Ardını oxu...
Qazaxda ali təhsilli xanım rayon icra hakimiyyətinin baçısının müavini Məmməd Alıyevın maneələrinə görə intihar edəcəyini bildirir.

XALQ.AZ -a müraciət edən Səbinə Xasayeva bildirir ki, Qazaxda işlə bağlı müraciət etmədiyim yer qalmayıb,işə götürmürlər. Bütün maneyələri icra başçısının müavini Məmməd Alıyev edir.

Səbinə Rafael qızı Xasayevanın XALQ.AZ-a göndərilən müraciətini olduğu kimi təqdim edirik:

Mən illərdir mənə qarşı ögey, dürüst olmayan, qərəzli münasibət göstərən vəzifəli şəxslərin hərəkətlərindən əziyyət çəkirəm. Mən ali təhsilli olsam da Qazax rayonununda bəzi məmurların qəzəbinə tuş gəlmişəm. Belə ki, həmin şəxslərin bəzilərinin qanunsuz əməllərinə qarşı haqq səsimi çıxartdığıma görə məni və ailəmi bir tikə çörəklə sınağa çəkirlər. Qazax rayonunda mənə illərdir ki, minimum əmək haqqı məbləğində olan bir iş belə əldə etməyimə bürokratik əngəllər yaradırlar və bu barədə bütün dövlət orqanlarına, məşğulluq idarəsinə göstərişlər veriblər. Mən ali təhsilli, əmək qabiliyyətli olsam da indiyə kimi valideynlərimin təqaüdünə möhtac qalmışam. Atam artıq həyatda deyil mənə qarşı edilən haqsızlığa qəlbi daha artıq tab gətirmədi vəfat etdi . Mənə və ailəmə qarşı edilən qanunsuzluqların başında Qazax RİHB-nin birinci müavini Məmməd Alıyev durur. Mən artıq onun əlindən özümü öldürmə həddinə çatmışam, nə edəcəyimi bilmirəm. Mənimlə illərdir ki, mübarizə aparır. Mən çörəyin dərdində olan , ay sonunu necə gətirəcəyini, kreditləri, komunal xərcləri necə ödəyəcəyini, dərmanları necə alacağını bilməyən biriyəm. Mənim artıq dayanacaq gücüm qalmayıb. Belə ki, mən hansı idarəyə işlə təmin olunmaq üçün müraciət edirəmsə, orada mənim müraciətimin yox cavabı verilir. Mən işlə təmin olunmağımda yaratdıqları maneyələrə əsas səbəbi bilinmir. Hətta məşğullağa və Milli Məclisin deputatı Səməd Seyidovada müraciət etsəmdə heç bir köməklik göstərilmir.

Xasayeva Səbinə Rafail qızı

Qazax rayonu N.Nərimanov qəsəbəsi bina 59, mənzil 13

Gəncə Dövlət universiteti məzunu

Qeyd edək ki, 2023-cü ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Xasayeva Səbinə Rəfail qızını müraciətinə əsasən fərdi şəkildə qəbul edib. S.Xasayevanın işlə təmin olunma barədə müraciətini dinləyən rayon rəhbəri ona Dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib və işə düzəlməsi ilə bağlı heç bir köməklik göstərilməyib.

Məsələ ilə bağlı Qazar rayon icra hakimiyyətinin başçısının müavini Məmməd Alıyevin mövqeyini öyrənmək mümkün olmadı.

Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Bu gün, 07:04           
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov özünü Azərbaycanda bir qədər yox, tamamən tərs yöndən tanıdır... tanıtmağa çalışır. Bu məsələdə isə ona nəzarətində saxladığı, təsir etdiyi KİV-lər əməllicə dəstək verir. Dəridən-qabıqdan çıxaraq illah edirlər ki, İlham Rəhimov heç də Rusiyanın siyasi-kriminal çevrəsinə aid deyil... o Azərbaycanın bir maarifçi-xeyriyyəçi elm adimi, ziyalısıdır. Amma əslində...

"DİA-AZ" bildirir ki, bu gün hətta barəsində sosial şəbəkələrdə bir cümlə yazıldıqda belə böyük trol sürüsünün müdafiəsinə sığınan İlham Rəhimov indiyənə qədər Rusiyada Azərbaycan adına ən böyük zərbəni vurmuş fiqur hesab olunur. Yəni realı budur... ortalıqdakı təqdimat isə tamam fərqlidir.

Elə buna görə də İlham Rəhimov sözügedən qəbildən olan faktların arxivləşməsinin, ictimailəşməsinin qarşısını zaman-zaman alır, bu yöndə ciddi enerji sərf etməkdədir. Nəticəsi də göz önündədir: adamın adını internetdə axtarışa verəndə qalaq-qalaq məddah yazıları gəılir. Hətta hansısa ciddi siyasət adamı belə onun qədərində özünü çirkablardan təmiz tutmur.

