Ardını oxu...
Abşeron rayonu Ceyranbatan qəsəbəsinin Təbrik məhəlləsində antisanitariya vəziyyəti hökm sürür.

Bu barədə Qaynarinfo-ya həmin ərazidə yaşayan jurnalist Mürtəza Bünyadlı bildirib.

Onun sözlərinə görə, məhəllədə zibil aşıb-daşır. Müvafiq qurumlar isə heç bir tədbir görmür:

“Son ilyarım ərzində Ceyranbatanda zibil məsələsi ciddi problemə çevrilib. Xüsusilə də Abdin Fərzəliyevin Abşerona icra başçısı təyin olunduğu vaxtdan sakinlər bu problemlə üzləşiblər. Demək olar ki, zibilxanalar günlərlə, hətta bəzən 10 gün ərzində təmizlənmir. Aşıb-daşan zibil qutuları boşları ilə əvəzlənmir”.

Jurnalistin sözlərinə görə, problemlə bağlı Ceyranbatan qəsəbəsinin icra nümayəndəliyinə və bələdiyyəyə müraciət edilsə də, nəticəsi yoxdur:

“Onlar məsuliyyəti Abşeron rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin üzərinə atırlar. Guya zibillərin günlərlə yığılmaması Mənzil-Kommunal Təsərrüfat Birliyində maşın çatışmazılığı və ya maşınların nasaz olması ilə əlaqədardır. Problem dəfələrlə müxtəlif meda orqanlarında işıqladırılsa da, nəticəsi olmayıb. Hamısı ötür-ötür oyunu oynayır. Nəticədə sakinləır əziyyət çəkir. Zibillərin vaxtında yığışdırılmaması antisanitariyaya səbəb olub. Yayda ərazidə üfunətdən dayanmaq olmur. Zibillikdə qidalanan küçə itləri uşaqlara, qadınlara böyük təhlükə yaradır. Düzdür, indi məktəblər bağlanıb, amma dərs vaxtlaırnda uşaqlar təkbaşına həmin ərazidən keçərək məktəbə getməkdən qorxurlar. Çünki küçə itləri onlara hücum edir”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sosial şəbəkələrin, dövri mətbuatın problemlərin həll olunmasında ciddi və effektiv təsirə malik olduğu bir dövrdə insanlar tərəfindən cinayətin əlamətlərini əks etdirən məlumatların hüquq-mühafizə orqanlarına göndərməzdən əvvəl kütləvi informasiya vasitələrinə (KİV) göndərilməsi hallarına tez-tez rast gəlinir. KİV-lərin cəmiyyətdə təsirinin artması ilə əlaqədar, yayılan məlumatlara cinayətkarlıqla mübarizədə istinad olunması praktikada artıq geniş yayılmşdır.
Təcrübədə bəzən cinayətin baş vermə halları və ya cinayətə hazırlıq hərəkətləri kimi faktlar KİV əməkdaşlarının peşə fəaliyyəti ilə əlaqədar bilavasitə onlar tərəfindən aşkar edilir, bəzən isə, həmin faktlar foto və ya video çəkiliş, səs yazısı və s. vasitələrlə maddi daşıyıcılarda əks olunur.
Cinayət prosessual hüququndan məlum olduğu kimi, cinayət təqibi üzrə icraatın açılması, cinayət işinin başlanılması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 209-cu maddəsinə görə, qanunda nəzərdə tutulmuş səbəblər və əsaslar olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Cinayət işinin başlanması üçün səbəblər dedikdə, səlahiyyətli dövlət orqanlarının cinayətin edilməsi haqqında aldıqları qanunla müəyyən edilmiş məlumat mənbələri, əsaslar dedikdə isə, cinayətinm əlamətlərinin mövcud olmasını göstərən faktiki məlumatlar başa düşülür. Cinayət işinin başlnaması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya KİV məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

(Rafael Mustafayevin vətəndaşdan rüşvət aldığını əks etdirən səs yazısı)

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunuun 20-ci maddəsində göstərilir ki, prokurorluqda cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Lakin Azərbaycan reallığında prokurorluq cinayət haqqında KİV-də yayılan, hətta KİV rəhbəri tərəfindən rəsmi müraciət formasında prokurorluğa ötürülən məlumatlara ya ümumiyyətlə baxmır, yaxud da gec baxır. Gecikmə isə cinayəti törədən şəxsə cinayəti ört-basdır etmək, faktları saxtalaşdırmaq, özünə “alibi” təşkil etmək, ən nəhayət, qaçıb xarici ölkədə gizlənmək, daha ağır cinayət törətmək üçün vaxt və fürsət verə bilər.
Sadiq oxucularımız ötən həftə saytımızda dərc olunmuş “Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll qrup Qarabağ əlilinin haqqını yeyir…” sərlövhəli birinci, sonra isə “KTN-nin Dövlət Aqrar İnkişaf Mərkəzinin Xocavənd idarəsinin direktoru rüşvət aldığını və seyfdə saxladığını gizlətmir” başlıqlı ifşaedici səs yazısı ilə müşayiət olunan məqalələri xatırlayarlar.
Həmin yazılarda söhbət l -ci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən əsir götürülərək 57 gün erməni girov saxlanılmış, bu müddət ərzində dəhşətli işgəncələr yaşamış, Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili Şirinov Elşən Elman oğlunun indi də Xocavənd rayonunun bir qrup yerli məmurları tərəfindən üzləşdiyi haqsızlıqlardan və süründürməçilikdən gedirdi.

