Ardını oxu...
Azərbaycanda dərman monopoliyası ilə bağlı uzun illərdir ki, müzakirələr gedir, hətta bu məsələ müxtəlif beynəlxalq təşkilatların hesabatlarına da düşüb.

Bu sahə ilə bağlı araşdırmaçı jurnalistlər də dəfələrlə təkzibolunma faktlar ortaya qoyublar.

"Arqument.az" xəbər verir ki, bu monopoliyanın əsas fiqurları kimi isə deputat Cavanşir Feyziyev və həmkarı Kəmaləddin Qafarovun adı daha çox hallanıb, çünki hər ikisi faktiki dərman monopolisti kimi tanınır.

Ona görə də Milli Məclisin Səhiyyə komitəsinin bir neçə gün öncə keçirilən iclasında deputat Kəmaləddin Qafarovun "Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur” fikri hələ də müzakirəyə səbəb olub.

Sosial mediadakı müzakirələrdən də aydın görünür ki, deputat bununla monopoliyaya aldığı sahədə "şəffaflıq”ın olmasını sübut etməyə çalışır, halbuki bu sahə ən qeyri-şəffaf sahələrdəndir.

Bəs, doğrudan da, vəziyyət necədir?

Kəmaləddin Qafarovun çıxışına mütəxəssislərin də rəyləri ortadadır.

Məsələn, tanınmış pediatr Vaqif Qarayev "demokrat.az”a deyib ki, Azərbaycana gətirilən dərmanların keyfiyyəti çox aşağıdır: "Pandemiyadan sonra bu sahədə aləm bir-birinə qarışıb. İdxalçılar dərmanların qiymətinin bahalığını Rusiya-Ukrayna müharibəsi ilə əlaqləndirirlər. Lakin məsələ burasındadır ki, Avropadan ölkəmizə gələn dərmanlar da çox bahadır. Yəni belə paradoksal zəncir alınıb. Ucuz satanlar yoxdur, çünki ölkəyə ucuz dərmanlar gətirilmir, olanlar da bahadır. Əlbəttə ki, təcili bunu tənzimləmək lazımdır”.

"İnanın ki adam utanır”

"Milli Məclisdə deputatların həmin çıxışına qulaq asmışam, parlamentdə də dərmanların bahalaşması ilə bağlı fikirlər səsləndirilib. Təbii ki, hər bir halda bu dövlətin işidir. Həkim kimi ancaq onu deyə bilərəm ki, dərmanların keyfiyyəti çox pisdir. Hətta axırıncı pandemiyada Alman aptekindən alınan dərmanlar da qızdırmanı aşağı salmırdı. Bununla bağlı valideynlər də şikayət edirdi. İnanın ki, adam utanır, ölkəyə gətirilən dərmanlar o qədər keyfiyyətsizdir ki, adi qızdırmanı belə aşağı sala bilmirsən”.

"İnsanlıqdan bixəbər, dərman monopoliyasını yaradan şəxs…”

Bəhruz Əliyev adlı sosial media istifadəçisi deputatın çıxışını belə şərh edib: "Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Kəmaləddin Qafarov Azərbaycanda bəzi dərmanların qiymətlərinin Türkiyədən ucuz olduğunu bildirib. Bilmirəm bu deputat insanlarla zarafat edir, yoxsa MM-də ab-hava başqadır, orda dayanıb elə danışırlar ki, insan bir anlıq özünü cənnətdə hiss edir. Azərbaycanda dərmanların qiymətinin Türkiyədən ucuz olduğunu söyləmək gülməlidir. Nə qədər utancverici olsa da, insanlarımız müalicə almaq üçün İrana gedirlər. Bunun əsas səbəbi dərman və müalicənin baha olmasıdır. Bunun da əsas səbəbkarı insanlıqdan bixəbər, dərman monopoliyasını yaradan şəxsdir. Maraqlıdır, Kəmaləddin müəllim, Azərbaycanda hansı dərmanlar Türkiyədən ucuz və ya keyfiyyətlidir? Qarın ağrısı dərmanı? Bilirsinizmi, çox insanlar xəstələnəndə dərmanların baha olması səbəbindən apteklərə gedə bilmirlər. Təbii ki,hava sizin üçün xoşdur, "ZƏFƏRAN" aptekləri sizin xidmətinizdədir”.