İlham Rəhimovun əsl kimliyini isə Rusiyada yaşayan azərbaycanlılar daha yaxşı bilir. Kimdir bu adam?

Diqqət yetirin, İlham Rəhimovun sayəsində vaxtilə Rusiyanın kriminal aləmindən tutmuş, ayrı-ayrı siyasi və iqtisadi çevrələrinə nüfuz edən soydaşlarımız bu gün bütün istiqamətlərdə ya geri oturdulub, ya da birdəfəlik çıxdaş olunub.

Bunun nəticəsidir ki, Rusiyadakı soydaşlarımız Sankt-Peterburq və Moskva kimi şəhərlərdə Rusiyanın siyasi çevrələrinin tulapayısına ümidli olaraq biznes qurma fürsətinə malikdirlər. Bu isə İlham Rəhimovun xidmətinin nəticəsidir. Məhz onun sayəsində onlarla azərbaycanlı iş adamı Rusiyanın biznes mühitindən müxtəlif yollarla və müxtəlif formada uzaqlaşdırıldı. İndi Rusiyanın biznes mühitində irim planda yalnız siyasiləşmiş azərbaycanlılar, yəni icazəli biznesmenlər qala biliblər ki, onların da sayı barmaqla hesablana bilər və onlar da mütləqdir ki "Putinin dostu" kimi tanıdığımız İlham Rəhimovun qılıncının altından keçələr...

Əks halda... aqibətləri bəllidir. "Putinin dostu" kimi tanıdığımız və əslində Rusiyanın birbaşa VASSALI kimi hərəkət edən İlham Rəhimova bu gün məhz Azərbaycanda oturma tapşırığı qoyulub. Bunu hiss etməmək imkansızdır. Putin bu yolla Azərbaycana nüfuz edir. Və bu həm də o deməkdir ki, Azərbaycan bir dövlət olaraq həqiqətən də "Putinin dostu"ndan faydalana bilməyib və PUTİNİN DOSTU... elə PUTİNİN DOSTUDUR... Azərbaycanın deyil...

Növbəti yazıda:
Rusiyadakı hansı bazarları İlham Rəhimovun sayəsində itirdik?
Hansıazərbaycanlı kriminal aləm üzvləri İlham Rəhimovun sayəsində zərərsizlkəşdirildi?
DAHA NƏLƏR?

Bizi izləyin...
 
Ardını oxu...
Sabiq icra başçısı İradə Gülməmmədovanın rəhbərliyi dövründə geniş vüsət alan, hətta baş memarın həbsi ilə nəticələnən bu özbaşınalıqlar indi də davam etməkdədir.
Belə gözləntilər varıydı ki, hazırkı icra başçısı Abdin Fərzəliyev Bakının Nərimanov rayonundan Abşeron rayonuna icra başçısı təyinatı alanda burada əvvəlki neqativ halların aradan qaldırılması istiqamətində addımlar atılacaq.

Tribunainfo.az yazır ki, lakin müşahidələr bunun tamamilə əks mənzərəsini ortaya qoydu.
A.Fərzəliyevin icra başçısı gəldiyi gündən etibarən indiyədək Abşeron rayonunda özbaşına tikintilər, yaxud xəlvəti inşa işləri görülməsi, İH tərəfindən verilən və ya verilməyən sərəncamlar əsasında harada gəldi xaotik şəkildə tikinti aparılması faktları artmaqdadır. Bu da Abşeron rayonunun arxitekturasına, zahiri görünüşünə böyük zədələr yetirmək deməkdir.
O baxımdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də müdaxiləsinə ehtiyac var. Amma onlarla qanunsuzluq aşkarlanıb, foto və video faktlar təqdim olunub, sözügedən komitə susub, işə qarışmayıb. Bu sükutun və fəaliyyətsizliyin səbəbi bəlli olmasa da, daha bir sübutun təqdim edilməsinə ehtiyac var.
Belə ki, Abşeronun Xırdalan şəhərində “işbazlar” 12 günlük bayram tətilini fürsət bilərək daha bir qanunsuz tikinti işi aparıblar. Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Pərvin Abışova yayıb.
O, axşam saatlarında aparılan tikinti yerindən görüntülər paylaşaraq bildirib ki, tətil günlərində yaşayış binasının tam qarşısında böyük bir obyektin tikintisinə başlanılıb:
“Abşeron rayon İcra Hakimiyyəti yenə də bütün göndərilən sorğulara baxmır. Əmlak Məsələləri Dövlət Komitəsi də bütün bu baş verənləri görməzdən gəlir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz işindədir”.
Paylaşılan videodan da görünür ki, işlər daha da diqqət çəkməsin və narazılıq yaratmasın deyə axşam saatlarında, havanın qaranlıq olduğu vaxtda aparılır.

