Ramazan bayramında küsülü məşhurlar barışacaq?
Ramazan bayramında şou-biznesimizin küsülü məşhurları barışıb, bir araya gəlmək niyyətindədirlər?

Lent.az sosial şəbəkələrdə məşhurlarla bağlı apardığı kiçik araşdırmanın nəticəsinə əsasən bu suala cavab verir.

Flora Kərimova Afət Fərmanqızını bağışlamayacaq. O heç mərhum müğənni həmkarı İlhaməni də bağışlamamışdı.

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Zamiq Hüseynovla əsla barışmayacağını bildirib. Nazim Pişyari ilə isə söhbət sual altındadır.

Müğənni Vəfa Şərifova küsülü olduğu həmkarı Zeynəb Həsənli ilə barışa biləcəyini desə də, digər həmkarı Şəbnəm Tovuzlu ilə barışmaq niyyətində deyil.

Müğənni Rəqsanənin qızı Aysun əsla bioloji atası ilə barışmayacağını bildirib.

Müğənni Təranə Qumral əsla həmkarı Nazənin və həyat yoldaşı Musa Musayevin ailəsi ilə barışmayacağını bildirib.

Müğnni Səidə Dadaşova anasından və xalalarından küsülüdür və ona belə daha rahat olduğunu söyləyib.

Müğənni Roza Zərgərli küsülü olduğu həmkarları Sevil-Sevinc bacılarını bağışlaya biləcəyini deyib.

Bəstəkar-müğənni Elza Seyidcahan Xalq artisti Nazpəri Dostəliyeva arasında da uzun illərdir küsülülük var. Elza Seyidcahan Allah xatirinə çox insanları bağışlaya biləcəyini deyib.

Meyxanaçı Vüqar Əbdülov küsülü olduğu Elza Seyidcahanla barışmayacağını açıqlayıb.

Şairə Nazilə Səfərli ilə rəqqasə Göyçək Fatimə arasında da küsülülük var. Amma onların arasındakı buzlar da əriyəcək kimi görünür.

Müğənni Samirə Yusifqızı keçmiş əri ilə əsla üz-üzə gəlmək istəmədiyini bildirib.

Müğənni Niyam Salami ilə həmkarı Aynur Dadaşova arasında da sülh gələn bayramlara qalacaq.

Amma bu il barışanlar və barışmış kimi olanlar da var.

Brilliant Dadaşova ilə Lalə Məmmədova barışıblar.

Şou biznesin küsənləri barışdıran missiyasını daşıyan Manaf Ağayev Aşıq Mübarizlə müğənni Pünhan Piriyevi barışdırıb.

Xalq artisti Röya özü Flora Kərimovaya zeytun budağı uzadaraq soyuq savaşa son qoyub.

Aygün Kazımova Moskvada konsert salonunda baş vermiş terror zamanı konserti təşkil olunmuş Röya üçün narahatlığını bildirib və Röya da ona efir vasitəsilə təşəkkür edib.
 

Bölmənin digər xəbərləri

11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO

Dünyapress TV

Xəbər lenti