Yataq xəstəsi Qarabağ əlilini icra məmurları verilməyən qərarla pensiyadan məhrum etməklə hədələyirlər
Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?
Qarabağ qazisi Koroğlu Cəfərov illərdir doğma Vətəni müdafiə edərkən aldığı xəsarətlərdən yatağa məhkum edilib. Son bir ildə isə Ədliyyə Nazirliyinin icra məmurları “sms”lərlə qazini məhkum etmək yolunu tutub, intihar həddinə çatdırıblar. Naməlum nömrələrdən qazinin telefonuna “icra işi üzrə” şöbəyə gəlmək tapşırılır, polislə gətiriləcəyi xəbərdarlığı edilir. Bir ildir aldığı yaralardan yataqdan qalxa bilməyən qazi, barəsində olan qərarın verilməsini tələb edir, hələ də qanuni tələbinə əməl edilmir. Vətəndaş bilmir ki, kimin qərarı ilə, kimə borclu edilib, niyə barəsində qərar qəbul ediləndə ona deməyiblər, niyə dövlət hesabına vəkillə təmin etməyiblər niyə qərar hələ də verilmir , qərardan şikayət vermək hüququna niyə qadağa qoyulub. Ancaq hədə - qorxu gəlinir, “ultimatum” verilir : gəlməsən, məcburi gətiriləcəksən , həbs olunacaqsan və s. və i. a. Yəni ənənəvi icra özbaşınalığı, zor dili.
Hətta yeni il qabağı Qarabağ əlilinin pensiya kartının icra məmurlarının sifarişi ilə boşaldılması məlum olub. DSMF-dən pensiyanın tam həcmdə köçürülməsini öyrənən savaş əlili , “Kapitalbank”a müraciət edəndə, pensiyasının icra məmurunun göstərişi ilə icra şöbəsinin hesabına köçürüldüyü deyilib. Bəyəm bankın belə hüququ var ki, ona dövlətin Qarabağ əlilinə verməyə ayırdığı vəsaiti başqasına versin? Bank pensiya ödəyən dövlət qurumu ilə pensiyaçı arasında vasitəçi rolunu oynayır. Bankın nə ixtiyarı var dövlətin əlilə ayırdığı pula yiyəlik edib, sərəncam versin? ! Konkret şəxsin adına gələn pul onun bank kartına yox, başqasına ödənilməsi, yaxud verilməsinə qadağa qoyulması ciddi qanun pozuntusudur və inzibati, cinayət məsuliyyəti (də) yaradır. Şəxs müharibə əlili olduqda isə məsuliyyət daha da ağırlaşır. Deyə bilərsiniz ki, bəs konkret şəxsin adına gələn vəsaitlərə həbs qoyulması faktları var. Belə halların yalnız məhkəmə qərarı ilə baş verdiyini diqqətə çatdıraq. Həmin hallarda da müharibə əlilliyinə görə pensiya məbləğindən söhbət belə gedə bilməz və istənilən halda bankdakı vəsaitdən borc adına pul tutulması, həbs qoyulması yalnız və yalnız təqdimat əsasında məhkəmə qərarı ilə ola bilər. Beləliklə, Qarabağ qazisinin pensiyasından bankın hansısa icra məmurunun göstərişi ilə pul tutması qanuna ziddir. Buna əmanətə xəyanət deyilir.
Müharibə ilə, xidmətlə bağlı məbləğlərdən borc adına vəsait tutulmasının yolverilməzliyini isə “İcra haqqında” qanunun 68.1.2 maddəsi doğrulayır :” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”!
Vətənin müdafiəsindəki xidmət zamanı yaralanan, əlil olan şəxslərin pensiyasını, müavinətini, təqaüdünü hansısa icra məmuru hansısa bank, dövlət orqanı və s. vasitəsilə borc adına tələb edirsə, onda bu qanun niyə qəbul edilib?
“İcra haqqında” qanundan əlil-qazinin xəbəri olmaya bilər, qaz canının hayındadır, bəs icra məmurlarının özlərinin masaüstü qanunlarından niyə xəbərləri yoxdur? Banklar, sosial təminat orqanları bilmir ki, onlar dövlətin pensiyasını pensiyaçıya çatdırmaq funksiyasını yerinə yetirirlər? Niyə qazilərin qanpulusu borc adına yeyilməlidir?
Biz icra məmurlarının adını çəkmədik. Hələlik. Özbaşınalığa, qanunsuzluğa son qoyulmasa, etiraz tədbirlərinə start veriləcək. Qarabağ qazisi K. Cəfərovu icra məmurlarının özbaşınalığı səbəbindən əl atmaq istədiyi intihardan daşındırmağın başqa yolu var?
Qarabağ qaziləri :
Məmməd Əliyev, Xaliq Abbaszadə,Rövşən Soltanoğlu, Güloğlan Süleymanov, Eldar Rəsulov,
Müşfiq İsmayılov , Faiq Qurbanov və b.
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti