin öz qüvvəsi ilə nə əmələ gəlir odur”. Əhmədoba kənd sakini Nəbi Qəribov deyir, aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi yoxdur. Olmayan suyun pulunu yığmaqları da ayrı dərddir. “Qış çıxandan bu günə qədər bir qram su görmürük biz. Su yerindən gəlmir, vermirlər. Nə qədər şikayət etsək, xeyri yoxdur. Bax, görürsən, bunlar susuzluqdandır. Ağaclara nasosla su çıxarıb veririk. O da effektiv deyil də. Təbii su effektiv olur. Gəlir ki, supulu ver. Mən bu suyu işlətmirəmsə, sənə pulu haradan verim? Həyətlərimiz qupquru, su yoxdur”. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müraciətimizdən sonra suyun limitini qaldırdıqlarını dedilər. Bugünə qədər suyun limiti niyə az idi sualına isə hələ də cavab yoxdur.
Ucar rayon, "DOST" İş mərkəzinin işçiləri Cəfərova Kəmalə Qədir qızı, Hacıyeva Zərinə Eyvaz qızı, Əhmədova Sevinc İsmayıl qızı, Əlizadə Elnarə Məhərrəm qızı, Qurbanova Mətanət Şahin qızı və Cəfərov Həsən Cəmşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, "DOST" iş mərkəzi onların haqqını vermir:
“Məlumat üçün bildirək ki, biz 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (“Komxoz”da) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb, təmizləmişik. Hətta aylıq pul verib işə gəlməyənlərin yerinə də küçələri bizə süpürtdürüblər. Bu dediklərimizi süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarını açıb baxmaqla görmək olar.
2022 və 2023-cü ildə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik. Təmizlik işləri səhər saat 6-00 radələrindən təxminən saat 11-00 radələrinə kimi davam edir və həmin müddətdə bizə verilən tapşırıları yerinə yetirib, evimizə gedirik.
DOST İş Mərkəzindən yoxlama saat 12-00 da gəlib, monitorinq aparılıb. Həmin vaxt "Komxoz"un rəhbərliyi aylıq pul verib işə gəlməyənlərə tez zəng etdirib çağırıblar işə. Bizə isə xəbər verilməyib. Yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlmədiyi halda, həmin vaxt onlar işdə olublar. Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara gözün üstə qaşın var deyən olmadı. Biz isə gündəlik işə çıxıb, aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik. Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi.
Tələbimiz odur ki, 3 dəfə aparılan yoxlama zamanı çəkilən videoya bizim iştirakımızla baxış keçirilsin. Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur. Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq.
Bizim hər birimizin evində azyaşlı uşaqlarımız və xəstələrimiz var, heç bir yerdən gəlirimiz yoxdur.
“DOST” İş Mərkəzi Ucarda "Komxozun" rəhbərliyi ilə əlbir olub, korrupsiya şəbəkəsi yaradıb. Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa, bu, tam subut olunacaq.
Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub, ailələrini dolandırsın. Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə "Komxoza" əksəriyyəti imkanı olan adamlar götürüldü. Buna isə icra başçısı Mənsur Məmmədov şəxsən şəraiti yaratdı. İcra başçısı 50 000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri "Komxoza" müdir vəzifəsinə təyin etdi və sonda da guya etdiyi səhvi düzəldirmiş kimi onu öz ərizəsi ilə işdən çıxardı.
İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə işimizdən olmuşuq.
Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın, korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün, qanunsuz çıxarıldığımız üçün bizi yenidən işimizə bərpa etsinlər”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Yay fəsili gəldi insanların istirahət edəcəyi bəzi məkanları işlədən iş bazlar loru dildə desək "QULDURLAR" yenidən iş başına keçdi. Bazar iqdisadiyyatı ilə satılan qidaların 20-30 faizi, bəzən 50-60 faiz baha qiymətə satmağa başladılar İnsan üz tutub istirahət etmək istədikdə peşman olur, bütün arzularını burnundan gətirirlər, çox təəssüflər olsun ki, bəzi aidiyyəti qurumlar bunu görsələrdə, nədənsə özlərini görməməzliyə vurub bu şəxslər haqqında hansısa ölçü götürməkdən, imtina edilər.
Bu tip məkanlardan biri də,paytaxtın Xəzər rayonu ərazisində yerləşən "Dalga Beach" adlanan istirahət mərkəzidir. Zamanla bu məkan haqqında dəfələrlə tənqidlər yazılsada nəticə çıxarmağ əvəzinə sanki, xalqa qarşı dahada qəzəbli halda son qəpiyinə kimi əlindən almaq bir növ hədəfə çevrilib Maraqlısu odur ki, bu formatnan istirahət məkanı işlədənlərə dur deyən yoxdur.
Görünən tərəfi budur ki arxalarında dayanan məmur sipəri daha iribuynuzludur. Anews.az xəbər saytının baş redaktoru tanınmış jurnalist Gülnar Nazımqızı sözü gedən məkanda başına gələnləri özünün facebook hesabında belə şərh edib.