Elşən Şirinov üzləşdiyi problemlərdən dolayı onu süründürməçiliyə salan, haqqını mənimsəyən Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayevlə aralarında baş verən mübahisəni əks etdirən səs yazısını da redaksiyamıza təqdim etmiş, biz də öz növbəmizdə ictimailəşdirmişdik. Artıq həmin səs yazısı ilə həm oxucularımız, həm də aidiyyəti üzrə səlahiyyətli şəxslər tanışdırlar.
Qeyd edək ki, Elşən Şirinova Xocavənd rayon İcra Hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun kəndi ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçini, icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Son 2 ilə qədər Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyalardan yararlansa da, artıq 2 ildir ki, subsidiyaları ala bilmir. Daha doğrusu, KTN -nin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rafael Mustafayev ondan 5000 (beş min) manat rüşvət istəyir. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Elşən Şirinov həmçinin iddia edir ki, onun 100 hektar əkin sahəsinin Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov zəbt edib əkdirib. Torpaq sahələrinin koordinatları üst-üstə düşdüyü üçün R.Mustafayev “mübahisəli yerdir, ölçdürüb qanuni sənəd gətirin” deyir.
Elşən Şirinov haqlı olaraq sual verir ki, “necə olur, başçının, DAİM direktorunun, onların övladlarının yüzlərlə hektar torpaq sahələri mübahisəli olmur, amma zəhmətkeşlərin torpaqları “mübahisəli” olur?”
Məqalələrimizdə məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazır olduğumuzu bildirmişdik. Amma nədənsə qarşı tərəfin də, prokurorluğun da reaksiyası ləngiyir.

P.S. Qeyd edək ki, Rafael Mustafayevin nazirlikdəki yüksək postda əyləşən adamı, əslində “qoruyucu mələyi” Rafail Quliyevd olduğu bildirilir. Vurğulanır ki, indiyə qədər Rafael Müstafayevin bütün qanunsuz əməllərini ört-basdır edən şəxs məhz adaşı R. Quliyev olub. urğulayaq ki, son günlərə qədər R. Quliyev Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl nazir Məcnun Məmmədovun əmri ilə vəzifəsindən azad edilərək, Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.

Ramin Məhəmmədoğlu
RealMedia.az

 

     
Ardını oxu...
Saatlı rayonu, Babək küçəsi, ev 64-də yaşayan Mirzəyev Sabit Abbas oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi çarəsiz vəziyyətdə olduğunu və xəstə atasına yardım edə bilmədiyini bildirir:

"Mən, Mirzəyev Sabit Abbas oğlu, yazaraq sizdən xəstə atam Mirzəyev Abbas Bahadır oğlu üçün kömək istəyirəm. Bizim bu çarəsizliyimizə dövlət qurumları göz yumur. Xahiş edirəm, problemimizi işıqlandırın.

Məlumat üçün bildirim ki, atam Abbas 14 ildir xəstədir. Həkimlərin qoyduğu diaqnoza əsasən, ikitərəfli infakt, əsəb pozğunluğu, sol ayağında hissiyatsızlıq, sağ qolunuda əməliyyat zamanı inkişafdan dəyanma var. Həmçinin, başından da əməliyyat olub.

Xəstəlik sənədlərini 1aydır ki, Sabirabad xəstəxnasına vermişik. “Komissiyadan keçən kimi sizə məlumat veriləcək”, - dedilər, amma hələ xəbər yoxdur. Nə sənədləri geri verirlər, nə də əlilik verilir.

Ailədə 7 nəfərik, yaşayış yerimiz yaxşı deyil. Bunlar bir yana, gözümün qabağında günü-gündən əriyən atamın iynə-dərmanlarını almaqdan əziyyət çəkirəm. Maddi problemlərim çoxdur, təkcə aptekə 2500 manat borcum var. Atam yer xəstəsidir, bir istəkan suyu da özü içə bilmir. Belə xəstəyə sosial müavinat vermirlər, “düşmür” deyirlər.

2 il bundan qabaq həkim gətirdik, dedi ki, vaxtına az qalıb, nə hörmətiniz var edin. Özü çox əziyyət çəkir bu vəziyyətdə. Mən övlad olaraq ona borcumu maddi sıxıntıma görə ödəyə bilmirəm.

Sizin sayt vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezidentə müraciət edirəm. Yataq xəstəsi olan insana əlillik və penisya verilmirsə, bəs kimə düşür?

Xəstəxanalar od qiymətinədir, sığorta ilə xəstəyə demək olar ki, baxılmır. Dövlət tərəfindən də dərman vermirlər ki, əlilliyi yoxdur.

Cənab Prezident, xahiş edirəm tapşırıq verin, evə nümayəndə gəlib yoxlanış keçirilsin. Əgər bu xəstə özünü idarə edə bilirsə, mən razıyam, Sahil Babayev məni məhkəməyə versin”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. Onun sözlərindən məlum oldu ki, Mirzəyev Abbas Bahadır oğlunun tibb müəssisəsi tərəfindən “Forma-88” sənədi 20.06.2023-cü il tarixdə, yəni dünən rəsmiləşdirilib və əlillik altsisteminə daxil edilib.

“15 iş günü ərzində elektron sistem üzərindən qiymətləndirilmə yekunlaşdıqdan sonra vətəndaşın sistemdə qeyd olunan əlaqə nömrəsinə yekun məlumat göndəriləcək”, - deyə, o bildirdi.
 