 
Ardını oxu...
Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2024-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırma apardıq. Dövlət satınalmalarının vahid internet portalında 03.11.2023- ci ildə qurumun satınalma komissiyası tərəfindən 2024-cü il üzrə satınalma planlarına daxil edilmiş zəruri malların və xidmətlərin siyahısı açıqlanıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, nümayəndəlik satınalma planlarında 8 kotirovka sorğusu və 1 açıq tenderin keçirilməsini nəzərdə tutub.

Amma Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi satınalmaların internet portalında 2024-cü ildə cəmi 5 satınalma prosedurunun nəticələri barədə məlumat açıqlayıb.

Tovuz şəhərinin işıqlandırılması işləri üzrə “GÜNAY-88” MMC ilə 93.900 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır. Qeyd edək ki, Tovuz şəhər nümayəndəliyi şəhərinin işıqlandırılması işləri üzrə satınalmaların portalına 2 fərqli məlumat yerləşdirib. Müsabiqənin nömrəsi 88746 olan satınalma üzrə 10.09.2024-cü ildə açıqlanan məlumatda MMC-nin 93.900 manatla qalib gəldiyi bildirilir. Qurumun Satınalma Komissyası tərəfindən 03.05.2024-cü il tarixdə elan edilmiş “Tovuz şəhərinin işıqlandırılması işləri (Müsabiqə İN: 83420)” üzrə kotirovka sorğusu nəticəsində ən aşağı qiymət (ədv daxil 93.560,87 AZN) təklifi vermiş “GUNAY 88” MMC qalib elan olunub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜNAY-88” (VÖEN- 7303219061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 13.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, QOVLAR ŞƏHƏRİ, VAĞZAL, ev 26, m. 0, qanuni təmsilçisinin isə Əliyev Rasim Əhməd oğlu olduğu göstərilir. MMC-nin təsisçi və ilk qanui təmsilçisi Əliyeva Mehriban Səlim qızı olub.

Tam elektrikli 3 təkərli mopedin alışı üzrə “MAFH” MMC ilə 5.770,2 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Sanitar təmizlik sahəsinin maddi-texniki baza ilə təmini üzrə fiziki şəxs Natiq Rəşid oğlu Məhərrəmov ilə 49.220,16 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Zibil daşıyan maşının (xüsusi təyinatlı texnika) alınması üzrə keçirilmiş açıq tendrin 04.12.2024-cü il tarixdə yekunlaşması və 175.000 manat təkliflə “AZƏRMAŞ PARK” MMC-nin qalib olduğu açıqlanıb.

Tovuz şəhərinin yaşlıllaşdırılması işləri üzrə keçirilmiş kotirovka sorğusunun 16.09.2024 -cü il tarixdə yekunlaşması və 38.713,2 manat təkliflə “QULUOĞLU M-TİKİNTİ” MMC- nin qalib olduğu açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “QULUOĞLU M-TİKİNTİ” (VÖEN- 7300507121) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 24.02.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, DÜZ CIRDAXAN, qanuni təmsilçisinin isə Əmiraslanov Tofiq Yusif oğlu olduğu göstərilir. O, həm də Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daha əvvəllər ümumi dəyəri 130 min manata yaxın iki satınalma müqaviləsi bağladığı “İnşaatçı-57” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2024-cü ildə müqavilə bağladığı şirkətlərlə daha əvvəllər də işbirliyində olub. Nümayəndəlik “QULUOĞLU M-TİKİNTİ” MMC ilə 2022-23-cü illərdə ümumi dəyəri 66200 manat olan 3, “GÜNAY-88” MMC ilə 2022-ci ildə 46.302,45 bir satınalma müqavilələri bağlayıb. Bu şirkətlər həm də tez-tez Tovuz rayonun digər idarə və müəssisələrin keçirdiyi satınalmaların qalibi olurlar. Bu isə onu göstərir ki, MMC-lər rayondakı vəzifəli şəxslərin birinə məxsusdur. Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “AQROKİMYA” MMC -nin sahibidir. Bu MMC son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur. O, bu vəzifədə uzun müddətdir çalışır. Yaşar İbrahimov rayonda bu vəzifəni tutmaqla yanaşı 2006-07-ci illərdə və 2012-2019 cu ilərdə Tovuzun “Turan” futbol klubunun prezidenti olub. Məlum məsələdir ki, hər hansı bir futbol klubunu saxlamağa böyük vəsaitlər lazım olur. “QULUOĞLU M-TİKİNTİ”, “GÜNAY-88” və Tovuzda tenderlər udan bir neçə şirkətlərin Yaşar İbrahimovla bağlılığı ola bilərmi?
Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycanın ən böyük qəsəbələrindən biri olan Binə qəsəbəsi bu gün əsl tikinti meydançasını xatırladır.