"O, aclıqdan əziyyət çəkən insanların nələr yaşadıqlarını başa düşə bilməz. Çünki onun üçün hər yer Mayamidir. Maraqlıdır, görəsən, Ümumdünya Səhiyyə Təşkilatı nə vaxtsa yalan danışan insanlar üçün dərman hazırlayacaqmı? Çünki bu xəstəliyə yoluxanların sayı hər gün artır”, - deyə o qeyd edib.

"Yalan o qədər ağ olub ki…”

Jurnalist Hüseyn İsmayılbəyli isə deputatın çıxışını yumorla şərh edib: "Deputat Kamaləddin Qafarov (beləsi də varmış) bu gün MM-də iclasda deyib ki, Azərbaycanda dərmanlar Türkiyədəkindən ucuzdur. Yalan o qədər ağ olub ki, hətta Əhliman Əmiraslanov da buna etiraz edib”.

"Deputat kökündən səhv edir, əhalini aldadır”

"Deputat Kəmaləddin Qafarov dərmanların Azərbaycanda Türkiyədən daha ucuz olduğunu deməklə, əlbəttə, kökündən səhv edir. O, əhalini aldadır. Çünki özü fəal dərman biznesi ilə məşğul olur”.

Bunu isə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dərmanlar bir çox ölkələrdən dəfələrlə bahadır, keyfiyyəti də aşağıdır, çünki insanların xəstəliyinə təsir etmir: "İnsanlar apteklərdə növbədədirlər. Səbəbi nədir? Birincisi, insanlar ciddi xəstədirlər, görünür, bu, qidadan da qaynaqlanır. İkincisi, dərmanlar keyfiyyətsizdir”.
Arqument.az
Ardını oxu...
Bakı şəhəri Xətai rayonu, 3 saylı uşaq evində qalan Cəmil adlı yeniyetmə oradakı şəraitdən şikayət edib.

Yeniyetmə MTV-də yayımlanan Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl” verilişində bu haqda danışıb.

Cəmil bildirib ki, uşaq evində həqiqətən də yeməklər bərbad vəziyyətdədir.

Onun sözlərinə görə, o, bu barədə iradını dəfələrlə 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovaya bildirsə də, o, bununla bağlı heç bir tədbir görməyib:

"Mən özüm də orada qalıram. Ətləri, yeməkləri pis gündədir. Eyni yeməklər hazırlanır. Mən uşaq evində yemək yemirəm. Özüm bununla bağlı dəfələrlə şikayət etmişəm. Üstümə qışqırıb. Deyib ki, biz də bu yeməkdən yeyirik".

O, Məhbubə xanıma dəfələrlə yaxınlaşıb ev üçün müraciət etdiyini və rəhbərin buna heç bir məhəl qoymadığını, evləri atası-anası olan şəxslərə verdiyini bildirib:

