b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_eb7363c2369eddb7d326b0599cc32751.jpg
 

Müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında efirdə qalmaqal yaşanıb.

OLAY yazır ki, öncə “Günə bax” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan Mirəliyev proqramın gedişatında studiyaya gəlib və həmkarını təhqir edib.

Ə.Mirəliyev E.Qarayevin ünvanına nalayıq ifadələr işlədib:

“Elşad sən bəstəkar mahnəlarını bilmirsən. Verilişdə başından böyük danışıb. Rəhmətli gitara ifaçısı Rəmiş özü ilə “əl meymunu” gəzdirirdi. Sən Elşad oxuyan yox, “əl meymunusan”. Mərhum qarmon ustadı Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara”.

Əlinin bu sözlərinə Elşad “Baxın görün meymuna mən yoxsa Əli oxşayır. Qalmısan Mərdəkanda itlə və başqa adam görmürsən” cavab verib.

Qarayevin bu sözlərindən daha da qəzəblənən Mirəliyev “Saçlarını ağartsan sən dəqiq meymuna oxşayacaqsan. Saçlarını boyatmısan. Ay bədbəxt, utanmırsan? Kişidə saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz”.

Əlini yola gətirmək üçün Elşad “Mən Əlini həqiqətən çox istəyirəm. Mən çox istəmədiyim insanla zarafat etmərəm. Əli mənimlə zarafat etdiyinə görə məndə onunla zarafat edirəm” sözlərini dilə gətirib.

Mirəliyev isə “Efirdə mənimlə belə zarafat etmək olmaz. Zarafatında həddi var. Deyirsən ki, 1974 -cü ildə Bakıya gəlmişəm, kirayədə qalmışam, Əli Mirəliyevi mən tanımıram. Heç bilmirəm o nə oxuyub. Sənin kimi adama “alaaa” demək lazımdır. Nə olsun ki, efirdəyik. Qardaş canı sən “zay” adamsan. Başından böyük danışırsan. Məndən də kiçiksən yaşda. Sən bədbaxt və yeməkdən gözü doymayan insansan. Mən hər zaman hisrliyəm. Hirsli olmasam belə meymunlarla yola gedə bilmərəm. Sən Elşad “əl meymunusan”” deyə qarşı tərəfi təhqir edib.

Daha sonra müğənnilərin mikrofonu efir rejissoru tərəfindən söndürülüb və ikili canlı yayımda söz savaşına çıxıblar. 

 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi

Dünyapress TV

Xəbər lenti