Əyani sübut kimi isə bu gün qəsəbənin tam mərkəzində, bu qəsəbənin əsas küçəsi olan Əli İsazadə küçəsində bu dəbdəbəli ticarət mərkəzi inşa edilməzdi.
Ardını oxu...
Yəqin ki, bu tikintidən Xəzər rayonu icra hakimiyyətinin başçısı Elşən Salahov xəbərsiz deyil. Xəbərsiz olsaydı çoxdan bu tikinti dayandırılmışdı.
Ardını oxu...
Görünən isə odur ki, imkansızın bir daşı-daş üstünə qoya bilmədiyi, qazilərin linc edildiyi bu rayonda qərarı yalnız İcra başçısı özü verir. Əks halda düz yol kənarında tikinti normalarının pozulduğu bu ticarət mərkəzi tikilməzdi.

Mənbə: vətəninfo.az

Ardını oxu...
Son günlər bəzi tikinti şirkətlərinin özbaşınalığını əks etdirən xəbərlərlə tez-tez rastlaşırıq. Qanunsuz şəkildə vətəndaşların evini uçurub, onları narahat edir, istədikləri yerdə istədikləri kimi göydələnlər ucaldırlar. Nəticədə ətrafda yaşayan sakinlər toz-torpaq içində qalır, səs-küyündən evlərində otura bilmirlər.

Bütün bunlar azmış kimi indi də gecələr fəaliyyət göstərən naməlum şirkət peyda olub.

Bu barədə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin sakinləri Publika.az-a video və fotolar göndəriblər.


Onlar adı bəlli olmayan tikinti şirkətinin məsuliyyətsizliyi üzündən hər gecə kabus yaşadıqlarını bildiriblər:

“Böyük bir ərazini hasara almış naməlum şirkət axşam 8-dən səhər 6-ya qədər ərazidə ağır texnikanın köməyi ilə iş görür. Tikinti işlərində istifadə olunan texnikalar: buldozerlər, ekskavatorlar, qazma maşınları və s. yüksək səviyyədə səs yaradır. Xüsusilə gecə yarısı aparılan işlər bizim üçün ciddi narahatlıq doğurur. Gecələr demək olar ki, istirahət edə, yata bilmirik”.

Maraqlıdır, yaşayış ərazisinə yaxın bir yerdə tikinti işləri niyə gecə vaxtı aparılır? Aidiyyəti qurumlar bu boyda həngaməni niyə görmürlər?

Məsələyə aydınlıq gətirmək üçün əmlak eksperti Elnur Azadovun fikirlərini öyrəndik.

Ekspert saytımıza açıqlamasında bildirdi ki, saatından asılı olmayaraq sakinləri narahat etmək olmaz:

“Norma ilə icazə verilən səsin həddi desibel ilə ölçülür. Tikinti işlərinin aparılmasına səhər 08:00-dan axşam 22:00-a qədər icazə verilir. Gecə saatlarında səs-küylü işlər aparmaq qadağandır”.

Sakinlərin şikayətini nəzərə alaraq Suraxanı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.

İcra hakimiyyətindən bildirildi ki, məsələ aidiyyəti şöbəyə göndəriləcək və araşdırılıb məlumat veriləcək.

Ardını oxu...
 
Ardını oxu...
2 il öncə yaradılmış, Məmmədov Elvin Məmməd Hüseyn oğluna məxsus olan "Tez Lizinq" şirkəti vətəndaşı boğaza yığıb. 7 ay bundan öncə adıçəkilən lizinq şirkətinə məxsus "LAND CRUİSER" maşını alan vətəndaş Əliyev Fərahim qeyd edir ki, təkcə sənədləşməyə şirkət ondan 2000 manata yaxın pul alıblar ki, maşını digər şəxsin adından çıxarıb onun adına sənədləşdirsinlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, Vətəndaş maşının kreditini və digər bütün ödənişlərini vaxtı-vaxtında ödəsə də uzun müddət sonra şirkət ona etibarnaməni verməkdən boyun qaçıraraq bildirib ki, Kasko Sığortanın vaxtı bitib. Halbuki, bu xəbərdarlığı öncədən maşının yeni sahibinə bildirmək məcburiyyətində idilər. Lakin, öz işlərini məsuliyyətsiz yerinə yetirməklərinin cəzasını vətəndaşa kəsməyə çalışan "Tez Lizinq" şirkəti maşını kasko etdirmək üçün Əliyev Fərahimdən 1350 manat ödəniş istəyib. Əksi halda ona etibarnamə verməməklə təhdid edərək vətəndaşı get-gələ salıblar.

Bildiyimiz kimi Kasko Sığorta vacib deyil. İcbari Sığorta vacib və məcburi olduğu halda Kasko Sığorta dövlətin qanununa görə heç bir halda vacib deyil. Vətəndaşdan pul almaq üçün "Tez Lizinq" şirkəti Kasko Sığortanın vacib olduğunu sübut etməyə çalışır, bu da qanunu birbaşa olaraq pozmaqdır. Vətəndaş qeyd edir ki, onunla bağlanan müqavilədə də Kasko Sığorta ilə bağlı heç bir maddə yoxdur. Başlanma və bitmə tarixi, sığortanın edilməsi şərti haqqında heç bir bənd olmasa da müqavilədə olmayan bir şeyi qanunsuz olaraq vətəndaşın boynuna qoymağa çalışırlar.