"Sevda adlı qız var, anası var. Ona ev verilib. Məhbubə xanımın icazəsindən asılıdır kimə ev veriləcəyi. Mən heç kimdən qorxmuram. Bu vaxta qədər sözümə demişəm, bu gündən sonra da deyəcəyəm. Mən haqqımı tələb edirəm”. //Azxeber.com//
Ardını oxu...
Nəsimi Rayon ( XALQ ) Məhkəməsi kimin hüququnu qorumalıdır: sakinlərin, yoxsa şirkətin..? Sözün düzü, MTK ( Mənzil Tikinti Kooperativi ) mövzusunda yazmaq artıq öz aktuallığını itirib. Nə üçün..?
Birincisi, ona görə ki, biz bir media olaraq ilk dəfə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi haqqında, MTK ilə bağlı uzun qanunları qısa və sadə dildə yazıb vətəndaşlara demək istədik ki, MTK-lar adi şirkət-zad deyil, bu siz mülkiyyətçilərin-payçıların qurumudur. Yəni bu binalar barədə ancaq və ancaq siz payçılar qərar verə bilərsiniz. MTK-nın sədri kimdir, binanın komendantı nəçidir..?
Bir daha deyirəm ki, bu mürəkkəb qanunu sadə, hətta loru dildə insanlarımıza aydın etməyə çalışmışıq.
İkincisi, MTK-ların arxasında böyük dövlət qurumları dayanıb, prokurorluq, məhkəmə, nə bilim polis, FHN, Şəhərsalma və Arxitektura və daha nələr. Yəni biçarə medianın bu boyda dövlət qurumları ilə mübarizə aparması çox çətin məsələdir.
Bu anda yadıma bir neçə gün əvvəl rejissorlardan birinin dediyi fikir düşdü: “Cənab Prezidentimiz kino çəkilişi üçün Mədəniyyət Nazirliyinə 7 milyon pul ayırmışdı...hamısını basıb yedilər”. Bunu nə üçün yada salıram. Bu gün telekanallarda o qədər səviyyəsiz, ərə getmə, evlənmə kimi verilişlərə pullar ayrılır. Nə olar ki, o pulun hesabına hər həftə bir neçə mütəxəssis, inşaatçı, hüquqşünas və s. dəvət edilib vətəndaşlara yuxarıda qeyd elədiyim qanunun maddələri sadə dildə başa salınsın. Ki, ay adam, MTK-nın tikdiyi bina, ərazi, zirzəmi və daha nələr...sənə məxsusdur, MTK-nın direktoruna yox.
Bilirsiniz, qəzetin, saytın auditoriyası ilə televizya tam fərqlidir. Qoy insanlar öz hüquqlarını bilsinlər. Vəssəlam. Sonra problem tədricən çözüləcək. Ən vacib məsələ insanlara hüquqlarını başa salmaqdır. Bunu istəyirlərmi..?
Bəli, bir daha tam məsuliyyətlə qeyd edirik ki, MTK-ların arxasında “dövlət maşını” dayanıb.
Nə isə sözün qısası, belə MTK-lardan biri də Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin hüquqlarını pozan “Sahil-R” MTK-dır. Yazıq binanın sakinləri bu ölkədə şikayət etmədikləri dövlət qurumu qalmayıb. Təkrarçılıq olsa da qeyd etmək istəyirik ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur.
Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir. Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür. Bu qədər sadə və bəsit. Amma “Sahil-R” MTK-nın rəhbərliyi qanunvericilik-zad saymır.
Təsəvvür edirsiniz, MTK-nın rəhbərliyi binanın zirzəmisini BAZARSTORE-yə icarəyə verib. Bir soruşan yoxdur ki, bu mülkiyyətin sahibi sən deyilsən, axı...
Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir. Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Amma bu günədək problem aradan qaldırılmayıb. Bu hələ harasıdır..?
Bütün bunlar azmış kimi MTK rəhbərliyi yuxarıda qeyd etdiyimiz kimi binanın zirzəmisini “Bazar Store” və başqa ərazini “SunLab”a icarəyə verib. Və həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Təsəvvür edirsiniz məhkəmə-hüquq sistemi VƏTƏNDAŞI deyil, MTK-nın sədrini müdafiə edir. Yaxşı, bunu qoyaq bir kənara. Bəs, məhkəmə-hüquq sistemi dövlətin iki qurumunu- Səhiyyə Nazirliyini və Ekologiya Nazirliyini niyə vecinə almır..?
İndi gördünüzmü, bu MTK-ların arxasında güclü dövlət maşını var. Amma binanın sakinləri də dayanmadan Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Ümid edirik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində başlayan islahatlar nəticəsində “Sahil-R” MTK kimi şirkətlərin rəhbərləri yaxın zamanda həbs olunacaq. //gundelik-baku.com//
 