     
Ardını oxu...
Lənkəran Ağır Cinayətlər Məhkəməsi narkobaronun sifarişini yerinə yetirəcəkmi..?
Xeyli vaxtdır ki, Azərbaycanda ən qalmaqallı, səs-küylü məhkəmə prosesi gedir və bütün ölkə mediası, eyni zamanda cəmiyyətimiz bu prosesin necə bitəcəyini səbrsizliklə gözləyir. Ulu Öndər əbəs yerə demirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Yəni söhbət kiminsə rüşvət almasından-filandan getmir, dövlətin sarsılmasından gedir. Müzəffər Prezidentimiz cənab İlham Əliyev isə Ali Məhkəmənin yeni binasının açılışında demişdir: “Bura ƏDALƏT sarayı olmalıdır”. Ədələtsizlik gec-tez cəmiyyəti məhvə doğru aparar.
Sözün qısası, Şirvan Apellyasiya Məhkəməsində baş verənlər heç bir məntiqə, qanuna sığmır. Xatırlatma üçün qeyd edək ki, bir müddət əvvəl Şirvan regionunda özünü müxalifətçi, blogger adlandıran, əslində regionda narkoticarətin başında dayanan İqbal Mikayılov və onun sürücüsü, sağ əli olan, narkotik şəbəkəsinin rəhbərləri ilə əlaqəli olan, narkotacirlər arasında kod adı "BNT" kimi tanınan Samir Qasımov Şirvan rayon polis əməkdaşlarının fədəkarlığı, cəsarəti nəticəsində həbs edilir. Və qısa vaxt sonra azadlığa buraxılırlar. Bu barədə biraz sonra.
Məlumdur ki, bütün dünya əsrin bəlası olan, “ağ ölümlə”, narkomaniya ilə, narkoticarətlə mübarizəyə qalxıb, hər gün tonlarla narkotik maddələr aşkar olunur...hər gün dəstə-dəstə narkotacirlər həbs olunur. Bu işdə Azərbaycanın güc nazirlikləri, Daxili İşlər Nazirliyi, Dövlət Təhükəsizlik Xidməti bütün gücü ilə mübarizə aparır. Amma... Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim İsmayıl Əhmədov məşhur narkotacirləri açıb azadlığa, ev dustaqlığına buraxır.
Yuxarıda qeyd etdiyimiz kimi uzun illər Şirvan regionunda nakotik maddələrin satışına nəzarət edən, məşhur narkotacirlər İqbal Mikayılovu, Samir Qasımovu Şirvan Polis İdarəsinin əməkdaşları min bir əziyyətlə həbs edir, onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda Şirvan Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq, narkotik satışını davam etdirmələrinə şərait yaradır.
Təsəvvür edirsiniz, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəsilində NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR hissəsində qeyd olunub. Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinə görə, əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim İsmayıl Əhmədov hər iki narkotaciri açıb azadlığa, ev dustaqlığına buraxır. Bu olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Ən dəhşətlisi odur ki, bu məsələdə Şirvan şəhər prokurorluğunun nümayəndəsi, dövlət ittihamçısı da susur. Bütün bu baş verənlər ölkə mediasında, sosial şəbəkələrdə yayılır və cəmiyyətimiz haqlı olaraq düşünür ki, bu dərəcədə ədalətsizlik, qanunsuzluq ola bilərmi..? Yəni dövlətin və millətin mənafeyini iki narkotacirin marağına qurban verirlər. Tam məsuliyyətlə demək olar ki, bu dövləti cinayətdir, adi cinayət işi deyil. Burada bir həssas məqam da var. Vəli Abdullayev əslində Azərbaycan polisinin nüfuzuna zərbə vurur və hamı düşünür ki, polis həbs elədi, amma məhkəmə sədri Vəli Abdullayev açıb buraxdı. Başqa bir həssas məqam odur ki, bu olay digər narkotacirlərə də “güc-qüvvət” verir, onlar da İqbalın və Vəli Abdullayevin vasitəsilə azadlıqda qalacaqlarını düşünürlər. Yəni bir məhkəmə qərarı az qala ölkəni silkələyəcək qədər dəhşətlidir. Bu məsələyə ölkənin bütün ziyalıları, ictimai xadimlər, deputatlar münasibət bildirməlidir.
Sözün qısası, Şirvan Apellyasiya Məhkəməsinin “bədnam” qərarına yaxın zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məlumat üçün qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına daxildir.
Bəli, məlumata görə, narkobaron Samir Qasımovla bağlı cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Hüseynovun sədrliyi ilə baxılır.
Təsəvvür edirsiniz, Cinayət Məcəlləsinin ən ağır maddəsi ( CM 234.4.3 ) ilə cinayət işi açılan şəxs azadlıqda gəzir. Təkcə azadlıqda gəzmir ee... Şahidlərin dediyinə görə, Samir Qasımov məhkəməyə ağ kostymda, narıncı qalstukda gətirilir, sanki karol-zaddır. Və İqbal Mikayılov hər yerdə deyir ki, 50 min vermişəm, Samirə məhkəmə bəraət verəcək. İqbal Mikayılov təkcə bunu deməklə kifayətlənmir, özünün xaricdəki müxalifətçi dostları vasitəsilə bloggerlərə saxta informasiyalar ötürür, məhkəməyə, hüquq-mühafizə orqanlarına təzyiq etmək istəyir. İqbal Mikaylov Vəli Abdullayevin qərarını təsdiqlətdirmək, hətta Samirə bəraət almaq üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsindəki hakim dostu Nizami Fərzi oğlu Quliyevin imkanlarından da istifadə edir. Biz hakim Nizami Quliyevə deyirik ki, oğlun hərbi xidmətdə olarkən etdiyi rüsvayçı əməlləri gözün önünə gətir. Sonda Samir Qasımovun məhkəmə prosesinə sədrlik edən hakim Nahid Nəsir oğlu Hüseynovun və bu işdə “rol oynamaq” istəyən Nizami Quliyevin həyat yollarını oxuculara təqdim edirik. Qoy, bütün ölkə onları tanısın. Nahid Hüseynov: 2012 – 2014 Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 6-cı təhqiqat bölməsində təhqiqatçı, ədliyyə leytenantı 2014 – 2016 Şirvan Apellyasiya Məhkəməsində hakim köməkçisi 2016 – 2019 Qusar rayon prokurorluğunda müstəntiq 2019 – 2020 İmişli rayon prokurorluğunda böyük müstəntiq 2020 – 2022 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində mühüm işlər üzrə müstəntiq 2022 - h/h Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyev 1982 – 1990 Cəlilabad Rayon Məhkəməsində iclas katibi, məhkəmə icraçısı, məhkəmə iclas katibi 1990 – 1997 Kəlbəcər Rayon Məhkəməsində hakim 1997 – 2000 Saatlı və Cəbrayıl rayon məhkəmələrində hakim 2000 – 2007 Salyan Rayon Məhkəməsinin sədri 2007 – 2012 Bərdə Rayon Məhkəməsinin sədri 2012 - h/h Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi.
Bəli, bütün sadaladıqlarımızı biz oxuculara təqdim etdik. Bu yazının geniş şərhini isə yaxın günlərdə verəcəyik. //gundelik-baku.com//
Ardını oxu...
Sosial şəbəkələrin, dövri mətbuatın problemlərin həll olunmasında ciddi və effektiv təsirə malik olduğu bir dövrdə insanlar tərəfindən cinayətin əlamətlərini əks etdirən məlumatların hüquq-mühafizə orqanlarına göndərməzdən əvvəl kütləvi informasiya vasitələrinə (KİV) göndərilməsi hallarına tez-tez rast gəlinir. KİV-lərin cəmiyyətdə təsirinin artması ilə əlaqədar, yayılan məlumatlara cinayətkarlıqla mübarizədə istinad olunması praktikada artıq geniş yayılmşdır.
Təcrübədə bəzən cinayətin baş vermə halları və ya cinayətə hazırlıq hərəkətləri kimi faktlar KİV əməkdaşlarının peşə fəaliyyəti ilə əlaqədar bilavasitə onlar tərəfindən aşkar edilir, bəzən isə, həmin faktlar foto və ya video çəkiliş, səs yazısı və s. vasitələrlə maddi daşıyıcılarda əks olunur.
Cinayət prosessual hüququndan məlum olduğu kimi, cinayət təqibi üzrə icraatın açılması, cinayət işinin başlanılması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 209-cu maddəsinə görə, qanunda nəzərdə tutulmuş səbəblər və əsaslar olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Cinayət işinin başlanması üçün səbəblər dedikdə, səlahiyyətli dövlət orqanlarının cinayətin edilməsi haqqında aldıqları qanunla müəyyən edilmiş məlumat mənbələri, əsaslar dedikdə isə, cinayətinm əlamətlərinin mövcud olmasını göstərən faktiki məlumatlar başa düşülür. Cinayət işinin başlnaması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya KİV məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