Şirkətin problemi bununla bitmir. Şirkətin işçisi olan xanım vətəndaşla konkret olaraq təhdid və şantaj dili ilə danışaraq ona bildirib:

"Maşın bizimdir, müəllim (Şirkətin sahibi Məmmədov Elvini nəzərdə tutur) vermir maşını. Sən bizim şirkətin rəhbərini tanımırsan. Biz istəsək o maşını səndən alarıq" deyərək müştəri ilə deyil sanki təhdid etdiyi şəxs kimi danışır. Görəsən ona "müəllim" olaraq xitab etdiyi Məmmədov Elvin o xanımı katibəsi olaraq işə götürüb yoxsa şirkətin rəsmi nümayəndəsi?

Bu suallar cavabsız olaraq qalır. Cavabı bəlli olan tək sual isə şirkətin vətəndaşın pulunu alaraq ona qarşı dələduzluq etmək istəməsidir. Heç bu da son deyil. Həm də şirkət bu dələduzluğu dövlətin adı ilə edir. Onları şikayət edəcəyini bildirən vətəndaşa "dövləti dövlətə şikayət edəcəksən?" deyərək dövləti adını ləkələməyə, vətəndaşı şirkətlə deyil, dövlətlə qarşı-qarşıya gətirməyə çalışır. Bundan sonra isə iş dövlətin öhtəsinə düşür. Vətəndaşı dövlətə düşmən etməyə çalışan bu şirkət haqqında ölçü götürülməsi üçün Azerbaycan Reallığı olaraq dövlətin müvafiq strukturlarına müraciət edirik bu şirkət haqqında ölçü götürülsün. Heç bir şirkət dövlətin adından istifadə edib vətəndaşı incidə nə də təhdid edə bilməz.

Vətəndaş Əliyev Fərahim sözügedən şirkət haqqında qanuna müvafiq qaydada ölçü götürülməsi üçün Cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına məktub ünvanlayaraq məsələnin həlli üçün kömək istəyib.

Ümid edirik ki, hüquq mühafizə orqanları səlahiyyətlərini aşmış və vətəndaşı qanunsuz olaraq dövlətlə təhdid edən bu lizinq şirkəti haqqında müvafiq ölçü götürəcək.
 
Ardını oxu...
1-ci dərəcəli Qarabağ qazisi məhkəməyə müraciətinə görə cərimə edilib
Azərbaycan Konstitusiyası dəyişdirilib?

Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın 60-cı maddəsində doğrulanıb: “Hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraatda və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsız sayılır. Konstitusiyanın, mülki prosessual qanunvericiliyin tələblərini diqqətə çatdırmaqda amacımız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəməyə müraciət hüququna kobud qadağa qoymasından, hətta konstitusion hüquqdan yararlanan qazi-vətəndaşa 400 manat cərimə tətbiq etməsindən media yolu ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edən Prezidenti, ali dövlət hakimiyyəti orqanlarını bilgiləndirməkdir.
Bakı Apellyasiya Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün 18.03.2025 tarixli 1-ci dərəcəli Qarabağ qazisinə MPM-in 174.5 maddəsi əsasında 100 manat “güzəştlə” 400 manat cərimə tətbiq etməsindən, cərimə aktı üzrə 19.03.2025-ci ildə “icra vərəqi” tərtib etməsindən, “Novruz axşamı hədiyyə-cəriməsi”ndən təsadüfən on gün sonra xəbər tutmuşuq. Gec duyuq düşməyimiz məhkəmənin günahıdır, nə sms-bildirişlə, nə də emaillə bilgi verməyiblər, gizlin cərimə “hədiyyəsi” yolu seçiblər. Bu gizlilik “sağ əlin verdiyini sol əlin bilməməsi” prinsipindən qaynaqlanır.
Bəs MPM-in 174.5 maddəsində nə yazılıb ki, xəstə yatağındakı 1-ci dərəcəli Qarabağ qazisinə ən çoxu 500 manatlıq cərimənin 400 manatı tətbiq olunub? (Buna da şükür, 100 manat güzəşt edilib; çox “nazik”, “humanist” aktdır) MPM-in 174.5 maddəsi: “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİ, onların nümayəndələrini və vəkillərini 500 manatadək cərimə edə bilər”. Qərardaddan şikayətə yazılı icraat qaydasında, yəni tərəfləri çağırmadan və iclas keçirmədən baxan Bakı Apellyasiya Məhkəməsi İŞDƏ İŞTİRAK ETMƏYƏN 1-ci dərəcəli Qarabağ əlilinin işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar maneçiliyini, dəfələrlə əsassız vəsatət , şikayətlər verməsini necə aşkarlaya bilib? Bəlkə 1-ci dərəcəli Qarabağ əlili xəstə yatağından məhkəmənin cərimə yazan əlini tutub, yazılı icraata maneçilik törədib? Absurd deyilmi? Məhkəmənin absurd cərimə qərarını əsaslandırmasının özü Konstitusiyaya ziddir: “Ərizəçi TƏKRARƏN EYNİ MƏZMUNLU İDDİA ƏRİZƏ İLƏ , o cümlədən DƏFƏLƏRLƏ ŞİKAYƏTLƏRLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİYİNDƏN 400 manat MĞBLƏĞİNDƏ CƏRİMƏ EDİLSİN”. Harada, hansı kitabda, hansı məcəllədə, hansı konstitusiyada yazılıb ki, məhkəməyə təkrar müraciət etmək, razı olmadığın aktdan şikayət vermək qanun-qayda pozuntusu olsun və inzibati cərimə tətbiq olunsun?
Ardını oxu...
Biz Konstitusiyanı da tam oxuduq, MPM-i də, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Plenum qərararlarına da baxdıq, belə cərimə “hədiyyəsi” tapa bilmədik. Bəlkə Məhkəmə Hüquq Şurası tapdı? Qeyri-prosessual, sifarişli cərimə qərarından Prezidentə də, 1-ci vitse-prezidentə də, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə də şikayət edilib. Hələ üstəlik Heydər Əliyev Fondundan cəriməni ödəməyə yardım etməsi xahiş edilib. Axı məhkəmə qərarları dövlətin adından çıxarılır və dövlət başçılarına şikayətə görə də cərimə tətbiq etmək məhkəmənin qələmində su içmək qədər asandır…
Məğrur Bədəlsoy
P.S. 1-ci dərəcəli Qarabağ əlili, ümumiyyətlə, iddia ərizəsi yox, döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin ona məxsus olması hüquqi faktının müəyyən olunmasına ərizə verib. Bu hüququ ona Konstitusiya, MPM, “Ali Məhkəmə Plenumunun “Xüsusi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarı verir. Məhkəməyə “təkrarən eyni məzmunlu ərizə ilə müraciət etmək” də elə MPM-də, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndində yazılıb: “…ŞƏXSİ EYNİ TƏLƏBLƏ ÜMUMİ QAYDADA MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUNDAN MƏHRUM ETMİR”. Eyni ərizəyə, eyni işə 9 dəfə eyni hakimin təyin edilməsi (və anında geri qaytarılması aktı) isə nə MPM-də yazılıb, nə qanunda, nə də Konstitusiyada.
 
Ardını oxu...
Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar
Sumqayıt şəhər sakinləri Sədiyev Şahin Zeynal oğlu, Baxşəliyev Əkbər Əbdüləli oğlu, Gülməmmədov Sərxan Rizvan oğlu və Əhmədov Ceyhun adından Yenixeber.org-un elektron poçtuna müraciət daxil olub. Müraciətdə Sumqayıt Bələdiyyəsinin rəhbər şəxslərinin özbaşınalıqlarından bəhs edilir.

Aktuallığını nəzərə alıb, müraciəti dərc edirik:

"Sumqayıt Bələdiyyəsinin qanunsuz əməllərindən şəhər sakinləri boğaza yığılsa da, çıxış yolu tapa bilmir. Bir müddət əvvəl Yaşma sakinləri bu əməllərdən bezib, etiraz etmək üçün magistral yolunu da bağlamışdılar. Məsələni sakitləşdirib, bir müddət gözlədikdən sonra "Yaşıl dərə" deyilən əraziyə hücum etmişdilər. Hazırda isə 76-cı məhəllə ərazisində qanunsuzluqlar davam etməkdədir.

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bəzi əməkdaşları ilə əlbir olan torpaq alveri ilə məşğul olan bir qrup şəxs çıxarış və ya sənəd ala bilməyən ərazilərə çöküb, torpaqları sahiblərinin əlindən alıb, satırlar. Razılaşmayan sakinlərə isə, bu tapşırığın "yuxarıdan gəldiyini" söyləyərək, yəni Sumqayıt şəhərinin yüksək vəzifəli şəxslərinin adını çəkərək, onları qorxutmağa çalışırlar.

Öz torpaqlarını qanunsuzluğa qurban vermək istəməyən sakinlərə rast gələndə isə əraziyə özlərini qazi və veteran kimi təqdim edən bir qrup şəxsi göndərib, onları münaqişəyə çəkir, hədə-qorxu gəlirlər. Bu üsulla zərər görənlərin içində biz 5 qonşu da varıq.

