Mina Hüseyn 50 yaşında kişiyə ərə getməsi haqda danışdı
“Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Həyatımın ən böyük travmasını boşananda aldım. ”.

Bu sözləri müğənni qonaq olduğu “Gün ortası” verilişində DEYİB.

Mina Hüseyn şəxsi həyatı ilə bağlı bu günə qədər dilləndirmədiyi fikirləri səsləndirib:

“Özümə dedim ki, hər şeyi həll etməli, ayağa qalxmalı və hər kəsin cavabını özüm verməliyəm. Məni elə bir situasiyaya salmışdılar ki, meydanda tək qalmışdım. Düşünürdüm ki, bütün hadisəni çıxıb danışmalıyam. Doğmalarım mənim yanımda idi. Ancaq mən məhşur insan olduğum üçün yaxınlarım mənə heç bir kömək edə bilmir, yalnız dəstək olurdular. Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Bəzi insanlar belə həyat yaşayırlar. Kiminsə yoldaşından uşaq dünyaya gətirirlər. Yəqin ki, məni də özlərindən biliblər. Amma elə bir şey yox idi. Təbii ki, subay oğlan idi. Ona aşiq idim. Ancaq belə qismət imiş. Ağlayırdım, üzülürdüm. Amma nə etmək olar? Allahın yazısıdır, qismətidir. İnşallah, növbəti taleyim gözəl olar”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Dünyapress TV

Xəbər lenti