(Rafael Mustafayevin vətəndaşdan rüşvət aldığını əks etdirən səs yazısı)
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunuun 20-ci maddəsində göstərilir ki, prokurorluqda cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Lakin Azərbaycan reallığında prokurorluq cinayət haqqında KİV-də yayılan, hətta KİV rəhbəri tərəfindən rəsmi müraciət formasında prokurorluğa ötürülən məlumatlara ya ümumiyyətlə baxmır, yaxud da gec baxır. Gecikmə isə cinayəti törədən şəxsə cinayəti ört-basdır etmək, faktları saxtalaşdırmaq, özünə “alibi” təşkil etmək, ən nəhayət, qaçıb xarici ölkədə gizlənmək, daha ağır cinayət törətmək üçün vaxt və fürsət verə bilər.
Sadiq oxucularımız ötən həftə saytımızda dərc olunmuş “Xocavənd icra hakimiyyəti və KTN 57 gün erməni əsirliyində qalan ll qrup Qarabağ əlilinin haqqını yeyir…” sərlövhəli birinci, sonra isə “KTN-nin Dövlət Aqrar İnkişaf Mərkəzinin Xocavənd idarəsinin direktoru rüşvət aldığını və seyfdə saxladığını gizlətmir” başlıqlı ifşaedici səs yazısı ilə müşayiət olunan məqalələri xatırlayarlar.
Həmin yazılarda söhbət l -ci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən əsir götürülərək 57 gün erməni girov saxlanılmış, bu müddət ərzində dəhşətli işgəncələr yaşamış, Xocavənd rayon Qaradağlı kənd sakini, ll-ci qrup Qarabağ əlili Şirinov Elşən Elman oğlunun indi də Xocavənd rayonunun bir qrup yerli məmurları tərəfindən üzləşdiyi haqsızlıqlardan və süründürməçilikdən gedirdi.