Belə ki, Sumqayıt şəhər 76-cı məhəllə ərazisində mənim və 4 qonşumun sahibliyində və istifadəsində olan torpaq sahələri Sumqayıt Şəhər Bələdiyyəsinin sədri və bir neçə əməkdaşının havadarlığı ilə bu ilin yanvar ayının əvvəllərindən bir qrup şəxs tərəfindən zəbt edilib. Bizə heç bir xəbərdarlıq edilmədən, axşam saatlarında əraziyə texnika gətirilərək hasarlarımız dağılmış və bizə aid tikinti materialları məhv edilərək, yaxınlıqdakı gölə tökülmüşdür. Ərazi "sənaye, nəqliyyat və rabitə" tipli olduğundan, ora çıxarış almaq mümkün deyil və biz 2013-cü ildən bu ilin axırına qədər də torpaq vergisini ödəmişik.

Bütün aidiyyəti qurumlara müraciət etdik və bizə qarşı tərəfin əlində 3500 kv.m-ə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş icarə müqaviləsi olduğu bildirildı. Amma nə qədər çalışsaq da, o icarə müqaviləsini bizə təqdim edən olmadı. Vəkilimiz vasitəsi ilə Sumqayıt Şəhər İnzibati Məhkəməsinə müraciət etsək də, qarşı tərəf Bələdiyyənin havadarlığı ilə, heç bir icazəsi olmadan tikinti aparmağa davam etdi və aidiyyəti qurumlar da buna göz yumur.

Biz vəkilimizlə əlavə bir müqavilə də bağladıqdan və xeyli çalışdıqdan sonra qarşı tərəfə verilən icarə müqaviləsinin bir surətini əldə edə bildik. Həmin müqaviləni araşdırdıqdan sonra məlum oldu ki, qarşı tərəfə təqdim edilən bu icarə müqaviləsi qanunsuzdur. Belə ki, icarə müqaviləsi bağlanarkən torpaq sahələrimiz hərraca çıxarılmayıb və heç bir müsabiqə olmayıb.

Daha sonra bizə məlum oldu ki, bizim torpaq sahələrimizin yerləşdiyi ərazi heç Bələdiyyənin mülkiyyətində deyil. Bir sözlə, bir neçə qurum da bu qanunsuz müqaviləni görsə də, susaraq, bizim torpaq sahələrinin zəbt edilərək tikinti aparılmasına kömək etdilər. Bu qanunsuzluq hələ də davam etməsinə və hələ də tikinti aparılmasına baxmayaraq, hələ də bizə yardım edə bilən qurum axtarışındayıq.

Onu da bildirim ki, bir dəfə gəlib reyd keçirdilər. Şikayət olunan ərazi qalıb, kasıbın olan bir az torpaq sahəsini əllərindən alıb, hasarı dağıdıblar. Guya, yoxlanış keçirib, səhvləri tapıblar. Bu da bunların işi. Obyektlər olan ərazilərə isə heç toxunmayıblar".

Ardını oxu...
TEREF olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
 
 
 
Ardını oxu...
Azərbaycanda müxtəlif maraqların toqquşduğu, nazirindən başqa hamının atının işlədiyi bir dövlət qurumu var- Elm və Təhsil nazirliyi.Avropa təhsilli Şərq təfəkkürlü Emin Əmrullayevin birinci kabinetində əyləşdiyi bu nazirlikdə kimin rəhbərlik etdiyini heç kim bilmir. Çünki müxtəlif ranqlı məmurların tapşırıqlarını, sifarişlərini həyata keçirməkdən macal tapmayan nazirlik əməkdaşları bu gün birinin, sabahsa başqasının buyruqlarını icra edirlər. Elə nazirliyin içində bir şöbədən digərinə trasfer edilən FETO-çudan tutmuş Adnan Oktarın “kedicikləri”nə qədər kimi istəsən burada tapmaq olar. Adi bir məktəb direktorunu vəzifədən çıxarda bilməyən , şəxsi olaraq hörmətin saxladığım Təhsil naziri Emin Əmrullayev müxtəlif qrupların əlində oyuncağa çevrilib.
Guya islahat şousu adı altında məktəb direktorlarının imtahan vasitəsilə işə qəbulu görüntüsü yaradan nazirlik əslində ən böyük fiaskosunu yaşadı. Hamı direktorların hansı yollarla, kimlərin tapşırığı ilə vəzifəyə təyin olunduğunu çox gözəl bilir. Onu da bilir ki, özlərini biznesmen kimi aparan bu direktorlar heç ETN-nə də tabe olmurlar, öz havadarlarının göstərişlərini həyata keçirirlər. Adamın yadına Nəbinin kəndxuda təyin etdiyi şəxsin dediyi sözlər düşür-“ Düzdü qulluğa sən qoymusan məni, amma çörəyi onlar verir axı”... Bax AZƏRBAYCAN TƏHSİLİ BU GÜN MƏHZ BU PRİNSİPLƏRLƏ İDARƏ OLUNUR !
Nazirin etimad etdiyi Agentliyin rəhbəri Eşqi Bağırov isə bütün ƏDALƏTSİZLİYƏ susmağ məcburiyyətində qalır. Bəlkə də Eşqi Bağırov olanlara helə ki ,ƏDALƏTİN gözüylə baxa bilmir və yaxud da ƏDALƏTİN zəfərinə inanmır.