"Azərbaycan Reallığı" sözü gedən şərhi oxucularmıza təqdim edir
Sizə "Dalğa Beach" Aquapark Resort-dan danışım. İlk dəfə olurdum. Girişi bazar, 21 əsrdə içəri girmək üçün uzun bir növbədə gözləməlisən. Adam başına 25 manat+10 manat dolaba pul aldıqdan sonra, giridik içəri. (saat 1-dən sonra 30 manat alınır) (Ordan dənizə keçmək üçün də ayrı pul ödəməlisən) İndi isə oturmaq problemli. Boş yer yoxdur. Deməli hər kəsi qəbul edirlər içəri limit nəzərə alınmır. Deyir xoşundurda budur, deyilsə də budur. Hələ qapıda sumkaların içini yoxlayanlar bir ayrı aləmdir, açıb başını soxur baxsın nəsə gətirmişəmmi...
Nəhayət zorla bir yer tapdıq. Şəkildə 2 dənə yarım litr su və 3 marojnaya 28.60 qəpik aldılar...
Digər fotodakı isə toyuq pizzasıdır guya. Fotoda toyuq ətini görsəniz mənə də göstərin lütfən )))
Aquparkı isə uzun növbələrlə sıraya düzülməlisən. Ya o qədər istirahətə getmirəm deyə mənə ağır gəldi,ya da həqiqətən çox bərbad idi... Getməyi tövsüyə etmirəm. Hovuzda belə hamı bir-birinin belində çimirdi... Bilmirəm bura hansı məmurundur, əsl basdırıq və biabırçılıq idi. Kişilərdən çox qadınlar siqaret çəkirdi. Paltar dəyişən yer isə sidik iyindən boğulurdu.. Bu məkanda anladım ki, biz çoxdan qərbə çatmışıq ))
"Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyini dinləməyə hazırdır AZƏRBAYCANREALLIĞI.COM
Abşeron rayonunun qəsəbələrində zibil problemi artıq dözülməz həddə çatıb. Teref.az xəbər verir ki, Qaynarinfo ötən dəfə Ceyranbatan qəsəbəsində bu problemlə bağlı material dərc etmişdi. Bundan sonra digər qəsəbələrdən də redaksiyamıza eyni problemlə bağlı şikayətlər daxil olub. Ən acınacaqlı vəziyyət Masazır qəsəbəsindədir. Qəsəbə sakinləri deyir ki, Akim Abbasov küçəsi əməlli-başlı zibil deposunu xatırladır. Zibil qutuları aşıb-daşır, üfunət iyindən ərazidən küçədən keçmək deyil. Buna baxmayaraq, müvafiq qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür. "Küçə zibilxananı xatırladır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ərazi təmizlənmir”, deyə sakinlər bildirib. Onların sözlərinə görə, bir ildən çoxdur ki, bu problemlə üzləşiblər: "Əvvəllər bir-iki gündən bir ərazi təmizlənirdi. Amma bir ildən artıqdır ki, ərazi ən tezi 10 gündən bir təmzilənir. Bu müddət ərzində isə Akim Abbasov vəziyyət dözülməz olur. Üfunət iyindən evdə belə, otura bilmirik". Maraqlıdır ki, Ceyranbatan qəsəbəsinin sakinləri də zibil problemi ilə bir ildən artıqdır ki, üzləşiblər. Onlar problemin Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin edilməsindən sonra yarandığını deyiblər. Masazır qəsəbəsinin sakinləri bu məslədə bələdiyyə sədrini də ittiham edirlər.
Masazır bələdiyyəsinin sədri Azər Quliyevdir. O, may ayından sədr kimi fəaliyyətə başlayıb. Azər Quliyevdən əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi. İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib.
DİA.AZ - "Mənzərəyə baxaraq aldanıb getdiyimiz növbəti məkan... Qubada yerləşən "Panoramic Guba" restoranı ilə 15 gün öncə 50 nəfərlik məktəb kollektivimizdən ibarət yer, menyu, vaxt və saat danışıldı..." DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Mədinə Məmmədli adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirib: "Hətta ora gedildi, dəqiqləşdirildi..
Dünən qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi.
Bizim kollektivimizi əvvəlcə dar-düdük bir "besetka"ya 40 nəfəri yerləşdirməyə çalışan , ayaqüstə yer axtarmağa məcbur qoyan həmin məkan saat 9-da bizə səhər yeməyini hazır etməli idi, ancaq saat 11:30-a qədər bizi ac saxladı. Əvvəlcə "pesok", yarım saatdan sonra yağ-pendir, yarım saatdan sonra çiy yumurta (mağaza yumurtası), yarım saat sonra çörək... yarım saat sonra isə buz kimi çay gətirdilər.
Digər "besetka"ya isə çay getmədi.