Ardını oxu...
Nəsimi Rayon ( XALQ ) Məhkəməsi kimin hüququnu qorumalıdır: sakinlərin, yoxsa şirkətin..? Sözün düzü, MTK ( Mənzil Tikinti Kooperativi ) mövzusunda yazmaq artıq öz aktuallığını itirib. Nə üçün..?
Birincisi, ona görə ki, biz bir media olaraq ilk dəfə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi haqqında, MTK ilə bağlı uzun qanunları qısa və sadə dildə yazıb vətəndaşlara demək istədik ki, MTK-lar adi şirkət-zad deyil, bu siz mülkiyyətçilərin-payçıların qurumudur. Yəni bu binalar barədə ancaq və ancaq siz payçılar qərar verə bilərsiniz. MTK-nın sədri kimdir, binanın komendantı nəçidir..?
Bir daha deyirəm ki, bu mürəkkəb qanunu sadə, hətta loru dildə insanlarımıza aydın etməyə çalışmışıq.
İkincisi, MTK-ların arxasında böyük dövlət qurumları dayanıb, prokurorluq, məhkəmə, nə bilim polis, FHN, Şəhərsalma və Arxitektura və daha nələr. Yəni biçarə medianın bu boyda dövlət qurumları ilə mübarizə aparması çox çətin məsələdir.
Bu anda yadıma bir neçə gün əvvəl rejissorlardan birinin dediyi fikir düşdü: “Cənab Prezidentimiz kino çəkilişi üçün Mədəniyyət Nazirliyinə 7 milyon pul ayırmışdı...hamısını basıb yedilər”. Bunu nə üçün yada salıram. Bu gün telekanallarda o qədər səviyyəsiz, ərə getmə, evlənmə kimi verilişlərə pullar ayrılır. Nə olar ki, o pulun hesabına hər həftə bir neçə mütəxəssis, inşaatçı, hüquqşünas və s. dəvət edilib vətəndaşlara yuxarıda qeyd elədiyim qanunun maddələri sadə dildə başa salınsın. Ki, ay adam, MTK-nın tikdiyi bina, ərazi, zirzəmi və daha nələr...sənə məxsusdur, MTK-nın direktoruna yox.
Bilirsiniz, qəzetin, saytın auditoriyası ilə televizya tam fərqlidir. Qoy insanlar öz hüquqlarını bilsinlər. Vəssəlam. Sonra problem tədricən çözüləcək. Ən vacib məsələ insanlara hüquqlarını başa salmaqdır. Bunu istəyirlərmi..?
Bəli, bir daha tam məsuliyyətlə qeyd edirik ki, MTK-ların arxasında “dövlət maşını” dayanıb.
Nə isə sözün qısası, belə MTK-lardan biri də Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın sakinlərinin hüquqlarını pozan “Sahil-R” MTK-dır. Yazıq binanın sakinləri bu ölkədə şikayət etmədikləri dövlət qurumu qalmayıb. Təkrarçılıq olsa da qeyd etmək istəyirik ki, MTK-ların inşa etdikləri binanın sakinləri Qanunvericiliyə uyğun olaraq binanın sahibləri-payçıları hesab olunur.
Qanunvericiliyə uyğun olaraq bina istismara təhvil veriləndən 6 ay sonra binanın idarəçiliyi sakinlərə, yəni payçılara verilir. Sakinlər isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ( MMMC ) yaradaraq idarəetməni öz üzərinə götürür. Bu qədər sadə və bəsit. Amma “Sahil-R” MTK-nın rəhbərliyi qanunvericilik-zad saymır.
Təsəvvür edirsiniz, MTK-nın rəhbərliyi binanın zirzəmisini BAZARSTORE-yə icarəyə verib. Bir soruşan yoxdur ki, bu mülkiyyətin sahibi sən deyilsən, axı...
Bina sakinlərinin dediyinə görə, daha bir ciddi problem binada quraşdırılan liftlərdir. Belə ki, liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Bununla bağlı sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Amma bu günədək problem aradan qaldırılmayıb. Bu hələ harasıdır..?
Bütün bunlar azmış kimi MTK rəhbərliyi yuxarıda qeyd etdiyimiz kimi binanın zirzəmisini “Bazar Store” və başqa ərazini “SunLab”a icarəyə verib. Və həmin obyektlərdəki avadanlıqların istismar zamanı yaratdığı yüksək səs-küy sakinlərin rahatlığını, istirahətini pozur. Və ən əsası Səhiyyə və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib. İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Təsəvvür edirsiniz məhkəmə-hüquq sistemi VƏTƏNDAŞI deyil, MTK-nın sədrini müdafiə edir. Yaxşı, bunu qoyaq bir kənara. Bəs, məhkəmə-hüquq sistemi dövlətin iki qurumunu- Səhiyyə Nazirliyini və Ekologiya Nazirliyini niyə vecinə almır..?
İndi gördünüzmü, bu MTK-ların arxasında güclü dövlət maşını var. Amma binanın sakinləri də dayanmadan Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Ümid edirik ki, Azərbaycanda məhkəmə-hüquq sistemində başlayan islahatlar nəticəsində “Sahil-R” MTK kimi şirkətlərin rəhbərləri yaxın zamanda həbs olunacaq. //gundelik-baku.com//
Ardını oxu...
“Təzadlar”a şikayətə gəlib özünü od vurub yandırmaq həddində hiss edən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 32/15, mənzil 22 ünvanında yaşayan Rüstəmov Seymur Qəzənfər oğlunu redaksiyanın hüquqşünası ilə birlikdə dinlədik. Sənədlərini öyrəndik. Məlum olur ki, vətəndaş reklamlarına aldandığı və Xırdalandakı “AFŞARAN-A” MMC-nin direktoru, əslən Biləsuvardan olan Hüseynov Fəxrəddin Balaxan oğlunun ofisinə gedir. Və tələb olunan məbləği verib mənzil alır. Bununla da MMC rəhbərliyi vətəndaşın həyatını zəhərə döndərir...Şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlu deyir: “...Bir il idi ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq idarəsinin rəisi Fərid Nağıyev şikayətimə baxıb bu dələduzlara cinayət işi başlamırdı. Və müstəntiq Ələsgər Qocaman isə açıqca deyir ki, bu dələduzları həbs etmək bir saatlıq işdir, amma mən neyləyim, rəis dələduzların hüquqlarını qoruyur, mənə göstəriş vermir...”.