Dediyimiz kimi adi bir məktəb direktoruna sözü keçməyən nazirin Regional Təhsil idarələrinə necə nəzarət etdiyindən heç danışmağa dəyməz. Özlərini rəhbərlik etdikləri regionların sahibi kimi aparan bu “balaca padşahlar” nəinki nazirliyə,heç bir dövlət qurumuna məhəl qoymurlar. Bu gün təhsil sistemi “protektorantlıq” yolu ilə idarə olunur.
Ələxsus Abşeron- Xızı RTİ nin sahibəsi İlhamə Abdullayeva üçün Azərbaycan qanunları keçərsizdir. Daha güclü dairələrdən himayə olunduğu üçün ETN onun rəhbərlik etdiyi regiona nəzarəti tamamilə itirib.

Böyük bir regionun təhsil sistemi İlhamə Abdullayevanın və onun himayədarlarının şəxsi maraqlarına qurban verilib. Rüşvət və korrupsiyanın ayaq açıb yeridiyi Abşeron-Xızı RTİ-də təhsil adına tam bir rəzalət yaşanır. “Körpü-Bina Tikinti” şirkətinin rəhbəri Xəlil Göyüşovun belə söz keçirdiyi, vəzifəyə adam təyin etdirdiyi bir tayfa qanunları ilə idarə olunan təhsil sistemindən bundan başqa nə gözləmək olar ki...
Nədənsə bu qədər haqqlı şikayyətlər sosial şəbəkələrdə tüğyan etsə də Sumqayıt icra başçısı Zakir Fərəcov və yaxud Abşeron icra başçsı çox hörmətli Abdin müəllim olanları görməzdən gəlirlər. Nə deyək vallah, çox yəqin bu sahəni " ukraçiya" edən müavinlərin də boğazları,məşhur kinoda deyildiyi kimi 'yaxşıca yağlanmışdır". Təyinatı üzrə olan şikayyətləri aidiatı rəhbərliklərinə çatdlrmırlar. Hər halda belə vacib olan məsələlər,adları keçən çox hörmətli başçıların diqqətindən kənarda qalmamalıdır. Əlbəttə bu , xüsusilə çox hörmətli Mehriban xanımın və dövlətimizin təhsil siyasətinə qarşı pis nümunədir.
Bir müddət Şəki-Zaqatala RTİ-nə rəhbərlik edən, sonradan Lənkəran-Astara RTİ-nə transfer edilən Bəhruz Mehdiyev isə daha da irəli gedərək bir əldə iki qarpız tutmaq prinsipi ilə fəaliyyət göstərir.

Verilən məlumatlara görə Bəhruz Mehdiyev bu gün Lənkəran-Astara təhsilini “inkişaf etdirməklə” bərabər Şəki-Zaqatala regionunu da gözündən iraq qoymur. Yenə də öz kadrlarını təyin edir, köhnə əlaqələrini qoruyur. Necə deyərlər Bəhruz Mehdiyev bu gün Şəki-Zaqatala-Lənkəran-Astara RTİ-nin rəhbəri kimi “çox ağır və məşəqqətli” bir vəzifənin daşıyıcısıdır. Rəhbərlik etdiyi dövrdə direktorların işə qəbulunda yol verdiyi nöqsanlarla, idarə etdiyi regionda rüşvət və korrupsiyanın at oynatması ilə daima medyanın diqqət mərkəzində olan Bəhruz Mehdiyevə birdən birə iki regionun taleyini necə etibar edirlər? Bəlkə cənab Əmrullayev quberniya sistemi formalaşdırmaqla belə kadrlarına daha geniş ərazilər bəxş eləsin. Baxma da nə qədər olsa da büdcədən maaş Alanların sayı bir az azalar, gəlir bir əldə toplanar.
Belə-belə işlər, cənablar. Ulu öndər təhsilə millətin gələcəyi deyirdi. Budurmu bizim gələcəyimizə verdiyiniz dəyər? Millətin balalarının taleyi üzərində biznes şəbəkəsi qurulur, müxtəlif maraqlar təmin edilir. Elm və Təhsil nazirliyində bu gün hər şey var-bir tək elm və təhsildən başqa.

Yəqin onu da bir kövrək xatirə olaraq yaddaşıarda yaşatmaq üçün saxlayıblar. Çox romantik addımdır...
Davamı var...

RUBRİKA.AZ
 
 
 

Dünyapress TV

Xəbər lenti