Bu nə xidmət idi, bu nə idi hələ də anlamadıq. Biz oturmağa yer tapdıqdan sonra başqa 40 nəfərlik kollektiv gəldi, qaldı ayaqüstə. Həftələr öncə yer danış, hər gün əlaqə saxla... axırda da ortada heç bir hazırlıq görmə. Hamısı əsəbiləşib getdilər...
İŞLƏDƏ BİLMİRSİNİZ, İŞLƏTMƏYİN! HEÇ KİMƏ MƏSLƏHƏT GÖRMÜRƏM, PULUNUZA VƏ ƏSƏBLƏRİNİZƏ HEYFİNİZ GƏLSİN!!!"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Bizim Ev” MTK-nın qanunsuz əməlləri, hətta şirkətin idman stadionunun ərazisini zəbt etməsi barədə biz və digər media qurumları uzun müddətdir ki, yazırıq. Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. İkinci vacib məqam isə bu kompleksin kimə məxsus olmasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( sədri, millət vəkili Səttar Möhbalıyedir ) “Məhsul” stadionu ilə bağlı yaydığı RƏSMİ açıqlamada qeyd olunur: “Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇIXARIŞ verilib və həmin ÇIXARIŞ indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in MÜLKİYYƏTİNDƏDİR”. Bizə elə gəlir ki, ərazinin hansı quruma, kimə məxsus olması barədə mübahisələrə bununla son qoyulur. Yəni “Məhsul” idman stadionu AHİK-in mülkiyyətidir. Bəs görəsən, “Bizim Ev” MTK bu stadionun ərazisini zəbt edəndə AHİK-in niyə səsi çıxmayıb və niyə bu gün də susmaqda davam edir..? Təsəvvür edirsiniz, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında hündürmərtəbəli bina tikən “Bizim Ev” MTK nəinki stadionun ərazisini, hətta idmançıların soyunub-geyinmə otağını da zəbt edib. Bu hələ harasıdır..? Bu MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edib. Ətraf binalardakı sakinlərin istirahət hüququnu pozur. Görəsən yaşıllıqların məhv edilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( nazir Muxtar Babayev ) görmür..? Axı, mənzil tikintisi haqqında qanunda məhəllədaxili tikintlərə qadağan qoyulub..? Bəs Arxitektura Komitəsi, Yasamal İcra Hakimiyyəti, FHN hara baxır..? Bu qədər dövlət qurumu necə susa bilər..? Ətrafda yaşayan sakinlər dərdini kimə desin..? Bəlkə kimlərsə bilərəkdən Yasamalda da Gədəbəydə baş verən hadisəyə oxşar ssenari hazırlayır..? Sabah bezmiş, cana doymuş sakinlər etiraz aksiyası keçirsə, kim məsuliyyət daşıyacaq..? Təsəvvür edirsiniz, binanın tikintisində istifadə olunan zəhərli fenol maddə qatılmış beton palçıq, qum-çınqıl, sement tozu gecə-gündüz ətrafda yaşayan sakinlərin başına tökülür. Ətrafda yaşayan sakinlərin avtomobilləri “Bizim Ev” MTK-nın palçığından, toz-torpağından məhv olub gedir. Tikintiyə beton daşıyan ağır maşınların ucbatından məhəllədaxili yollar dözülməz vəziyyətə düşüb. Yaxud sabah iraq olsun beton qırıntıları həyətdə oynayan uşaqların başına düşüb öldürsə, buna kim cavab verəcək..? Hazırda “Bizim Ev” MTK ikinci bir stadionu da zəbt eləyir. Adi bir müşahidə nəticəsində görmək olur ki, tikintidə köhnə, yerdən qazılıb çıxardılmış paslı armaturlardan istifadə edilir. Görəsən, tikintiyə məsul dövlət qurumları qardaş Türkiyədə baş verən o boyda faciəni nə tez unutdular..? Biz bir media olaraq dəfələrlə özümüzə əziyyət verib Mənzil tikintisi haqqında Qanunun maddələri lap sadə dildə vətəndaşlara yazıb çatdırmışıq ki, öz hüquqlarını qoruya bilsinlər. Bəs bu işi öhdəsinə götürən dövlət qurumları nə edir..? İnsanlar gecə-gündüz tikintinin səs-küyündən nevroz vəziyyətinə düşüblər. Buna son qoyulmalıdır. Və təcili olaraq AHİK səsini qaldırmalı, FHN tikinti ərazisinə gəlib tədbir görməli, cənab ekonazir bura təşrif buyurmalıdır. Artıq ətrafda yaşayan sakinlərin səbr kasası DAŞMAQ ÜZRƏDİR, CƏNABLAR. Başa düşdünüzmü..? Əgər dövlət “Bizim Ev” MTK-nın sahibi, Mürşüdün öhdəsindən gələ bilmirsə... Gerisi bizlik deyil. Bir media olaraq bizim işimiz yazmaqdır.. //gundelik-baku.com//