Təsəvvür edin, məsuliyyətdən yayınmaq üçün “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu bu MMC-ni ləğv etdirib əvəzində “FAM-88” MMC yaradıb və öz həmyerlisini və əməlinə şərik etdiyi Tağıyev Rafiq Nərçə oğlunu bu MMC-yə direktor təyin edib. İndi şikayətçilər qalıb iki direktorun əməlinin burulğanında. Deyir: “...İstərdim Biləsuvar sakinləri bilsinlər ki, bu Hüseynov qardaşları bir mənzili 3-5 adama satmaqla qanunsuz və Allahsız əməl tutmaqdadırlar... Hüseynov Fəxrəddin Balaxan oğlunun işi istintaqda, digər qardaşı Mehman Hüseynov eyni əməlin yolçusu, başqa bir qardaşı Elxan Hüsyenov isə bir mənzili bir neçə adama satdığı üçün məhkəmə hökmü ilə 16 il azadlıqdan məhrum edilib, hələ də cəza çəkir”, -deyən şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlunun Baş Prokuror Kamran Əliyevə yazdığı ərizəsində oxuyuruq:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Mən, Rüstəmov Seymur Qəzənfər oğlu 2021-ci ildə Sizə şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəyməsini bildirmişəm. Mənim şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər bir işə birləşdirilmiş və istintaq idarəsinin rəisi Fərid Nağıyev tərəfindən müstəntiq Ələsgər Qocamana həvalə edilmişdir. Lakin bir il ərzində İstintaq İdarəsi tərəfindən hər hansı bir tədbir görülmədiyindən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində vəkilim Mansur Osmanovla birlikdə Sizin qəbulunuzda olmuşam. Qəbulda olduğumuz vaxt bizə bildirdiniz ki, mənim işimi şəxsən nəzarətə götürəcəksiniz və bu barədə Korrupsiya İdarəsinin rəisinə tapşırıq verəcəksiniz, həmçinin mənə məlumat veriləcəkdir. Lakin İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bircə dəfə bizi qəbul edərək bildirdi ki, istintaq bütün tələb olunan hərəkətləri edəcəkdir, narahat olmayın. Və guya bununla bağlı Fərid Nağıyev müstəntiqə bütün göstərişlərini də vermişdir. Lakin “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu açıq şəkildə bildirməkdədir ki, mən korrupsiyada “işimi görmüşəm” və s. Belə ki, şikayətimdə və sonradan verdiyim ifadəmdə göstərmişəm ki, “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə aramızda bağlanmış 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilə əsasında MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 4-cü blok, 7-ci mərtəbədə yerləşən 231 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi 54152 (əlli dörd min yüz əlli iki) manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilmişdir. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satmışdır. Məlum olur ki, bu iki MMC-lərin əməlləri və məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə! Onların qurduğu oyun belədir! Sözügedən mənzillə bağlı hər hansı bir başqa istintaq orqanında və ya məhkəmədə mübahisə getməsə də, müstəntiq bildirir ki, 231 nömrəli mənzilin başqa şəxsə satılması, mənim həmin mənzildən imtina etməyim və pulumu geri almağım barədə guya ortada sənədlər var və onların əsli “FAM-88” MMC tərəfindən ona təqdim edilmədiyindən o, yəni müstəntiq hər hansı bir tədbir görə bilmir.

Hörmətli Kamran müəllim!

Yəni müstəntiqin sözündən belə çıxır ki, “FAM-88” MMC ona nə desə o da onu edəcək. Halbuki, Rüstəmov Seymurun və Hüseynov Fəxrəddinin və qeyrilərinin izahatları artıq alınmış, mövcud bütün sübutlar əsasında iş üzrə istintaq hərəkətləri davam etdirilə bilər və hətta mən zərərçəkmiş şəxs kimi tanına da bilərdim. Lakin bu indiyədək edilməyib.