Elşən Şirinov üzləşdiyi problemlərdən dolayı onu süründürməçiliyə salan, haqqını mənimsəyən Kənd Təsərrüfatı Nazirliyinin Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rafael Mustafayevlə aralarında baş verən mübahisəni əks etdirən səs yazısını da redaksiyamıza təqdim etmiş, biz də öz növbəmizdə ictimailəşdirmişdik. Artıq həmin səs yazısı ilə həm oxucularımız, həm də aidiyyəti üzrə səlahiyyətli şəxslər tanışdırlar.
Qeyd edək ki, Elşən Şirinova Xocavənd rayon İcra Hakimiyyətinin başçısının 14 avqust 2014-cü il tarixli, 56 nömərli Sərancamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün Xocavənd rayon Ağburun kəndi ərazisindən icarə yolu ilə 100 (bir yüz) hektar torpaq səhəsi ayrılaraq, 15 (on beş) il müddətində istifadəsinə verilmişdir. Həmçini, icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı da, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xocavənd rayon şöbəsi tərəfindən də hazırlanmış və təsdiq edilmişdir.
Xocavənd rayon İHB-nın 14.08.2014-cü il tarixli, 56 saylı sərəncamına əsasən bağlanmış 15.08.2014-cü il tarixli 10 saylı icarə müqaviləsinə əsasən, Şirinov Elşən Elman oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Son 2 ilə qədər Elşən Şirinov dövlətin əkin üçün ayırdığı subsidiyalardan yararlansa da, artıq 2 ildir ki, subsidiyaları ala bilmir. Daha doğrusu, KTN -nin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rafael Mustafayev ondan 5000 (beş min) manat rüşvət istəyir. O da tələb olunan rüşvəti vermədiyi üçün subsidiyadan məhrum edilib.
Elşən Şirinov həmçinin iddia edir ki, onun 100 hektar əkin sahəsinin Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov zəbt edib əkdirib. Torpaq sahələrinin koordinatları üst-üstə düşdüyü üçün R.Mustafayev “mübahisəli yerdir, ölçdürüb qanuni sənəd gətirin” deyir.
Elşən Şirinov haqlı olaraq sual verir ki, “necə olur, başçının, DAİM direktorunun, onların övladlarının yüzlərlə hektar torpaq sahələri mübahisəli olmur, amma zəhmətkeşlərin torpaqları “mübahisəli” olur?”
Məqalələrimizdə məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazır olduğumuzu bildirmişdik. Amma nədənsə qarşı tərəfin də, prokurorluğun da reaksiyası ləngiyir.

P.S. Qeyd edək ki, Rafael Mustafayevin nazirlikdəki yüksək postda əyləşən adamı, əslində “qoruyucu mələyi” Rafail Quliyevd olduğu bildirilir. Vurğulanır ki, indiyə qədər Rafael Müstafayevin bütün qanunsuz əməllərini ört-basdır edən şəxs məhz adaşı R. Quliyev olub. urğulayaq ki, son günlərə qədər R. Quliyev Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl nazir Məcnun Məmmədovun əmri ilə vəzifəsindən azad edilərək, Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edilib.

