Tacirin sevgilisi üzə çıxdı, ailəsi işə qarışdı - Sərt açıqlama
Müğənni Aybəniz Bəhramqızının xanəndə Tacir Şahmlıoğlu ilə sevgili olduğunu açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, 65 yaşlı ifaçı Amil Xəlilin aparıcısı olduğu verilişdə Tacir Şahmalıoğlu ilə yaranan tanışlığından danışıb, illər öncə bir yerdə çəkilmiş fotosunu nümayiş etdirib.

Onun iddialarına görə, boşandıqdan sonra T.Şahmalıoğlunun ailəsi onlara elçi gedib, lakin Şahmalıoğlunun atası sonradan onların evlənməyinə razı olmayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənninin oğlu Şahmalı Taciroğlu sözügedən süjetə baxanda əsəbləşdiyini bildirib.

O, anasının güclü qadın olduğunu, bu cür açıqlamalara əhəmiyyət vermədiyini qeyd edib:

“Süjeti mən də gördüm. Açığı, əsəbiləşdim. Verilişin aparıcısı Amil Xəlilə də öz etirazımızı bildirdik. Təəssüflər olsun ki, indiki zəmanə belədir, kimin qarşısına çörək qoyursan, kimi evinin içinə salırsansa, onun çörəyi dizinin üstündə olur, kəsdiyi çörəyə hörmət qoymur. Yaxşılardan iraq, amma əksəriyyət bu cürdür. Belə etmək olmazdı, Amil bizim evimizə gəlib-gedən insan idi, anam onun qarşısına çörək qoymuşdu, biz birlikdə çörək kəsmişdik, o, bu hərəkəti etməməli idi.

Mənim anam çox güclü qadındır. o, belə şeyləri ürəyinə salmır. Hər kəs yaxşı bilir ki, insanlar yaşlandıqca bir qədər fərqli olurlar, hətta bəzilərində yaddaş pozğunluğu da ola bilir. Həmin süjetə baxanlar da yəqin ki, bunu hiss edib”.

Ş.Taciroğlu bu məsələdə 65 yaşlı qadını efirdə bu cür danışdıran aparıcının günahkar olduğunu deyib:

“Yenə deyirəm, bunun günahkarı efirə çıxıb danışanda deyil, onu efirə çıxarıb danışdıranlardadır. Belə etmək olmaz! Əgər bir aparıcı qarşı tərəfi bu cür danışdırıb, süjeti efirə verirsə, deməli, o, birbaşa bizi istəməyən insandır. Bu, reytinq xatirinə olunub, aparıcı da yaxşı bilir ki, bundan reytinq qazanacaq, ona görə də efirə verib”.
 

Bölmənin digər xəbərləri

11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO

Dünyapress TV

Xəbər lenti