Mən dəfələrlə Fəxrəddin Hüseynovun yanında, ofisində olmuş, ondan 73.808 manat, 32000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin Fəxrəddin Hüseynov öz havadarlarına çox arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir.

Artıq 1 ildən çoxdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılan 212026308 saylı cinayət işi üzrə mən yalnız şahid qismində bir dəfə 2021-ci ilin dekabr ayında və 2022-ci ilin oktyabr ayının 8-də dindirilmişəm. Bütün bunlara baxmayaraq, zərərçəkmiş şəxs qismində də tanınmamışam. Nəticədə Fəxrəddin Hüseynov məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror!

Onu da diqqətinizə çatdırıram ki, “FAM-88” MMC öz qanunsuz əməllərini ört-basdır etmək üçün mənə qarşı iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yuxarıda adını çəkdiyim 231 saylı mənzilə aid olan 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, laki ifşa olunacağını dərk edərək, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-751/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadı ilə “FAM-88” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad vəkilim tərəfindən Cinayət işinə əlavə edilməsi üçün cinayət işini aparan müstəntiqə təqdim edilmişdir. Lakin yenə də hər hansı bir istintaq hərəkəti aparılmamışdır.

Cənab Baş Prokuror!

212026308 saylı cinayət işi üzrə şahid qismində cəlb edilmiş mən-Rüstəmov Seymur Qəzənfər oğlunun etibarından sui-istifadə edərək məni aldadan şəxslər “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırki direktoru Tağıyev Rafiq Nərçə oğludur. Mən həmin şəxslərdən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin qaytarılmasını xahiş edirəm.

Aldığım məlumata görə, İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bu vəzifəsindən kənarlaşdırılıb və onu Mehman Hümmətov əvəz edib. Mehman müəllim haqqında xoş sözlər eşitməkdəyik. İnanıram ki, yuxarıda qeyd olunan cinayət işi ciddi araşdırılacaq və Hüseynov Fəxrəddin Balaxan oğlu və Tağıyev Rafiq Nərçə oğlunun əməllərinə hüquqi qiymət veriləcəkdir...

“Təzadlar”ın Araşdırma Qrupu
 

Ardını oxu...
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kənd əhalisinin canını boğazına yığıb. Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakinlərinin problemlərini dinləyib, onlara lazımı tədbirlər görən qurum tapılmır.

Belə ki, adı çəkilən Qızılhacılı qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib aldıqlarını iddia edirlər. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri torpaq sahələrində çox əziyyətlə pambıq əkib - becərirlər. Bəzi hallarda su qıtlığından pambıq sahələri yanır. Ancaq isti yay aylarında su borularını təmir edirlər, amma qış və yaz fəsillərində təmir işləri aparılmır sual yaranır niyə aparılmır?

Goranboy rayon sakinləri bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Kimə şikayət edirsiz, edin deyir. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova edilən şikayətlərin də nəticəsi olmayıbdır.

Qəsəbədə yaranmış su problemi ilə dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması təmin olunmayıbdır.

Qızılhacılı qəsəbəsinin sakinləri bildirirki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradır, bunun qarşılığında qazanc əldə edir.

Sakinlərin sözlərinə görə, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həmin "bazar"dan xəbəri var. O, əlavə edib ki, adıçəkilən şəxslərin də "paylar"ını sa çatdırır.

Goranboy rayon sakinləri Prezident İlham Əliyev cənablarına müraciət edib, köməklik istəyirlər.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...
 //hurriyyet.az//




Ardını oxu...
"Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.

Limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.

Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir.

Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib. Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.

11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsi də böyük səs-küyə səbəb olmuşdu.