Ramin Məhəmmədoğlu
RealMedia.az -ın baş redaktoru
 
Ardını oxu...
Bu qanunsuzluqları Səttar Möhbalıyev görmür ?
Milli Məclisin sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimlinin qardaşı, Rövşən İbrahimli ilə bağlı yazıya keçməzdən öncə vitse-spikerin barəsində ölkə mediasında yayılan xəbərlərə nəzər salaq. Yayılan xəbərlərdən bəlli olur ki, Fəzail İbrahimlinin FHN-də yüksək vəzifə tutan oğlu Tural İbrahimli 100 min dollar dəyəri olan avtomobili ilə vətəndaşı vuraraq xəsarət yetirib.
Mediada Tural İbrahimlinin zəngin həyat tərzindən bəhs edilir. İstər-istəməz sual doğur ki, bu cavan oğlanda bu qədər pul haradandır..?
Vitse-spiker Fəzail İbrahimli dəfələrlə parlamentdə çıxışı zamanı məmurları tənqid edən jurnalistlərin susdurulmasını tələb edib. Jurnalistlər haqlı olaraq soruşur ki, görəsən Fəzail İbrahimlinin oğlunun 100 min dollarlıq avtomobilinin mənbəyini soruşmaq nə vaxtdan qanunsuz hesab olunur..?
Sözün qısası, Milli Məclisin sədr müavini Fəzail İbrahimli ilə bağlı mediada yayılan köhnə xəbərlərdən sonra onun qardaşı Rövşən İbrahimli ilə bağlı yeni xəbərə keçək. Bir neçə saat öncə redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının yeni sədri Rövşən İbrahimli vitse-spikerin qardaşıdır. Məsələyə aydınlıq gətirmək üçün qurumun https://yasamal.atiahi.org/ saytına daxil olduq.
Təsəvvür edirsiniz, saytın SEÇKİLİ ORQANLAR bölümündə KOMİTƏ ÜZVLƏRİ, RƏYASƏT HEYƏTİNİN ÜZVLƏRİ, TƏFTİŞ KOMİSSİYASININ ÜZVLƏRİ siyahısında bir nəfərin adına rast gəlmədik. Görəsən bu necə qurumdur, bunun saytı nəyə lazımdır..?
Sözün qısası, daxil olan məlumatdan bəlli olur ki, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının sabiq sədri Elçin Həmidov bir müddət əvvəl dünyasını dəyişib. Kollektivin yüksək dəyər verdiyi mərhum Elçin Həmidovun dəfnindən bir müddət sonra onun kabinetində Fəzail İbrahimlinin qardaşı Rövşən İbrahimli gəlib oturub. Kollektivin üzvləri deyir ki, məlum olduğu kimi Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının və rayon təşkilatlarının üzvləri, sədrləri seçki yolu ilə müəyyən olunur. Bəs görəsən, heç bir seçki olmadan Rövşən İbrahimli necə Yasamal rayon təşkilatının sədri ola bilərdi..?
Söhbət təkcə rayon təşkilatının sədrindən getmir, yuxarıda qeyd etdiyimiz kimi, həm KOMİTƏ ÜZVLƏRİ, həm RƏYASƏT HEYƏTİNİN ÜZVLƏRİ, həm də TƏFTİŞ KOMİSSİYASININ ÜZVLƏRİ kollektiv tərəfindən seçki yolu ilə müəyyən olunmalıdır. Təəssüf ki, bütün bu prosedur qaydaları olmadan, Rövşən İbrahimli hazıra-nazir kimi gəlib oturub sədrin kabinetində. Görünür qardaşı Fəzail İbrahimliyə arxayın olan Rövşən İbrahimli üçün heç bir qanun-qayda, prosedur-zad yoxdur. Adam istəyir ki, Fəzail müəllimdən soruşsun ki, ay professor, bəs hər yerdə seçkidən-zaddan danışırsan..?
Daxil olan məlumatdan o da bəlli olur ki, Rövşən İbrahimli Yasamal rayonundakı 53 saylı məktəbin arxasındakı kabinetdə oturur... Görəsən bütün bu baş verən qanunsuzluqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəzail İbrahimlinin deputat həmkarı Səttar Möhbalıyevin münasibəti necədir..?
Yasamal təşkilatının üzvləri Səttar Möhbalıyevdən xahiş edir ki, qurumun rəhbər heyəti seçki yolu ilə müəyyən olunsun.
Təsəvvür edirsiniz, uzun gərgin əmək fəaliyyətindən sonra Yasamal rayonundakı 7000-ə yaxın təhsil işçisi həmkarlar hesabına istirahət etmək, müalicə olunmaq üçün putyovkalar gözləyir. Rövşən İbrahimlinin başı isə nəyə qarışıb bilən yoxdur... Daha doğrusu, Rövşən İbrahimlinin başı qarışıb axşamlar restoranlarda yeyib-içməyə, müxalifət qəzetlərini maliyyələşdirməyə və daha nələrə...
Bəli, bir zamanlar Əlikram Hümbətovların, Cəmil Həsənlilərin ətrafında dolananlar bu gün Həmkarlar Konfederasiyasında lövbər salıb. Amma bilmirlər ki, yerində qulağı var. Atdıqları hər bir addım dövlətimiz tərəfindən araşdırılır. Biz bütün məsələlərin araşdırılması üçün əlimizdən gələni edəcəyik. Mövzu fikirləşdiyimizdən də çox maraqlı olduğu üçün araşdırmalarımız davam edir.
Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Cəbrayıl camaatının icra başçısı sarıdan bəxti heç gətirmir. ( Guya o biri rayonların bəxti fontan vurur ).
Yəqin oxucuların yadında olar.
Cəbrayıl rayonunun 1993-cü ildə bir futbolçu, deputat icra başçısı var idi –Kərəm Əliyev.
Mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərlə görüşü zamanı Kərəm Əliyevin ünvanına “Ay kişi, vicdanın olsun..” deyərək onu çox sərt tənqid etməsi çoxlarının yadında olar.
Futbolçu icra başçıdan sonra kinomexanik Mahmud Quliyev 2016-cı ilədək Cəbrayılın icra başçısı oldu.
Onun da adı mətbuatda rüsvayçı icra başçısı kimi çox hallandı.
Təsəvvür edirsiniz vətəndaşları söyüb təhqir edən icra başçısı Mahmud Quliyev öz açıqlamasında demişdir: “ Mən orada axmaq köpək oğlu burda nə axtarırsan demişəm. Köpək oğlu bizdə adi söz sayılır”.
İndi özünüz düşünün, bu ağılda adam düz 17 il, yəni 2016-cı ilədək Cəbrayıl rayonunun icra başçısı olub.
Və vətəndaşların torpaq sahələrini zəbt etməklə yadda qalıb. Mahmud Quliyevin qardaşı uşaqları vətəndaşlara məxsus 1000 hektar örüş sahələrini zorla əllərinə keçirib pul qazanırdılar. Vətəndaşlar isə mal-qarasını otarmağa yer tapmırdılar. Amma zavallı camaat icra başçısının qorxusundan səsini də çıxara bilmirdi.
Bütün bunlar azmış kimi Mahmud Quliyev Biləsuvarda yaşayan 10 min qaçqına dövlət tərəfindən verilən 40 litr yanacağın 10 litirini kəsib satırdı. Və 10 min tonlarla yanacağı oğurlayırdı. Vətəndaşlar Milli Məclisə, Baş prokurorluğa müraciət etsə də nəticə olmurdu. Çünki Mahmudun arxasında dağ kimi dayananlar var idi, amma indi çoxu içəridədir. Bu başqa bir yazının mövzusudur, söhbət "ELMED" klinikasından gedir.
Mahmud Quliyev fəaliyyət göstərən 1 uşaq bağçasının yerinə 10 uşaq bağçası “oformit” edərək, pulları mənimsəyirdi.
Mahmud Quliyev icra başçısı olduğu 17 il ərzində özünə böyük biznes şəbəkəsi qurdu, Biləsuvarda, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektləri, şadlıq evləri, bahalı mülkləri və s.
İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyevin Tibb mərkəzinin 4-cü mərtəbəsində qəbulxana açması isə əsl rüsvayçılıqıdr.
Sözün qısası, 2016-cı ildə Mahmud Quliyevin vəzifə erası bitdi. Sonradan isə eşitdik ki, Mahmud Quliyev dünyasını dəyişib. Allah rəhmət eləsin!
Camaat fikirləşdi ki, rayona normal bir rəhbər gələr və camaatın qayğısına qalar. Gəldi və...
Bu dəfə gələn icra başçısı isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun dostu və şəriki Kamal Həsənov oldu.
Görək, Kamal Həsənov kimdir ?
Məlumat üçün qeyd edək ki, Kamal Cəbrayıl “Aqroprom”un keçmiş sədrinin oğludur, “Narxoz”u bitirib, sovet dövründə “komsomol”da çalışıb, sonradan düz 20 il Elman Rüstəmovun əlinin altında Mərkəzi Bankda “revizor”, şöbə müdiri olub.
Və 2016- cı il tarixdə Elman Rüstəmovun dəstəyi və Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub.
Ötən 6 ildə görək, Kamal Həsənov Cəbrayıl camaatı üçün nə iş görüb ?