AZƏRBAYCANREALLIĞI.COM


 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə

MÜ R A C İ Ə T

Bir neçə gün öncə Bakı şəhərinin Nərimanov rayon ərazisinbdə Ceyhun Hacıbəyli 30 ünvanda tikintisi 2004-cü ildən Bakı şəhər İcra hakimiyyəti tərəfindən yarımçıq dayandırılmış binan sökülməsinə başlanıb. Bu binada hal hazırda mənzil almaq üçün pul köçürüb və əllərində binanı tikən “Əlincə” MTK ilə bağlanmış müqaviləsi olan 68 vətəndaş var. Bu adamların arasında mənim də yaxın qohumlarım var. Onlar da 2004-cü ilin sentyabr ayında bu binadan, binanı tikən “Əlincə” MTK-ya tam dəyərini ödəyərək iki mənzil alıblar. Onlara vaxtilə bu binada mənzil almağı mən tövsiyyə etdiyimdən (bina şəhərin ən görkəmli yerlərindən birində inşa edilirdi), 18 ildir ki, mən də bu binanın tikintisi üçün onu tikən “Əlincə” MTK-nın təsisçiləri ilə danışıqlar aparıram. Uzun illər ərzində aparılan danışıqlar nəticəsində hər dəfə kooperativ rəhbərliyi bildirirdi ki, binanın tikintisinə yaxın vaxtlarda icazə veriləcək, yox əgər bu baş verməsə, onda hökumət sizlərə ya başqa yerlərdə mənzil verəcək, ya da kompensasiya ödəyəcəkdir.
Aldadılan 68 vətəndaş “Əlincə” MTK-dan kompensisiya tələb edir - MÜRACİƏT - FOTOLAR


Artıq binanın söküntüsünə başlansa da mənzil almaq üçün “Əlincə” MTK-ya pul köçürüb, müqavilə bağlamış şəxslərə kompensasiya ödənişi ilə bağlı konkret heç nə deyilmir. On səkkiz il mənzil almaq üçün əllərində müqavilə gözləyən adamlar sonda böyük ziyanla üzləşə biləcəklərindən çox narahatdırlar və onlardan bir qrupu (yaxın qohumlarım da daxil) bu məsələnin həlli məqsədilə, onların səsini yuxarılara çatdırmağı məndən xahiş ediblər.


Bu durumda mən də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri Hökumət Təşkilatının sədri və ziyalı alim kimi bütün hökumət yetkililərinə və ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirəm. Bu insanların heç bir günahı yoxdur ki, onların mənzil almaq istədikləri binanın tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 il bundan öncə dayandırılıb. Əgər hökumət bu ərazidə dövlət əhəmiyyətli hər hansı bir layihəni reallaşdırmaq istəyirsə (verilən məlumatlara görə bu ərazidə park salınması nəzrdə tutulur), onda, sökülən binadan mənzil almaq üçün “Əlincə” MTK ilə müqavilə bağlamış 68 vətəndaşa kompensasiya ödənilməlidir. Vətəndaşın vaxtilə mənzil almaq üçün ödədiyi pul vəsaiti onun mülkiyyəti olub və deməli vətəndaşın müqavilə bağlayıb, pul ödəyərək almaq istədiyi mənzil də onun mülkiyyətidir.


Vətəndaşların mülkiyyət hüququ ölkənin Konstitutsiyası ilə qorunur. Bu insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq hər bir məmurun, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin vəzifə borcudur. Onlar insanların mülkiyyət haqqının tapdalanmasına yol verilməmsi üçün yaranmış vəziyyəti olduğu kimi dövlət başçısına və Birinci vitse-prezidentə məruzə etməlidirlər.

Apardığım müşahidələr nəticəsində mənə məlumdur ki, bu günə qədər ölkə rəhbərliyi buna bənzər hallarda bir dəfə də olsun insanların haqlarının tapdalanmasına izin verməyibdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin rəhbərliyindən müvafiq tədbirlər görməsini xahiş edirəm.

Fikrət Yusifov

“Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri, sabiq Maliyyə naziri,
iqtisad elmlər doktoru, professor,

P.S. “Əlincə”MTK-nın inşa etdiyi bu binanın tikintisinin davam etdirilməsi üçün kooperativə üzv olan insanların ölkə rəhbərliyinə etdikləri müraciətlərdən birini bu yazıya əlavə edirəm.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?
Qarabağ qazisi Koroğlu Cəfərov illərdir doğma Vətəni müdafiə edərkən aldığı xəsarətlərdən yatağa məhkum edilib. Son bir ildə isə Ədliyyə Nazirliyinin icra məmurları “sms”lərlə qazini məhkum etmək yolunu tutub, intihar həddinə çatdırıblar. Naməlum nömrələrdən qazinin telefonuna “icra işi üzrə” şöbəyə gəlmək tapşırılır, polislə gətiriləcəyi xəbərdarlığı edilir. Bir ildir aldığı yaralardan yataqdan qalxa bilməyən qazi, barəsində olan qərarın verilməsini tələb edir, hələ də qanuni tələbinə əməl edilmir. Vətəndaş bilmir ki, kimin qərarı ilə, kimə borclu edilib, niyə barəsində qərar qəbul ediləndə ona deməyiblər, niyə dövlət hesabına vəkillə təmin etməyiblər niyə qərar hələ də verilmir , qərardan şikayət vermək hüququna niyə qadağa qoyulub. Ancaq hədə - qorxu gəlinir, “ultimatum” verilir : gəlməsən, məcburi gətiriləcəksən , həbs olunacaqsan və s. və i. a. Yəni ənənəvi icra özbaşınalığı, zor dili.
Hətta yeni il qabağı Qarabağ əlilinin pensiya kartının icra məmurlarının sifarişi ilə boşaldılması məlum olub. DSMF-dən pensiyanın tam həcmdə köçürülməsini öyrənən savaş əlili , “Kapitalbank”a müraciət edəndə, pensiyasının icra məmurunun göstərişi ilə icra şöbəsinin hesabına köçürüldüyü deyilib. Bəyəm bankın belə hüququ var ki, ona dövlətin Qarabağ əlilinə verməyə ayırdığı vəsaiti başqasına versin? Bank pensiya ödəyən dövlət qurumu ilə pensiyaçı arasında vasitəçi rolunu oynayır. Bankın nə ixtiyarı var dövlətin əlilə ayırdığı pula yiyəlik edib, sərəncam versin? ! Konkret şəxsin adına gələn pul onun bank kartına yox, başqasına ödənilməsi, yaxud verilməsinə qadağa qoyulması ciddi qanun pozuntusudur və inzibati, cinayət məsuliyyəti (də) yaradır. Şəxs müharibə əlili olduqda isə məsuliyyət daha da ağırlaşır. Deyə bilərsiniz ki, bəs konkret şəxsin adına gələn vəsaitlərə həbs qoyulması faktları var. Belə halların yalnız məhkəmə qərarı ilə baş verdiyini diqqətə çatdıraq. Həmin hallarda da müharibə əlilliyinə görə pensiya məbləğindən söhbət belə gedə bilməz və istənilən halda bankdakı vəsaitdən borc adına pul tutulması, həbs qoyulması yalnız və yalnız təqdimat əsasında məhkəmə qərarı ilə ola bilər. Beləliklə, Qarabağ qazisinin pensiyasından bankın hansısa icra məmurunun göstərişi ilə pul tutması qanuna ziddir. Buna əmanətə xəyanət deyilir.
Müharibə ilə, xidmətlə bağlı məbləğlərdən borc adına vəsait tutulmasının yolverilməzliyini isə “İcra haqqında” qanunun 68.1.2 maddəsi doğrulayır :” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”!
Vətənin müdafiəsindəki xidmət zamanı yaralanan, əlil olan şəxslərin pensiyasını, müavinətini, təqaüdünü hansısa icra məmuru hansısa bank, dövlət orqanı və s. vasitəsilə borc adına tələb edirsə, onda bu qanun niyə qəbul edilib?
“İcra haqqında” qanundan əlil-qazinin xəbəri olmaya bilər, qaz canının hayındadır, bəs icra məmurlarının özlərinin masaüstü qanunlarından niyə xəbərləri yoxdur? Banklar, sosial təminat orqanları bilmir ki, onlar dövlətin pensiyasını pensiyaçıya çatdırmaq funksiyasını yerinə yetirirlər? Niyə qazilərin qanpulusu borc adına yeyilməlidir?
Biz icra məmurlarının adını çəkmədik. Hələlik. Özbaşınalığa, qanunsuzluğa son qoyulmasa, etiraz tədbirlərinə start veriləcək. Qarabağ qazisi K. Cəfərovu icra məmurlarının özbaşınalığı səbəbindən əl atmaq istədiyi intihardan daşındırmağın başqa yolu var?
Qarabağ qaziləri :
Məmməd Əliyev, Xaliq Abbaszadə,Rövşən Soltanoğlu, Güloğlan Süleymanov, Eldar Rəsulov,
Müşfiq İsmayılov , Faiq Qurbanov və b.
 
Ardını oxu...
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun işdən çıxarılması 3 saylı Uşaq Evi ilə bağlı qalmaqalın daha da böyüməsinə səbəb olub.

Qaynarinfo xatırladır ki, 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyib. Bu açıqlamadan bir gün sonra isə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun işdən çıxarılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə Məhbubə Hüseynovanın hansısa qüvvələr tərəfindən himayə olunduğu barədə mülahizələrə səbəb olub.

Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.

Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktlar tirajlanıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.

O bildirib ki, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqlar Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Gülcan Nağıyeva iddiaları ilə bağlı görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edib: "Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”.


3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.

Dünyapress TV

Xəbər lenti