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal müəllim vəzifəyə gələndə düşündük ki, nəyisə dəyişəcək, ancaq, artıq 5 ildir ki, ortada heç bir müsbət fəaliyyət yoxdur.
Kamal Həsənov ilk olaraq icra hakimiyyətinin qarşısından keçən yolu bağlayaraq vətəndaşların gediş-gəlişinə mane olub. Yəni icra başçsı da sələfi kimi yolkəsəndir.
Buna deyən yoxdur ki, bəlkə sənə ayrıca bir yol çəkək?
Sən özünü nə hesab edirsən, Kamal Həsənov ?
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü, 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. Və dəfələrlə müraciət etsə də icra başçısı Kamal Həsənov onu qəbul etmir.
Kamal Həsənov qazilərin işlə bağlı müraciətini qulaqardına vurur. Bu adam bu günədək bir şəhid, qazi ailəsinə baş çəkməyib.
Bu adama deyən lazımdır ki, sən şahoğlu-zad deyilsən ee, Prezidentimizin dediyi kimi xalqın xidmətçisisən.
Gundəlik-bakıya daxil olan məlumata görə, bir müddət əvvəl Elman Rüstəmov icra başçısı Kamal Həsənovu möhkəm danlayaraq, bildirib ki, mən artıq səni qoruya bilmirəm, işində dönüş yarat. Bir məsələni də xatırladaq ki, Kamal Həsənov camaata məxsus olan qəbristanlıqları özünün və ağsaqqalllarının qoyun sürülərinə otlaq sahəsi kimi istifadə edir.
Bizə elə gəlir ki, Kamal Həsənov Əşrəf Mehdiyevin ən yaxın qohumu olmaqla bərabər, onun ideyalarına da sadiq qalır. Bu və digər məsələlər haqda növbəti yazımızda.
gundelik baki.com
 

 
Ardını oxu...
 
Binəqədidə vətəndaş Elnur Əhmədovdan ona məxsus rəsmi sənədli torpaq sahəsini hasara almasına görə 1500 manat tələb olunur.... Çox təəssüf ki, "Təzadlar"a daxil olmuş şikayəti araşdırarkən qəribə hallarla rastlaşdlq... Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin dünənki tarixdə, saat 16:00-da başlayan vətəndaş qəbuluna nə rayon icra hakimiyyətinin müavini Hacıbaba Rzayev, nə də ictimaiyyətlə əlaqələr şöbəsindən Leyla xanım bu görüşdə medianın iştirakını təmin etməkdən ehtiyat etdilər, imkan vermədilər. Niyə? Səbəb nə idi görəsən??? Çünki qəbul zamanı vətəndaşların qarşılaşdığı problemlərin hansı səbəbdən qaynaqlanmağı, onlara qarşı edilən süründürməçilik və yaxud bürokratik əngəllərə dair suallar qoyulacaqdı. Çox təkidli cəhdlərimizdən sonra kameramıza və mikrafonumuza şikayətçidən müxtəlif bəhanələrlə daş hasarın tikintisi üçün pul tələb edərək qarşılaşdığı süni əngəllərin aradan qaldırılması məqsədilə bu məsələnin məhz icra Hakimiyyətindən adı çəkilən Orxan və Elnur adlı şəxslərin yersiz tələbi barədə müzakirəsi üçün vətəndaş Elnur Əhmədov qəbula yazılmışdır.
Elektron qrafikalı saycda beşinci olan Elnur Əhmədov Rayon İH- nin binasının vətəndaşlar üçün ayrılmış foyesində gözlədikdən sonra nəhayət, qəbul edildi. Lakin qəbul zamanı oradakı müzakirələr zamanı medianın bunları müşahidə etməməsi üçün bizə şərait yaradılmayaraq icazə vermədilər. Və bu da artıq bir daha başa düşülən idi. Çünki görüş zamanı müzakirədə vətəndaşı incidən, şikayət xarakterli müsahibədə adı keçən Orxan və Elnur adlı əməkdaşların yersiz pul tələb etmələrindən vizual debat baş tutacaq idi. RİH rəsmisi vıə MEDİA İLƏ İŞ QURMAQ VƏZİFƏSİ OLAN Leyla xanıma bütün bu xatırlatmaları İcra hakimiyyəti binasına daxil olarkən qapı ağzındakı qəbul şöbəsindən telefon rabitəsi zamanı bildirsəm dı o, məsələni həlledilməz etdi. Nəticədə peşə fəaliyyətimizə açıq şəkildə mane olundu. Hətta vətəndaşın pozulmuş hüququ ilə bağlı rayon icra hakimiyyətində nə hüquqşünas ştatında yer alan məsul şəxsi, nə də Təsərrüfat şöbəsinin rəisi Azər müəllimi belə bu məsələnin müzakirəsinə cəlb eləmədilər. Yalnız şikayətçinin Binəqədi İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyevin müavini Hacıbaba Rzayevin qəbuluna düşərək bu problemi danışmağına razı oldular.
XXX
Görüşdən sonra bizə açıqlamasını bildirən Elnur Əhmədov bunları dedi: "...Hacıbaba Rzayev mənim sənədlərimə baxıb "Çıxarış sənədini niyə gedib almırsan?" deyə soruşdu... Mən isə dedim ki, məni işçiləriniz neçə vaxtdır süründürürlər, istədikləri məbləğə gücüm çatmır."
Daha sonra Elnur Əhmədov Rİh-dən, sadəcə, sözügedən əraziyə bir daha müvafiq baxış keçirəcəklərini xatırlatmaqla görüşü bitiriblər.
İnanırıq ki, bu ictimailəşmədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd olunan bu məsələnin müsbət həlli istiqamətində tədbir görülməsi üçün aidiyyəti üzrə ciddi tapşırıqlarını verəcəkdir.
Mövzuya qayıdılacaq və şikayətin araşdırılması nəzarətimizdədir.
XƏYYAM QURBANLI 
//tezadlar.az//

 
Ardını oxu...
 
Qulaq gündə bir söz eşitməsə kar olar. Bu gün nazirliklərə, komitələrə, icra hakimiyyətlərinə və başqa qurumlara rəhbərlik edən şəxslərin arasında elələri vardır ki, onlarla şəxsən üz-üzə oturmağın özü böyük bir cinayətdir.  
Biz bu gün nələrin şahidi olduq, İLAHİ. 
Biz gözlərimizlə gördüklərimizi, qulaqlarımızla eşitdiklərimizi təkrar-təkrar beyinlərimizdən keçirdərək bir daha inanmamağa çalışdıq ki, görəsən İLAHİ biz düzmü eşitdik və gördük. Amma bu sözlərin dövlət ərkanında təmsil olunan şəxsin dilindən eşitdiyimizə görə, çox təəssüf hissi keçirdirik. 
Bu yazıdan sonra hansı problemlərlə üzləşəcəyimizdən qorxmayaraq, üzümüzü ölkə başçısına tutaraq, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində köklü yoxlamaların aparılmasına start verilməsini bir vətəndaş kimi, xahiş edirik. 
Xahiş edirik ki, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Qaçqın və Məcburi Köçkünlərin işləri ilə maraqlanan şəxslərin kimliyi araşdırılsın, mövqeləri bəlli olsun. Kimlər tərəfindən yaradılan narazılıqlar araşdırılaraq, üzə çıxarılsın. Biz bu komitədə baş verənlərə heç vaxt susmayacağıq. 
Bu komitədə Vasif Talıbovun, Ramiz Mehdiyevin və başqa dövlətdən incik şəxslərin yaxın adamlarının Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparıcı vəzifələrdə olmaları bizi dəhşətə gətirdi. Dəhşət təkcə o deyildi. Müxalifət yazarları üçün, dədəsi öləndə ağlamayanlar necə göz yaşları tökdülər, onu gözlərimizlə gördük. 
Baxın, Rövşən Rzayev DTX-dan işdən qovulan, Rusiya meyilli, Qubadlı rayonundan olan, Mamed İsgəndərovun qohumu, Nizami Hüseynovu Analitik İdarəyə şöbə müdiri təyin etməsi necə başa düşülür?
Qatı Müxalifət yazarının qardaşını komitədə məsul vəzifəyə təyin etməsini, necə başa düşək? 
Məcburi köçkünlərin “çörəkpullarını” kəsmək hesabına Qənaət edilən büdcə yaradaraq, görüntülənmək nəyə hesablanır?
Məcburi köçkünlər arasında narazılıq yaradaraq, öz xislətlərini həyata keçirən istər Nizami Hüseynov, istər başqaları kimə xidmət edirlər?
Suallar çoxdur, cavablar isə dostlarımız bizdən inciməsin, faktlarla olacaq.
P.S. Eşitdik ki, Müxalifət yazarına böyük çadır və orada bütün şəraitlər yaradılıb. Həmin çadırda nə baş verib? Onu ancaq və ancaq həmin çadırı verənlər bilər. 
 

Ardını oxu...
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki 30 illik zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.

Binəqədi sakinlərinin Tribunainfo.az-a verdiyi məlumata görə, zeytun bağları taleyin ümidinə buraxılıb.

Ardını oxu...

“Bura Adil Məmmədov küçəsidir. Bura illərin məşhur zeytun bağlarıdır. 30 illərin bağıdır. Bura əvvəl daimi su gəlirdi, çünki arteziyan quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan yanıb məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.

Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol şəkdirib, abadlıq işləri adı altında iş aparıb aparıb, bağı isə pis hala salaraq gediblər:

“Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhvolmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.


 

Dünyapress TV

Xəbər lenti